Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-645/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X13, Məhkum– Məhkum, Məhkumun müdafiəçisi – Müdafiəçi və Zərərçəkmiş şəxsin hüquqi varisi - X5 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarından Məhkum, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi R.N.Lətifova tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 1(091)-05/2023 nömrəli (X3 (sədrlik edən), X21 (məruzəçi) və X7 ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Ağdərə rayonunun Çələkdar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və himayəsində dörd azyaşlı uşağı olan, ali təhsilli, Kəlbəcə r rayonu 58 saylı tam orta məktəbində fizika müəllimi işləmiş, məcburi köçkün olmaqla Göygöl rayonunun Çaykənd kəndində müvəqqəti məskunlaşmaqla həmin kənddə yaşamış, Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.11-ci maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in 186.2.1, 186.2.2-ci maddələri ilə 0 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaların qismən toplanılmaqla Məhkum qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-36/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli (Hakimlər: Səmədov Xəqani hacı oğlu (sədrlik edən və məru zəçi), X16 və Şükürov İmanverdi oğlundan ibarət tərkibdə) qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X10, təqsirləndirilən şəxs Məhkum və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən, verilmiş apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 1(107)-36/2024 saylı qərarından Məhkum, onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi R.N.Lətifova tərəfindən kassasiya şikayətləri verilmişdir. Qərardan kassasiya protesti verilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi R.N.Lətifova tərəfindən məhkumun və müdafiəçinin kassasiya şikayətlərinə qarşı etiraz veril mişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İŞİN HALLARİ: Məhkum, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 may 2019-cu il tarixdə saat 19 radələrində Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs10 məxsus 800 (səkkiz yüz) manat dəyərində 2 yaşlı erkək cinsli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs10 800 (səkkiz yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə, 02 avqust 2019-cu il tarixdə saat 22 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonu nun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 baş, 1 yaş 8 aylıq, dişi cinsli, boz rəngli iribuynuzlu, 1000 (min) manat dəyərində heyvanı, 2 baş, hər biri 1000 (min) manat, ümumi 2000 (iki min) manat dəyərində olan 1 yaş 8 aylıq, dişi cinsli, qara rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 (üç min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 21 sentyabr 2019-cu il tarixdə saat 15 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus 1 baş, 2000 (iki min) manat dəyərində, 10 y aşlı, dişi cinsli, qara rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 2000 (iki min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 21 sentyabr 2019-cu il tarixdə saat 15 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus 1 baş 1500 (min beş yüz) manat dəyərində 4 yaşlı, dişi cinsli, qara rəngli, iribuynuzlu heyvanı və 1 baş 1500 (min beş yüz) manat dəyərində 4 yaşlı, dişi cinsli, qara-qırmızı rəngli olmaqla iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 Bəhmən qızına ümumilikdə 3000 (üç min) manat dəyərində ziyan vurmaqla tək rar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 03 oktyabr 2019-ci il tarixdə saat 02 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində Zərərçəkmiş şəxs11 məxsus saxlanc yeri hesab edilən ətrafı qapalı və qapısı olan torpaq sahəsinə qanunsuz daxil olaraq sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində 4 yaşlı, 1 baş atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs11 800 (səkkiz yüz) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 27 aprel 2020-ci il tarixdə saat 15 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndini n inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 900 (doqquz yüz) manat dəyərində dişi cinsli, 1 il 4 aylıq, qarın hisəsinin altı ağ rəngli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 900 (doqquz yüz) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 18 iyul 2020-ci il tarixdə saat 23 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna məxsus 1000 (min) manat dəyərində, 1 yaş 2 aylıq, erkək cinsli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna 1000 (min) mana t dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 17 avqust 2020-ci il tarixdə axşam saatlarında digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs12 Haqverdi oğluna məxsus 1000 (min) manat dəyərində 1 baş atı gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 Haqverdi oğluna 1000 (min) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 31 avqust 2020-ci il tarixdə saat 23 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzib ati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna məxsus 1 baş 2000 (iki min) manat dəyərində, 2 yaşlı dişi cinsli qara rəngli iribuynuzlu heyvanı, 2 baş hər biri 2000 (iki min) manat, ümumi 4000 (dörd) min manat dəyərində, 2 yaşlı dişi cinsli, boz rəngli iribuynuzlu heyvanları və 1 baş 1000 (min) manat dəyərində 10 yaşlı dişi cinsli, boz rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 Əhliyyət oğluna ümumilikdə 7000 (yeddi min) manat xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tanışı X23 ilə Göygöl rayonunun Toğanalı kəndində yerləşən “Göyəzən” adlanan kafenin sahibi Zərərçəkmiş şəxs5 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə ilə əlaqədar şəxsi ədavətə görə ondan qisas almaq üçün Zərərçəkmiş şəxs5 külli miqdarda əmlakını qəsdən məhv etmək məqsədi ilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşaraq 07 aprel 2021-ci il tarixdə saat 01 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Göyəzən” adlanan kafenin qış aylarında işləməməsindən istifadə edib, kafenin həyətdən olan qapısını açmaq yolu ilə həyətə daxil olaraq oradan kafenin ikinci mərtəbəsinə pilləkənlə qalxıb pəncərəni mexaniki təsir etmə yolu ilə açdıqdan sonra digər şəxslə birlikdə özləri ilə gətirdikləri neft məhsulunu pəncərədən kafenin döşəməsinin üzərinə tökərək kibritlə alışdırmaqla od vurub Zərərçəkmiş şəxs5 məxsus ümumi səhəsi 48 kvadrat metr olan kafenin 25 kvadrat metr hissəsində olan 11.232 (on bir min iki yüz otuz iki) manat dəyərində ümumi konstruksiyanı və kafenin içərisində olan hər birinin dəyəri 2500 manat, ümumi 10000 manat dəyərində olan 4 dəst mebel dəstini, hər birinin dəyəri 600 manat, ümumi 2400 manat dəyərində 4 ədəd “LG” markalı, 107” ekran televizorları, 2000 manat dəyərində bir ədəd divanı və 4 ədəd qolaltını, hər birinin dəyəri 1500 manat, ümumi 6000 manat dəyərində olan 4 ədəd, 2 kameralı, “Xitaki” markalı soyuducunu, hər birinin dəyəri 500 manat, ümumi 1000 manat dəyərində olan 2 ədəd 2,5x8 metr uzunluğunda dəhliz üçün nəzərdə tutulmuş xalçaları, hər birinin dəyəri 700 manat, ümumi 2800 manat dəyərində olan 4 ədəd 4x5 metr ölçüdə xalçaları, hər birinin dəyəri 100 manat, ümumi 1000 manat dəyərində olan 10 ədəd çilçıraqları, 800 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyanı, hər binin dəyəri 200 manat, ümumi 400 manat dəy ərində olan 2 ədəd “Kenwood” markalı tozsoranı, hər birinin dəyəri 250 manat, ümumi 2000 manat dəyərində olan 8 ədəd örtüyü, hər birinin dəyəri 150 manat, ümumi 300 manat dəyərində olan 2 ədəd taxta materialdan yazı masasını, hər birinin dəyəri 70 manat, ümumi 140 manat dəyərində olan 2 ədəd unitazı, hər birinin dəyəri 50 manat, ümumi 100 manat dəyərində olan 2 ədəd əl-üz yumaq üçün dəsti, hər birinin dəyəri 30 manat, ümumi 60 manat dəyərində olan 2 ədəd hamam üçün güzgünü və tujları yandırmaqla yararsız hala salıb Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdar hesab edilən 40.232 (qırx min iki yüz otuz iki) manat dəyərində əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Bundan başqa o, Yevlax rayonunun Aşağı Bucaq kəndində cücə istehsalı sexində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan qohumu - qayınanasının bacısı, əvvəllər borc münasibətinə görə ədavəti olduğu X8 həmin sexin yaşayış otağında xeyli miqdarda pul və qızıl-zinət əşyalarını saxladığını bilib həmin sexə qanunsuz girərək Səidə Hüseynovanı sağlamlığına ağır zərər vurmaqla quldurluqla əlaqədar öldürərək qəsdən həmin xeyli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib cinayətin onun tərəfindən törədilməsinə işarə edə biləcək izləri yandırmaqla məhv edərək itirmək qərarına gəlib, bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcədən planlaşdırdığı kimi 2021-ci ilin aprel ayının 14-də günorta saatlarında yaşadığı Göygöl rayonunun Çaykənd kəndində yerləşən evindən piyada çıxaraq qonşusu Səyyaf Məmmədova zəng edib sonuncunun faktiki istifadəsində olan, lakin mülkiyyət hüququ ilə ona məxsus olan "VAZ 2106” markal ı, **-BH*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarını sonuncudan istəyərək avtomobilin tanışı Şahid11 Çaykənd kəndində yaşadığı evinin həyətində olmasını öyrəndikdən sonra avtomobili götürərək Çaykənd kəndindən Yevlax şəhəri istiqamətində hərəkət etmiş, Gəncə şəhəri ərazisində yerləşən "Gəncə Petrol” yanacaqdoldurma məntəqəsində avtomobili saxlayaraq oradan 2 litrlik plastik qabda dizel yanacağı alıb həmin plastik qabı avtomobildə saxlayaraq yoluna davam edib həmin gün axşam saat 21 radələrində Yevlax rayonunun Aşağı Bucaq kəndinə gəlmiş, avtomobili kəndin girəcəyindən keçən YevlaxXaldan avtomobil yolunun kənarında saxlayaraq avtomobildən içərisində dizel yanacağı olan plastik qabı özü ilə götürüb piyada Aşağı Bucaq kəndində kənd orta məktəbinin yaxınlığında yerləşən X8 yaşadığı v ə işlədiyi sonuncuya məxsus olan yaşayış sahəsi, habelə saxlanc yeri hesab edilən cücə istehsalı sexinin yaxınlığına gələrək Səidə Hüseynovanın sexdə tək olub-olmadığını dəqiqləşdirmək məqsədilə kənardan gizli müşahidə aparmış, Səidə Hüseynovanın əri Şahid5 sexdən çıxıb avtomobilə əyləşib getdiyini gördükdən sonra Səidə Hüseynovanın sexdə tək olmasından əmin olaraq özü üçün əlverişli şərait seçib cücə istehsalı sexinin ikitaylı dəmir darvazasının arasından itələyib açmaqla qanunsuz həyətə girərək sağ çəpər istiqamətində gedib özü ilə gətirdiyi içərisində dizel yanacağı olan plastik qabı çəpərin dəmir qapısının yanında yerə qoymuş, sonra sexin yaşayış olan otağına tərəf gedərək yaşayış olan otağın qapısını əli ilə döyəcləyib "ay Səidə xala” deyərək Səidə Hüseynovanı səsləyib həyətə çağırmış, sonuncunun qapını açıb otaqdan həyətə çıxmaq istədiyini görüb Səidə Hüseynovaya həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək əvvəlcədən özü ilə şalvarının kəmərinə keçirtməklə gətirdiyi silah qismində istifadə etdiyi əşya olan, istintaqla müəyyən edilməsi mümkün olmayan dəstəyi qara rəngli açılıb-qatlanan cib bıçağının dəstək hissəsi ilə əvvəlcə Səidə Hüseynovanın başının sağ alın nahiyəsinə bir dəfə vuraraq sonuncunu otağa doğru vəziyyətdə yerə yıxıb, daha sonra əlində olan həmin bıçağın kəsici-deşici hissəsi ilə sonuncunun otaqda yerdə arxasıüstə uzanıqlı vəziyyətdə bədəninin müxtəlif nahiyələrinə 4-5 dəfə bıçaq zərbələri vurub sağlamlığına ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirmiş və onu hərəkətsiz halda yerdə uzanıqlı vəziyyətdə qoyaraq həm in otağı axtarıb orada olan sonuncuya məxsus qara rəngli əl çantasını tapıb oradan Səidə Hüseynovaya məxsus olan ümumilikdə 1500 manat və 1530 manat ekvalentində olmaqla 900 aBş dolları məbləğində pulu, habelə otaqda olan çarpayının döşəyini qaldırıb oradan parça materiala bükülmüş halda olan sonuncuya məxsus birlikdə 100 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 67 manat olmaqla, ümumilikdə 6.700 manat dəyərində rekert sep və braslet qızıl dəstini, 30 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 67 manat olmaqla, cəmi 2010 manat dəyərində qızıl tros sepi, birlikdə 30 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 80 manat olmaqla, cəmi 2.400 manat dəyərində 2 komplekt qızıl üzük və sırğa dəstini, 48 qram çəkidə, 583 əyarlı 1 qramının orta bazar qiyməti 80 manat olmaqla, cəmi 3.840 manat dəyərində 6 ədəd qızıl üzüyü götürərək təkrarən ümumilikdə 14.950 manat məbləğində qəsdən xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmiş, daha sonra qəsdən Səidə Hüseynovaya məxsus cücə istehsalı sexini konstruksiyası və içərisində olan əşyalarla birlikdə yandırmaqla külli miqdarda əmlak ziyanı vurmaq üçün həmin otaqdan sexin həyətinə çıxaraq özü ilə gətirdiyi plastik qabdakı dizel yanacağını əvvəlcədən saxladığı yerdən götürüb otağa qayıtmış, həmin dizel yanacağını Səidə Hüseynovanın bədəni üzərinə, habelə otağın döşəməsinə və müxtəlif hissələrinə səpələyib tökməklə üzərində olan kibriti alışdıraraq od vurub Səidə Hüseynovanın sağlamlığına ağır zərər vuran yüksək hərarətin-alovun təsirindən əmələ gəlmiş, yetirilən anda həyat üçün təhlükəli olan bədənin İV d ərəcə termiki yanığı xəsarəti yetirməklə Səidə Hüseynovanı qəsdən quldurluqla əlaqədar xüsusi amansızlıqla öldürmüş və sonuncuya məxsus ümumi səhəsi 550 kvadrat metr olan cücə istehsalı sexinin 21227,20 manat dəyərində ümumi konstruksiyasını və sexin içərisində olan hər birinin dəyəri 350 manat olan 2 ədəd "LG Koreya 2012” markalı kondisioneri, 1 ədəd 250 manat dəyərində "LG Koreya 2015” markalı plazma televizoru, 1 ədəd 300 manat dəyərində "Raduqa Rusiya 2010” markalı televizoru, 1 ədəd 800 manat dəyərində Türkiyə istehsalı divan kreslo dəstini, 1 ədəd 500 manat dəyərində Türkiyə istehsalı divar mebelini, 1 ədəd 300 manat dəyərində Azərbaycan istehsalı şifoneri, hər birinin dəyəri 150 manat olan 2 ədəd Azərbaycan istehsalı sandığı, 1 ədəd 1000 manat dəyərində mətbəx mebelini, 1 ədəd 500 m anat dəyərində Çin istehsalı iki kameralı soyuducunu, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı soyuducunu, 1 ədəd 200 manat dəyərində Azərbaycan istehsalı divanı və hər birinin dəyəri 8000 manat olan 5 ədəd Rusiya istehsalı inkubator aparatlarını yandırmaqla Səidə Hüseynovaya ümumilikdə 66277,20 manat məbləğində külli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə saat 13 radələrində Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs13 məxsus 1000 (min) manat dəyərində 2 yaşlı dişi cinsli, 1 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs13 məxsus 1000 (min) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 08 avqust 2021-ci il tarixdə saat 21 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs6 məxsus 1 baş 1000 (min) manat dəyərində dişi cinsli, 4 yaşlı ağ rəngli iribuynuzlu heyvanı, 1 baş 1000 (min) manat dəyərində dişi cinsli, 4 yaşlı, boz rəngli iribuynuzlu heyvanı və 1 baş 3000 (üç min) manat dəyərində 4 yaşlı, dişi cinsli, boz rəngli iribuynuzlu heyvanı gizli yolla talamaqla Zərərçəkmiş şəxs6 ümumilikdə 5000 (beş min) manat dəyərində ziy an vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 08 avqust 2021-ci il tarixdə saat 21 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs14 məxsus 1 baş 1500 manat dəyərində 3 yaşlı, göy rəngli, dişi cinsli iribuynuzlu heyvanları gizli yolla talamaqla Zərərçəkmiş şəxs14 1500 (min beş yüz) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində yaşayan Zə rərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinin həyətinə bağın çəpərində yerləşən giriş qapısını açma üsulu ilə qanunsuz olaraq daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab edilən yardımçı tikilidə Zərərçəkmiş şəxs7 satmaq üçün saxladığı hər bir qutusunun dəyəri 2,10 manat olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 qutu "Prima” markalı siqareti, hər bir qutusunun dəyəri 2,10 manat olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 qutu "vicheroy” markalı siqareti, hər bir qutusunun dəyəri 2,60 manat olmaqla ümumi dəyəri 26 (iyirmi altı) manat olan 10 qutu "palmali” markalı siqareti, hər bir qutusunun 2,30 manat olmaqla ümumi dəyəri 23 (iyirmi üç) manat olan 10 qutu "Compakt Classik” markalı siqareti, hər birinin dəyəri 6 (altı) manat olmaqla ümumi dəyəri 12 (on iki) manat olan 2 əd əd 0.5 lt həcmdə "xan Chrystal” markalı arağı, 1 ədəd 10 manat dəyərində 0.7 litr həcmdə "Xan Chrystal” markalı arağı, hər birinin dəyəri 8 (səkkiz) manat ümumi dəyəri 16 (on altı) manat olan 2 ədəd 0.7 litr həcmdə "Ağ su” markalı arağı, hər birinin dəyəri 10 (on) manat ümumi dəyəri 20 (iyirmi) manat olan 1 litr həcmdə 2 ədəd "Ağ su” markalı arağı, hər birinin dəyəri 5 (beş) manat, ümumi dəyəri 25 (iyirmi beş) manat olan 0.5 litr həcmdə 5 ədəd "Ağ su” markalı arağı, ümumi dəyəri 60 (altmış) manat olan 5 kq çəkidə "Ovçular” markalı kolbasanı, ümumi dəyəri 24 (iyirmi dörd) manat olan 3 kq çəkidə "manqalüstü” markalı sosiskanı, hər birinin dəyəri 7 (yeddi) manat olmaqla, ümumi dəyəri 35 (otuz beş) manat olan 5 ədəd bağlı paketdə manqalüstü markalı sosiskaları, ümumi dəyəri 125 (yüz iyirmi beş ) manat olan 25 ədəd parça dəsmalı, ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 5 bağlama corabı, hər bir qutusunun dəyəri 5 (beş) manat olmaqla 300 (üç yüz) manat dəyərində 60 qutu "BETA TEA” markalı qara çayları, hər birinin dəyəri 6 (altı) manat olan 120 (yüz iyirmi) manat dəyərində 20 ədəd "Pantin” markalı şampunu, hər birinin dəyəri 10 (on) manat olan ümumi dəyəri 180 (yüz səksən) manat dəyərində 18 ədəd "HELDON SHOLDERS” markalı şampunları, hər birinin dəyəri 5 (beş) manat olan 8 ədəd 40 (qırx) manat dəyərində "möcüzə” kərə yağlarını, hər biri 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 ədəd "bizon” enerji içkisini, hər biri 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 ədəd "hell” enerji içkisini, 13 (on üç) manat dəyərində "Gillet” markalı üz qırxanı gi zli yolla talamaqla ümumilikdə Zərərçəkmiş şəxs7 1231 (min iki yüz otuz bir) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 14 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində yaşayan Zərərçəkmiş şəxs7 məxsus evin həyətində yerləşən yardımçı tikilidən yuxarıda qeyd edilən oğurluq cinayətini törətdikdən sonra törətdikləri oğurluq hadisəsinin izini itirmək məqsədi ilə sonuncuya məxsus fərdi yaşayış evinin pəncərəsini mexaniki təzyiq vasitəsi ilə açaraq qəsdən özləri ilə gətirdikləri neft məhsulunu pəncərədən döşəmənin üzərinə tökərək qrupun digər üzvü isə kibritlə neft məhsulu yayılmış hissəyə od salaraq Zərərçəkmiş şəxs7 204 kvadrat metr ölçüdə olan mənzilinin 26.040 (iyirmi altı min qırx) manat dəyərində 108 kvadrat metr konsruksiyasını, eləcə də mənzilin içərisində olan hər biri 800 manat, ümumi 1600 manat dəyərində 6 kq-lıq 2 ədəd "LG” markalı paltaryuyanı, 1 ədəd 1200 manat dəyərində ev üçün "Hisense” markalı soyuducunu, 1 ədəd 400 manat dəyərində dondurma saxlamaq üçün soyuducunu, 1 ədəd 200 manat dəyərində "Çinar” markalı soyuducunu, 1 ədəd 750 manat dəyərində "LG” markalı, 107 sm diaqonallı televizoru, 1 ədəd 100 manat dəyərində LG markalı, 86 sm diaqonallı televizoru, 2 ədəd hər biri 150 manat, ümumi 300 manat dəyərində "Bosh” markalı ütüləri, 2 ədəd hər biri 50 manat, ümumi 100 manat dəyərində "Bosh”markalı mikseri, 2 ədəd hər biri 125 manat, ümumi 250 manat dəyərində "Geepas” markalı tozsoranı, 1 ədəd 90 manat dəyərində "Beko” markalı tozsoranı, 2 əd əd hər biri 150 manat, ümumi 300 manat dəyərində "Akel” markalı elektrik sobasını, 2 ədəd hər biri 70 manat, ümumi 140 manat dəyərində "Philips” markalı hava fenini, 2 ədəd hər biri 50 manat, ümumi 100 manat dəyərində "Braun” markalı ütü fenini, 1 ədəd 130 manat dəyərində "Sony” markalı DVDni, 2 ədəd hər biri 45 manat, ümumi 90 manat dəyərində "Supermax” markalı krosna aparatı, 1 ədəd 60 manat dəyərində "Omron” markalı təzyiqölçən aparatı, 1 ədəd 50 manat dəyərində "Tp Lİnk” markalı internet şəbəkəsi üçün modemi, 1 ədəd 150 manat dəyərində Türkiyə istehsalı olan "Dəmir Döküm” markalı suqızdırıcını (pitminutka), 1 ədəd 900 manat dəyərində "Asus” markalı noutbuk kompyuteri, 3 ədəd hər biri 100 manat, ümumi 300 manat dəyərində Rusya istehsalı olan çılçıraqları, 1 ədəd 150 manat dəyərində "Z inger” markalı tikiş maşınını, 1 ədəd 70 manat dəyərində oyma taxta materialından əl işi ilə düzəldilmiş divar saatını, 1 ədəd 100 manat dəyərində yerli istehsal olan televizor altlığını, 1 ədəd 3000 manat dəyərində Türkiyə istehsalı olan yataq dəsti mebelini, 1 ədəd 250 manat dəyərində yerli istehsal olan, taxta materialdan hazırlanmış uşaq beşiyini, 1 ədəd 140 manat dəyərində yerli istehsal olan uşaq arabasını, 1 ədəd 800 manat dəyərində palıd ağacı materialından hazırlanmış 90/200 ölçülü tək çarpayını, 1 ədəd 1600 manat dəyərində "Bellona” markalı divan kreslo dəstini, 1 dəst 600 manat dəyərində 8 nəfərlik stol-stul dəstini, 2 ədəd hər biri 75 manat, ümumi 150 manat dəyərində mebel stulları, 6 ədəd hər biri 20 manat, ümumi 120 manat dəyərində plastmas materialdan hazırlanmış stulları, 1 5 ədəd hər biri 170 manat, ümumi 2550 manat dəyərində 15 dəst yorğan-döşək dəstini, 2 ədəd hər-biri 300 manat, ümumi 600 manat dəyərində 3/5 metr ölçüdə Türkiyə istehsalı olan yun gəvəni, 3 ədəd hər biri 120 manat, ümumi 360 manat dəyərində 2/3 metr ölçüdə Türkiyə istehsalı olan yun gəvəni, 2 ədəd hər biri 350 manat, ümumi 700 manat dəyərində 2/3 metr yerli istehsal olan yun gəvəni, 3 ədəd hər biri 250 manat, ümumi 750 manat dəyərində 1,5/2 metr ölçüdə Türkiyə istehsalı olan yun gəvəni, 1 ədəd 170 manat dəyərində 2,5/3 metr ölçülü Türkiyə istehsalı olan "Kaşmir” adlı gəvəni, 10 ədəd hər biri 80 manat, ümumi 800 manat dəyərində Türkiyə istehsalı olan təzə örtük dəstini, 1 ədəd 550 manat dəyərində 2/3 metr ölçülü Türkiyə istehsalı olan pərdəni, 1 ədəd 100 manat dəyərində 2,5 metr uzunluğunda ağac materialından hazırlanmış yerli istehsal olan pərdə asmaq üçün nəzərdə tutulmuş karnizi, 12 dəst hər biri 60 manat, ümumi 720 manat dəyərində yerli istehsal olan standart ölçülü mələfə dəsti, 12 ədəd hər biri 5 manat, ümumi 60 manat dəyərində "Gilan” firmasının istehsalı olan əl-üz dəsmalları, 6 ədəd hər biri 20 manat, ümumi 120 manat dəyərində "Gilan” firmasının istehsalı olan hamam dəsmalları, 20 ədəd hər biri 3 manat, ümumi 60 manat dəyərində "Gilan” firmasının istehsalı olan çay stəkanları, 2 ədəd hər biri 35 manat, ümumi 70 manat dəyərində Türkiyə istehsalı olan hamam-xələti, 1 ədəd 2500 manat dəyərində Türkiyə İstehsalı olan "çəngəl, bıçaq, qabqacaq və qazanlarından” ibarət dəst, 1 ədəd 50 manat dəyərində qadın ayaqqabısı, 1 ədəd 65 manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün ayaqqabı, 1 ədəd 70 manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün uzunboğaz çəkmə, 1 ədəd 80 manat dəyərində dəri materialdan hazırlanmış qadın üçün uzunboğaz çəkmə, 1 ədəd 120 manat dəyərində qadın üçün yun materialdan hazırlanmış palto, 1 ədəd 100 manat dəyərində kişi üçün gödəkçə, 2 ədəd hər biri 60 manat, ümumi 120 manat dəyərində qadın üçün yazlıq parça plaş, 2 ədəd hər biri 60 manat, ümumi 120 manat dəyərində Türkiyə istehsalı olan qadın əl çantaları, 3 ədəd hər biri 150 manat, ümumi 450 manat dəyərində Türkiyə istehsalı olan kişi kostyumları, 2 ədəd hər biri 35 manat, ümumi 70 manat dəyərində yerli istehsal olan dəmir materialdan hazırlanmış xəncərlər, 1 ədəd 50 manat dəyərində “Monej” markalı uşaq arabasını alışdırıb yandırmaqla yararsız hala salıb Zərərçəkmiş ş əxs7 ümumilikdə külli miqdar hesab edilən 51.635 (əlli bir min altı yüz otuz beş) manat dəyərində əmlakını qəsdən yandırmaqla məhv etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 01 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində digər şəxslər ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs8 məxsus 2000 (iki min) manat dəyərində 1 baş ağ rəngli, 3 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı, 2000 (iki min) manat dəyərində 1 baş boz rəngli, 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı, 1500 (bir min beş yüz) manat dəyərində 1 baş boz rəngli, 1 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı, 2000 (iki min) manat dəyərində 1 baş ağ rəngli, 2 yaşlı, dişi cinsli və 2000 (iki min) manat dəyərində 1 baş böz rəngli, 2 yaşlı, dişi cinsli iribuynuzlu heyvanı gizli yolla talamaqla Zərərçəkmiş şəxs8 ümumilikdə 9500 (doqquz min beş yüz) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Göygöl rayonunun Çaykənd kəndinin ərazisində “Su baseyni” kimi tanınan otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs9 məxsus hər birinin ayrı ayrılıqda dəyəri 210 (iki yüz on) manat, ümumi 1260 manat dəyərində olan 6 (altı) baş boğaz vəziyyətdə dişi cinsli və 1 baş 200 (iki yüz) manat dəyərində erkək cinsli keçiləri gizli yoll a talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1460 (min dörd yüz altmış) manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi verilən kassasiya şikayətində göstərmişdir ki, Məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib cəzaya məruz qalmış və onun Azərbaycan Respublikası. Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında hadisə baş verən ərəfədə Məhkum istifadəsində olmuş “Samsung Galaxy A50” markalı mobil telefon mad di sübut kimi götürülərək ona baxış keçirilmiş və müdafiəçi Məhkum “Facebook” sosial şəbəkəsindəki istifadəçi profilindən xx.xx.2021-ci il tarixdə saat 21:38-də digər “Facebook” sosial şəbəkə istifadəçisi Nicat Ocaqlı ilə yazışmasının olduğunu bildirərək bir daha Məhkum hadisə baş verən günü Yevlax rayonunda sözügedən ünvanda olmadığını, çünki həmin ərəfədə Göygöl rayonu Çaykənd kəndində yerləşən yaşadığı evdə olmaqla evdə quraşdırılmış WİFİ vasitəsi ilə “Facebook” sosial şəbəkəsindəki istifadəçi profili vasitəsi ilə digər şəbəkə istifadəçisi ilə yazışdığını bildirmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla müdafiə tərəfin vəsatəti əsasında tədqiq edilən Məhkum məxsus “Samsung Galaxy A50” markalı mobil telefonda olan “Facebook” sosial şəbəkəsindəki istifadəçi profi lindən digər “Facebook” sosial şəbəkə istifadəçisi Nicat Ocaqlı ilə hər hansı bir yazışmanın olduğu müəyyən olunmur. Həmin istifadə profilində olan yazışmada yalnız 3 nöqtə qoyulmuşdur ki, bu hal hər hansı bir yazışmanın olduğunu sübut eləmir. Digər tərəfdən, “Facebook” sosial şəbəkəsindəki istifadəçi profili heç də məxfi profil deyil, istifadəçinin özünün razılı və göstərişi ilə (müvafiq profil kodunu verməklə) hər hansı bir şəxs həmin profilə girib onun adından yazışma apara bilər ki, bu hal da birmənalı şəkildə Məhkum məhz həmin tarixdə və həmin zaman kəsimində Göygöl rayonu Çaykənd kəndində yerləşən yaşadığı evdə olduğunu təsdiq etmir. Eyni zamanda, müdafiə tərəfi məhkəmə çıxışı zamanı iş üzrə ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilən Qaratel Əhmədova və Mədinə Əhməd ovanın da ifadələrinə istinad etməklə Məhkum sözügedən tarixdə və saatda Göygöl rayonu Çaykənd kəndində yerləşən yaşadığı evdə olması ilə bağlı arqumentlər irəli sürmüşdür ki, həmin arqumentlərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla X27 Hüseynovun arvadı olmaqla onun yaxın qohumu sayılır və belə olan halda onun həyat yoldaşının xeyrinə, ona sərf edən, onu məsuliyyətdən kənarda qoyan məzmunda ifadə verməsi anlaşılandır. Şahid Mədinə Əhmədovanın ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəni də əsaslı sübut növü kimi qəbul etmir və qeyd edir ki, iş materillarında Gülnar Hüseynovanın şahid ifadələri (cild 05, iş vər. 123-125; 241-243) mövcuddur ki, həmin ifadələrdən müəyyən olunur ki, şahid xx.xx.2021-ci il tarixdə Səidə Hüseynovanın dəfn günü saat 09-10 radələrində X 4 Əhmədova ilə “Whats app” mobil tətbiqi vasitəsilə videogörüntülü əlaqə saxlamış, Qaratel Əhmədova dəfn mərasiminin bir qədər gecikdirilməsini xahiş etmiş, səbəbi kimi “vurulmuşu gözlədiyini” və pulunun olmadığını demiş, həmsöhbəti isə “vurulmuşu gözləyirəm” deməyindən nəzərdə tutduğu şəxsin Məhkum olduğunu və onun evdə olmadığını ona görə də hazırda yas yerinə gələ bilmədiyini başa düşdüyünü bildirmişdir. Qeyd olunan danışığın həqiqətən də baş verdiyini Qaratel Əhmədova məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən təsdiq etmiş, lakin “telefonda əri Məhkum gözləyirəm anlamında “vurulmuşu gözləyirəm” yox “taksi sürücüsü Vüqarı adlı şəxsi gözləyirəm anlamında Vuquşu gözləyirəm” dedeyini qeyd etmişdir ki, məhkəmə kollegiyası bu məqamda vurğulamağı zəruri sayır ki, Qara tel Əhmədova sərbəst şəkildə ifadəsində əvvəl taksi sürücüsü Vüqar adlı şəxsə “Vüqar dayı” deməklə onun kifayət qədər yaşlı şəxs olmasına dəlalət edən ifadə işlətmiş, bununla da yaşına görə ona dayı dediyinə, ona hörmətlə yanaşdığına eyham vurmuş, lakin daha sonra mövcud telefon danışığı ilə bağlı ona sual ünvanlananda telefonda şahid Gülnar Hüseynovaya “Vuquşu gözləyirəm” deməklə güya Vüqar dayı adlı taksi sürücüsünü nəzərdə tutduğunu bildirmişdir ki, məhkəmə Qaratel Əhmədovanın bu xüsusatla bağlı da həqiqətdən kənar ifadə verdiyi qənaətindədir. Əvvəla telefonla danışdığı Gülnar Hüseynovanın həmin Vüqar adlı şəxsi ümumiyyətlə tanımadığı aşikardır ki, Qaratel Əhmədovanın bu məzmunlu sözlərindən sonra taksi sürücüsü ilə bağlı söhbətin davamının olduğu görünmür. Əksinə şahidin Qaratel Əhmədo vaya “Elnur gələcək gəlmiyəcək bilinmir, qayınananı götür gəl” dediyi ifadələrdən müəyyən olunur. Bu hal isə bir daha onu göstərir ki, Qaratel Əhmədova məhkəmə istintaqında səmimi ifadə vermir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfin yuxarıda qeyd etdiyi arqumentləri də əsaslı saymır, şahid Qaratel Əhmədovanın məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, o cümlədən Mədinə Əhmədovanın iş materillarında olan ifadələrinə tənqidi yanaşır və həmin ifadələri Məhkum bəraətinin əsasını təşkil edən sübut növü kimi qəbul etmir. Eyni zamanda, müdafiəçi ibtidai istintaq orqanının Məhkum mərhumə Səidə Hüseynovaya üzərində götürdüyü və istintaq zamanı müəyyən olunmayan bıçaqla 4-5 dəfə zərbə endirməklə sonuncunun sağlamlığına agötürdüyü qızıl zinət əşyalarının bir qismindiğır zərər vuran xəsarətlə r yetirilməsi ilə bağlı gəldiyi qənaət və ittiham aktında qeyd etdiyi bu xüsusatlarla bağlı halların subyektiv fikrə əsaslandığını, dolayısı ilə də həqiqəti əks etdirmədiyini bildirmiş və bunu təsdiq edən fakt kimi iş materiallarında olan Səidə Hüseynovaya aid məhkəmə tibbi ekspertizasının rəylərinə istinad etmişdir ki, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əvvəla ibtidai istintaq orqanının qətl hadisə ilə bağlı, hadisənin baş vermə ardıcıllığı və törədilmə mexanizmi ilə bağlı ilkin qənaəti Məhkum etirafedici ifadələri əsasında formalaşmış, daha sonra ibtidai istintaq davam etdirilməklə digər zəruri sübutlar toplanılmış və yekunda Məhkum həqiqətən də sözügedən cinayəti törətməsi nəticəsinə gəlinmişdir. İlk öncə o hal qeyd olunmalıdır ki, Səidə Hüseynova 4-cü dərəcə termiki yanığa məruz qalmış, vizual baxımdan ona yetirilən xəsarətlərin lokalizasiyasını müəyyən etmək qeyrimümkün olmuşdur. Dolayısı ilə də mərhum zərərçəkmiş şəxsə sözügedən xəsarətlərin yetirilməsi ilk əvvəl Məhkum qeyd etdikləri ilə müəyyənləşdirilmiş, daha sonra bu fakt ətrafında araşdırma aparılmış və yekunda bu xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əgər Məhkum öz etirafedici ifadəsində göstərdiyi bu xüsusatlar mövcud olmamış olsaydı, yəni həmin vaxt Səidə Hüseynovanın sağlamlığına ağır xəsarətlər yetirilməmiş olsaydı, aydın idi ki, o, sexin alışdığını görən kimi hadisə yerini tərk edər, ən azından öz canını qurtarardı. Bu hal özü onu təsdiq edir ki, Səidə Hüseynova hadisə baş verən vaxtı hər hansı bir müqavimət göstərmək və ya hadisə yerindən yayınmaq imkanına malik olmamışdır. Həmçinin, iş materialları ilə təsdiq olunur ki, Səidə Hüseynova yatılı vəziyyətdə, yəni yuxuya getmiş vəziyyətdə olmamışdır. Əvvəla öldürülməsindən az əvvəl mobil telefonda “Whats app” mobil tətbiqi vasitəsilə yazışma etmiş, digər tərəfdən də onun nəşi (yanmış bədəni) sexdə yerləşən yataq otağında döşəmədə aşkar edilmişdir. Məhkəmə tibbi ekspertizasının mövcud rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusatla bağlı məhkəmə tibbi ekspertizanın rəylərini tərtib etmiş ekspert Vahid Xıdırov məhkəməyə dəvət olunaraq dindirilmiş və ekspert ifadəsində göstərmişdir ki, “zərərçəkmiş 4-cü dərəcə termiki yanığa məruz qalmışdır. Belə olan halda, xəsarət olsa belə, müəyyən olunmaması normaldır. O, faktiki olaraq meyiti müayinə edərkən xəsarət müəyyən edə bilməmişdir. Balta ilə şəxsə xəsarət yetirilsə, 8-9 sm yara izi yarana bilər və xəsarət müəyyən olunar, lakin bıçağın tiyəsi balaca olduğundan, xəsarət müəyyən olunmaya bilər... Daxilə keçən xəsarət daxili orqanları zədələməyə bilər. O, ürəkdə xəsarət aşkar etmədiyindən, həmin xəsarətlə bağlı xüsusatlar da rəydə öz əksini tapmamışdır. Həyati vacib orqanlara – beyin, qara ciyər, ağ ciyər, ürək və s. orqanlara qan yığılır. Damarların dolu qanlı olması əsası ilə şəxsin qan itirib-itirməməsi ilə bağlı rəy vermək mümkün deyildir. Mərhumədə damarlar dolu qanlı olmuşdur. Meyitdə bəzi orqanları tanımaq olurmuş və həmin orqanlarda xəsarətin olmasını müəyyən edə bilməmişdir. Yara kanalı daxili orqana getməyə bilər. Bu hallarla təcrübədə çox rastlaşmışdır. Meyitdə yanğının təsirindən kömürləşmə baş verdiyindən, x əsarətin müəyyən olunmaması normaldır. Göründüyü kimi, zərərçəkmiş şəxsin məruz qaldığı 4-cü dərəcə termiki yanığı onda olan bıçaq xəsarətlərinin müəyyən olunmamasına şərait yaratmışdır və bu hal ekspertin də qeyd etdiyi kimi, təcrübədə yaşanan bir hal olmuşdur. Görünən odur ki, zərərçəkmişə bıçaqla yetirilən xəsarətlər zamanı onun hər hansı bir daxili orqanı xəsarət almamışdır ki, nəticədə sözügedən müayinə zamanı da onlar aşkar olunmamışdır. Ekspert rəylərindən və məhkəmə istintaqı zamanı ekspertin qeyd etdiklərinən belə müəyyən olunur ki, zərərçəkmiş şəxsə sözügedən xəsarətlər yetirilmiş olsa da, Səidə Hüseynovanın ölümünə səbəb məhz 4-cü dərəcəli termiki yanıq olmuş, qaraciyərdə şok əlamətinin olması və bronxların selikli qişasında his ləkəsinin olması ölümün 4-cü dərəcəli termiki yanı qdan baş verməsini deməyə əsas vermişdir, bu isə o deməkdir ki, yanğın baş verərkən zərərçəkmiş şəxs sağ olmuşdur. Bu hala xüsusi önəm və qiymət verən məhkəmə kollegiyası yuxarıda da qeyd etdiyi kimi digər qənatələri ilə yanaşı şəxsin sağ ola-ola yandırılmaqla, yəni xüsusi amansızlıqla öldürülməsi ilə bağlı da nəticəyə gəlmişdir. Bundan əlavə, müdafiəçi ibtidai istintaq orqanı tərəfindən Səidə Hüseynovanın evindən güyakı Məhkum tərəfindən talanmış qızıl-zinət əşyalarına münasibətdə ittiham aktında əks olunan xüsusatlara toxunaraq ziddiyyətli halların araşdırılmadığı, əslində Səidə Hüseynovanın həmin vaxt evində ittiham aktında qeyd edildiyi kimi çoxlu sayda qızıl-zinət əşyalarının olmadığı, həmin qızıl-zinət əşyalarının çox hissəsinin bankda girovda olduğu, 21 adda qızıl-zinət əşyalarının isə yanğından sonra tapılaraq zərərçəkmişin yaxınlarına qaytarıldığı, mərhumə Səidə Hüseynovanın qulağında olan qızıl sırğanın Məhkum tərəfindən niyə götürülməməsinin araşdırılmaması, bunun da Məhkum həmin vaxt orda olmamasına dəlalət etməsi bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bu halla bağlı vurğulayır ki, əvvəla yanğından sonra aşkar olunaraq zərərçəkmiş şəxsin yaxınlarına təqdim olunan əşyaların konkret olaraq qızıl-zinət əşyaları olması faktı müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan (cild 01, iş vər. 33) protokoldan görünür ki, baxış zamanı evdə yanan əşyalara qarışmış 21 ədəd qızıl-zinət əşyalarına oxşar əşyalar tapılaraq zərərçəkmiş şəxsin yaxınlarına təhvil verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi isə məhkəmə istintaqı zamanı bildirmişdir ki, aş kar olunaraq onlara təhvil verilən əşyalar yoxlatdırılmış və onların əksəriyyətinin qızıl-zinət əşayları olmaması müəyyən olunmuşdur. Bu hal özü onu göstərir ki, heç də aşkar olunaraq zərərçəkmiş şəxsin yaxınlarına təhvil verilmiş həmin əşyaların hamısı qızıl-zinət əşyası olmamışdır. Digər tərəfdən məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Rüxsarə Lətifova məhkəmə kollegiyasına “Bank Respublika” tərəfindən X17 ünvanlanmış arayışı təqdim etmişdir. Həmin arayış məhkəmə istintaqı zamanı tədqiq olunmuş və müəyyən olunmuşdur ki, Aqşin Həsənova “Bank Respublika”ya girov qoyulmuş 14 sayda, ümumilikdə 11633.08 manat dəyərləndirilən qızıl-zinət əşayaları müqabilində xx.xx.2021-ci il tarixdə 6990 AZN kredit verilmiş (girov qoyan qismində Səidə Hüseynova çıxış etmiş), xx.xx.2021-ci il tarixdə isə həmin kredit tam ödənilməklə qızılzinət əşyaları girovdan çıxarılmışdır. Göründüyü kimi, hadisədən qısa müddət əvvəl Səidə Hüseynovanın evində olan qızılzinət əşyalarından əlavə banka girov qoyulmuş qızıl-zinət əşyaları da sonuncuya geri qaytarılmış və həmin zinət əşyaları hadisə baş evrən gün mərhumədə olmuşdur. Zərərçəkmiş şəxs Səidə Hüseynovanın qulağında olan qızıl sırğanın Məhkum tərəfindən niyə götürülməməsinin araşdırılmamasına gəldikdə isə bu hal özlüyündə Məhkum hadisə baş verən vaxtı orda olmaması ilə bağlı nəticəyə gəlməyə əsas ola bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, bu hal bir sıra nüanslarla bağlı ola bilərdi. Belə ki, Məhkum hadisədən sonra hadisə yerindən tez bir zamanda uzaqlaşmaq üçün tələsdiyindən və ya ümumiyyətlə bu xüsusata fikir verm ədiyindən, yəni sırğanı görmədiyindən götürməyə bilərdi ki, məhkəmə kollegiyası qeyd edir ki, bu hallar onun təqsirsiz olması ilə bağlı, o cümlədən onun tərəfindən Səidə Hüseynovaya məxsus sözügedən sexin yaşayış hissəsindən sonuncuya məxsus pul və qızıl-zinət əşyalarının talanmaması ilə bağlı qənaətə gəlməyə əsas vermir. Məhkəmə istintaqı zamanı müdafiəçi eyni zamanda təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə həm talama cinayətləri ilə bağlı Göygöl Rayon Polis Şöbəsində, həm də qətl hadisəsi ilə bağlı Yevlax rayon prokurorluğunda vermiş odluğu şahid, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrinin cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud pozulması ilə, yəni şəxsə polis əməkdaşları tərəfindən işgəncə verilməklə, müdafiə hüququnun formal təmin olunma qla, əslində isə heç bir prosessual hüququnun təmin olunmamaqla alındığna istinad edərək həmin sübutların etibarsız sayılaraq sübutlar siyahısından xaric edilməsini xahiş etmiş, Məhkumla ibtidai istintaq dövründə görüşdüyü ilk vaxtdan onun işgəncəyə məruz qalması ilə bağlı müraciətlər etdiyini, lakin kifayət qədər ətraflı araşdırmanın aparılmadığını, Məhkum münasibətdə Yevlax rayon prokurorluğunda qərəzliliyə yol verildiyini qeyd etmişdir ki, müdafiə tərəfin qeyd etdiyi məsələlər çox ciddi araşdırılmaya səbəb olan məsələ olduğundan, həmçinin də həmin halların sübut olunması halında, yəni Məhkum alınan etirafedici ifadələrin ona edilən təzyiq (fiziki və ya psixi) nəticəsində alındığı müəyyən olunduğu halda müəyyən olunanların işin seyrinə birbaşa təsir etmə ehtimalları (əldə olunan sübutlar ın etibarlılığı ilə bağlı) yarana bilər ki, bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, Bu baxımdam məhkəmə kollegiyası Məhkum həm Göygöl Rayon Polis Şöbəsində istintaqı gedən cinayət işi, həm də Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə (sonradan hər iki cinayət işi bir icraatda birləşdirilmişdir) Məhkum dindirilmə mərhələləri ilə bağlı ayrı-ayrılıqda ətraflı araşdırma aparmağı və hər bir hala ayrıca münasibət bildirməyi zəruri sayır. Əvvəla ibtidai araşdırmanın ilkin dövründə hələ Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan müvafiq cinayət işi üzrə Məhkum alınan ifadələrə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Məhkum xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə dindirilməsinin təmin edilməsi üçün polis əməkdaşları tərfindən polis şöbəsinə dəvət edilərkən polisin qanuni tələblərinə tabe olmadığı üçün inzibati qaydada tutularaq polis şöbəsinə gətirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib olunmaqla Göygöl Rayon Məhkəməsinə çıxarılmış və məhkəmənin qərarı ilə xx.xx.2021-ci il tarixdə inzibati qaydada 200 manat cərimə edilmişdir. Daha sonra onun şübhəli şəxs qismində saxlanılmasına kifayət qədər əsaslar olduğuna görə xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yenidən saxlanılaraq polis şöbəsinə gətirilmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə barəsində müvafiq protokol tərtib edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə istintaqın gedişində təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmə qarşısına çıxarılmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu ərəfdə də müdafiəçinin iştirakı ilə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hələ inzibati qaydada tutulduğu ərəfədə xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan müvafiq cinayət işi üzrə şahid qismində dindirilərkən Məhkum heç bir təzyiq altında qalmadan törətdiyi bir neçə cinayəti etiraf etmiş, öz əlyazması ilə protokola qeyd apararaq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəniməsinə hazır olduğunu bildirmiş, nə həmin vaxt, nə də ondan sonra inzibati qaydada məsuliyyətə cəlb olunması üçün məhkəmə qarşısına çıxarılarkən saxlanıldığı zaman Göygö l Rayon Polis Şöbəsində təzyiqə məruz qaldığını bildirməmiş, bu barədə heç bir orqana müraciət etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, əgər hadisələr Məhkum qeyd etdiyi kimi cərəyan etmiş olsaydı, yəni sözügedən ərəfədən (xx.xx.2021-ci il tarixdən) artıq şəxs polis əməkdaşları tərəfindən təzyiqə, işgəncəyə məruz qalmış olsaydı, onda istintaq orqanı təkcə bir neçə cinayətin etirafı ilə kifayətlənməz, digər cinayətlərin də üstünün açılması, Məhkum təbirincə desək onun üzərinə məqsədli şəkildə yıxılması, yəni onun şərlənməsi ilə məşğul olardı. Halbuki, iş materiallarından görünür ki, Məhkum həmin ərəfədə yalnız törətdiyi bir neçə cinayəti etiraf etmiş, daha sonra isə cinayət işi üzrə artıq şübhəli şəxs qismində tutulduqdan sonra törətdiyi digər cinayətlərlə bağlı etirafedici ifadə verm işdir ki, bu ifadələrdə göstərdiyi xüsusatlar sonradan digər mötəbər sübutlar (Səyyaf Məmmədovun, Şahid11, Şahid2 və s. şahid ifadələri) vasitəsi ilə öz təsdiqini tapmışdır. Bu hal isə onu təsdiq edir ki, Məhkum Göygöl Rayon Polis Şöbəsində hər hansı bir formada təzyiq olunmamış, heç bir kənar təsir altında qalmadan artıq ifşa olunduğunu başa düşərək müdafiəçinin də iştirakı ilə etirafedici ifadələr vermişdir. Digər tərəfdən, məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları olan X2 və X6 da şahid qismində məhkəmədə dindirilmiş, onlar da belə bir halın baş vermədiyini, Məhkum xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə dindirilməsinin təmin edilməsi üçün polis əməkdaşları tərfindən polis şöbəsin ə dəvət edilərkən polisin qanuni tələblərinə tabe olmadığı üçün inzibati qaydada tutularaq polis şöbəsinə gətirildiyini, pols şöbəsində təzyiqə məruz qalmadığını, sadəcə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib olunmaqla Göygöl Rayon Məhkəməsinə çıxarıldığını və məhkəmənin qərarı ilə xx.xx.2021-ci il tarixdə onun inzibati qaydada 200 manat cərimə edildiyini bildirmişlər. Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi ilə bağlı (Səidə Hüseynovanın qətlə yetirilməsi ilə bağlı) polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, etirafedici ifadələr verməsi üçün döyülməsi ilə bağlı xüsusatlara münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və 31 yanvar 2022-ci il tarixli qərarla cina yət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərar müdafiə tərəfinə təqdim edilmiş, müdafiə tərəfi qərarı mübahisələndirməmişdir və qərar hazırda qüvvədədir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında məhkəmələrə edilən tövsiyələr baxımından, o cümlədən cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin öz qərarlarında yaratdığı presedent hüququ baxımından ibtidai istintaq dövründə həyata keçirilən araşdırmanın nəticələrinin məhkəmələr üçün preyudisial olmaması ilə bağlı ümumi hüquq düşüncəsini nəzərə alan məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı Yevlax rayon prokurorluğunda istintaqı aparılan iş üzrə sözügedən xüsusatla bağlı daha da ətraflı ar aşdırmanın aparılmamasını onunla əsaslandırır ki, Yevlax rayon prokurorluğunda bütün bu xüsusatlar araşdırılmış və müdafiə tərəfin qeyd etdiyi heç bir hal araşdırmadan kənar qalmamışdır. Belə ki, araşdırma çərçivəsində Yevlax Rayon Polis Şöbəsinin və MSY-nin əməkdaşları dindirilmiş, konvoy əməkdaşlarının izahatı alınmış, 2 saylı İstintaq Təcridxanasından və Yevlax RPŞ-nin MSY-dən müvafiq sənədlər götürülmüş və araşdırma çərçivəsində 3 dəfə ekspertiza təyin olunanaraq müvafiq rəy alınmaqla yekunda bütün sənədlərə ətraflı qiymət verilmişdir. Eyni zamanda, həmin araşdırma nəticəsində qəbul olunan qərardan görünür ki, yuxarıda da qeyd olunduğu kimi Məhkum sözügedən araşdırma çərçivəsində xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə olmaqla üç dəfə məhkəmə tibbi ekspertizasından keçiri lmiş və ilk dəfə, yəni xx.xx.2021-ci il tarixdə onun bədənində hər hansı bir xəsarət aşkar edilməmiş, xx.xx.2021ci il tarixdə onun sol mil bilək oynağında xəsarətin olması aşkar olunmuş və ekspert rəyində xəsarətin müayinədən 4-5 gün əvvələ uyğun gəldiyi, həmin xəsarətin qola qandal taxılması ilə bağlı yaranmasının istisna olunmadığı qeyd olunmuş, üçüncü dəfə isə xx.xx.2021-ci il tarixdə keçirilən müayinə zamanı onun bədənində sol mil bilək oynağında xəsarətin, iki ayaqaltı nahiyənin qançırları xəsarətinin və sol diz oynağnın sıyriğı xəsarətlərinin olması müəyyən olunmuş, həmin xəsarətlərin müddətinin müayinədən 2-3 gün əvvələ uyğun gəldiyi və rəydə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni MSYnin konvoy hissəsinin avtomaşınında əllərini və ayaqlarını dəmir oturacaqların tinləri nə vuraraq özünə xəsarət yetirmə şəraitində yaranmasının istisna olunmadığı qeyd olunmuşdur. Bundan əlavə, müdafiə hüququnun formal təmin edilməsi və ya ümumiyyətlə təmin edilməməsi ilə bağlı vəkilin göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai araşdırmanın ilkin dövründən dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, onunla bağlı həyata keçirilən bütün istintaq hərəkətlərində müdafiəçilər bilavasitə iştirak etmiş, onun hüquqlarının müdafiəsi istiqamətində kifayət qədər prosessual hərəkətlər etmişdir. Yevlax rayon prokurorluğunda istintaq aparılna iş üzrə Məhkum dövlət hesabına təyin olunan müdafiəçi Zaur Bərxudarov onun şübhəli şəxs qismində dindirilməsi, ifadəsinin yerində yoxlanması və s. istintaq hərəkətlərinin keçirilməsində bilavasitə iştirak etmiş, Məhkum hüquqlarının müdafiəsi üçün müəyyən hərəkətlər etmiş (bütün bu hallar şəxsin dindirilməsi və ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin protokoluna əlavə edilmiş video görüntülərin əks olunduğu CD diksdən görünür), dolayısı ilə onun müdafiə hüququ kifayət qədər peşəkar şəkildə təmin olunmuşdur. Odur ki, Məhkum ibtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi hallar həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı dövründə geniş şəkildə araşdırılmış və müdafiə tərəfin qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, hazırki halda təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə həm talama cinayətləri ilə bağlı, həm də qətl hadisəsi ilə bağlı vermiş odluğu şahid, şübhəli və təqsirləndirilən şəxs q ismində ifadələrinin etibarsız sayılaraq sübutlar siyahısından xaric edilməsi ilə bağlı müdafiə tərəfin tələbinin təmin olunması qeyri-mümkündür. Məhkum ibtidai araşdırmanın ilkin dövründə (həm talama cinayətləri ilə bağlı, həm də qətl hadisəsi ilə bağlı) verdiyi etirafedici ifadələrində törətdiyi cinayətləri bir-bir ətraflı şəkildə qeyd etmiş, onunla həmin cinayətlərin bəzilərində iştirak etmiş şəxsləri ayrıayrılıqda göstərmiş, hər bir cinayət əməli üzrə etdiyi hərkətlərin ardıcıllığı və törədilmə mexanizmi ilə bağlı heç kəsə bəlli olmayan faktları sadalamış, cinayət nəticəsində əldə etdiyi maddi nemətlərlə bağlı sonrakı hərəkətlərini geniş formada istintaqa bildirmişdir ki, bütün bunların fonunda məhkəmə kollegiyası onun ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələri obyektiv ifadə kimi qəbul edir, həmin ifadələrin iş üzrə mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək məhz həmin ifadələri əsaslı sayır və ona elan olunan ittihamın əsasına məhz həmin ifdələri qoyur. Əksinə məhkəmə istintaqı zamanı verdiyi ifadələri isə müdafiə taktikasında irəli gələn ifadələr, məsuliyyətdən yaxa qurtamaq üçün deyilmiş sözlər kimi qəbul edir və onlarla razılaşmır. Eyni zamanda, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə hər dəfə Müdafiəçi prosesə qoşulduqdan sonra (həm Göyçay Rayon Polis Şöbəsində istintaqı aparılan iş üzrə, həm də Yevlax rayon prokurorluğunda istintaqı aparılan iş üzrə) Məhkum ifadəsini dəyişmiş, özünü törədilən cinayətlərdə təqsirli bilməmiş, polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını bildirmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, bu hal, yəni Məhkum sonradan fərqli ifadə verməsi məhz müdafiəçi ilə razılaşdırılmaqla seçilmiş müdafiə taktikasından irəli gələn hərəkətlərdir. Bundan əlavə, müdafiəçi həmçinin irəli sürdüyü dəlillərdə əgər Məhkum Səidə Hüseynovanı öldürmüş və onun evindən müvafiq pul və qızıl-zinət əşyalarını talamışdırsa nəyə görə yas yerinə getmək üçün taksiyə verdiyi pulu başqasından borc aldığını, sonrakı dövrlərdə isə öz təsərrüfatı üçün nisyə formada keçilər aldığını qeyd etmiş və bu halın da Məhkum bəraəti üçün əsas olan hallardan olduğunu bildirmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qənaətincə bu hal da Məhkum tərəfindən əvvəlcədən düşünülmüş və özü üçün müdafiə qalxanı yaratmaq naminə atılan addım olmuşdur. Belə ki, ilkin olaraq yas yerinə getmək üçün arvadı Q aratel öz qohumundan borca pul alır və bununla da Elnur özü üçün onu tanıyan şəxslər, o cümlədən qohum-əqrəba arasında fikir formalaşdırır ki, onun evində pul yoxdur, kasıbçılıq çəkir. Digər tərəfdən də öz təsərrüfatı üçün keçiləri də nisyə alır ki, heç kim şübhələnməsin ki, Məhkum bu qədər pulu hardan aldı ki, öz təsərrüfatı üçün bu qədər keçi aldı. Odur ki, müdafiə tərəfin irəli sürdüyü bu arqument də əsaslı olmadığından, məhkəmə kollegiyası müdafiəçinin bu dəlilləri ilə də razılaşmır. Müdafiəçinin məhkəmə çıxışı zamanı üstündə dayandığı digər bir xüsusat Səidə Hüseynovanın cücə sexinin yanması ilə bağlı olmuşdur ki, müdafiəçi israrla həmin sexin qaz sobasında baş verən patlayış və ya işıq naqillərində baş verən qısa qapanma nəticəsində olduğunu qeyd etmiş, Səidə Hüseynovanın yanmış cə sədinin taxtın içində aşkar olunmasına toxunmuş, iş materiallarında olan ekspert rəylərinə, istintaqın gedişində qaz sobasının farsunkasının aşkar olunmamasına, habelə şahid ifadələrinə istinad etmiş, dolayısı ilə də hadisənin Məhkumla bağlılığının olmadığını və bu hala istinadən də sonuncunun ümumiyyətlə hadisə günü orada olmadığını sübut etməyə çalışmışdır ki, bu anın yanmış cəsədinin cücə sexində olan sonuncuya məxsus yataq otağındakı taxtın içərisindən deyil, məhz həmin yataq otağının döşəməsindən aşkar olunması müəyyən olunur. Digər tərəfdən müdafiəçi israrla həmin otqada olan qaz farsunkasının aşkar olunmamasına istinad edərək bütün fikirləri ora yönəltməyə, dolayısı ilə də hadisənin qaz sobasında olan qaz sızmasından baş vermiş bəxbəxt hadisə kimi qələmə verməyə çalışmış, lakin nəzə rə almamışdır ki, həmin farsunkanın aşkar olunmaması iş üzrə rəyi tərtib edən ekspertlər üçün elə də vacib atribut olmamış, vacib tədqiqat obyekti rolunu oynamamışdır. Sadəcə həmin farsunka olmadığı üçün qaz qurğusunun tədqiqatı aparılmamışdır. Əksinə ekspertin məhkəmə iclasında da qeyd etdiyi kimi, o cümlədən iş materialarında olan rəylərdən də göründüyü kimi, hadisə yerinə baxış zamanı qaz sızması ilə bağlı yanğın baş verməsinə xarakterik əlamətlər (otaqda həcmli genişlənmə, yəni dağılma, parçalanma, yerdəyişmə, patlama və s.) aşkar edilməmişdir. Ən əsas olan bu əlamətlə də ekspertlər hadisənin qaz sızması nəticəsində baş verməsi üçün xarakterik olmaması qənaətinə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müdafiə tərəfin bu məsələ ilə bağlı irəli sürdüyü dəlillər də məhkəmə k ollegiyası tərəfindən əsaslı sayılmir və qəbul edilmir. Müdafiəçinin məhkəmə istintaqındakı çıxışı zamanı qeyd etiyi digər bir xüsusat Məhkum mərhumə Səidə Hüseynovadan taladığı qızıl-zinət əşyalarını Gəncə şəhərində yerləşən mağazalardan birində Aqil adlı şəxsə satması ilə bağlı olmuşdur ki, müdafiəçi Aqil adlı şəxsin yalan danışdığını, Yevlax rayon prokuroru tərəfindən öyrədildiyini, onun qızıl-zinət əşyalarını alarkən və ya satarkən qeydiyyat apardığı dəftərin tələb olunaraq araşdırılmadığını qeyd etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarında olan sübutlardan (dindirmə protokolundan, ifadənin yerində yoxlan ifadəsi alınan Şahid7 barədə məlumatı ilk öncə Məhkum özü istintaq orqanına vermiş, daha sonra bu xüsusatlar araşdırılarkən Şahid7 şahid qismində d indirilmiş və Məhkum qeyd etdiyi xüsusatları təsdiq edərək ondan müəyyən sayda qızıl-zinət əşyalarını aldığını istintaq bildirmişdir. Belə olan halda, heç bir düşmənçiliyi, ədavəti olmayan və istintaq orqanına Məhkum verdiyi ifadələrlə cəlb olunaraq dindirilmiş Şahid7 yalan ifadə verməsi ilə bağlı müdafiə tərəfin arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsaslı sayılmır və qəbul edilmir. Beləliklə, ümumilikdə müdafiə tərəfin irəli sürdüyü dəlillərin heç biri təqsirləndirilən şəxs Məhkum barəsində (özünü qismən təqsirli bildiyi Zərərçəkmiş şəxs9 məxsus 7 ədəd keçinin talanması ilə bağlı epizod istisna olmaqla) bəraət hökmünün çıxarılması üçün əsas ola bilmədiyindən, bütün bu irəli sürülən arqumentlər və dəlillər müdafiə taktikası ilə deyilən və sərgilənən mövqe kimi qəbul edilmiş və mə hkəmə kollegiyası tərəfindən rədd edilmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs9 məhkəmə istintaqında bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxslə qohumluq münasibətindədir və bu hal onun təqsirləndirilən şxəsin xeyrinə ifadə verməsini anlaşılan edir. Bu səbəbdən məhkəmə kollegiyası Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və Məhkum elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Eyni zamanda, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 məhkəmə istintaqında bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxslə qohumluq münasibətinin olması və Zərərçəkmiş şəxs10 isə Məhkumla həmkəndli olması onun xeyrinə ifadə vermələri ni anlaşılan edir. Odur ki, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Məhkum tərəfindən onların heyvanlarının oğurlamamaması ilə bağlı qeyd etdikləri iş materialları ilə təkzib olunduğundan, məhkəmə həmin ifadələri əsaslı hesab etmir. Şahid qismində dindirilmiş Şahid11 məhkəmə istintaqında bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxsin təqsirləndirilən şəxslə münasibətlərinin yaxşı olması, qonşu olmaları və bir sıra cinayətləri birlikdə törətməsi onun təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələrini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan şahidin məhkəmə istintaqı zamanı bildirdikləri ilə razılaşmır, əksinə onun ibtidai istintaq zamanı bildirdikləri iş materialları ilə üst-üstə düşdüyündən, həmin ifadələr əsaslı hesab edilir və məhz ittihamın əsasına da həmin ifadələr qoyulur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadədən qismən fərqli ifadə verməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidin özünün barəsində də həmin oğurluq cinayəti ilə bağlı cinayət işi olduğundan, nisbətən özünümüdafiə xarakterli ifadə verməsi anlaşılan haldır. Ona görə də, Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət hadisəsi haqqında daha dolğun məlumatı əks etdirdiyindən, məhkəmə kollegiyası onun ibtidai istintaq zamanı verdiyi ifadəsini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahid Heydər Həsənovun ifadəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Məhkumla həmkəndli olması və Məhkum yaxın qo humları ilə üz-üzə gəlmə ehtimalının olması onun Məhkum xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də məhkəmə həmin ifadələrə tənqidi yanaşır və əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxsin Bucaq kəndində olmaması ilə bağlı Məhkəmənin bu məsələ ilə bağlı yanaşması ilə razı deyilik və müdafiə tərəfi qeyd edir ki,məhkəmə iş materiallarını geniş formada öyrənmədən sadəcə ittiham tərfinin yanaşmasını özünün əsaslandırmasının tərkib əlaməti kimi qəbul etmiş və qəbul etmiş hökmünü əsassız duruma salmışdır. Belə ki,Səyyaf Məmmədovun ifadəsi ilə təqsirləndirilən şəxs Məhkum vermiş olduğu ifadəsi biri digərini təkzib edir. Məhkum Səyyaf Məmmədovun qoyun otardığını və həmin vaxt ondan avtomobilin açarını istədiyini bildirmişdir. Səyyaf Məmmədov isə telefon vasitəsi ilə təqsirlən dirilən şəxsin ona zəng etdiyini və bundan sonra onun öz həyat yoldaşına zəng edib.açarı aparıb Məhkum verilməsini bildirmişdir. Həmin vaxt Səyyaf Məmmədovun telefon danışıaqları çıxardımış və həyat yoldaşına zəng etməsimüəyyən edilməmişdir. Məhkəmə eynizamanda Səyyaf Məmmədovun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin doğru olduğunu heç bir təzyiqə məruz qalmadan verilmiş ifadə olduğinu qeyd etmişdir. Lakin onun ifadəsində olan bu yalnışlığın hansı səbəbdən yarandığını göstərməmişdir. Səyyaf Məmmədov ifadəsində göstərmişdir ki,polislər tərəfindən ona təzyiq edilmişdir Bundan başqa o yazıb oxumağı bilmir və orta məktəbə 2-ci sinifə qədər getmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki,o doğum tarixini bilmir.və sair. Bundan başqa bildirmişdir ki,o yazıb oxumağı bacarmı r. Onun ifadəsialınan zaman mütəxəssis yardımından istifadə edilməmişdir. Belə olan halda onun ifadəsi ibtidai isitintaq zamanı özetibarlığını itirir. Məhkəmə istintaqızamanı veridyi ifadəsi isə yuxarıda qeyd edilən xüsuatlar baxımından yəni onun istintaq zamanı verdiyi ifadəsinin yalnış məqamların olması səbəbindən daha etibarlı sayılmalıdır. Bundan başqa təqsirləndirilən şəxsin həmin vaxt yəni günorta saaatlarında Yevlax rayonuna getməməsi ona məxsus olan telefon anten dairlərinin Çaykənd, Toğana və Quşçu kəndinin ərazisini göstərməsi də Səyyaf Mmmədovun ilkin ifadəsinin yalnış olduğunu təsdiq edən hallardan biridir. Məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin telefon anten dairlərinin fərqli olmasını qəbul edir. Yəni onun telefon anten dairləri müxtəlif yerlərdə göstərməsi iş materialla rı ilə təsdiq edilir. Onda təqsirləndirilən şəxs nədən ibatidai istintaq zamanı vermiş olduğu ifadəsində telefonun evdə qaldığını deməsinə heç bir münasibət bildirməmişdir.? Telefon evdə qalmışdırsa onda anten dairləri nədən fərqli yerilərdə göstəriridi. Telefon evdə idirsə onda evdə olan telefonla evdə olan şəxslər niyə o telefona zəng edirdi. Zəng etmək ilə yanaşı danışıqılarda olmuşdur. Danışıqlar olan zaman telefon anten dairləri fərqli yeri göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki,həmin vaxt evdə olmuş və hərbi hissədən gedib çörək və yemək qırıntıları gətirib toyuq cücəyə vermişdir. Hərbi hissə Quşçu kəndində yerləşmişdir. Həmin vaxt təqsirləndirilən şəxs hərbi hissədə həmin işlərə baxan şəxsə zəng etmişdir. Onların telefon anten dairlərieyni yeri göstərmişdir. Bunlar əlbbətdə təssadüf ola bilməzdir. Məhkəmə prosesində müdafiə tərəfi təqsirləndirilən şəxsin nömrəsinə gələn zənglər və gedən zənglər zamanı əlaqə saxlanılan şəxslərin çağrılıb dindirlməsinə dair vəsatət versə də lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Müdafiə tərəfi qeyd edir ki,təqsirləndirilən şəxsin həmin vaxt telefonu vasitəsi ilə maarif şöbəsində çalışan şəxslərələ əlaqə saxlanılması eyni zamnda onun yaxın münasibətdə olduğu qadınla əlaqə saxlanması və Nicat Ocaqlıadlımedia nümayəndəsi ilə əlaqə saxlaması həmin vaxt telefonun təqsirləndirilən şəxsin özündə olmasını təsdiq edən faktlardandır. Məhkəmə öz hökmündə təqsirləndirilən şəxsin telefon danışıqlarının saat 18:44 radələrindən sonra işləməməsini onunla əsaslandırmışdır.,ki şəxs həmin saatdan sonra da hadisə yerinə gedə bilərdi. Bununla bağlı qeyd edurik ki,bilərdi ilə şəxsin barəsində ittiham hökmü çıxartmaq olmaz. Məhkmə nədən ittiham tərfinin demədiyi məsləni öz əsaslandırmasına daxil edir. Həmin məsələ ilə bağlı hər hansı bir istintaq hərəkəti keçirilməyibsə məhkmənin “bilərdisi”elə ehtimal olaraq qalcaq məsələdir. Çaykənd kəndindən Yevlax rayonuna getmək iki saata mümkündür. Təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsində yolda saxlaması və sair hallar isə onu deməyə əsas verir ki,təqsirləndirilən şəxsin köhnə avtomobil ilə iki saata Bucaq kəndinə getməsini mümkünsüzdür. Məhkəmə eyni zamnda unutmuşdur ki.təqsirləndirilən şəxsin telefonunda facebook sosial şəbəkəsində olan yazışma tipli nöqtələr məhkəmənin 18.44 radələrindən sonra Yevlax rayonun Bucaq kəndinə getməyin mümkünlüyü ilə bağlı fikirl ərinin üzərinə nöqtə qoymuş olur. Belə ki,həmin yazışma Nicat Ocaqlı ilə aparılmışdır Həmin günü səhər saatlarında da təqsirləndirilən şəxsin telefon zəngləri içərisində həmin şəxsə edilən və ondan gələn zənglər vardır. Bu da bir daha təsdiq edir ki,təqsirləndirilən şəxs məhz özü həmin şəxslə 21:37-də əlaqə saxlamışdlr. Məhkəmə yazışma olmamasını qeyd edir. Bunla bağlı qeyd edirik kiönəmli olan məsələ yazışma deyil. Üç nöqtə də özülüyündə telefonun şəxsdə olmasına nöqtə qoyan amillərdəndir. Müdafiə tərəfi eyni zamanada təqsirləndirilən şəxsin hadisə yerində olmamasımı digər sübutlarla da təsdiq edildiyini vurğulamışdır. Belə ki,təqsirləndirilın şəxsin təzyiq altında vermiş olduğu ifadəsində bildirmişdir ki,o birinci dəfə Səidə Hüseynovanın yaşadığı sexin yaxınlığına gedən zaman sexin içəri sindən bir kişinin çıxıb avtomobilə oturub getdiyini bildirmişdir. Bu məsələdən əlavə olaraq yuxarıdakı məsələyə bir haşiyə çıxmaq olar ki,həmin vaxt Lətif Hüseynov oradan çıxıb getmişdir. O ifadəsində biıdirmişdir ki,o sexdən çıxan zaman saat 20:30 radələri olmuşdur. Belə olan halda saat yarım vaxt ərzində Bucaq kəndinə Çaykənd kəndindən gəlmək mümükün deyildir. Yuxarıda qeyd etdiyimiz fikirləri davam etdirrərək qeyd edirik ki,təqsirləndirilən şəxsin həmin vaxt oradan yalnız bir nəfər kişinin çıxmsını göstərməsi yalan ifadə olmuşdur. Belə ki,Lətif Hüseynov ifadəsində Səidə Hüseynovanın həmin vaxt onunla birlikdıçölə çıxdığını və onun üzündən öpdüyünü bildirməsi təqsirləndirilən şəxsin orada olmadığını göstərən amillərdən biridir. Əgər təqsirləndirilən şəxs orada olmuşdursa bu zaman Lətifl ə birlikdə Səidənində orada olmasını görməli idi. Bundan başqa müdafiə tərəfi qeyd edir ki,təqsirləndirilən şəxs təzyiq altında vermiş olduğu ifadəsində bildirmişdir ki, o Lətif Hüseynov getdikdən dərhal sonra içəri girib və orada Səidə Hüseynovanı vurub öldürüb və yandırıb çıxmışdır bu hadisənin 10 dəqiqə ərzində baş verdiyini qeyd etmişdir. X31 ifadəsinə yenidən qayıtmağı zəruri hesab edirik. Lətif Hüseynov sexdən 20:30 radələrində çıxdığını bildirir. Zərərçəkmiş şəxsin saat 21: 14 radələrində telefonla yazışması qeyd edilib. Onda təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsində 10 dəqiqəlik vaxtın yalan olduğu üzə çıxmış olur. Saat 20:30-dan saat 21:14 qədər şəxsin sağ qalması təqsirləndirilən şəxsin orada olmadığını təsdiq edən daha bir tutarlı arqumnetdir. Məhkəmə hökmündə ibtidai ist intaq zamanı ittihamda olan bir sıra nüanslar məhkəmənin müəyyən etdiyi məsələlər sırasında yoxdur Şəxsin qarın və ürək nahiyələrdində xəsarətlər yetirilməsi ilə bağlı xüsusatlar ittiham aktının nəticə hissəsində olsa da hökmün müəyyən etdi hissəsində öz əksini tapmamışdır. Maraqlı olan odur ki,məhkəmə özü də təqsirləndirilən şəxsin ibtidai istinatq zamanı vermiş olduğu ifadəsinin doğru olmadığı qənaətinə gəlmişdir. Məhkəmə də istintaq orqanının irsini davam etdirib prokuroluğun ağır xəsarətlə bağlı vermilş olduğu rəyi təsdiq etmişdir. Məhkəməyə izah etsək də xəsarətin ağırlıq dərəcəsi şəxsin ifadəsi və prokurorluğun yanaşması ilə deyil ekspert rəyi ilə müəyyən edilir. Lakin məhkəmə ittiham tərıfinə olan vurğunluğunu gizlədə bilməyərək xəsrətin ağır olması qənaətinə gəlmişdir. Şəxsin bıçaq xəsarəti alması ilə bağlı məsələyə münasibət bildirən zaman müdafiə tərəfi qeyd etmişdir ki,əgər zərərçəkmiş şəxs həmin vaxt xəsarət alsa da onun daxili orqanları zədələnməmişdirsə və yaxud qanitirmə yüksək həddə olmamışdırsa təqsirləndirilən şəxsin dediyi kimi onu bıçaqla vurduqdan sonra onun üzərinə alışdırıcı maddə töküb yandırsa idi bu zaman onda sinir oyanması baş verər və o özünü yanğından qorumaq üçün müəyyən hərəkətlər etməli id. Lətif Hüseynov ifadəsində həyat yoldaşının meyidinin çarpayıda olduğunu qeyd etmişdir. Həmin vaxt otaqdan çıxa və hay küy salardı. Lakin göründüyü kimi bunların heç biri baş verməmişdir. Ekspert rəyində daxili orqanların doluqanlı olması qeyd edilmişdir bu isə qanitirmənin olmadığını göstərir. Onda necə xəsarət alıb ki,qanitirmə olmayıb. Buradan doğan n əticə ondan ibarətdir ki,həmin vaxt yetirilən xəsarət olubsa cüzi olub və bu xəsarətdən sonra isə zərərçəkmiş şəxsin üzərinə neft məhuslu tökülüb alışdırılna zaman o durub özünü qorumalı idi. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki,o zərərçəkmiş şəxsi qapının ağzında vurmuşdur və ora yıxılmışdır. Sonradan şəxsin meyiti taxtın içərisində aşkar edilmişdir. Məhkəmə nədənsə ibtidai isitintiaq zamanı Lətif Hüseynov tərəfindən verilmiş bu ifadəni diqqət almamışdır. Bundan başqa Rahilə Əhmədova ifadəsində bildirmişdir ki,ora gedənlər bildirmişdir ki,meyit taxtın yanında aəkar edilmişdir. Lətif Hüseynov ilk dəfə ora gələn şəxslərdən birdir. Onun vermiş olduğu ifadəsində isə meyitin taxtın içərisində aşkar edilməsi göstərilmişdir. Məhkəmə prosesinin gedişində məruzəçi hakim tə rəfindən təqsirləndirilən şəxsə ünvanlana suallardan bir bu olmuşdur ki,” şəxsi bıçaqla vurmağını özün demişdin” təqsirləndirilən şəxs də cavabında bəli demişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsi işin digər halları ilə tam təkzib edilmişdir. Məhkəmə hökmündə qeyd etmişdir hadisə baş verən zaman ki,təqsirləndirilən şəxs həqiqətəndə evdə olmamışdır. Bunu onunla əsalandırmışdır ki,Qaratel ilə Gülnar adlışəxsin aralarında olan danışıqlarda X25 adlışəxsə bildirmişdir ki,vurulmuş hələ gəlməyib. Bununla bağlı qeyd edirik ki, Qartel Əhmədovanı ifadəsində göstərdikləri xüsusatlarıaşağıda olan faktlara sübut edəcəyik. Belə ki,o ifadəsində vurulmuş yox yas yerinə getdikləri taksişöferinin adını çəkdiyini yəni Vüquş dediyini bildirmişdir. İşin hallarından da görünür ki,həqi qtən yas yerinə Vüqar adlı şəxsin avtomobili ilə gedilmişdir. Bundan başqa məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki,təqsirləndirilən şəxs həmin vaxt evdə olmamışdır. Bununla bağlı qeyd edirik ki,məhkəmə təqsirləndirilən şəxsin iş materiallarında olan 11 dekabr 2021-ci il tarixli ifadəsində göstədiklərinı diqqət yetirməmişdir. Təqsirləndirilən şəxsin əvvəl vermiş olduğu ifadələr yəni şahid və şübhəli şəxs qsimində verdiyi ifadələri yoxlanılmış yalnış olduğu müəyyən edildikdən sonra onu yeni ifadə verməyə məcbur etmişdilər. Əgər belə olmuş olmasa idi onda təqsirləndirilən şəxs nədən hər dəfə bir ifadə verirdi. Əvvəlki ifadəsində o bildirmişdir ki,Yevlaxdan gələn zaman qardaşının evində qalıb səhər Seymur adlı şəxsin avtomobili ilə yaşadığı evə getmişdir. Lakin sonradan 11 dekabr 2021 –ci il tarixli ifadəsində isə qeyd etmişdir ki,o avtomobil ilə gəlib birbaşa Çaykənd kəndinə getmişdir və həmin vaxt saat 00:00 radələri olmuşdur. İstintaq orqanı da həmin ifadə ilə razılaşmışdır. Məhkəmənin bu yanaşamsı da yalnış olmuşdur. Məhkəmə eynizamanda X15 səsinieşitməsini də qəbuletməmişdir.. Bunu da əvvəl təqsirləndirilən şəxsin vermiş olduğu iafdəsinə görə qəbul etməmişdir. Sadəcə məhkəmə təqsirləndirilən şəxsin fərqli məzmunlu ifadələrinin hansı səbəbdən verilməsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə Səyyafın avtomobili ilə gediləməyi qəbuletdiyi halda bu xüsusatı qəbuletməmək ilə hökmündə olan ardıcıllığı inkar etmişdir. Təqsirləndirilən şəxs hadisə yerində ifadəsi yoxlanılan zaman Səidə Hüseynovanın olduğu otağı göstərə bilmir. X18 bələdçilik edib ona həmin yeri göstərir. Buna məhkəmə heç bir münasibət bildirmir. Təqsirləndirilən şəxsə işgəncə verilməsinə dair. Məhkəmə tərəfindən bu məslə ilə bağlıAvropa Məhkəməsinin qərarlarına istinad edilmiş həmin istinad təqsirləndirilən şəxsin xeyrinə olduğu halda nəticə fərqli olmuşdur. Məhkəmə tərəfindən mənim müdafiəçi olmağım ilə razılaşmamış digər müdafiəçi Zaur Bərxudarovu məhkəmə iclaslarından tərifləməyə başlamışdır. Məhkəmə mənim 14 dekabr 2021-ci il tarixli vəsatətimi görmədən gəlmişdir. Həmin vəsatətdə mən təqsirləndirilən şəxsin biləyində, dizində və ayaqlarının altında xəsarətlərin olmasını vurğulamışam. Sonradan mənim göstərdiklərim öz təsdiqini tapmışdır. Onda sual olnur məhkəmə hansı səbəbdən mənim müdafiəçim olmağıma qısqanclıqla yanaşmışdır. Bunun bir cavabı var məhkəmə ittiahm tərəfinin təssübünü saxlamaqdan özünü saxlaya bilməmişdir. Bununla bağlı qeyd edirəm ki, birincisi təqsirləndirilən şəxsin ayağını dəmirə vurması nəticəsində ayağın altında qançır yarana bilməzdir. İkincisi təqsirləndirilən şəxs ekspertizadan ayın 8-də keçirilməmişdir. Həmin ekspertza formal olmuş və təqsirləndirilən şəxsə ediləcək təzyiqləri pərdələmək xarakteri daşımışdır. Ekspertin maraqlı olması və təsir alıtında olması onun vermiş olduğu rəylərdə öz əksini tapır. Birinci göstərir ki,xəsarət yoxdur sonra biləyində bundan sonra ayaqlarının altında və dizində xəsarət olmasını göstərib. Bu məsələlər penitensiar xidmətin tibb heyəti tərəfindən də qeydə alınmışdır. Bundan başqa Yevlaq rayonuna polis şöbəsinə iki nəfər şəxs aparılır gedəndə heç bir xəsarət yoxdur qayıdanda hər ikisi xəsarətlə qayıdır. Biri yıx ılır digəri isə özü dəmirə vurur. Bununla bağlı qeyd edirk ki,təqsirləndirilən şəxs həbs qətimkan tədbiri ilə bağlı məhkəməyə çıxardılan zaman məhkəmə iclasında da döyüldüyünü və xəsarət aldığını bildirmişdir. Həmin vaxt o hələ istintaq təcridxanasına aparılmamışdır. Təqsirləndirilən şəxs əgər döyülməmişdirsə onda nədən bir neçə dəfə fərqli ifadə verirdi. Məsələn ayın 8-də eyni zamanda dekabr ayının 10-da,11-də fərqli ifadələr verirdi. İfadələrində eyni zamanda göstərdikləri xüsusatlar sonradan təkzib edilirdi. Belə ki,dizel yanacağının butulkasını orada işləyən şəxsin verdiyini bildirir lakin sonra bu hal təkzib edilir. Bundan başqa qızıl əşyalarının bir qismini Ünivermaqda bir nəfərə satdığını qeyd edir sonra həmin hal öz təsdiqini tapmır. Birinci başqa avtomobil ilə gəldiyini bildirr sonra başqa avtomibl ilə gəldiyini qeyd edir. Bütün bu hallar onu deməyə əsas verir ki,təqsirləndirilən şəxsin ibtidai istinatq zamanı vermiş olduğu ifadəsi təzyiq altında verilmiş ifadədəir və sübutların mənbəyinin mötəbərliyi baxımından sübut kimi qəbul edilə bilməzdir. Belə ki,sübut təzyiq altında olan şəxsin ifadəsi olduğundan onun mötəbər olmasıcinayət prosessualanlamda sübut kimi qəbuledilə bilməz. Bundan başqa qeyd edirik ki,məhkəmə Göygöl rayonunda olan zaman şəxsə təzyiq edilməsi ilə bağlı məsələni də polis əməkdaşlarınn ifadəsi əsasında əsaslı saymayıb. Bununla bağlı qeyd edirk ki,şəxs həmin vaxt inzibati qaydada deyil məhz cinayət hüquqi qayda da tutlmuşdur. Onun tutulması edilmiş oğurluqla bağlı olmuşdur. Onun inziabti qaydada saxlanması zamanı məhkəmə tərəfindən o cərimə edili b buraxılsa da məhkəmədən çıxan zaman yenidən həbs edilmişdir. Bundan başqa o həmin vaxt oğurluqla bağlı dindirlmişdir. İnziabti qayda da saxlandığı halda nədən dindirlirdi. Bu faktlar onu deməyə əsas verir ki,şəxsin inzibati qayda da saxlanması ona təzyiq edilməsiməqsədi ilə edilmişdir. Təqsirləndirilən şəxsin qızıl zinət əşyalarını götürməməsi ilə bağlı məsələlər. Hadisə yerinə baxış prtokolunda görünür ki,döşəmə üzərindən 21 adda qızıl zinət əşyalarına bənzər əşyalar Lətif Hüseynova təqdim edilmişdir. Həmin əşyaların qızılzinət əşyası olmamsına dair heç bir fikir səsləndirləməyib. Ümumiyyətlə ibtidaisitinatq zamanı qızılzinət əşyalarının yoxluğu barədə. heç bir fikirə rast gəlmək mümkün deyildir. Meyidə baxış zamanı onun yanında qızıl sırğa aşakar edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində həmin sırğanı görüdüyünü lakin götürə bilmədiyini bildirir. Sual olnur hərəkətsiz vəziyyətdə olan şəxsin üzərindən sırğaını niyə götürə bilməyib. Şahlar Əsgərov həmin vaxt təqsirləndirilənə bildirir ki,zərərçəkmiş şəxsin qulağında sırğa olduğunu de lakin sırğanı götürmədiyini bildir. Bu ifadə əslində məntiqli və əsaslıdır nədən halsız vəziyyətdə olan şəxsin üzərindən sırğanı görtürmür. Qızıl talamağa gəlib lakin qızılı götürmür. Eynizamnda qızılzinət əşyalarının bir qismini götürür digər qismi orada qalır. Bundan başqa qızıl zinət əşyalarının bir qismini satdığı yeri göstərir digər yeri göstərə bilmir göstərsə də təsdiqini tapmır Bıçaq aldığı yerdə və qızıl satdığı yerdə video çəkiliş aparılmır. Lakin Ünivermaqda qızılsatması ilə bağlıçəkiliş video çəkilişlə həyata keçirilir ey ni gündə nədən fərlqi qayda tətbiq edilib. Bunu onunla izah edir ki, qızıl alan şəxs Şahid7 ifadəsində bildirdi ki,o təqsirləndirilən şəxsdən ilkin vaxtlarda qızılalmadığını bildirmiş və qeyd etmişdir ki,elə bir hal olsa dəftərə yazar dəftərdə isə yazılmayıb. Sonradan təqsirləndirilən şəxs dedikdən sonra qızıl satıldığını bilib. Əslində ona qızıl satılıb lakin 2021-ci ildə yox 2015-ci ildə. Onun ifadəsində təqsirləndirilən şəxsin “Niva”markalı avtombil ilə ora gəldiyi qeyd edilib. Halbu ki,təqüsirləndirilən şəxsin həmin vaxt yəni may ayında avtomobili olmayıb. Onun avtomobili avqust ayında alınıb. Şahid7 məhkəmədə dindirlməmişdən bir gün qabaq Yevlax Prokurorluğuna aparılır və orada ifadəsinin dəyişəcəyi təqdirdə tutulacağı ilə hədələnir. Təqsirləndirilən şəxs qızılların digər hissəsini nə etdiyini göstərə bilmir. Məhkəmədə Şahid7 telefon anten dairlərini götürülməsi barədə vəsatət verilir lakin vəsatət təmin edilmir. Zərərçəkmiş şəxsin xarici valyuta ilə pulu olduğunu heç kim demir. Onun pulunun çox olmasını da deyən yoxdur. Həyat yoldaşı onun 400 manat pulunun olmasını qeyd edib. Çünki onun çoxlu borcu olub və həmin gün bacısına 5000 manat pul qaytarıb. Pulu olmuş olsa 5 min deyil 6 min manatın hamısını qaytarardı. Onun pulunun olmaması öz həyat yoldaşının dedikləri il tam təsdiq edilir. Məhkəmə istinatqı zamanı Lətif Hüseynovun ifadəsində qeyd edilmişdir ki, Səidənin qızılalırının bir qismi onun qızları Vüsalənin və Sərfinazın kreditləri üçün girov qoyulmuşdur. Həmin qızlar məhkəmədə kreditlərinin olduğunu bildirmiş lakin anasının onlara pay verdiyi qızıllarla kredit götürlüdüyünü bildirdilər. Məhkəmə iclasında müdafiə tərəfi həmin şəxslərin adına Bank Respublikada olan kreditin girovu olan qızıl zinət əşyalarının siyahısının götürülməsini tələb etsə də lakin vəsatət təmin edilməmişdir. X1rının qızlarının kreditinə görə girov qoyulduğunu qeyd etdi. Hadisə zamanı zərərçəkmiş şəxsin yaxınları tərəfindən qızıl zinət əşyalarının itməsini mübahisəlndirməmələri və onlara verilmiş əşyaların qızıl olmadığını deməmələri onu deməyə əsas verir ki, Səidə Hüseynovanın qızıl zinət əşyaları götürülməmişdir. Əgər götürülsə buna dair hər hansı bir fikir səsləndirlməili idi. Bu həm də şəxsin ölümünün qəsdən baş verməsindən şübhələnmək üçün əsas olardı. Bunlarala yanaşı Lətif Hüseynov istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, onun həyat yoldaşının ölümü ilə bağ lı heç bir şikayət və tələbi yoxdur hadisə qısa qapanma şəraitində baş vermişdir. Məhkəmə öz hökmündə yanğının kənardan gətirilən alışdırıcı maddə ilə yandırılmasını vurğulasa da lakin həmin vaxt ekspert tərəfindən dizel yanacağı ilə sexin yandırlması göstərilməyib. Bundan başqa qaz peçinin farsunkasının olmaması səbəbindən ekspertin mümkün nəticəyə gələ bilməməsi məhz ekspertin öz rəyində göstərilmişdir. Məhkəmə sadəcə hökmündə ekspertin həmin fikirni hökmdə göstərməyib. Müdafiə tərəfi qeyd edir ki,məhkəmə tərəfindən şəxsə CM-nin 120.2.4-cü maddəsi ilə ittiham hökmü çıxardan zaman cinayət hüququnun nəzəriyyəsinə uyğun olmayan yanaşma edilmişdir. Əgər təqsirləndirilən şəxs ifadəsində deyibsə ki,şəxs öldükdən sonra onu yandırdım burada təqsirləndirilən şəxsin xüsusi amansıqlıqla bağlı olan niyyəti mövcud ola bilməzdir. Sadəcə məhkəmə cinayət hüquqununda yenilik etmişdir. Təqsirləndirilən şəxsin keçi alması ilə bağlı məsələlər. Təqsirləndiriln şəxsin keçi alması ölüm hadisısindən öncə baş vermişdir. Məhkəmə öz hökmündə bildirb ki,keçinin nisiyə alınması edilmiş cinayəti ört basdır etmək niyyəti daşıya bilərdi.Bununla bağlı qeyd edirik ki,onda keçirləri nədən geri qaytarırdı.Çünki həmin keçiləri aldığı şəxsə verməyə pulu olmamışdır. Keçiləri də nisiyə almışdır. Təqsirləndirilən şəxs ifadəsində həmin vaxt 1.500 manat pulu keçi satana verdiyini bildirmişdir. Keçi satan isə bir dəfə 500 başçqa vaxtı isə 700 manat aldıını qeyd edib. Əgər təqsirləndirilən şəxs cinayəti gizlətmək mıəqsədi ilə bunu etmiş olsa idi heç keçi almazdı ki,şübhələnərlər. Çünki insanlar haradan bilsin ki,o keçini nisyə almışdır. Məhkəmə istintaqılzamanı Həsənov heydər Sücayət oğlu ifadəsində təqsirləndirilən şəxsin keçialdığı vaxtı qeyd etmişdir. Bununla bağlı vəsatət verdik ki,həmin şəxslə təqsirləndirilən şəxsin arasında olan zənglər çıxardılsın və həmin vaxt müəyyən edilsin. Lakin vəsatət təmin edilmədi. Bundan başqa təqsirləndirilən şəxs keçini satdığı hind quşlarından əldə etdiyi pul ilə aldığını qeyd etmişdir. Bundan başqa Qartel Əhmədovanın vermiş olduğu ifadəsində aprel ayının ikisində onların keçisi olması göstərilib. Bu fakda onu göstərir ki,keçilər hadisə baş verməmişdən öncə alınmışdır. Oğurluq və yanşınla bağlı məsələlər. Təqsirləndirilən şəxsin Bahar adlı şəxsin evini yandırması ilə bağlı bildirmək istəyirik ki, Şahid11 ifadəsində Məhkum gedib öz evlərindən neft gətirib evi yan dırdığını qeyd edir. Məhkum isə hadisə yerində olan neftlə evi yandırdıalrını bildirib. Bundan başqa zərərçəkmiş şəxsin ifadəsində onun evindən xeyli sayda başqa əşyaların getməsi qeyd edilib lakin təqsirləndirilən şəxslərin ifadəsində bunlar göstərilməyib. Zərərçəkmiş şəxs ifadəsində qeyd edib ki, onuj evi yandırılan zaman kimsə çölə çıxıb kazıza büküb onun evinə atmışdır. Bunu müstəntiqə bildirmişdir. Bundan başqa həmin vaxt orada qadın olması müəyyən edilmişdir. İbtidai istinatq zamanı zərərəçəkmiş şəxsin evindən aparılan əşyaların hara aparılması və hansı məqsəd ilə istifadə edilməsinə dair heç bir araşdrıma aparılmayıb. Həmin evdə yanğının qısa qapanmadan olması qeyd edilib. Bundan başqa restoranın yandırılması ilə bağlı da müdafiə tərəfi qeyd edir ki,həmin yerində qısa qapanmadan y andırılması qeyd edilib. Restoran sahibinin vermiş olduğu ifadəsində restoranda olan müəyyən əşyaların eyni zamanda televizorun orada olmaması oradan oğurluq restoranının oğurluq məqsədi ilə yandırıldığını göstərir. Həmin yerində yandırılması zamanı qısa qapanma baş verdməsi göstərilib. Bu fakt da təqsirləndirilən şəxsin hadisəni törətmədiyini göstərən haldır. Çünki təqsirləndirilən ifadəsində restoranın yandırıması qisaas məqsədi ilə edildiyini göstərir lakin orada olan əşyaların yox olması əmlakın talanmasını ört basdır etmk məqsədi ilə edildiyini göstərən haldır. Təqsirləndirilən şəxs beç baş inəyi oğurlayıb apardıqdan sonra onun ikisini buraxdığını qalan üçünü isə satdığını bildirmişdir. Həmin inəklərdən birini Haqverdi adlı şəxsə satdığını qeyd etmişdir. Haqverdi adlı şəxs isə ifadəsi ndə təqsirləndirilən şəxsdən dana aldıını qeyd etmişdir. Bundan başqa oğyrluq cinayəti ilə bağlı təqsirləndirilən şəxsə təzyiqlər edilmiş və Göygöl rayonunda açılmayan oğurluq hadisəsinin çoxusu onun boynuna qoyulmuşdur. Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə bağlı ifadələrində oğruluq etdikədn sonra səhərisi mal bazarına gedib heyvanları orada satdığını bildirmişdir. Lakin onun dediyinin əksinə olaraq oğurluq baş verən günün səhərisi baz olmamışdır. Bu da təqsirləndirilən şəxsin ifadəsinin yalnış olmasını göstərən faktlardandır. Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Yalnız aşağıdakı tələblərə cavab verdikdə məhkəmə hökmü əsaslısayıla, hökmdə əksini tapmış hüquqi, o cümlədən əməlin tövsifi üzrə nəticələr qanuni (Azərbaycan Res publikasının Konstitusiyası, Cinayət Məcəlləsi, digər cinayət və cinayət-prosessual qanunlarına uyğun) hesab oluna, etibarlı, inadırıcı nəticələr kimi qəbul edilə bilər: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı (CPM, maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli (CPM, maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM, maddə 349.5.3). Avropa Məhkəməsi öz qərarıarında məhkəmlər sübutları qiymətləndirən zaman məhkəmə istintaqı zamanı müəyyən edilən hallara üstünlük verilməsini qeyd edir. Bunu onunla izah edir ki, ibtidai istintaq ittiham tərəfinin sübut toplama mərhələsidir. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmələr məhkəmələr ibtidai istintaq zamanı əl də edilmiş sübutlara o zaman istinad edə bilər ki, həmin sübutların əsas götürülməsi üçün ciddi əsaslar mövcud olmuş olsun. Bununla bağlı müdafiə tərəfi qeyd edir ki, məhəkəmə tərəfindən ibtidai istintaq zamanı verilmiş ifadələri əsas götürməsi ilə bağlı heç bir ciddi əsas mövcud deyildir. Əksinə həmin ifadələri təkzib edəcək kifayət qədər əsaslar mövcuddur.. Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Yalnız aşağıdakı tələblərə cavab verdikdə məhkəmə hökmü əsaslı sayıla, hökmdə əksini tapmış hüquqi, o cümlədən əməlin tövsifi üzrə nəticələr qanuni (Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət Məcəlləsi, digər cinayət və cinayət-prosessual qanunlarına uyğun) hesab oluna, etibarlı, inadırıcı nəticələr kimi qəbul edilə bilər: _ məhk əmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı (CPM, maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli (CPM, maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM, maddə 349.5.3). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamət lərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Hazırki iş üzrə məhkəmənin müəyyən etdiyi faktiki halları, həmin faktiki hallardan hasil etdikləri hüquqi nəticələrlə müqayisə etdikdə, məhkəmənin qeyd olunan cinayət və cinayət-prosessual normalara əməl etdiklərini, o cümlədən onların X14 əməlinin qəsdən adam öldürmə cinayəti kimi 120.2.2və 120.2.4-cü və digər maddələr ilə tövsif edilməsi haqqında qənaətlərinin müəyyən edilmiş saydıqları faktiki hallarla uzlaşdığınısöyləmək, beləliklə də bu qənaətimötəbər, inandırcı nəticə kimi qəbuletmək mümkün deyil. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən adam öldürmə hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Ape llyasiya instansiyası məhkəməsinin hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-in 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Yuxarıda qeyd edilənləri n əzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində göstərmişdir ki, məhkuma verilən cəza ədalətli deyil, ona daha da ağır ömürlük azadlıqdan məhrum etmə cəzası verilməlidir. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillər ini müzakirə edib, müdafiəçisinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiy a protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instan siyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbayc an Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəz ifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əla mətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlı q hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilm iş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və tə qsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Müdafiəçinin və məhkumun kassasiya şikayətində məhkum barəsində olan Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üz rə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş –şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə o lunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirl əndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasə n cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə İnsan hüquq və X20 Avropa Konvensiyasının 3, 5, 6 və 9-cu maddələrinin pozuntusu barədədir. İnsan hüquq və X20 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 18 1.3.3, 186.2.1 və 186.2.2 maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində məhkuma daha ağır cəza yəni ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmi ş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraiti nə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-c i maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsu biyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələbl ərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olm ası nəticəsinə gəlir. Məhkəmə kollegiyası müdafiəçinin, məhkumun və zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum, müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.3.3, 186.2.1 və 186.2.2 maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)36/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarı müdafiəçinin, məhkumun və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-645/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-645/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver