Məhkəmə qərarları › İş №1(102)-647/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-647/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-647/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs1 nümayəndəsi – Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarındanMəhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.B.Məmmədova, hakimlər M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1990-cı ildə ünvan2da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, işləməyən, əvvəllər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, ünvan3də qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Məhkum təyin olunmuş qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 24 gün müddətə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 3 ay 8 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilən 7 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş, Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər V.Ə.Mursaqulov və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, habelə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etm ə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X9 tibbi ləvazimatları depolardan alıb apteklərə satdıqdan sonra gəlir əldə edəcəklərini yalan vəd verib aldatmaqla ondan qaynanası Zərərçəkmiş şəxs1 məxsus 83.500 manat məbləğində pulu X9un vasitəsilə hissə-hissə olmaqla ondan əvvəlcə xx xxxxx 2017-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanda yerləşən ünvan4nin yanında idarə etdiyi “VAZ 2107” markalı ** xx xx xx *** dövlət nömrə nişanlı avtomobildə 19500 manat pulu, sonradan isə həmin tarixdə həmin ünvanda günün ikinci yarısında saat 16 radələrində 12000 manat pulu, xx xxxxx 2017-ci il tarixdə saat 11 radələrində yenə həmin ünvanda idarə etdiyi “VAZ 2107” markalı ** xx xx xx *** dövlət nömrə nişanlı avtomobilin salonunda 20000 manat pulu, həmin tarixdə, hə min ünvanda günün ikinci yarısında saat 16 radələrində 25000 manat pulu, xx xxxxx 2017-ci il tarixdə saat 17 radələrində yenidən həmin ünvanda idarə etdiyi “VAZ 2107” markalı ** xx xx xx *** dövlət nömrə nişanlı avtomobilin içərisində 7000 manat pulu alıb, sonradan 2017-ci ilin may ayının ortalarında ünvan5ndə yerləşən “Buta çay evi”ndə 10000 manat pulu X9a qaytarmaqla, qalan 73500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək X5 qaynanası, Zərərçəkmiş şəxs1 73.500 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 tibbi ləvazimatları depolardan alıb apteklərə satdıqdan sonra gəlir əldə edəcəklərini yalan vəd verib aldadaraq ondan hissə-hissə olmaqla əvvəlcə xx xxxxxx 2016-cı il tarixdə günün birinci hissəsində ünvan 2 ünvanda yerləşən “ünvan8nın qarşısında 1000 manat pulu, sonradan isə xx xxxxxxxx 2016-cı il tarixdə saat 13 radələrində ünvan 3 ünvanda yerləşən X6 xidməti otağında 500 manat pulu, xx xxxxxxxx 2016-cı il tarixdə saat 13 radəsində həmin otaqda 1670 manat pulu, xx xxxxxxxx 2016-cı il tarixdə saat 18 radəsində ünvan6nın qarşısında 590 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində ünvan7-də yerləşən ünvan10nin qarşısında 100 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 1000 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 500 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 1819 radələrində həmin ünvanda 100 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 400 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 19 radələrində həmin ünvanda 500 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 300 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 300 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 1000 manat pulu, xx xxxxxxx 2016-cı il tarixdə saat 16 radələrində ünvan14 ünvanda yerləşən ünvan16nin qarşısında 200 manat pulu, xx xxxxxx 2016-cı il tarixdə saat 13 radələrində ünvan 3 ünvanda yerləşən X6 xidməti otağında 100 manat pulu, xx xxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində ünvan 5 ünvanda yerləşən ünvan10nin qarşısında 100 manat pulu, xx xxxxxx 2016rcı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 300 manat pulu, xx xxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 170 manat pulu, xx xxxxxx 2016-cı il tarixdə saat 18-19 radələrində həmin ünvanda 300 manat pulu, xx xxxxxx 2017-ci il tarixdə saat 18 radələrində ünvan11nın qarşısındakı Qara Qarayev prospektində yerləşən “ünvan12nın yaxınlığında 4900 manat pulu, xx xxxxxx 2017-ci il tarixdə saat 19 radələrində həmin ünvanda 3100 manat pulu, xx xxxx 2017-ci il tarixdə saat 12 radələrində ünvan18-də yerləşən X1rşısında 1000 manat pulu, xx xxxx 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 1200 manat pulu, xx xxxx 2017-ci il tarixdə saat 18 radələrində ünvan 5 ünvanda yerləşən ünvan10nin qarşısında 2000 manat pulu, 2017-ci ilin dekabr ayının ortalarında saa t 18 radələrində ünvan 8 ünvanda yerləşən ünvan19nin qarşısında 500 manat pulu, 2018-ci ilin yanvar ayının əvvəllərində saat 16 radələrində ünvan 9 ünvanda 200 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 cəmi 22030 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və etirazın dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza qanuna əsaslanmır və polis orqanlarında və məhkəmədə birtərəfli aparılmış müvafiq olaraq ibtidai istintaqın və məhkəmə istintaqının nəticəsidir. Məhkum hesab edir ki, onun ali təhsilli, özəl müəssisə və xeyriyyə cəmiyyətinin rəhbəri olması nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin ətraflı araşdırılaraq ona təyin olunmuş cəza müddətinin əsaslılığının yoxlanılmasını xahiş edir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə qarşı etirazında Məhkum kassasiya şikayətinin əsassız olduğunu iddia edərək, onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səla hiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdir məyə haqlıdır. Məhkum kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittiham lazımınca araşdırılmadan, o cümlədən məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci məddəsi ilə təqsirli bilinib həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cəza müddətinin əsaslığı araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.11 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan ka ssasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, o cümlədən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 külli miqdar təşkil edən 73500 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 22030 manat pulunu ələ keçirməklə dələduzluq etməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum dələduzluqda təqsirli bilinməsin in mübahisələndirilməsi üzrə onun özü və müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər (təqsirliliyinin sübuta yetirilməməsi, Məhkumlə zərərçəkmiş şəxslər və onların qohumları arasında münasibətlərin kriminal xarakterli deyil, mülki-hüquqi xarakterli olması barədə iddia) apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığınd an, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, hüquqi tövsifi, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətinin cəzanın mabahisələndirilməsinə həsr olunmuş dəlillərinə gəldikdə, kollegiya həmin dəlillərlə də razılaşmaq üçün əsas görmür. Çünki, kassasiya şikayətində irəli sürülmüş məhkəmənin məsuliyyəti yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi barədə iddianın əksinə olaraq, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi təkrar, müxtəlif zərərçək miş şəxslərə qarşı, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla törətdiyi dələduzluq əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının orta həddində yaxın (7 il 9 ay müddətə) cəza təyin etməklə Məhkum şəxsiyyətinə aid məlumatları (o cümlədən cinayətlərin residivini yaratmasa da, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə islah işləri cəzasına məhkum olunaraq, hazırki işdə baxılan cinayəti də həmin cəzanın çəkildiyi dövrdə törətməsini), cəzasını yüngülləşdirən hal qismində gənc olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ict imai təhlükəlilik dərəcəsi, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum ədalətli cəza təyin etmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, b axılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin 8, 58.3, 41.2-ci maddələrinin və cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının pozuntularına yol verməmişlər. Kassasiya şikayətində istinad olunan, lakin məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilməyən hallara gəldikdə, kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu səbəbdən kassasiya kollegiyası mübahisələndirilən məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayarkən məhkumun kassasiya şikayətində gətirdiyi, lakin birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etmədikləri hallardan çıxış edə bilməz. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.11 və 416.0.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndənin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə he sab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar