Məhkəmə qərarları › İş №1(102)-644/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-644/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-644/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 1(101)-598/2023 nömrəli (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrliyi ilə), Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxx.1991-ci il tarixdə x şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, xxx sahəsində qeydiyyatda olan və faktiki xxx kəndində yaşamış X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 5 (beş) il 6 (altı) ay müddətinə az adlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə X7 cəzaçəkmə müddətinin başlanğıcının 11 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X15 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən məhkum olunmuş şəxs X7 müdafiəçisi Məmmədov Fərhad Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli 1(103)-951/2023 nömrəli (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü ləğv edilmiş, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, X7 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi hökm edilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X11 izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 20,153 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası D axili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən şübhəli bilinərək 11 iyun 2022-ci il tarixdə, saat 15:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Aura” şadlıq sarayının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdar - 20,153 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirm əmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X11 əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs X-in polis əməkdaşları tərəfindən saxlanılarkən döyülüb, işgəncələrə məruz qalmasına dair Suraxanı rayon prokurorluğunda müvafiq araşdırılma aparılmışdır. Aparılm ış araşdırma nəticəsində ibtidai istintaq orqanının 12 avqust 2022-ci il tarixli qərarı ilə X7 polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasına dair xüsusatlar öz təsdiqini tapmadığına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müvafiq yuxarı prokurorlar və məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən ləğv edilməmişdir. CPM-in 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göründüyü kimi şəxsin cinayət təqibini istisna edən qərarlar ləğv edilmədiyi halda məhkəmə üçün də məcburi qüvvəyə malikdi r. Odur ki, istintaq zamanı təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək yekun ifadəsində polis əməkdaşları tərəfindən döyülərək üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını göstərməsi iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından sübut növü kimi qiymətləndirilməməli, bununla bağlı istintaqa verdiyi ilkin ifadəsi nəzərə alınmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən sübutlar siyahısından çıxartmış, işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Bundan başqa cin ayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs X üzərinə video çəkilişlə şəxsi axtarış aparılarkən və maddi sübut götürülərkən müdafiəçisi Əliyeva Pürzə Əbülfəz qızı iştirak etməkdən imtina etmiş, təqsirləndirilən şəxsin özü isə müdafiəçisi Pürzə Əliyevanın iştirak etməməsinə etiraz etməmiş, bununla X özü ərizə ilə müraciət etmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X7 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan paket bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. X-in üzərinə narkotik vasitə qoyulmuşdusa o şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman bunu açıq şəkildə bildirmək imkanına da malik idi. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmü ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xah iş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kol legiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərini pozmaqla X11 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini n mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilə n şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Dövlət ittihamçısı kassasiya protestinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməməsinə dair nəticənin əsasına qoyulmuş faktiki halların X7 verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına d air birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılaraq hüquqi qiymət verildiyini, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Apellyasiya məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə q iymətləndirməklə hesab etmişdir ki, təqsirləndirilən şəxs X15 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla yanaşı, həmçinin X7 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X11 paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra X əynindəki qara r əngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı X həmin bükümdəki maddənin narkotik vasitə olduğunu, sosial şəbəkədə adını bilmədiyi şəxslə əlaqə yaratdıqdan sonra Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall”un yaxınlığındakı məişət tullantıları konteynerlərinin yanından yerdən götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir. X7 üzərinə şəxsi axtarış keçirilməsinə dair 11 iyun 2022-ci il tarixli videogörüntüyə baxış keçirilərkən qeyd olunanlarla yanaşı müəyyən edilmişdir ki, X7 müdafiə hüququnun təmini və ya həmin hüquqdan imtinasına dair sözügedən videoçəkilişdə hər hansı nüans öz əksini tapmayıb. O cümlədən, X7 vizual ol araq sol göz nahiyəsində göyərmə və şişkinlik əlamətləri mövcuddur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, “...... otaqda Z onu ayağından vuraraq yerə yıxmış, Y də dizini onun sağ çiyninə qoymuş, sonra da saçından tutaraq yerə vurmuşdur. Z isə onu ayaqla bir neçə dəfə kürəyindən vurmuşdur. Z və Babək ondan əvvəlcə yarım kilo, sonra üç yüz qram, daha sonra isə 20 qram narkotik maddəni guya onun üzərindən çıxmış kimi göstərməyini tələb etmişlər. O da bu təzyiqlərə dözməyərək 20 qram heroini üstündən çıxmış kimi göstərəcəyinə razılaşmışdır. Polislər müvəqqəti saxlama yerində və gələcəkdə ondan soruşulduqda rayonda nərdivandan yıxıldığını deməyini, həmin narkotik m addəni isə xalası Arzudan aldığını bildirməyini tələb etmişlər. Bundan sonra onu təhqiqatçının otağına aparmışlar. Orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, o da ona qabaqcadan verilmiş narkotik maddəni çıxararaq stolun üstünə qoyub həmin narkotik maddənin özünün olduğunu bildirmişdir. Özünü qismən təqsirli bilməsinə dair mövqeyi də yalnız narkotik vasitə istifadəçisi olması ilə bağlıdır. Heç vaxt narkotik vasitə satmamışdır, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir.....”. Apellyasiya məhkəmə kollegiyası təqsirləndirilən şəxs X7 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımadığını, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də iş də olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməməli olması, X7 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməklə, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işgəncə və qanunsuz psixi, fiziki təsirlər altında verilməsi barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təq sirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmən in nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayə t-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək ic raatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi işgəncə faktının araşdırılması və iddia etdiyi halların müəyyən edilməsi üçün vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini apellyasiya məhkəməsindən xahiş etmiş və müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının tibb sanitar hissəsinin rəisi, tibb xidməti baş leytenantı Rasim Mirzəyev tərəfindən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Fərhad Məmmədovun sorğusuna əsasən verilmiş 28 iyul 2022-ci il tarixli, 20-12/425 nömrəli məktubdan görünür ki, X7 ilkin tibbi müayinəsi zamanı sol gözətrafı nahiyədə bənövşəyi rəngli qançır və digər xəsarətlər aşkar olunmuşdur. Bundan başqa, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, X7 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (xx.xx.2022-ci il tarixli qərar). Lakin, X7 11 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı keçirilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 924 nömrəli rəyindən görünür ki, X7 bədən səthində sol gözətrafı nahiyənin qançırı, sol gözün sklerasının qansızması, sol dirsək oynağının, hər iki kürək nahiyəsinin qançırı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən t örənmişlər, alınma müddətləri şəxsin özünün göstərdiyi və tibbi sənəddə qeyd edilən, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sol dirsək oynağının iç səthinin qançırı saxlanılarkən alınması, digər xəsarətlərin isə qaçmaq istəyərkən yıxılma zamanı alınmaları inkar olunmur. Qeyd olunanlarla yanaşı 13 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində X7 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatında baxılarkən o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tər əfindən ona zor tətbiq edilərək ondan etirafedici ifadələr aldıqlarını bildirmişdir. Lakin istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, X7 döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində ifadəsi alınmış X-in ifadəsində X-in polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin digər şahid qismində ifadəsi alınmış X-in ifadəsində “X-lə birlikdə olanda onun sifətində heç bir xəsarətin olmamasına” dair verdiyi ifadələri bir daha onu təsdiq edir ki, X7 döyülərək və işgəncələrə məruz qalaraq etirafedici ifadəsi alınmışdır. Lakin Bakı şəhəri Suraxanı Rayon Prokurorluğ unun 12 avqust 2022-ci il tarixli qərarına nəzər yetirərkən, onun yalnız təsviri hissədən ibarət olduğu, müstəntiqin digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etdiyi, əldə edilmiş ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətləndiyi, rəyə və X9 xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirmədiyi müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə X7 11 iyun 2022-ci il tarixdə saat 15:30-da tutulmasından sonra üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdar - 20,153 qram təşkil edən narkotik vasitə olan heroinin ona məxsus olmasına dair məhkəməyədək icraatda verdiyi etir afedici izahat və ifadələri polis orqanında olduğu müddətdə tətbiq edilmiş pis rəftarın təsiri ilə verməsi haqqında nəticəyə gəlib, həmin izahat və ifadələri CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, iş üzrə toplanmış digər sübutlar isə aşkar edilmiş narkotik vasitəni X11 aid olan predmet kimi qiymətləndirmək, beləliklə də onu satış məqsədilə həmin narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəyə gəlmək üçün kifayət etməmişdir. Dövlət ittihamçısı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, X7 pis rəftara məruz qalmasına dair iddiası üzrə məhkəməyədək icraat dövründə Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılmış və r ayon prokurorluğunun müstəntiqi tərəfindən cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 2022-ci il tarixli (CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan) qərar çıxarılmışdır. Bu səbəbdən məhkəmələr qeyd edilən izahat və ifadələri, eləcə də X7 üzərində şəxsi axtarış aparılmasına və ondan narkotik vasitənin götürülməsinə dair protokolu mümkün və mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmamışlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı h əyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız m əlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda X-in polis tərəfindən 11 iyun 2022-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərd ə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qə rarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə mali k olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarın da olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfin dən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmələrin X-in barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 20 22-ci il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxmından hazırki iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərardan deyil, müvafiq sübutlara, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 Saylı İstintaq Təcridxanasının 28 iyul 2022-ci il tarixli 20-12/425 nömrəli məktubuna, məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli 924 nömrəli rəyinə, bu materiallarla uzlaşan X-in verdiyi məlumatlara ə sasən müəyyən etdikləri faktdan – X-də polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə (o cümlədən, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunda səthi aparılmış “araşdırma” nəticəsində çıxarılmış qərarla) X-in üzərində olan həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış edərək X-in saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri ver məsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan narkotik vasitənin X-ə aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin di gər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq X7 təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirilən dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərarını əsas götürməyərək mötəbər hesab etmişdir. Bundan ə lavə cinayət işinin materialları öyrənilərkən müəyyən olundu ki, X15 11 iyun 2022-ci il tarixdə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmiş, həmin tarixdə şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 16:00-da tərtib olunmuş protokolla o və müdafiəçisi Əliyeva Pürzə Əbülfəz qızı elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçi Əliyeva Pürzə Əbülfəz qızının həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası olmuş, eyni zamanda həmin tarixdə saat 16:10-dan 16:20-dək tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında qərarı imzalamış, lakin cəmi 10 dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkət lərinin aparılmasında iştirak etməmişdir (işə əlavə edilmiş ərizəyə görə, X15 özü müdafiəçinin iştirakı olmadan üstünə baxış keçirilməsini xahiş etmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nə zərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. X7 şübhəli şəxs qismində tutularkən maddi imkanı olmaması əsası ilə hüquqlarının dövlət hesabına müdafiə olunmasına dair yazılı ərizə verməsi, bununla yanaşı, bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan baxış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsi, apellyasiya məhkəmə kollegiyası tərəfindən onun ibtidai istintaq zamanı işgəncə və qanunsuz psixi, fiziki təsirlərə məruz qalması faktını nəzərə almaqla haqlı olaraq ağlabatan hesab edilməmişdir. İş materiallarında olan məlumatların kassasiya protestinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik n ormalarının, Avropa İnsan Hüquqları Məhkəməsinin və Plenum Qərarlarının izahları baxımından təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası qanuni və əsaslı olaraq belə qənaətə gəlmişdir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndir ilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ci nayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekun unda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hal lar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar