Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-645/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Şükürov Vamiq Qabil oğlunun iştirakları ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmam ış, ünvan qeydiyyatda olan, ünvan 1 yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.C.Seyidov (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum – CM-nın 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və zərərçəkmiş şəxs tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), Q.X.Babayev və V.Ə.Mursaqulov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxx 2017-ci il tarixdə saat 14 radələrində arvadı Zərərçəkmiş şəxs ilə yaşadıqları Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz evdə şəxsi münasibətlər zəminində münaqişə edən zaman əvvəllər də daim aralarında yaranmış ailədaxili münaqişələrə görə sonuncuya irad bi ldirərək, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək sonuncunun həmin vaxt yanlarında olan azyaşlı uşaqları - 2014-cü ildə anadan olmuş qızı Ruqiyyə Quliyevanın və 2016-cı ildə anadan olmuş oğlu Xin gözü qarşısında mətbəx bıçağı ilə evin yataq otağında paltarlarını geyinən Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə kürək nahiyəsinə, bundan sonra isə arxası üstə yerə yıxıb dizi ilə sinəsini sıxaraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib sonuncunun dönə-dönə aman diləyən yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla Zərərçəkmiş şəxs əzab, işgəncə və aşkar surətdə xüsusi ağrılar yetirdiyini dərk və arzu edib sonuncuya ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvu rmaya aid döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək sağ ağ ciyərin yaralanmasına və sağ tərəfli pnevmohemotoroksa səbəb olan dörd ədəd, ayrıayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön və arxa səthinin daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sağ yarısının ön yarısının daxilə nüfuz etməyən bir ədəd, sağ qoltuqaltı nahiyənin daxilə nüfuz etməyən iki ədəd, bel nahiyəsinin iki ədəd, sol yanaq nahiyəsinin bir ədəd, sağ əlin iki ədəd, sol saidin iki ədəd, ümumilikdə isə 22 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirmiş, bundan sonra yetirilmiş ağrıların və kəskin qanitirmənin təsirindən niyyətini bununla başa çatdırdığını zənn edərək evi tərk etmiş, Zərərçəkmiş şəxs isə taqətini toplam aqla ayağa qalxıb evdən bayıra çıxaraq ictimai borcunu yerinə yetirən şəxslər tərəfindən qısa müddət ərzində 7 saylı birləşmiş şəhər xəstəxanasına aparılmış, orada üzərində cərrahi əməliyyatların aparılması nəticəsində həyatı xilas edildiyindən adam öldürməyə yönəldilmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürməyə, yəni sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhdlə nəticələnmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin CMin 29, 120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və cəzanı yüngülləşdirən halları nəzərə a lmaqla ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, iş üzrə ibtidai araşdırma və məhkəmələr obyektiv, tam aparılmamış, toplanmış sübutlar düzgün yoxlanılmamış və qiymətləndirilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin hökmündən həm zərərçəkmiş şəxs, həm də məhkum şikayət verdiyi halda, Bakı Apellyasiya Məhkəməsi xx xxxx 2018-ci il tarixli qərarında şikayətlərdən hansının təmin edilib-edilmədiyi qeyd edilmədən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Şikayət müəllifinin fikrincə, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən Məhkum əməli düzgün tövsif edilməmişdir. Belə ki, Məhkum arvadı Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır. Bunu həm Məhkum ifadələri, həm də zərərçəkən Zərərçəkmiş şəxs məhkəmə baxışları zamanı verdiyi ifadələri, habelə iş üzrə toplanmış digər sübutlar da təsdiq edir. Müdafiəçi hesab edir ki, Məhkum arvadı Zərərçəkmiş şəxs azyaşlı uşaqlarının gözü qarşısında bıçaqla vurub xəsarətləndirməsinə və buna görə də ona xüsusi amansızlıqla adam öldürməyə cəhd etməyə dair gəlinən nəticə də əsassızdır. Belə ki, Məhkum hadisəni uşaqların gözü qarşısında törətmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs də Bakı Apellyasiya Məhkəməsində hadisə vaxtı uşaqların yanlarında olmamasını qeyd etmişdir. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, məhkəmələr tərəfindən Məhkum cəza təyini zamanı yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, müdafiəçi V.Şükürov və Zərərçəkmiş şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbə rliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Hesab edilir ki, Məhkum əməli CM-in 126.1 -ci maddəsinə tövsif edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X4rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübu tlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətindəki dəlilləri əsassız hesab edərək Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin y erinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində - Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanı nəzərdə tutulur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum arasın da şəxsi münasibətlər zəminində mübahisə yaranmış və həmin mübahisənin sonunda Məhkum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməyə, yəni sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsi zliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qanunun mənasına görə, əməlin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün xüsus i amansızlıqla qəsdən adam öldürmə təqsirkarın həm cinayətin törədilmə üsulu ilə, həm də onun xüsusi amansızlığına dəlalət edən digər hallarla birgə əlaqələndirilməlidir. Əməlin xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməsi üçün cinayətin törədilməsi üsulunun xüsusi amansız olması, həmin cinayətin xüsusi amansız nəticələrə səbəb olması ilə yanaşı həm də cinayət törətmiş şəxsin xüsusilə amansız (qəddarcasına, rəhmsiz) davranmasını təsdiq edən hallar müəyyən edilməlidir. Digər tərəfdən, belə qiymətləndirmə zamanı nəzərə almaq lazımdır ki, təqsirkarın niyyəti təkcə zərər çəkmiş şəxsi həyatdan məhrum etməyə yox, həm də ona bilavasitə qəsdən öldürməyə qədər və bu cinayəti törətmə mərhələsində xüsusi ağrılar, işgəncə, əzab verməyə yönəlmiş olur. Bütün hallarda belə niyyəti təsd iq edən obyektiv və subyektiv sübutlar əldə edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsind ə və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrılar verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Belə ki iş materiallarından görünür ki, cinayət hadisəsi günorta saatlarında və Məhkumlə Zərərçəkmiş şəxs azyaşlı uşaqları evdə olan vaxt baş vermişdir. Hadisə baş verən vaxt uşaqların həmin hadisəni görməməsi və ya hiss etməməsi mümkün deyil. Digər tərəfdən, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində, Zərərçəkmiş şəxs isə həm ibtidai istintaq zamanı verdiyi ifadəsində, həm də birinci instansıya məhkəməsində verdiyi ifadəsində cinayət hadisəsinin azyaşlı uşaqlarının gözü qarşısında baş verməsini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsindən əvvəl də təqsirkar Məhkumlə Zərərçəkmiş şəxs arasında daim ailədaxili münaqişələr və mübahisələr olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 1042 nömrəli rəyindən görünür ki, hadisə vaxtı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla, ümumilikdə, 22 ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmiş, həmin xəsarətlərdən dörd ədədi daxilə nüfuz edərək sağ ağ ciyərin yaralanmasına və sağ tərəfli döş boşluğuna sərbəst qan və havanın yığılmasına səbəb olmuşdur və həmin xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyləri, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Məhkum oğlunun əməlini CM-nin 29, 120.2.4-cü maddəsi ilə tövsif edib həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübuların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslar ında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun könüllü gəlib təqsirini boynuna almasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərç əkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 60 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cə zaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərə cəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13- cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, onun könüllü gəlib təqsirini boynuna almasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Bundan əlavə kassasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsinin hökmündən həm zərərçəkmiş şəxs, həm də məhkum şikayət verdiyi halda, Bakı Apellyasiya Məhkəməsi xx xxxx 2018-ci il tarixli qərarında şikayətlərdən hansının təmin edilib-edilmədiyi qeyd edilmədən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən bu dəlili texniki səhv kimi qiymətləndirir. Belə ki, apelyasiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində həm zərərçəkmiş şəxsin, həm də mə hkumun apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri şərh olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmışdır və mahiyyətcə düzgündür. Ona görə də həmin səhv mahiyyətcə düzgün olan məhkəmə qərarının kassasiya qaydasında ləğvi üçün əsas deyildir. Eyni qənaətə Avropa Məhkəməsi Karyagin, Matveyev və Korolyov (Karyagin, Matveyev and Korolev) Rusiya Federasiyasına qarşı işində də gəlmişdir. Belə ki, həmin qərarda qeyd edilir ki, hökmün iki surətinin üst-üstə düşmədiyi hissədə yol verilmiş prosessual pozuntu məhkəmə araşdırmasının ədalətsiz hesab olunmasına gətirib çıxarmır. Beləliklə, məhkə mə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, müm künlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci mad dəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-645/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-645/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver