Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-649/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib: Samirə Cavid qızı Nəsibova Tərcüməçi: Adilova Nigar Vidadi qızının, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkumlar: Məhkum3, Məhkum1, Məhkum2, Qanuni nümayəndə: Qanuni nümayəndə, Zərərçəkmiş şəxs: X3 Müdafiəçilər: X15 və Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum3, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarından Məhkum3 müdafiəçisi X15 və Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: X14 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə) Məhkum3 – xx xxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ********** saylı orta məktəbin 10-cu sinif şagirdi, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 2 gün təyin edilmiş cəzadan çıxılmaqla, üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum1 - xx xxxx 2000-ci il tarixdə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri İdman liseyinin 10-cu sinif şagirdi, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun ********** kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci mad dəsi ilə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum2 - xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ****** saylı orta məktəbin 11-ci sinif şagirdi, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 2 gün təyin edilmiş cəzadan çıxılmaqla, üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum3, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olub, bir qrup şəxs halında yumruq, təpik və daş parçası ilə zərərçəkmiş şəxsi vurub, ona qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişlər. Belə ki, Məhkum3, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, 2016-cı ilin may və sentyabr aylarında Məhkum3 və X3 arasında hər ikisinin sevdiyi eyni qıza görə olan mübahisə nəticəsində X16 döyməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə 03 oktyabr 2016-cı il tarixdə, saat 19 radələrində ünvan 4 ünvanının qarşısında F6 görüşmüş və aralarında baş vermiş mübahisə zamanı onlar X6 qəsdən sifətindən və b ədəninin müxtəlif nahiyələrindən yumruq, təpik və daş parçası ilə bir neçə dəfə vuraraq yerə yıxıb, ona alın sümüyünün sağdan qaş qövsünün və gözyuvası üstü hissəsinin qəlpəli basılmış sınığı ilə müşayiət olunan sağ qaşüstü nahiyənin əzilmiş yarası, alnın sağ yarısının şişkinliyi və sağ göz yuvası nahiyəsinin qançırı ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, alt çənənin sağ bucaq nahiyəsinin sınığı ilə müşayiət olunan alt çənənin şişkinliyi ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, döş qəfəsinin və sol bazunun sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmişlər. Hökmdən müdafiəçilər və qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya ş ikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2018-ci il tarixli, 1(103)-299/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 1(101)-1207/2017 saylı hökmü dəyişdirilmiş, apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilərək təyin edilmiş 3 il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 ay sın aq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkum3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 -ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 -ci maddəsinə tövsif edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 -ci maddəsilə aylıq qazancından 15 % məbləğində pul tutulmaqla 1 il islah işləri cəzası təyin edilib məhkəməyədək icraatda həbsdə saxlanıldığı 2 gün, (1 gün azadlıqdan məhrum etmə =3 gün islah işləri) 6 gün islah işləri cəzasına hesablanmaqla, çəkməsi üçün 11 ay 24 gün islah işləri cəzası saxlanılmış, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 -ci maddəsilə təyin edilmiş 1 il islah işləri cəzasının çəkilməmiş qalan 11 ay 24 gün islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə aylıq qazancından 15 % məbləğində pul tutulmaqla 1 il islah işləri cəzası təyin edilsin, məhkəməyədək icraatda həbsdə saxlanıldığı 2 gün, (1 gün azadlıqdan məhrum etmə=3 gün islah işləri) 6 gün islah işləri cəzasına hesablanmaqla, çəkməsi üçün 11 ay 24 gün islah işləri cəzası saxlanılmış və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təyin edilmiş 1 il islah işləri cəzasının çəkilməmiş qalan 11 ay 24 gün islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1(103)-299/2018 saylı qərarından Məhkum3 müdafiəçisi X15, məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxs X9 və nümayəndəsi X2 tərəfindən kassasiya şikayətləri və dövlət ittihamçısı M6 tərəfindən kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 1(102)-864/2018 saylı qərarı ilə məhkumların müdafiəçilərinin kassasiya şikayətləri təmin edilməmiş, kassasiya protesti və zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilərək məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 m art 2018-ci il tarixli, 1(103)-299/2018 saylı qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 1(103)-33/2019 saylı qərarı ilə Məhkum2 müdafiəçisi Müdafiəçi1, Məhkum1 müdafiəçisi X13 və qanuni nümayəndəsi X7, Məhkum3 müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum3, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 1(101)-1207/2017 saylı hökmünün dəyişdirilməsi, məhkumlar Məhkum1 və Məhkum2 barələrində hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 məhkəmə iclas zalından həbs olunmaları və onların cəzaçəkmə müddətlərinin əvvəli həbsə alındıqları vaxtdan, yəni 11 yanvar 2019-cu il tarixdən hesablanması, hökmün apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 1(103)-33/2019 saylı qərarından Məhkum3 müdafiəçisi X15 kassasiya şikayəti verərək, qərarın dəyişdirilərək Məhkum3 barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın şərti hesab edilməsini, Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 11 yanvar 2019-cu il tarixli, 1(103)-33/2019 saylı qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum3 müdafiəçisi X15 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən Məhkum3 ilk dəfən cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, müsbət xarakterizə olunmasını, tıyin olunmuş cəzanın ailəsinin həyat şəraitinə təsirini, yeni işə düzələrək ailəyə dəstək olduğunu nəzərə almamışdır. Hesab edir ki, bu hallar nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməlidir. Göstərilənlər nəzərə alınaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində göstərmişdir ki, cinayət işi üzrə əsas sübutlar 3 təqsirləndirilən şəxsin və 1 zərərçəkmiş şəxsin ifadələridir. Məhkum1 və Məhkum2 cinayət əməlləri sübuta yetirilməmişdir. Zərərçəkmiş ifadələrində Məhkum2 onu konkret nə zaman və bədəninin hansı nahiyyəsindən vurduğunu göstərməmişdir. Müdafiəçi zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsində və ibtidai istintaq müddətində verdiyi ifadələrdən xülasələrə istinad edərək hesab etmişdir ki, cinayət işinin materialları ilə tam sübuta yetirilir ki, 03.10.2016-cı il tarixdəki dava zamanı O6 orada olmamaışdır. Zərərçəkmiş şəxs isə bütün istintaq müddətində deyir ki, qəflətən M6 və O6 qollarını tutdular M6 da əlində böyük mişar daşı parçası bir dəfə alnının sağ tərəfindən güclü zərbə ilə vurdu. Məntiqlə əgər O6 hadisə yerind ə olmamışsa deməli Mübariz F6i tutmamışdır. Kassasiya şikayətində bütün təqsirləndirilən şəxslərin ifadələrinə istinadən göstərilmişdir ki, bütün təqsirləndirilən şəxslər demişdir ki, F9 İ6a dedi ki, zəng edib Anstasiyyadan üzr istəsin. Bundan sonra İ6 telefonla zəng edib anastasiyyadan üzr istəmişdir. F6 daha sonra İ6a demişdir ki, “əgər səni bağışlamağımı istəyirsənsə qaçaqaça gəlib başını divara vurmalısan”. İ6 başını divara vurmadığı üçün F6 İ6 vurmuşdur. Müdafiəçi göstərmişdir ki, tam əminliklə deyirəm ki, zərərçəkmiş F6 hadisədən sonra (hamı çıxıb getdikdən sonra) sürətlə qaçaraq başını divara vuraraq, özünə ekspert tərəfindən verilən “ağır xəsarət” yetirmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrə nib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların, qanuni nümayəndənin müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhk əmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlilləri Məhkum1 günahsız olması, Məhkum2 əməlində cinayət tərkibibin olmaması, zərərçəkmiş F6 hadisədən sonra (hamı çıxıb getdikdən sonra) sürətlə qaçaraq başını divara vuraraq, özünə ekspert tərəfindən verilən “ağır xəsarət” yetirməs i əsasları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin kassasiya şikayəti, dövlət ittihamçısının kassasiya protestinə əsasən işə baxan Ali Məhkəmənin Cinayət Kolleçiyasının 12 iyul 2018-ci il tarixli qərarı ilə məhkumların cinayət əməllərinin hüquqi tövsifinin Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsinə dəyişdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Həmin qərarla həm də məhkumların cinayət əməllərinin sübuta yetirilməməsi v ə onlara bəraət verilməli olmasına dair müdafiə tərəfinin kassasiya şikayətləri də təmin edilməmişdir. Bununla da Ali Məhkəmənin Cinayət Kolleçiyası məhkumların cinayət əməllərinin hüquqi tövsifi barədə həm müdafiə tərəfinin və həm də ittiham tərəfinin dəlillərinə hüquqi qiymət verməklə, həmin məsələ ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli hökmü ilə gəlinmiş nəticələrə heç bir irad bildirməmiş və bu nəticələrlə razılaşmışdır. Cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kolleçiyasının 12 iyul 2018-ci il tarixli qərarı hazırda qanuni qüvvədə olduğu halda məhkəmə kollegiyası Məhkum1 günahsız olması, Məhkum2 əməlində cinayət tərkibibin olmaması, zərərçəkmiş F6 hadisədən sonra başını divara vuraraq, özünə ekspert tərəfindən verilən “ağır xəsarət” yetirməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Ümumiyyətlə həmin dəlillərlə bağlı kassasiya şikayətlərinin dəlillərinə Ali Məhkəmənin Cinayət Kolleçiyasının 12 iyul 2018-ci il tarixli qərarı ilə hüquqi qiymət verildiyindən, bu barədə kassasiya şikayətləri təmin edilmədiyindən eyni məsələlərə yenidən baxılması hüquqi müəyyənlik prinsipinə ziddir. Lenskayanın Rusiyaya qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 29.01.2009-cu il tarixli qərarında göstərilir ki, “Hüquqi dövlətin ən mühüm Prinsiplərindən biri hüququi müəyyənlikdir və onun mənasına görə heç bir tərəf yalnız işin yenidən araşdırılması və ya yeni qərar əldə edilməsi məqsədi ilə prosesin yenidən keçirilməsini tələb edə bilməz. Bu prinsipdən yalnız o hallarda kənara çıxıla bilər ki, əhəmiyyətli və xüsusuilə vac ib hallar bunu tələb etsin. Konvensiya prinsipcə yekun məhkəmə qərarı ilə nəticələnmiş prosesin Dövlətlərə məhkəmə səhvlərinin düzəldilməsinə imkan vermək üçün yenidən açılmaşına icazə verir. Cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı ilə də məhkumların cinayət əməllərinin hüquqi tövsifi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli hökmü ilə gəlinmiş nəticələr dəyişdirilmədən saxlanmışdır. Həmin qərarda və birinci instansiya məhkəməsinin hökmündə məhkumların cinayət əməllərinin hüquqi tövsifi Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq toplanmış, tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusuna əsasən sübut edilmişdir. Cinayət işinin materiallarında toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin məhkumların cinayət əməllərinin hüquqi tövsifi barədə dəlilləri təmin edilməməlidir. Məhkum3 müdafiəçisi X15 oğlu kassasiya şikayəti verərək, qərarın dəyişdirilərək Məhkum3 barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, qərarından müəyyən edilir ki, Məhkum3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə, CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə qanunla müəyyən edilmiş sanksiyanın (6 ildən on bir ilədək azadlıqdan məh rum etmə) aşağı həddindən də az cəza təyin edilmişdir. Bu zaman məhkəmə məhkumun cəzasını yüngülləşdirən halları, o cümlədən kassasiya şikayətində sadalanan halları da nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndiril ən şəxs Məhkum3 oğl özünü törətdiyi cinayət əməlində təqsirli bilməmiş və bununla da törətdiyi əməldən peşimançılığını nümayiş etdirməmişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Törədilmiş cinayət ağır cinayət kateqoriyasına aiddir, qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilmişdir. Bu hallar həm cinayətin ictimai təhlükəlilk dərəcəsini və həm də məhkumun cinayət törətdikdən sonra davranışını, onun öz əməlinə münasibətini xarakterizə edən hallardır. Göstərilən hallar məhkumun cəza çəkmədən islah olunmasının mümkün olmayacağına dəlalət edən hallardır. Ona görə də apellyasiya instansiya məhkəməsi düzgün olaraq onun barəsində şərti məhkumetmə tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan hə min məsələ ilə əlaqədar kassasiya şikayətinin dəlilləri də təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilmsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum3, Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üz rə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı məhkumların müdafiəçilərinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-649/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-649/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver