Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-647/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, bəraət almış şəxslər X5, X6, X9un müdafiəçisi İbrahimov Fikrət Nüsrət oğlunun və X10un müdafiəçi si Rüstəmov Yavər Mirov oğlunun iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə X9 və X10, hər birisinə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Axundov Fuad Aydın oğlu) X9, 10 may 1991-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “Kristal Dent” klinikasında həkimstomato loq vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, H.Əliyev prospektində qeydiyyatda ünvanında yaşayan, olmaqla, ünvan 1 və X10, 15 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, hər birisinə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Həmçinin məhkəmə tərəfindən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X11 barəsində 05 iyun 2023-cü il tarixli xüsusi qərar çıxarılaraq həmin qərar sonuncunun barəsində təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikas ı Daxili İşlər Nazirliyinə, qərarın surəti isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X9 CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, X15 "xxxx" MTK-nın təsisçisi Zərərçəkmiş şəxs tərəfindən yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə aid çıxarışın verilməməsi və mənzilinə aid kommunal ödənişin 30 qəpik artırılmasını bəhanə gətirib, zor tətbiq etmə yolu ilə həmin məsələni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə tanışı X16 ilə bir qrup şəxs halında birləşərək 19 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 5 ünvanda yerləşən binanın qaraj hissəsində Zərərçəkmiş şəxsla mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol ve rib, X10 Zərərçəkmiş şəxs yaxasından tutub, hərəkətlərini məhdudlaşdırdığı halda o, yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vurub, ona başın sol gicgah-alın nahiyəsinin və sağ bazunun qançırları, sol bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli hərəkətlərini təxminən 5 dəqiqə müddət ərzində davam etdirib xuliqanlıq etmişdir. X10 qarşı eyni maddə ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, X16 "xxxx" MTK-nın təsisçisi Zərərçəkmiş şəxs tərəfindən yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə aid çıxarışın verilməməsi və mənzilinə aid kommunal ödənişin 30 qəpik artırılmasını bəhanə gətirib, zor tətbiq etmək yolu ilə həmin məsələni həll etmək iqtidarında olduğunu nümayiş etdirmək məqsədi ilə tanışı X15 ilə bir qrup şəxs halında birləşərək 19 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 5 ünvanda yerləşən binanın qaraj hissəsində Zərərçəkmiş şəxsla mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, Zərərçəkmiş şəxs yaxasından tutub, hərəkətlərini məhdudlaşdırdığı halda, X9 yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vurub, ona başın sol gicgah-alın nahiyəsinin və sağ bazunun qançırları, sol bazunun yumşaq toxumasının hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli hərəkətlərini təxminən 5 dəqiqə müddət ərzində davam etdirib xuliqanlıq etmişdir. Cinayət işinə birinci in stansiya məhkəməsi tərəfindən baxılması nəticəsində X9a və X10a qarşı irəli sürülmüş bu ittihamlar üzrə onların cinayət əməllərini törətmələri sübuta yetirilmədiyinə görə onların barəsində yuxarıda göstərilən bəraət hökmü çıxarılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Qasımov Rauf Adil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 10 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin olunmamış, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-c ü il tarixliqərarından dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146, 416.1.2 və 416.1.3-cü maddələrinə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, bəraət almış şəxslərə qarşı irəli sürülmüş ittihama, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestini belə əsaslandırmışdır ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri belə nəticəyə gəlmək üçün əsas verir ki, X9 və X10 yaşadıqla rı mənzilə aid çıxarışın verilməməsi və kommunal ödənişin artırılmasını bəhanə edib, bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, onun ünvanına nalayiq ifadələr işlətməklə, X10 Zərərçəkmiş şəxs yaxasından tutub, hərəkətlərini məhdudlaşdırmış, X9 isə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə qəsdən zərbələr vurub, ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişlər. Lakin məhkəmələr həmin ifadələrə düzgün hüquqi qiymət verməmiş, sübutların təhlilinə və qiymətləndirilməsinə formal yanaşmış, zərərçəkmiş şəxsin ifadələrini doğru olmayan ifadələr kimi qiymətləndirmiş və bunu belə əsaslandırmağa çalışmışlar ki, sonuncu X9un və X10un yaşadıqları binanın məxsus olduğu "xxxx" MTK -nın təsisçisi olmuş və onun nəinki onlarla, ümumiyyətlə həmin binada yaşayan sakinlərin əksəriyyəti ilə yaşadıqları mənzillərə çıxarışın verilməməsi və kommunal xidmətlərin məbləğlərinin əsassız artırılması səbəbindən mübahisələri olmuş, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər müəyyən edilmiş və o, hadisənin müəyyən vaxtlarını xatırlamayaraq fərqli ifadələr vermişdir. Halbuki, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə birinci instansiya məhkəməsində verdiyi ifadəsi arasında heç bir əhəmiyyətli ziddiyyətlər olmamış, həmin hadisəyə qədər təqsirləndirilən şəxslərlə aralarında heç bir münaqişə və düşmənçiliyi olmamışdır ki, onlara qarşı intiqam hissi ilə həqiqətə uyğun olmayan ifadə vermiş olsun. H əmçinin məhkəmələr 1960-cı il təvəllüdlü, ali təhsilli zərərçəkmiş şəxsin ifadəsinə bu cür yanaşsalar da, ondan narazı və şikayətçi olan, həmçinin təqsirləndirilən şəxslərin müdafiəsinə qalxaraq aşkar surətdə zərərçəkmiş şəxsə qarşı tərəf kimi görünən bina sakinlərinin ifadələrinə tənqidi yanaşmamış və eyni qiyməti verməmişlər. Məhkəmələr yalnız Zərərçəkmiş şəxs narazı və şikayətçi olan bina sakinlərinin ifadələrinə əsaslanaraq nəticəyə gəlmiş, lakin nəzərə almamışlar ki, həmin şahidlərin mənafelərinin təqsirləndirilən şəxslərin mənafeləri ilə üst-üstə düşməsi və Zərərçəkmiş şəxs qarşı olan münasibətləri onların tərəfsiz olmaları ehtimalını azaldır və ifadələrinin qeyri-səmimiliyinə dəlalət edir ki, bununla da onların verdiyi ifadələri inandırıcı hesab edilə və mötəbər sübut kimi qəbul olu na bilməz. Daha sonra iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə istinad edən dövlət ittihamçısı İ.F.Yusifov qeyd edir ki, bu rəylə də X9un və X10un Zərərçəkmiş şəxs qarşı xuliqanlıq hərəkətlərini törətmələri və bu zaman ona rəydə göstərilən xəsarətləri yetirmələri təsdiq olunsa da, həmin rəyə qiymət verən məhkəmələr zərərçəkmişə xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsini mübahisə doğuran hal kimi qəbul etmiş, xəsarətlərin təqsirləndirilən şəxslər tərəfindən yetirilməsini təkzib etmiş və belə qənaətə gəlmişlər ki, həmin rəy yalnız sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilə bilər. Hökmdən və yekun qərardan görünür ki, bu məhkəmə aktlarını qəbul etmiş məhkəmələr istər ibtidai istint aq, istərsə də məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil etməmiş, onların mötəbərliyini düzgün qiymətləndirmədən səhv nəticəyə gəlmişlər. Halbuki, sübutların müqayisəli tədqiqi ilə X9un və X10un cinayət xarakterli hərəkətlərinin nəticəsində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, vətəndaş üzərində zor tətbiq olunması, yəni onların xuliqanlıq əməllərini törətmələri müəyyən olunur. Odur ki, məhkəmələrin iş üzrə gəldikləri qənaəti əsaslı və qanuni hesab etmək olmaz. Apellyasiya instansiyası məhkəməsi də sübutları qiymətləndirərkən cinayət-prosessual qanunvericiliyin tələblərindən çıxış etməmiş, ibtidai istintaq orqanı tərəfindən X9a və X10a CM-nin 221.2.1-ci maddəsi ilə istinad olunan əmələ qan unun aliliyi prinsipi baxımından düzgün qiymət verməmiş, cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutları məcmu qaydada qiymətləndirməmiş, bunun nəticəsi olaraq X9a və X10a CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair əsassız hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı İ.F.Yusifov onun kassasiya protestində irəli sürdüyü tələbin təmin edilməsini xahiş edir. Bəraət almış şəxs X9 kassasiya protestinə etiraz verərək həmin protestin təmin edilməməsini və barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında bütün proses iştirakçıları, o cümlədən Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, sonuncu naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin o lmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin müəllifi öz müraciətində işə baxmış məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etdiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələbini CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut ları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə X9a və X10a, hər birisinə CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri ndən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılm ası, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi v ə dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanu nunun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunaraq araşdırılması, onların qanuna müvafiq qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər ha nsı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət pro sesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilm əsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqs irsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm mə ntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzə rdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudl aşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirs iz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, o nun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli o lduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı mə lumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə i craat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymət ləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istint aqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə l azımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zama n cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsi nin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul et diyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsin də özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin arad an qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (süb ut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, s özü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbin ə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Milli qanunvericiliyin və beynəlxalq müqavailələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası X9un və X10un barələrindəki cinayət işinin materiall arına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. İlk növbədə bu müraciətlə bağlı cinayət işinin materiallarının, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, X9a və X10a, hər birisinə qarşı CM-nin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham əsasən Zərərçəkmiş şəxs cinayət təqibinin müxtəlif mərhələlərində, şahidlər X3 və Şahid2 isə ibtidai araşdırma zamanı verdikləri ifadələrinə və məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 403 saylı rəyinə əsaslanmış, həmin ifadələrlə toplanmış digər sübutlar, o cümlədən bəraət almış X9un və X10un ifadələri arasında mövcud olan ziddiyyətlərin aradan qaldırılma sı (həqiqətin müəyyən edilməsi) üçün birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmış və son nəticədə, qanunvericiliyin tələb etdiyi kimi, aradan qaldırması mümkün olmayan ziddiyyətləri X9un və X10un xeyrinə həll edərək onlara təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq bu nəticə ilə razılaşmışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr gəldikləri bu qənaəti ehtimallar üzərində qurmamış və məhz araşdırılmış sübutlara istinad edərək kifayət qədər əsaslandırmışlar. Buna görə, məhkəmə kollegiyası araşdırılmış sübutları təhlil edərək X9a və X10a qarşı irəli sürülmüş ittiham üzrə onlara bəraətin verilməsini qanuni və əsaslı hesab edir, bu nəticəyə gələrkən isə aşağıda təsvir olunan sübutlardan çıxış edir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında X9 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ibtidai araşdırma zamanı verdiyi ifadələri bir daha təkrarlayaraq göstərmişdir ki, o, "xxxx" MTK-dan hal hazırda ailə üzvləri ilə birlikdə yaşadığı mənzili əldə etmiş, lakin bundan uzun müddət keçməsinə baxmayaraq həmin mənzilə dair çıxarış əldə edə bilməmiş və mənzilin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən yeganə sənəd "xxxx" MTK ilə ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi olmuş, bu müqavilədə qeyd olunan öhdəlikləri isə o, və binanın digər sakinləri tam şəkildə yerinə yetirmişlər. 2022-ci ilin aprel ayından etibarən "xxxx" MTK-nın sədri ol an Zərərçəkmiş şəxs heç bir əsas göstərmədən, binanın sakinləri ilə razılaşdırmadan, kommunal ödənişlərin məbləğinin 30 qəpikdən (hər kvadrat metr üçün) 40 qəpiyədək artırılması barədə məlumat verib bununla bağlı razılaşma müqaviləsi hazırlayaraq sakinlərə təqdim etmiş, lakin onun bu hərəkətindən narazı olan sakinlər, o cümlədən o, buna etirazlarını bildirərək həmin müqaviləni imzalamaqdan imtina etmişlər. Kommunal xərcələin artılıması barədə öz qərarını isə Zərərçəkmiş şəxs ümumilikdə bütün qiymətlərin artırılması ilə əlaqələndirsə də, bunu təsdiq edən sənədləri sakinlərə təqdim etməmiş, mənzillərə dair çıxarışların verilməməsini isə onunla izah etmişdir, bununla bağlı lazım olan sənədləri o, müvafiq dövlət qurumuna təqdim etmişdir və çıxarışların verilməsi artıq ondan yox, həmin qurumd an asılıdır. Həm göstərilən məsələlərlə bağlı, həm də binanın qarajına giriş yollarının bağlanması, binanın həyətinin dayanacağa çevrilməsi və alqı-satqı müqavilələrində nəzərdə tutulmasına baxmayaraq binada ehtiyat generatorunun quraşdırılmaması səbəbindən binanın çox sayda sakinləri 19 aprel 2022-ci il tarixdə etiraz əlaməti olaraq həyətə toplaşmış və öz etirazlarını bildirmək üçün “ARB” telekanalından çəkiliş qrupunu, habelə Fövqalədə Hallar Nazirliyinin nümayəndələrini oraya dəvət etmişlər. O, özü də saat 16:00-da işdən çıxıb həyətə gələrkən FHN-nin əməkdaşlarının orada olduqlarını görmüş və sakinlər onlara binanın ehtiyat giriş-çıxışlarının bağlanmasını və həmin yerlərdə obyektlərin açılmasını göstərmişlər. Sonra o, və digər sakinlər FHN-nin əməkdaşları ilə birlikdə binanın ön tərəfin ə keçərək orada qaraja olan girişlərin də bağlandığınıi da göstərmişlər. Bu vaxt Zərərçəkmiş şəxs binanın həyətinə gəlib onlarla kobud şəkildə danışdıqda X10 ondan bunun səbəbəini soruşmuş, Zərərçəkmiş şəxs isə kobudluq göstərməklə həmçinin onların ünvanına söyüşlər söymüş və X10nun üzərinə getməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yanında onun oğlu və oğlunun dostu olmuşlar. Həyətdə olan qadınlar da Zərərçəkmiş şəxs söyüş söydüyünə görə iradlarını bildirmiş, lakin bu zaman onunla Zərərçəkmiş şəxs arasında hər hansı bir münaqişə baş verməmişdir. O, bina sakinlərinin xahişi ilə “ARB” telekanalının əməkdaşına müsahibə verdikdən sonra komendantın otağına tərəf getmiş və digər sakinlər də oraya gəlmişlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs komendantın otağında binanın layihəsinin gətirilməs i bağlı söhbət etmiş və hamı həmin layihənin gətirilməsini gözləmişdir. Təxminən 5-6 dəqiqədən sonra Zərərçəkmiş şəxs komendantın otağından çıxıb X10a yaxınlaşmış və onun qolundan tutaraq ona “sən lotusan, gəlib məni vurursan, sən qudurmusan?” demiş, o, yəni X9 isə bu zaman X10dan təxminən 3-4 metr məsafə aralıda dayanmışdır. X10 isə ona cavab olaraq Zərərçəkmiş şəxs ağsaqqal kişi olduğunu və onu vurmaq üçün hər hansı bir səbəbinin olmadığını bildirmişdir. Bu zaman onlar komendantın otağının giriş hissəsinə yaxın dayanmışlar. Bundan qısa zaman sonra həyətə polis əməkdaşları gəlmiş və Zərərçəkmiş şəxs heç bir səbəb və əsas olmadan sonunculara onu, X10u və qonşuları İntiqam adlı şəxsi göstərərək onlar tərəfindən döyülməsini bildirmiş, bu vaxt İntiqam ona böhtan atdığına görə Zərərçəkmiş şəxs iradını bildirdikdə sonuncu bu dəfə polis əməkdaşlarına yalnız X10 və onun, yəni X9 tərəfindən döyülməsi barədə şikayət etmişdir. Halbuki, o, və X10 da Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu söyməmiş və döyməmişlər. Buna baxmayaraq, həyətə gələn polis əməkdaşları onu və X10u post-patrul avtomaşınında polis bölməsinə aparmış, bina sakinləri isə buna etirazlarını bildirərək onların arxasınca oraya gəlmişlər. Polis bölməsində o, və X10 izahat verdikdən sonra sərbəst buraxılmış, sonradan isə ilkin və ibtidai araşdırma zamanı yaşadığı binanın digər sakinləri də 19 aprel 2022-ci il tarixdə baş vermiş hadisə barəsində izahat və ifadələr vermişlər. X9 həmçinin qeyd etmişdir ki, o, və X10 göstərilən tarixdə heç bir xuliqanlıq əməli törətməmiş, Zərərçəkmiş şəxs qarşı hər hansı zorakılıq tətbiq etməmiş və bunu həmçinin həyətə toplaşan sakinlər də təsdiq etmişlər. O, hesab edir ki, Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinə qarşı (bu hərəkətlərin mahiyyəti barədə X9 öz ifadələrində ətraflı göstərmişdir) daha fəal şəkildə etiraz etdiyinə, 19 aprel 2022-ci il tarixdə bununla bağlı “ARB” telekanalına müsahibə verdiyinə görə sonuncu ona və X10a böhtan ataraq onların cinayət məsuliyyətinə cəlb edilməsi və bu yolla onları susdurulması, öz qanunsuz əməllərini isə ört-basdır məqsədini izləmişdir. Cinayət işinin materiallarından görünür ki, X9un ifadələrinə uyğun ifadələri həmçinin özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməkdə təqsirli bilməyən X10 da vermiş və əlavə olaraq o, da cinayət təqibinin bütün mərhələlərində ardıcıl olaraq göstərmişdir ki, yaşad ığı binanın sakinləri həyətdə etiraz aksiyası keçirərkən o, binanın ön hissəsində dayanmış və bu vaxt Zərərçəkmiş şəxs oraya gələrək sakinlərdən toplaşmalarının səbəbini soruşmuşdur. Həmin vaxt X9 əli cibində olduğuna görə Zərərçəkmiş şəxs ona irad bildirmiş və o, da buna cavab olaraq bir neçə gün öncə onun özünün bina sakinlərinin, yəni yaşlı adamların və qadınların yanında damağında siqaretlə durub söhbət etdiyini demişdir. Sonra Zərərçəkmiş şəxs bina sakinləri ilə birlikdə komendantın otağına keçmiş, bu vaxt həyətə polis əməkdaşları gəlmiş, Zərərçəkmiş şəxs isə onları görüb ona yaxınlaşmış və qolundan tutaraq onu vurmasını iddia etməyə başlamışdır. O, buna etirazını bildirərkən, yəni onun yaşlı insan olduğuna və həm də buna səbəb olmadığına görə onu vurmadığını dedikdə Zərərçəkmiş şəxs polis əməkdaşlarına həmçinin X9 və İntiqam adlı sakin tərəfindən də döyülməsi barədə şikayət etmişdir. Buna cavab olaraq İntiqam ona "mən yaşlı adamam, yekə kişisən mən səni nə vaxt vurdum?" demiş, bundan sonra Zərərçəkmiş şəxs polis əməkdaşlarına yalnız onun və X9 tərəfindən döyülməsini demiş və buna görə də polis əməkdaşları onları polis bölməsinə aparmış, sakinlərin bir çoxu da onların arxasınca oraya gəlmişlər. Polis bölməsində izahat verib həyətə qayıtdıqda Zərərçəkmiş şəxs ona “sənin pulun çoxdur?” sualını vermiş, o isə ona hansı səbəbdən bunu soruşduğunu öyrənmək üçün sual verdikdə Zərərçəkmiş şəxs buna cavab olaraq onu tutduracağını demişdir. Əlavə olaraq X10 göstərmişdir ki, nə o, nə də X9 19 aprel 2022-ci il tarixdə istər yaşadıqları binanın həyətində, istərsə də başqa yerdə (Zər ərçəkmiş şəxs göstərdiyi kimi, qarajda heç bir xuliqanlıq əməlləri törətməmiş, Zərərçəkmiş şəxs söyməmiş və döyməmiş, onun başında olan xəsarətləri hansı şəraitdə almasını görməmiş və sonuncu heç bir əsas olmadan onlara böhtan atmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs qismində dindirilərkən göstərmişdir ki, o, "xxxx" MTK-nın təsisçi olmaqla, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 19 aprel 2022-ci il tarixdə saat təxminən 15 radələrində o, MTK tərəfindən inşa edilmiş binanın həyətinə gəldikdə orada bir qrup bina sakinlərinin həyətdə toplaşdıqlarını və kommunal xərclərin 10 qəpik məbləğində artırılmasına etiraz etdiklərini, orada “ARB” telekanalının çəkiliş qrupunun çəkiliş apararaq jurnalistin sakinlərdən müsahibə aldığını görmüşdür. O, özü də həmin çəkilişdə iştirak edərək müsahibə vermiş və bundan sonra avtomaşının saxladığı qaraja tərəf hərəkət getmişdir. Bu vaxt binanın sakinləri olan X9 və X10 ona yaxınlaşıb onu qarajda qaranlıq bir yerə çəkərək onunla mübahisə etməyə başlamış, sonra isə X10 onu yaxasından tutmuş, Orxan isə ona təpiklə zərbələr endirməyə başlamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etsə də həmin müddət ərzində onun səsini eşidib hər hansı bir şəxs hadisə yerinə yaxınlaşmamışdır. Bu zaman həyətə polis əməkdaşları gəlmiş, o, sonunculara X9u və X10u göstərərək onlar tərəfindən döyüldüyünü bildirdikdə polis əməkdaşları onları özləri ilə 34-cü Polis Bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs həmçinin qeyd etmişdir ki, o, X9 və X10 tərəfindən döyülməsi nəticəsində məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarət ləri almışdır. Cinayət işinin materialları öyrənilərkən, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs iş üzrə cinayət təqibinin müxtəlif mərhələlərində 19 aprel 2022-ci il tarixdə baş verməsi ehtimal olunan hadisənin, yəni onun X9 və X10 tərəfindən guya döyülməsinin halları barədə müxtəlif məzmunda izahat və ifadələr verdiyindən birinci instansiya məhkəməsi tərəfindən həm bu, həm də onun ifadələri ilə sonuncuların ifadələri arasında olan ziddiyyətlərin aradan qaldırılması ətraflı araşdırma apararılaq göstərilən tarixdə M.Hadi küçəsində yerləşən 41A saylı binanın həyətində həmin gün toplaşmış sakinlərin əksəriyyəti, habelə həmin tarixdə orada çəkiliş apararaq sakinlərdən və Zərərçəkmiş şəxs müsahibələr almış “ARB” telekanalının çəkiliş qrupunun üzvləri, sakinlərin müraciəti əsasında oraya gəlmiş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, habelə insanların həyətdə toplaşdıqlarını müşahidə etmiş post-patrul xidmətinin polis əməkdaşları şahid qismində dindirilmişlər. Hökmdə hər birisinə ayrı-ayrılıqda istinad olunaraq ətraflı təsvir edilmiş həmin şahidlərin ifadələrindən görünür ki, yuxarıda göstərilən binanın sakinlərinin həyətdə toplaşıb binanın kommunal xərclərinin məbləğinin qaldırılmasına və onlara aldıqları mənzillərə dair çıxarışların uzun müddət ərzində verilməməsinə etirazlarını bildirərkən X9 və X10 xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı hörmətsizlikdə ifadə olunan hər hansı hərəkət etməmiş, Zərərçəkmiş şəxs onlar tərəfindən döyülməsini, onun başında və ya bədənində hansısa xəsarətlərin olmasını onlar görməmişlər. Kassasiya protestində də istinad olunan şahidldər Şahid1, Şahid2 ("xxxx" MTK-nın işçilərinin), Şahid6 (“ARB” telekanalının jurnalistinin), hər birisinin ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri ifadələri ilə də belə halların baş verməsi müəyən edilmir. Təhlil göstərir ki, kassasiya protestində göstərilən dəlillərin əksinə olaraq, məhkəmə iclasında dindirilmiş çoxsaylı şahidlərin ifadələri X9un və X10un ifadələri ilə də üst-üstə düşür, məhkəmələr isə bu və araşdırılmış digər sübutları müqayisəli şəkildə tədqiq edib onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində ətraflı qiymət vermiş, iş üzrə gəldikləri nəticəni isə kifayət qədər əsaslandırmışlar. Ən əsası isə isə məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, “ARB” telekanalının yuxarıda təhlil edilən etiraz aksiyası ilə bağlı hazırladığı reportajı özündə ək s etdirən videogörüntülərlə də X9un və X10un xuliqanlıq əməllərini törətməsinə dəlalət edən hərəkətlər etmələri, onların Zərərçəkmiş şəxs qarşı zorakılıq əməlləri törətməli müəyyən edilmir, əksinə X9un özünün təqdim etdiyi videogörüntülərdən Zərərçəkmiş şəxs ona hədəqorxu gəlməsi görünür, digər tərəfdən isə həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu – Şahid5 da atasının təqsirləndirilən şəxslər tərəfindən döyülməsini görmədiyini, bunu atasının sözlərindən eştdiyini bildirmişdir. Halbuki həmin şahid də 19 aprel 2022-ci il tarixdə keçirilən aksiya zamanı binanın həyətində olduğunu, FHN-nin əməkdaşlarına binanın giriş-çıxışlarını göstərdiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhk əməsinin 05 iyun 2023-cü il tarixli hökmündə həm adları göstərilən, həm də digər şahidlərin ifadələri, habelə araşdırılmış bütün digər sübutlar ətraflı təsvir edilərək onlara ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməsini nəzərə alaraq məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür, lakin qeyd etməyi lazım bilir ki, bu ifadələrin qanunsuz yolla əldə edilmiş yolverilməz sübutlar kimi dəyərləndirilməsi üçün heç bir əsas yoxdur ona görə ki, əvvəla təqsirləndirilən şəxslər istisna olmaqla məhkəmə iclasında dindirilmiş bütün şəxslər dindirilməzdən əvvəl bilə-bilə yalan ifadələr verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdar edilərək bu haqda tərtib edilmiş iltizamları imzalamış və sonra işin mahiyyəti barədə dindirilmiş, digər tərəfdən isə onların yuxarıd a göstərilən ifadələri vermələri üçün kiminsə, o cümlədən bəraət almış şəxslər tərəfindən təsir və təzyiqlərə məruz qalmaları, işin nəticələrində maraqlı olmaları və sair bu kimi halların olması iş materialları ilə müəyyən edilmir. Qeyd olunmalıdır ki, istər birinci instansiya məhkəməsində, istərsə də hökmdən verilmiş apellyasiya protestinə məhkəmə baxışı iclasında iştirak etmiş dövlət ittihamçıları, o cümlədən hazırda baxılan kassasiya protestinin müəllifi, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin sübut kimi qəbul edilməsini inkar etsələr də, bu ifadələrin yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsaslı dəlil irəli sürməmiş və bu iddiaları təsdiq edən sübutları məhkəmələrə təqdim etməyərək həmin ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatətlə çıxış etməmi şlər. Kassasiya protestində "xxxx" MTK tərəfindən inşa edilmiş binanın sakinlərinin də Zərərçəkmiş şəxs qarşı qərəzli olmalarına görə onların X9un və X10un xeyrlərinə ifadələr vermələri göstərilsə də, bu iddia da toplanmış və araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Göründüyü kimi, X9un və X10un onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələrinin yeganə sübutları hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ziddiyyətli ifadələri və 20 aprel 2022-ci il tarixdən 27 aprel 2022ci il tarixədək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 403 saylı rəyi olmuşdur. Lakin, cinayət işinin materiallarının təhlili nəticəsində həmin rəyin də ziddiyətli olması müəyyən edilmiş, kassasiya protestində isə aşağıda göstərilən bir sıra xüsusatlara diqqət ye tirilməmişdir. Belə ki, adı çəkilən rəyin “Obyektiv müayinə” hissəsində göstərilmişdir ki, müayinə nəticəsində Zərərçəkmiş şəxs sol gicgah-alın nahiyyəsində qeyri-müəyyən formalı, üzəri ətraf dəri rəngində əllə müayinədə bir qədər şişkin, ağrılı və yumşaq konsinstensiyalı 2,0x1,5 sm ölçüdə qançır var. Sağ bazının yuxarı 1/3-nin bayır səthində qeyri-müəyyən formalı qırmızımtıl –göy rəngli 3,7x3 sm ölçüdə qançır var. Sol bazunun yuxarı 1/3-nin ön səthinin yumşaq toxuması şişkindir, əllə müayinədə kəskin ağrılıdır, həmin səviyyədə yumşaq toxuma bir qədər bərk konsinstensiyalıdır, dəri örtüyü 10,0x7 sm-lik sahədə qırmızəmtıl-göy rəngdədir. Digər xəsarətlər müəyyən edilmədi. Daha sonra rəyin tədqiq edilən hissəsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs şikayəti üzrə mütəxəssis həkim müayinələri nə göndərildi. 27 aprel 2022-ci il tarixdə ekspertizaya təqdim edilmiş, 7-saylı KYS-da 27 aprel 2022-ci il tarixdə tərtib olunmuş 32 saylı tibbi arayışdan görünür ki, Zərərçəkmiş şəxs 25 aprel 2022-ci il tarixdə saat 16.48-də (baş verməsi iddia etdiyi hadisədən altı gün sonra-m.k.) 7 saylı təcili yardım stansiyasına müraciət etmişdir. Həkim X tərəfindən “Başın tüklü hissəsinin səthi travması. Hər 2 (iki) yuxarı ətraf qurşağın və sol qolun yumşaq toxumasının geniş əzilməsi. Esensial hipertoniya travma qoulmuşdur. (Deməsinə görə, 19 aprel 2022-ci il tarixdə döyülüb). Ekspertizaya təqdim edilmiş “Zəfəran Hospital”da tərtib edilmiş 20 aprel 2022-ci il tarixli ZH-0233 saylı tibbi sənəddən görünür ki, 03 avqust 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs həqiqətən 20 aprel 2022-ci il tarixdə “Zəfəran Hospital”-a ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi şikayətləri ilə müraciət etmiş və xəstəyə ilkin yardım göstərilərək müalicə təyinatı və məsləhətlər verilmişdir. Xəstəyə qoyulan diaqnoz: “ÜİX:əvvəllər keçirilmiş miokard infarktı i25.2. AKŞ-dən sonrakı vəziyyət (2019).Arterial hipertenziya i10; Şəkərli diabet tip 2e11; Periferik arteriya xəstəliyi. 20 aprel 2022-ci il. Eletrokardioqrammanın nəticəsi: PR-0.14, QRST-0,32. Nəticə:Sinus ritmi, müntəzəmdir. ÜVS 115 vurğu/dəçq-dir.EKQ-də sinus taxikardiyası, İİ, İİİ və Vf aparmalarında öaloji Q dişi və ST-T dəyişiklikləri (keçirilmiş aşağı divar miokard infarktından sonra çapıq əlamətləri) İ, a VL, V5-V6 aparmalarında ST-T dyişikləri qeyd edilir. Göründüyü kimi, rəyi vermiş ekspert Zərərçəkmiş şəxs başında və bədəni üzərində aşkar edilmiş x əsarətlərin yetirilməsinin 19 aprel 2022-ci il tarixdə baş verməsi barədə nəticəyə gəlsə də, onun özünün bu rəydə istinad etdiyi sənədlərdə sonuncunun 20 aprel 2022-ci il tarixdə “Zəfəran Hospitala” müraciət edərkən döyülməsi, bunun nəticəsində xəsarətlər alması barədə şikayət etməsi qeyd olunmamış, onu müayinə edən həkimlər də bu halların olmasını müəyyən etməmiş və o, yalnız 25 aprel 2022-ci il tarixdə müvafiq xəsarətlər alması ilə bağlı təcili-tibbi yardıma müraciət etmiş, həmin vaxt həkim X tərəfindən müayinə olunaraq ona tibbi yardım göstərilmiş və bunun nəticəsində ona yuxarıda göstərilən diaqnoz qoulmuşdur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmə-tibbi ekspertizası rəyinin nəticəvi hissəsində ekspert yuxarıda göstərilən tibbi sənədlərlə yanaşı həmçinin hadisə haqqında qəra rda göstərilən hallara da əsaslanmasını qeyd etsə də, həmin ekspertizanın təyin olunması haqqında 19 aprel 2022-ci il tarixli qərarda bu haqda ətraflı heç bir hal göstərilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası Zərərçəkmiş şəxs, özünün iddia etdiyi kimi, 19 aprel 2022-ci il tarixdə döyüldükdən sonra dərhal tibbi müəssisəsinə müraciət etməməsini nəzərə alaraq məhkəmə-tibbi ekspertizasının nəticələrinə şübhə ilə yanaşır və hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr də haqlı olaraq bu rəyi X9un və X10un onlara qarşı irəli sürülmüş ittiham üzrə xuliqanlıq cinayətini törətmələrinə dəlalət edən sübut kimi qəbul etməkdən imtina etmişlər. İşin faktiki halları barədə isə sübutları araşdıran birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, "xxxx" MTK-nın sədri və Zərərçəkmiş şəxs tə rəfindən bina sakinləri ilə bağlanmış alqı-satqı müqaviləsində hər mənzilin kvadrat metri üçün kommunal haqqının 0,30 qəpik nəzərdə tutulmasına baxmayaraq Zərərçəkmiş şəxs tərəfindən qiymətlər bina sakinləri ilə razılaşdırılmadan 0,10 qəpik artırılaraq 0,40 qəpiyə qaldırılmış, həmçinin mənzillərə dair çıxarışların verilməsi üçün müvafiq məbləğdə ödənişin edilməsinə baxmayaraq sözügedən çıxarışlar verilməmiş və qeyd olunan hallar əsaslı olaraq sakinlərin narazıçılığına səbəb olmuşdur. Bundan sonra bina sakinləri tərəfindən göstərilən problemlərin həlli məqsədilə FHN-nin və “ARB” telekanalının əməkdaşları 19 aprel 2022-ci il tarixdə həmin əraziyə baxış keçirilməsi və çəkilişin aparılması üçün cəlb edilmişlər. FHNnin və media işçilərinin çağırılması ilə razılaşmayan və buna hiddətlənən Zərə rçəkmiş şəxsla bina sakinləri arasında mübahisə baş vermiş, polis əməkdaşları isə həmin binaya yaxınlaşdıqda Zərərçəkmiş şəxs heç bir əsas olmadan X9 və X10 tərəfindən döyüldüyünü bildirərək şikayət etmişdir. Bu hallar isə məhz məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunmuş, həmin halları təkzib edən sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmələr tərəfindən əldə edilməmiş və apellyasiya instansiyası məhkəməsi də əsaslı olaraq birinci instansiyası məhkəməsinin bu haqda gəldiyi nəticə ilə razılaşaraq apellyasiya protestinə məhkəmə baxışı nəticəsində bu protestin təmin edilməsi və, birinci instansiya məhkəməsi kimi, X9un və X10un barələrində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina edib 05 iyun 2023-cü il tarixli hökmün qüvvəsində saxlanılması b arədə qanuni, ədalətli və əsaslandırılmış qərar qəbul etmişdir. Həmin qərarın ləğv edilməsi üçün əsaslar görməyən məhkəmə kollegiyası X9a və X10a qarşı CM-nin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamlara diqqət yetirərək vurğulayır ki, həmin ittihamlarda adları çəkilən şəxslərin bir qrup şəxs halında birləşərək 19 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 4 ünvanda yerləşən binanın qaraj hissəsində Zərərçəkmiş şəxsla mübahisə edib, ünvanına nalayiq ifadələr işlətməklə, vətəndaşların gözü qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cə miyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib, Zərərçəkmiş şəxs qarşı zora tətbiq etməklə ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmələri əks olunsa da, bu hərəkətlərin onlar tərəfindən edilməsi araşdırılmış sübutlarla təsdiq olunmamış, digər tərəfdən isə onların yaşadıqları binanın digər sakinləri ilə birlikdə etdikləri hərəkətlərin məhz xuliqanlıq kimi qiymətləndirilməsi aşağıda göstrilənlərlə də uzlaşmamışdır. Belə ki, yalnız birbaşa qəsdlə törədilən xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə əsasə n, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyat ın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozma q və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan m üvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli Qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 3 mart 2004cü il tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıq ca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyekti v cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyy ətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilm əsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyy ət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 30-cu bəndində qeyd edilir ki, CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, iş üz rə müvafiq nəticəyə gələrkən isə CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X9a və X10a təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestinin bütün dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir k, X9un və X10un, hər birisinin CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mü mkün olmadığından həmin şübhələr də onların xeyrinə təfsir olunmalı, bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Bütün təsvir edilənlərdən çıxış edən məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı A.M.Hüseynlinin və həmin protestin təmin edilməməsi barədə bəraət almış X9un, X10un və onların müdafiəçiləri Y.M.Rüstəmovun və F.N.İbrahimovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X9a və X10a, hər birisinə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X9 və X10, hər birisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-647/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-647/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver