Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-642/2023 30.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1032/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə ba xaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1992-ci il tarixdə Ukrayna Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 20 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin fakt iki hallarına görə, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs Tariyel oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 20 saylı binanın, 171-ci mənzilinə eyvanın plastik pəncərəsini əli ilə sıxıb açmaqla qanunsuz daxil olub yataq otağında olan güzgülü şkafın gözlüyündə saxlanılan sonuncuya məxsus bir ədəd 140 manat dəyərində, 1.67 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd rəngsiz, şəffaf qaşı olan qızıl üzüyü, bir ədəd 293 manat dəyərində, 3,31 qram kütləli, 583/585 əyarlı, üzərində üç ədəd hər biri 0,015 karat rəngsiz, şəffaf brilyant qaşı olan qızıl üzüyü, bir ədəd 551 manat dəyərində, 4.57 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd açıq yaşıl rəngli və səkkiz ədəd hər b iri 0.032 karat rəngsiz, şəffaf brilyant qaşı olan qızıl üzüyü, bir ədəd 1.150 manat dəyərində, 7.68 qram kütləli, 750 əyarlı, üzərində bir ədəd 0,200 karat altı ədəd hər biri 0,050 karat, iki ədəd hər biri 0,043 karat, altı ədəd hər biri 0,028 karat rəngsiz, şəffaf brilyant qaşı olan qızıl üzüyü, bir ədəd 9 manat dəyərində, 1,66 qram kütləli, 925 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüş üzüyü, bir ədəd 9 manat dəyərində, 1,80 qram kütləli, 925 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüş üzüyü, bir ədəd 5 manat dəyərində, 1,01 qram kütləli, 925 əyarlı, üzərində bir ədəd rəngsiz, şəffaf qaşı olan gümüş üzüyü, bir ədəd 2 manat dəyərində, 2,20 qram kütləli, qiymətsiz metal ərintisi (mis, sink və s.) olan, üzərində bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli üzüyü, bir ədəd 490 manat dəyərində, 5,14 qram kütləli, 750 əyarlı, qızıl üzüyü, bir ədəd 3 manat dəyərində, 18.90 qram kütləli, qiymətsiz metal ərintisi (mis, sink və s.) olan, üzərində tünd-boz rəngli, bir-birinə bitişik üç halqadan ibarət qaşsız üzüyü, bir ədəd 330 manat dəyərində, 4,40 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd tünd qəhvəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan qızıl üzüyü, bir ədəd 800 manat dəyərində, 8.49 qram kütləli, 750 əyarlı, üzərində bir ədəd tünd qəhvəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan qızıl üzüyü, bir ədəd 300 manat dəyərində, 3.97 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd tünd qəhvəyi rəngli və rəngsiz, şəffaf qaşı olan qızıl kulonu, bir cüt 75 manat dəyərində, 0,87 qram kütləli, 583/585 əyarlı, sonsuzluq formalı qızıl sırğanı, bir ədəd 8 manat dəyərində, 74, 66 qram kütləli, qiymətsiz metal ərintisi olan (dəmir və s.), gümüşü rəngli boyunbağını, bir ədəd 6 manat dəyərində, 20.80 qram kütləli, qiymətsiz metal ərintisi olan (dəmir və s.). gümüşü rəngli boyunbağını, bir ədəd 35 manat dəyərində, qiymətsiz metal ərintisi olan (dəmir və s.), qara rəngli rezinəoxşar qolbağı olan qol saatını, bir ədəd 1.200 manat dəyərində, 750 əyarlı, siferblatın metal hissələri qızıl olan və siferblatın iç tərəfində «Geneve Quartz» yazıları olan qol saatını, bir ədəd 1,020 manat dəyərində, 12 qram kütləli, 585 əyarlı, nazik toxunuşlu qızıl sepi, bir ədəd 1.050 manat dəyərində, 10 qram kütləli, 750 əyarlı, nazik formalı qızıl sepi, bir ədəd 680 manat dəyərində, 8 qram kütləli, 585 əyarlı, qızıl sepi və bir cüt 525 manat dəyərində, 5 qram kütləli, 750 əyarlı, kəpənək formalı uşaq sırğasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 8.681 (səkkiz min altı yüz səksən bir) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-93/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 19 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün cinayət qanunvericiliyi normalarının düzgün tətbiqi ilə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hökmdə cinayətin residivinin növünü səhv müəyyən etmiş və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Məhkum residivə görə cəzanın müddətinin maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsi əsası ilə cəza təyin etmişdir. Halbuki, cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası CM-nin 65.2ci maddəsinin tələbinə görə ona təqsirli bilindiyi həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələri üzrə təyin edilən cəzanın həddi 3 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməzdi.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1032/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-93/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın mübahisələndirərək, barəsində ədalətli qərar qəbul edilməsi xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ağırlığını III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yə ni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanı mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1032/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri ol araq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şərai tinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur. Məhkəmə Məhkum cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin təhlükəli residiv yaratdığına görə cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alıb, ona haqlı olaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
23. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil e tməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 1(103)-1032/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1032/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.