Məhkəmə qərarları › İş №1(102)-647/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-647/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-647/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tar ixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəxri Məmmədov (sədrlik edən), Anar Sadıqov və Mahirə Kərimova) 26 dekabr 2023-cü il tarixli, 1(101)-2018/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məkhum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 8.092 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, DİN-nin Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən 20 aprel 2023-cü il tarixdə saat 02:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 115 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində ol an boz rəngli cins şalvarın arxa sağ yan cibindən 01 ədəd üzərində “West” yazısı olan siqaret qutusunun içərisindəki qara rəngli sellofan kəsiyinə bükülmüş 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 8,092 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən), Ziya Şirinov və İbrahim İbrahimli) 1(103)-540/2024 nömrəli, 29 fevral 2024cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1(101) 2018/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təhqiqatçı gündüz 3 radələrində ona məxsus “Vest” markalı siqaret qutusunun içərisində olan narkotik vasitəni arxa cibinə qoyaraq, çəkiliş zamanı təqdim etməsini bildirmişdir. Lakin çəkiliş zamanı görmüşdür ki, narkotik vasitə onun şəxsi istehlak üçün saxladığı narkotik vasitədən çoxdur və yaş haldadır. Narkotik vasitənin yaş halda olması onun çəkisinin artmasına səbəb olmuşdur. O, buna etiraz etmiş və çəkiliş baş tutmamışdır. Onlar məhkumu sakitləşdirib CM-in 234.1-ci maddəsi ilə təqsirləndiriləcəyini demişlər. Məhkum da deyilənlər ə inandığını əsas gətirərək, yenidən çəkilişin aparılmasına razılıq verdiyini qeyd etmişdir. Məhkum yalnız müstəntiq gəldikdən sonra narkotik vasitənin 8 qramdan çox olduğunu, bu səbəbdən CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinəcəyini öyrənmişdir. Buna baxmayaraq, məhkəmələr məhkumun azyaşlı uşağının olduğunu, hepatit-C xəstəliyindən və ayağındakı iltihabdan əziyyət çəkməsini kifayət qədər nəzərə almamış, ona ağır cəza təyin etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin ilkin dəlili məhkum üzərindən aşkar olunan narkotik vasitənin miqdarının şəxsi istehlak üçün saxladığı narkotik vasitədən çox və yaş halda olmasının qondarma olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkəmələrin gəldi yi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum satış məqsədi olmadan 8,092 qram miqdarında narkotik vasitə olan heroinin üzərində saxlaması və daşıması onun özünün və şahidlərin cinayət işi üzr ə məhkəmədə verdiyi ifadələrlə yanaşı, əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, maddi və digər sübutlarla da təsdiqini tapmışdır. Belə ki, məhkumun üzərində daha az miqdarında narkotik vasitə olan heroinin olması barədə ifadəsi bir-biri ilə uzlaşan digər sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslandığını və bu sübutlara üstünlük vermə səbəblərini öz hökmündə açıq şəkildə göstərmişdir. Kollegiya hesab edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticələr iş materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına tam uyğundur. Həmçinin, məhkumun təqsirinin müəyyən edilməsi zaman ı sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirildiyini nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsini əsaslı hesab edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə həm birinci həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və ə saslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həm birinci həm də apellyasiya instansiya məhkəməsinin hökm və qərarından da görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutlar məhkəmə iclasında tədqiq edilmiş və onların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişlər, hökm qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Res publikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Beləliklə, narkotik vasitənin çəkisinin polis əməkdaşları tərəfindən artırılması barədə kassasiya şikayətinin dəlili cinayət işi üzrə sübutlarla təkzib olunur, həmin sübutları şübhə altına almaq üçün cinayət işi üzrə heç bir əsas müəyyən edilməmişdir. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən onun ailə və sağlamlıq vəziyyətinin nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictim ai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən ci nayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instan siya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə almışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum əvvəllər Lənkəran Rayon Məhkəməsinin 29 mart 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2001-ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa Məhkum Rusiya Federasiyası, Moskva şəhəri, Çermuşkin Rayon Məhkəməsinin 28 may 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 228-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 iyun 2001-ci il tarixdə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Bundan başqa Vəliyev X2 Ağır Cinayətlər Məhkəməsinin 2 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 238.2.1, 234.4.1, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. 9 aprel 2020-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Vəliyev X2 Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bi r) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü maddəsinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikasının CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmələr cinayətlərin təhlükəli residivini Məhkum cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzə rdə tutulmuşdur. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 7-ci bəndinə əsasən cinayətlərin residivinin qanunla (CM-in 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-in 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cin ayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi CM-in 65.2-ci maddəsinin və "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Məhkum əməlində cinayətlərin təhlükəli residivinin yaranmasına görə düzgün cəza təyin etmişdir. Məhkəmə tərəfindən Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kass asiya şikayətinin məhkumun ailə və sağlamlıq vəziyyətini nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. B eləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar