Məhkəmə qərarları › İş №1(102)-649/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-649/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-649/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Zeynalov Emin Mail oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Zeynalov Emin Mail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli 1(091)-194/2023 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1988-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, xxx-də qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, onun CM-in 234.4.3-cü maddəsi i lə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 6 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq olunaraq onun yaşayış ye ri üzrə narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmiş, hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Kəngərli Orxan Rüstəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli 1(107)-53/2024 nömrəli (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qismən, yəni təqsirləndirilən şəxs Məhkum CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsi ilə bağlı hissədə ləğv edilmiş, təqsirləndirilən şəxs Məhkum CM-in 237.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaların qismən toplanılmasına dair müddəalar hökmdən xaric edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissədə, eyni zamanda qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Zeynalov Emin Mail oğlu tərəfindən kassasi ya şikayəti verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Məhkum verilmiş ittihama görə o qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə edib yaşadığı evin həyətyanı sahəsində taxıl anbarı kimi istifadə olunan tikilidə saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 10 (on) ədəd çətənə bitkisi toxumlarını 2022-ci ilin may ayının ortalarında istintaqa məlum olmayan gündə və saatda yaşadığı evin həyətindəki xurma bağ sahəsinin sol tərəfində yerləşən su kanalının üzərindəki qamışlığın arasında yerləşən sahədə torpaqda əkərək, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 7 (yeddi) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, istintaqa məlum olmayan gündə həmin 7 (yeddi) ədəd çətənə bitkisinin yarpaqlarını yığıb toplayaraq qurutmaqla onlardan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 1579,89 qram çəkidə olmaqla qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində taxıl anbarı kimi istifadə olunan tikilidə açıq şəkildə yığılmış arpa dənlərinin altında saxlamış, 6 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində taxıl anbarı kimi istifadə olunan tikilidə açıq şəkildə yığılmış arpa dənlərinin altında gizlədilmiş vəziyyətdə bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd tünd-göy rəngli sellofan torbada 300 (üç yüz) əd əd kibrit qutularında və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümlərdə qanunsuz əldə edərək satış məqsədi ilə saxladığı külli miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 5,86 qram, 5,73 qram, 5,31 qram, 5,02 qram, 5,61 qram, 5,55 qram, 5,38 qram, 5,91 qram, 5,45 qram, 4,92 qram, 5,38 qram, 5,39 qram, 5,94 qram, 5,10 qram, 5,61 qram, 5,29 qram, 4,99 qram, 5,37 qram, 5,56 qram, 5,44 qram, 4,98 qram, 5,17 qram, 5,07 qram, 5,13 qram, 5,26 qram, 4,81 qram, 5,04 qram, 4,50 qram, 5,32 qram, 5,11 qram, 4,92 qram, 5,08 qram, 5,10 qram, 5,16 qram, 5,48 qram, 4,89 qram, 5,66 qram, 5,38 qram, 5,44 qram, 6,02 qram, 5,49 qram, 5,17 qram, 5,39 qram, 5,81 qram, 6,11 qram, 5,49 qram, 5,36 qram, 5,35 qram, 5,60 qram, 5,23 qram, 5,75 qram, 5,31 qram, 5,41 qram, 5,67 qram, 5,21 qram, 5,56 qram, 5,64 qram, 5,38 qram, 5,99 qram, 5,64 qram, 6,73 qram, 5,27 qram, 6,09 qram, 5,66 qram, 5,35 qram, 5,48 qram, 4,81 qram, 5,18 qram, 5,10 qram, 5,74 qram, 5,19 qram, 5,22 qram, 5,83 qram, 5,17 qram, 5,91 qram, 5,57 qram, 5,91 qram, 6,01 qram, 5,59 qram, 5,56 qram, 5,81 qram, 5,99 qram, 4,98 qram, 5,06 qram, 5,01 qram, 5,33 qram, 5,46 qram, 5,61 qram, 5,11 qram, 5,53 qram, 6,12 qram, 5,27 qram, 5,52 qram, 5,95 qram, 5,79 qram, 6,41 qram, 5,56 qram 5,12 qram, 5,37 qram, 5,40 qram, 5,11 qram, 4,82 qram, 5,41 qram, 5,98 qram, 5,40 qram, 5,41 qram, 5,84 qram, 5,04 qram, 5,40 qram, 6,09 qram, 5,29 qram, 5,17 qram, 5,96 qram, 5,91 qram, 6,00 qram, 5,18 qram, 4,93 qram, 5,55 qram, 5,09 qram, 5,43 qram, 5,55 qram, 5,94 qram, 5,13 qram, 5,43 qram, 5,23 qram, 5,15 qram, 4,94 qram, 4,99 qram, 5,12 qram, 4,85 qram, 5,10 qram, 5,12 qram, 5,14 qram, 4,61 qram, 4,76 qram, 5,09 qram, 5,22 qram, 4,72 qram, 5,22 qram, 5,04 qram, 5,72 qram, 4,76 qram, 5,81 qram, 5,52 qram, 5,12 qram, 4,76 qram, 5,44 qram, 5,39 qram, 5,02 qram, 4,91 qram, 4,97 qram, 5,94 qram, 4,81 qram, 4,86 qram, 4,94 qram, 4,81 qram, 5,21 qram, 5,20 qram, 6,02 qram, 5,04 qram, 4,97 qram, 5,27 qram, 5,01 qram, 4,91 qram, 4,77 qram, 4,94 qram, 5,16 qram, 6,14 qram, 5,22 qram, 5,00 qram, 6,79 qram, 5,61 qram, 4,91 qram, 5,01 qram, 5,57 qram, 4,55 qram, 5,46 qram, 4,27 qram, 3,82 qram, 5,13 qram, 4,85 qram, 5,68 qram, 5,35 qram, 3,83 qram, 5,05 qram, 5,70 qram, 5,61 qram, 5,24 qram, 5,71 qram, 5,29 qram, 5,22 qram, 3,94 qram, 5,27 qram, 5,98 qram, 5,17 qram, 5,16 qram, 5,61 qram, 5,36 qram, 4,88 qram, 5,13 qram, 5,88 qram, 5,24 qr am, 5,51 qram, 5,37 qram, 5,27 qram, 4,68 qram, 5,26 qram, 6,41 qram, 5,35 qram, 4,65 qram, 5,01 qram, 5,81 qram, 4,78 qram, 4,56 qram, 4,94 qram, 4,13 qram, 5,16 qram, 4,22 qram, 5,85 qram, 4,61 qram, 5,13 qram, 4,91 qram, 4,99 qram, 4,89 qram, 4,54 qram, 4,65 qram, 4,29 qram, 4,71 qram, 3,93 qram, 5,31 qram, 4,23 qram, 4,52 qram, 5,15 qram, 4,59 qram, 4,82 qram, 5,29 qram, 4,28 qram, 4,65 qram, 4,46 qram, 3,98 qram, 4,91 qram, 3,73 qram, 4,84 qram, 4,91 qram, 4,16 qram, 5,51 qram, 4,91 qram, 3,86 qram, 5,04 qram, 4,92 qram, 5,35 qram, 5,81 qram, 4,14 qram, 4,74 qram, 5,21 qram, 4,39 qram, 4,73 qram, 4,22 qram, 4,71 qram, 4,83 qram, 5,19 qram, 4,55 qram, 4,41 qram, 4,82 qram, 4,71 qram, 4,70 qram, 4,47 qram, 4,91 qram, 4,95 qram, 5,63 qram, 4,55 qram, 5,71 qram, 4,12 qram, 4,53 qram, 3, 81 qram, 5,50 qram, 4,88 qram, 5,21 qram, 5,10 qram, 5,58 qram, 5,20 qram, 5,48 qram, 5,12 qram, 5,34 qram, 5,45 qram, 5,34 qram, 5,07 qram, 5,59 qram, 4,93 qram, 5,12 qram, 4,93 qram, 5,16 qram, 5,91 qram, 3,87 qram, 5,39 qram, 6,51 qram, 4,83 qram, 5,40 qram, 3,99 qram, 4,96 qram, 1,75 qram, 0,85 qram, 5,31 qram, 1,63 qram, 0,95 qram, 1,18 qram, 0,87 qram, 0,78 qram, 1,11 qram, 0,71 qram, 0,72 qram, 0,86 qram, 0,81 qram, 1,02 qram, 0,86 qram, 0,89 qram, 0,93 qram olmaqla ümumi təmiz çəkisi 1579,89 qram narkotik vasitə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda göstərilən nəticəyə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdaf iəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, məhkəmə qərarları qeyri-obyektiv və əsassız, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və prosessual pozuntulara yol vermişdir. Belə ki, cinayət işi materiallarından göründüyü kimi Məhkum evindən aşkar olunmuş narkotik maddəni şəxsi istifadəsi üçün əldə etdiyini təkzib edən sübutlar olmamaqla yanaşı, həmin bükümlərin sonradan məhz Məhkum tərəfindən satış məqsədi ilə bükülməklə qablaşdırılmasına, yəni həmin vasitələrin çəkilərək xırda bağlamalar halına salınmasına yardım edən vasitə (elektron tərəzi və hər hansı digər avadanlıq) də aparılmış əməliyyat-axtarış tə dbirləri nəticəsində aşkar olunmamışdır ki, məhkəmə isə göstərilən halları nəzərə almamışdır. Bu səbəbdən də, ibtidai istintaq orqanının və məhkəmənin Məhkum evindən aşkar edilmiş külli miqdarda narkotik vasitə çətənə bitkisinin qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas olmamışdır. Təqsirləndirilən şəxs Məhkum həmin narkotik vasitəni məhz satmaq məqsədi ilə saxladığı barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və bu barədə ibtidai istintaq orqanının və məhkəmənin gəldiyi nəticə heç bir mötəbər və təkzibolunmaz sübuta əsaslanmamaqla mülahizə xarakteri daşımış və o da ittihamın əsası kimi göstərilə bilməzdi. Lakin Şəki Ağır Cinayətlər Məhkəməsi bu halların heç birini obyektiv araşdırmadan, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin hallara düzgün hüquqi qiymət vermədən onun barəsində ittihamverici və ağır hökm çıxartmışdır. Həmçinin işə baxan məhkəmələr Məhkum cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən bir sıra halları, müsbət xarakterizə olunduğunu, eləcə də təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli hökmünün dəyişdirilməsini və Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə aşağı həddə ədalətli cə za təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Zeynalov Emin Mail oğlu çıxış edərək, məhkumun əməlinin düzgün tövsif olunmadığını bildirib, məhkumun əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və himayəsində az yaşlı uşağının olmasını nəzərə alaraq məhkuma aşağı həddə cəza verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğ v etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.1.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edildiyi, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini və ya dəyişdirilməs ini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Üm umi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin hökmündən görünür ki, Məhkum verilmiş ittihamın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, və daşıma ilə bağlı hissəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikas ı CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu iddia e dilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlam a, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, müdafiə tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Məhkum ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsi, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi özünü təqsirli və qismən təqsirli bilməsinə dair izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid5, Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, 6 yanvar 2023-cü il tarix Raport, h əmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar, baxış keçirilməsi və götürmə aparılması haqqında 6 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş disk, məhkəmə-bioloji ekspertizasının 7 yanvar 2023-cü il tarixli 17/24 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının 26 fevral 2023-cü il tarixli 335 nömrəli rəyi, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar və toplanılmış sübutlar ilə təsdiq olunur və məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində tə qsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsasla ndırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya şikayətində narkotik vasitələrin satış məqsədi ilə əldə edilmədiyi qeyd edilməsinə baxmayaraq, məhkəmələr haqlı olaraq şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini, işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum satış məqsədinin olmamasına dair verdiyi ifadələrinin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Kassas iya məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum ümumi təmiz çəkisi külli miqdar təşkil etməklə 300 (üç yüz) ədəd kibrit qutusunda və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı satışa hazır vəziyyətdə saxlamasını, onun həmin miqdarda narkotik vasitələrin şəxsi istehlak məqsədi ilə əldə etməsi barədə ifadənin həqiqətə uyğunluğunu qeyri-mümkün edir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Verilmiş kassasiya şikayətində həmçinin, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prin siplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin məhkumun cəzasını yüngülləşdirən hala istinadına, həmçinin yüngülləşdirici halların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquq i xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində azyaşlı uşaqlarının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. O dur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə ha qlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Zeynalov Emin Mail oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 yanvar 2024-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar