Məhkəmə qərarları › İş №1(102)-648/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-648/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-648/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xaliqverdi oğlu və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökm ünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Cəlilov Oruc Yusif oğlu (sədlrik edən), Nuriyev Xamməd Abış oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx.xx.1985-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, «nia.az», «ismaric.az» və «nia 24 info» internet xəbər portallarının rəhbəri işləmiş, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, Bakıxa nov küçəsi, bina-1, mənzil 7 də qeydiyyatda olmaqla Neftçala şəhəri 06-cı məhəllədə fərdi yaşayış evində yaşamışMəhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma, eləcədə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Camalov Etibar Əli oğlu) Mə hkum müdafiəçisi Abdullayev Seymur Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum “nia.az”, “ismaric.az” və “nia24.info” xəbər saytlarının faktiki olaraq rəhbəri və idarə edən, yəni “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 13-2.1, 13-2.3.9-cu maddələrinə əsasən internet-informasiya ehtiyatlarından istifadə etməklə informasiya prosesləri ilə bağlı təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs kimi internet informasiya ehtiyatının və onun domen adının sahibi olaraq həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməli, təhqi r və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verməməli olduğu halda, xidməti, yəni informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması, informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibini və onun yerləşdirilməsi qaydasını müəyyən etmək səlahiyyətlərinin icrası ilə əlaqədar 2017-ci il ərzində rəhbərlik etdiyi saytlarda “xxxxxxxxxxxxxx” MMC-nin təsisçisi və faktiki rəhbəri Mirzəyev Ramazan Məmməd oğlunun şəxsi həyatına aid olan, konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilmədən, rəsmi təsdiqini tapmayan və sırf mülahizələrə əsaslanan və yayılmasının sonuncunun işgüzar nüfuzuna zərər vura bilən məlumatları dərc edərək, qeyd olunan məlumatların rəhbər i olduğu xəbər portallarından silinməsi və yeni məlumatların dərc olunmaması üçün Ramazan Mirzəyevin tanışı Əliyev Əsəd Yaqub oğlu vasitəsilə 2017-ci ilin dekabr ayında 2700 (iki min yeddi yüz) manatı qanunsuz hərəkətə görə rüşvət kimi istəmiş, lakin məqsədinə nail olmadığından qeyd edilən məlumatları həmin saytlarda saxladığına görə Ramazan Mirzəyevin yaxını Ağayev Rəşadət Mirdilavər oğlunun məlumatların ona məxsus xəbər portallarından silinməsi və yeni məlumatların dərc olunmaması üçün Məhkum müraciəti əsasında xx xxxxxx 2018-ci il tarixdə “xxxxxxxxxxxxxx” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 10 ünvanında yerləşən ofisində görüşdükləri vaxt o, Rəşadət Ağayevdən həmin məqsəd üçün vahid niyyətlə 4000 (dörd min) manat pulu hədə-qorxu gələrək yenidən rüşvət kimi istəm iş və həmin məbləğdə, yəni 4000 (dörd min) manat pulu Rəşadət Ağayevdən şəxsən rüşvət kimi qanunsuz hərəkətə görə vahid niyyətlə almışdır. Bundan başqa o, təkrarən, qeyd olunan xəbər saytlarının faktiki rəhbəri olmaqla təşkilati-sərəncamverici və inzibati təsərrüfat funksiyalarını yerinə yetirməklər yuxarıua göstərilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2017-ci il ərzində rəhbərlik etdiyi saytlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də onun Kompleks Qazma İşləri Trestinin fəaliyyəti, rəhbərliyi, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin qazma departamentinin rəis müavini Məmmədov İsa Rafael oğlu haqqında konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilmədən, rəsmi təsdiqini tapmayan və sırf mülahizələ rə əsaslanan işçilərin həmin şirkətdə qohumluq əlaqələrinə əsaslanaraq işə qəbul edilməsi, şirkətin rəhbər vəzifəli şəxsləri tərəfindən ölkə hüdudlarından kənarda daşınmaz əmlakların əldə edilməsi və sair məlumatları dərc edərək, 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nəriman Nərimanov metrostansiyasının yaxınlığında İsa Məmmədovla görüşərkən qeyd edilən məlumatların rəhbəri olduğu xəbər portallarından silinməsi və yeni məlumatların dərc edilməməsi üçün sonuncudan ona pul verilməsini tələb etmiş, əks halda İsa Məmmədovun barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlib İsa Məmmədovdan hər ay ona 100-200 manat pul verməsini istəmiş, İsa Məmmədovun həmin məqsədlə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nəriman Nərimanov metrost ansiyasının yaxınlığında yerləşən «Qala” kafesinin kassiri işləyən, cinayətdən xəbərsiz olan Abbasov Şahin Cəfər oğluna verdiyi 100 manat pulu həmin gün sonuncudan götürməklə, bundan sonra 2018-ci ilin mart ayında Neftçala şəhərində adı və ünvanı istintaqa məlum olmayan çay evində İsa Məmmədovdan şəxsən 100 manat, 2018ci ilin aprel ayında Neftçala şəhəri, «Qoltuq» yaşayış məhəlləsinin giriş hisəsində sonuncudan şəxsən 100 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat pulu rüşvət kimi vahid niyyətlə, şəxsən və vasitəçidən istifadə etməklə, təkrarən qanunsuz hərəkətə görə istəmiş və almışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kass asiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işdə olan sübutlarla və işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, məhkəmənin istinad etdiyi həmin rəsmi sənədlərin heç birində Məhkum adı keçmir, onun törədilmiş cinayətdə iştirakı heç bir mötəbər sübutla öz təsdiqini tapmır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Ramazan Mirzəyevdən və Rəşadət Ağayevdən hər hansı bir məbləğdə pul tələb etmədiyini, onlara hər hansı bir hədə qorxu gəlmədiyini, onlardan 1600 manat pulu Ramazan Mirzəyevin xahişi, yəni Məhkum səhhətində yaranmış fiziki problemin müalicəsi üçün xeyriyyəçi kimi yardım etdiyini bildirmişdir. Məhkum R.Ağayevdən və ya R.Mirzəyevdən pul alması və ya pul alacağı ilə hədələməsi, rüşvət istəməsi barədə heç bir sübut mövcud deyi ldir. Bundan başqa, İsa Məmmədovla bağlı irəli sürülmüş ittiham da əsassızdır. İsa Məmmədov hədə-qorxuya məruz qalana kimi Məhkum heç bir şikayəti olmamışdır. Ona zorla ərizə yazdırılmışdır. İsa Məmmədovla Məhkum arasında olan telefon danışıqlarında pulun nə üçün verilməsi, bunun müqabilində Məhkum nə etməli olduğu müəyyən edilmir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə cəza təyin edən zaman Məhkum şəxsiyyətini, səhhətini, onun ikinci qrup əlil olmasını, ondan heç kəsin şikayətinin və tələbinin olmamasını, ilk dəfə cinayət törətməyə görə təqsirləndirilməsini, anasının və atasının Məhkum himayəsində olmasını və.s. halları nəzərə almayaraq ona CM-nin 62-ci və ya 70-ci maddəsini əsassız olaraq tətbiq etməmişlər. Ona görə də Ali Məhkəmədən bəraət verilməsini xahiş edirik. Əgər bəraət verilm əsi belə mümkün olmasa nəzərə almaq lazımdır ki, müdafiə etdiyim şəxsə qarşı irəli sürülmüş ittihamı nəzərə alsaq belə ona qarşı irəli sürülmüş ittiham düzgün tövsif edilməyib. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli apellyasiya şikayətinə yekun məhkəmə baxış iclası qərarının ləğv edilməsi, Məhkum barəsindəki cinayət təqibi üzrə icraata AR CPM-nin 39.1.2-ci maddəsilə yəni, əməldə cinayət tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısını n çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar q əbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyy ən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiym ətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir, həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tət biq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab e tmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsinin təyin etdiyi cəza işin faktiki hallarına uyğundur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar