Məhkəmə qərarları › İş №1(102)-649/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-649/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-649/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum qızının və onun müdafiəçisi Bədəlov Emil Nizami oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə Məhkum qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Quliyev Nizami Fərzi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, faktiki ünvan 2-də yaşayan, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 15 mart 2014-cü il tarixdən 22 avqust 2014-cü il tarixədək həbsdə saxlanılma müddəti, yəni 5 (beş) ay 7 (yeddi) gün müddət azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla təyin edilmiş qəti cəzaya hesablanmaqla çıxılmış və onun üzərində qəti olaraq 5 (beş) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilmiş, barəsində CM-nin 79cu maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi himayəsində olan uşağı - 14 mart 2008-ci ildə doğulmuş X12 8 (səkkiz) yaşı tamam olanadək, yəni 14 mart 2016-cı il tarixə kimi təxirə salınmış, üzərinə uşağının qayğısını çəkmək və onun tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulmuş, davranışına nəzarət qeydiyyat yeri üzrə Bakı şəhər Səbail rayon İcra Şöbəsinə tapşırılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmin hökmlə həmçinin X18 (Məhkum anası) CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 206.3.2, 234,4,1 və 234.4,3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış niyyəti ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə 15 mart 2014-cü il tarixdə İran İslam Respublikasında anası X18 və şəxsiyyəti müəyyən edilməmiş şəx slərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək İran İslam Respublikasında «Fərəməz» adlı şəxsdən külli miqdarda narkotik vasitə olan 100,486 qram tiryək və 39,42 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, saxlamış, qurudulmuş marixuananın 17,61 qramını anası X7 vasitəsilə, 21,81 qramını isə özünün tumanının altında uşaq bezininin içində, 100,486 qram tiryəki isə düz bağırsağına yerləşdirərək daşımış və həmin günü saat 16:45-də Astara Gömrük İdarəsinin Sərnişin Şöbəsində gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Hökmdən dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu və məhkumun müdafiəçisi X13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi) Əkbərov Kamran Hüseyn oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 03 aprel 2015-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kərimov Fərhad Abdulkərim oğlu (sədrlik edən və məruzəçi) Hacıqayıbov İmran Teymurxan oğlu və Rzayeva Gülzar Lətif qızından ibarət tərkibdə) 29 sentyabr 2015-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2015-ci il tarixli qərarı məhkum edilmiş şəxs Məhkum aid hissədə ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Dosiyev Amil Qaraxan oğlu (sədrlik edən və məruzəçi) Babayev Zəki Baba oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) 09 fevral 2016-cı il tarixli qərarı ilə apellyasiya protesti və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi F.M.Atakişiyev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü isə dəyişdirilm ədən saxlanılmışdır. Bu qərardan da dövlət ittihamçısı Əzimov Ədalət Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov İlham Məmməd oğlu (sədrlik edən və məruzəçi) Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə) 17 iyun 2016ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi) Əliyev Elşad İbiş oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə ) 11 sentyabr 2020-ci il tarixli qərarı ilə dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi F.M.Atakişiyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm Məhkum aid hissədə dəyişdirilərək onun 15 mart 2014-cü il tarixdən 22 avqust 2014-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 7 (yeddi) gün və 20 may 2020ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 22 (iyirmi iki) gün, ümumilikdə isə 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay 1 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış və barəs ində CM-nin 79.1-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş həmin cəzanın çəkilməsi himayəsində olan uşaqları - 14 mart 2008-ci il tarixdə doğulmuş X12 və 14 noyabr 2014-cü il tarixdə doğulmuş X1 14 (on dörd) yaşı tamam olanadək təxirə salınmış, cəzanın çəkilməsinin təxirə salınmasının sonu 14 noyabr 2028-ci il müəyyən edilmiş, məhkumun üzərinə davranışı ilə bağlı nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək, himayəsində olan uşaqları- X21 və X4 böyütmək, tərbiyə etmək və onların qayğısına qalmaq vəzifələri qoyulmuş, bununla əlaqədar davranışına nəzarət yaşayış yeri (Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi, 2 saylı küçə, 7 saylı evin 9 saylı mənzili) üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Hökm apellyasiya şikayətinə ə sasən Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki halları, eləcə də, məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi mübahisə doğurmasa da, cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxsin şəxsiyyəti nəzərə alınmadığından aşağıda şərh edilən dəlillərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin e dilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum təyin etdiyi cəzanın çəkilməsini təxirə salarkən, apellyasiya instansiyası isə bunu əsaslı sayarkən onun tərəfindən törədilmiş CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən fərdin sağlamlığı olmasını, habelə törətmiş olduğu CM-nin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətlə dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərə zərər vurmasını, hər iki maddədə nəzərdə tutulan cinayətlərin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olm asını, Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitələrin - tiryəkin 100,486 qram olmaqla külli miqdardan 2 dəfə, şəxsi istehlak miqdarından 200 dəfə, qurudulmuş marixuananın isə 39,42 qram olmaqla şəxsi istehlak miqdarından 7 dəfədən artıq olmasını, aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilən 100,486 qram tiryək və 39,42 qram marixuanadan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Məhkum tərəfindən törədilən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə, cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun adı çəkilən məhkuma təyin edilən cəzanın çəkilməsini şərtləndirməsinə baxmayaraq məhkəmələr əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərişlərinə zidd olaraq həmin cəzanın çəkilməsini təxirə salmışlar. İş materiallarına əsasən Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin 08 may 2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışı elan olunmuş və o, 20 may 2020-ci il tarixdə tutularaq həbsə alınmışdır. Göründüyü kimi, Məhkum nəinki ibtidai istintaq, eyni zamanda məhkəmə araşdırması zamanı da cinayət məsuliyyətindən süni surətdə yaxa qurtarmaq üçün qanunsuz yollarla məhkəmədən yayınmağa, 3 il müddətində məhkəmədən qaçıb gizlənməyə nail olmuşdur ki, bu da məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, hər iki məhkəmə Məhkum şəxsiyyətinin də kifayət qədər yüksək təhlükəli olmasına dəlalət edən sadalanan halların mövcudluğunu, cinayət hadisəsini törədərkən və törətdikdən sonra məhkum edilmiş şəxsin heç də məhkəmələrin yekunda gəldiyi nəticəyə uyğun olaraq təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınmasını mümkün edən hərəkətlər etməməsini, yuxarıda göstərilən törədilmə şəraiti nəzərə alınmaqla həmin cinayətin törədilməsində onun rolunun X12 ilə müqaisədə az olmamasını, iştirakçılıq dərəcəsi baxımından onlar ın hərəkətlərinin biribirindən fərqlənməməsini, ümumilikdə külli miqdarda və müxtəlif çeşidlərdə olan narkotik vasitələrin bir neçə hissəyə bölünərək üzərlərində gizlətmələrini, cinayətin planlı şəkildə törədilməsini, onlar arasında rolların bərabər bölüşdürülməsini özü-özlüyündə ona təyin ediləcək cəzanın çəkilməsinin təxirə salınması üçün əsas ola bilməyəcəyini, Məhkum məqsəd və motivinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən keçirilməsini asanlaşdırmaq və gələcəkdə həmin tiryəkin satışından qazanc əldə etmək olmasını nəzərə almamışlar ki, bu da Məhkum barəsində əsassız olaraq CM-nin 79-cu maddəsinin tətbiq edilməsi ilə nəticələnmişdir. CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhi nə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya ön dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Odur ki, qeyd olunan maddədə cəzanın təxirə salınmalı olması imperativ şəkildə təsbit olunmamış, cəzanın təxirə salınma mümkünlüyü göstərilmişdir. Göründüyü kimi, hər iki məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və Məhkum təyin olunmuş cəzanın təxirə salınması onun törətdiyi cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamışdır Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı S.S.İsmayılov kassasiya prote stinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin qərarının, cinayət işinin isə yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı S.S.İsmayılovun kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmamış və buna görə də onun barəsindəki hökmün icrasının təxirə salınması əsassız olmuşdur. Dövlət ittihamçısı bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessua l normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyas ı məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin təl əblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materialları ndan görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı, şahidlərin ifadələrinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi dövlət ittihamçısı S.S.İsmayılov tərəfindən mübahisəl əndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya protestinin məzmununa görə, dövlət ittihamçısı yalnız bir məsələni Məhkum barəsində CM-nin 79.1-ci maddəsininin əsassız olaraq tətbiq edilməsini mübahisələndirir və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ edilməsi və işin yeni apellyasiya baxışına təyin ejilməsi barədə tələb irəli sürür. Məhkəmə kollegiyası bu tələblə və onun əsslandırılması üçün gətirilən dəlillərlə bağlı vurğulayır ki, CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində on dörd yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağır laşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağllılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya) 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Konstitusiyada azadlıq hü ququ beynəlxalq hüquq normalarına uyğun təsbit edilmiş və bu hüququn mütləq hüquq olmadığına görə onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİ hissəsinə görə, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qeyd olunmalıdır ki, hər kəsin azadlıq hüququ əsas insan hüquqlarından biri kimi bütün dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur (“İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 3-cü maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi və s.). CM-nin 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numu tərəfindən 10 fevral 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxsl ərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlam aq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: - bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir; - şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir; - şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7 9.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli Qərarında CM-nin 79.1-ci maddəsinin tətbiqi ilə əlaqədar göstərilmişdir ki, Konstitusiyanın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, məşəyindən, əqidəsindən və sairdən asılı olmayraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə g örə məhdudlaşdırmaq qadağandır. Göründüyü kimi, Konstitusiyada bəyan olunmuş bərabərlik hüququ hər kəsin hüquq və azadlıqlarının bərabərliyini ifadə edir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və azadlıqlardan ayrılıqda işləmir və hər hansı şəxsi həmin hüquq və azadlıqlardan istifadə zamanı diskriminasiyadan qoruyur. Təsadüfi deyildir ki, bərabərlik hüququ bu və ya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (“İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7-ci maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi və s.). Konstitusiya Məhkəməsinin Plenu mu hesab etmişdir ki,...cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. 8 yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan CM-nin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. CM-nin müddəaları (o cümlədən 79-cü maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquqi normaların, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəs izliyin və cinayətkarlığın aradan qaldırılması və sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti və Cinayət Məcəlləsinin müddəaları bir-biri ilə sıx əlaqədardır. Bu Məcəllə Konstitusiya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanaraq nəinki cinayətin anlayışını, məqsədini, növlərini və tətbiqi şərtlərini, o cümlədən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellya siya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid e dilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alma lıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum himayəsində iki azyaşlı, yəni on dörd yaşına çatmamış uşaqlarının olması iş materiallarında olan sənədlərlə təsdiq edilir və bundan başqa, araşdırılmış sübutlarla həmçinin təsdiq olunur ki, məhkum həmin uşaqları təkbaşına böyüdür. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qərarının surətindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmünün icrası Məhkuma təyin olunmuş cəzanın təxirə salınması hissəsində Abşeron rayon İcra Şöbəsinə həvalə edilmiş, icra məmuru verdiyi təqdimatla əlaqəd ar Abşeron Rayon Məhkəməsinin iclasında Məhkum icra şöbəsində qeydiyyata götürüldüyü vaxtdan üzərinə düşən bütün vəzifələri yerinə yetirdiyini, hər hansı bir pozuntuya yol vermədiyini bildirmişdir. Məhkəmədən qaçıb gizləndiyinə görə Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışı elan olunmuşdur. Məhkum qızı 20 may 2020-ci il tarixdə tutularaq həbsə alınmışdır. Lakin iş materialları ilə sübuta yetirilir ki, Məhkum cinayət törətməyə meylli şəxs olmayaraq həm bu müddət ərzində, həm də təqsirli bilindiyi cinayət əməllərini törətdiyinə görə məhkum olunduqdan sonra, yəni altı ildən çox müddətdə hər hansı qeyri qanuni əməllər törətməmiş, məhkum olunmuş şəxs kimi rəsmi iş yeri tapa bilmədiyinə gör ə qeyrirəsmi qaydada müxtəlif yerlərdə işləyərək özünün və himayəsində olan uşaqların maddi tələbatlarını təmin etmiş, sonuncuların tərbiyəsi ilə məşğul olmuş və həbsdə saxlandığı müddət istisna olmaqla onları öz himayəsindən kənar qoymamışdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında Məhkum ifadə verərək göstərmişdir ki, törətdiyi cinayət əməllərini səmimi etiraf edir və çox peşmandır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarları Ali Məhkəmə tərəfindən ləğv olunduqdan sonra bir neçə dəfə apellyasiya məhkəməsinin çağırışına əsasən məhkəməyə getmiş, lakin hər dəfə müxtəlif səbəblərə görə məhkəmə iclasları təxirə salınmışdır. Həmin vaxt kiçik uşağı 2 yaş 6 aylıq olmuş, tutulacağından qorxub, yaşadığı anasının mənzilindən uşaqlarını götürüb çıxmış, qohumla rı, rəfiqələrigildə, bəzi vaxtlarda isə kirayələrdə yaşamış, körpə uşaqlarını böyütmüşdür. Tutulacağından qorxduğuna görə rəsmi qaydada işə düzələ bilməmiş, müxtəlif şəxslərin evində xidmətçilik edib pul qazanmış, uşaqlarını dolandırmışdır. Heç vaxt doğma uşaqlarını atmamış, onları tək qoymamışdır. Uşaqların atası yoxdur. Uşaqları 14 yaşınadək böyütmək üçün ona möhlət verilməsini məhkəmədən xahiş edir. Özünün və uşaqlarının yaşamaq üçün anasına məxsus mənzildə şərait var. Anası buna sözsüz razıdır. Məhkəmədən ancaq mərhəmət gözləyir. İş materiallarından görünür ki, Məhkum uşağı - 14 mart 2008-ci ildə doğulmuş X12 14 (on dörd) yaşı 14 mart 2022-ci il tarixdə tamam olur. Həmçinin iş materillarından məlum olur ki, Məhkum barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi 22 avqust 2014-cü il tarixd ə hökm çıxardıqdan sonra onun 14 noyabr 2014-cü il tarixdə ikinci uşağı anadan olmuşdur. Doğum haqqında AZ-lİİ 377496 saylı şəhadənamənin surətindən görünür ki, 14 noyabr 2014-cü il tarixdə doğulmuş X2 anası Məhkum, atası isə X17r. “xxxx” MMC tərəfindən verilmiş 15 avqust 2020-ci il tarixli, M-K-141 saylı arayışda göstərilmişdir ki, Məhkum anası X8 məxsus olan ünvan 1 ümumi sahəsi 91,2 kv.m, 3 otaqdan ibarət olan 9 saylı mənzildə 2 uşağı ilə qeydiyyatsız faktiki olaraq yaşayırlar. Abşeron rayon İcra Hakimiyyətinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 27 avqust 2020-ci il tarixli 1627 saylı məktubuna əsasən, Məhkum həbs olunanadək 2 uşağı və anası ilə birlikdə ünvan 1-də qeydiyyatsız faktiki olaraq yaşamışdır. Hazırda Məhkum həbsdə olduğu üçün azyaşlılar X27 və X10 həmin ünvanda nənə ləri X5 himayəsində yaşayırlar. İş materiallarına əlavə edilmiş sənədlərdən və Məhkum azyaşlı uşaqlarının nənələri tərəfindən əyani şəkildə Şirvan Apelyasiya Məhkəməsində təqdim olunmasından müəyyən edilmişdir ki, Məhkum barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi 22 avqust 2014-cü il tarixdə hökm çıxardıqdan sonra, yəni 2014-cü ildən hal-hazıradək 6 il ərzində Məhkum uşaqlarına baxmış, onları böyütmüşdür və valideyn kimi öz vəzifələrini yerinə yetirməkdən yayınmamışdır. Hal-hazırda böyük qızının 12, kiçik qızının isə 6 yaşı vardır. Abşeron rayon İcra Hakimiyyətinin başçısı yanında Övladlıq və Qəyyumluq Komissiyasının 27 fevral 2015-ci il tarixli rəyindən və iclas protokolundan, yaşayış şəraitinin 25 fevral 2015-ci il tarixli müayinə aktından görünür ki, Məhkum məhkum olunduqdan sonra onu n uşaqlarının böyüməsində və onların təlim-tərbiyəsində xüsusi əməyi olmuşdur. Məhkum qeydiyyatı ünvan 1-də olmasına baxmayaraq, faktiki ünvan 2-də yaşayır. Mənzildə uşaqların yaşayışı və onların saxlanması üçün hər bir şərait vardır. Himayəsində olan iki azyaşlı uşağının böyüməsində təlim-tərbiyə olunmasında bir valideyn kimi öz vəzifələrini layiqincə yerinə yetirir. Kassasiya protestinin məzmununa, həmin protestdə irəli sürülmüş dəlillərə nəzərə yetirildikdə isə görünən odur ki, həmin protestin müəllifi Məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyinə və xarakterinə, habelə ehtimal etdiyi nətiəcələrə (bu nəticələrin heç biri baş verməmişdir) xüsusi önəm verərək məhkuma təyin olunmuş cəzanın çəkilməsinin təxirə salınmasının mümkünsüzlüyünə dəlalət edən heç bir əsaslı dəli l gətirməmişdir. Digər tərəfdən, dövlət ittihamçısı həmin protestdə məhkumun ona təyin olunmuş cəzanı çəkməli olmasının azyaşlı uşaqların mənafelərindən, onların ana tərbiyəsindən və qayğısından məhrum edilməsindən üstün olmasını da əsaslandıra bilməmişdir. O ki qaldı, kassasiya protestinin dəlillərinə, bu dəlillərə müvafiq olaraq Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə ona elan ittiham üzrə təqsirli bilinmiş və təqsirləndirildiyi CM-nin 296.3.2, 234.4.1 və 234.4.3-cü madədləri ilə ona müvafiq cəzalar təyin edilmişdir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayır və cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun öz qə rarlarında məhkəmələrə etdiyi tövsiyələrdən və iş materiallarından çıxış edərək Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, həmin uşaqları təkbaşına böyüdərək tərbiyə etməsini, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, məhkumun barəsində CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə onun CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya b axışına təyin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların isə olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya protestinin təmin edilməsi haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, dövlət ittihamçısı S.S.İsmayılovun kassasiya protesti təm in edilməməli, Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı S.S.İsmayılovun kassasiya protestinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar