Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-648/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X23 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, xxxx Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan R espublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə xxxx Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: xxxx Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət tərkibdə) 17 yanvar 2019-cu il tarixli hökmü ilə 13 mart 1950-ci ildə Balakən rayonunun Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, ünvan 1 ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsində nəzərdə tutulan cinayət əməlini tö rətməkdə təqsirli bilinib 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar ayrı ayrılıqda qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 aprel 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2, 32.5, 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdirlər. xxxx Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, xxxx Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 6 nömrəli binanın (TKJ küçəsi, ev 3) 3-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 80,9 kv.m. olan 7 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 30.09.2009-cu il tarixli 034202 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs41 məxsus olduğunu bildiyi halda, bu faktı alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 14.02.2014-cü il tarixdə 70000 ABŞ dollarına (həmin dövrün məzənnəsinə uyğun olaraq 55.000 manat) X4 qanunsuz satmaqla, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində sonuncunun atası Zərərçəkmiş şəxs3 alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rə smi sənədləri - mənzilin Minəxanım Əliyevaya satılması barədə qeyd olunan Kooperativin 14.02.2014-cü il tarixli 02 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında eyni tarixli maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs3 70000 ABŞ dollar məbləğində külli miqdarda əmlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 6 nömrəli binanın (TKJ küçəsi, ev 3) 13-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 57,30 kv.m. olan 36 №-li mənzi lin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 27.10.1994-cü il tarixli 022268 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs48 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 25.02.2014-cü ildə 125000 manata Zərərçəkmiş şəxs22 qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncudan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə bilə- bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Zərərçəkmiş şəxs22 satılması barədə qeyd olunan Kooperativin 25.02.2014-cü il 02 nömr əli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs22 125000 manat məbləğində külli miqdarda əmlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 6 nömrəli binanın (TKJ küçəsi, ev 3) 10-cu mərtəbəsində yerləşən, yaşayış sahəsi 43,4 kv.m. olan 26 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin orderi əsasında X9 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlə dib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 24.04.2016-cı ildə 52000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 78400 manat) Zərərçəkmiş şəxs6 qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncudan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Zərərçəkmiş şəxs6 satılması barədə qeyd olunan Kooperativin 24.04.2016-cı il 02 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs6 52000 ABŞ dolları məbləğində külli miqdarda ə mlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 6 nömrəli binanın (İÜK küçəsi 3) 10-cu mərtəbəsində yerləşən, yaşayış sahəsi 57,6 kv.m. olan 27 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 15.04.2008-ci il tarixli 026400 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs45 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 11.08.2016-cı ildə 118000 manata X10 qanu nsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncunun qohumu Zərərçəkmiş şəxs17 alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Təranə balayevaya satılması barədə qeyd olunan Kooperativin 11.08.2016-cı il 04 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs17 118000 manat məbləğində külli miqdarda əmlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 8 nömrəli binanın (TKJ küçəsi, ev 4) 4-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 43,4 kv.m. olan 56 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 11.09.1995-ci il tarixli 022975 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs54 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 06.10.2016-cı ildə 82000 manata Zərərçəkmiş şəxs35 qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncudan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövd ələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Zərərçəkmiş şəxs35 satılması barədə qeyd olunan Kooperativin 06.10.2016-cı il 03 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs35 82000 manat məbləğdə külli miqdarda əmlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq al datma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 6 nömrəli binanın (TKJ küçəsi, ev 3) 12-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 57,6 kv.m. olan 33 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 19.03.2007-ci il tarixli 018771 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs47 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu bildirməklə aldadaraq 21.10.2016-cı ildə 146000 manata Zərərçəkmiş şəxs21 Zeynalabdin oğluna qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncudan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Zərərçəkmiş şəxs21 satılması barədə qeyd olunan Kooperativin 21.10.2016-cı il 04 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs21 146000 manat məbləğində külli miqdarda əmlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girərək özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 8 nöm rəli binanın (TKJ küçəsi, ev 4) 6-cı mərtəbəsində yerləşən, yaşayış sahəsi 30,99 kv.m. olan 64 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 14.02.1995-ci il tarixli 022254 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs55 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 25.01.2017-ci ildə 103000 manata Zərərçəkmiş şəxs39 oğluna qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncudan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil- tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Zərərçəkmiş şəxs39 satılması barədə həmin Kooperativin 25.01.2017-ci il 01 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs39 103000 manat məbləğində külli miqdarda əmlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti kooperativin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girməklə özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 6 nömrəli binanın (TKJ küçəsi, ev 3) 15-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 44,3 kv.m. olan 41 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-tikinti Kooperativ Təsərrüfatı İdarəsinin 11.11.2002-ci il tarixli 001572 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs50 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu bildirməklə aldadaraq 18.03.2017-ci ildə 101000 manata X3 qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncunun həyat yoldaşı X6 alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Qönçə Cəfərovaya satılması barədə həmin Kooperativin 18.03.2017-ci il 03 nömrəli iclas protokolunu, həmi n tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Xəqani Cəfərovun 101000 manat məbləğində külli miqdarda əmlakını aralarında bölməklə, Bundan başqa o, təkrarən "xxxx” Mənzil-tikinti kooperativinin İdarə heyətinin sədri X13 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşaraq əlbir olub cinayət əlaqəsinə girib özgənin əmlakını ÜKJun qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, xxxx şəhəri, Yasamal rayonu, HSY küçəsi, 6 nömrəli binanın (TKJ küçəsi, ev 3) 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 30,7 kv.m. olan 29 №-li mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 10.02.1995-ci il tarixli 022247 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs46 məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədib mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq 05.07.2017-ci ildə 169400 manata Zərərçəkmiş şəxs19 Ələkbər oğluna qanunsuz satmaqla, həmin pul vəsaitini Kooperativin ofisində sonuncudan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx” Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri ÜKJun təkrarən məzmununa tamah niyyəti ilə bilə- bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiqlədiyi saxta rəsmi sənədləri - mənzilin Zərərçəkmiş şəxs19 satılması barədə həmin Kooperativin 05.07.2017-ci il 01 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verməklə, Zərərçəkmiş şəxs19 169400 manat məbləğində külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü "xxxx” MTK-nın İdarə heyətinin sədri X7 vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslər - Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs54, Zərərçəkmiş şəxs47, Zərərçəkmiş şəxs55, Zərərçəkmiş şəxs50 və Zərərçəkmiş şəxs46 məxsus mənzilləri qanunsuz satmasına şərait yaratmaqla 8 fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətindən suii stifadə etməsinə və tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərinin təkrarən törədilməsinə mənzillərin qanunsuz satılması üçün zərərçəkmişlərin tapılmasında ifadə olunan məlumatları ilə, habelə cinayətlərin törədilməsi üçün alıcılara həmin mənzilin ona məxsus olduğunu bildirməklə maneləri aradan qaldıraraq, həmin şəxslərə cinayətin vasitəsi olan saxta sənədləri bilavasitə təqdim edib cinayətin törədilməsi üçün vasitələri verməklə kömək etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: xxxx Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, həm ibtidai istintaq o rqanı, həm də məhkəmələr işə düzgün yanaşmamış, işin halları səthi araşdırılmış, qərəzli qərar qəbul edilmişdir. Məhkum məhkəmə proseslərində vəsatətlər təqdim edərək işin düzgün araşdırılmasını xahiş etdiyini, lakin həmin vəsatətlərin nəzərə alınmadığını, işin araşdırılmadan qanunsuz qərar qəbul edildiyini vurğulayır. Məhkum qeyd olunanların nəzərə alınmasını, xxxx Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi4 kassasiya şikayətinə əlavə verərək məhkumun əsassız yerə təqsirləndirildiyini, təqsirli bilindiyi cinayət əməlinin törətməsinə dair heç bir mötəbər sübutun olmadığını vurğulamışdır. Müdafiəçi kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Cinayət Məcəll əsinin 308 və 313.5-ci maddələri vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığı cinayətlərini nəzərdə tutsa da, iş materiallarından göründüyü kimi Məhkum dələduzluq cinayətlərinin baş verdiyi “xxxx” MTK-da heç bir rəsmi və qeyri rəsmi vəzifə tutmamış, orada texniki işçi kimi də fəaliyyət göstərməmişdir. Heç bir maliyyə arayışlarında Məhkum imzası yoxdur. Məhkum da əslində MTK rəhbəri ÜKJa inandığına görə onun hərəkətlərindən zərər çəkmişdir. Həmçinin, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində dələduzluq yolu ilə külli miqdarda ziyan vurulması ilə dələduzluq cinayətinin törədilməsi nəzərdə tutulmuş lakin, Məhkum tərəfindən həmin maddə üzrə zərərçəkmişlərdən külli miqdarda pulun alınaraq mənimsənilməsi faktı nə təqsirləndirilən şəxslərin ifadələri, nə də hər hansı sənədlə t əsdiq olunmamışdır. Belə ki, işdə olan materiallara, təqsirləndirilən şəxslərin ifadələrinə görə Məhkum MTK rəhbəri ÜKJla uşaqlıqdan dost olduğuna görə ona inanaraq onun tapşırığı ilə zərərçəkmiş şəxslərdən satılıan mənzillərin pulunu alaraq ÜKJa vermiş və həmin pullardan Məhkum heç bir pay verilməmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Məhkum verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinin çıxarılması üçün işi yenidən xxxx Apellyasiya Məhkəməsinə qaytarılmasını, həmçinin himayəsində azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməkdə ittiham olunmasını nəzərə alaraq Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər qətimkan tədbiri ilə əvəz olunmasını xahiş etmişdir. Hüquqi m əsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlər in həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq h üququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmi ş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhk um təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X13 öz ifadəsində qeyd etmişdir ki, “...Bütün mənzilləri özü hazırladığı saxta sənədlər əsasında satmış, formal olaraq özündən protokol tərtib etmiş və MTK-nın möhüründən istifadə etm işdir. STV MTK-nın komendantı olmuş, sonuncunun köməkliyi ilə müştəri taparaq mənzilləri satmışdır. Belə ki, STV ayrı-ayrı “makler”lər vasitəsi ilə müştəri tapmış və mənzilləri onun adından həmin şəxslərə satmışlar. Hər mənzil satışından STVə 2000-3000 manat pul vermişdir. Məhkum və Çingiz Bağırov tanışlarıdır, onların adına da mənzil sənədləşdirərək satmışdır. Mənzil satışından eyni qaydada onlara 2000-3000 manat pul vermişdir. O, vətəndaşları aldadaraq aldığı pulların bir hissəsini kirayə haqqı kimi onlara qaytarmış, digər hissəsini isə tikinti layihəsinə xərcləmişdir...” İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, “...STV zəng edərək 120000 manata ucuz mənzil satıldığını, əgər istəyir sə təcili almasını təklif etmişdir. O, Eynura 50.000 ABŞ dolları pulu olduğunu demiş, Eynur isə iki üç gün sonra xəbər edəcəyini bildirmiş, STV 24.04.2016-cı ildə ona yenidən zəng edərək mənzilin sahibinin 50000 ABŞ dollarına satmağa razı olduğunu qeyd etmişdir. O, 24.04.2016-cı il tarixdə MTK-nın ofisinə getmiş və orada STV onu Ruhin Əskərovla tanış edərək mənzilin sahibi olduğunu bildirmişdir. Ruhin Əskərov bina tikiləndən həmin mənzili aldığını, təcili pul lazım olduğuna görə satdığını demişdir. Məhkum əlavə olaraq bildirmişdir ki, əgər gələcəkdə evi satmaq fikri olsa, yenidən özünə satsın. ÜKJ həmin vaxtı Ruhin Əskərovu uzun müddətdir tanıdığını qeyd edərək, sonra birlikdə Ruhin Əskərova məxsus olan 26-cı mənzilə baxmışlar. O, mənzili bəyəndiyinə görə razılaşmış və X19 Kontoruna gedərə k mənzildən imtina barədə ərizə yazmışdır. Ofisdə isə o, ÜKJa 1000 manat pul vermiş və ünvan 3 nömrəli evin 26-cı mənzili adına sənədləşdirilmişdir...” İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 Ziyaddin oğlu ifadəsində qeyd etmişdir ki, “2014cü ilin fevral ayında mənzil almaq fikri olduğuna görə xxxx şəhərində yerləşən ev alqı-satqı ofislərinə məlumat vermişdir. 2014-cü ilin fevral ayının sonlarında Firdovsi adlı makler ona zəng edərək ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında 3 otaqlı mənzil satıldığını demişdir. Onunla danışaraq dediyi ünvana getmiş və mənzilin sahibi X14 ilə tanış olmuş, Ruhin Əskərov mənzilin ona məxsus olduğunu, atası tərəfindən alındığını, mənzili 150000 ABŞ dollarına sa tmaq istədiyini bildirmişdir. O, Ruhinlə birlikdə 36 nömrəli mənzilə baxmış, mənzil xoşuna gəldiyinə və qiyməti münasib olduğuna görə almaq qərarına gəlmişdir. 25.02.2014-cü il tarixdə Məhkum onun xeyrinə mənzildən imtina barədə ərizə yazaraq notarial qaydada təsdiq etdirib ona təqdim etmiş və birlikdə ÜKJun yanına getmişlər. Emil özünü MTK-nın komendantı kimi təqdim etmiş və MTK-nın sədrinin Adil Qədirov olduğunu bildirmişdir. Həmçinin mənzili Türkiyə Respublikasının vətəndaşına kirayə verdiyini, hazırda həmin şəxslərin mənzildə yaşadıqlarını və aylıq 900 manat kirayə haqqı verdiyini demişdir. ÜKJ sədrin xxxx şəhər İcra Hakimiyyətində oturduğunu demiş, bundan 2 saat sonra bir nəfər yaşlı, orta boylu, bir qədər kök və gözlüyü olan şəxs gələrək Adil Qədirov olduğunu bildirmiş və ÜKJun ona təqdim etdiyi 25.02.2014-cü il tarixli 02 nömrəli protokolu, çıxarışı və maliyyə arayışını imzalayaraq getmişdir. Sənədlər tam imzalandıqdan sonra Məhkum 120000 manat, sənədləşmə üçün 5000 manat isə ÜKJa vermişdir. 2014-cü ilin mart ayında ÜKJ ona 900 manat kirayə pulu vermişdir. Bir aydan sonra Orxan adlı şəxs zəng edərək mənzilində kirayə qalan şəxslə birlikdə işlədiklərini, onun problemi çıxdığına görə Türkiyə Respublikasına qayıtdığını, bundan sonra özünün qalacağını bildirmişdir. Bir müddət sonra o, Orxan adlı şəxslə görüşmüş və mənzili aylıq 800 manata Orxana kirayəyə vermişdir. 2014-cü ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi 6000 manat kirayə pulu almışdır. Bir müddət sonra Orxan evi təhvil verərək çıxmış və STV mənzili ondan kirayəyə götürmüşdür. 2017-ci ilin noyabr ayın a kimi Eynurdan 20440 manat kirayə pulu almış, 2017-ci ilin oktyabr ayında məlum olmuşdur ki, Emil və Eynur onu aldatmışlar. Onun xahişi ondan ibarətdir ki, ÜKJ, Məhkum və STVin onu aldadaraq əldə etdiyi 120000 manat pulunu qaytarsınlar” İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs19 ifadəsindən görünür ki, “...STV zəng edərək təcili 2 otaqlı mənzil satıldığını demişdir. O, mənzilin qiymətini maraqlandıqda əvvəl aldığı mənzillə eyni qiymət olduğunu demişdir. O razılaşmış və 05.09.2017-ci ildə binanın həyətində STVlə görüşmüşdür. STV onu Məhkumla tanış edərək, mənzilin sahibi olduğunu bildirmişdir. Onunla ümumi söhbət edərək mənzili nə vaxt aldığını maraqlandıqda, Ruhin mənzili 2-3 il bundan əvvəl aldığını, təcili pula ehtiyacı olduğuna görə satdığını demişdir. Onunla razıla şaraq 169.400 manat pulu Məhkum vermiş və birlikdə ÜKJun ofisinə getmişlər. X22 ünvan 3 nömrəli evin 29-cu mənzilini onun adına sənədləşdirmiş, həmin mənzili də eyni qaydada aylıq 550 manat kira haqqı vermək şərti ilə Eynura vermişdir. STVdən 56 nömrəli mənzilə görə hər ay 550 manat olmaqla, ümumilikdə 3 ay 1650 manat kirayə pulu almışdır. İkinci aldığı mənzilə görə isə kirayə pulu almamışdır. O, 2017-ci ilin oktyabr ayında aldığı mənzildə qalan kirayəçiləri çıxarmaq üçün mənzilə getmiş və mənzildə yaşayan şəxs mənzilin ona məxsus olduğunu demişdir. Mənzildə yaşayan şəxslə mübahisə etmiş, lakin onun sənədlərinə baxdıqda ona verilən sənədlərlə eyni olduğunu görmüşdür...” İş materiallarında olan Məhkum 18.03.2017-ci il tarixli ərizəsindən görünür ki, sonuncu xxxx şəhəri, Yasamal rayonu, İÜK küçəsi, 3 nömrəli evin 41-ci mənzildən X2 xeyrinə imtina etmişdir. (cild 01, iş vərəqə 61) İş materiallarında olan mənzilin alqı-satqısına dair 18.03.2017-ci il tarixli ilkin müqavilədən görünür ki, xxxx şəhəri, Yasamal rayonu, İÜK küçəsi, 3 nömrəli evin 41-ci mənzili Məhkum tərəfindən 88000 manata X2 nümayəndəsi X1. (cild 01, iş vərəqə 63) İş materiallarında olan Məhkum 22.04.2016-cı il tarixli ərizəsindən görünür ki, sonuncu xxxx şəhəri, Yasamal rayonu, İÜK küçəsi, 3 nömrəli evin 25-ci mənzildən Zərərçəkmiş şəxs6 xeyrinə imtina etmişdir. (cild 01, iş vərəqə 103) Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sü but olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qa nunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsi və xxxx Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi ü zrə xxxx Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-648/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-648/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver