Məhkəmə qərarları › İş №1(102)-644/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-644/2018

05.04.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-644/2018 05.04.2018 ALİ MƏHKƏMƏ 1(102)-644/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 05 aprel 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, bəraət almış şəxs X11 oglunun, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Pnun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-cı il tar ixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Qazax Rayon Məhkəməsinin xx xx 2016-cı iltarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Allahverdiyev) X11 oglu (xx xx 1994-cü ildə Qazax rayonun Əzizbəyli kəndində anadan olmuş, Azərbycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Hüseynbəyli kəndində qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.A.Bayramov, hakimlər E.İ.Xasməmmədov və T.A.Muxtaro vdan ibarət məhkəmə tərkibi) Qazax Rayon Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkçiş şəxs və bəraət almış şəxsin vəkili tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-c il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti vermişdir. Bəraət almış şəxs İ müdafiəçisi P kassasiya protestinə qarşı etiraz vermişdir. İşin halları: İbtida istintaq orqanı tərəfindən X5 qarşı Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, xx xx 2015-ci il tarixdə saat 13-00 radələrində tanışı, Qazax şəhəri Azadlıq küçəsi 174 nömrəlı evdə yaşayan Zərərçəkmiş şəxs ilə Qaz ax şəhərində görüşmüş, sonuncunun qadın olduğundan müqavimət göstərmək imkanında olmamasından istifadə edərək, Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gəlmiş, həmin gün saat 18.00 radələrində onun idarə etdiyi "VAZ-2107" markalı ** BG *** dövlət nömrə nişanlı avtomobili ilə Qazax rayonunun Ağköynək kəndinə su kanalının kənarına aparıb orada Zərərçəkmiş şəxs qeyritəbii yolla cinsi əlaqədə olmaq istədıyini bildirmiş, Zərərçəkmiş şəxs ona etiraz etdikdə fiziki zor tətbiq edərək avtomobilin arxa oturacağının üstündə onun əynində olan paltarlarını zorla soyunduraraq cinsi ehtirasının pozğun formada təmin etməsinə yönələn zorakılıq hərəkətləri edərək döşündən sorub, sağ döşün üst səthinin sıyrıqları və sağ körpücük nahiyəsinin qançırlarına səbəb olan, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə iradəsinə zidd olaraq cinsi orqanını zorla sonuncunun arxa keçəcək dəliyinə daxil edərək onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsi İ yuxarıda təsvir edilən cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin və kassiya protestinə qarşı etirazın dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, istintaq materialları ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətə görə təqsirliliyi kifayət qədər sübuta yetirildiyi halda, birinci instansiyası məhkəməsi sübutları düzgün tədqi q edib qiymətləndirməmiş, nəticədə İ1 özünümüdafiə xarakterli ifadəsi və işdəki ilkin məhkəmə-bioloji ekspertizasının 21 aprel 2015-ci il tarixli rəyi ilə ziddiyət təşkil edən ekspert rəyləri əsasında ona bəraət vermiş, apellysiya məhkəməsi də birinci instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxs X4 müdafiəçisi P kassasiya protesti nə qarşı etirazında protestdə göstərilən dəlillərin həm birinci həm də apellyasiya instansiyası məhkəmələrində kifayət qədər araşdırıldığını və həmin dəlillərin əsaslığının sübüta yetirilmədiyini qeyd edərək, kassasiya protestinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar v ə sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X4 Cinayət Məcəlləsinin 150.1-cimaddəsi ilə irəli sütrülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşmaqla eyni pozuntulara yol verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələblə ri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, İ.Mahmudovun ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparıb işin faktiki hallarını yendiən araşdırmaqla həmin nəticənin düzgün olması qənaətinə gəlmiş və bu səbəbdən birinci instansiya məhkəməsinin İ bəraət veril məsinə dair hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi öz nəticələrini birinci instansiya məhkəməsində baxılmış sübutlarla yanaşı qismən məhkəmə istintaqının gedişində bilavasitə tədqiqi etdiyi digər sübutlar, o cümlədən özünün 26 sentyabr 2017-ci il tarixli qərarla təyin etdiyi məhkəmə tibbi-genetik ekspertizasının rəyi ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsinin yekun qərarından görünür ki, İsmət Mahmudov ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələri ilə eyni məzmunlu ifadəni apellyasiya instansiyası məhkəməsində də verərək gösətəmişdir ki, cinayət təqibi orqanı tərəfindən təqsirləndirildiyi cinayət əməlini törətməmişdir. Zərərçəkmiş şəxs ilə tanışlığı olsa da, ona qarşı hər hansı zorakı, o cümlədən seksual xarakterli hərəkətlərə yo l verməmişdir. O, nəinki Zərərçəkmiş şəxs iddia etdiyi hadisə yerində ona qarşı seksual xarakterli hərəkətləri törətməmiş, əldə edilmiş mobil telefon əlaqələrinə dair məlumatlardan da aydın olduğu kimi, ümumiyyətdə həmin yerdə olmamışdır. İbtidai istintaq zamanı əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 21 aprel 2015-ci il tarixli 123/2015-MTBŞ saylı ekspert rəyinə görə, Zərərçəkmiş şəxs maykası üzərində aşkar edilmiş sperma ləkələri “0 alfa, beta /İ/ qruplu şəxslərə”, o cümlədən İsmət Mahmudova məxsus ola bilər. Birinci instansiya məhkəməsində işə baxılarkən əldə olunmuş həmin Birliyin 05 aprel 2016-cı il tarixli 61/2016-MTBŞ saylı ekspert rəyindən isə görünür ki, genetik test nəticəsində alınan nəticələrlə Zərərçəkm iş şəxs məxsus mayka üzərində olan ləkələrdəki spermanın İsmət Mahmudova məxsus olması inkar olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd oluanan xüsusatın yenidən araşdırılması üçün 26 sentyabr 2017-ci il tarixli qərarla təyin edib keçirilməsini tamamilə fərqli ekspertiza idarəsinə həvalə etdiyi məhkəmə tibbi-genetik ekspertizanın nəticiələri ilə də birinci instansiya məhkəməsində əldə olunmuş ekspert rəyi təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 31 oktyabr 2017-ci il tarixli 011-6466-1217 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka üzərindəki sperma X5 məxsus deyil. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx xx 2015-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamış, düz bağırsağın xarici dəliyində heç bir xəsarət müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsnm bədəni üzərində yalnız sağ döşün üst səthində sıyrıqlar və sağ körpücük nahiyədə qançı kimi sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olmuşdur. Məhkəmə tibbi ekspertin xx xx 2015-ci il tarixli rəyinə görə, İ1 tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmçinin, cinayət işinin materiallarında olan mobil telefonlara (nömrələrə) dair anten informasiyaların giriş və çıxışları barədə məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefonla xx xx 2015-ci il tarixdə saat 21.03-də İ1 ***-***-**-** mobil telefonuna zəng olmuşdur. xx xx 2015-ci il tarixdə isə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** telefonla iki dəfə, yəni saat 21.35 və 22.10-da İ1 ***-*****-** mobil telefonuna zənglər olunmuşdur. Zənglərin dairəsi (mobil telefonların olduqları yer) barədə məlumatlara göə, həmin vaxt, yəni 26-xx xx 2015-ci il tarixlərində telefon zəngləri edilərkən nə Zərərçəkmiş şəxs, nə də ki, X12 rayonunun Ağköynək kəndinin ərazisində (Türkan İsmayılovun hadisə yeri kimi göstərdiyi və cinayət təqibi orqanının bu cür qəbul etdiyi) yerdə olmamışlar. Belə olan halda birinci və apellyasiya instansiyası məhkəmələrinin İ1 ittiham olunduğu maddə ilə təqsirli bilinməsi üçün kifayət qədər sübutların olmaması haqqında nəticələrə gəlmələri sübutlar və sübutetməyə dair cinayət-prosessu al qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üz rə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İ1 yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi sübutlarla təkzib olunmadığı, hətta məhkəmə ekspertizalarının rəyləri, mobil telefon əlaqələrinə dair məlumatlarla təsdiq olunduğu vəziyyətdə birinci instansiya məhkəməsinin İ1 təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bununla razılaşması, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsas ların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış İ1 və onun müdafiəçisi Pərvin Məmmədovun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X4 barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar