Məhkəmə qərarları › İş №1(102)-643/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-643/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-643/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, mülki iddiaçı – zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 və Müdafiəçi iştirakları ilə, Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(106)-827/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (sədrlik edən hakim Rəşad Məmmədov) 25 iyul 2024-cü il tarixli 1(049)-45/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1986-cı ildə Lənkəran şəhəri, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Separadi kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətində dövlət və yerli özün üidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin Məhkum Azərbaycan Respublikasının CM-in 75.1-cü maddəsinə əsasən CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və bu hissədə onun barəsində cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin (bundan sonra CPM-in) 39.1.3-cü maddəsinə əsasən хitam vеrilmişdir. İşin halları: Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Yaşar Həşimov) 17 oktyabr 2024-cü il tarixli 1(106)-827/2024 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 1(049)-45/2024 saylı, 25 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Məhkum Şahid10 1.205,10 manat, X1 1.205,10 manat, X3 1.645,92 manat, Şahid16 2.220,69 manat, Şahid21 2.434.95 manat, Şahid9 3.003,60 manat, Şahid18 Damat qızının 967,96 manat, Şahid6 2.164,05 manat, Şahid15 2.220,69 manat, X2 2.439,82 manat, X5 67,5 manat, Şahid11 2.420,74 manat, Şahid8 3.633,44 manat, Şahid3 almış olduğu 3.307,90 manat, çay sahəsində işləmiş Şahid4 almış olduğu 5.884,42 manat, X10 1.712,32 manat, Şahid13 işlədiyi müddətə görə əri X6 almış olduğu 3.692,16 manat, Şahid7 aldığı 2.766,56 manat, X15 3.260 manat Şahid20 almış olduğu 2.323,30 manat X4 almış olduğu 5.265,76 manat ünvanlı sosial yardımlara görə elan olunmuş ittihamlar əsaslı olmadığına görə 46701,64 ( qırx altı min yeddi yüz bir manat 64 qəpik) manat pul vəsaitinin qanunu əsaslarla alınmasına görə ittihamdan və mülki iddia hissəsindən çıxarılmaqla qalan hissədə təqsirli bilinməklə CM-in 308.1-ci maddəsi ilə təyin olunmuş cəzanın müddətinin azaldılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəm əsinin qərarı əsassız və qanuna ziddir. Belə ki, ibtidai istintaq orqanı sübutları (şahid ifadələri) saxtalaşdırmaqla Məhkum ittiham elan etsə də ittihamla razı olmayan şəxs ilə ona qarşı ifadə vermiş heç bir şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparılmamış, ünvanlı sosial yardımı həmin şəxslərə məxsus bank kartları ilə kimlərin almaları müəyyənləşdirilməmiş, bununla da elan olunmuş ittihamın əsaslı olması real və həqiqətə uyğun olmadığı təsdiqlənsə də istintaq orqanı buna əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şəxslər Məhkum məxsus çay sahəsində işlədiklərini, qanuni əsaslarla ünvanlı sosial yardım almalarını, cinayət işində olan ifadələrin müstəntiq tərəfindən saxtalaşdırıldığını, həmin göstərilən ifadələr onların olmadıqlarını, məhkəmə istintaqında i sə verdikləri ifadələrin real həqiqət olmalarını, ünvanlı sosial yardımı məhz özləri almalarını bildirmişlər. Bir qisim şahidlər isə Azərbaycan dilində (latın qrafikası ilə) Ramiz Baxşəliev isə ümumiyyətlə yazıb oxumağı bacarmadığını bildirməklə müstəntiqin yazdığı ifadəsini onun sözləri olmadığını bildirmişlər. Hətta məhkəmə istintaqında talış dilində tərcüməçi və Azərbaycan dilində isə latın qrafikasında oxuyan mütəxəssis dəvət olunmaqla yazılanlar onlara oxunmuşdur. Məhkəmə hökmündə isə həmin xüsusatların heç biri öz əksini tapmamışdır. İstintaq zamanı Məhkum təqsirsiz olmasına dair məsələ qaldırılsa da ifadələri alınmış şəxslərdən heç biri onunla üzləşdirilməmişdir. Həmin şəxslərin ifadələrinə görə guya onlar Məhkum sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu çayçılıq təsərrüfatında işləm ədikləri bəziləri isə hətta ünvanlı sosial yardımı isə almadıqlarını bildirmişlər. Bütün bunlar real həqiqəti əks etdirmir. İstintaq zamanı Məhkum ona Azərbaycan Respublikası CM-in 308.1 və 313-cu maddələri ilə elan olunmuş ittihamlarla razı olmamış və ittihamlarda özünü təqsirli bilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi məhkəmə hökmü sırf olaraq məhkəmə istintaqı zamanı sübutlara istinad edilmədən, həmin ifadələrin təhrif olunmaqla ittiham mövqeyinə xidmət etdiyinə görə əsaslı və qanuni hesab edilə bilməz. Buna münasibətdə təqsiri olmadan Məhkum vurmadığı ziyana görə həmin m əbləğdə pul vəsaitinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə fonduna ödənilməsi barədə hökmü əsassız qanuna zidd və ədalətsizdir. Hüquqlarını müdafiə etdiyi Məhkum elan olunmuş ittihamlar əsaslı olmadığına görə 46701,64 manat pul vəsaitinin qanuni əsaslarla alınmasına görə ittihamdan və mülki iddia hissəsindən çıxarılmaqla Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə azadlıqdan mərhum etməmə ilə bağlı olmayan cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələbl ərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin dəlillərdən görünür ki, müdafiə tərəfi Məhkum törətdiyi cinayət əməlinin tövsifini və təqsirli olmasını tam mübahisələndirmir, ona qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın həcmini mübahisələndirilir. Müdafiəçi qeyd edir ki, məhkəmələr tərəfindən məhkumun ittihamın 46701,64 manat hissəsində təqsirli bilinməsi əsassız olmuşdur. Belə ki, hazırki cinayət işi üzrə həmin məbləğdə ünvanlı sosial yardım almış şəxslər məhkəmə iclasında şahid qismində dindirilərkən bildirmişlər ki, onlar faktiki olaraq məhkumun çay sahəsində işləmişlər. Ona görə də onlar tərəfindən ünvanlı sosial yardım alınması qanuna uyğun olmuşdur. Həmin hissədə ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmamış, lakin məhkəmələr ist intaq orqanı tərəfindən təhrif edilmiş şahid ifadələrinə əsasən məhkumu ittihamın tam həcmində təqsirli bilərək həqiqətə uyğun olmayan nəticəyə gəlmişlər. Məhkəmə kassasiya şikayətinin dəlillərinin əsaslığını yoxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bi r-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq etmək üçün məhkəməyə onun özünün, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, ünvanlı sosial yardımın alınması barədə sənədləri və digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edib nəticəyə gəlmişdir ki, həmin sübutlarla təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti ittihamın tam həcmdə törətməsi sübut olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi də müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən b axıb birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab etmiş, apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb hesab edir ki, həmin sübutların məcmusu Məhkum ona qarşı irəli sürülmüş ittihamın tam həcmində təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum 46.701,64 manat hissəsində təqsirli bilinməsinin əsasız olmasına dair kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, həmin miqdarda ünvanlı sosial yardım almış şəxslər məhkəmə iclasında bildirmişlər ki, onlar faktiki olaraq məhkumun çay sahəsində işləmişlər. Ona görə də onlar tərəfindən ünvanlı sosial yardın alınması qanuna uyğun olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə iclasında şahid qismində dind irilmiş Şahid4, Şahid1, Şahid2, Şahid6, A.R.Baxşıyev, Şahid18, Şahid2 və Ş.H.Hüseynov ifadələrində göstərmişlər ki, onlar Məhkum çay sahəsində faktiki olaraq işləməmişlər, yalnız ünvanlı sosial yardım almaq məqsədilə adlarını onun sahəsində işləyən kimi qeyd etdirmişlər. Digər şahidlər məhkəmə iclasında Məhkum çay sahəsində işləmələri haqqında bildirsə də, Məhkum məhkəmə iclasında verdiyi ifadəsində həmin şəxsləri tanımadığını və onların onun sahəsində işləmədiklərini qeyd etmişdir. Cinayət işinin materiallarından isə aydın olur ki, həmin şahidlərin əksəriyyətləri ibtidai istintaqın ilkin mərhələsində də Məhkum çay sahəsində işləmədiklərini etiraf etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr həmin şahidlərin ifadələri digər sübutlarla və işin halları ilə müqayisə edib onlara qiymət verərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, onların məhkumun çay sahəsində işləməsi barədə məhkəmə iclasında verdikləri ifadələr həqiqətə uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanunsuz və əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəld iyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası məhkəmələrin qanunun yuxarıda göstərilən normalarının tələblərinə riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini hökmündə təsvir edilmiş tam həcmdə törətməsini sübut olunmuş hesab edir, apellyasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr iş üzrə Məhkum elan edilmiş ittihamın tam həcmində təqsirli olmasına dair düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmələrin hökm və qərarından görünür ki, məhkəmələr işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən Məhkum öz ağırlığına görə ədalətsiz cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosi al ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərd i yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, məhkəmələr Məhkum himayəsində bir azyaşlı uşağının olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hallar olmasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46-cı maddəsinə əsasən 3 (üç) il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək m üddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum cinayətin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi müəyyən etmiş, o cümlədən Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin cəzanın sərt və işin hallarına və məhkumu n şəxsiyyətinə uyğun gəlmədiyi səbəbindən ədalətsiz olması barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarın ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(106)-827/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(106)-827/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar