Məhkəmə qərarları › İş №1(102)-643/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-643/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-643/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən ver ilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (hakim Tərlan Əkbərov) xx.xx.2022-ci il tarixli, 1(003)-192/2022 nömrəli hökmü ilə 28 yanvar 1997-ci il tarixdə Rusiya Federasiyasının Tatarıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, H.Z.Tağıyev adına mədəndə maşinist işləyən, əvvəllər məhkum olunmamış, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı, 2-ci Qarabağ müharibəsi veteranı, Qubadlı rayonunun Xanlıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yataqxanada yaşayan, X8 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X12 sədrliyi, Ramin Qaraqurbanlı və Anar İbrahimovdan ibarət tərkibdə) 1 sentyabr 2023-cü il tarixli, 1(103)72/2023 saylı qərarı ilə məhkum edilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(0 03)-192/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama və ittihamla razılaşan birinci instansiya məhkəməsinin hökmünə görə İslam Nəcəfquliyev 01 yanvar 2022-ci il tarixdə saat 18:29-da idarə etdiyi “Mersedes Benz C220” minik markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri BakıMərdəkan şosesinin hərəkət hissəsində soldan 1-ci zolaqda Mərdəkan qəsəbəsi istiqamətində 100 km/saat sürətlə hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub yolu sağdan sola doğru keçən 02 fevral 1995-ci il təvəllüdlü X10 ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub ona alının, burunun, yanağın sol yarısının, hər iki bazunun, sol saidin, sol mil-bilək oynağının, sağ diz oynağının, sol baldırın əzilmiş yaraları, ağır travmatik və hemorragik şok, sağ Vİİ qabırğanın orta körpücük xətt üzrə qapalı, az yerdəyişən, sağ bazu sümyünün açıq, hər iki baldır sümüklərinin açıq, yerdəyişən sınıqları, qaraciyərin sağ payının və nazik bağırsaq müsariqəsinin cırılması, nazik bağırsaq müsariqəsinin hematoması xəsarətləri ilə nəticə lənən ölümə səbəb olan həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirərək yolnəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxs Cəfər Cəfərov aldığı xəsarətlərdən 02 yanvar 2022-ci il tarixdə yerləşdirildiyi Sabunçu şəhər Kliniki xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə kollegiyası xx.xx.2023-cu il tarixli bəraət hökmünü çıxararkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübu tlar təşkil etdiyindən və bunun nəticəsi olaraq İslam Nəcəfquliyevə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verildiyindən, həmin hökm ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Cinayət işində olan sübutlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə-tibb və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri əsasında İslam Nəcəfquliyevin əməlində CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması açıq-aşkar təsdiq edilmişdir. Belə ki, təqsirləndirilən İ.Nəcəfquliyev ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi bütün ifadələrində göstərmişdir ki, onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardir və atası Lətif Nəcəfqu liyevin mülkiyyətində olan “Mersedes-Benz” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 01 yanvar 2022-ci il tarixdə saat 18:30-da o, idarə etdiyi “Mersedes-Benz” markalı **-GV-*** dövlət nömrə nişanlı avtomobillə Qala qəsəbəsinə işlə bağlı gedirmiş, qardaşı Rəşad da həmin avtomobildə qabaq sağ oturacaqda sərnişin kimi əyləşmişdir. Saat 18:40-da o, soldan birinci 110 km/saat sürət hədli zolaqla Binə Atçılıq massivində Mərdəkan şosesi ilə təxminən 100 km/saat sürətlə avtomobili idarə edərkən radar işarəsi olan lövhənin altından keçdikdən sonra yolun sağ kənarından bir nəfər piyada yaşlı kişinin yolun ortasında yellənə-yellənə, sanki sərxoş vəziyyətdə yeriyə-yeriyə yolu dəmir arakəsməyə tərəf keçməsini təxminən 150 metr məsafədən görmüş, avtomobilin sur ətini azaltmış və həmin piyada ona çatmağa 50 metr qalmış yolu tam keçmiş, daha sonra o, yenidən surəti artırıb təxminən 90 km/saat sürətlə avtomobili idarə edərkən ani anda yolun sağ zolağında hərəkət edən markasını xatırlamadığı hündür cip tipli avtomobilin qarşısından bir nəfər piyada qaçaraq ona çatmağa 2 metr qalmış ani anda onun idarə etdiyi avtomobilin qarşısına çıxmış, onun reaksiya verməyə imkanı olmamış və piyadanı idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Dövlət ittihamçısı bildirmişdir ki, məhkəmə kolleqiyasının ekspertiza təyin olunması haqqında qərarında, yəni piyadanın sürücünün hərəkəti istiqamətində sağdan sola keçmək məqsədilə sağdan sola doğru 3-cü və 4-cü hərəkət zolaqlarının sərhədini təşkil edən üfüqi qırıq-qırıq nişanlama xəttinin üzərində hərəkətsiz daya ndığı yerdən qəflətən iti qaçışla hərəkətə başladığı andan piyadanın vurulduğu ana qədər yaranan hansı müddətə təhlükə anının yaranması ilə bağlı sual qoyulmamasına baxmayaraq, ekspertin hərəkət üçün təhlükənin ikinci piyadanın sağdan 3-cü və 4-cü hərəkət zolaqlarını ayıran qırıq xəttin üzərində dayandığı yerdən yolun soluna doğru hərəkətə başladığı andan yaranmasının real hadisə mexanizminə uyğun olmamasını rəydə göstərməsinin ekspertin vəzifə səlahiyyatlərindən kənara çıxması kimi qiymətləndirməsi tamamilə yanlışdır. Məhkəmə kollegiyası isə əsassız olaraq yalnız müdafiə tərəfinin maraqlarına uyğun olaraq hərəkət üçün təhlükə anını təqsirləndirilən şəxsin xeyrinə, yəni 2-ci piyadanın yolun 3-cu və 4-cü hərəkət zolaqlarının sərhəddini təşkil edən üfüqi qırıq-qırıq nişanlama xəttinin üzərin də hərəkətsiz dayandığı yerdən qəflətən iti qaçmaqla hərəkətə başladığı andan müəyyən etməklə tam haqsız olmuşdur. Bu zaman məhkəmə nəzərə almamışdır ki, 2-ci piyada hələ 3-cü və 4-cü hərəkət zolağını ayıran qırıq xəttin üzərində dayandığı vaxtda 1ci piyada artıq 4 və 5-ci zolağı ayıran qırıq xəttə çatır, 2-ci piyada yolun 3-cü və 4-cü hərəkət zolaqlarının sərhəddini təşkil edən üfüqi qırıq-qırıq nişanlama xəttinin üzərində hərəkətsiz dayandığı yerdən qəflətən iti qaçışla hərəkətə başladığı anda isə artıq piyada 5-ci hərəkət zolağının, yəni İslam Nəcəfquliyevin hərəkətdə olduğu yolun yarısını keçmiş olur. Məhkəmə təhlükə anını mövcud şəraitə görə deyil, əsassız olaraq piyadalara görə ayrıca müəyyən etmişdir. Bu halda belə çıxır ki, əgər təhlükə anı 2-ci piyadanın yolun 3-cü və 4-cü hərəkət zolaqlarının sərhəddini təşkil edən üfüqi qırıq-qırıq nişanlama xəttinin üzərində hərəkətsiz dayandığı yerdən qəflətən iti qaçışla hərəkətə başladığı andan hesablanarsa, həmin vaxt artıq 5-ci hərəkət zolağının ortasında olan piyadanı həmin avtomobil vursaydı belə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 sentyabr 2023-cü il tarixli, 1(103)-72/2023 saylı hökmünü ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çı xış edərək kassasiya protestinin dəlilərinin əsaslı olduğunu, cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin hökmünün ləğvi edilməsini və kassasiya protestinin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə ar aşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı İ.Nəcəfquliyevə bəraət verilməsini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1. 1, 416.1.2, 416.1.3 və 416.1.13 maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nə inki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əm əlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə u yğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi İslam Nəcəfqulievə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutları yenidən tədqiq etmiş, qismən məhkəmə istintaqı aparmaqla araşdırma aparmış, əlavə ekspertizalar təyin etmiş, qanuni, əsaslı və ədalətli məhkəmə aktı qəbul etmək üçün bütün, mümkün vasitələrdən istifadə etməklə əsaslandırılmış hökm çıxarmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunmasının zəruriliyi qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, ittiham tərəfinin istinad etdiyi bəraət hökmünün qanunsuz və əsassız olması iddia olunan əsas məsələ sürücü İ.Nəcəfquliyevin idarə etdiyi avtomob ilin hərəkəti üçün təhlükənin hansı andan, yəni piyadanin birinci dəfə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş şosse yola qanunsuz olaraq daxil olduğu andan, yaxud avtomobil yolunun hərəkət hissəsinin ortasında (sağdan 3-cü və 4-cü hərəkət zolaqlarını ayıran yerdə) dayandığı və sonra hərəkətə başladığı, yəni qaçmağa başladığı andan qəbul edilməsidir. Məlum olduğu kimi CM-in 263.2-ci maddəsi blanket normadır, blanket dispozisiyaya malikdir. Belə ki, burada yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından bəhs edilir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydaları isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. İstər “Yol nəqliyyat hadisələrinin ekspertizaları”nın rəylərində, istərsə də, verilmiş itt ihamda və birinci instansiya məhkəməsinin hökmündə “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə istinad edilmiş və İ.Nəcəfquliyev tərəfindən məhz bu normanın tələblərinin pozulduğu, onun hərəkətlərində bu normanın tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gö rdükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, 50-ci maddənin 1-ci hissəsi 2 cümlədən ibarətdir. Birinci cümlədə əks olunmuş tələblər baxımından İ.Nəcəfquliyevin hərəkətlərini tədqiq etdikdə məlum olur ki, onun tərəfindən 1-ci cümlənin tələblərinin pozulmasına yol verilməmişdir. Belə ki, həmin yolda hərəkət sürəti hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətləri və vəziyyəti, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraiti nəzərə alınmaqla müəyyən edilmiş və İ.Nəcəfquliyev də hərəkət sürətini aşmadan özünün hərəkət istiqamətində, ən sol, ən sürətli idarəetməyə səlahiyyət verilən sırada avtomobilini idarə etmiş, bu zaman hər hansı Qanun pozuntusuna yol verməmişdir. Qa nunun 50-ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsini baş vermiş hadisə baxımından şərh etdikdə məlum olur ki, həmin normanın imperativ tələbi ondan ibarətdir ki, sürücü hərəkəti üçün təhlükə yarandığını görməlidir, ən azından görməli olmalıdır, yəni maşını idarə edərkən diqqətini idarəetmədən yayındıran maneələr (idarə etmə zamanı telefonla danışmaq, yanındakı sərnişinlə diqqətini yayındıracaq səviyyədə söhbət etmək, arxaya dönmək, idarəetmə zamanı paltar geyinmək və ya soyunmaq, avtomobilin içərisində diqqətini yoldan yayındıran digər işlər görmək və s.) nəticəsində görməli olduğu maneəni özünün cinayətkarcasına özünəgüvənməsi və ya cinayətkarcasına etinasızlığı nəticəsində görməməsi və əməlini də məhz bu özünəgüvənmə və etinasızlıq nəticəsində törətməsidir. Yəni bu tip yol nəqliyyat had isələrində şəxsin əməlinə nəticəyə görə deyil, nəticəyə qədər olan proseslərə görə hüquqi qiymət verilməlidir. Ekspert xx.xx.2023-cü il tarixli “Yol nəqliyyat hadisələri haqqında” ekspert rəyinin nəticə hissəsində göstərmişdir ki, elmi ədəbiyyatda təhlükə - nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətinin tam dayanmaya qədər azaltmağı tələb edən yol hərəkətinin başqa halları (təhlükəsizliyin təmin olunmasına təsir edən qəflətən yaranmış nasazlıq, sveteforun qırmızı işığı, kapotun açılması və s.) tərəfindən yaradılan yol-nəqliyyat şəraitinin elementidir. 2-ci cümlənin tələbinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məl umdur ki, İ.Nəcəfquliyev hərəkət sürəti 110 km/saat olan magistral yolda təqribən 100 km/saat sürətlə hərəkət edir və hadisə saniyələr ərzində baş verir və bu çox qısa zaman kəsiyində sürücüdən idarə etdiyi avtomaşının sürətini tam dayanma həddinə qədər azaltmaq da mümkün görünmür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin yol avtomaşınların intensiv hərəkət etdiyi yoldur və sürücü qarşısında bu tip yollarda bu tələbin qoyulması arxadan sürətlə gələn avtomaşınlarla toqquşma riskini yüksəldir, məhz bu səbəbdən Qanunverici bu tip yollarda piyadalar üçün də məhdudiyyətlər və tənbeh tədbirləri müəyyən etmişdir. Məlumdur ki, hazırki hadısədə piyada da “Yol hərəkəti haqqında” Qanunun tələblərini kobud şəkildə pozaraq piyadalar üçün nəzərdə tutulmayan yola qanunsuz daxil olmuşdur. Konstitus iya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi işin qanuni, əsaslı və ədalətli həllinə xidmət edir. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanu nunun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər (Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh eduilməsinə dair” 14 okytabr 2019-cu il tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinin Azərbaycan Respublikası İXM-in 328-ci maddəsi baxımından və həmin Qanunun 40-cı maddəsinin İXM-in 338-ci maddəsi və CM-in 267-ci maddəsi ilə əlaqəli şəkildə və CPM-in 97-ci maddəsinin ekspertin səlahiyyət həddi baxımından şərh edilməsinə dair” Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi 16 iyun 2022-ci il tarixli qərardadında Plenumun hüquqi mövqeyi aşağıdakı kimi ifadə edilmişdir: “...Müraciətdə qeyd edilən “Yol hərəkəti haqqında” Qanunun 64-cü m addəsinin İ hissəsi yol hərəkətinin iştirakçıları kimi həm sürüçülərin, həm də piyadaların hərəkətlərinə obyektiv səbəblərdən irəli gələrək müəyyən məhdudiyyətlər qoymuşdur. İXM-in 328.1-ci maddəsində isə sürücünün hansı hərəkətlərinin inzibati xəta olaraq inzibati məsuliyyətə səbəb olması təsbit edilmişdir. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin təcrübədə qanunun normasının düzgün tətbiq edilməməsi ilə bağlı gəldiyi qənaət həmin normalar arasında ziddiyyətin olduğuna dəlalət etmir. Qanunun 64-cü maddəsi İXM-in 328-ci maddəsi ilə əlaqəli olmaqla, bir-birini tamamlayır və bu məhkəmələr tərəfindən işlərə baxılarkən həmin normaları eyni vaxtda tətbiq etmək üçün hüquqi əsas yaradır. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsində isə yol hərəkətinin iştirakçısı qismində pi yadaların vəzifələri müəyyən edilmişdir. Bu vəzifələrə piyadanın dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərdə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməsi, həmçinin piyadanın dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməsi və s. aid edilmişdir. Həmin normaların məntiqi davamı olaraq, qanunvericilikdə sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyət, həmçinin belə hərəkətin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin s ağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir (İXM-in 338 və CM-in 267-ci maddələri). Hazırkı halda iş materiallarından göründüyü kimi, piyada qaçaraq qəflətən yolun işlək hissəsinə keçməsi ilə öz həyatına təhlükə yaratmışdır. Göstərilən halda inzibati xətanın kim tərəfindən törədilməsi, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək məqsədi ilə hakimin sübutlara, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, sahidlərin izahatlarına, xüsusi texniki vasitələrin göstəriciləri əsasındakı məlumatlara, ekspert rəyinə, həmçinin inzibati xəta haqqında protokola (sübutlara) tam və obyektiv surətdə baxaraq öz daxili inamı ilə sübutlar ı qiymətləndirmək səlahiyyəti vardır...” “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 19-cu bəndində göstərilmişdir: “...Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya eksper tiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir...” Həm Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında, həm də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərardadında əks olunmuş əsas hüquqi mövqe və gəlinən nəticə ondan ibarətdir ki, hər hansı bir yol-nəqliyyat hadisəsi baş verdikdə hadisənin baş verməsində iştirak etmiş bütün y ol hərəkət iştirakçılarının hərəkət və ya hərəkətsizliyi araşdırılmalı, hər bir iştirakçı tərəfindən (bu iştirakçı həm də piyada ola bilər) “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əməl edilib-edilməməsi müəyyən edilməli, belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmasına yalnız bundan sonra düzgün hüquqi qiymət verilməlidir. Baş vermiş hadisənin birtərəfli qaydada araşdırılması, hadisənin baş verməsində iki tərəf iştirak etdikdə, lakin iştirakçının biri tərəfindən “Yol hərəkəti haqqında” Qanunun pozulmasının müəyyən edilməsi, lakin digər iştirakçının hərəkətlərinə hər hansı qaydada münasibət bildirilməməsi hərtərəfli, tam və obyektiv araşdırma standartlarına cavab verməməklə yanaşı, qanunsuz, əsassız və ədalətsiz qərarların qəbul edilməsinə də səbəb olur. Bu ndan əlavə, dövlət ittihamçısı kassasiya protestində naqliyyat vasitəsinin hərəkəti üçün təhlükənin yaranma anını birinci piyada ilə əlaqələndirmiş və protestə göstərmişdir ki, ikinci piyada dayandığı yerdən sola doğru qaçmağa başlayan anda yolu keçən birinci piyada ilə əlaqədar sürücünün hərəkəti üçün təhlükəli şərait başa çatmamış, yəni təhlükəli şərait davam etməkdə olmuşdur. Qeyd olunanlar onu göstərir ki, mövcud şəraitdə sürücü İ. Nəcəfquliyevin hərəkəti üçün təhlükə ikinci piyadanın dayandığı yerdən sola doğru qaçmağa başladığı andan deyil, yolu sola doğru keçən birinci piyadanın 5-ci zolağa daxil olduğu andan yaranmışdır. Dövlət ittihamçısnın kassasiya protestində ifadə olunmuş bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayə t işinin istintaqını aparan müstəntiq tərəfindən xx.xx.2022-ci il tarixdə “Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda müstəntiq göstərmişdir: “...X1 hərəkəti üçün təhlükə piyada xx.xx.1995-ci il təvəllüdlü X3 tərəfdə dalan hissədən hərəkət hissəsinə daxil olduğu andan yaranmış, həmin andan vurulmaya kimi piyada iti addımlarla sağdan sola doğru 19.8 metr məsafə qət etmişdir...” (Bax: C/i, cild 1, i.v.39-40). Göründüyü kimi, müstəntiq dövlət ittihamçısından fərqli olaraq sürücünün hərəkəti üçün təhlükənin yaranma anını birinci piyada ilə deyil, ikinci piyada ilə əlaqələndirmiş və hərəkət üçün təhlükənin yaranma anını konkret göstərmişdir. Həmin qərar əsasında verilmiş xx.xx.2022-ci il tarixli “Yol-nəqliyyat hadisələrinin mə hkəmə ekspertizası”nın birinci rəyində də ekspert sürücünün hərəkəti üçün təhlükənin yaranma anını birinci piyada ilə deyil, ikinci piyada ilə əlaqələndirmiş, ümumiyyətlə, nə qərarda, nə də rəydə birinci piyada ilə bağlı heç bir məlumat verilməmişdir. (Bax: C/i, cild 1, i.v.81-82). Maraqlıdır ki, müstəntiq qərarda sürücünün hadisə vaxtı avtomobili bir yerdə 100 km/saat sürətlə, digər yerdə 90 km/saat sürətlə idarə etdiyini göstərsə də, lakin ekspert rəydə avtomaşının sürətinin 90 km/saat olduğunu göstərmiş və hesablamaları da 90 km/saat sürətə görə aparmışdır. Lakin ekspert rəyinin əksinə olaraq müstəntiq “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərarında sürücünün avtomobili hadisə baş verən vaxt 100 km/saat sürətlə idarə etdiyini göstərmiş və ittiham da bu məzmunda irəli sürülmüşdür. (Bax: C/i, cild 1, i.v.102). Cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən cinayət işi üzrə “Kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisəsi ekspertizası” təyin edilmiş və ekspertlər qarşısında suallar qoyulmuşdur. Ekspertlər tərəfindən xx.xx.2023-cü il tarixli rəy (ikinci rəy) verilmişdir. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, hadisə baş verən vaxt avtomobilin sürəti 98 km/saat olmuşdur. Ekspertlər həmçinin belə nəticəyə gəlmişlər ki, ikinci piyada dayandığı yerdən sola doğru qaçmağa başlayan anda yolu keçən birinci piyada ilə əlaqədar sürücünün hərəkəti üçün təhlükəli şərait başa çatmamış, yəni təhlükəli şərait davam etməkdə olmuşdur. Qeyd olunanlar onu izah edir ki, mövcud şəraitdə sürücü Nəcəfquliyevin hərəkəti üçün təhlük ə ikinci piyadanın dayandığı yerdən sola doğru qaçmağa başlayan andan deyil, yolu sola doğru keçən birinci piyadanın 5-ci zolağa daxil olduğu andan yaranır. Ona görə də qərarda göstərildiyi kimi sürücü Nəcəfquliyevin hərəkəti üçün təhlükənin ikinci piyadanın dayandığı yerdən yolun soluna doğru qaçmağa başladığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir və real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında sürücü Nəcəfquliyevin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. (Bax: C/i, cild 2, i.v.9-16). Cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən cinayət işi üzrə “Əlavə komisyon məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası” təyin edilmiş və ekspertlər qarşısında suallar qoyulmuşdur. Ekspert tərəfindən xx.xx.2023-cü il tarixli rəy ( üçüncü rəy) verilmişdir. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təhlükənin, yəni piyadanın sürücünün hərəkəti istiqamətində 3cü və 4-cü hərəkət zolaqlarını ayıran qırıq-qırıq üfüqi nişanlama xəttinin üzərində dayandığı yerdən hərəkətə başladığı andan yaranması şəraitində sürücü İ.Nəcəfquliyevin hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. (Bax: C/i, cild 2, i.v.66-67). Apellyasiya instansiyası məhkəməsi qeyd edilən sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlmişdir ki, ibtidai istintaq zamanı hadisənin video görüntülərinə baxış keçirmiş istintaqçı hadisəni ümumi şəkildə təsvir etmiş, hadisənin əməlin tövsifinə təsir edən dəqiq məqamlarını nəzərdən keçirməmiş və istintaq orqanı tərəfindən hadisənin baş vermə mexanizmi dəqiq və düzgün müəyyən olunmamışdır. Hadisənin baş vermə mexanizminin dəqiq və düzgün müəyyən olunmaması ekspertlər tərəfindən verilmiş rəylərin nəticəsinə və nəticə etibarı ilə İ.Nəcəfquliyevin təqsirlilik məsələsinə də təsir etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu qənaəti ilə razılaşır və qeyd etməyi vacib bilir ki, birinci və ikinci ekspert rəylərini vermiş ekspertlərin və həmin rəylər əsasında İ.Nəfəqulievə qarşı ittiham irəli sürən ittiham orqanının gəlmiş olduğu nəticənin yanlışlığı ondan ibarətdir ki, istər rəy verilərkən, istərsə də şəxsə qarşı ittiham irəli sürülərkən “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İ hissəsinin tələbləri düzgün tətbiq edilməmiş, həmin maddənin şərhinə və təcrübədə tətbiqinə düzgün yanaşılmamış, bu zaman avtomobillərin hərəkət etdiyi yolun növü, həmin yolda icazə verilən hərəkət sürəti, avtomobillərin hərəkət intensivliyi, ümumiyyətlə, piyadaların həmin yola daxil olmasının Qanunauyğunluqu yoxlanılmamış, tamamilə birtərəfli, yarımçıq araşdırma aparılmış və əsaslandırılmamış ekspert rəyi verilmiş və şəxsə qarşı əsaslandırılmış ittiham irəli sürülmüşdür. Ekspert ikinci rəydə birinci rəydə olan mövqedən kənara çıxaraq avtomobilin hərəkəti üçün təhlükənin birinci piyadanın yola çıxdığı andan müəyyən edilməli olması nəticəsinə gəlmişdir. Çox təqdirəlayiq haldır ki, hadisənin videogörüntüsü var və hadisənin bütün detallarını dəqiq şəkildə təhlil etmək mümkündür. Qanun sürücünün təhlükəni görməli olmasını imperativ şəkildə müəyyən etmişdir, yəni sürücü öncə təhlükəni görməli, yalnız bundan sonra Qanunda nəzərdə tutulmuş bütün tədbirləri görməlidir ki, hadisənin qarşısını alsın. Lakin heç bir ekspert rəyində bu vacib məsələyə heç bir münasibət bildirilmir. Heçə olur ki, sürücü görmədiyi, heç təsəvvür belə edə bilmədiyi bir maneəni təhlükə kimi görməli və idarə etdiyi avtomaşını dayandırmalıdır. Belə bir yanlış nəticəyə gəlməklə sürücünün üzərinə nəinki Qanunun tələblərinə, hətta real məntiqə sığmayan bir vəzifənin qoyulması nəinki nəzəri, heç praktiki cəhətdən də qeyri-mümkün görünür. Məlumdur ki, İ.Nəcəfqulievə birinci piyada ilə bağlı ittiham irəli sürülməmişdir. Videogörüntüdən də göründüyü kimi, sürücü birinci piyadanı idarə etdiyi avtomaşının hərəkət zolağında görür, birinci piyadanın yolu keçməsinə şərait yaradır, avtoma şının sürətini birinci piyadanın yoldan keçməsinə uyğun tənzimləyir və birinci piyada yoldan təhlükəsiz şəraitdə keçdikdən sonra yenidən növbəti maneənin olmasını güman etmədən yolunu davam etdirir. Belə olduğu təqdirdə sürücünün birinci piyadaya görə idarə etdiyi avtomaşını tam dayanma həddinə qədər dayandırmaq öhdəliyi yaranmır. Çünki artıq həmin təhlükə yoxdur və birinci piyada sərbəst şəkildə yolu keçir və birinci piyadaya münasibətdə sürücü nə inzibati, nə də cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sürücünün hərəkəti üçün təhlükənin ikinci piyadaya münsibətdə götürülməsi və ikinci piyadanın 5-ci zolaqdan deyil, 3 və 4-cü zolaqların sərhədindən qaçışla hərəkətə başlaması anından hərəkət üçün təhlükənin yaranma anı kimi götürülməsi ilə bağlı apellyasi ya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla yanaşı, real hadisə mexanizminə də uyğundur və bunu təkzib edən kassasiya protestinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və hall arı, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında İ.Nəcəfquliyevə bəraət verilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən İ.Nəcəfquliyevə bəraət verilməsində səhvə yol verilməmiş, kassasiya protestinin dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmamışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin İ.Nəcəfquliyevə bəraət verilməsi ilə bağlı mövqeyini əsaslı sayaraq hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cina yət-prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, bəraət hökmünün kassasiya protestinə münasibətdə dəyiş dirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2023cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar