Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-644/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, xx xxx 1995-ci ildə Ağcabədi rayonu, Bilağan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonu, Biləyən kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə da ir cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(106)-296/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 1(099)-109/2024 nömrəli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıq da apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), E.İ.Əliyev və Y.X.Həşimov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 11,260 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaş ları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 31 yanvar 2023-cü il tarixdə saat 20:10 radələrində Ağcabədi rayonu Boyat kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda 4,836 qram və 6,424 qram, ümumilikdə 11,260 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrdən 2 34.1-1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və xəstə valideynlərinin onun himayəsində olmasını nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini, bu mümkün olmadıqda isə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlər inin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin x arakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsi n islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində xüsusi olaraq göstərilmiş cəzanı yüngülləşdirən haldır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 3 ildən olmaqla yuxarı həddi isə 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, baxılan işdə Məhkum qardaşı X5 müharibəsinin iştirakçısı olmaqla sonuncunun «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq Məhkum cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin cəzanı başqa yüngülləşdirən halların mövcud olmamasına nəticəyə gəlmiş və apellyasiya məhkəməsi bu nəticə ilə razılaşmışdır. Halbuki cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına da ir tələbnamə ilə müəyyən edilir ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Həmçinin işdə olan, Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Lakin birinci və apellyasiya instansiya məhkəmələri iş materiallarında olan həmin halları ümumiyyətlə nəzərə almamışlar. Halbuki CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.159.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət qanunun tələbinə əsasən cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınmalı olan hala əhəmiyyət verilmədən təyin olunmuş cəza ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) cavab verən cəza kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Sözügedən cəzanı yüngülləşdirən halların nə dərəcədə nəzərə alınması məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş digər hallarla, o cümlədən cinayətin xarakter i və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, Məhkum cəzasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin ən aşağı həddinədək azaldılmasını mümkün edən əsas kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də cəzanın məqsədlərinə çatmaq mümkündür. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməsi, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 25 aprel 2024-cü il tarixli, 1(106)-296/2024 nömrəli qərarı dəyişdirilərək, sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ilə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(106)-296/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 03 (üç) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-644/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-644/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver