Məhkəmə qərarları › İş №1(102)-649/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-649/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-649/2020 07.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Abasov Nizami Noruz oğlunun iştirakları ilə xx xxxx 1983-cü ildə Göyçay rayonu, Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi ə məklə məşğul olan, ünvan qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 149.2.1 və 150.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Abasov Nizami Noruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli hökmünə əsasən (hakimlər: R.İ.Hüseynov (sədrlik edən), B.M.Məmmədov və N.N.Mirzəyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.2.1 və 150.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli b ilinib, CM-in 149.2.1-ci maddəsi ilə 06 il müddətə, CM-nin 150.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və R.Ə.Əliyev) apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 149.2.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli hökmü Təqsirləndirilən şəxs CM-in 150.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı qərarla ona CM-in 149.2.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona qəti cəza 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X5 və Təqsir ləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişlər ona görə ki, onlar xx xxxx 2018-ci ildə gün ərzində Göyçay rayonunun müxtəlif kafelərində spirtli içki qəbul etdikdən sonra, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayonu Qaraməryəm kəndinin dairəsində yerləşən marketlərdən birindən pivə alaraq saat 23 radələrində həmin pivəni içmək məqsədi ilə Göyçay rayonunun Bığır kəndi ərazisində yerləşən “Nar bağı” kafesinə gəlib, ətrafda heç kəsin olmadığını görüb, kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs qaldığı tikilinin qarşısında olan masada əyləşərək söhbət etmişlər. X Zərərçəkmiş şəxs içəridə olub-olmamasını öyrənmək üçün tikilinin pəncərəsində olan setkanı cıraraq pəncərədən içəri daxil olmuş, orada alt paltarında olan Zər ərçəkmiş şəxs gördükdə bu barədə Təqsirləndirilən şəxs xəbər verərək otağın qapısını içəridən açıb onu da içəri buraxmışdır. Zərərçəkmiş şəxs onlarla cinsi əlaqədə olmasını təklif etmişlər. Zərərçəkmiş şəxs etiraz edib qaçmaq istədikdə isə onlar zorla cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs zor tətbiq edərək Zərərçəkmiş şəxs saçından tutub yerdə olan döşəyin üstünə yıxmış, Zərərçəkmiş şəxs müqavimət göstərməkdə davam etdikdə əli ilə başından vurub, saçından dartaraq müqavimətini qırmış, X Zərərçəkmiş şəxs döşəyin üzərində olmasından istifadə edərək özü də fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs müqavimət göstərməkdə davam etməsinə və onlara cinsi əlaqədə olmaq istəmədiyini, bunu etməmələrini deməsinə əhəmiyyət verməyərək onun əynində olan alt paltarını dartıb çıxarara q öz əynində olan paltarlarını soyunub fiziki zor tətbiq edib əlləri ilə ayaqlarını aralayıb, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edib, döş nahiyələrini öpüb, dişləyərək bir qrup şəxs halında ona sol qulağın yuxarı əyriliyinin sıyrığı və hər iki budun yuxarı 1/3-nin iç səthlərinin qançırları, qarının sağ yan səthinin cızıqları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə onunla zorla cinsi əlaqədə olub, Zərərçəkmiş şəxs zorlamışlar. Bundan başqa, Təqsirləndirilən şəxs isə, həmçinin zor tətbiq edərək öz cinsi orqanını Zərərçəkmiş şəxs ağzına salmaq istəmiş, Zərərçəkmiş şəxs bundan imtina etdikdə, cinsi orqanını Zərərçəkmiş şəxs üzünə sürtərək ona qarşı digər seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirlə ndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət təqibinə Təqsirləndirilən şəxs aid hissədə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq heç bir sübutu araşdırmamış, yalnız birinci instansiya məhkəməsində səthi dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələrini elan etməklə qanunsuz və əsassız qərar çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməmiş, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmadığını, Xun da onunla cinsi əlaqədə olmasına köməklik etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs da ifadəsindən görünür ki, Təqsirləndi rilən şəxs onunla cinsi əlaqədə olmamış, yalnız seksual xarakterli hərəkətlər etmişdir. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmişin və şahidlərin ifadələrinə prosessual qanunvericiliyin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv qiymət verməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi N.Abasovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlan ılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və əsassız olduğu mübahisə edilir və ona bəraət verilməsi xahiş olunur. CM-nin 149.1-ci maddəcində “Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 149.2.1-ci maddə ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur. CM-nin 150.1-ci maddəsində “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədə si ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub- olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq nor ması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X10rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hall arından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6 -cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 149.2.1 və 150.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı, şahidlər X15, X9, X3 və qeyrilərinin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokol, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 335 saylı rəyi, Məhkəmə-lifli ekspertizasının xx.xx.2018-ci il tarixli 20399 saylı rəyi, Məhkəməbioloji ekspertizasının xx.xx.2018-ci il tarixli 576/2018-MTBŞ saylı rəyi və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini CM-nin 149.2.1 və 150.1-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət iş ində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmələr cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsi nin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun ola n yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar