Məhkəmə qərarları › İş №1(102)-645/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-645/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-645/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi X14 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-1008/2021 nömrəli (X24 oğlu (sədrlik edən və məruzəçi), Xankişiyev Mirzə Aslan oğlu və X23 oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2020-ci il tarixdən hesablanmış, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi Səfərov Gülməmməd Asif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının (Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 01 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və m ənbədən külli miqdarda ümumilikdə təmiz çəkisi 3,855 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən “Socar Petroleum” yanacaq doldurma məntəqəsindəki kafenin önünə daşımış, 13 dekabr 2020-ci il tarixdə saat 02:45 radələrində orada Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli “Nike” emblemli gödəkcənin baş örtüyü hissəsindən iki ədəd yumurta formalı “Kinder” şokolad qablarının içərisində hər bir qutuda 4 ədəd olmaqla ümumilikdə 8 ədəd sello fana bükülmüş təmiz çəkiləri 0,488 qram, 0,382 qram, 0,473 qram, 0,528 qram, 0,798 qram, 0,390 qram, 0,501 qram və 0,295 qram olan ümumi təmiz çəkisi 3,855 qram xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə iş in faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilə bilməmişdir. Məhkəmələr əsassız olaraq törədilmiş cinayət əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Saxlanıldıqdan sonra polis idarəsində fiziki zorakılığa və işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmışdır. Məhkəmə narkoloji ekspertizasının yekun rəyində də belə fikirlər yer alır ki, “Məhkum alkoloidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdən də göründüyü kimi, Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni satışı məqsədi ilə üzərində gəzdirməsinə dəlalət edən heç bir sübut yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsind ə şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirməklə Məhkum əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası hədlərində ədalətli bir cəza təyin olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirildiyini, lakin özünün sadəcə narkotik istifadəçisi olduğunu, telefonunda tapılan mesajlarda ondan onun ətrafında kiminsə narkotik vasitə satıb- satmadığınının soruşulmasının onun narkotik vasitə satıcısı kimi anlaşılmamalı olduğunu bildirib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin apellyasiya instansiyasında yenidən baxışa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, əməlin tövsifində səhvə yol verilmədiyini bildirib, kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, cinayət əməlinin sübutlarla tam təstiq olunduğunu, məhku mun üzərində aşkar olunan psixotrop maddənin 8 büküm olmaqla şəxsi istehlak miqdarından dəfələrlə çox və külli miqdarın aşağı həddindən təxminən 2 dəfə çox olduğunu bildirib verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edi lməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməs ini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yar adır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğu nun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konst itusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması barədə, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qr up şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yar atdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində törədilmiş cinayət əməli üzrə məhkum olduğunu CM-nin 234.4.1-ci maddəsi mübahisələndirilməsədə, onun əməlinin məhkəmələr tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1 -ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli A zərbaycan Respublikasının Qanununun 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş Məhkum istifadəsində olan ***-***-* *-** saylı mobil nömrəyə dair telefon məlumatları olan bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə “X6”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi” və “Zənglərin Detallaşması” adlı 4 ədəd “PDF” formatlı fayllar olması müşahidə edilir. Həmin diskdə olan “X6” adlı fayl açıldıqda orada ********** mobil nömrənin 07 avqust 1999-cu il təvəllüdlü X7 adına olmasına dair məlumatlar vardır. “SMS” tarixçəsi adlı 2-ci “pdf” formatlı fayl açıldıqda orada ********** nömrəsindən müxtəlif abonent nömrələrinə göndərilən mesaj mətinləri olması müəyyən edilmişdir. Yazışmaların mətinlərinə nəzər yetirdikdə orada narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı yazışma olması müşahidə edilmir. “SMS” tarixçəsi adlı 3-cü “pdf” formatlı fayl açıldıqda orada müxtəlif abonent nömrələrindən ********** mobil nömrəsinə gələn mesaj mətinlərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda xx.xx.2020-ci il 22:46-da **********80 nömrəsindən “Qaqulya men gelirem yoldayam, 1 qramm pati, 2 qramm kakos hazir ele olari sennen goturen kimi gedecem kende verecem o emanetleri qayidacam senin yanina 2 qramm pati, 6 qramm kofe goturecem. Yeniki qaqa sehere kimi iwdiyecem, her abarot getdiyce coxaldacam pulu”, xx.xx.2020-ci il saat 17:05də **********79 nörməsindən göndərilmiş “05 pati lazimdi” məzmunlu, həmin tarixdə saat 17:06-da **********79 nömrəsindən “15 deyqiye catiram mehliye Harda goruwey”; xx.xx.2020-ci il tarixdə saat 19:56-da **********53 nömrəsindən “İsi kola lazimdi tecili hardasan yigda meni”; xx.xx.2020-ci il tarixdə saat 21:48-də **********57 nömrəsindən “Kola var 5 dy”; xx.xx.2020-ci il tarixdə saat 21:47-də **********53 nömrəsindən “15 manatim var hormeti ismayl cenablari satciniza muraciyet ede bilersiz mene yarim letiriy vitirinen kola versin olanim odu ozde yadan cixmiyibsa mene hediye vermeli idin hediyee ozde)) men ne sirtig muwderiyeum. Nedi yene kutarana yaxin yigmiwam adboylirsan diyen sikiwen mamente yigirame mende)))” xx.xx.2020-ci il tarixdə saat 23:02-də **********53 nömrəsindən “Qardawimsan falqa getir bir balac 10 duzelir atirim karta” xx.xx.2020-ci il tarixdə saat 03:33-da **********79 nömrəsindən “Qaqa noldu nece eliyey uwaglari ozumnen yola saliram seher yuxu tutdu diyen seni? Emanatei ehmedliye getmemiw ya bir yereqoyki goturum saba birki Adam var seher lomkada yigacaglar rasgodumu olarnan cixardiram evde te k olacam gelen bilsen gelersen murebeynen cay vereremsene icib gedersen yaxwi arxayinam sene”; xx.xx.2020-ci il tarixdə saat 22:07-də **********79 nömrəsindən “KOla lazimdi bir meter”; xx.xx.2020-ci il tarixdə saat 06:29-da **********67 nömrəsindən“İsi yari pati var usaqnan gelrem” məzmunda Məhkum istifadəsində olan ********** saylı mobil nömrəyə göndərilmiş narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mesaj mətinləri olması müşahidə edilmişdir. “Zənglərin Detallaşdırılması” adlı “pdf” formatlı fayl açıldıqda orada 88 səhifədən ibarət xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ***-***-**-** mobil nömrəsinə gələn və çıxan zənglərin siyahısı olması müəyyən olunmuşdur. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair telefon məlumatları olan 1 ədəd DVD diskinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, orada “X6”, “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması” və “X1” adlı 5 ədəd “PDF” formatlı fayl vardır. Həmin diskdə olan “X6” adlı 1-ci fayl açıldıqda orada ***-***-**-** mobil nömrənin xx.xx.1993-cü il təvəllüdlü Məhkum adına olmasına dair məlumat vardır. “SMS” tarixçəsi adlı 2-ci “pdf” formatlı fayl açıldıqda orada ***-***-**-** nömrəsindən müxtəlif abonent nömrələrinə göndərilən mesaj mətinləri olması müəyyən edilir. Yazışmaların mətinlərinə nəzər yetirdikdə orada narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, daşınması və satışı ilə bağlı hər hansı yazışma olması aşkar edilməmişdir. “SMS” tarixçəsi adlı 3-cü “ pdf” formatlı fayl açıldıqda orada müxtəlif abonent nömrələrindən ***-***-**-** mobil nömrəsinə gələn mesaj mətnlərinin olması müəyyən edilmişdir. Həmin yazışmalarda xx.xx.2020-ci il tarixdə saat 21:59-da **********57 nömrəsindən “İsi 10 nugum var heresinnen 5 alinar?”; xx.xx.2020-ci il saat 22:34-də **********57 nömrəsindən “İsi yasar der yesiy alinir 25 30 manat pul birde ne vere biler ustunde”; xx.xx.2020-ci il tarixdə saat 13:59-da **********96 nömrəsindən “Yeke adamsan qapidayam cix isim var”; xx.xx.2020-ci il tarixdə saat 15:09-da **********96 nömrəsindən “Boyuk adboynu peraparator var istiyirsen”; xx.xx.2020-ci il tarixdə saat 18:14-də **********96 nömrəsindən “15Manatagelim” məzmununda Məhkum istifadəsində olan 055***-**-** saylı mobil nömrəyə göndərilmiş narkotik vasitə və ya psix otrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhə doğuran mesaj mətnlərinin olması müşahidə edildi. “Zənglərin Detallaşdırılması” adlı 4-cü “pdf” formatlı fayl açıldıqda orada 130 səhifədən ibarət xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ***-***-**-** mobil nömrəsinə gələn və çıxan zənglərin siyahısı olması müəyyən olunmuşdur. “X1” adlı 5-ci “pdf” formatlı fayl açıldıqda orada bir səhifədən ibarət müxtəlif "xxxx" abonentlərinin sahiblərinə dair məlumatlar olması müəyyən edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şə kildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cin ayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM- nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar