Məhkəmə qərarları › İş №1(102)-648/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-648/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-648/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 qızının, Məhkum və onun müdafiəçisi – “XXX15” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏNETDİ: Bakı A ğır Cinayətər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1994-cü ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan3-də qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 12 aprel 2022-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qey diyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 6 (altı) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum n aməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə 8,358 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “XXX20” Ticarət Mərkəzinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada saat 16:10 radələrində inzibati otaqların birində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının ön sol cibindən 10 (on) ədəd şəff af sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,787 qram, 0,816 qram, 0,901 qram, 0,810 qram, 0,853 qram, 0,816 qram, 0,846 qram, 0,844 qram, 0,883 qram, 0,802 qram, ümumilikdə təmiz çəkisi 8,358 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış olduğu kirayədə yaşadığı ünvan5ında yerləşən bir otaqdan ibarət fərdi yaşayış evinə 12 aprel 2022-ci il tarixdə saat 19:30 radələrində video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman evin içərisində quraşdırılmış odun sobasının içərisindən 3 (üç) ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,644 qram, 0,879 qram, 0,869 qram, ümumilikdə təmiz çəkisi 2,392 qra m kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə o, müstəsna olaraq özünün istehlakı üçün heroin narkotik vasitəsini əldə edib saxladığı halda əsassız olaraq onun əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da ona törətdiyi əmələ uyğun olmayan həddindən artıq ağır cəza təyin olunmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2022-ci il tarixli qə rarının dəyişdirilməsini, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı ol mayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin satış məqsədi olamadan narkotik vasitəni əldə etmə, saxlama kimi tövsif edilməli olduğu halda, məhkəmələr tərəfindən düzgün olmayaraq satış məqsədi ilə törədilən əməl kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu və ona həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2022-ci i l tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi (qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması) birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun tərəfindən verilmiş apellyasi ya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində bilavasitə tədqiq olunmuş sübutların məcmusu ilə, yəni o cümlədən, Məhkum ibtidai istintaq zamanı verdiyi (məhkəmədə elan olunmuş) etirafedici ifadəsi; Şahid1 ibtidai istintaq zamanı alınmış (məhkəmədə elan olunmuş) onun Məhkum pul müqabilində narkotik vasitə əldə etməsinə dair ifadəsi; Məhkum saxlayaraq polis şöbəsinə gətirmiş polis əməkdaşları Şahid2, Şahid3, X3 məhkəmədə verdikləri ifadələri; Məhkum üzərindən 10 ədəd bükümdə, kirayədə yaşadığı evdən isə 3 ədəd bükümdə heroin narkotik vasitəsinə bənzər maddənin, habelə elektron tərəzinin götürülməsini əks etdirən müvafiq olaraq 12 aprel 2022-ci il tari xli “şəxsi axtarış və götürmənin keçirilməsi haqqında” və eyni tarixli evə “baxış keçirilməsi haqqında” protokollar; götürülmüş bükümlərdəki maddələrin külli miqdar təşkil edən heroin narkotik vasitəsi olmasına dair məhkəmə kimyəvi ekspertizasının 13 aprel 2022-ci il tarixli rəyi; Məhkum istifadə etdiyi mobil telefona daxil olan və çıxan çoxsaylı “SMS”-lərə baxış keçirilməsi haqqında protokol və başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş (o cümlədən, kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafi q qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar, onlardan irəli gələn halların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və ş ərh edilməsini zəruri saymır. Məhkum cəzanın təyin edilməsi məsələsi üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib Məhkum hökmlə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 7 (yeddi) ildən 6 (altı) ilə endirməklə iş üzrə cəzanı yüngülləşdirən hallarla yanaşı cəzanı ağırlaşdıran halların da olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın məqsədləri ilə birlikdə götürməklə nəzərə almış, Məhkum CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə, yəni Məhkum təyin olunmuş cəzanın daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar