Məhkəmə qərarları › İş №1(102)-641/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-641/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-641/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X17 və X10 ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X18 Məhkum- Məhkum1, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs3 Əlikram oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X7 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü il ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü (sədrlik edən hakim X19, hakimlər X40 və X8 ibarət tərkibdə) ilə xx xxxxxx 1964-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əbülfəz Qarayev adına 2 saylı X23 Laboratoriya şöbəsin in müdiri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum1 CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən isə cinayətlərin məcmusu üzrə əsas cəzaları qismən toplamaq yolu ilə və əlavə cəza əsas cəzaya tam birləşdirilməklə qəti olaraq əsas cəzasını ümumi rejimli cəçzaç əkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin, Məhkum2 da təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü və qeyril əri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda 2012-ci ilin yay aylarında tanışı X33 ilə aralarında baş tutan danışıq zamanı sonuncuya Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə satış məqsədilə dərman preparatları gətirmək üçün 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinə ehtiyacının olmasını, həmin məbləğdə pul vəsaitini qısa müddətdə geri qaytaracağını yalandan bildirməklə Aidə Manafovanı inandırmaqla razılığını aldıqdan sonra həmin məqsədlə 2012-ci ilin yay aylarında Aidə Manafovadan Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən Sahil Bağının yaxınlığında sonuncunun oğlu Zərərçəkmiş şəxs1 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin sentyabr ayında tanışı X33 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 övladına toy etmək üçün 6.000 manat məbləğində pul vəsaitinin lazım olduğunu bildirməklə Zərərçəkmiş şəxs2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, onu inandırıb həmin məqsəd üçün sonuncunun Bakı şəhəri, Səbail rayonu, Gənclər meydanı, 3 ünvanında yerl əşən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yerləşən xidməti otağında Zərərçəkmiş şəxs2 aldatmaqla 6.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuya məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda 2014-cü ilin oktyabr ayının ortalarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, N.Zeynalova küçəsi, dalan 1, ev 5-də qohumu Zərərçəkmiş şəxs3 guya maddi vəziyyətinin yaxşı olmamaqla borcunun olduğunu, buna görə də sonuncu nun adına bankdan kredit götürülməsinin zəruriliyinə onu inandıraraq aylıq kredit ödənişlərinin isə özü tərəfindən ödəniləcəyi barədə bilə-bilə yalan vəd verməklə bankdan 3.700 (üç min yeddi yüz) manat məbləğində kredit götürüb ona verməyə Zərərçəkmiş şəxs3 razı saldığından sonuncu tərəfindən xx.xx.2014-cü il tarixdə “Nikoil” İKB (indiki "xxxx") ASC-nin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/29 ünvanında yerləşən 4 nömrəli filialından həmin tarixdə aralarında bağlanmış müqavilə əsasında götürülmüş istehlak krediti olan 3.700 manat pulu Zərərçəkmiş şəxs3 qaytarmaq məqsədi güdmədiyi halda aldatmaqla borc adı ilə həmin gün ünvan 4 ünvanında yerləşən Əbülfəz Qarayev adına 2 saylı X23 Laboratoriya şöbəsində yerləşən xidməti otağında alıb yalandan qaytaracağını bildirərək aldadı b şəxsi ehtiyaclarına xərcləməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs3 3.700 (üç min yeddi yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əbülfəz Qarayev adına 2 saylı X23 baş həkiminin xx.xx.1996-cı il tarixli, 31 nömrəli əmri ilə həmin xəstəxananın Laboratoriya şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla Azərbaycan Dövlət Tibb İnstitutunun xx.xx.1981-ci il tarixli EB №273703 nömrəli diplomu ilə həkim ixtisası verilmiş Şahid3 ilə 2016-cı ilin avqust ayının əvvəllərində işlədiyi həmin xəstəxananın Laboratoriya şöbəsindəki xidməti otağında görüşdükləri zaman sonuncunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xəstəxanalarından birinə həkim psixiatr kimi işə qəbul edilməsində köməklik göstərməsinə dair etdiyi müraciəti ilə əlaqədar Şahid3 həmin xəstəxananın Laboratoriya şöbəsinin müdiri kimi Səhiyyə Nazirliyində yüksək vəzifələrdə işləyən müxtəlif səlahiyyətli tanışlarının olmasını aldatmaqla bildirib, həmin tanışlarının vasitəsilə onu qeyd edilən işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Şahid3 razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin adla 10 avqust 2016-cı il tarixdə qeyd edilən xidməti otağında 6.000 (altı min) manat məbləğində pulu Şahid3 şəxsən almaqla, eyni niyyətlə cinayət əməlini davam etdirərək 2016-cı ilin oktyabr ayında Şahid3la aralarında baş tutan danışıq zamanı həmin vəsait müqabilində qeyd olunan vəzifəyə təyin edilməsinin guya mümkün olmadığını, buna görə də 1.300 (bir min üç yüz) ABŞ dolları məbləğində əlavə pul vəsaitinin də eyni xarakterli əməllər üzrə rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməsi ilə əlaqədar Şahid3 razılığını almaqla onunla sövdələşib, həmin adla 2016-cı il in oktyabr ayında qeyd edilən xidməti otağında Şahid3 1.300 (bir min üç yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 2.095,08 manat (iki min doxsan beş manat səkkiz qəpik) məbləğində pul vəsaitini, ümumilikdə vahid niyyətlə 8.095,08 manat (səkkiz min doxsan beş manat səkkiz qəpik) məbləğində özgəyə, yəni Şahid3 məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya məxsus əmlakı vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X20 ilə 2016-cı ilin avqust ayında işlədiyi həmin şöbədəki xidməti otağında görüşdükləri zaman sonuncunun övladı Şahid1 özünün işlədiyi həmin xəstəxanaya laborant vəzifəsinə işə qəbul edilməsində köməklik göstərməsinə dair etdiyi müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə xx.xx.2008-ci il tarixli, 119 nömrəli əmr ilə təsdiq edilmiş “Tibb müəssisələrində vəzifələrin nomenklaturası siyahısı” əsasında qeyri-tibb ali təhsilli şəxslərin tibbi vəzifələr üzrə təyinatının qadağan olunmasına baxmayaraq, Gülnara Bağırovaya həmin xəstəxananın Laboratoriya şöbəsinin müdiri kimi qeyd edilən xəst əxananın rəhbərliyi vasitəsilə qeyri-tibb təhsilli olmaqla həmin xəstəxananın Laboratoriya şöbəsində laborant vəzifəsi üçün göstərilən tələblərə cavab verməyən Şahid1 həmin vəzifəyə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin xəstəxananın rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Gülnara Bağırovanın razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin adla 2016-cı ilin avqust ayında qeyd olunan ü nvanda yerləşən həmin xəstəxanadakı xidməti otağında 5.000 (beş min) manat pul vəsaitini Gülnara Bağırova və Şahid1 şəxsən almaqla, eyni niyyətlə cinayət əməllərini davam etdirərək 2016-cı ilin sentyabr ayında Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda Şahid1 ilə aralarında baş tutan danışıq zamanı həmin vəsait müqabilində qeyd olunan vəzifəyə təyin edilməsinin guya mümkün olmadığını, buna görə əlavə pul vəsaitinin də eyni xarakterli əməllər üzrə rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməsi ilə əlaqədar Gülnara Bağırova və Şahid1 razılığını almaqla onlarla sövdələşib, həmin adla 2016-cı ilin sentyabr ayında xidməti otağında Gülnara Bağırova və Şahid1 əlavə 3.000 (üç min) manat pul vəsaitini almaqla eyni niyyətlə cinayət əməllərini davam etdirərək 2016-c ı ilin oktyabr ayında Şahid1 ilə aralarında baş tutan danışıq zamanı aldığı məbləğə həmin məsələnin həll olunmayacağını, sonuncunun qeyd olunan vəzifəyə təyin edilməsi üçün eyni xarakterli əməllər üzrə rüşvət qismində əlavə pul vəsaitinin verilməsinə ehtiyac olduğunu yalandan bildirməsi ilə əlaqədar Gülnara Bağırova və Şahid1 razılığını almaqla onlarla sövdələşib, həmin adla 2016-cı ilin oktyabr ayında həmin xidməti otağında Şahid1 2.000 (iki min) manat pul vəsaitini almaqla ümumilikdə qeyd edilən qaydada vahid niyyətlə 10.000 (on min) manat məbləğində özgəyə, yəni Gülnara Bağırovaya məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus qeyd edilən məbləğdə pul vəsaitini vahi d niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu və Gülnara Bağırovanı vahid niyyətlə təhrik də edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı X26 vasitəsilə tanıdığı Şahid2 ilə 2016-cı ilin avqust ayında işlədiyi həmin xəstəxananın Laboratoriya şöbəsindəki xidməti otağında görüşdükləri zaman sonuncunun oğlu X58 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Maliyyə şöbəsinə zabit kimi işə qəbul edilməsində köməklik göstərməsi ilə bağlı etdiyi müraciəti ilə əlaqədar Şahid 2 özünü həmin xəstəxananın Laboratoriya şöbəsinin müdiri olmaqla yüksək vəzifəli, general rütbəli şəxsin qudası kimi yalandan təqdim edib onun yanında saxta etibar qazanmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə X58 qeyd edilən şöbəyə zabit qismində işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X54 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, Şahid2 razılığını alaraq onunla sövdələşib, özünə və vəzifəsinə o lan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2016-cı ilin avqust ayında qeyd edilən ünvanda yerləşən həmin xəstəxanadakı xidməti otağında Şahid2 şəxsən 10.000 (on min) manat, eyni niyyətlə həmin otaqda sonuncudan 2016-cı ilin avqust ayında şəxsən 5.000 (beş min) manat pul vəsaitini almaqla, eyni niyyətlə cinayət əməllərini davam etdirərək 2017-ci ilin fevral ayında Şahid2la aralarında baş tutan danışıq zamanı həmin vəsait müqabilində X54 qeyd olunan vəzifəyə təyin edilməsinin guya mümkün olmayacağını bildirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Kadrlar şöbəsinin yaxın münasibətdə olduğu rəisinə qeyd edilən əməllər üzrə rüşvət qismində verilməsi üçün əlavə pul vəsaitinə ehtiyac olduğunu yalandan bildi rib, Şahid2 razılığını almaqla onunla sövdələşib, həmin adla ünvan 6 ünvanında yerləşən “Meşəbəyi” restoranının qarşısında Şahid2 şəxsən 5.000 (beş min) manat olmaqla ümumilikdə qeyd edilən qaydada cəmi 20.000 (iyirmi min) manat məbləğində özgəyə, yəni Şahid2 məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuya məxsus əmlakı vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar X54 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mö vqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə istintaqa məlum olmayan şəxs vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 ilə 2017-ci ilin oktyabr ayının sonlarında işlədiyi həmin xəstəxananın Laboratoriya şöbəsindəki xidməti otağında görüşdükləri zaman sonuncunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanından keçməsində köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs4 özünün həmin xəstəxananın Laboratoriya şöbəsinin müdiri işləməklə əvvəllər guya həmin komissiyanın üzvü olduğunu yalandan bildirib sonuncunun yanında saxta etibar qazanmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya şurasının rəhbərliyində təmsil olunmaqla qeyd olunan məsələnin həlli ndə köməklik göstərə biləcək səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə Zərərçəkmiş şəxs4 imtahandan keçməsinə köməklik etmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin adla 2017-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsində yerləşən “Dob romed” Tibb Klinikasının qarşısında 1.000 (bir min) manat pul vəsaitini Zərərçəkmiş şəxs4 şəxsən almaqla, eyni niyyətlə cinayət əməllərini davam etdirərək 2017-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 həmin vəsait müqabilində vəd etdiyi məsələnin həll edilə bilməyəcəyini, buna görə də komissiya üzvlərinə çatdırılması üçün eyni xarakterli əməllər üzrə rüşvət qismində verilməsi üçün əlavə pul vəsaitinə ehtiyac olduğunu yalandan bildirərək, Zərərçəkmiş şəxs4 razılığını almaqla onunla sövdələşib, həmin adla 2017-ci ilin noyabr ayının əvvəllərində qeyd edilən ünvanda yerləşən həmin xəstəxanadakı xidməti otağında sonuncudan şəxsən 1.000 (bir min) manat pul vəsaitini, həmin adla 2017-ci ilin dekabr ayında ünvan 7 ünvanında yerləşən "xxxx" KB ASC-nin Əcəmi filialının yaxınlığında Zərər çəkmiş şəxs4 şəxsən 500 (beş yüz) manat, bir neçə gün sonra 500 (beş yüz) manat olmaqla, iki dəfəyə cəmi 1.000 (bir min) manat, ümumilikdə qeyd edilən qaydada cəmi 3.000 (üç min) manat məbləğində özgəyə, yəni Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuya məxsus qeyd edilən məbləğdə pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs4 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə e dərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 ilə 2017-ci ilin noyabr ayının sonlarında işlədiyi həmin xəstəxananın Laboratoriya şöbəsindəki xidməti otağında görüşdükləri zaman sonuncunun tanışı X11 Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanından keçməsində köməklik göstərməsinə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs4 özü barəsində aldatmaqla həmin komissiyanın üzvü kimi qabaqcadan formalaşdırdığı etibardan istifadə etməklə, Sertifikasiya şurasının rəhbərliyində təmsil olunmaqla qeyd olunan məsələnin həllində köməklik göstərə biləcək səlahiyyətli tanışları vasitəsilə Sevinc Bayramovanın imtahandan keçməsinə köməklik etmək imkanına malik olduğunu yalandan bildirib həmin məsələnin müsbət həlli üçün t anışı olan qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Sevinc Bayramovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu aldatmaqla bildirərək, cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs4 vasitəsilə Sevinc Bayramovanın razılığını almaqla onunla sövdələşib, həmin adla 2017-ci ilin noyabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Moskva prospekti ilə Rövşən Cəfərov küçəsinin kəsişməsində yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının “Velotrek ticarət mərkəzi” adı ilə tanınan yerin qarşısındakı çıxışında Zərərçəkmiş şəxs4 vasitəsilə Sevinc Bayramovan ın əri X13 1.500 (bir min beş yüz) manat pul vəsaitini, eyni niyyətlə Zərərçəkmiş şəxs4 vasitəsilə Sevinc Bayramovanın əri Əfqan Rəsulovdan 2017-ci ilin noyabr ayının sonlarında həmin ünvanda 1.000 (bir min) manat pul vəsaitini almaqla, eyni niyyətlə cinayət əməllərini davam etdirərək 2018-ci ilin mart ayında aralarında baş tutan danışıq zamanı həmin vəsait müqabilində vəd etdiyi məsələnin həll edilə bilməyəcəyini, buna görə də komissiya üzvlərinə qeyd edilən əməlləri üzrə rüşvət qismində çatdırılması üçün əlavə olaraq 500 (beş yüz) manat pul vəsaitinin də lazım olmasını Zərərçəkmiş şəxs4 bildirib, habelə həmin pul vəsaitinin qısa zamanda verilməsinin zəruriliyinə sonuncunu inandırıb, həmin adla Zərərçəkmiş şəxs4 500 (beş yüz) manat pulu 2018-ci ilin mart ayında şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə alıb ümumilikdə qeyd edilən qaydada cəmi 3.000 (üç min) manat məbləğində özgəyə, yəni Əfqan Rəsulova və Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə yolu ilə sonuncuya məxsus qeyd edilən məbləğdə pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Sevinc Bayramovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Əfqan Rəsulovu və Zərərçəkmiş şəxs4 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda 2018-ci ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Maşın Bazarı” adlanan ərazinin yaxınlığında Zərərçəkmiş şəxs5 müraciət edərək övladına toy edəcəyini, lakin maddi imkanı zəif olduğundan cehizlik məişət texnikası əşyaları ala bilmədiyi üçün sonuncunun adına məişət malları mağazasından məişət texnikasını kreditə götürmək istədiyini və götürəcəyi əşyaların pulunu şəxsən özünün ödəyəcəyini yalandan bildirməklə Zərərçəkmiş şəxs5 özünə olan inam və etibarından istifadə etməklə sonuncu ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış həmin tarixli, 00346524 saylı müqavilə əsasında Cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, X51 küçəsi, 174 ünvanında yerləşən “Kontakt Home” satış mağazasından ve rilmiş ümumi dəyəri 1.998 (bir min doqquz yüz doxsan səkkiz) manat təşkil edən bir ədəd aspirator və “LG” markalı soyuducunu, eləcə də xx.xx.2018-ci ildə "xxxx" MMC ilə Zərərçəkmiş şəxs5 arasında bağlanmış həmin tarixli, ********* saylı müqavilə əsasında Cəmiyyətin ünvan 9 ünvanında yerləşən satış mağazasından verilmiş ümumi dəyəri 899 manat olmaqla özü tərəfindən 100 manat məbləğində ilkin ödəniş edildikdən sonra ödənilməmiş dəyəri 799 (səkkiz yüz doxsan doqquz) manat təşkil edən “Samsung” markalı paltaryuyan maşını, ümumilikdə 2.797 (iki min yeddi yüz doxsan yeddi) manat dəyərində özgəyə, yəni Zərərçəkmiş şəxs5 məxsus əmlakı sonuncunun həmin satış mağazalarından götürməsindən sonra ondan alıb, şəxsi ehtiyaclarına uyğun istifadə edib, əvvəlcədən niyyətində olduğu kimi, həmin kreditlər üzr ə heç bir ödəniş aparmamaqla, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus həmin dəyərdə əmlakı vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı X34 vasitəsilə tanıdığı və X61 xəstəxanasında laborant işləyən X27 ilə xx.xx.2018-ci il tarixdə aralarında olan telefon danışığı zamanı sonuncunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanından keçməsində köməklik göstərməsinə dair müraciəti ilə əlaqədar sonuncuya özünün guya həmin komissiyanın üzvü olmaqla qeyd edilən imtahandan keçməsinə köməklik edə biləcəyini yaland an vəd edib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs olan özünə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zöhrə Yusifovanın xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla maddi nemət olan 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu aldatmaqla bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Zöhrə Yusifova tərəfindən ünvan 10 ünvanında yerləşən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin X64 filialı vasitəsilə xx.xx.2018-ci il tarixdə ******* saylı maniqramla özünün adına göndərdiyi 750 (yeddi yüz əlli) manat pul baratını həmin tarixdə "xxxx" MMC-nin 1 saylı Poçt Filialının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 95 ünvanında yerləşən 7 saylı şöbəsindən çıxarmaqla, eyni niyyətlə cinayət əməllərini davam etdirərək bir neçə gün sonra aralarında baş tutan danışıq zamanı həmin vəsait müqabilində vəd etdiyi məsələnin guya həll edilə bilməyəcəyini, buna görə eyni xarakterli əməllər üzrə rüşvət qismində əlavə olaraq 250 (iki yüz əlli) manat pul vəsaitinin də özünə verilməli olduğunu bildirməsi ilə əlaqədar Zöhrə Yusifovanın razılığını almaqla onunla sövdələşib, sonuncunun X64 filialı vasitəsilə xx.xx.2018-ci il tarixdə ********* saylı maniqramla göndərdiyi 250 (iki yüz əlli) manat pul baratını "xxxx" MMC-nin 1 saylı Poçt Filialının 7 saylı Şöbəsindən çıxarmaqla, eyni niyyətlə cinayət əməllərini davam etdirərək, xx.xx.2018-ci il tarixdə aralarında baş tutan telefon danışığı zamanı həmin vəsait müqabilində vəd etdiyi məsələnin guya həll edilə bilməyəcəyini, buna görə eyni xarakterli əməllər üzrə rüşvət qismində əlavə olaraq 100 (bir yüz) manat pul vəsaitinin də özünə verilməli olduğunu bildirməsi ilə əlaqədar Zöhrə Yusifovanın razılığını almaqla onunla sövdələşib, sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə ******* saylı maniqramla adına göndərilmiş 100 (bir yüz) manat pul baratını həmin tarixdə "xxxx" MMC-nin 1 saylı Poçt Filialının 7 saylı Şöbəsindən çıxarmaqla ümumilikdə qeyd edilən qaydada 1.100 (bir min bir yüz) manat məbləğində özgəyə, yəni Zöhrə Yusifovaya məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuy a məxsus qeyd edilən məbləğdə pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zöhrə Yusifovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda 2018-ci ilin oktyabr ayının əvvəllərində aralarında baş tutan danışıq zamanı əvvəlki epizodlar üzrə dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi Zərərçəkmiş şəxs4 ondan və Sevinc Bayramovadan 2017-ci ilin noyabr ayından 2018-ci ilin mart ayına qədər olan müddətdə Səhiyy ə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanından keçirəcəyi vədi ilə aldadıb aldığı ümumilikdə 6.000 (altı min) manat pulu "xxxx" ASC-də girovda olan “FORD EDGE” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilini girovdan azad edib yenidən banka girov qoyub əldə edəcəyi kredit hesabına ödəyəcəyinə inandırıb, sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək "xxxx" ASC-də girovda olan “FORD EDGE” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilini girovdan azad etmək adı ilə xx.xx.2018-ci il tarixdə ünvan 12 ünvanında yerləşən həmin bankın baş ofisində 5.000 (beş min) manat, xx.xx.2018-ci il tarixdə ünvan 13 ünvanında isə həmin avtomobilin qeydiyyat nişanını dəyişdirmək adı ilə 1.000 (bir min) manat, ümumilikdə 6.000 (altı min) manat pulu geri qaytarmaq məqsədi güdmədən borc adı ilə alıb, şəxsi ehtiyaclarına sərf edib, sonradan qeyd edilən avtomobili bankın girovundan çıxarmasına baxmayaraq, verdiyi vədə uyğun girov qismində qoyub pul götürmədən, habelə Zərərçəkmiş şəxs4 aldığı həmin məbləği sair formada qəsdən qaytarmayaraq, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda 2018-ci ilin noyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs5 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs6 maddi vəziyyətinin yaxş ı olmadığını, aylıq kredit ödənişlərinin özü tərəfindən ediləcəyi şərti ilə bankdan 5.000 (beş min) manat məbləğində pul vəsaitini kredit götürüb ona verməyə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs6 inandırıb, yalan vədlə onun inamını qazanmaqla razı saldıqdan sonra Zərərçəkmiş şəxs6 xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin ünvan 14 ünvanında yerləşən Abşeron rayon filialından götürdüyü ümumilikdə 6.000 (altı min) manat məbləğində istehlak kreditindən cəmi 3.890 (üç min səkkiz yüz doxsan) manat məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs6 sonuncunun cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs5 göndərdiyi istintaqla müəyyən edilməyən taksi sürücüsü vasitəsilə alıb, həmin kredit üzrə qəsdən hər hansı ödəniş etməməklə şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs6 məxsus 3.890 (üç min səkkiz yüz doxsan) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin fevral ayında cinayətdən xəbərsiz olan tanışı X41 vasitəsilə tanıdığı X21 qızı Qəmzə Bədəlovanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 saylı Uşaq poliklinikasına texniki işçi qismində işə qəbul edilməsində köməklik göstərməsinə dair özünə müraciəti ilə əlaqədar X24 özünün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əbülfəz Qarayev adına 2 saylı X23 Laboratoriya şöbəsinin müdiri olması ilə əlaqədar həmin nazirliyin struktur qurumları nda yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışları vasitəsilə Qəmzə Bədəlovanı qeyd edilən vəzifəyə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Qəmzə Bədəlovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, X22 razılığını almaqla onunla sövdələşib, özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək həmin adla 2019-cu ilin fevral ayında ünvan 4 ünvanında yerləşən həmin xəstəxanadakı xidməti otağında sonuncudan şəxsən 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgəyə, yəni X24 məxsus həmin məbləğdə pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Qəmzə Bədəlovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə X25 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin may ayının sonlarında arvadı X9 Abşeron rayonu, Saray qəsəbə 3 nömrəli tam məktəbə daimi əsaslarla ingilis dili müəllimi kimi işə qəbul edilməsində köməklik göstərilməsi məqsədilə Məhkum2 müraciət edən X3 qrup üzvü Məhkum3 və Məhkum2 vasitəsilə özünün yüksək vəzifəli tanışlarının olmasını, həmin tanışları vasitəsilə X29 rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbə daimi əsaslarla ingilis dili müəllimi kimi işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib Niyazi Mədətovu aldatmaqla onda özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aygün Mədətovanın xeyrinə edəcəyi hərəkətə görə özü və Məhkum3, Məhkum2 vasitəsilə birbaşa yolla maddi nemət ol an 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu sonuncular vasitəsilə yalandan bildirib, Niyazi Mədətovun razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2019-cu il tarixdə ünvan 16 ünvanında yerləşən 1 saylı “ASAN xidmət” mərkəzinin inzibati binasında Məhkum2 vasitəsilə 8.000 manat məbləğində pul vəsaitini Niyazi Mədətovdan alıb, Məhkum3 və Məhkum2lə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Niyazi Mədətova məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aygün Mədətovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Məhkum3, Məhkum2 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Niyazi Mədətovu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin iyul ayında qohumu Şahid6 hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alması üçün dövlət universitetlərindən birinə qəbul edilməsində köməklik göstərilməsi məqsədilə Məhkum2 müraciət edən, cinayətdən xəbərsiz olan X4, habelə sonradan bilavasitə Şahid6 özünə Məhkum3 və Məhkum2 vasitəsilə özünün yüksək vəzifəli tanışlarının olduğunu, həmin tanışları vasitəsilə Şahid6 hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alması üçün Milli Aviasiya Akademiyasına qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib Şahid6 aldatmaqla onda özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə özü və Məhkum3, Məhkum2 vasitəsilə birbaşa yolla maddi nemət olan ümumilikdə 18.000 (on səkkiz min) manat, ilkin olaraq 15.000 (on beş min) manat, işin həll olunmayacağını bilmələrinə baxmayaraq, inandırıcı olması üçün guya iş həll olunduqdan sonra 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu Məhkum3 və Məhkum2 vasitəsilə yalandan bildirib, Şahid6 razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisində 15.000 (on beş min) manat pulu sonuncudan Məhkum2 vasitəsilə alıb, sonuncu və Məhkum3la aralarında bölüşdürərək, şəxsi ehtiyaclarına sərf edib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid6 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icr ası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Məhkum3, Məhkum2 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid6 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin iyul ayında tanışı Şahid5 Sabirabad rayonu Şəhriyar kənd tam orta məktəbinə daimi əsaslarla müəllim kimi işə qəbul edilməsində köməklik göstərilməsinə dair Məhkum2 müraciət edən, cinayətdən xəbərsiz olan Şahid4, habelə Şahid5 Məhkum3 və Məhkum2 vasitəsilə özünün yüksək vəzifəli tanışlarının olmasını, həmin tanışları vasitəsilə Şahid5 Sabirabad rayonu Şəhriyar kənd tam orta məktəbinə daimi əsaslarla müəllim kimi işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib, Şahid5 aldatmaqla onda özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib, qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə özü və Məhkum3, Məhkum2 vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncular vasitəsilə yalandan bildirərək, Şahid5 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin avqust ayının əvvə llərində Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının 20 Yanvar abidəsinin yanındakı çıxışında yerləşən kafedə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Məhkum2 və Məhkum3 vasitəsilə Şahid5 cinayətdən xəbərsiz olan atası X1 alıb, eyni niyyətlə aralarındakı razılaşmaya əsasən cinayət əməllərini davam etdirərək xx.xx.2019-cu il tarixdə Şahid5 həmin vəsait müqabilində guya vəd etdiyi məsələnin həll edilə bilməyəcəyini, bu səbəbdən qeyd edilən vəzifəli şəxsə eyni niyyətlə rüşvət qismində verilməsi üçün əlavə 500 manata ehtiyac olduğunu bildirib, Şahid5 razılığını almaqla onunla sövdələşmələrinə əsasən Şahid5 əri X5 "xxxx" ASC-nin Sabirabad filialından **********0 nəzarət nömrəsi ilə Məhkum2 adına köçürdüyü 500 manat pulu sonuncunun həmin tarixdə ünvan 18 ü nvanında yerləşən "xxxx" ASC-nin Nəsimi filialından götürməsindən sonra işlədiyi həmin xəstəxananın Laboratoriya şöbəsindəki xidməti otağında həmin pul vəsaitini Məhkum2 alıb, ümumilikdə qeyd edilən qaydada əldə etdiyi cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində özgəyə, yəni Şahid5 məxsus pul vəsaitini Məhkum2 və Məhkum3la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Məhkum3, Məhkum2 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid5 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin sentyabr ayının əvvəllərində qızı Brilyant Bədəlovanın Bakı şəhəri Binəqədi rayonu 276 saylı tam orta məktəbin birinci sinfinə qəbul edilməsində köməklik göstərilməsi məqsədilə Məhkum2 müraciət edən Şahid7 Məhkum2 vasitəsilə özünün Təhsil Nazirliyində yüksək vəzifəli tanışlarının olmasını, həmin tanışları vasitəsilə Brilyant Bədəlovanı Bakı şəhəri Binəqədi rayonu 276 saylı tam orta məktəbin birinci sinfinə qəbul etdirmək imkanına malik olduğunu vəd edib, qeyd edilən məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Brilyant Bədəlovanın xeyrinə edəcəyi hərəkətə görə özü və Məhkum2 vasitəsilə birbaşa yolla maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Məhkum2 vasitəsilə bildirib, Şahid7 razılığını almaqla onunla sövdələşərək, həmin adla 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində – Azərbaycan Tibb Universitetinin qarşısında Şahid7 cinayətdən xəbərsiz olan arvadı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən cinayət məsuliyyəti yaradan minimum həddən az olduğuna görə cinayət tərkibi yaratmayan 300 manat məbləğində pul vəsaitini alıb, Məhkum2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Brilyant Bədəlovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Məhkum2 vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid7 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin iyul ayında hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alması üçün dövlət universitetlərindən birinə qəbul edilməsində köməklik göstərilməsi adı ilə dələduzluq yolu ilə pul vəsaitini ələ keçirdikləri Şahid6 2019-cu ilin oktyabr ayının əvvəllərində aralarında baş tutan telefon danışığı və yazışmaları zamanı həmin qəbul üzrə 2.500 (iki min beş yüz) manat məbləğində təhsil haqqının ödənilməsinin zəruri olmasını şəxsən, habelə bir müddət sonra Məhkum2 vasitəsilə bildirib, Şahid6 özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək xx.xx.2019-cu il tarixdə Şahid6, Məhkum2 adına "xxxx" ASC-nin Naftalan filialından **********50 nəzarət nömrəsi ilə köçürdüyü 800 (səkkiz yüz) manat, həmçinin həmin tarixdə Şahid6 qardaşı Zərərçəkmiş şəxs7 “Azericard” prosessinq mərkəzinin Şəki şəhərində yerləşən 00010049 nömrəli terminalından ******* əmə liyyat nömrəsi ilə Məhkum2 4127-2081-2459-8136 saylı plastik kartına köçürdüyü 700 (yeddi yüz) manat, həmçinin Zərərçəkmiş şəxs7 ******* əməliyyat nömrəsi ilə Məhkum2 həmin plastik kartına həmin tarixdə köçürdüyü 1.000 (min) manat, ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini Məhkum2 ünvan 20 ünvanında yerləşən həmin bankın “Bakıxanov” şöbəsində quraşdırılmış bankomat vasitəsilə çıxarıb nağdlaşdırmasından sonra həmin pulu ünvan 22 ünvanında yerləşən 1 saylı X47 X15 Məhkum2 alıb, sonuncu və Məhkum3la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ə lə keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və qeyriləri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin may ayının sonlarınd a istintaqla müəyyən edilməyən gündə arvadı X9 Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbə daimi əsaslarla ingilis dili müəllimi kimi işə qəbul edilməsində köməklik göstərilməsi üçün qrup üzvü Məhkum2 müraciət edən X3 qrup üzvü Məhkum1 yüksək vəzifəli tanışlarının olduğunu, həmin tanışları vasitəsilə X29 rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbə daimi əsaslarla ingilis dili müəllimi kimi işə qəbul etdirmək imkanında olduğunu Məhkum2lə birlikdə yalandan bildirib Niyazi Mədətovu aldatmaqla onda özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün Məhkum1 tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aygün Mədətovanın xeyrinə edəcəyi hərəkətə görə özü, Məhkum2 və Məhkum1 vasitəsilə birbaşa yolla ma ddi nemət olan 8.000 (səkkiz min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu Məhkum2 və Məhkum1 ilə birlikdə yalandan bildirərək, Niyazi Mədətovun razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2019-cu il tarixdə qeyd edilən notariat ofisində xeyli miqdarda, yəni 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini X38 Əliyev aldıqdan sonra həmin gün qeyd olunan pul vəsaitini sonuncu və Məhkum1 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Niyazi Mədətova məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Aygün Mədətovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Məhkum2 və Məhkum1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Niyazi Mədətovu təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin iyul ayında qohumu Şahid6 hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alması üçün dövlət universitetlərindən birinə qəbul edilməsində köməklik göstərilməsi məqsədilə qrup üzvü Məhkum2 müraciət edən, cinayətdən xəbərsiz olan X4, habelə sonradan bilavasitə Şahid6 özünə qrup üzvü Məhk um1 yüksək vəzifəli tanışlarının olduğunu, həmin tanışları vasitəsilə Şahid6 hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alması üçün Milli Aviasiya Akademiyasına qəbul etdirmək imkanına malik olduğunu Məhkum2lə birlikdə yalandan vəd edib Şahid6 aldatmaqla onda özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün Məhkum1 tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə özü, Məhkum2 və Məhkum1 vasitəsilə birbaşa yolla maddi nemət olan ümumilikdə 18.000 (on səkkiz min) manat, ilkin olaraq 15.000 (on beş min) manat, işin həll olunmayacağını bilmələrinə baxmayaraq, inandırıcı olması üçün guya iş həll olunduqdan sonra 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qism ində verilməsinin zəruri olduğunu Məhkum2lə birlikdə yalandan bildirib Şahid6 razılığını almaqla onunla sövdələşib, həmin adla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisində 15.000 (on beş min) manat pulu Şahid6 Məhkum2 aldıqdan sonra qeyd edilən məbləğdə pul vəsaitini həmin gün sonuncu və Məhkum1 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid6 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Məhkum2 və Mə hkum1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid6 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin iyul ayında tanışı Şahid5 Sabirabad rayonu Şəhriyar kənd tam orta məktəbinə daimi əsaslarla müəllim kimi işə qəbul edilməsində köməklik göstərilməsinə dair qrup üzvü Məhkum2 müraciət edən, cinayətdən xəbərsiz olan Şahid4, habelə Şahid5 qrup üzvü Məhkum1 yüksək vəzifəli tanışlarının olduğunu, həmin tanışları vasitəsilə Şahid5 Sabirabad rayonu Şəhr iyar kənd tam orta məktəbinə daimi əsaslarla müəllim kimi işə qəbul etdirmək imkanına malik olduğunu Məhkum2lə birlikdə yalandan vəd edib Şahid5 aldatmaqla onda özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib qeyd edilən məsələnin müsbət həlli üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə özü, Məhkum2 və Məhkum1 vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu Məhkum2lə birlikdə yalandan bildirib, Şahid5 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının 20 Yanvar abidəsinin yanındakı çıxışında yerləşən kafedə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini Məhkum2 vasitəsilə Şahid5 cinayətdən xəbərsiz olan atası X1 almaqla, eyni niyyətlə aralarındakı razılaşmaya əsasən cinayət əməllərini davam etdirərək xx.xx.2019-cu il tarixdə Şahid5 həmin vəsait müqabilində guya vəd etdikləri məsələnin həll edilə bilməyəcəyini, bu səbəbdən qeyd edilən vəzifəli şəxsə eyni niyyətlə rüşvət qismində verilməsi üçün əlavə 500 (beş yüz) manata ehtiyac olmasını Məhkum2 və Məhkum1 ilə birlikdə bildirib, Şahid5 razılığını almaqla onunla sövdələşmələrinə əsasən sonuncunun əri X5 "xxxx" ASC-nin Sabirabad filialından **********0 nəzarət nömrəsi ilə Məhkum2 adına köçürdüyü 500 (beş yüz) manat pulu sonuncunun həmin tarixdə ünvan 18 ünvanında yerləşən "xxxx" ASC-nin Nəsimi filialından götürməsindən sonra ünvan 4 ünvanında yer ləşən Əbülfəz Qarayev adına 2 saylı X16 Laboratoriya şöbəsindəki xidməti otaqda Məhkum1 verməklə ümumilikdə qeyd edilən qaydada əldə etdikləri cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində özgəyə, yəni Şahid5 məxsus pul vəsaitini Məhkum2 və Məhkum1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa özü, Məhkum2 və Məhkum1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahi d5 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin iyul ayında hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alması üçün dövlət universitetlərindən birinə qəbul edilməsində köməklik göstərilməsi adı ilə dələduzluq yolu ilə pul vəsaitini ələ keçirdikləri Şahid6 2019-cu ilin oktyabr ayının əvvəllərində aralarında baş tutan telefon danışığı və yazışmaları zamanı həmin qəbul üzrə 2.500 (iki min beş yüz) manat məbləğində təhsil haqqının ödənilməsinin zəruri olduğunu qrup üzvləri Məhkum1 və Məhkum2 vasitəsilə bildirib, Şahid6 özləri barəs ində formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək xx.xx.2019-cu il tarixdə Şahid6 "xxxx" ASC-nin Naftalan filialından **********50 nəzarət nömrəsi ilə Məhkum2 adına köçürdüyü 800 (səkkiz yüz) manat, həmçinin həmin tarixdə Şahid6 qardaşı Zərərçəkmiş şəxs7 “Azericard” prosessinq mərkəzinin Şəki şəhərində yerləşən 00010049 nömrəli terminalından ******* əməliyyat nömrəsi ilə Məhkum2 4127- 2081-2459-8136 saylı plastik kartına köçürdüyü 700 (yeddi yüz) manat, həmçinin Zərərçəkmiş şəxs7 ******* əməliyyat nömrəsi ilə Məhkum2 həmin plastik kartına qeyd edilən tarixdə köçürdüyü 1.000 (min) manat, ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ünvan 20 ünvanında yerləşən həmin bankın “Bakıxanov” şöbəsində quraşdırılmış bankomat vasitəsilə Məhkum2 çıxarıb nağdlaşdırmasın dan və həmin pulu ünvan 22 ünvanında yerləşən 1 saylı X47 X15 Məhkum1 verməsindən sonra həmin pul vəsaitini sonuncu və Məhkum2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Məhkum3 müdafiəçiləri Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, habelə Məhkum3 müdafəçisi Müdafiəçi5 tərəfindən apellyasiya şikayətinə verilmiş əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X14 (sədrli k edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə) 28 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü isə Məhkum1 aid hissədə dəyişdirilərək ona elan olunmuş ittihamdan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 8.000 (səkkiz min) manat məbləğində xeyli miqdarda, təkrarən Zərərçəkmiş şəxs2 6.000 (altı min) manat məbləğində xeyli miqdarda və təkrarən Zərərçəkmiş şəxs3 3.700 (üç min yeddi yüz) manat məbləğində ziyan vurmaqla törətdiyi dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona həmin epizodlar üzrə cinayət təqibinə xitam verilmiş, bununla əlaqədar olaraq “Məhkum1 vahid niyyətlə Şahid3 məxsus 8.095,08 manat (səkkiz min doxsan beş manat səkkiz qəpik) məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi” epizodu üzrə “təkrarlıq” tövsifedici əlaməti isə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilmişdir. Hökm Məhkum1 aid qalan hissələrdə, habelə Məhkum2 və Məhkum3 barəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, məhkəmə prosesi zamanı zərərçəkmişlərin hər biri Xanımcanı deyil, Neməti tanıdıqlarını bildirmişdirlər. Müdafiəçi tərəfindən onlara ünvanlanmış “haradan bilirdiniz ki, Nemət bu kimi işlərlə məşqul olur” kimi suallara müxtəlif şəxslər vasitəsi ilə Nemətlə tanış olduqlarını və oxşar fəali yyətlə məşğul olması barəsində məlumatlarının olmasını bildirmişdirlər. Məsələn, zərərçəkmiş Elza Neməti bır dətə gördüyünü, ona pulu Sevda adlı şəxs vasitəsi ilə verdiyim bildirir. Yenə eyni qaydada Vüsal Neməti tanıdığını pulu ona verdiyini bildirir. Hətta zərərçəkmişlərin bir qismi də istintaq zamanı Xammcanın günahının olmaması qənaətinə gəlmiş və ona qarşı hər hansı bir tələbinin olmaması barəsində barışıq ərizəsi də vermişdir (məsələn, Ülvi, Xatirə, Zöhrə, Şahhüseyn və s.). Bundan başqa, Bakı Apellyasiya Məhkəməsində zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Hətta iş materiallarında onlara aid müəyyən ərizələr də mövcuddur ki, həmin ərizələrin mətnindən aydın olunur ki, zərərçəkmiş şəxslər məhkəmədən Məhkum1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş e tmişdirlər. Apellyasiya şikayətində hökmün ləğv edilərək N.Məhkum1 bəraət verilməsi xahiş edilsədə məhkəmə bütün bunlara baxmayaraq bu kimi hallan nəzərə almamış, apellyasiya şikayətini qismən təmin etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-69/2022 saylı xx.xx.2022-ci il tarixli qərarını ləğv edilməsi və işin təkrar araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barəsində qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyə n edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassator şikayətdə məhkumun əməlində cinayət tərkibi olmadığını, məsələnin mülki mübahisə olduğunu iddia edərək Məhkum1 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi nin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğ un cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusu na digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud old uğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 178-ci maddəsində: “178.1 Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə; 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə--- bu hallarda məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində: “rüşvət vermə cinayətinin anlayışı aşağıdakı kimi müəyyən edilmişdir: “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi” CM-in 312.2-ci maddəsində isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi nin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni hə ll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araş dırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli o lması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert r əyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir- biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni məhkumun əsassız olaraq cinayət məsu liyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli q ərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsi n əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutl ar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayə t- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsi fi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun iza h edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum1 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətidə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 28 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov Vidadi Cəfərov Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar