Məhkəmə qərarları › İş №1(102)-646/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-646/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-646/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxslər və mülki iddiaçılar – Zərərçəkmiş şəxs3 Yaşa oğlu və X1 iştirakları ilə, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Yaşa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-110/2023 saylı, 20 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim X11) xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlillik dərəcəsi olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı X9 Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, cəzasını X9 müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablanması, hökm qanuni qüvvəyə minənədək Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılması, zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və X1 mülki iddialarının qismən təmin edilməsi, Məhkum “Ford Transit” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəy miş 8206 (səkkiz min iki yüz altı) manat məbləğində maddi ziyanın, 1500 (min beş yüz) manat mənəvi ziyanın, 2500 (iki min beş yüz) manat müalicə xərcinin və ödənilmiş 256 (iki yüz əlli altı) manat dövlət rüsumunun əvəzinin tutularaq Zərərçəkmiş şəxs3 verilməsi, Məhkum “Hyundai Elantra” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qismində 17600 (on yeddi min altı yüz) manat pulun və 500 (beş yüz) manat müalicə xərcinin tutularaq X2 ödənilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1716/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Yaşa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-110/2023 saylı, 20 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Yaşa oğlu tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Həmin qərardan kassasiya protesti və digər zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, 28 fevral 2022-ci il tarixdə, saat 15:45-də “AD 118205” seriyalı “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia CEED» markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsi istiqamətində əsas yolun sol zolağ ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini pozaraq, yəni 90 km/saat sürət həddi nəzərdə tutulan yolda 108 km/saat sürətlə avtomobili idarə etmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək yol hərəkəti qaydalarını pozub Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında həmin yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs1 avtomobilin qabaq sol hissəsi ilə vurduqdan sonra idarə etməni itirərək həmin yolda orta zolaqla hərəkətdə olan X1 idarə etdiyi “Hyundai Elantra” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol tərəfi ilə toqquşmuş, toqquşma nəticəsində «Hyundai Elantra” markalı avtomobil idarə etməni itirib əks yola çıxaraq həmin yolda orta zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nömrə niş anlı avtomobilin sol ön tərəfindən toqquşmuş, toqquşma nəticəsində “Ford Transit” markalı avtomobil aşaraq idarə olunmaz vəziyyətdə həmin prospektin köməkçi yoluna çıxıb Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Cerato” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı və üz skeleti sümüklərinin kəllə əsasına keçən mürəkkəb sınıqları, sol baldırın açıq sınığı, sol budun qapağı sınığı, bədənin əzilmiş yaraları, qançır və sıyrıqları xəsarətləri almış, həmin xəsarətlərdən skelet sümüklərinin çoxsaylı sınıqları fonunda, başın küt travması nəticəsind ə baş beyinə, qişalarına, mədəciklərinə qansızma nəticəsində yaranmış ağır travmatik şok Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş, bundan başqa, “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ diz qapağının açıq çox qəlpəli yerdəyişmiş sınığı, sağ çiyin qurşağının qançırından ibarət xəsarətlər, «Hyundai Elantra” markalı 90- TX-086 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X6 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin arxa səthinin sıyrıqları, qarnın ön səthinin hər iki qasıq nahiyəsini əhatə edən sıyrıq və hematomalarından ibarət xəsarətlər almış, eləcə də «Hyundai Elant ra” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində Həsən Mənsimova 25134 manat məbləğdə, “Ford Transit” markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs3 10266 manat, “Kia Cerato” markalı **-UT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi nətciəsində isə Zərərçəkmiş şəxs2 5228 manat maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs-mülki iddiaçı kassasiya şikayətində qeyd edir ki, işə baxan hakim mülki iddiamı tam təmin etmədi. Mən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayıram. Beş ildir ki, evliyəm, iki övladım vardır. 28 fevral 2022-ci il tarixdə mən idarə etdiyim avtomaşınla Heydər Əliyev prospekti istiqaməti ilə evə gedirdim. Mən hava limanı tərəfə hərəkət də idim və prospektin 3 zolağlı yolun ortadakı zolağı ilə avtomobilimi idarə edirdim. Həmin vaxtı idarə etdiyim yük maşını saatda 70-80 ilə təqribən idarə edirdim. Və qəfildən sol tərəfdən mənə ağ rəngdə sonradan bildiyim “Hyundai Elantra” marklı avtomaşın çırpdı. Mən hadisədən sonra maşından çıxamağa cəhd etdikdə gördüm ki, ayağımı tərpədə bilmirəm. Və sınıq olduğunu anladım. Orada olan vətəndaşlar məni maşından çıxamağa kömək etdilər. Dərhal hadisə yerində təcili yardımın əməkdaşları tərəfindən xəstəxanaya aparıldım. Cavabdehin törətdiyi cinayət əməli ibtidai istintaq zamanı tam sübuta yetdi. Cinayət hadisəsi nəticəsində mülkiyyətimə və sağalamlığıma ziyan dəydi. Avtomaşınıma 10.266 manat ziyan dəymişdir. Avtomobilimə dəymiş ziyan 22.000 manatdan çoxdur. Lakin baş vermiş hadisədən sonra avtomobilimi 8.000 manata satmalı oldum. Çünki yaranmış vəziyyətlə bağlı mənə pul lazım idi. Hadisə zamanı keçirtdiyim epilipsiya nəticəsində dişlərim qıc olmuş və nəticədə dişlərim sınmışdır. Buna görə də 2000 manat pul xərclədim. Eləcə də sürücü işlədiyim dövrdə əmək haqqım 15002000 manat gəlir əldə edirdim və ailəmi saxlayırdım. Hadisədən sonra işləyə bilmirəm, heç bir yerdə də qazancım yoxdur. Çünki hadisədən sonra tez-tez xəstələnirəm. Əmək fəaliyyətimi itirmişəm. Hadisə nəticəsində ağır travmalar aldım. Sağ çiynimdən xəsarət almışam. Bunun nəticəsində 2022-ci ilin fevral ayından bu günə kimi ötən bi müddət ərzində 15.000 manat gəlirdən məhrum olmuşam. Sürücü olaraq aldığım aylıq əmək haqqının aşağı həddi olan 1500 manat ötən 10 aya vurduğu zaman 15000 manat təşkil edir. Bu gəlirdən d ə məhrum olmuşam. Eləcədə ayağımın qatlanmaması nəticəsində hələ uzun müddət işləyə bilmərəm. Demək əldən çıxamış bu gəlirin məbləği gündən günə artır. Diz qapağımın sınaraq yerindən çıxarması nəticəsində yaranmış problemin aradan qaldırılması ilə bağlı əməliyyat olunmuşam. Əməliyyatlara valideynlərim tərəfindən 14.000 manat pul xərclənib. Hələ də sağalmamışam. Həkimlərin dediyi kimi mənim ayağımın diz qapağı dəyişdirilməlidir. Bu isə küllü miqdarda vəsait tələb edir. Lakin nə məndə, nə də valideynlərimdə bu vəsait yoxdur. Əlimizdə nə olubsa satıb müalicəmə sərf olunmuşdur. Evdə bir əşya qalmayıb ki, həmin əşyanı satıb müalicəmi davam etdirim. Özüm də heç bir yerdə işləyib qazanc gətirə bilmirəm. Bundan əlavə mən bankdan pul götürmüşdüm və hadisədən sonra da həmin banka olan borcumu ödəyə bilməmişəm. İşə baxan hakim do iş üzrə tam və hərtərəfli araşdırma aparmadı, mənim mülki iddiama qiymət vermədi, mülki iddiamın tam təmin olunması üçün əsaslar olsa da, hakim iddianı qismən təmin etdi. Həmin məbləğlə razı deyiləm. Çünki mən hadisə vaxtı ağır xəsarət almışam. Bu gün də aldığım xəsarətlə bağlı müalicələr alıram və yenidən həkimlər tərəfindən əməliyyat olunmalıyam. Çünki səhhətim get-gedə pisləşir. İşə baxan hakim təqsirləndirilən şəxsin mənim ziyanımı ödəməməyi və mənim ondan şikayətçi olmağıma baxmayaraq ona yüngül cəza verir və mənim şikayətçi kimi haqlı olmağıma baxmayaraq ziyanımı təmin etməmişdir. Mən hazırda mülki iddiamı müdafiə edirəm və təmin olunmasını istəyirəm. Mən təqsirləndirilən şəxsə qarşı şikayətçiyəm və şikayətimi və mülki iddiamı müdafiə edirəm. Apellyas iya Məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-9-cu maddələri və Cinayət Prosessual Məcəlləsinin 124, 138 və 145-ci maddələri işə baxan hakimlər tərəfindən kobudcasına pozulmuş və mənim məhkəməyə təqdim etmiş sübutlara bir tərəfli qiymət verməklə mənim ziyanıma qərar çıxarmışlar. Zərərçəkən tərəf hesab edir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, həmçinin, qaldırılmış mülki iddia tam həcmdə təmin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Z.Əliyevanın və kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs3 və H.M.Mənsimovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdak ılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kas sasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız mülki iddianın tam təmin edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər v urulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. 263.2. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlil ik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halları n düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, onun şəxsiyyəti, ilk dəfə cinayət törətməsi, törətdiyi əməli səmimi etiraf e tməsi, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini, əməlində cəzasını ağırlaşdıran halların olmaması düzgün nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçının kassasiya şikayətinin mülki iddia ilə bağlı dəlilini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əssən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlan anadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsin ə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsi üçün xərclər şəklində özünü g östərir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 kassasiya şikayətinin dəlillərini tədqiq edərək qeyd edir ki, Zərərçəkmiş şəxs3 apellyasiya şikayətində göstərdiyi dəlilləri eyni ilə təkrar olaraq kassasiya şikayətində göstərmiş və bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs3 mülki iddiasının qismən təmin edilməsi, Məhkum “Ford Transit” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8206 (səkkiz min iki yüz altı) manat məbləğində maddi ziyanın, 1500 (min beş yüz) manat mənəvi ziyanın, 2500 (iki min beş yüz) manat müalicə xərcinin və ödənilmiş 256 (iki yüz əlli altı) manat dövlət rüsumunun əvəzinin tutularaq Zərərçəkmiş şəxs3 ve rilməsini hökm etmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Məhkum onun xeyrinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş (dəymiş) maddi ziyana görə, yəni əmlakına vurduğu ziyana görə 10266 (on min iki yüz altmış altı) manat pulun, sağlamlığı ilə bağlı olunduğu müayinə, müalicə və əməliyyat xərclərinə görə 16000 (on altı min) manat, itirmiş olduğu və olacağı qazanca görə əldən çıxmış fayda olaraq 24000 (iyirmi dörd min) manat və dəymiş mənəvi ziyan olaraq 5000 (beş min) manat, cəmi 55266 (əlli min iki yüz altımış altı) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 256 (iki yüz əlli altı) manat pulun alınaraq ona verilməsi barədə ərizə vermişdir. İş materiallarında olan Ford servis mərkəzinin xx.xx.2022-ci i l tarixli qüsur aktından görünür ki, məlumatlara əsasən 2000-ci il buraxılışlı “Ford Tranzit” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8206,0 manat müəyyən edilir. İş materiallarında olan və birinci instansiya məhkəməsinin qərarı ilə təyin edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 may 2023cü il tarixli, 9/2641 nömrəli rəyindən görünür ki, tədqiq edilən 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı, **-TX-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 17600,0 (22000,0 m - 20%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Ford servis mərkəzinin xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2000-ci il buraxılışlı “Ford Tranzit” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8206,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Kia Motors” şirkətinin 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2013-cü il buraxılışlı “Kia Cerato” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4230,0 manat müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum “Ford Transit” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8206 (səkkiz min iki yüz altı) manat məbləğində maddi ziyanın, 1500 (min beş yüz) manat mənəvi ziyanın, 2500 (iki min beş yüz) manat müalicə xərcinin və ödənilmiş 256 (iki yüz əlli altı) manat dövlət rüsumunun zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə tutulması ədalətli və ağlabatandır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) cinayət hadisəsi nəticəsində avtomobilinə 10.266 manat məbləğində ziyan dəyməsini, hadisə zamanı keçirtdiyi epilepsiya nəticəsində dişlərinin qıc olmasını və sınmasını, buna görə də 2000 manat pul xərcləməsini, sürücü işlədiyi dövrdə 1500-2000 manat gəlir əldə etməklə ailəsini dolandırdığını, hadisədən sonra işləyə bilmədiyi üçün qazancı olmadığını, hadisə nəticəsində sağ çiynindən xəsarət aldığını və bunun nəticəsində 2022-ci ilin fevral ayından bu günə ki mi ötən müddət ərzində 15.000 manat gəlirdən məhrum olduğunu, sürücü olaraq aldığı aylıq əmək haqqının aşağı həddi olan 1500 manat ötən 10 aya vurduğu zaman 15000 manat təşkil etdiyini, eləcə də diz qapağının sınaraq yerindən çıxması nəticəsində yaranmış problemin aradan qaldırılması ilə bağlı əməliyyat olunmasını və əməliyyata valideynləri tərəfindən 14.000 manat pul xərcləndiyini qeyd etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəmə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosesi zamanı mülki iddia verilsə də, mülki iddianın predmetini və əsasını sübut etmək vəzifəsi mülki iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən mülki iddiaçının avtomobilinə dəymiş maddi ziyan ekspertiza rəyinə əsasən, mənəvi ziyan işin hallarına uyğun ağlabatan həcmdə tutulmuş, həmçinin mülki iddiaçı tərəfindən müalicə xərclərinə dair mötəbər sübutlar təqdim edilməməsinə baxmayaraq birinci instansiya məhkəməsi müalicə xərclərinə görə 2500 pulun mülki cavabdehdən tutulmasını qərara almışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələrin iddianın təmin edilməməsi barədə gəldiyi nəticələr tam qanuni və əsaslıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndinə əsasən, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud itti hamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən mü əyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üç ün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq qərarın dəyişdirilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti tə min edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1716/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar