Məhkəmə qərarları › İş №1(102)-646/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-646/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-646/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim: Həsənov Ramil Yaqub oğlu) xx xxx 2018-ci il tarixli hökmü ilə xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, A yaşayış sahəsi, S.Əliyev küçəsi, ev 214-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixindən hesablanması hökm edilmişdir. Həmin hökmlə Orucov Nicad Səyyad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər:Qasımov Əflatun İbrahim oğlu (sədrlik edən və məruzəçi)Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) Məhkumtərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmü ilə, Məhkum və Or ucov Nicat Səyyad oğlu Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar satış məqsədi ilə saxta pul hazırlamaqla əldə etmiş və satmışlar. Belə ki, Məhkum tanışı Orucov Nicat Səyyad oğlu ilə birlikdə satış məqsədi və tamah niyyəti ilə saxta pul hazırlama, əldə etmə və satma barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxxxxx 2018-ci il tarixdə kirayə yaşadıqları ünvan 1 nömrəli evdə bir ədəd A06465076 və bir ədəd A43173372 seriya nömrəli həqiqi 100 manatlıq pul əsginaslarından istifadə etməklə “Epson L222” markalı “C462H” modelli, istifadəyə yararlı, skaner-printer və surətçıxaran çoxfunksiyalı qurğu v asitəsi ilə eyni 17 ədəd A06465076 seriya nömrəli və 149 ədəd A43173372 seriya nömrəli 100 manatlıq əsginaslar çap edib həqiqi 100 Azərbaycan manatı pul əsginaslarından kəskin şəkildə fərqlənməyən ümumilikdə 16.600 manat məbləğində saxta pullar hazırlayıb əldə edərək həmin evdə saxlamış, xx xxxxxx 2018-ci il tarixdə həmin saxta puldan 17 ədəd A06465076 seriya nömrəli 100 manatlıq saxta pul əsginaslarını tanışı Rzayev Elnur Qadir oğluna 400 manat həqiqi pula satmışlar. Elnur Rzayevin bu barədə müraciəti əsasında xx xxxxxx 2018-ci il tarixdə saat 17.05-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı Məhkum və Nicat Orucov təkrar kirayə yaşadıqları ünvan 1 saylı ünvanın qarşısında tədbirdə şərti alıcı qismində iştirak edən Rzayev Elnur Qadir oğluna birlikdə hazırladıqları 10.000 manat saxta pulu sataraq ondan 2.500 manat pul aldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən yaxalanmış, Nicat Orucovun üstünə keçirilmiş baxış zamanı əynindəki şalvarının sol yan cibindən bir qədər əvvəl saxta pulların satışından əldə etdiyi və əməliyyat-axtarış tədbirində istifadə olunmuş A31376533, Al 1311570, B05487569, A21066338, A98371918, A32203005, A81226674, A99746265, A44297466, A76150726, A98967180, A46173181, A93761137, A65993413, C30831305, A10690225, A58126664, B00761308, A63881550, B08717989, A68315362, A18402272, Bİ 1258846, A78576261 və A60267395 seriya və nömrəli 25 ədəd 100 manatlıq pul əsginasları olmaqla ümumilikdə 2.500 manat aşkar olunaraq götürülmüş, şərti alıcı Elnur Rzayev isə Məhkum və Nicat Orucovdan aldığı 100 ədəd A43173372 seriya nömrəli 100 manatlıq xüsusi mətbəə nəşriyyatı qaydalarına uyğun olmayaraq hazırlanmış və hazırda standarta uyğun olan eyni növ həqiqi 100-lük manatlıq pul əsginaslarına uyğun olmayan saxta pul əsginaslarını təqdim etmişdir. Qeyd olunan əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 17.50-də Məhkum və Nicat Orucovun yaşadıqları ünvan 1 nömrəli evə baxış keçirilərkən qonaq otağından qeyd olunan saxta pul əsginaslarının çap olunduğu bir ədəd “Epson L222” markalı “C462H” modelli, istifadəyə yararlı, skaner-printer və surətçıxaran çoxfunksiyalı qurğu və saxta pul əsginaslarının hazırlanmasında istifadə olunan 01 ədəd A43173372 nömrəli 100 manatlıq həqiqi pul əsginası, 01 ədəd A4 formatlı yarımçıq kağız p açkası, 03 ədəd saç lakı, 01 ədəd dırnaq boyası, 02 ədəd gümüşü rəngli qələm, 01 ədəd qayçı, 01 ədəd rezak və 01 ədəd dəmir xətkeş aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsi xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən humanist və ədalətli qərar çıxarılmamış, əməli düzgün tövsif olunmamış və barəsində olan yüngülləşdirici hallar nəzərə alınmadan ağır cəza təyin edilmişdir. Məhkum himayəsində səkkiz nəfərdən ibarət ailənin olmasını, valideyinlərinin xəstə olmasını, özünün ağır xəstəliklərdən əziyyət çəkməsini qeyd edərək barəsində ədalətli qərar qəbul edilm əsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya i nstansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməl inin düzgün tövsif olunmamasına dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cina yət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkə mə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və i nsan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş,mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər məhkumun eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etdiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nə ticəni əsaslı hesab edir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkumun kassasiya şikayətində mübahisələndirdiyi bir digər məsələ cəzanın ağırlığı ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Azərbaycan Respu blikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsi n islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən, Məhkumluğunun olmamasını, subay və gənc olmasını cəzanı yüngülləşdirən hallar qismində, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini, 61.1.3-cü maddəyə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini və 61.1.6-cı maddəyə əsasən cinayətin tamah məqsədi ilə törədilməsini cəzanı ağırlaşdıran hallar qismində nəzərə almışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikas ı CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyələrini, ədalət prinsipini və sosial ədalətin bərpasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini düzgün nəzərə alan birinci instansiya məhkəməsi, Məhkum münasibətdə onun törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CMin 204.1-ci maddəsi ilə, ona cəzanın məqsədini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassa siya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018ci il tarixli qərarının ləğv edi lməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar