Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-649/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkumlar Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, Məhkum2, Məhkum1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şə xs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 2 mart 1977-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Astara rayon unun Sərək kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.
2. Məhkum2 15 avqust 2005-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonunun Sərək kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.
3. Məhkum Təqsirləndirilən şəxs3 xx xxxxx 1971-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Astara rayonunun Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşamışdır.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Məhkum2 və Təqsirləndirilən şəxs1 məhkum edilmişlər ona görə ki, onlar külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair İran İslam Respublikası vətəndaşı olması güman edilən «İza» adı ilə tanıdıqları şəxs və qeyriləri ilə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Astara rayonunun Sərək kəndi ərazisində gizlədilmiş hər biri külli miqdar təşkil edən 19281,522 qram çəkidə narkotik vasitə heroin, 3298 ədəd metadon həbləri, 21871,411 qram çəkidə qurudulmuş marixuana narkotik vasitələrini və 2095,158 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etmək məqsədilə xx.xx.2022-ci ildə Məhkum1 həmin yerə gələrək qeyd edilən maddələri gizləd ildiyi yerdən götürərək əldə edərək, saxlayıb, daşımaqla yaşadığı Astara rayonu, Sərək kəndində yerləşən evinə gətirib həmin narkotik vasitələrdən və psixotrop maddədən külli miqdarda 49,813 qram çəkidə narkotik vasitə heroini üzərində, külli miqdarda 49,586 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 1080 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 98 ədəd narkotik vasitə metadon həblərini yaşadığı evdə saxlamış, külli miqdarda 4,913 qram çəkidə psixotrop maddə metamfetamini və 31,411 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın isə satışını həyata keçirmək məqsədi ilə oğlu Məhkum2 vermiş, külli miqdarda 2040,659 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 18151,709 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21840,0 qram çəkidə narkoti k vasitə qurudulmuş marixuananı və 3200 ədəd narkotik vasitə metadon həblərini həmin gün yaşadığı evin həyətində X9 Baxşiyevlə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vermiş, sonuncular da satışını həyata keçirmək məqsədi ilə həmin əldə etdikləri narkotik vasitə heroindən külli miqdarda 37,159 qram çəkidə olan hissəni Təqsirləndirilən şəxs2, külli miqdarda 19,550 qram qram çəkidə olan hissəni isə Təqsirləndirilən şəxs3 öz üzərilərində saxlayıb daşımış, qalan külli miqdarda 2040,659 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 18095 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21840,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 3200 ədəd narkotik vasitə metadon həblərini həmin gün Astara rayonunun Pensər kəndi ərazisinə daşıyaraq Təqsirləndiri lən şəxs1lə görüşüb ona vermiş, Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin külli miqdarda 35,659 qram çəkidə psixotrop maddə metamfetamini üzərində, qalan külli miqdarda 2005 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 18095 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21840,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 3200 ədəd narkotik vasitə metadon həblərini etibarnamə əsasında idarə etdiyi “Lada Priora”markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobildə saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 may 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 14:10-da Astara rayonu, Pensər kəndində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda 35,659 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin dərhal sonra şöbənin inzibati ərazisində baxış zamanı etibarnamə əsasında idarə etdiyi “Lada Priora” markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilin arxa saxlanc yük yerindən yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2535 qram, 2570 qram, 2800 qram, 2480 qram, 2470 qram, 2700 qram və 2540 qram olmaqla ümumilikdə külli miqdarda 18095 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış nark otik vasitə heroin, doqquz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1850 qram, 2105 qram, 4400 qram, 1750 qram, 1405 qram, 1860 qram, 1250 qram, 2270 qram, 4950 qram olmaqla ümumilikdə külli miqdarda 21840 qram çəkidə xarici görünüşlərinə və bioloji tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana, həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 128 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 3200 həb metadon dərman preparatı və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 1005 qram olmaqla, ümumilikdə külli miqdarda 2005 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetaminlə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək g ötürülmüş, həmin gün saat 17.40-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Astara rayonu, Pensər kəndində yerləşən bazarın yaxınlığında saxlanılaraq həmin Regional Şöbəyə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 37,159 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 isə əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 19,550 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmı ş narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün saat 22.10-da Məhkum1 və Məhkum2 Astara rayonu, Sərək kəndində yerləşən yaşadıqları evin yaxınlığında saxlanılaraq həmin Regional Şöbəyə dəvət olunub şəxsi axtarış keçirilərkən Məhkum1 əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 49,813 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum2 isə əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 4,913 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş metamfetaminlə eynilik təşkil edən psixotrop maddə m etamfetamin və bir ədəd bükümdə 31,411 qram çəkidə xarici görünüşlərinə və bioloji tərkiblərinə görə Təqsirləndirilən şəxs1 götürülmüş qurudulmuş marixuana ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 04 may 2022-ci ildə gecə saat 01.10-da keçirilən baxış zamanı Məhkum1 və Məhkum2 yaşadıqları Astara rayonu, Sərək kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında, taxta şkafın içərisindən bir ədəd bükümdə külli miqdarda 49,586 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə FuadƏliyevdən götürülmüş metamfetaminlə eynilik təşkil edən psixotrop maddə metamfetamin, bir ədəd bükümdə külli miqdarda 1080 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndiri lən şəxs3 götürülmüş heroinlərlə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 3,92 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 98 həb metadon dərman preparatı aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X10 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət məhkəmə tərkibində) 27 dekabr 2022-ci il tarixli, 1(099)-517/2022 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 11 (on bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən – 3 may 2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən – 3 may 2022-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü m addələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun məhkəmə baxışınadək, yəni 2022-ci ilin may ayının 3-dən 5-inədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 2 (iki) günün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılması, üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunması və ona təyin edilmiş 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, təyin olunmuş sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi gündə n hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, təhsili ilə məşğul olmaq, anasına köməklik göstərmək və onun qayğısına qalmaq vəzifələrinin qoyulması, Məhkum2 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirməyin onun faktiki yaşadığı yerin – Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutlar və m əhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(099)-517/2022 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X6 və X8 ibarət məhkəmə tərkibində) 3 oktyabr 2023-cü il tarixli, 1(106)202/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1, Məhkum2, Məhkum1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(099)-517/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(099)-517/2022 nömrəli hökmünün Dövlət ittihamçısı2 tərərfindən verilmiş apellyasiya protesti ilə əlaqədar Məhkum2 aid hissədə dəyişdirilməsi, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın 5 (beş) ilə qədər azaldılması, Məhkum2 barəsində Azə rbaycan Respublikası CMin 70-ci maddəsi tədbiq edilməklə ona təyin edilmiş cəzanın şərti tədbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi, Məhkum2 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 dərhal məhkəmə zalından həbs edilməsi, Məhkum2 cəzaçəkmə müddətinin əvvəlinin 3 oktyabr 2023-cü il tarixdən hesablanması, qərarın icrasının Şirvan şəhər Polis Şöbəsinə həvalə edilməsi, Məhkum2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap edilməsi, Məhkum1 təyin edilmiş 11 (on bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 10 (on) il 6 ayadək azaldılması, hökmün apellyasiya şikayətləri və apellyasiya protesti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum2 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs3 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
9. Dövlət ittihamçısı kassasiya protestində bir sıra qanunvericilik normalarına istinadlar edərək protestini onunla əsaslandırmışdır ki, hesab edir ki, məhkəmə kollegiyasının qərarı Məhkum2 və Məhkum1 cəza təyininə dair hissədə əsassız olduğundan, habelə cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum2 və Məhkum1 apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə şəraitinə, nəticələrinə, eləcə də Məhkum2 və Məhkum1 şəxsiyyətlərinə əhəmiyyət verilməmiş, apellyasiya instansiyası məhkəməsi qabaqcadan əlbir olan bir qrup şəxs halında 19281,522 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 21871,411 qram çəkidə külü miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, təsiredici maddəsinin miqdarı 128 qram olan 3298 ədəd külli miqdarda narkotik vasitə olan metadon həblərini və 2095,158 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini satış şəqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətlərini sonadək həyata keçirən, törətmiş olduqları cinayət əməli başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Məhkum2 və Məhkum1 əsassız olaraq təqsirli bilindikləri maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bununla onların gələcəkdə də eyni qəbildən olan cinayət törətmələrinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə naii olunmasına, yəni sosiai ədalətin bərpasının, Məhkum2 və Məhkum1 islah edilməs inin, gələcəkdə həm onlar, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir.
10. Kassasiya protestində həmçinin qeyd edilmişdir ki, Məhkum2 və Məhkum1 əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq (təxminən 964076 dəfə artıq), yəni 19281,522 qram olmaqla külli miqdar, narkotik vasitə olan qurudulmuş marixuanann miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq (təxminən 4374 dəfə artıq), yəni 21871,411 qram olmaqla külli miqdar, narkotik vasitə olan metadonun təsiredici maddəsinin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq (təxminən 6400 dəfə artıq), yəni 128 qram, sayı isə 3298 ədəd həb olmaqla külli miqdar və psix otrop maddə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq (təxminən 104757 dəfə artıq), yəni 2095,158 qram olmaqla külli miqdar təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir.
11. Kassasiya protestində eyni zamanda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə apellyasiya şikayəti verməmiş digər təqsirləndirilən şəxs Məhkum1 azadlıqdan məhrum etmə cəzasını azaldarkən apellyasiya baxışının hüdudlarından kənara çıxaraq cinayət və cinayət-prosessual qanunlarının normalarını da düzgün tətbiq etməmişdir.
12. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-i n) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarının Məhkum2a və Məhkum1a cəza təyini hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
13. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun barəsində həddindən artıq ağır və ədalətsiz cəza təyin edilmiş, apellyasiya məhkəməsi də həmin ədalətsiz cəza ilə razılaşmışdır. Qeyd edir ki, bu onun ilk məhkumluğudur, əməlindən səmimi peşmandır, əməlin səmimi olaraq etiraf edib, həmçinin ailəsinin yeganə qazanc gəti rən şəxsidir. Sadaladığı yüngüləşdirici hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır.
14. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarını dəyişdirərək, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
15. Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, hüquqlarını müdafiə etdiyi X3 “narkotik vasitələri və psixotrop maddənin ələdə ed ilməsi və satış məqsədi və ya özünün istifadəsi üçün əldə etməsi” kimi hallar olmamış, Rafət Baxşıyevin ümumiyyətlə narkotik vasitələrdən xəbərinin olmaması, haqqında göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlir və özünü müdafiə xarakteri daşımır. Eyni zamanda məhkəmə istintaqında təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onları satmaq niyyətinin olub olmaması, ümumiyyətlə onun əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya hanısısa şəxslə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi kimi hallar tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, ibt idai araşdırma orqanı hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürmüş olduğu ittihamda Rafət Baxşıyevin atası X11 ilə əlbir olduğunun və atasına kömək etdiyini, işdə biləvasitə iştirakının olması ilə əlaqələndirmişdir ki, bu hal da (yəni Rafət Baxşıyev narkotik vasitənin satış məqsədilə əldə olunması, daşınması və ya digər şəxslərlə əlbir olması və satışının həyata keçirilməsi) hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. İstintaq orqanının gəldiyi nəticədən belə bir qənaətə gəlmək olar ki, Rafət Baxşıyevin günahı Fazil baxşıyevin oğlu olmasıdır. İş materiallarından da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi X4 narkomaniya xəstəliyi aşkar olunmur və o, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkotik vasitənin onun tərəfindən realizə edilməsi kimi hallar o cümlədən əvvəllər onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə təqsirli bilinib məhkum olunmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, yaxud da faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi, həm də Rafət Baxşıyevin yetkinlik yaşına çatmaması bir daha onu deməyə əsas verir ki, Rafət Baxşıyev təqsirsizdir və ona elan olunmuş ittiham əsassızdır.
16. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi X3 əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyildir və işə baxan məhkəmə kollegiyası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə münasibətdə (hüquqlarını müdafiə etdiyi şəxsi məhkum edərkən) biri digərini tamamlamayan və mötəbər olmayan, eyni zamanda şübhə və ehtimallar a əsaslanan sübutlara istinad etmişdir ki, bu da yolverilməzdir.
17. Bununla da, Məhkum2 müdafiəçisi Müdafiəçi5 məhkəmə kollegiyasından Şirvan Apelyasiya Məhkəməsinin hüquqlarını müdafiə etdiyi X3 barəsində olan 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarının ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsində baxılmağa təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
19. Qərardan digər məhkumlar tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
20. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
21. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
22. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
23. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X13 müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlil lərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
24. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
25. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
26. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyi şdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
27. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 və Məhkum2 məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın Məhkum1 və Məhkum2 cəza təyini hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
28. Həmçinin, məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətində barəsində məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ona aid hissədə dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
29. Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində məhkəmələr tərəfindən c inayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının Məhkum2 aid hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
30. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, Məhkum2 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirlə ndirilən şəxs3 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
31. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir.
32. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xar akterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
33. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CMin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəala rı nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
34. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
35. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına b ilməz.
36. CM-in 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
37. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
38. CPM-in 404 -cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
39. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
40. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
41. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
42. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
43. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum1 və Məhkum2 münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının açıq-aydın yün gül olmasına dəlalət etmədiyi müəyyən olunur.
44. Belə ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməli – (hazırki işin kontekstində) Cinayət Məcəlləsinin 15.3cü maddəsində ağır cinayət kimi təsbit edilməklə sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
45. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 10 (on) il 6 (altı) ay müddətinə, Məhkum2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azaldılmışdır.
46. Göründüyü kimi, Məhkum1 və Məhkum2 təqsirli bilindikləri CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə tə yin edilən cəzanın həddi qanuni və ədalətli olmuşdur.
47. Kollegiya qeyd edir ki, kassasiya protestində məhkumlara daha ağır cəzanın təyin edilməsini tələb edən konkret əsaslar göstərilməmiş, yalnız törədilmiş cinayətin ictimai təhlükəliliyi, narkotik vasitələrin və psixotrop maddələrin çəkisi mübahisələndirilmişdir.
48. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in həmin maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etm ənin təyin edilməsi mümkün görülmüşdür.
49. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin etdiyi azadlıqdan məhrum etmə cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onların islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailələrinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, aç ıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.
50. Məhkəmə kollegiyası həmçinin, kassasiya protestində göstərilən “apellyasiya instansiyası məhkəməsi iş üzrə apellyasiya şikayəti verməmiş digər təqsirləndirilən şəxs Məhkum1 azadlıqdan məhrum etmə cəzasını azaldarkən apellyasiya baxışının hüdudlarından kənara çıxaraq cinayət və cinayət-prosessual qanunlarının normalarını da düzgün tətbiq etməmişdir” dəlilinə münasibətdə məhz “apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudları” normasını tənzimləyən CPM-in 397.5-ci maddəsinə istinadən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir.
51. Göründüy ü kimi apellyasiya müraciətləri əsasında işə baxan apellyasiya instansiya məhkəməsinin apellyasiya şikayəti verməmiş iş üzrə məhkum edilmiş şəxs Məhkum1 barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi qənaətinə gəlməsi heç bir prosessual pozuntuya səbəb olmamışdır.
52. Kassasiya kollegiyası eyni zamanda qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair kassasiya şikayətinin dəlillərini yuxarıda qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Təqsirləndirilən şəxs3 ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
53. Belə ki, Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(099)-517/2022 nömrəli hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
54. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (məhkəməyədək icraat zamanı təqsirini qismən etiraf etməsi və yaşayış yerində müsbət xarakterizə edilməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Təqsirləndirilən şəxs3 şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik də rəcəsi baxımından birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
55. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Təqsirləndirilən şəxs3 cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
56. Kassasiya kollegiyası həmçinin, Məhkum2 müdafiəçisi Müdafiəçi5 tər əfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sübutların düzgün tədqiq edilməməsi və Məhkum2 təqsirliliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutların təşkil etməsi əsası ilə apellyasiya instansiyası məhkəməinin qərarının Məhkum2 münasibətdə ləğv edilməsi və yeni apellyasiya baxışına təyin edilməsi dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.
57. Belə ki, Məhkum2 ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 tərəfindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsə də, apellyasiya məhkəməsi apellyasiya protesti və digər məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxarkən Məhkum2 müdafiəçisinin hazırki kassasiya şikayətində qeyd edilən dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hal larının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum2 əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
59. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum2 müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsa s tapmır.
60. Təsvir olunanlar Məhkum2 müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.2, 416.1.3-cü maddələrində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.
61. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumlar Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs3 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respu blikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 1(106)-202/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti, Məhkum2 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.