Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-643/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Cəlilabad Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin (sədrlik edən hakim Qabil Paşayev) 1(073)-05/2019 nömrəli 12 fevral 2019-cu il tarixli hökmü ilə, Məhkum, 13 iyul 1979-cu ildə Cəlilabad rayonu, Dələli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər mə\hkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun *********** kəndində qeydiyyatda olan və orada yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddə tə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 02( iki) gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasənMəhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 19 aprel 2011-ci il tarixdən başlayaraq 28 iyun 2005-ci ildə anadan olmuş X3 və 15 avqust 2006-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Məhkum qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, eyni zamanda hər ay hər bir uşaq üçün 30 (otuz) manat, cəmi 60 (altmış) manat sabit məbləğində, ümumilikdə isə hər ay bir uşaq üçün 70 (yetmiş) manatdan az olmamaq şərti ilə aliment tutulub X1 verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin 14 iyun 2011-ci' il tarixli, 2(056)-255/2011 nömrəli qətnaməsini müəyyən olunmuş müddətdə üzrsü z səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsinin 15.03.2017-ci il tarixli, 3(073)- 89/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, ona məsuliyyəti barədə 30.03.2017-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15.02.2018-ci il tarixədək şəxsi maraqları naminə, cəmi 9970 (doqquz min doqquz yüz yetmiş) manatı tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən iş üzrə Məhkum müdafiəçisi X10 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-387/19 nömrəli 09 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə), apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli Məhkum barəsindəki hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xəstəliyi ilə əlaqədar məhkəmə qərarını icra edə bilməmişdir.. O, ömürlük 2-ci qrup əlildir və ailəsinin dağılmasından peşmandır. İşə baxan məhkəmələr isə ona ağır cəza təyin etmişlər. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən sax lanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngüll əşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun dəlilinə münasibət bildirməmişdən öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdaf iəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi m übahisələndirilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını, “X5” xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq və törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Cəlilabad Rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1ci maddəsinə əsasən 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq Məhkum üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəz ası saxlanılmışdır. Apellyasiya məhkəməsi Məhkum təyin edilən cəzanı əsaslı və ədalətli hesab etmiş və hökmü dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin m üddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək cərimə, üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi işə baxan məhkəmələr iş üzrə cəzanı bütün yüngülləşdirən halları nəzərə alaraq ona kifayət qədər ədalətli cəza təyin etmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda məhkəmənin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının növü və müddəti qətiyyən ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən halların fövqündə ona təyin edilən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının müddəti 10 avqust 2020-ci il tarixdə başa çatmış və o, azadlığa buraxılmışdır. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi h aqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası M6 törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir v ə onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin təmin edilməməsi və Məhkum barəsindəki qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində ki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-643/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-643/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver