Məhkəmə qərarları › İş №1(102)-645/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-645/2019

30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-645/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxanoğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Məhkum3 iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarından Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Hacıyev Asim Hacımirzə oğlu) xx xxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Lənkəran rayonu, Gərmətük kəndimdə yaşayan Məhkum3, Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4. 3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5(beş) il 6(altı) ay, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7(yeddi) il müddətə azadlıqdan mərhum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum3 cinayətlərin məcmusu üzrə qəti cəza- 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 26 noyabr 2016-cı il tarixdən hesablanması, Məhkum3 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə X4, Məhkum1, Məhkum2 və X10 təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayət inə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 16 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarından Məhkum3 kassasiya şikayəti verərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini və onun əməlinin Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək, məhkum edilmişdir ki, qabaqcadan əlbir olan cinayətkar qrupun digər üzvləri–Məhkum1 28 oktyabr 2016-cı il tarixdə Məhkum3la birlikdə İran İslam Respublikasının Astara şəhərinə gedərək orada olan digər şəxslərə satış məqsədi ilə qanunsuz olaraq 900 manat pul müqabilində külli miqdarda narkotik vasitə olan tiryək sifariş etmişdir. 31 oktyabr 2016-cı il tarixdə qabaqcadan əlbir olan qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri tərəfindən külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə naməlum vaxtda, şəraitdə və yerdə Azərbaycan Respublikası ərazisinə keçirildikdən sonra cinayətkar qrupun üzvləri digər şəxslər aralarında olan ümumi razılığa və cinayətkar niyyətə uyğun ol araq X1la mobil telefon, eləcə də internet üzərindən vatsap proqram təminatı vasitə ilə əlaqə saxlayaraq sonuncunun Lənkəran şəhərinə getməsini, orada Astara rayonunun Şahağacı kəndi ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə olan tiryəki Məhkum1 və Məhkum3la birlikdə götürməyi tapşırmışdır. X1 qeyd edilən tarixdə qabaqcadan aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxslərin tapşırığı ilə Lənkəran şəhərinə getmiş, orada Məhkum3 və Məhkum1lə görüşərək birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı, AZ **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonunun Şahağacı kəndi istiqamətində hərəkət etmişlər. Məhkum1 konspirasiya qaydalarına riayət edərək idarə etdiyi “VAZ 2107” markalı, AZ **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənk əran-Astara şosesinin Lənkəran rayonu ərazisinə aid hissəsində özünə məxsus “Wolksvagen Passat” markalı, AZ **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvəz edərək İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş və “Şahağacı” sözü yazılmış yol nişanının altında gizlədilmiş külli miqdarda – təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryəki X1 və Məhkum3la birlikdə götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq idarə etdiyi avtomobildə Lənkəran şəhəri istiqamətində daşımışlar. Qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşmaya əsasən X1 külli miqdarda narkotik vasitə olan tiryəki cinayətkar qrupun üzvləri Məhkum2 və Teyyub Abbasova çatdırmaq məqsədi ilə 01 noyabr 2016-cı il tarixdə gecə saat 00:20 dəqiqədə Lənk əranBakı marşrutu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində saxlanılmış və əlində olan sellofan torbaya keçirilmiş baxış zamanı külli miqdarda - təmiz halda çəkisi 1930,63 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Məhkum3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir, və qanunsuz hesab edir. İrandan narkotik vasitələrin gətirilməsi və satışında heç bir rolu yoxdur. İstintaq və Məhkəmələr işin hallarını araşdırmadan, zəruri sübutlar olmadan, qərəzli və qeyri-obyektiv qərar qəbul etmişlər. Özünü Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət barəsində xəbər verməmədə günahkar bilir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihama xitam verilərək ona bəraət verilməsini və əməlinin Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələl ər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, hesab edirr ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkum3 kassasiya şikayətində ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihama xitam verilərək ona bəraət verilməsini və əməlinin Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamamı Məhkum3 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərə k ifadəsində göstərmişdir ki, X8 adlı şəxslə Rusiya Federasiyasında tanış olmuşdur. 2016-cı ilin oktyabr ayının ortalarında o, “vatsap”-la X8la əlaqə yaradaraq özünə məxsus avtomobilini əzdiyini və ehtiyyat hissəsi almaq üçün pulunun olmadığını demiş, sonuncu isə ona ehtiyat hissəsi almaq üçün kömək edəcəyini bildirmişdir. 2016-cı ilin oktyabr ayının 15-də İranın Astara şəhərinə getmiş, orada X8la görüşmüş, sonuncu onu “Əmi” ləqəbli şəxsin evinə aparmışdır. O, həmin evdə X9, X10 və X11 adlı şəxslərlə tanış olmuş, sonuncunun İrandan qaçaq yolla Azərbaycana narkotik keçirib sifarişçilərə çatdırılması barədə razılığa gəldiyini görmüşdür. Həmin vaxt o, X8la Azərbaycanda narkotik maddə istəyən olduğu halda xəbər verməyi barədə ümumi razılığa gəlmişdir. Azərbaycana qayıtdıqdan sonra X11 adlı tan ışı ilə görüşmüş və sonuncuya tiryək istədiyi halda kömək edə biləcəyini demişdir. X11 onunla birlikdə 2016-cı ilin oktyabr ayının 28-i Astaradan keçərək İranın Astara şəhərinə getmiş, orada X8və X12 adlı şəxslə görüşmüşlər. Həmin vaxt X11 X8la tiryək barəsində söhbət aparmış və sonuncuya 900 manat pul verərək narkotik maddə olan tiryək sifariş etmişdir. 31 oktyabr 2016-cı il tarixdə X8“vatsap”-la zəng X11a zəng vuraraq X11 adlı şəxslə görüşməyi tapşırmış, sonuncu bir neçə dəqiqədən sonra ona zəng vuraraq Lənkəran şəhərinə gəldiyini bildirmişdir. O, X11 ilə birlikdə sonuncunun idarə etdiyi **-CA-*** qeydiyyat nişanlı, göy rəngli, “VAZ 2107” avtomobil ilə X11ı qarşılayaraq Lənkəranda çayxanaya getmişlər. Çayxanada olan zaman X11 X8ın tapşırığı əsasında Lənkərana gəldiyini, bu gün narkotik maddə tiryəkin İrandan Azərbaycana keçəcəyini və həmin narkotik maddənin içində X11ın da sifariş etdiyi tiryəkin olacağını demişdir. Həmçinin X8da bu barədə X11a “vatsap”-da yazmışdır. Daha sonra X11 tiryəkin Astara rayonunda, Şahağacı kəndində olduğunu onlara demişdir. O, X11 və Vusal ilə birlikdə sonuncunun idarə etdiyi “Volkvagen” markalı avtomobillə Şahağacı kəndinə getmiş, X11 avtomobildən düşərək “Şahağacı” yazısının altından sellofan torbada 2 kiloqrama yaxın tiryək götürmüşdür. O, X11 ilə birlikdə X11ı Bakı şəhərinə yola salmışdır. Həmin icraatda X5 ifadəsində göstərmişdir ki, Sonuncu dəfə İranda olarkən X8 onu Məhkum3la da tanış etmişdir. Əminin evində olarkən X9 Məhkum3 narkotik maddələrin dövriyyəsində onlara kömək etməyi təklif etmiş, sonuncu isə öz razılığını bildirmişdir. 31 oktyabr 2016-cı il tarixdə X9 ona “vatsapp” proqramı vasitəsi ilə zəng vuraraq axşam 1920 radələrində Lənkəranda olmağı və Məhkum3la görüşməyi tapşırmışdır. Lənkəran şəhərinə gedərək Məhkum3 zəng vurmuş, sonuncu onu qarşılayaraq Məhkum1 idarə etdiyi AZ **-CA-*** qeydiyyat nömrəli, “VAZ 2107” markalı, göy rəngli avtomobil ilə Lənkəran şəhərində çayxanaya aparmışdır. Məhkum3 və Məhkum1 başqa onlarla birlikdə X9 adlı şəxs də olmuşdur. Çayxanda olan zaman Məhkum3 ona Məhkum1lə birlikdə bir neçə gün əvvəl İran İslam Respublikasında olduqlarını, orada narkotik vasitə sifariş etdiklərini və bunun müqabilində 1000 manata yaxın beh verdiklərini və hazırda gələn narkotik maddələrdən onlara çatacaq payın olduğunu bildirmişdir. Onlar çayxanadan təxminən 18 radələrində ayrılaraq X13 şəhərinin mərkəzin ə aparmış, özləri isə Lənkəran şəhərindən Astara istiqamətinə yola düşmüşlər. Yolda onlar “VAZ 2107”-dən düşərək, tünd rəngli “Wolkswagen” markalı avtomobilə əyləşmişlər. Bundan sonra onlar avtomobil ilə Astara rayonuna gələrək təxminən saat 20 radələrində “Şahağacı” yazısının altından narkotik vasitəni götürmüşlər. Onlar yenidən birlikdə həmin avtomobil ilə Lənkəran şəhərinə qayıdarkən yolda, yəni Lənkəran ərazisində şossedə yenidən göy rəngli “VAZ 2107”-ə əyləşmişlər. 31 oktyabr 2016-cı il tarixdə təxminən saat 22 radələrində onlar göy rəngli AZ **-CA-*** nömrəli “VAZ 2107” ilə Lənkəran şəhərində X9un həyət evinə getmiş, Məhkum1 və Məhkum3 orada dərhal narkotik vasitəni açdıqdan sonra bağlamanın içərisində 2 ədəd büküm olduğunu görmüşlər. Bundan sonra Məhkum1 əsəbləşərək “vatsap”-la X8a Əhmədova zəng vurmuş və etirazını bildirmişdir. Sonuncu isə öz növbəsində Məhkum1 və Məhkum3 sakitləşdirərək yaxın günlərdə onların da sifarişinin gələcəyini bildirmişdir. Ümumi razılıqdan sonra X11 narkotik vasitə tiryəkdən qıraraq özünə, X11a və X9a vermiş və onlar həmin tiryəkdən istifadə etmişdirlər. 31 oktyabr saat təxminən 24 radələrində Məhkum3, Məhkum1 və X19 evini tərk etmişlər. Bundan sonra Məhkum1 və Məhkum3 X1u Lənkəran şəhərində yerləşən Ləvəngi dairəsində düşürmüş, sonuncu isə yol maşınına oturarkən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. X3 ifadəsində bildirmişdir ki, 2016-cı ilin oktyabr ayının 28-də Məhkum1 və Məhkum3 ilə birlikdə İrana getmişdir. İranda kirayədə qaldıqları evdə X12 adlı şəxs özü ilə heroin gətirmiş, o, X11, X12, X8heroindən si qaretə dolduraraq istifadə etmişlər. Bundan sonra X8, X12 və X14 narkotik barədə söhbət etmişlər. Baş verən qısa söhbədən X11ın X8a və X12a narkotik vasitə olan tiryək sifariş etdiyini anlamışdır. Həmin vaxt X11 üzərində olan 900 manat pulu X8və X12a verərək onlara narkotik maddə olan tiryək sifariş etmişdir. Bu hadisəyə X14 də şahid olmuşdur. Səhər açılandan sonra o, X11ı qırağa çəkərək bu hərəkətinə görə məzəmmət etmiş, X11 isə onu sakitləşdirərək onun bu işə heç bir aidiyyatının olmadığını və narahat olmamağı tapşırmışdır. O və X11 11 noyabr 2016-cı il tarixdə avtobusla İranın Astara şəhərinə, orada isə X8ın evinə getmişlər. X8ın evində olarkən o, Kürdəmirdən olan X16 və onun qohumu X17 adlı şəxslə tanış olmuşlar. 2016-cı il noyabr ayının sonlarında isə X11ın və X14in tutulduğunu eşitmi şdir. X1 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2016-cı il tarixdə X11, X14 və X11 onun yaşadığı evə gəlmiş, o, çay dəmləyən zaman evində masanın üstündə iki kiloqrama yaxın narkotik vasitə tiryək olmasını görmüşdür. Bundan sonra onlar həmin narkotik vasitə tiryəkdən qıraraq istifadə etmişdirlər. Narkotik vasitə olan iki kiloqrama yaxın tiryəkin aqibəti barədə X11, X14 və X11 arasında mübahisə yaranmış və sonradan əldə olunmuş razılıq əsasında narkotik maddə Əbliyazda qalmışdır. X11, X14 və X11 gecə radələrində onun evini tərk etmişdir. Məhkəmə-fonoskopik ekspertizasının 03 mart 2017-ci il tarixli 2977 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 ədəd “princo” markalı CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 2 ədəd “Princo” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K4” kimi işarə olunmu diktorun səsi və nitqi Məhkum3 məxsusdur. CD diskdə olan mübahisəli fonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır. Məhkum3 barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə tələbnamənin məzmunundan görünür ki, Məhkum3 15 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət sərhədini keçməklə İran islam Respublikasına getmiş, 19 oktyabr 2016-cı il tarixdə isə Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Bundan sonra Məhkum3 28 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət sərhədini keçməklə İran İslam Respublikasına getmiş, 29 oktyabr 2016-cı il tarixdə isə Azərbaycan Respublikası ərazisinə qayıtmışd ır. Kollegiya işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, Məhkum3 narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində iştirak etməməsi və bundan xəbəri olmaması, həmçinin bununla bağlı hər hansı danışıq aparmaması, göstəriş və pul verməməsi, ibtidai istintaq zamanı ona təzyiq olduğu üçün etirafedici ifadələr verməsi barədə göstərdiyi dəlilləri məhkəmələr haqlı olaraq mötəbər sübutlarla təkzib edilməklə işin faktiki hallarına uyğun olmadığı nəticəsinə gəlmişdir. Məhkəmələrin gədiyi nəticə işin faktiki hallarına uyğundur. Kollegiya hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə müvafiq, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə to planmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla Məhkum3 törətdiyi cinayət əməllərinin ibtidai araşdırma zamanı verdiyi ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, baxış protokolları və iş üzrə toplanmış mötəbər sübutlarla Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirliliyinin tam sübuta yetirilməsinə, məhkuma ittiham olunan əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, həmin maddələrlə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir. İş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin pozulması, Məhkum3 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2018-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar