Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-65/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Hüseynov (sədrlik edən və məruzəçi), X.Səmədov, Ş.Məmmədovdan ibarət tərkibdə) 07 iyul 2017-ci il tarixli hökmü ilə xx xxxxx 1959-cu ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Yevlax rayonunun Aşağı Bucaq kəndində qeydiyyatda olan və yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan m əhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 2 (iki) gün müddət cəzadan sıxılmaqla üzərində 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 12 dekabr 2016-cı ildə, saat 14.30 radələrində Bakı-ŞamaxıYevlax yolunun Yevlax rayonu ərazisindən keçən 267,5-ci kilometrliyində idarə etdiyi “Mitsubishi Airtek” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolun Bakı şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəs inin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması) tələblərini pozaraq, yəni hərəkət sürəti 90 km/saat sürətlə məhdudlaşdırılmış yolda 100 km/saat sürətlə hərəkətdə olmaqla, eləcə də həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1 üfüqi nişanlama xəttini (ağ bütöv xətt) kəsib keçməməli, daim hərəkətə nəzarət etməli, yolda hərəkət istiqamətlərini ayıran bütöv üfüqi ağ nişanlanma xəttinin tələblərinə uyğun hərəkət etməli, üfüqi nişanlanma xəttini kəsərək avtomobili qarşılıqlı hərəkət zolağına çıxarıb hərəkət üçün təhlükə şəraiti yaratmamalı və əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsiz keçib getməsini təmin etməli, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, yolun ortasında hərəkət isti qamətlərini ayıran bütöv ağ üfüqi nişanlama xəttinin olmasını nəzərə almalı, həmin bütöv xətti kəsməklə avtomobili yolun soluna çıxarmamalı olduğu halda, qanunun həmin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək, Yevlax rayonu istiqamətində öz yolu ilə hərəkət edən X7 idarə etdiyi VAZ-21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq avtomobilin qabaq sol və sol yan hissəsindən vurub, toqquşaraq həmin avtomobili yolun sağ kənarına çıxarmışdır. Nəticədə VAZ-21074 markalı avtomobilin sürücüsü X8 baş beynin yumşaq qişası altına geniş qansızma ilə ağırlaşan kəllə əsası sümüklərinin xətti sınığı, sol İİİ-Vİİİ qabırğaların, sağ said və baldır sümüklərinin qapalı sınığı, başın təpə nahiyəsinin yarası xəsarətləri ilə nəticəl ənən və sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ehtiyatsızlıqdan ölməsinə, eyni zamanda, VAZ- 21074 markalı avtomobildə olan sərnişin X4 onurğa beyninə qansızma ilə müşayiət olunan ll-lll boyun fəqərələrinin qapalı sınığı, boyunun sağ yan səthinin və sol çiyin qurşağının sıyrıqları xəsarətləri ilə nəticələnən və sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ehtiyatsızlıqdan ölməsinə, beləliklə iki şəxsin ehtiyatsızlıqdan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmçinin hadisə zamanı X8 məxsus VAZ-21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5007(beş min yeddi) manat ziyan vurmuşdur. Daha sonra, toqquşma nəticəsində “Mitsubishi Airtrek” markalı avtomobil fırlanaraq birinci toqquşma yerindən 27 metr aralıda Bakı şəhəri istiqamətdə yolun sağından-soluna doğru 2 metr məsafədə X1 idarə etdiyi Vaz-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa yan qanadından vuraraq toqquşmuş və nəticədə X5 məxsus VAZ2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 815 (səkkiz yüz on beş) manat maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi) M.M.Hüseynov və İ.H.Şükürovdan ibarət tərkibdə) 29 sentyabr 2017-ci il tarixli qərarı Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı F.Musayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər T.L.Kazımov (sədrlik edən və məruzəçi), Ə.Ə.Seyfəliyev və H.Q. Nəsibovdan ibarət tərkibdə) 21 fevral 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Kassasiya protesti təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.F,Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədlidən ibarət tərkibdə) 06 avqust 2018-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə olduğu 13 dekabr 2016-cı ildən 15 dekabr 2016-cı il tarixə kimi olan 2 (iki) gün cəzadan çıxılmaqla üzərində 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 10 noyabr 2017-ci il tarixdən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X9 verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin və məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum X6 müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X9 onunla əsaslandırmışlar ki, məhkum baş verən hadisədən sonra tam səfərbər olaraq zərərçəkmiş şəxs tərəfə maddi və mənəvi köməkliklər etmiş, yas mərasimlərinin tamamilə xərclərini öz üzərinə götürmüş, ailəsinə maddi köməklik etmiş, bu baxımdan da onlar tərəfindən, həmçinin X11 tərəfindən məhkəmə prosesində təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmadığını bildirmişlər. Məhkum etdiyi əməli səmimi olaraq etiraf etmiş, əməlindən peşmançılıq hissi çəkmiş, ilk növbədə vurulmuş zərərlə bağlı bütün tədbirləri görmüş, nəticədə həm əmlakına ziyan dəyən şəxsin, həm də zərərçəkmiş şəxsin hüquqi va risinin bu barədə şikayətləri olmamışdır. Hazırda da zərərçəkmiş şəxsin hüquqi varisinin məhkumdan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassas iya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətlərinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs ağır cəzanın təyin olunmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci ma ddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cə zanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azad lıqdan məhrumetmə cəzasını təyin edərkən, onun etdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, hadisə zamanı özünün də yüngül xəsarət almasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, onunla razılıq əldə etməsini, digər ölmüş zərərçəkmiş şəxslərin dəfni ilə əlaqədar xərcləri çəkməsini, 15.000 manat maddi yardım etməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təyin olunmuş cəza ilə razılaşmayan dövlət ittihamçısı apellyasiya protesti vermiş, apellyasiya instansiyası məhkəməsi də apellyasiya protestini təmin edərək Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ağırlaşdırmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə birinci instansiyası məhkəməsi Təqsirləndirilən ş əxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını hökmdə göstərsə də, nəticədə onun barəsində yüngül cəza təyin etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar e dilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırarkən həm cinayət qanununun normalarını, həm də Ali Məhkəmənin Plenumunun tövsiyyələrini düzgün nəzərə almış, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Belə ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsinin sanksiyasında beş ildən sək kiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də məhkum Təqsirləndirilən şəxs maddənin sanksiyasının aşağı həddinə yaxın həddə olan altı il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək olmaz. İşin materiallarında da təyin olunmuş cəzanın aşağı endirilməsi üçün heç bir qanuni əsas müəyyən edilmir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddə sinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübu t edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngüllə şdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-65/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-65/2019
09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver