Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-642/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs, Məhkum müdafiəçisi, “A.İ.M.” Vəkil Bürosunun vəkili Talıbov Telman Məhəmməd oğlunun iştirakları ilə xx xxxxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum ol unmayan, fərdi əməklə məşğul olan, ünvan yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi, “A.İ.M.” Vəkil Bürosunun vəkili Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: M.M.Ağalarov (sədrlik edən), Ə.M.Abbasov və E.Ə.Mikayılov) Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu, həb sdə və ev dustaqlığında saxlanıldığı 1 il 7 ay 24 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 6 il 4 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamaqla, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti müəyyən edilməklə onun üzərində saxlanılan cəza şərti tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü Məhkum barəsində dəyişdirilməklə, hökmdən CM-nin 70-ci maddəsinin tətbiqi və bununla bağlı göstərişlər xar ic edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 il 4 ay 6 gününü ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həmin cəzanın çəkməsinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilmiş və Məhkum 35.050 ABŞ dolları tutularaq ödəniş gününə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi ilə zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmündə X12 Azərbaycan manatı məzənnəsi ilə 30.684 manat 5 qəpik məbləğində 35.000 ABŞ dolları, X13 Azərbaycan manatı məzənnəsi ilə 36.506 manat 4 qəpik məbləğində 42.000 ABŞ dolları, X9 Azərbaycan manatı məzənnəsi ilə 11.055 manat 2 qəpik məbləğində 13.000 ABŞ dolları, X15 Azərbaycan manatı məzənnəsi ilə 16.074 manat məbəğində 20.000 ABŞ dolları və X6 35.000 manat məbləğində “külli miqdarda ziyan vurmaqla” tövsifedici əlamətləri “xeyli miqdarda ziyan vurmaqla” tövsifedici əlamətləri ilə əvəz edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə birgə iş qurub, gəlir ələ edəcəklərini yalandan vəd edib aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx.xx.2006-cı il tarixdə ünvan 1 ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 24.896 manat 72 qəpik məbləğində 28.250 ABŞ dollarını, xx.xx.2006-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 2D-nin qarşısında Azərbaycan manatı məzənnəsi ilə 13.551 manat 19 qəpik məbləğində 15.450 ABŞ dollarını, xx.xx.2006-cı ildə Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospekti 78 nömrəli ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 23.038 manat 08 qəpik məbləğində 26.300 ABŞ dollarını, xx xxxxxx 2006-cı ildə ünvan 3 ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 19.331 manat 4 qəpik məbləğində 22.000 ABŞ dollarını, təkrarən, 2007-ci ilin mart ayının 4-də ünvan 4 ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 3.821 manat 4 qəpik məbləğində 4.400 ABŞ dollarını, cəmi Azərbaycan manatı məzənnəsi ilə 84.639 manat 5 qəpik məbləğində 96.400 ABŞ dolları pulunu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dəl əduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X17 ilə birgə iş qurub gəlir əldə edəcəklərini yalandan vəd verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq ünvan 5 ünvanın qarşısında xx.xx.2006-cı il tarixdə Azərbaycan manatı məzənnəsi ilə 24.547 manat 6 qəpik məbləğində 28.000 ABŞ dollarını, xx.xx.2006-cı il tarixdə Azərbaycan manatı məzənnəsi ilə 6.136 manat 9 qəpik məbləğində 7.000 ABŞ dollarını, cəmi Azərbaycan manatı məzənnəsi ilə 30.684 manat 5 qəpik məbləğində 35.000 ABŞ dolları pulunu ələ keçirib zərər çəkmiş şəxs Xa külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X10 xarici ölkədən ucuz qiymətə "BMW X5" markalı avtomobil gətirmək adı ilə yalan vəd verib etibarından sui-istifadə edib aldadaraq 2007-ci ilin fevral ayının 22-də Bakı şəhəri ünvan 6 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 36.506 manat 4 qəpik məbləğində 42.000 ABŞ dolları pulunu ələ keçirib zərərçəkmiş şəxs X1a külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X5 etibarından sui-istifadə edərək yalandan vəd edib aldadaraq, 2007-ci ilin oktyabr ayının 15-də Bakı şəhəri ünvan 7 ünvanda ona məxsus olan "Opel Astra" markalı ** ZU *** dövlət nömrə nişanlı avtomobili baha qiymətə satıb pulunu verəcəyi adı ilə həmin avtomobili ələ keçirib, Azərbaycan man atı məzənnəsi ilə 11 055 manat 2 qəpik məbləğində 13.000 ABŞ dollarına sataraq, həmin məbləğdə pulu ələ keçirib zərər çəkmiş şəxs X2ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X14 xarici ölkədən ucuz qiymətə " BMW X6" markalı avtomobil gətirmək adı ilə aldadaraq xx xxxxxxxx 2010-cu ildə ünvan 8 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 16 074 manat məbləğində 20000 ABŞ dollarını ələ keçirib zərər çəkmiş şəxs X3a külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X7 xarici ölkədən avtomobil gətirəcəyinə yalan vəd verib a ldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq 2013-cü ilin may ayının 20-də Bakı şəhəri Yasamal rayonu, X36 2 saylı ünvanda yerləşən maşın bazarının qarşısında onun üçün "X32" markalı avtomobil gətirmək adı ilə aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 31.388 manat məbləğində 40.000 ABŞ dolları pulunu, bundan başqa 2013-cü ilin avqust ayının 17-də Nərimanov rayonu ərazisində yerləşən "Atabank"ın Xəzər filialında onun üçün "X32" markalı avtomobil almaq adı ilə aldadaraq həmin "X32" markalı avtomobili banka qoyaraq Azərbaycan manatı məzənnəsi ilə 47. 070 manat məbləğində 60.000 ABŞ dolları pulunu almış, bundan başqa Məhkum onun üçün ağ rəngli "Lexus 570" markalı avtomobil gətirmək adı ilə aldadaraq xx.xx.2013-cü ildə ünvan 10 ünvanda Azərbaycan man atı məzənnəsi ilə 9.411 manat 6 qəpik məbləğində 12.000 ABŞ dolları pulunu, bundan başqa həmin "Lexus 570" markalı avtomobilə dövlət nömrə nişanı almaq üçün xx.xx.2013-cü ildə ünvan 11 ünvanda aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 941.1 qəpik məbləğində 1200 ABŞ dollar pulunu, bundan başqa Məhkum xx.xx.2013-cü ildə Xi aldadaraq ünvan 10 ünvanın qarşısında xarici ölkədən gələn avtomobili gömrükdən keçirmək adı ilə aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 5.961 manat 4 qəpik məbləğində 7.600 ABŞ dolları pulunu, bundan başqa 2013-cü ilin oktyabr ayının 20-də ünvan 12 ünvanında yerləşən "Atabank"a pul keçirərək ona kreditlə avtomobil almaq adı ilə Azərbaycan manatı məzənnəsi ilə 7.843 manat məbləğində 10.000 ABŞ dolları pulunu, bundan başqa 2013cü ilin dekabr ayının 22-də ünvan 13 ünvanın qarşısında onun üçün 2014-cü il buraxılışlı "Lexus-570" markalı avtomobil gətirmək adı ilə aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 34 008 manat məbləğində 43350 ABŞ dolları pulunu, bundan başqa Məhkum X2i aldadaraq xx.xx.2014-cü ildə ünvan 10 ünvanın qarşısında Beynəlxalq Universitetdən diplomunu almaq və onu gömrükdə işə düzəltmək adı ilə Azərbaycan manatı məzənnəsi ilə 11.764 manat 5 qəpik məbləğində 15.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum xx.xx.2014-cü ildə X2i aldadaraq "Lexus 570" markalı avtomobilin qalan pulunu Nərimanov rayonu ərazisində yerləşən metronun ünvan 14 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 70.330 manat 4 qəpik məbləğində 89.650 ABŞ dolları pulunu, bundan başqa Məhkum xx xxx 2014-cü ildə "Lexus-250" markalı avtomobili almaq adı ilə aldadaraq ünvan 15 ünvanda X2in Azərbaycan manatı məzənnəsi ilə 10.197 manat 2 qəpik məbləğində 13.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum X2i aldadaraq xx.xx.2014-cü il tarixdə ünvan 16 ünvanda gömrükdən maşın keçirmək adı ilə Azərbaycan manatı məzənnəsi ilə 25.881 manat 9 qəpik məbləğində 33000 ABŞ dollar pulunu, bundan başqa x3 X2i aldadaraq xx.xx.2014-cü il tarixdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən mənzilini təmir etmək adı ilə ünvan 15 ünvanda onun Azərbaycan manatı məzənnəsi ilə 27.454 manat məbləğində 35.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum X2i xx.xx.2014-cü il tarixdə ünvan 17 ünvanın qarşısında aldadaraq onun üçün "Mersedes S klass" markalı avtomobil gətirmək adı ilə Azərbaycan manatı məzənnəsi ilə 36.862 manat 1 qəpik məbləğində 47.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum X2i ald adaraq ünvan 18 ünvanın qarşısında x xxxxxx 2014-cü ildə xalası oğlu X8 polisə işə düzəltmək adı ilə 10.000 manat pulunu ələ keçirərək, ümumilikdə, Azərbaycan manatı məzənnəsi ilə 329. 113 manat 6 qəpik məbləğində 406.800 ABŞ dollarını və 10.000 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxs S.R.İsayevə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X4 qazanc ələ edərək ona xeyir verəcəyini vəd verib aldadaraq xx xxx 2014-cü ildə ünvan 19 ünvanda Dubay şəhərindən Bakı şəhərinə gətirilmiş minik avtomobillərinin gömrük nəzarətindən keçirilməsi adı ilə 35.000 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxs X4ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X3 xarici ölkədən ucuz qiymətə "Mersedes S" klass markalı avtomobil gətirmək adı ilə yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx.xx.2014-cü ildə ünvan 21 ünvanda 33.000 manat pulunu, xx.xx.2014-cü ildə ünvan 21 ünvanda 23.000 manat pulunu, xx.xx.2014-cü ildə ünvan 22 ünvanda 20.000 manat pulunu, xx.xx.2014-cü ildə ünvan 21 ünvanda 24.000 manat pulunu, cəmi 100.000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs X5ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirtmək məqsədi ilə X 19 xarici ölkədən ucuz qiymətə "Mersedes S 400" markalı avtomobil gətirmək adı ilə yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx.xx.2015-ci ildə ünvan 21 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 40.788 manat 8 qəpik məbləğində 52.000 ABŞ dollarını, xx.xx.2015-ci ildə ünvan 21 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 20.002 manat 2 qəpik məbləğində 25.500 ABŞ dollarını, xx.xx.2015ci ildə ünvan 23 ünvanda azərbaycan manatı məzənnəsi ilə 2980 manat 7 qəpik məbləğində 3.800 ABŞ dollarını, cəmi Azərbaycan manatı məzənnəsi ilə 6.771 manat 7 qəpik məbləğində 81.300 ABŞ dolları pulunu ələ keçirib zərər çəkmiş şəxs X6ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Apellyasiya instansiya məhkəməsini n yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarının ləğv edilməsi və ona daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində isə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və CM-nin 70-ci maddəsi tətbiq olunmaqla Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun əməli nəticəsində dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını (bir nəfər zərərçəkmiş şəxsdən başqa, hansı ki, həmin şəxsə qarşı da ittihamda göstərilən ziyan tam ödən ilmişdir), ailə vəziyyətini, himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olması, yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə məhkum olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə almayaraq sərt cəza təyin etməklə ədalətsiz qərar qəbul etmişlər. Müdafiəçi həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən cinayət qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının yüngülləşirilməsi, təqsirləndirilən şəxsə elan edilmiş ittiham epizodlarından bir çoxunun “külli miqdar”dan “xeyli miqdar”la əvəz olunması kimi halları da nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikay ətlərinin təmin olunması barədə müdafiəçi T.Talıbovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hal ları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərhinə ehtiyac görməyərək qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış məhkə mələr tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi tə crübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsind ə CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəz a, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs vurulmuş ziyandan 11.414 manatı, zərərçəkmiş şəxs X11 isə 29.580 manatı hələ ibtidai istintaq başlamazdan əvvəl ödənilmişdir. Zərərçəkmiş şəxs 73.225 manat 05 qəpik (84.639 manat 05 qəpik - 11.414 manat = 73.225 manat 05 qəpik), X10 isə 6.954 manat (36.506 manat 04 qəpik - 29.580 = 6.926 manat 04 qəpik) ödənilməmiş qalmışdır. Həmçinin müdafiə tərəfinin aşağı instansiya məhkəmələri nə təqdim etdiyi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş zərərin ödənilməsi ilə əlaqədar 73.288 manat, zərərçəkmiş şəxs X10 vurulmuş zərərin ödənilməsi ilə əlaqədar 6.954 manat pul Nəsimi Rayon İcra şöbəsinin “Kapital Bank”ın Nəsimi filialındakı" hesabına ödənilmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir hissəsini ödəmişdir, həmçinin onun himayəsində iki azyaşlı övladı vardır, ilk dəfə məhkum olunur və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüq uqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsin də bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qoruma q qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) ildən 7 (yeddi) ilə endirilsin. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 04 (dörd) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan
Məhkəmə qərarları › İş №1(102)-642/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-642/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver