Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-645/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum1 və onun müdafiəçisi – XXXX35nun vəkili X5, Məhkum2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər O.Y.Cəlilov və M.Ə.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xx xx 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan3də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 may 2018-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır; Məhkum2 (xx xx xx 1990-cı ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan5də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəz ərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 may 2018-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Həmin hökmlə X9 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddəl əri ilə təqsirli bilinib məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum1 və onun müdafiəçisi X3, habelə Məhkum2 müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il 6 (altı) aydan 5 (beş) il 6 (altı) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsini n 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum2 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 5 (beş) il 6 (altı) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum1 qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qərar məhkumlar Məhkum2 və Məhkum1 aid qalan hissədə dəyişdirilmədən saxlanılmış dır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən ünvan6 sakini X2 XXXX77nda yaşayan şəxslə, qohumları Məhkum2 və Məhkum1 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Məhkum3 ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun XXX80ndakı üzvü ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli olaraq Azərbaycan Respublikasının ərazisinə keçiriləcək külli miqdarda narkotik vasitələri qoyulacağı yerdən götürmək və satdıqdan sonra qrupun həmin üzvünə 4000 manat məbləğində pul verəcəyi barədə qabaqcadan razılığa gəlmişdir. Narkotik vasitənin Azərbaycan Respublikası ərazsinə keçirilməsi barədə məlumat aldıqdan sonra Məhkum3, Məhkum2 və Məhkum1 20 may 2018-ci il tarixdə gecə saat 01:20 radələrində Məhkum1 idarə etdiyi “Mercedes Benz C 180” minik markalı, ** xx xx xx *** qeydiyyat nişanlı avtomobil ilə ünvan10 avtomobil yolunun 25-ci kilometrliyinə getmiş, orada “XXXX888” sözü yazılmış dəmir lövhəni keçdikdən sonra dayanmışlar. Məhkum1 avtomaşını ünvan7 istiqamətində döndərməklə avtomaşında gözləmiş, Məhkum3 və Məhkum2 isə qaranlıq hava şəraitində yolun sağ hissəsində yerləşən dərəlik sahəyə enərək oradan qrupun XXX80ndan olan üzvünün gizlətdiyi 2610 qram çəkidə, külli miqdarda narkotik vasitə olan tiryəki ümumi cinayətkar ni yyətlə götürüb avtomaşına gətirmiş və özləri də avtomaşına minmişlər. Bundan sonra Məhkum1 avtomaşını ünvan7 istiqamətində sürmüş, onlar narkotik vasitəni özlərində saxlayıb daşımaqla ünvan7 istiqamətində hərəkət etməyə başlamışlar. XXX5555nə XXXX3333 sakinləri Məhkum3, Məhkum1 və Məhkum2 həmin əraziyə gələrək XXX80ndan göndərilmiş külli miqdarda narkotik vasitəni götürəcəkləri barədə əvvəlcədən əməliyyat məlumatı daxil olduğundan ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirən polis əməkdaşları Məhkum1, Məhkum2 və Məhkum3in “Mercedes Benz C 180” minik markalı, ** xx xx xx *** qeydiyyat nişanlı avtomobil ilə gələrək narkotik vasitəni götürmələrini müşahidə etmiş və istifadələrində olan avtomobildə onların arxalarınca getməyə başlamışlar. Bu zaman Məhkum1 arxadan gələn avtomaşında polis əməkdaşlarının onları izləmələrindən şübhələnərək polis əməkdaşlarından yayınmaq məqsədi ilə avtomaşını yüksək sürətlə sürdüyündən saat 01.30 radələrində yolun sərt döngəli hissəsində idarəetməni itirməsi nəticəsində avtomobil yolun sol hissəsindəki dərəyə aşmışdır. Həmin vaxt Məhkum3 polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görərək bir ədəd göy rəngli, içərisində narkotik vasitə tiryək olan sellofan torbanı ələ keçməməsi üçün avtomobildən götürüb 3 metr məsafədə kənara atmış və hər üçü avtomobildən düşmüşlər. Polis əməkdaşları yaxınlaşaraq onları saxlamışlar. Həmin gün, yəni 20 may 2018-ci il tarixdə hava işıqlaşdıqdan sonra, saat 10:15 radələrində hadisə yerinə baxış keçirilərkən narkotik vasitə tiryək sellefon torbada aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlillər i: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı qanunsuz əməl törətmədiyi, onun avtomobilinin dərəyə aşdığı yerdə 20 may 2018 ci il tarixdə sellofan torbada aşkar edilmiş narkotik vasitəyə aidiyyatı olmadığı, o cümlədən həmin narkotik vasitənin onunla birlikdə avtomobildə olmuş qohumları Məhkum2 və Məhkum3ə aid olub-olmamasını bilmədiyi, eləcə də onun narkotik vasitənin qaçaqmalçılığı cinayətinin törədilməsində iştirak etməsini, XXX80nın XXXX55 adlı vətəndaşı ilə əlaqəsinin olmasını təsdiq edən sübutlar olmadığı halda əsassız olaraq Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Həmçinin, kassasiya şikayətində Məhkum1 rəsmi olaraq müəyyən edilməsə də, İ qrup əlil olduğunu, himayəsində əlil anasının, xəstə həyat yoldaşının və 3 uşağının olduğunu qeyd edərək, bu halların birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən nəzərə alınmadığını qeyd edir. Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, ona bəraət verilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 da kassasiya şikayətini eyni, yəni Məhkum2 Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4.1, 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayətlərin heç birində iştirak etməməsi, eləcə də ağır cəzaya məruz qalması barədə dəlillərlə əsaslandıraraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum2 bəraət verilməsini xahi ş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdiri lməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 kassasiya şikayətlərində sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum2 və Məhkum1 narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması, habelə narkotik vasitənin qaçaqmalçılığı cinayətlərində iştirak etmələri sübut olunmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci və 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilindiklərini, eləc ə də həddindən artıq ağır cəzaya məruz qoyulduqlarını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, onlara münasibətdə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görərək, bu şikayətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il ta rixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, Məhkum1 və Məhkum2 onlara isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətləri törətmələri, yəni qabaqcadan əlbir olduqları bir qrup şəxsin tərkibində (X9 ilə birgə) külli miqdarda tiryək narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaları birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, ittihamın bu hissəsinə mü nasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olmaları barədə nəticələr çıxarılmışdır (hökmdə və apellyasiya məhkəməsinin qərarında sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən təsvir və şərh edilməs inə zərurət görmür). Odur ki, məhkəmə heyəti müdafiəçinin - Məhkum2 və Məhkum1 - özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini (onların həmin maddələrlə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak etməmələri haqqında iddialarını) əsassız hesab edir. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitənin qaçaqmalıçılığı cinayətində köməkçi qismində iştirak etmələrinə görə təqsirli bilinmələrinin mübahisələndirilməsi üzrə dəlillərə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçı cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir. Köməkçi cinayətdə iştirakçıların növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi ( vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan istənilən hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin ki, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməs i xeyli dərəcədə çətinləşərdi). İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayətin törədilməsində icraçı ilə yanaşı köməkçı və yaxud Cinayət Məcəlləsinin 32.1-ci maddəsində göstərilən digər şəxslər (təşkilatçı, təhrikçi) iştirak edirsə, mütləq şəkildə onların şüuru ilə icraçıya cinayət törətməkdə, cinayətkar məqsədə çatmaqda yardım etmələri, icraçın ın şüuru ilə isə ona köməkçinin yardım etməsi və yaxud digər iştirakçılarının oynadığı rol əhatə olunmalıdır. Bu mülahizələrə nəzərən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə tövsif edilmiş hərəkətlərini təhlil etdikdə aydın olur ki, həmin cinayət-hüquqi normalar Məhkum1 və Məhkum2 əsassız olaraq şamil edilmişdir. Çünki, işdə olan sübutlara, o cümlədən mobil telefon əlqələrinə dair məlumatlara, hətta Məhkum2 və digər (kassasiya şikayəti verməyən) məhkum X4 ibtidai istintaqda verdikləri etirafedici ifadələrə görə XXX80nda olan həmin ölkənin şəxsiyyəti məlum olmayan vətəndaşı ilə narkotik vasitənin əldə edilməsi, Azərbaycan Respublikasına göndərilməsi barədə danışıqlarda Məhkum2 və Məhkum1 iştirak etməmiş, həmin şəxslə yalnız Məhkum3 əlaqə qurub İranlı tərəfindən narkotik vasitə qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirildikdən sonra razılaşdıqları yerdən həmin vasitəni götürəcəyini ona qabaqcadan vəd etmişdir. Məhkum2 və Məhkum1 isə müstəsna olaraq Məhkum3lə narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi barədə, artıq narkotik vasitə onların rolu olmadan xxx xxx-nın istintaqa məlum olmayan vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilib ünvan10 avtomobil yolunun 25-ci kilometrliyində dəmir lövhənin yaxınlığında gizlədildkdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra həmin yerdən narkotik vasitənin götürülüb Masallı şəhərinə daşınması barədə qabaqcadan razılaşıb Məhkum3lə birgə satış məqsədilə narkotik vasitənin əldə edilməsi və polis tərəfindən saxlan ıldıqları anadək daşınması cinayətini həyata keçirmişlər. Narkotik vasitənin qaçaqmalçılığı cinayətinə münasibətdə Məhkum2 və Məhkum1 hərəkətləri özündə iştirakçılığın nə obyektiv, nə də ki, subyektiv əlamətlərini əks etdirmədiyindən (onların Məhkum3lə narkotik vasitənin qanunsuz dövriyyəsi üzrə cinayətdə olan əlbirliyinin qaçaqmalçılıq cinayətini icra edən naməlum şəxsin qərar verməsinə, bu cinayəti həyata keçirməsinə təsiri olmadığından) Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin nəzərdə tutduğu cinayətdə köməkçi qismində iştirak etmə kimi qiymətləndirilə bilməz. Məhkum2 və Məhkum1 xxx xxx-da olan şəxslə əlaqələrini, o cümlədən ona Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçiriləcək narkotik vasitəni qəbul edəcəklərini qabaqcadan vəd etmələrini, hər hansı başqa bir şəkil də qaçaqmalçılıq cinayətinin törədilməsinə (CM-in 32.5-ci maddəsilə ehitva olunan hərəkətlər və yaxud hərəkətsizliklə) töhvə vermələrini kifayət qədər təsdiq edən sübutlar olmadığı vəziyyətdə məhkəmələrin Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə təqsirli olmaları barədə nəticəyə gəlmələri cinayət-prosessual qanunun təqsirsizlik prezumpsiyası prinsipinin, sübutların tədqiqinə, hökmün əsaslılığına dair qaydaların pozuntusu kimi özünü göstərir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün s übutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcələnin 349.5-ci maddəsi də əsaslılığını aşağıdakı tələblərə cavab verməsi ilə şərtləndirmişdir: məhkəmə hökmünün _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməlidir; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində yetirilməməsi cinayət təqibini istisna edən hal kimi göstərilmişdir. təqsirliliyinin sübuta Cinayət-Prosessual Məcəllənin 39.3 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi bə raətverici əsasdır. Cinayət-Prosessual Məcəllənin 416.0.11-ci maddəsində məhkəmənin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq ittiham hökmü çıxarması (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə ittiham hökmü çıxarması) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Odur ki, qeyd olunan hallara görə mübahisələndirilən hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı Cinayət-Prosessual Məcəllənin 416.0.11-ci maddəsində göstərilən pozuntunun mövcud olmasına görə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair hissədə ləğv edilməli, həmin hissədə cinayət işi üzrə icraata cinayətprosessual qanunun 39.2-ci maddəsində göstərilə n bəraətverici əsasla (təqsirliliyin sübuta yetirilməməsinə görə) xitam verilməli, məhkəmə qərarlarından Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə və CM-in 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, Məhkum2 və Məhkum1 üzərində yalnız onların hər birinə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Məhkum1 və Məhkum2 apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən onu nəzərə alır ki, k assasiya şikayətində irəli sürülmüş – məhkəmələrin məsuliyyəti yüngülləşdirən halları nəzərə almamaları, Məhkum1 və Məhkum2 həddindən artıq ağır cəzalara məruz qalmaları barədə iddiaların əksinə olaraq, məhz iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən hallara görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirmiş və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını 2 il, Məhkum1 isə həmin maddələrlə təyin olunmuş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını 1 il 6 ay azaltmışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi Məhkum2 və Məhkum1 törətdikləri həmin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə halları nı, şəxsiyyətlərini, cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədlərini lazımınca nəzərə almış, onlara Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, ədalət prinsipinin tələblərinə (CM, maddə 8) cavab verən, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən cəza təyin etmişdir. Məhkum2 və Məhkum1 narkotik vasitənin qaçaqmalçılığı cinayətində iştirak etməmələri və hətta irəli sürülmüş ittihama görə belə həmin cinayətin bir nəfər şəxsiyyəti müəyyən edilməyən xxx xxx-nın vətəndaşı tərəfindən, yəni bir icraçı tərəfindən törədilməsi onu göstərir ki, üçüncü məhkum X9 hökmdən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin qərarından isə kassasiya şikayəti verməsə də, Məhkum2 və Məhkum1 barəsində edilən (onların vəziyyətini yaxşılaşdıran) dəyişikliklər Məhkum3in narkotik vasitənin qaçaqmalçılığı cinayətində köməkçi qismində iştirak etməsi əməlinin hüquqi tövsifinə də öz təsirini göstərməli, artıq Məhkum3in həmin əməli CM-in 32.5,206.2-ci maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs deyil, bir nəfər icraçı tərəfindən törədilən narkotik vasitənin qaçaqmalçılığı cinayətində köməkçi qismində iştirak etmə kimi qiymətləndirilməlidir (Məhkum3in qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdə bilavasitə iştirak etməməsi, həmin hərəkətlərin bir nəfər icraçı tərəfindən yerinə yetirilməsi işin mübahisə edilməyən, ittihamın özündə də əksini tapmış hallardır). Eyni zamanda, Məhkum3ə Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə, habelə həmin, eləcə də CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə - CM-in 66.3-cü maddəsinə əsasən qismən toplama üsulu ilə yenidən cəza təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş cəzanı yüngülləşdirən halı (himayəsində azyaşlı uşaqların olmasını) və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum3ə CM-in 32.5,206.2-ci maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası hökmdə Məhkum3in barəsində də qeyd edilən dəyişikliklərin edilməsinin zəruriliyi barədə nəticəyə gələrkən onu rəhbər tutur ki, Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna imkan verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul etməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Məhkum1 müdafiəçisi X5 və Məhkum2, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum2 və Məhkum1 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 201 8-ci il tarixli hökmü məhkumlar Məhkum2 və Məhkum1, habelə apellyasiya və kassasiya şikayəti verməyən məhkum X6 münasibətdə yuxarıda təsvir edilən qaydada ləğv edilməli və dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum2 və Məhkum1 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə məhkum edilmələri hissəsində ləğv edilsin, həmin hissədə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla – təqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilsin. Məhkum2 və Məhkum1 aid hisssədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilərək, həmin yekun qərarlardan Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə və Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən - cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilsin, onların hər birinin üzərində yalnız apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 5 (beş ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları saxlanılsın. Məhkum X6 aid hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü dəyişdirlsin. Məhkum3in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə tövsif olunmuş əməli həmin maddələrdən Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələrinə tövsif edilsin. Məhkum3ə Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum3.X13 Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, onun üzərində qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qalan hissədə apellyasiya dəyişdirilmədən saxanılsın. instansiyası məhkəməsinin qərarı və hökm
Məhkəmə qərarları › İş №1(102)-645/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-645/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver