Məhkəmə qərarları › İş №1(102)-642/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-642/2019

22.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-642/2019 22.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 642/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "22" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2018-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Asim Hacımırzə oğlu, hakimlər Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) xx xxxxx 1973-ci ildə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, Amerika Birləşmiş Ştatları və İran İslam Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı, orta təhsilli, işləməyən, İran İslam Respublikası, Tehran şəhəri, ünvan 1 ünvanında yaşamış, hal hazırda Bakı şəhəri, ünvan 2 ünvanında müvəqqəti yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq olunaraq 9.500 manat cərimə cəzasına məhkum edimiş, CM-nin 69.4-cü maddəsinə əsasən 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, qəti olaraq 9.300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Həmçinin Məhkum təyin olunmuş cərimə cəzası və məhkəmə məsrəfi tam ödənildikdən sonra, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsi tətbiq olunmaqla onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 27 dekabr 2017-ci il tarixdə, saat 09 radələrində Astara Gömrük İdarəsindən keçməklə piyada xətti ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən 465 ədəd 100 nominallı əskinaslardan ibarət, külli miqdarda – 79.054,65 manat məzənnəsində 46.500 ABŞ dollarını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyninə geyindiyi gödəkçənin arxa içəri hissəsinə əlavə tikdiyi 9 ədəd cibdə yerləşdirib gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə gizli yolla keçirib qaçaqmalçılıq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrl ik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 13 dekabr 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olar aq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, habelə təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Məhkum əməlini CM-nin 206.3.1-ci maddəsindən CM-nin 206.1-ci maddəsinə tövsif edərkən iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla onun hərəkətlərində təkrarən qaçaqmalçılıq cinayətinin olmasının öz təsdiqini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirlə ndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum 18 dekabr 2017-ci il tarixdə Astara Gömrük İdarəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən özü ilə gətirdiyi 40000 ABŞ dollarının külli miqdarda 67.004 manat məzənnəsində olan hissəsini 19 dekabr 2017-ci il tarixdə saat 0930 radələrində Astara Gömrük İdarəsindən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına qayıdarkən bəyan etmədiyi və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirdiyi iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum 19.12.2017-ci il tarixdə Astara Gömrük idarəsindən pul vəsaiti keçirməsi epizodu üzrə öz ifadəsindən başqa digər sübutların müəyyən edilməməsi, həmin qeyd olunan malın ümumiyyətlə valyuta olmasmı təsdiqləyən hər hansı bir mötəbər sübutun, o cümlədən müvafiq ekspertiza rəyinin əldə olunmaması, qeyd olunan vəsaitin özünün də mövcud olmaması, sonuncunun bu xüsusat üzrə verdiyi ifadəsinin təqsirləndirilən şəxsin öz əleyhinə verilən, digər sübutlarla təsdiqini tapmayan ifadə olması səbəbindən həmin ifadənin qeyri mötəbər sübut kimi ittihamın əsası üçün kifayət edən hesab edilməməsi qənaətinə gəlməklə ona verilmiş ittihamın bir hissəsini xaric edərkən və onun əməlini CM-nin 206.3.1-ci maddəsindən CM-nin 206.1-ci maddəsinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymı şdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkumı cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Protestdə həm də qeyd edilmişdir ki, Məhkum 19.12.2017-ci il tarixdə gömrük sərhədində bəyan etmədən İran İR-a külli miqdarda valyuta aparması barədə verdiyi ifadə onun özünün iradəsindən deyil, yuxarıda qeyd olunan amillərdən yəni X2un ifadəsi, habelə sonuncunun üzləşdirmə zamanı verdiyi ifadəsi, həmçinin 18.12.2017-ci il tarixdə Azərbaycan Respublikasına gətirdiyi pulun "aqibətini" izah edə bilməməsindən asılı olmuşdur. Məhkəmələr isə Məhkumm əməlində təkrarən qaçaqmalçılıq cinayəti olmasının öz təsdiqini tapmadığı nəticəsinə gələrkən qeyd olunan halları nəzə rə almamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Məhkum 18.12.2017-ci il tarixdə 40.000 ABŞ dolları valyutanı Azərbaycana gətirmiş, bir gün. sonra isə gətirdiyi həmin valyutanı da özü ilə götürərək daha çox valyuta gətirmək üçün İran İR-na getmişdir. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri isə Məhkum 19.12.2017-ci il tarixdə gömrük sərhədində bəyan etmədən İran İR-a apardığı valyutanın əldə olunmaması və onun həqiqətən ittihamda göstərilən cinayətin predmeti olmasına dəlalət edən sübut əldə olunmaması nəticəsinə gələrkən həmin valyutanın 27.12,2017-ci il tarixdə Məhkum üzərində aşkar edilmiş valyuta ilə eyni olması xüsusatına diqqət yetirməmişlər. İş materiallarından aydın olur ki, 27.12.2017-ci il tarixdə Məhkum aşkar edilib götürülmüş 46.500 ABŞ dolları məhkəmə-texniki ekspertizaya təqdim olunmaqla müvafiq rəy alınmış və həmin valyuta maddi sübut kimi tanınmışdır. Bundan əlavə, məhkəmələr Məhkum 19.12.2017-ci il tarixdə gömrük sərhədindən bəyan etmədən İran İR-a apardığı valyutanın ekspertizadan keçirilməsi zərurətini əsaslandırarkən "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbayca Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarına istinad etmişdir. Lakin, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri nəzərə almamışlar ki, həmin qərara əsasən qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrə aid edilməsi, eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar. Göründüyü kimi, həmin qərarda növünü müəyyən etmək üçün ekspert rəyinin tələb olunduğu vasitələr və maddələrin sırasında xarici valyuta göstərilməmişdir. Göstərilənlərdən də aydın olduğu kimi, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Göründüyü kimi, Məhkumn 19 dekabr 2017-ci il tarixdə külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasından İran İslam Respublikasına qaçaqmalçılıq yolu ilə keçirdiyini təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən məhkumun ibtidai istintaq zamanı və məhkəmələrdə verdiyi ifadələrinə, şahidlər X2un, X12un və başqalarının ifadələrinə, üzləşdirmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Məhkum qarşı təkrar qaçaqmalçılıq ittihamı irəli sürülməsinə səbəb olan 19.12.2017-ci il tarixdə gömrük sərhədindən bəyan etmədən keçirilmiş valyutanın əldə olunmaması və onun həqiqətən ittihamda göstərilən cinayətin predmeti olmasına dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz nəticəni təsdiq etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş məhkum edilmiş şəxsin, şahidlər X2, X1 2un və başqalarının ifadələri, üzləşdirmə protokolları, digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Məhkumn ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla məhkuma verilmiş ittihamın bir hissəsinin xaric edilməsi və onun əməlinin CM-nin 206.3.1 -ci maddəsindən CM-nin 206.1-ci. maddəsinə tövsif edilməsi ilə nəticələnən qərəzli yanaşmam əsaslı saymaqla cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mən afeyi baxımından çıxış etmiş, guya onun hərəkətlərində təkrarən qaçaqmalçılıq cinayətinin olmasının öz təsdiqini tapmaması kimi işdə olan sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Bütün bunların da nəticəsində Məhkumn törətmiş olduğu cinayət əməli əsassız və qanunsuz olaraq CM-nin 206.3.1-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif edilmişdir. Belə olan halda məhkəmələrin əməlin tövsifi barədə gəldiyi nəticə əsassız olmuşdur. Bundan başqa, protestdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən işin hallarını, cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə almamış və nəticədə CM-nin 62-ci maddəsini tətbiq etməklə ona daha yüngül cəza təyin etmiş, apellyasiya məhkəməsi də öz növbəsində bu əsassız nəticə ilə də razılaşmışdır. İ şin hallarından isə görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarında olan tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi təkrar olaraq külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törə tmiş olduğu cinayət əməlləri başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq CM-nin 62-ci maddəsini tətbiq etməklə əməlin tövsif edildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza - cərimə cəzası təyin etmiş, apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Halbuki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədil məsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Hazırki iş üzrə isə təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini şərtləndirən hallardan heç biri mövcud olmamışdır. Belə ki, Məhkum ibtidai istintaq zamanı və məhkəmə baxışında cinayət məsuliyyətindən yayınmaq üçün ziddiyyətli ifadələr vermək lə özünü qeyri səmimi aparmış, cinayət əməlini təkrar törətməklə özünün cinayətkar niyyətini həyata keçirməkdə israrçı olmuşdur. Göründüyü kimi cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcud olmamışdır. Bundan başqa, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi cinayətin "ağır" cinayətə aid olmadığını, şəxsiyyətini, yəni onun məhkum olmadığını, xəstəlikdən əziyyət çəkdiyini, uşaqların onun himayəsinə və tərbiyəsinə ehtiyacı olmasını, axırıncılarla uzun müddət görüşmədiyini nəzərə alıb həmin halların məcmusunu müstəsna hallar kimi qiymətləndirərək CM- nin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi CMnin 206.1-ci maddəsinin sanksiyasında nəz ərdə tutulandan daha yüngül cəza - cərimə cəzası təyin etmişdir. Göründüyü kimi məhkəmənin öz hökmündə müstəsna hallar kimi nəzərə aldığı hallar CMnin 62-ci maddəsində nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi iizrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmi ş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, məhkum edilmiş şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamış, CM-nin 62-ci maddəsi əsassız olaraq tətbiq edilmiş, habelə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmiş, eləcə də cinayət qanunu normaları düzgün tətbiq edilməmişdir. Qeyd olunanlara görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzaki rə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya protestinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin qərarının qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, məhkəmələr ittihamın hansı həcmdə təsdiq edilməsi və əməlin Azərbaycan Respublikası CM-nin hansı maddəsi ilə tövsif edilməli olduğu məsələlərini həll edərkən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansılarına əsaslandıqlarını hökm və qərarda göstərmişlər. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən haqlı olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, k assasiya protestinin dəlilləri də buna əsas vermir. Kassasiya protestində məhkəmələr tərəfindən Məhkum əməlinin düzgün tövsif edilməməsi, Azərbaycan Respublikası CM-nin 206.3.1-ci maddəsi ilə tövsif edilməli olduğu, həmçinin əsassız olaraq barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiq olunması iddia olunur və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya protestinin həmin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, belə dəlillər apellyasiya protestində göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “... birinci instansiya məhkəməsinin müb ahisə olunan hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkumn (X30) törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı CM-nin 206.3.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmamış, Məhkumyə qarşı irəli sürülmüş ittiham üzrə 19.12.2017-ci il tarixdə gömrük sərhədindən 40.000 ABŞ dollarında külli miqdarda valyutanı bəyan etmədən keçirməsinin iş materialları ilə sübuta yetirlmədiyi üçün ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlinin CM-nin 206.3.1-ci maddəsi ilə düzgün tövsif olunmaması, sonuncunun törətmiş olduğu cinayət əməlinin CM-in 206.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə cəzalandırılması olmasına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhk əməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrı, yəni məhkum olunmuş şəxsin ifadəsi ilə yanaşı, şahidlər X11, X12, X19, X4, X5, X2 ifadələrini, məhkəmə-texniki ekspertizasının 12 mart 2018-ci il tarixli, 5807 №-li ekspert rəyini, “Şəxsi yoxlama aparılması haqqında” 27.12.2017-ci il tarixli protokolu, “Baxış keçirilməsi haqqında” 27 fevral 2018-ci il tarixli protokol, 21 fevral 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş Məhkumun sərhədkeçmə hesabatını, Astara Gömrük İdarəsinin 25/25/014418 №-li, 25.05.2018-ci il tarixli məktubunu, 11 iyul 2018-ci il tarixli qərarı məcmu halında müqayisəli təhlil edib, onların həqiqiliyi və əldə olunma mənbəyi baxımından qiymətlən dirərək, Məhkumin ona istinad edilən cinayət əməllərini törətməsi məsələsini müzakirə edib belə qənaətə gəlmişdir ki, həmin sübutlarla sonuncunun qaçaqmalçılıq, yəni CM-nin 206.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı kifayət qədər təsdiq olunsa da onun hərəkətlərində təkrarən qaçalmalçılıq cinayət əməlinin olması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkumin yuxarıda qeyd olunan maddə ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası apelyasiya protestinin məhkum olunmuş şəxsin əməlinin CM-nin 206.3.1-ci maddəsinən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif olunmasına dair birinci instansiya məhkəməsinin nəticəsinin əsassız və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmaması barədə dəlillərinə (həmin dəlillər hazırkı qərarın “Apelyasiya protestinin dəlilləri” bölümündə ətraflı şərh olunduğundan məhkəmə kollegiyası həmin dəlilləri təkrar sadalamağa zərurət görmür) qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi iş üzrə araşdırlmış sübutlara və müəyyən olunmuş faktiki hallara uyğun qanuni və əsaslıdır, ona görə də apelyasiya protesti təmin olunmamalıdır. Belə ki, iş materiallarından olan aray ışdan görünür ki, Astara Gömrük idarəsində Məhkumin 19.12.2017-ci il tarixdə Azərbaycan Respublikası gömrük sərhədindən valyuta keçirməsi barədə məlumat yoxdur. İbtidai və birinci instnsiya məhkəmə istintaqında sonuncunun qeyd olunan tarixdə Azərbaycan Respublikasından İİR-na gömrük nəzarətindən kənar və ya gizli olaraq külli miqdarda valyuta keçirməsi özünün ifadəsindən başqa heç bir sübutla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumun ifadəsində qeyd etdiyi 19.12.2017-ci il tarixdə Astara Gomrük idarəsindən pul vəsaiti keçirməsinə dair digər sübutlar müəyyən edilməməklə yanaşı, həmin qeyd edilən malın ümumiyyətlə valyuta olmasını təsdiqləyən hər hansı bir mötəbər sübut, o cümlədən müvafiq ekspert rəyi əldə olunmadığından, qeyd olunan vəsaitin özü də mövcud olmadığında n, sonuncunun bu xüsusat üzrə verdiyi ifadəsi təqsirləndirilən şəxsin öz əleyhinə verilən, digər sübutlarla təsdiqini tapmayan ifadə olduğundan birinci instansiya məhkəməsinin həmin ifadəni qeyri mötəbər sübut kimi ittihamın əsası üçün kifayət edən hesab edilməməsi barədə nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında göstərilir ki, “CM-nin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə gömrük sərhədindən keçirilən, mal hesab edilən istənilən əmlak, eləcə də qanunvericilikdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin müəyyən qaydası və şərtləri müəyyən edilmiş, mal olmayan digər əşyalar (məsələn,... habelə nağd xarici valyuta,..., qızıl-zinət əşyaları və CMnin 206.2-ci maddəsində sadalanmış əşyalar aiddirlər. Şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. … Qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, …eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar”. İş materiallarından göründüyü kimi, Məhkumıya qarşı onun təkrar qaçaqmalçılıq ittihamı irəli sürülməsinə səbəb hesab edilən 19.12.2017-ci il tarixdə gömrük sərhədindən bəyan etmədən keçirilmiş kimi göstərilmiş valyuta əldə olunmamış və onun həqiqətən ittihamda göstərilən cinayətin predmeti olmasına dəlalət edən mötəbər sübut əldə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-cin maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarix li Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, ittiham orqanı tərəfindən təqdim olunmuş hər hansı bir sübutla Məhkumın 19.12.2017-ci il tarixdə gömrük sərhədindən 40 000 ABŞ dollarında külli miqdarda valyutanı bəyan etmədən keçirməsi xüsusatı öz təsdiqini tapmadığına görə həmin xususatın ittihamdan xaric edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, CPMnin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsin ə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafi əçinin, mülki cavabdehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mü lahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsində araşdırmış sübutlarla Məhkumin 27 dekabr 2017-ci il tarixdə, saat 09 radələrində Astara Gömrük İdarəsindən keçməklə piyada xətti ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən 465 ədəd 100 nominallı əskinaslardan ibarət, külli miqdarda - 79054,65 manat məzənnəsində 46500 ABŞ dollarını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əyn inə geyindiyi gödəkçənin arxa içəri hissəsinə əlavə tikdiyi 9 ədəd cibdə yerləşdirib gizlədərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə gizli yolla keçirməsi kifayət qədər təsdiq olunduğundan və bu hərəkətdə CM-nin 206.1-ci maddəsinin tərkibi olduğundan, birinci instansiya məhkəməsinin sonuncunun əməlinin CM-nin 206.3.1-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif edilməsinə dair nəticəsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkumun ifadəsində onda aşkarlanmış 46500 ABŞ dollarında valyutanın bəyan edilməli olduğunu bilmədiyi üçün həmin külli miqdarda valyutanı gömrük nəzarətindən keçirərkən bəyan etmədiyi barədə göstərdiyi dəlillərə tənqidi yanaşarq, bu xüsusatın onun özü və şahidlər tərəfindən məhkəmədə verilən ifadələr, tədqiq olunmuş sənədli sübutlarla təkzib olunduğu üçün qeyri səmimi, məsuliyyətdən yayınmağa yönələn yalan ifadə kimi qiymətləndirmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəmə istintaqında göstərmişdir ki, 27.12.2017-ci ildə onun üzərində 46.500 ABŞ dollarında pulun gömrük idarəsinin əməkdaşı tərəfindən aşkarlanmasından əvvəl, yəni hələ 18 dekabr 2017-ci il tarixdə o, 40.000 ABŞ dollarını İİR-dan Azərbaycan Respublikasına gətirərkən Astara Gömrük İdarəsinin əməkdaşı olan və hazırki iş üzrə şahid keçən X12 ona Azərbaycan qanunvericiliyinə əsasən Respublikaya gətirilən 10.000 ABŞ dolları ekvivalentindən artıq valyutanın gömrükdə bəyan edilməli olduğunu və onun üçün bu pula dair gömrük bəyannaməsi tər tib edərkən ona izah etmiş və o, yalnız həmin bəyannamə tərtib edilib ona imzaladıldıqdan sonra gömrük nəzarətindən keçib Azərbaycana gəlmişdir. Birinci instansiya məhkəmə istintaqında şahid X12 eyni məzmunlu ifadə verib göstərmişdir ki, 18.12.2017-ci il tarixdə o, Məhkuma üzərindəki 40.000 ABŞ dollarında pulun bəyan edilməli olduğunu və bunun səbəbini, yəni qanunun tələbini ona izah etmişdir. Yuxarıda qeyd olunanlar isə belə qənaətə gəlməyə əsas verir ki, 27.12.2017-ci il tarixə kimi artıq Məhkumun külli miqdarda valyutanı, o cümlədən 10 000 ABŞ dollarından artıq məbləğdə pulu Azərbaycan gömrük sərhədindən keçirərkən bəyan edilməsinin məcburi olması barədə məlumatı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkumun onda aşkarlanan 46.500 ABŞ dol larını gömrük nəzarətindən gizlətmək üçün deyil öz təhlükəsizliyi baxımından gödəkçəsinin içərisində tikdirdiyi ciblərə yerləşdirməsi barədə gətirdiyi dəlili də qeyri səmimi, iş üzrə obyektiv həqiqəti özündə əks etdirməyən dəlil kimi qəbul etməsi də əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində tədqiqi olunmuş sübutlarla müəyyən olunur ki, Məhkum 27.12.2017-ci il tarixdə Astara Gömrük İdarəsinə daxil olarkən özü ilə 1 ədəd çemodan və bel çantası gətirmiş və onları açmadan rentgen aparatına qoyub gömrük nəzarətindən keçirmişdir. Göründüyü kimi bu halda həmin qablaşdırıcıların içərisindəki əşyalar yalnız monitora nəzarət edən gömrük inspektoru tərəfindən müşahidə edilmiş və kənar şəxslərin bundan məlumatlı olması mümkünsüz olmuşdur. Odur ki, Məhkum həqiqətən üzərindəki pulları kə nar şəxslərin nəzərindən yayındırmaq məqsədi olsaydı həmin çemodan və ya bel çantasına da qoyub daşımaqla edə bilərdi, çünki gömrük nəzarəti zamanı onların açılmadan daşınmasını və rentgen aparatından keçirilməsini bilmişdir (özü onları həmin qurğuya qoymuşdur). Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarala yanaşı Məhkumun qeyd olunan valyutanı adi şəkildə əynindəki üst geyimin ciblərində deyil, bunun üçün əvvəlcədən gödəkçədə hazırlatdığı əlavə ciblərdə yerləşdirməsi və bunun aşkarlanmasını çətinləşdirmək üçün həmin gödəkçənin üzərindən digər bir üst geyim-palto geyinməsini də nəzərə alır və hesab edir ki, bu hərəkətlər həmin valyutanın heç də sadəcə kənar şəxslərin diqqətindən yayındırılması üçün deyil, məhz gömrük nəzarətində aşkarlanmasına qarşı yönələn haldır, yəni onların gömrük nəz arətində aşkarlanmasını çətinləşdirən üsuldan istifadə edilməklə gizlədilməsinə dəlalət edən hallardır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə əsasən qiymət verərək belə nəticəyə gəlir ki, Məhkumnin CM-nin 2016.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin cinayətin cinayətin törədilməsində təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun əməli CM-nin 206.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və iş materiallarında olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və m əhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar olunmamışdır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə apelyasiya protestinin birinci instansiya məhkəməsinin Məhkumə təqsirli bilindiyi CM-nin 206.1-ci maddəsi ilə təyin etdiyi cəzanın cinayətin ağırlığına və məhkum şəxsiyyətinə uyğun olmayan yüngül cəza olması, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq məhkum edilmiş şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və hökmün ləğv edilərək məhkum edilmiş şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməli olması barədə dəlllərini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxə cəza təyini məsələsini müzakirə edə rək, onun himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, onun hərəkətlərində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni onun ağır cinayətə aid olmadığını, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni onun məhkum olmadığını, xəstəlikdən əziyyət çəkdiyini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə, xüsusən də azyaşlı uşaqlarının onun himayəsinə və tərbiyəsinə ehtiyacı olmasına, axırıncılarla uzun müddət görüşmədiyini nəzərə alıb, qeyd olunanların məcmusunu müstəsna hallar kimi qiymətləndirmiş və hesab etmişdir ki, Məhkum təqsirli bilindiyi CM-nin 206.1-ci madəsi ilə cəza təyi n edilərkən CM-nin 62-ci maddəsinin tətbiq edilərək ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növü olan cərimə cəzası təyin etməklə onun islah olunması və cəzanın məqsədinə nail olunması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxsə təyin edilmiş cəza məsələsinə dair yuxarıda qeyd olunan nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİ İdarəsinin tələbnaməsindən görünür ki, Məhkum əvvəllər məhkum olmamışdır. İş materiallarında olan İİR-nın “şəxsiyyət sənədi”, nikah haqqında şəhadətnamənin tərcüməsindən, tibbi arayışlardan, məhkəməyə təqdim olunmuş “Halal MTK”-ın 30.08.2018-ci il tarixli arayışından görünür ki, Məhkum evlidir, himay əsində 2012 və 2014-cü il təvəllüdlü 2 azyaşlı uşağı vardır, İİR-nın Tehran şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış, hal hazırda o, Bakı şəhəri, ünvan 2 ünvanında müvəqqəti olaraq tək yaşayır, “Qeyri-stabil stenokardiya, Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozlu xəstəliklərdən Mərkəzi Neftçilər xəstəxanasında müalicə almışdır və ambulator müalicəyə yazılmışdır. Cinayət hüquq nəzəriyyəsinə görə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki. onlar: əməlin tövsif edildiyi maddənin sanksiy asına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə; qanunda nəzərdə tutulan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi) hüquq verir. CM-nin 62.1-ci maddəsinin tələbinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyinini azaldan başqa hallar olduqda, eləcədə iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal iştirak etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı hədd ən də az cəza təyin edə bilər, yaxud təyin edilməsi məcbur olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiaysı hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmuyunu cinayətin məqsədi və motivi, təqsirkarların cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışı ilə bağlı, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirərək, məhkum olunmuş şəxs barəsində CMnin 62-ci maddəsi tətbiq edilməsinə dair düzgün nəticəyə gəlmiş, məhkum olunmuş şəxsə təyin etdiyi cərimə cəzası törədilmiş cinayətin xarakt eri və ictimai təhlükəlilik dərəcəsi, məhkum edilmiş şəxsin şəxsiyyəti, onun məsuliyyətini yüngülləşdirən hallar və sonuncunun himayəsində olan azyaşlı uşaqların həyat şəraitinə təsiri baxımından ədalətli cəza olmuşdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü mad dəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-n in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apelyasiya protesti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü apellyasya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya protestinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, bunlarla, o cümlədən Məhkum əməlinin tövsifi ilə və ona təyin olunan cəza ilə bağlı gəldiyi nəticəni qərarında işin hallarına, Azərbaycan Respublikası CPM-nin normalarının tələblərinə, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının müvafiq olaraq müddəalarına və izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün (apellyasiya protestinə münasibətdə) məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin əsaslandığı sübutlar bir daha sadalanır və həmin sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi iddia olunur. Lakin yuxarıda göstərildiyi kimi, iş materiallarından görünür ki, məhkəmələr həmin sübutları qanunla nəzərdə tutulmuş qaydad a tədqiq və təhlil etmiş (yoxlamış), nəticəsindən asılı olaraq onlara qiymət vermişlər. Kassasiya protestində ittiham tərəfinin mövqeyini əsaslandırmaq üçün şahidlər A.X12 və X2un ifadələrinə də istinad edilir və onların məzmunu göstərilir. Həmin ifadələrin təhlili göstərir ki, onlarda 40.000 ABŞ dollarının İran İslan Respublikasına keçirilməsi barədə və ya belə qənaətə gəlməyə dolayısı ilə də olsun əsas verən məlumat əks etdirilməmişdir. Protestdə istinad edilən Məhkum özünün ibtidai istintaq zamanı verdiyi ifadəsinə gəldikdə (kassasiya protestində həmin ifadəyə də istinad olunur), onlar da 40.000 ABŞ dollarının İran İslan Respublikasına keçirirlməsinə dair ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə nəticə qanunun tələblərindən irəli gəlir. Azərbaycan Respublikası CPM-ni n 126.6-cı maddəsində görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İş materiallarından isə görünür ki, Məhkum ibtidai istintaqda verdiyi həmin ifadələr digər hər hansı bir sübutla təsdiq olunmur. Protestdə həm də 18 dekabr 2017-ci il tarixli bəyannaməyə də istinad edilərək göstərilmişdir ki, “... iş materiallarında olan 18.12.2017-ci il tarixli gömrük vəsiqəsi və fiziki şəxslər tərəfindən verilmiş sadələşdirilmiş bəyannamədən görünür ki, Məhkum həmin tarixdə Azərbaycan Respublikasına 40.000 ABŞ dolları gətirmişdir...”. Protestdə ittiham tərəfinin həmin bəyannaməyə özünün mövqeyini əsaslandırmaq üçün istinad etməsi ilə bağlı qeyd olunmalıdır ki, həmin bəyannamədə olan məlumatlar ittiham tərəfinin mövqeyini heç cür əsaslandırmır. Valyutanın Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, onun sonradan, yəni 19 dekabr 2017-ci il tarixdə həmin ərazidən çıxarılmasını, o cümlədən İran İslan Respublikasına aparılmasını təsdiq edən, buna birmənalı olaraq dəlalət edən amil kimi qiymətləndirilə bilməz, bu baxımdan məhkum tərəfindən 40.000 ABŞ dollarının Azərbaycan Respublikasından İran İslan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Qanunun tələbinə görə isə ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Göründüyü kimi, məhkəmənin gəldiyi, 40.000 ABŞ dollarının İran İslan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi ittihamın sübuta yetirilməd iyinə dair nəticənin qanuniliyinin şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən həm də Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 145.3, 146.1, 351.2-ci maddələrinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan R espublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tə sdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya protestində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin də düzgün olmayaraq tətbiq edildiyi iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Apellyasiya məhkəməsi apellyasiya protestinin kassasiya protestində cəza təyini məsələsi ilə əlaqədar göstərilənlərə uyğun dəlillərinə də münasibət bildirilmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, həmin dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, bunlara dair nəticəni qanunun tələblərinə istinad etməklə əsasladırmışdır (yuxarıda bu barədə ətraflı şərh verilmişdir). Kassasiya protestində əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə istinad edilsə də, bunlara aid hansı amillərin Məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin bu qəbildən olan digər cinayətlərə nisbətdə daha yüksək olunduğunu göstərməsi, onun barəsində bu baxımdan Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməli olmadığına dəlalət etməsi açıql anmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında da həmin maddənin tətbiq edilməsi üçün maneə törədən halların mövcudluğu barədə hər hansı bir məlumat yoxdur. Əksinə, iş materiallarından görünür ki, cəzanı yüngülləşdirən bir sıra halların məcmusu məhkəmələr tərəfindən tamamilə haqlı olaraq müstəsna hal kimi qiymətləndirilmişdir (Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə uyğun olaraq). Odur ki, məhkəmələrin Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində nəzərdə tutulmayan halları müstəsna hal kimi nəzərə almalarına dair dəlil də (protestdə göstərilən) əsassızdır. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, iş materiallarından göründüyü kimi, Məhkum təyin edilmiş cərimə cəzası artıq icra edilmiş və o, Azərbaycan Respublikasının hüdudlarından çıxarılmışdır. Bu, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 07 yanvar 2019-cu il tarixli 17/74-143 №-li məktubu ilə təsdiq edilir. Həmin məktubda göstərilmişdir ki, “... barəsində Xətai rayon icra və probasiya şöbəsində 3600/14 saylı şəxsi işi olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-247/2018 saylı 07 sentyabr 2018-ci il tarixli hökmü ilə əsas cəza kimi 9.300 manat cərimə cəzasına məhkum edilmiş 17.05.1973-cü ildə İran İslan Respublikasının Tehran şəhərində anadan olmuş, Amerika Birləşmiş Ştatları və İran İslan Respublikasının vətəndaşı Məhkum Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkum hökm üzrə müəyyən edilmiş 9.300 manat cəriməni və 123 manat ekspertiza xərcini tam olaraq ödəmişdir...”. Göründüyü kimi, məhkəmələr Məhkum barəsində Azərbaycan Respublikası CM-ni n 62.1-ci maddəsinin tətbiq edilməsi ilə bağlı mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, protestin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin aşağıdakı normalarınıntələblərini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərimişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin t örədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarına istinad edilərək bu normaların məzmunu, qərarların isə izahları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı plenum qərarlarının izahları ilə heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar