Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-65/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslərin nümayəndələri Abbasov Zaur Vaqif oğlu nun və Nurəliyev Rəcəb Rza oğlunun, Məhkum və onun müdafiəçisi-vəkil Həsənov İmamqulu Vəliqulu oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.1, 228.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Həsənov İmamqulu Vəliqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və F.A.Qəribov) Məhkum- xx.xx.1962-ci ildə Şamaxı rayonu T alışnuru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, subay, Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.1, 228.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə müvafiq olaraq təyin edilən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum qarşı olan mülki iddiası qismən təmin edilmiş, Məhkum 4.052.100 (dörd milyon br yüz əlli iki min yüz) manat Zərərçəkmiş şəxs1 xeyrinə tutulmuş, tutmanın 163.202(bir yüz altmış üç min iki yüz iki) manat hissəsi iş üzrə olan maddi sübutlara yönəlidilərək, bu vəsaitlər ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan “XXX“ markalı **-GR-*** dövlət nömrə ni şanlı, XXX “XXXX” markalı **-FD-*** dövlət nömrə nişanlı, XXX “XXXX” markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobillər və Məhkum ünvan 3 ünvanında yerləşən evində aparılmış axtarış zamanı götürülmüş sarı metaldan bir ədəd boyunbağı, 2 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa, xüsusi müsadirə edilərək dəymiş zərərin hesabına Zərərçəkmiş şəxs1 verilməsi, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilin Zərərçəkmiş şəxs1 adına sənədləşdirilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, “Toyota Prado“ markalı **-XX-*** dövlət nömrə nişanlı, XXX “XXXX” markalı **-XX-*** dövlət nömrə nişanlı, XXXX “XXX” markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobillərin Zərərçəkmiş şəxs1 adına sənədləşdirilməsi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə olunmuş, Baş Prokurorluğun depozit hesabında olan 1600 manat, 700 ABŞ dolları məbləğlərində pul vəsaitləri xüsusi müsadirə edilərək zərərin hesabına Zərərçəkmiş şəxs1 verilməsi, qalan 3.888.898 (üç milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz doxsan səkkiz) manat pul vəsaitinin Məhkum alınaraq Zərərçəkmiş şəxs1 verilməsi və iddia tələblərinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin hökmlə X26, X39 və X79 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2007-ci ildən etibarən yaxın münasibətlərdə olduğu, X52 Şamaxı rayonunun ərazisində torpaq sahələrinin alınması üçün maddi imkanının olmasını bilib etibarından sui-istifadə edərək onun üçün Şamaxı rayonu ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə çox saylı torpaq sahələri alma ğı vəd etməklə 2013-cü ilin iyul ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Qaleybuğurd kəndi ərazsində 6 hektar torpaq sahəsini göstərərək turizm təyinatlı olmaqla hektarının 30.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə 2013-cü ilin iyul ayının sonlarında Bakı şəhərində Zərərçəkmiş şəxs1 180.000 manat pulu qəbul edib özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə 180.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2014-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Nağaraxana kəndinin mərkəzində yerləşən yüksəklikdəki 3,48 hektar kənd təsərrüfatı təyi natlı torpaq sahəsini göstərərək hektarının 50.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə Zərərçəkmiş şəxs1 2014-cü ilin fevral ayının sonlarında Şamaxı rayonunda 174.000 manat pulu qəbul edib sonuncunun ona olan etibarından sui-istifadə edərək aldatma yolu ilə ona həmin torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin XX seriyalı, ******* №-li, xx.xx.2014-cü il tarixli çıxarışında Şamaxı rayonu Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1.566 manat də yərində 3,48 hektar torpaq sahəsini mülkiyyətçilər X4, X53, X40, X18, eləcə də öz adından çıxış edən X41 ilə Zərərçəkmiş şəxs1 etibar etdiyi sürücüsü Zərərçəkmiş şəxs2 arasında bağlanılmış AN-İ ******* №-li, xx xxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsində 800 manat göstərilsə də, faktiki xx.xx.2014-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə 1000 ABŞ dolları təşkil edən 784.3 manata satın alaraq Zərərçəkmiş şəxs2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2014-cü il tarixli çıxarışı rəsmiləşdirməklə təkrarən Zərərçəkmiş şəxs1 174.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2014cü ilin iyul ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Nağaraxana kəndindən Pirqulu kəndinə gedən yolun sol unda 50 hektar torpaq sahəsini göstərərək turizm təyinatlı olmaqla hektarının 30.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə 2014-cü ilin iyul ayının sonlarında Şamaxı rayonunda Zərərçəkmiş şəxs1 700.000 manat, 2014-ci ilin dekabr ayında Bakı şəhərində 220.000 manat, 2015-ci ilin fevral ayında Bakı şəhərində 280.000 manat, 2015-ci ilin may ayında Bakı şəhərində 300.000 manat olmaqla, cəmi 1.500.000 manat qəbul edib, özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 1.500.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2015-ci ilin may ayında Zərərçəkm iş şəxs1 2014-cü ilin fevral ayında Şamaxı rayonu Nağaraxana kəndinin mərkəzində yerləşən yüksəklikdə göstərdiyi 3.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yanında yerləşən 3.3699,7 hektar, 2.9 hektar, 0.58 hektar, 1.63 hektar, 4.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini göstərərək hektarının 50.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 ümumilikdə həmin 12,54 hektar torpaq sahələrini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə Zərərçəkmiş şəxs1 Şamaxı rayonunda 2015-ci ilin iyun ayında 200.000 manat, həmin ilin avqust ayında 300.000 manat, Bakı şəhərində həmin ilin sentyabr ayında 127.000 manat olmaqla cəmi 627.000 manat pulu qəbul edib sonuncunun ona olan etibarından sui-istifadə edərək aldatma yolu ilə ona göstə rdiyi 3.3699,7 hektar Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışında Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1.516 manat dəyərində 3.3699,7 hektar torpaq sahəsini mülkiyyətçiləri X42, X54, X69, X70, X43 və X27 ilə Zərərçəkmiş şəxs1 etibar etdiyi qardaşı X80 arasında bağlanılmış AN-İ ******* №-li, xx xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsində 3.370 manat göstərilsə də, faktiki 1.680 manata satın alaraq hüquqların dövlət qeydiyyatı haqqı nda daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışı ilə X48un adına, Şamaxı rayonunun Nağaraxana kəndindəki 2.9 hektar torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışda həmin torpaq sahəsinin Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1.305 manat dəyərində 2.9 hektar torpaq sahəsini mülkiyyətçiləri X55, X28, X6, X13, X81 ilə Zərərçəkmiş şəxs1 etibar etdiyi qardaşı X80 arasında bağlanılmış AN-İ ******* №-li, xx xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsində 2.900 manat göstərilsə də, faktiki 1.450 manata satın alaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* №-li xx.xx.2016-ci il tarixli çıxarışı ilə X48un adına, Şamaxı rayonunun Nağaraxana kəndinin ərazisindəki 0.58 hektar torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışda həmin torpaq sahəsinin Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 261 manat dəyərində 0.58 hektar torpaq sahəsini mülkiyyətçisi X56 ilə Zərərçəkmiş şəxs1 etiba r etdiyi qardaşı X80 arasında bağlanılmış AN-İ ******* №-li, xx xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsində 580 manat göstərilsə də faktiki 250 manata satın alaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışı ilə X48un adına, Şamaxı rayonunun Nağaraxana kəndinin ərazisində yerləşən 1.63 hektar torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışda həmin torpaq sahəsinin Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 733 manat dəyərində 1,63 hektar torpaq sahəsini mülkiyyətçiləri X103, X57, X82 ilə Zərərçəkmiş şəxs1 etibar etdiyi sürücüsü X116 arasında bağlanılmış AN-İ ******* №-li, xx xxxxxx 2016ci il tarixli alqı-satqı müqaviləsində 1700 manat göstərilsə də, faktiki 810 manata satın alaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışı ilə Zərərçəkmiş şəxs2 adına, Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 4.06 hektar torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışda həmin torpaq sahəsinin Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqə mli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1.827 manat dəyərində 4,06 hektar torpaq sahəsini mülkiyyətçiləri X29, X14, X71, X72, X73, X3, eləcə də öz adından çıxış edən X74 ilə Zərərçəkmiş şəxs1 etibar etdiyi sürücüsü X116 arasında bağlanılmış AN-İ ******* №-li, xx xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsində 3500 manat göstərilsə də, faktiki 2000 manata satın alaraq Zərərçəkmiş şəxs2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışı ilə rəsmiləşdirməklə təkrarən Zərərçəkmiş şəxs1 cəmi 627.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2015-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Mədrəsə qəsəb əsi ərazisində 80 hektar və Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisində 80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini göstərərək hektarının 5.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə Zərərçəkmiş şəxs1 2015-ci ilin oktyabr ayında Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisindəki torpaq sahələrinin alınması üçün 50.000 manat, həmin ilin noyabr ayında Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindəki torpaq sahələrinin alınması üçün 60.000 manat, 2015-ci ilin dekabr ayında Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisindəki torpaq sahələrinin alınması üçün 90.000 manat, 2016-cı ilin yanvar ayında Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisindəki torpaq sahələrinin alınması üçün 75.000 manat, 2016-cı ilin fevral ayında Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindəki torpaq sahələrinin alınması üçün 65.000 manat, 2016-cı ilin mart ayında Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisindəki torpaq sahələrinin alınması üçün 55.000 manat, 2016-cı ilin may ayında Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindəki torpaq sahələrinin alınması üçün 50.000 manat, 2016-cı ilin iyun ayında Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindəki torpaq sahələrinin alınması üçün 85.000 manat, 2016-cı ilin avqust ayında Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisindəki torpaq sahələrinin alınması üçün 45.000 manat, 2016-cı ilin sentyabr ayında Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindəki torpaq sahələrinin alınması üçün 50.000 manat, 2016-cı ilin oktyabr ayında Şamaxı rayonunun Qaleybuğurd kə ndi ərazisindəki torpaq sahələrinin alınması üçün 55.000 manat, 2016-cı ilin noyabr ayında Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisindəki torpaq sahələrinin alınması üçün 50.000 manat, 2017-ci ilin yanvar ayının əvvəllərində Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisindəki torpaq sahələrinin alınması üçün 35.000 manat, 2017-ci ilin yanvar ayında Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindəki torpaq sahələrinin alınması üçün 35.000 manat olmaqla, cəmi 800.000 manatı qəbul edib, özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 800.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2015-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 2014-cü ilin fevral ayında Şamaxı rayonu Na ğaraxana kəndin mərkəzində yerləşən yüksəklikdəki 3.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yanında yerləşən digər 3.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək hektarının 50.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə Zərərçəkmiş şəxs1 2015-ci ilin oktyabr ayında Şamaxı rayonunda yenidən 174.000 manat pulu qəbul edib sonuncunun ona olan etibarından sui-istifadə edərək aldatma yolu ilə ona həmin torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reestrindən RX seriyalı ******* №-li xx.xx.2015-ci il tarixli çıxarışda Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1.566 manat dəyərində 3,48 hektar torpaq sahəsini mülkiyyətçiləri X75, X30, X31, X10, eləcə də öz adından çıxış edən X44 ilə öz etibar etdiyi tanışı X83 arasında bağlanılmış AN-İ ******* №-li, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1500 manata satın alaraq X59un adına rəsmiləşdirməklə, bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li, xx.xx.2015-ci il tarixli çıxarışda Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Ka rrar kəndi ərazisində yerləşən 3,48 hektar torpaq sahəsini mülkiyyətçi, etibar etdiyi X83 ilə Zərərçəkmiş şəxs1 etibar etdiyi bacısı X104 adından etibarnamə əsasında özü tərəfindən bağlanılmış AN-İ ******* №-li xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsində 10.000 manat göstərilsə də, faktiki X59a heç bir pul vəsaiti verməyərək X104nın adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2015-ci il tarixli çıxarışı rəsmiləşdirməklə təkrarən Zərərçəkmiş şəxs1 174.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2015ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Nağaraxana kəndindən Pirqulu kəndinə gedən yolunun sağ kənarında 2,32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək qohumu X127 tərəfindən yol kən arı olduğu üçün ümumilikdə 150.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə Zərərçəkmiş şəxs1 2015-ci ilin noyabr ayında Şamaxı rayonu Nağaraxana kəndində 150.000 manat pulu qəbul edib sonuncunun ona olan etibarından sui-istifadə edərək aldatma yolu ilə ona həmin torpaq sahəsi əvəzinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışında Şamaxı rayonu, Nağaraxana kəndində yerləşməsi göstərilsə də, həmin sənədə əlavə olunmuş daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən faktiki surətdə qeyd olunan kəndin Kürdəmir rayonunun Karrar kəndi ərazisində yerləşən 1.044 manat dəyərində 2, 32 hektar torpaq sahəsini mülkiyyətçilər X15, X76, X19, eləcə də öz adından çıxış edən X58 ilə Zərərçəkmiş şəxs1 etibar etdiyi sürücüsü Zərərçəkmiş şəxs2 arasında bağlanılmış AN-İ ******* №-li, xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsində 2.300 manat göstərilsə də, faktiki 1.276 manata satın alaraq Zərərçəkmiş şəxs2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışı rəsmiləşdirməklə, təkrarən Zərərçəkmiş şəxs1 150.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2015-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Çuxuryurd kəndinin ərazisində dağın üstündəki rabitə antenasının yanında 4 hektar torpaq sahəsini göstərərək 300.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə xx xxxxxx 2016-cı il tarixdə Şamaxı rayonunda Zərərçəkmiş şəxs1 300.000 manat pul vəsaitini qəbul edib, özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 300.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2016-cı ilin avqust ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Mədrəsə qəsəbəsi Bələdiyyəsinin ərazisində yerləşən ölçüləri istintaqa məlum olmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək 60.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə 2016-cı ilin sentyabr ayında Şamaxı rayonunda Zərərçəkmiş şəxs1 60.000 manat pul vəsaitini qəbul edib, özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 60.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Qaleybuğurd kəndinin yolunda «3 Tala» deyilən ərazidə 3,5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək 75.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə 2016-cı ilin sentyabr ayında Şamaxı rayonunda Zərərçəkmiş şəxs1 75.000 manat pul vəsaitini qəbul edib özünün sahiblik və istifadəsind ə saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 75.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2016cı ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Çuxuryurd kəndindəki “Soyuq bulaq“ deyilən ərazidə yerləşən, ölçüləri istintaqa məlum olmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək 160.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunu olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə 2016-cı ilin oktyabr ayında Şamaxı rayonunda Zərərçəkmiş şəxs1 160.000 manat pul vəsaitini qəbul edib özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 160.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2016-cı ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Kərkənc kəndi ərazisində yerləşən, ölçüləri istintaqa məlum olmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək 75.000 manata, Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin ərazisində yerləşən, ölçüləri istintaqa məlum olmayan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək 30.000 manata, Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin ərazisində yerləşən su gölünü göstərərək 35.000 manata, Şamaxı rayonu Nağaraxana Bələdiyyəsinin Talışnuru kəndi ərazisində yerləşən, ölçüləri istintaqa məlum olmayan kənd təsərrüfatı təyinatlı otlaq sahəsini göstərərək 130.000 manata satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahələrini almaq arzusu nu olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə Zərərçəkmiş şəxs1 130.000 manatı 2016-cı ilin oktyabr ayında, 75.000 manatı 2016-cı ilin noyabr ayında, 30.000 manatı və 35.000 manatı 2016-cı ilin dekabr ayında -cəmi 270.000 manat pul vəsaitlərini qəbul edib özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 270.000 manat məbləğində külli miqdarda pul vəsaitini, 2016-cı ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində 7.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərək 37.000 manata və Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisində 7.33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini göstərərə k 19.500 ABŞ dollarına satıldığını deyib, Zərərçəkmiş şəxs1 həmin torpaq sahələrini almaq arzusunu olduğunu bildirdikdən sonra onların sahiblərindən satın alınması adı ilə xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 Şamaxı rayonu, Mədrəsə qəsəbəsindəki 7.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə 37.000 manat və həmin gün Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisində yerləşən 7.33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə xx.xx.2017-ci il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzzənəsinə əsasən 19.500 ABŞ dollarına bərabər olan 34.596,9 manat pulu, yəni hər iki torpaq sahəsi üçün cəmi 71.596,9 manat pulu Şamaxı rayonunda qəbul edib özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb vermə yərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 71.596,9 manat məbləğində külli miqdarda pul vəsaitini, 2016-cı ilin dekabr ayında Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən evini və həyətyanı sahəsini 100.000 manata satdığını deyib, Zərərçəkmiş şəxs1 həmin evi almaq arzusunu olduğunu bildirdikdən sonra həmin evin sonuncuya satılması adı ilə 100.000 manat pulu Zərərçəkmiş şəxs1 2016-cı ilin dekabr ayında Şamaxı rayonunda qəbul edib özünün sahiblik və istifadəsində saxlamaqla, sonuncuya qeyd olunan evi rəsmiləşdirib verməyərək etibardan sui-istifadə edib aldatma yolu ilə təkrarən 100.000 manat məbləğində külli miqdarda pul vəsaitini, ümumilikdə isə 2013-2017-ci illər ərzində Zərərçəkmiş şəxs1 ağır nəticələrə səbəb olan 4.641.596,9 (dörd milyon altı yüz qırx bir min beş yüz dox san altı manat doxsan qəpik) manat məbləğində külli miqdarda pul vəsaitlərini təkrarən dələduzluqla ələ keçirimişdir. Qeyd olunan cinayət əməllərini törətdikdən sonra, Məhkum 2016-cı ilin dekabr ayında dələduzluq əməlləri ilə ələ keçirdiyi 4.641.596,9 manat məbləğində pul vəsaitlərinə və Zərərçəkmiş şəxs1 530.000 manata satın alıb etibar etdiyinə görə onun adına rəsmiləşdirdiyi Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yerləşən 5,066 hektar, arvadı X32 adına rəsmiləşdirdiyi Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 6,5429 hektar torpaq sahələrinə, həmçinin zərər çəkmiş Zərərçəkmiş şəxs1 xx.xx.2016-cı il tarixdə Məhkum adına aldığı 1 ədəd «Belarus 1221» markalı traktora, 1 ədəd 5 gövdəli təkərli asma kotana, xx.xx.2016-cı il tarixdə X32 adına aldığı 1 ədəd «Belarus-892» markalı trak tora, 1 ədəd 4 gövdəli təkərli kotana, AG-WHR 4 markalı ot dırmığına, xx.xx.2016-cı il tarixdə sonuncunun adına aldığı 1 ədəd (rotorlu) AGS165 markalı ot biçənə, 1 ədəd 5 gövdəli təkərli asma kotana, 1 ədəd LKS-FGWS markalı yemqıran qoşulana, 1 ədəd LKS-FS 800 markalı asılan gübrəsəpənə, 1 ədəd Lukas markalı elektrikli stasionar yemqarışdırana, xx.xx.2016-cı il tarixdə X45 adına aldığı 1 ədəd «Belarus 892» markalı traktora, 1 ədəd LKS-MFS 1000 markalı qollu çiləyiciyə, 2 ədəd Lukas markalı elektrik stasionar yemqarışdırana, 1 ədəd 4 gövdəli təkərli kotana, xx.xx.2016-cı il tarixdə sonuncunun adına aldığı 1 ədəd HBM-N24 markalı taxılsəpənlə gübrəsəpənə, eləcə də Zərərçəkmiş şəxs1 dəyərini ödədiyi torpaq sahələrini onun müəyyən etdiyi şəxslərin adlarına rəsmiləşdirilməsini tələb etməsi ilə ə laqədar, həmçinin aralarında əldə olunmuş razılığa əsasən 100.000 manat almasına baxmayaraq ünvan 5 ünvanında yerləşən evini Zərərçəkmiş şəxs1 etibar etdiyi yaxınlarının adına alqı-satqı müqaviləsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışı ilə rəsmiləşdirməyərək həmin 100.000 manata da sahib çıxmaq, qeyd olunan pul vəsaitləri və əmlakları geri qaytarmamaq məqsədilə yaxın münasibətlərdə olduğu X84, X26, sonuncunun vasitəsi ilə isə X39 ilə Zərərçəkmiş şəxs1 və qətlin icrası zamanı onunla birgə olacaq digər şəxsləri dələduzluq cinayət əməlini gizlətmək üçün tamah niyyətilə və sifarişlə qəsdən öldürmək barədə razılığa gəlib yaratdığı mütəşəkkil dəstədə birləşərək, törədiləcək cinayət əməlinin planını hazırlayıb vaxtını, yerini, üsulunu, dəstə üzvlə rinə ödəniləcək pul vəsaitinin məbləğlərini müəyyənləşdirməklə, həmçinin onları nəqliyyat vasitəsi, silah və patronlarla təchiz etməklə mütəşəkkil dəstəyə rəhbərliyi həyata keçirib, X26 ilə X59 600.000 manat pul vəd edib 2016-cı ilin dekabr ayının 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Zərərçəkmiş şəxs1, onun qızı Zərərçəkmiş şəxs4 və sürücüsü Zərərçəkmiş şəxs2 qəsdən öldürülməsini sifariş edib, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evində saxladığı, gəzdirməklə daşıdığı bir ədəd odlu silah hesab olunan 1986-cı il istehsallı AKS-74U “Kalaşnikov“ modelli 736430 (86 736430) zavod nömrəli 5,45 mm çaplı avtomatı və onun döyüş sursatı hesab edilən 39 ədəd patronlarını X59a, tanışı X85 tə rəfindən saxlanılması üçün ona verilmiş 12 kalibrli “Churchill” markalı, ******* №-li tüfəngi və onun 5 ədəd patronlarını dəstə üzvü X9ə verərək, darağında 8 ədəd patron olan odlu silah hesab edilən nömrəsi silinmiş “PM” markalı “Makarov” sistemli tapanca ilə isə özü silahlanıb X113 Cəbiyevə Zərərçəkmiş şəxs1 gəldiyi avtomaşın ünvan 6 ünvanında yerləşən evinin birinci mərtəbəsindəki qaraja küçədən daxil olduqdan sonra həyətyanı sahədən qaraja daxil olmaq üçün nəzərdə tutulmuş qapıdan girərək Zərərçəkmiş şəxs1 və onunla gələn bütün şəxsləri əllərindəki odlu silahlardan atəşlər açmaqla qəsdən öldürməyi tapşırıb özünün də qarajın girəcəyində dayanaraq qarajı tərk etmək istəyən Zərərçəkmiş şəxs1 və onunla gələn şəxsləri özündə olan tapanca ilə atəşlər açmaqla qətlə yetirəcəyini razılaşdırmış, qeyd olunan tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “XXXXXXXX“ markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomaşın onun Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evinin birinci mərtəbəsində yerləşən qaraja daxil olduqdan və Zərərçəkmiş şəxs4 avtomaşından düşərək qarajdan həyətyanı sahəyə çıxdıqdan sonra, cinayəti başa çatdırmaq imkanına malik olduğu halda X59un bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini dayandıraraq digər dəstə üzvlərinə bildirmədən cinayətdən könüllü imtina etməsi və X9in qəsdə yönələn birbaşa hərəkətlərinə imkan verməməsi nəticəsində iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2, yəni iki nəfərdən artıq şəxsi mütəşəkkil dəstə tərkibində başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyəti və si farişlə qəsdən öldürməyə cəhd etmiş, planlaşdırıdığı cinayət əməli baş tutmadıqdan sonra zərər çəkmiş şəxslər tərəfindən cinayətin alətlərinin aşkar olunmaması üçün onların qəsdən adam öldürmə niyyətlərindən məlumatsız olan sürücüsü X60 verdiyi göstəriş əsasında sonuncunun odlu silah olan AKS-74U “XXXX“ modelli, 736430 (86 736430) zavod nömrəli 5,45 mm çaplı avtomat və 39 ədəd patronlarının, eləcə də 12 kalibrli “Churchill” markalı ******* №-li tüfəng və 5 ədəd patronlarının X9 tərəfindən gizlədildiyi fərdi yaşayış evinin həyətindəki su çəninin yanındakı xalçanın altından götürülüb daha etibarlı məkan kimi qaraja aparılaraq girişdən sağ tərəfdəki birinci rəfdə gizlədilməsi ilə mütəşəkkil dəstə tərkibində təkrarən odlu silah və döyüş sursatlarını qanunsuz əldə edib saxlamış, daşıyaraq gəzdi rmişdir. Bundan sonra, o, həmin gün zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Bakı şəhərinə qayıtdıqdan sonra, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində X9in iştirakı ilə cinayətdən könüllü imtina edən X59a üzərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə narazılıq və iradlarını bildirib, X9 yatdıqdan sonra gecə saatlarında Zərərçəkmiş şəxs1 özünün də silahlardan atəşlər açaraq öldürə biləcəyini bəyan edərək X59da cinayətin törədilməsinə qətiyyət yaratmaq məqsədilə evin ikinci mərtəbəsindəki otaqdan qanunsuz olaraq əldə edib saxlamaqla gəzdirdiyi və daşıdığı “XXX“ markalı tapancanı götürərək həmin otağın giriş qapısının yanındakı divara bir dəfə, AKS-74U “XX“ modelli 736430 (86 736430) zavod nömrəli 5,45 mm çaplı avtomatdan isə həyətdə giriş qapıs ından sağ tərəfdə yerləşən hasar istiqamətində iki dəfə atəşlər açaraq eyni zamanda cinayətin alətləri kimi nəzərdə tutduğu silah və sursatların yararlılıqlarına əmin olmuş, 2016-cı ilin dekabr ayının axırlarında cinayətkar fəaliyyətini intensivləşdirərək dəstə üzvlərinin rol və vəzifələrində dəyişiklik aparıb X59dan cinayətin izlərini itirmək üçün meyitlərin hissələrə ayrılması və gizlədilməsində istifadə etməyi qərara alıb, qətli icra etmək üçün başqa şəxs tapmaq barədə dəstə üzvü X9ə yeni tapşırıq vermiş, sonuncu 2016-cı ilin dekabr ayının sonlarında bu məqsədlə əvvəllər məhkum olunmaqla ölkə ərazisində və xaricdə cəzaçəkmə müəssisələrində cəza çəkmiş tanışı X39 ilə Şamaxı şəhəri “XXX“ restoranında görüşüb onun sözlərini çatdırıb hər hansı bir şəxsin adını çəkmədən 100.000 manat müqab ilində qeyd olunan qəsdən adam öldürmə sifarişini icra etməyi təklif etmiş, X12 razılıq verdikdən sonra X9 səhərisi gün X12u onunla Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi “Ağsu yolu” deyilən ərazidə idarə etdiyi “Toyota Prado“ markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomaşında görüşdürərək bir daha sifarişin icrası üçün onların hər ikisinə ödəniləcək 100.000 manat pul vəsaitinin məbləğini dəqiqləşdirmiş, Zərərçəkmiş şəxs1 qətlinin guya ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi kimi pərdələnməsi barədə dəstə üzvü X12un təklifi əsasında ilk əvvəl xx xxxxxx 2016-cı il tarixdə Şamaxı şəhər sakini X86 tərəfindən satışa çıxarılmış VAZ 2121 Niva markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomaşını 4.800 manata satın alıb dəstə üzvü X12un qohumu X7 adına etibarnamə ilə rəsmiləşdirməkl ə sərəncamına versə də, avtomobilin texniki cəhətdən nasaz olması səbəbindən xx xxxxxx 2016-cı il tarixdə geri qaytarıb, həmin gün X87 tərəfindən satışa çıxarılmış VAZ 2121 Niva markalı, **-FD-*** dövlət nömrə nişanlı avtomaşını 7000 manata satın alaraq X12un qohumu X7 adına etibarnamə ilə rəsmiləşdirib X12un sərəncamına vermiş, qeyd olunan avtomaşınla həmin gün Şamaxı rayonu, Qızmeydan kəndinin döngəsindəki “Dörd yol” deyilən ərazidə görüşəcəyini əvvəlcədən razılaşdırdığı Zərərçəkmiş şəxs1, onun bacısı oğlu Zərərçəkmiş şəxs3 içərisində olduğu və Zərərçəkmiş şəxs2 idarə etdiyi “XXXX” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı” şosse yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlamaqla dəstə üzvü X9ə istifadəsində olan ********** nömrəli mobil telefonu ilə X12un istifadəsində olan ********** nömrəli mobil telefona zəng edib sonuncuya cinayətin törədiləcək vaxtı, Zərərçəkmiş şəxs1 içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verməsini tapşırmış, lakin Zərərçəkmiş şəxs1la görüşləri zamanı sonuncunun gözlənilmədən öz avtomaşınına deyil, onun idarə etdiyi VAZ 21214 “Niva” markalı, **-LP*** dövlət nömrə nişanlı avtomaşına əyləşməsi və bu barədə dəstə üzvləri X9 və X12u xəbərdan etməyə imkan tapmaması səbəbindən, sonuncunun isə müəyyən edilmiş plan üzrə əməllərini davam etdirərək Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “XXXX” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomaşını özünün idarə etdiyi VAZ 2121 Niva markalı, **-FD-*** dövlət nömrə nişanlı avt omaşınla bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib öz maşınını aşırması nəticəsində iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, yəni iki nəfərdən artıq şəxsi mütəşəkkil dəstə tərkibində başqa cinayəti gizlətmək, tamah məqsədilə və sifarişlə, təkrarən qəsdən öldürməyə cəhd etmişdir. Daha sonra, o, cinayətin törədilməsində xüsusilə fəal iştirak edərək qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100.000 manat pulun bir hissəsini təşkil edən ümumilikdə 3.000 manat pul vəsaitini 2016-cı ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi olan dövr ərzində müxtəlif tarixlərdə hissə-h issə X12a verib, cinayətin hazırlıq prosesində bir-birləri ilə əlaqə saxlamaq məqsədilə xx xxxxxx 2017-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Telefon Dünyası” adlı mağazada tanışı X33 adına alqı-satqı müqavilələri tərtib olunmaqla əldə etdiyi +**********08 sim kart nömrəsini və “XXXX” markalı mobil telefon cihazını özünə götürüb, +**********08 sim kart nömrəsi və “XXXX” markalı digər mobil telefon cihazını isə dəstə üzvü olduğunu zənn etdiyi X59 təqdim edərək bu cihazlar və nömrələr vasitəsilə əlaqə saxlamağı tapşırmış, növbəti dəfə Zərərçəkmiş şəxs1 Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək üçün qanunsuz olaraq əldə edərək saxlayıb gəzdirməklə daşıdığı, içərisində 37 ədəd 5.45 mm çaplı patronlar olan bir ədəd odlu silah hesab olunan 1986-cı il istehsallı, AKS-74 U Kalaşnikov modelli, 736430 (86 736430) zavod nömrəli avtomatı 2017-ci ilin yanvar ayının 08-də dəstə üzvü X9lə birlikdə X114 rayonu ərazisində yerləşən «Bənöşvə» restoranı yaxınlığında görüşərkən sonuncuya verib, xx xxxxxx 2017-ci il tarixdə X125 rayonunun Nağaraxana kəndinin qurtaracağında yerləşən torpaq sahəsinə və Mədrəsə qəsəbəsi ərazisindəki suvarma hovuzu və su gölünün yanına gətirib Zərərçəkmiş şəxs1 xx xxxxxx 2017-ci ildə baxması üçün həmin ərazilərə gətirəcəyini bildirib ona əlavə dəqiqləşdirmədən sonra məhz qeyd olunan məkanda qətli icra etməsini tapşırmış, lakin həmin gün Zərərçəkmiş şəxs1 suvarma hovuzuna baxmağa getməməsi ilə əlaqədar dəstə üzvü X9ə verdiyi tapşırıq əsasında sonuncu istifadəsində olan ********** nömrəli mobil telefondan X12un istifadəsində olan ********** n ömrəli mobil telefon nömrəsinə zəng edib planın dəyişdiyini, Zərərçəkmiş şəxs1 və onunla olacaq şəxsləri Bakı şəhərinə qayıdarkən Şamaxı-Bakı magistral yolunda avtomat silahdan atəşlər açmaqla öldürmək barədə yeni göstərişini çatdırmış, lakin X12 həmin gün qeyd olunan magistral yolda çoxsaylı polis əməkdaşlarının xidmət aparmasına görə qətli icra edə bilməmiş, 2017-ci ilin yanvar ayının 11-dən 12-nə keçən gecə göstərişinə əsasən sürücüsü X79 və mütəşəkkil dəstənin üzvü X9 vasitəsilə cinayətin aləti olan 1986-cı il istehsallı, AKS-74U Kalaşnikov modelli, 736430 (86 736430) zavod nömrəli, 5,45 mm çaplı avtomat silahı və onun 37 ədəd patronlarını Şamaxı şəhərində X12dan geri alaraq ona təhvil vermiş, qətli icra edə bilmədiyinə görə X12dan narazı qaldığından ona qətlin icrası üçün vəd etdiyi 1 00.000 manat pul vəsaitindən ödədiyi 3000 manat pulu və qətlin icrası üçün alıb verdiyi VAZ 2121 Niva markalı, **-FD-*** dövlət nömrə nişanlı avtomaşını geri qaytarmasını tələb edib almaq üçün X9 vasitəsi ilə X125 rayonu Mədrəsə qəsəbəsindəki evinə çağırmış, 2017-ci ilin yanvar ayının 13-dən 14-nə keçən gecə saat 03 radələrində həmin evdə sonuncu ilə görüşüb 3000 manat pulu və ona qətlin icra edilməsi üçün alıb verdiyi VAZ 2121 Niva markalı, **-FD-*** dövlət nömrə nişanlı avtomaşını geri qaytarmağı tələb etmiş, X12 3000 manat pulu və “Niva” avtomaşınını qaytarmaqdan imtina edərək sifarişli qətli icra edəcəyini birmənalı surətdə bildirərək onu əmin etmiş və yenidən Zərərçəkmiş şəxs1la 2017-ci ilin yanvar ayının 14-də Şamaxı rayonunun ərazisində görüşəcəkləri barədə razılığa gəlib onu həmin gün Mədrəsə qəsəbəsində yerləşən suvarma hovuzuna baxmağa apararkən odlu silahlardan atəşlər açmaqla həmin ərazidə qəsdən öldürmək barədə dəstə üzvləri X9 və X12u, eləcə də dəstə üzvü olduğunu zənn etdiyi X59u təlimatlandırıb, onları həmin yerə apararaq qeyd olunan ərazi ilə bir daha tanış etmiş, 1986-cı il istehsallı AKS-74U Kalaşnikov modelli, 736430 (86 736430) zavod nömrəli, 5,45 mm çaplı avtomatı və onun 37 ədəd patronlarını, sandıqçasında 7 ədəd patron olan nömrəsi silinmiş “PM” markalı Makarov sistemli tapancanı, “Churchill“ markalı, ******* №-li tüfəngi və onun 5 ədəd patronlarını özünə məxsus “Toyota Prado“ markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomaşının saxlanc yerinə qoyub həmin maşınla X59 və X9lə birlikdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evdən çıxıb Şamaxı şəhərinə g ələrək cinayətin izlərini itirmək məqsədilə meyitlərin doğranıb polietilen paketlərə doldurularaq gizlədilməsinə görə evindən tullantıların yığılması üçün nəzərdə tutulmuş polietilen paketlər rulonunu götürüb həmin avtomaşına qoyaraq Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “1001 cür xırdavat“ adlı təsərrüfat malları mağazasından 3 cüt əlcək, balta, ağ rəngli kapron ip bağlaması və 6x3 metr ölçüdə rulondan satılan şəffav rəngli ikiqat polietilen alaraq onları da maşının yük yerinə qoymuş, lakin X59un dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq fakti ki olaraq ona məxsus avtomaşında qeyd olunan silah və sursatların, eləcə də cinayətin izlərini itirmək üçün satın aldığı predmetlərin, həmçinin dəstə üzvləri X9in üzərindən qanınsuz əldə edib gəzdirdiyi 4 dəd 5.45 mm çaplı, X12un qanunsuz əldə edib yaşadığı evdə saxladığı 4 ədəd 5,45 mm çaplı döyüş sursatı hesab olunan patronların aşkar olunaraq əməllərinin qarşısının alınması ilə əlaqədar iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, yəni iki nəfərdən çox şəxsi mütəşəkkil dəstə tərkibində başqa cinayəti gizlətmək, tamah məqsədi və sifarişlə təkrarən qəsdən öldürməyə cəhd etmiş, mütəşəkkil dəstə tərkibində təkrarən odlu silah və döyüş sursatlarını qanunsuz əldə edib saxlayaraq daşımış və gəzdi rmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və F.G.Zeynallıdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş AR CM-nin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 228.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzaları AR CM-nin 66.3-cü maddəsinə müvafiq olaraq qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Həsənov İmamqulu Vəliqulu oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Həsənov İmamqulu Vəliqulu oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş kobud qanun pozuntularına, bu barədəki vəsatətlərinə və CPM-nin 397.2-ci və 397.3.2-ci maddələrinin tələblərinə əhəmiyyət vermədən öz növbəsində irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə bi ləcək sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, irəli sürülmüş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiqini məhdudlaşdırmış, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin yol verdiyi kobud qanun pozuntularının aradan qaldırılması məqsədi ilə və törədilməsi ehtimal edilən cinayət əməlinə obyektiv qiymət verilməsini və məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığından məhkəmə baxışını məhkəmə istintaqı ilə aparılması barədə vəsatətimizi öz qərarında uzun-uzadı şərh etsədə qərarını əsaslandırmadan təmin etməmiş, zərurətdən irəli gəlməsinə baxmayaraq CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, sübutları tədqiq etmədən məhkumun təqsirliliyi barədə qərarı nı əsaslandırarkən yolverilməz sübutlara istinad etmiş, cinayət tərkibinin əlamətləri olmadan çıxarılmış məhkəmə hökmünü dəyişdirmədən qüvəsində saxlamış, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmünü ləğv etməmiş, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün verilmiş vəsatəti təmin etməklə cinayət işi üzrə icraata məhkəmənin hazırlıq mərhələsində xitam verib ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora və ya birinci instansiya məhkəməsinin hazırlıq mərhələsinə qaytarmamış, öz qərarında CPM-nin 8.1-ci, 9.2-ci və 58.3-cü maddələrinə və eləcədə “ İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında “ Avropa Konvensiyasının 6-cı maddəsinə və hətta “ Məhkəmələr tərəf indən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında “ Ali Məhkəmənin Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarına istinad etsədə bu qanunların və qərarların tələblərini kobud şəkildə pozmaqla məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan hüquqlarını müdafiə etdiyi şəxsə həddən ağır cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin hökmünü qismən dəyişdirməklə kifayətlənmişdir. Apelyasiya məhkəməsi apelyasiya şikayətinə ilkin baxılması zamanı heç bir araşdırma aparmadan ehtimalla hesab etmişdir ki, “cinayət işinə xitam verilməsi üçün əsas yoxdur və guya cinayət işi üzrə icraat zamanı birinci instansiya məhkəməsi tərəfindən kobud qanun pozuntularına yol verilməmişdir”. Halbuki, nə ibtidai istintaq orqanı, nə də məhkəmələr Məhkum tərəfindən Z ərərçəkmiş şəxs1 məxsus 4.641.596,9 manat məbləğində pul vəsaitlərinə sahib çıxması faktını təsdiq edən mötəbər sübutlar belə əldə etməmişlər və hər iki məhkəmə mülahizələrlə və ehtimallarla belə nəticəyə gəlmişdir. Əksinə danılmaz fakt odur ki, Zərərçəkmiş şəxs1 özünün, keçmiş arvadının, ərdə olan qızlarının, qudasının və digər qohumlarının 2.000.000 manat dəyərindən çox olan əmlaklarını ələ keçirmişdir. Ehtimal edilən cinayətin motivini əslində burda axtarmaq lazımdır. Belə ki, ibtidai istintaq orqanı, birinci və apelyasiya instansiya məhkəmələri sübut kimi ancaq zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs1 və onun yaxın qohumlarının və işin nəticəsi ilə maraqlı olan vəzifəcə ondan asılı olub onun tabeçiliyində işləyən işçilərin verdikləri qərəzli, uydurma ifadələrinə istinad etmişdir. Hə min şəxslərin ifadələrindəki məlumatların həqiqiliyinin-mötəbərliyinin yoxlanılması, müqayisə edilməsi və təhlil olunması üçün vəsatətlərə baxmayaraq vəsatətləri təmin edilməmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs1 ifadəsindəki məlumatlar cüzi dəyişdirilməklə şahidlərin ifadəsindəki məlumatlar kimi şahidi dindirmə protokollarına köçürülmüşdür. Açıq məhkəmə iclasında ittiham tərəfin şahidlərinin heç biri müdafiə tərəfinin “ibtidai istintaq zamanı verdiyiniz ifadənizdəki məlumatları təkrar edə bilərsinizmi” sualına cavab kimi 2-3 ay əvvəl verdikləri ifadələrindəki məlumatları təkrarlaya bilməmişlər. Lakin, şahidlər məhkəmədə sərbəst ifadə vermədikləri və ibtidai istintaqda verdikləri ifadələrindəki məlumatları məhkəmədə təkrar etmədikləri, eləcədə bu ifadələrin məzmunundan xəbərsiz olduqları halda ifadələrini təsdiq etdiklərini göstərmişlər və sədrlik edən də onların ibtidai istintaqda verdikləri ifadələrini elan etməklə kifayətlənmişdir. Sədrlik edən Zərərçəkmiş şəxs1 işçilərindən və qohumlarından ibarət olan və işin nəticəsi ilə birbaşa maraqlı olan şahidlərin ifşa olunmalarının qarşısını almış və həmin şahidlər isə açıq məhkəmə iclasında hətta təqsirləndirilən şəxsi təhqir edib hədələmişlər. Məhkəmə isə nəticəyə gələrkən şahidlərin faktiki olaraq məhkəmədə verdiyi ifadələrinə deyil, ibtidai istintaqda verdikləri, lakin məhkəmədə təsdiq etdikləri ifadələrinə istinad etmişdir. Eyni zamanda iş materiallarında elə bir mötəbər sübut mövcud deyildir ki, təqsirləndirilən şəxsin 4.641.596,9 manat məbləğində pul vəsaitlərinə malik olmasını təsdiq etsin. Bu məbləğdə pulun mənimsənilm əsi Zərərçəkmiş şəxs1 tərəfindən irəli sürülmüş, tabeliyində işləyən və ondan asılı olan qohum və işçiləri tərəfindən isə təsdiqlənmişdir. Bu təkzibedilməz faktdır. Bu məbləğin Zərərçəkmiş şəxs1 olması və mənbəyi istər ibtidai istintaqda, istərsə də məhkəmədə sübuta yetirilməmişdir. Lakin, məhkəmə hökmündə ehtimallarla hesab etmişdir ki, bu məbləği Zərərçəkmiş şəxs1 qohumları vermişdir. Ancaq Zərərçəkmiş şəxs1 ailə üzvülərinin və sürücüsünün mülküyyətində olan yüzlərlə daşınmaz əmlaklara xərclənmiş 7.000.000 pulun mənbəyinin müəyyən edilməsini istintaq orqanı və birinci instansiya məhkəməsi unutmuşdur. Halbuki, Zərərçəkmiş şəxs1 vəzifəli şəxs olmaqla onun aylıq əmək haqqı 18002000 manatdan çox olmadığı halda, təkcə Şamaxı rayonunda torpaq sahəsi almaq məqsədi ilə 4.641.596 manat məbləğində pulu olması həqiqətə uyğun deyildir. Zərərçəkmiş şəxs1 bir tərəfdən faktiki olaraq təqsirləndirilən şəxsdən 4.641.596 manat məbləğində zərər tələb edir, digər tərəfdən isə bu qədər pula sahib olduğunu və bu pulların çirkli pul olmadığını və ya qohumlarından borc aldığını təsdiq edən maliyyə sənədlərini istintaq orqanına təqdim etmir. İstintaq orqanı və məhkəmə iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış “xxxx” QSC-nin İdarə Heyətinin sədri vəzifəsini daşıyan Zərərçəkmiş şəxs1 zərər kimi tələb etdiyi 4.641.596 manat məbləğində pulun onda olmasını təsdiq edən maliyyə sənədlərini əldə olunması barədə vəsatətləri əsaslandırmadan təmin etməmişlər. Vəsatətlərə cavab əvəzinə Zərərçəkmiş şəxs1 qohum və qardaşını şahid kimi dindirir ki, guya bu pullar onlara məxsusdur. Lakin, bu milyonlarını itirmiş şəxslər zərərçəkmiş kimi işə cəlb olunmaları barədə ərizə belə vermirlər və bu pulların onlarda olmasını təsdiq edən maliyyə sənədlərini və ya borc verdiklərini, yaxud birgə biznesə girmələrini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Hətta yüz hektarlarla torpaq sahələrindən bir hektarı belə guya 4.400.000 pul verən şəxslərin adlarına alınmamışdır. Halbuki, sadə riyazi hesablamalarla müəyyən olunur ki, 2013-2016-ci illər ərzində Zərərçəkmiş şəxs1 cəmi 90.000-100.000 manat məbləğində qanunu gəliri olmuşdur. Buna baxmayaraq iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış “xxxx” QSC-nin İdarə Heyətinin sədri Zərərçəkmiş şəxs1 hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən ona 4.641.596 manat manat məbləğində zərər yetirildiyi iddia edilir. İstintaq orqanı və məhkəmə isə zərərçəkmiş şəxsin ifadəsinin bu hissəsinin mötəbərliyinin yoxlanılması məqsədi ilə yeni sübutlar əldə etmə barəsində vəsatətlərini belə təmin etməmiş, lakin Zərərçəkmiş şəxs1 ifadəsini həqiqət kimi qəbul etmişdir. Zərərçəkmiş şəxs1 dəyərini ödədiyi torpaq sahələri hamısı onun etibar etdiyi Zərərçəkmiş şəxs2, X1 və ailə üzvülərinin adlarına rəsmiləşdirilməsinə baxmayaraq və Məhkum adında zərərçəkmiş şəxsə məxsus olan torpaq sahəsi olmadığı halda olmayan bir torpaq sahələrinin Zərərçəkmiş şəxs1 müəyyən etdiyi şəxslərin adlarına etibar etdiyinə görə onun adına rəsmiləşdirilməsini tələb etməsi ilə əlaqədar ona necə sui-qəsd etməsi faktı istintaqçının ehtimal və mülahizələrindən başqa bir şey deyildir və mötəbər sübutlarla təsdiqlənmir. Daha sonra verilmiş ittihamdan və məhkəmə hökmündən görünür ki, guya hüquqla rını müdafiə etdiyi şəxs “ Zərərçəkmiş şəxs1 530.000 manata satın alıb Məhkum adına rəsmiləşdirdiyi Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 5.6 ha torpaq sahəsinə sahib çıxmaq” məqsədi ilə onu öldürməyə cəhd etmişdir. İttihamın bu hissəsidə qərəzli olmaqla mötəbər sübutlarla təsdiqlənməməsinə baxmayaraq məhkəmə hökmündə işin bu faktiki halınada istinad etmişdir. Halbuki, istintaq orqanı bir tərəfdən Məhkum bu torpaq sahəsinin zərər çəkmiş şəxsə vermədiyinə görə ona ittiham verir, digər tərəfdən isə bu torpaq sahəsinin özgəninkləşdirilməsinə qadağa qoyub bu sahəni maddi sübut kimi tanımır, qiymətləndirmir və sonda bu torpaq sahəsinin həbsdə olan təqsirləndirilən şəxs tərəfindən satılıb özgəninkləşdirilməsinə şərait yaradır və hətta 4 ay qabaq 530.000 manata guya dəyəri ödənilmi ş əmlakın dəyərindən qat-qat aşağı 25.000 manata qiymətləndirilərək satılmasına da göz yumur. Yəni bir tərəfdən bu torpağa Zərərçəkmiş şəxs1 tərəfindən 530.000 manat ödənildiyini qəbul edir, digər tərəfdən isə bu torpaq sahəsinin 25.000 manata qiymətləndirilib satılmasını təsdiq edən rəsmi sənədləri kənara tullayıb bu torpağın dəyərinin 530.000 manat olmasını qəbul edib zərər kimi Məhkum alınıb Zərərçəkmiş şəxs1 verilməsi qərarına gəlir. Eyni zamanda satışdan əldə edilən pulu belə zərərin ödənilməsi məqsədi ilə saxlanılmasını təmin etmir və 25.000 manat pul vəsaitinin etibarnamə verilmiş X tərəfindən mənimsənilir. Sonda isə Çuxuryurd kəndi ərazisində yerləşən 5.6 ha.torpaq sahəsi Zərərçəkmiş şəxs1 mülküyyətinə verilsədə hüquqlarını müdafiə etdiyi şəxsə 530.000 pulu dələduzluqla ələ keçiril məsinə görə ittiham verilir və bu pul Məhkum tələb edilir, birinci instansiya məhkəməsi isə ibtidai istintaqın müəyyən etdiyi kimi istinad etdiyi işin bu faktika hallarına ittiham hökmündə əsaslanır. Halbuki, məhkəmə istintaqında və ya iş materiallarında Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 5.6 ha torpaq sahəsinin 530.000 Zərərçəkmiş şəxs1 tərəfindən Məhkum ödənildiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Əksinə Azərbaycan Respublikası “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin MB 10-807 saylı, xx xxxxxx 2017-ci il tarixli Rəyi ilə müəyyən olunmuşdur ki, Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 5.6 ha.torpaq sahəsinin bazar dəyəri hər hektarının 4.000 manat olmaqla, cəmi dəyəri isə 22.636 manatdır. Eyni zamanda AN-1 N ******* saylı, xx xxxxx x 2016-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Şamaxı rayonun Çuxuryurd kəndində yerləşən 5.066 ha torpaq sahəsini Məhkum satıcı- X-dən 50.000 manata almışdır. Göründüyü kimi bu torpaq sahəsi 50.000 manata alınıb, 25.000 manata satılmışdır. Bu faktdır və rəsmi dövlət sənədləri ilə təsdiqlənir. Azərbaycan Respublikası “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti isə bu torpaq sahəsini 22.636 manat dəyərində qiymətləndirmişdir. İstintaq materiallarında belə bir maddi sübutlar olduğu halda istintaq orqanı zərərçəkmiş şəxsin göstərdiyi ağlasığmaz bir rəqəmi həqiqət kimi qəbul edib hüquqlarını müdafiə etdiyi şəxsin Zərərçəkmiş şəxs1 bu torpaq sahəsinə görə nə az, nə çox 530.000 manat zərər vurması barədə əsassız bir ittiham vermişdir. Halbuki, bu qiymət ağlabatan olmamaqla həddən artıq şişirdilmişdir. Eyni zamanda alınmış torpaq sahələrinin hamısının Zərərçəkmiş şəxs1 sürücüsünün adına olduğu halda bu torpaq sahəsinin nədən S.Sadıqovanın və ya Məhkum adına alınmasının səbəblərini araşdırmır. Təqsirləndirilən şəxsin məlumatları məhz Zərərçəkmiş şəxs1un ifadələrinə istinad edilməklə rədd edilmişdir. Eyni zamanda istintaq orqanı bir tərəfdən Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə ittiham verərək onu Zərərçəkmiş şəxs1 məxsus 4. 641.596 manat məbləğində pulun ələ keçirilməsində ittiham edir, digər tərəfdən ehtimal edilən zərərin ödənilməsi məqsədi ilə CPM-nin 128-ci və 129.4-cü maddələrinin tələblərinə uyğun olaraq ehtimal edilən dələduzluq cinayəti nəticəsində əldə edilmiş pulla alınmış əmlakları maddi sübutlara aid edib xitam qərarına və ya məhkəmə hök münə kimi qorunub saxlanılmasını təmin etməmişdir. Birinci və apelyasiya instansiya məhkəmələri isə bir tərəfdən Məhkum təqsirli bilir, digər tərəfdən onun yaxınlarının 2.000.000 manat dəyərində olan əmlakının Zərərçəkmiş şəxs1 tərəfindən əvəzsiz olaraq ələ keçirilməsini müəyyən etdiyi halda bu əmlakları ehtimal edilən zərərin ödənilməsinə yönəltməmişdir. Daha sonra Məhkum həbs edildikdən sonra Şamaxı rayon Polis Şöbəsinə aparılaraq ora notarius dəvət edilərək təzyiq və təhqir altında həmin torpaq sahəsini keçmiş arvadının adına etibarnamə alınmış, X109 isə yenə təzyiq altında bu torpaq sahəsinin özgəninkləşdirilməsinə görə Zərərçəkmiş şəxs1 işçisi Camal Nəbiyevin adına etibarnamə alınmış, sonuncuda 2 gün sonra həmin torpaq sahəsini 25.000 manata qiymətləndirərək Zərərçəkmiş şəxs1 bacısı q ızı Xnın vəkalətli nümayəndəsi Bəxtiyar Elyazov arasında həmin torpaq sahəsinə dair AN-1 ******* saylı xx xxxxxx 2017-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlamaqla N.Cəfərovanın mülküyyətinə vermişdir. Halbuki, CPM-nin 18.1-ci maddəsinə görə “cinayət təqibi gedişatında bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülküyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz “. Yenə həmin Məcəllənin “ 18.2-ci maddəsinə görə isə “ prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli, ətraflı siyahıya alınmalı və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz verilməlidir “. Daha sonra istintaq orqanı və birinci instansiya məhkəməsi guya müəyyən etmişlər ki, “ Məhkum həyat yoldaşı X35 adına rəsmiləşdirilmiş 6,5 hektar torpaq sahəsinə sahib çıxmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etmişdir ” Halbuki, Şamaxı rayonun Çuxuryurd kəndində yerləşən 6,5 ha. torpaq sahəsini X2 əldə etməmişdən 4 il əvvəl Məhkum A1 adında qadınla faktiki nikah münasibətinə girdiyini bildiyindən onlar birgə təssərrüfatda olmamaqla ər-arvad münasibətlərinə son qoymuşlar və 3 il əvvəl isə nikahları ləğv edilmişdir, yəni təqsirləndirilən şəxslə nikahda olmamaqla birgə təsərrüfatda olmamışlar. Vəsatətlərinə əlavə etdikləri “Nikahın ləğv edilməsi haqqında şəhadətnamədən” görünür ki, Məhkumla X2 nikahları 2014-cü ildə ləğv edilmişdir, adı çəkilən torpaq sahəsi isə 2016-cı ildə alınmışdır. Eyni zamanda birinci instansiya və apelyasiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şə xsi onda təqsirli bilmişlər ki, guya “o, 100.000 manat almasına baxmayaraq ünvan 5 ünvanında yerləşən evini Zərərçəkmiş şəxs1 etibar etdiyi yaxınlarının adına alqı-satqı müqaviləsi və hüquqlarını dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışı ilə rəsmiləşdirməyərək həmin 100.000 manata sahib çıxmaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qarşı sui-qəsd etmişdir“. Müdafiə tərəf hesab edir ki, ittihamın bu hissəsidə ehtimal və mülahizələrdən başqa bir şey deyildir və zərərçəkmiş kimi tanınmış şəxsin qərəzli ifadəsinə əsaslanmışdır, biri birini təsdiqləyən mötəbər sübutlarla təsdiqlənmir. İstintaqçının birbaşa iştirakı ilə xxxx QSC-nin İdarə Heyətinin sədri Zərərçəkmiş şəxs1 Nizam oğlu Məhkum keçmiş arvadı X105ya məxsus əmlakların ehtimal edilən cinayət yolu ilə əldə edilən pul la əldə edilib-edilməməsini gözləmədən istintaq və prosessual qaydada sənədləşdirmə aparılmadan ayrı təsərrüfatda olmağına və təqsirləndirilən şəxslə 3 il əvvəl nikahlarının ləğv edilməsinə baxmayaraq ona və qohumlarına məxsus təxmini 2.000.000 manat dəyərindən çox olan daşınar və daşınmaz əmlakları təkid, məcburetmə, zorakalıq, hədə-qorxu təsiri altında qanunu sahiblərdən öz işçisi Xın adına etibarnamə aldıraraq, sonradan bu əmlakları qızı Nigarın və bacısı qızı X əvəzsiz olaraq müküyyətlərinə keçirtdirmiş və nəticədə həmin şəxslərə küllü məbləğdə zərər dəymişdir. Hüquqlarını müdafiə etdiyi Məhkum ehtimal edilən cinayət əməlini törətməmiş, bu ittihamlar qərəzli olmaqla saxta sübutlar əsasında təşkil edilmiş süni bir ittihamdır. Birinci instansiya məhkəməsində Məhkum verilmiş ittiham mötəb ər sübutlarla təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi isə ehtimallarla hökm çıxarmış, apelyasiya instansiyası isə bu əsassız və qanunsuz hökmün cəza hissəsini cüzi dəyişdirməklə qüvvədə saxlamışdır. Belə ki, Məhkum törətmədiyi qurama bir cinayətə görə məsuliyyətə cəlb edilmişdir. Vəsatətlərinə əlavə etdikləri təkzib olunması mümkün olunmayan sənədlərlə təsdiq olunur ki, hüquqlarını müdafiə etdiyi şəxs birinci və apelyasiya məhkəmələrinin ehtimal etdikləri kimi 2013-cü ildən 2016-cı ilin dekabr ayına kimi olan dövr ərzində dələduzluq əməlləri ilə Zərərçəkmiş şəxs1 4.641.596,9 manat məbləğində pul vəsaitlərini ələ keçirməmişdir və keçirə də bilməzdi. Çünki, torpaq alqı-satqı proseduru qaydalarına görə istintaq orqanın müəyyən etdiyi kimi alıcıya başqa rayon ərazisində torpaq sahəsi ni göstərib digər rayonda yerləşən torpaq sahələrinin alıb alıcıya verilməsi mümkünsüz olmaqla, torpaq sahələrinin alqı-satqısına dair qanunlardan və qaydalardan kənar olmaqla mümkünsüzdür. Vəsatətlərinə əlavə etdikləri alqı-satqı müqavilələrindən, çıxarışlardan və etibarnamələrdən görünür ki, qərarda sadalanmış daşınmaz əmlakların hamısı Məhkum barəsində cinayət işi başlanmamışdan əvvəl Zərərçəkmiş şəxs1 arvadının, qızı Xın, bacısı qızı Xin, işçisi Xın, oğlu Xin, bacısı oğlu Xin, sürücüsü Zərərçəkmiş şəxs2 mülküyyətlərində olmuşdur. Məhkum ancaq brokerlik fəaliyyəti ilə məşğul olmuş və mülküyyətçisi olduğu bir neçə torpaq sahəsindən başqa bütün əmlaklar mülkiyyətçilərin özlərinin, şəxsən Zərərçəkmiş şəxs1 özünün və adına torpaq sahəsi alınacaq şəxslərin iştirakı ilə, eləcədə Notariusun, T orpaq Agentliyinin və Daşınmaz Əmlakların Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə sənədləşdirilmişdir. Bu işin faktiki halıdır və işdə olan alqı-satqı müqavilələri, çıxarışlarla və etibarnamələrlə təsdiq olunur. Birinci və apelyasiya instansiya məhkəmələrinin guya müəyyən etdiyi kimi göstərdikləri “etibardan sui-istifadə etmə və ya aldadılmaqla ələ keçirilən daşınmaz əmlaklar“ həqiqətdə zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs1 ailə üzvülərinin, qohumlarının və sürücüsünün mülkiyyətində olmuşdur. Bu işin danılmaz və mübahisəsiz faktiki hallarıdır. Lakin istintaq orqanı və hər iki məhkəmə işin bu mötəbər sübutlarla və dəlillərlə təsdiqlənmiş hallarına əhəmiyyət verməyərək açıqdan açığa qərəzlik göstərərək ittiham aktında olan torpaq sahələri ilə Zərərçəkmiş şəxs1 yaxınlarının mülkü yyətlərində olan torpaq sahələrinin arasında eyniləşdirilmə aparmaq üçün mütəxəssis rəyi almadan ona belə bir ittiham vermişdir. Belə ki, birinci instansiya məhkəməsi “zərərçəkmiş şəxsin ələ keçirildiyi kimi göstərdiyi əmlaklara dair sənədləri əldə edib bu əmlakların kimin adına alındığını və kimin mülküyyətində olduğunu“, habelə “dələduzluqla ələ keçirilmiş əmlak” hesab etdiyi əmlaklarla tutuşdurulmaqla bu əmlakların faktiki olaraq Zərərçəkmiş şəxs1 mülküyyətində olan əmlakların eynisi olduğunu müəyyən etməkdən qərəzli olaraq çəkinmişdir. Birinci və apelyasiya instansiya məhkəmələri onlarla daşınmaz əmlakların Zərərçəkmiş şəxs2 mülküyyətində olduğunu bilə-bilə hüquqlarını müdafiə etdiyim şəxi təqsirli bilmişdir ki, guya Məhkum zərər çəkmişə məxsus olub onun və arvadının mülküyyətində olan, həmin pul vəsaitləri və əmlaklara sahıb çıxmaq və geri qaytarmamaq məqsədilə onu öldürməyə cəhd etmişdir”. Məhkəmələr belə bir uydurma nəticəyə gələrkən Zərərçəkmiş şəxs1 ölümü ilə 2-3 əmlakın deyil, yüzlərlə əmlakların kimin mülküyyətində qalacağını müəyyən etmədən ehtimallarla hüquqlarını müdafiə etdiyim şəxsi təqsirli bilmişdir. Fakt odur ki, Zərərçəkmiş şəxs1 dəyərini ödədiyi heç bir daşınmaz əmlakı Məhkum nə mülküyyətində və ya nədə onun sahibliyində olmamışdır ki, təqsirləndirilən şəxs onun ölümünü arzulasın və zərər çəkmiş şəxsin ölümü ilə bu əmlaklara olan hüquqları müdafiə etdiyimşəxsin mülküyyətində qalmış olsun. Birinci instansiya məhkəməsi öz hökmündə, apelyasiya məhkəməsi isə qərarında göstərmişdir ki, guya “təqsirləndirilən şəxs Məhkum guya iş üzrə zərərçəkmiş şəxs kimi ta nınmış- X46 Şamaxı rayonunun ərazisində torpaq sahələrinin almaq üçün maddi imkanının olmasını bilib etibarından sui-istefadə edərək onun üçün Şamaxı rayonu ərazisində kənd təsərrufatı məhsullarının istehsalı məqsədi ilə çox saylı torpaq sahələri almağı vəd etməklə onu aldatmışdır “. Göründüyü kimi məhkəmə brokerlik fəaliyyəti ilə məşğul olan Məhkum “ torpaq sahələrinin almaq üçün maddi imkanının olmasını bilib, kənd təsərrufatı məhsullarının istehsalı məqsədi ilə çox saylı torpaq sahələri almağı vəd etmək “, Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş içtimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi kimi qiymətləndirərək cinayət saymışdır. Halbuki, “torpaq sahəsi almaq üçün kiminsə maddi imkanın olmasını bilmək onun üçün torpaq sahəsi almağı vəd etmək “ Cinayət Məcəlləs i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməl deyil və bu hərəkətin törədilməsi cinayət məsuliyyəti yaratmır.Ona görə ki, hüquqlarını müdafiə etdiyimiz şəxsın bu epizod üzrə sadalanan hərəkət və ya hərəkətsizliyi nəticəsində Zərərçəkmiş şəxs1 hər hansı bir məbləğdə “zərər” yetirilməmişdir və bu əməl cinayət sayıla bilməz. Eyni zamanda hökmdə göstərilir ki, guya hüquqlarını müdafiə etdiyim şəxs “ 2013cü ilin iyul ayında Zərərçəkmiş şəxs1 Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində 6 hektar torpaq sahəsini göstərərək turizm təyinatlı olmaqla hektarının 30.000 manata satıldığını deyib Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq arzusunda olduğunu bildirdikdən sonra onları sahiblərindən satın alması adı ilə 2013-cü ilin iyul ayının sonlarında Baki şəhərində Zərərçəkmiş şəxs1 180.000 manat pulu qəbul edib özünün sahiblik və istifadəsində saxlamaqla sonuncuya qeyd olunan və ya digər hər hansı torpaq sahəsini alıb verməyərək etibarından sui-istifadə edib aldatma yolu ilə 180.000 manat məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmişdir “. Halbuki, həmin torpaq sahəsi 2013-cü ildə Zərərçəkmiş şəxs1 sürücüsü Zərərçəkmiş şəxs2lə torpaq mülküyyətçisinin arasında bağlanmış və notarius tərəfindən təsdiq olunmuş AN-1 N ******* nömrəli xx xxxxxxx 2014-cü il tarixli satıcı- X105 ilə Zərərçəkmiş şəxs2 arasında Şamaxı rayonun Qəleybugurt kəndində 4000.03 ha torpaq sahəsinin, AN-1N ******* saylı, xx xxxx 2014-cü il tarixli satıcı- X88 ilə alıcı Zərərçəkmiş şəxs2 arasında 1190 kv.metr ilan torpaq sahəsinin, AN-1N ******* saylı, xx xxxx 2014-cü il tarix li satıcı- X89 ilə alıcı Zərərçəkmiş şəxs2 arasında 39480 kv.metr olan torpaq sahəsinin, AN-1N ******* saylı, xx xxxx 2014-cü il tarixli satıcı- X89 ilə alıcı Zərərçəkmiş şəxs2 arasında 597 kv.metr olan torpaq sahəsinin və, AN-1N ******* saylı, xx xxxx 2014cü il tarixli satıcı-X88 ilə alıcı Zərərçəkmiş şəxs2 arasında 16590 kv.metr olan torpaq sahəsinin Daşınmaz Əmlakın Alqı-Satqısına dair müqavilələri ilə onun mülküyyətinə verilmiş və sonradan bu torpaq sahəsi Zərərçəkmiş şəxs1 ailə üzvünün mülküyyətinə verilmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs1 bu qədər torpaq sahələri satıldığı halda məhkəmə Məhkumu təqsirli bilmişdir ki, guya Zərərçəkmiş şəxs1a 6 ha torpaq sahəsini verməmişdir. Lakin bu torpaq sahəsinin kimin mülküyyətində olmasıni və kardinatları konkret göstərilməmişdir. Olmayan b ir torpaq sahəsinə görə Məhkum təqsirli bilinmişdir. Eyni zamanda işin bu konkret faktiki və qanunu hallarına baxmayaraq məhkəmə ehtimallarla bu torpaq sahəsinin dəyəri olan 180.000 manat məbləğində pulun zərər çəkmiş şəxsin sözünə görə maklerə nəqd şəkilində verildiyini qəbul etmişdir. Məhkəmə daşınmaz əmlaklara dair mülküyyət hüququ verən sənədlərdəki qeyri dəqiqliyə görə Məhkum ittiham verməklə hesab etmişdir ki,bu sənədləri verən Dövlət Reysteri Xidmətinin 14 saylı Ərazi idarəsi və notarius deyil, təqsirləndirilən şəxsMəhkumdur. Bununlada faktiki olaraq Dövlət Reysteri Xidmətinin 14 saylı Ərazi idarəsinin xidməti səlahiyyətinə aid olan səlahiyyətləri brokerə aid etmişdir. İstintaqçı belə bir ittiham verməklə qanunvericilikdə dəyişiklik etmiş Ərazi İdarəsinə və notariusa aid olan səlahi yyətləri brokerlərə aid etmişdir. Hüquqlarını müdafiə etdiyi Məhkum CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üçün CM-nin 3-cü maddəsində göstərilən cinayətin bütün tərkib əlamətləri mövcud deyildir, cinayət hadisəsi baş verməmiş və verilən ittiham isə sübuta yetirilməmişdir. Hüquqlarını müdafiə etdiyi Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 nə pulunu və nə də əmlakını aldatma və ya etibardan istifadə yolu ilə ələ keçirməmiş və belə bir niyyətidə olmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxsin 2013-2016-cı illər ərzində Zərərçəkmiş şəxs1 sifarişi ilə brokerlik fəaliyyəti ilə məşğul olaraq ona Şamaxı rayonun inzibati ərazisində torpaq sahələrinin satışının təşkil etməsi işin mübahisəsiz faktiki halıdır. Oda faktdır ki, Məhkum brokerlik fəaliyyəti ilə əlaqədar Zərərçəkmi ş şəxs1n arasında broker müqaviləsi mövcud olmamışdır. Brokerin bu illərdə öz vasitəçilik xidmətləri və köməyi nəticəsində alqısatqısı başa çatmış torpaq sahələri müqabilində Sifarişçinin brokerə müəyyən məbləğdə muzd ödəmişdir. Lakin, istintaq orqanı Məhkuma bu 10 il müddətində göstərdiyi xidmətə görə Zərərçəkmiş şəxs1dan hansı qaydada və nə qədər pul almasını belə araşdırmamışdır. Halbuki, Məhkum ifadəsində göstərmişdir ki, hər baş tutan alqı-satqı üçün Zərərçəkmiş şəxs1 ona pul ödəmişdir. İllik onun gəliri 40.000-60.000 manatdan aşağı olmamışdır. O, Zərərçəkmiş şəxs1 üçün havayı işləməmişdir. Çox hallarda Məhkum öz vəsaiti hesabına satıcı mülküyyətçilərdən torpaq sahələrini almış və sonradan isə həmin torpaq sahələrini daha baha qiymətlərə Zərərçəkmiş şəxs1 satmışdır. Bu halda və hüquql arını müdafiə etdiyimiz şəxsin brokerlik fəaliyyəti gedişatında qazanc əldə etməsini “ dələduzluq” cinayəti kimi qiymətləndirilməsi CM-nin 3-cü və 14.1-ci maddələrinin tələblərinə tam ziddir. Məhkum zərərçəkmiş şəxsin əmlaklarını yalan vəd verməklə ələ keçirməmişdir. Satışa çıxarılmış bütün əmlaklar yuxarıda qeyd etdiyimiz kimi Zərərçəkmiş şəxs1 ailə üzvülərinin mülküyyətində olmaqla, mülküyyətə keçirilməmişdən əvvəl bu əmlaklara dair alqı-satqı müqavilələri isə Zərərçəkmiş şəxs1 sürücüsü və işçisi ilə torpaq mülküyyətçiləri arasında bağlanmışdır. İbtidai istintaqın gedişatında mötəbər sübutlarla Məhkum zərərçəkmiş şəxsə məxsus əmlakın ələ keçirməsi niyyəti müəyyən olunmamışdır. Daha sonra hüquqlarını müdafiə etdiyimiz şəxslə zərərçəkmiş şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyətlər in olduğu sübuta yetməsinə baxmayaraq ibtidai istintaqın gedişatında təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin ifadələri arasındakı ziddiyyətlər aradan qaldırılması məqsədi ilə həmin şəxslər arasında üzləşdirilmə aparılması barədə verdiyimiz vəsatətlər təmin edilməmiş qalmışdır. İbtidai istintaq orqanı həmin şəxslərin ifadələri arasındakı ziddiyyətləri aradan qaldırmadan zərərçəkmişin ifadəsini həqiqət kimi qəbul etmişdir. Vəsatətimizin rədd edilməsi qərarında göstərmişdir ki, CPM-nin 19.4.5-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında çarpaz dindirilmə aparıla bilər. Birinci instansiya məhkəməsi bu şəxslərin arasında şarpaz dindirilmənin aparılması barədə verdiyimiz 4 vəsatət əsaslandırılmadan təmin edilməmişdir. İbtidai istintaq orqanı isə Məhkumun 35 illik gəlirlərini müəyyən etməməklə hesab edir ki, o, bu illərdə Zərərçəkmiş şəxs1 üçün bir qul kimi havayı işləmişdir, gəliri olmamış və əldə etdiyi bütün əmlaklar isə Zərərçəkmiş şəxs1 aldatmaqla əldə etdiyim pulla alınmışdır. Zərərçəkmiş şəxs1a qədər torpaq altında qazmada yaşamışdır. Halbuki, Zərərçəkmiş şəxs1 özü ilk tanışlıqda onun evimə gəlmiş və bu zaman Məhkumun maşını, evi olmuşdur. İstintaqın məqsədi bu yolla Məhkumun Zərərçəkmiş şəxs1dan əvvəl və sonra əldə etdiyi bütün əmlaklarını Zərərçəkmiş şəxs1 əvəzsiz olaraq verməsinə haq qazandırmaq olmuşdur. Lakin, ən azı uşaqda bilir ki, makler daşınmaz əmlakın satışını sifarişlə təşkil edərkən hər iki tərəfdən müəyyən məbləğdə muzd əldə edir. İbtidai istintaq orqanı yüzlərlə daşınmaz əmlakların Zərərçəkmiş şəxs1un sifarişi ilə satıcıl arla danışıq aparıb satışa çıxarmağım faktını qəbul etdiyi halda, bu işi görməyə görə ona hər iki tərəfin, bəzən isə bir tərəfin razılaşdırılmış məbləği ödənməsinə əhəmiyyətsiz yanaşmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında dindirilməsi zamanı bu kimi işin faktiki hallarının araşdırılması zəruri olduğu halda bunu etməmişlər. Zərərçəkmiş şəxs1 heç vaxt Məhkumun və ya onun sabiq arvadının adına hər hansı bir əmlak almamışdır. İş materiallarında olan alqı-satqı müqavilələrindən və çıxarışlardan görünür ki, bütün əmlaklar Zərərçəkmiş şəxs1un ailə üzvünün və sürücüsü Zərərçəkmiş şəxs2 adına alınmışdır “. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 iştirak etməmişdir. ZərərçəkmişZərərçəkmiş şəxs1 məhkəmə baxışının iclasına gəlməməsinin səbəblərini bildirmədən gəlməmişdir. Müdafiə tərəfi bir proses iştirakçısı kimi onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkün hesab etməmişdir. Fikirimizcə ən adi halda ölümünə sui-qəsd edilmiş və ehtimal edilən dələduzluq cinayətinə məruz qalmış zərərçəkmiş şəxsin məhkəmə baxışında özünün bilavasitə iştirak etməməsi ədalətli məhkəmə araşdırılmasına səbəb olmayacaq və onun iştirakı ilə işə mahiyyəti üzrə baxılacağı halda CPM-nin 9, 10-cu,11-ci, 12-ci, 19.4.5-ci 22-ci, 25.2-ci 28ci, 32-ci, 33-cü,87.7.1-ci, 87.7.2-ci, 138.1-ci, 139.0.4-cü, 143.1-ci, 143.2-ci, 144-cü, 145ci, 146.1-ci, 146. 2.3-cü, 319-cu, 325-ci, 330.2-ci, 349.5.1-ci maddələrinin və İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiya sının 6-cı maddəsinin tələbləri kobud şəkildə pozulacaqdır. Lakin, birinci instansiya məhkəməsi zərərçəkmişin məhkəməyə gəlib ifadə verməsini ifşa olunacağından və vəzifə nüfuzundan ehtiyat edib təmin etməmişdir. Daha sonra tərəfimizdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə böyük müstəntiqi Kamal Talıbov tərəfindən istintaqın aparılmasına etiraz edilmiş və eyni zamanda “təqsirləndirilən şəxslə zərərçəkmiş arasında üzləşmənin aparılması barədə” vəsatət verilmişdir. İstintaq orqanı verdiyimiz vəsatətlərin təmin edilməməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərar qəbul etmişdir. Halbuki, CPM-nin 220.3-cü maddəsinə görə isə “cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdı rılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntin istitaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməzdi “. Eləcədə verdiyimiz vəsatətin mahiyyəti cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə yönəldilmişdir. Habelə verdiyimiz bu vəsatətimiz təqsirləndirən şəxsin təqsirsizliyi, onun pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpasına yönəldilmişdir və ona görədə rədd edilə bilməz. İstintaq orqnı, birinci və apelyasiya instansiya məhkəmələri müdafiə tərəfin “... təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması və cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etmək, eləcədə cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndiri lən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə, cinayət məsuliyyətini yügülləşdirən halların mövcudluğuna yönələn vəsatətlərimizi əsaslandırmadan təmin etməmişdir. Belə ki, müdafiə tərəfi aşağıda adları göstərilən şəxslərin şahid qismində dindirilmələrinın zərurətdən irəli gəlməsi və təqsirləndirən şəxsin təqsirsizliyini müəyyən edəcək yeni sübutların əldə edilməsi məqsədi ilə, Şamaxı rayonu, Göylər kəndində yaşayan- X8, Şamaxı şəhəri, Xətai küçəsi, ev 39-da yaşayan-X20, Apşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 4, mənzil 79-da yaşayan-X47, Şamaxı rayonun Nağaraxana kəndində yaşayan-X61, Şamaxı rayonun Talışnuru kəndində yaşayan-X16, Şamaxı rayonun Nağaraxana kəndində yaşayan-Kiriyeva İrinanı, Nağaraxanada yaşayan X63 və Şamaxı rayonun Nağaraxana kəndində ya şayan X128 şahid qismində dindirilmələri barədə vəsatətlərimizi əsaslandırmadan təmin etməmişdir. Hətta ittiham tərəfi müdafiə tərəfin şahidlərini CPM-nin 230-cu maddəsinə uyğun qaydada dindirib ifadəsini almadığı və CPM-nin 144-145-ci madfdələrinə uyğun olaraq cinayət təqibi üzrə toplanmış digər sübutlarla təhlil və bir-biri ilə müqayisə etmədiyi halda onların izahatlarını “Məhkumun cinayət məsuliyyətindən yayındırılmasına, onun əsassız müdafiəsinə cəhd kimi qiymətləndirilməlidir “. Məhkəmə isə adəti üzrə ittiham tərəfin mövqeyini müdafiə etmişdir. Hətta Məhkumla qohumluq münasibətində olan, lakin ehtimal edilən cinayətlə əlaqəsi olmayan şəxslərin əmlakları əlindən alınmış şəxslər belə şahid kimi dindirilməkdən imtina edilmişdir. Yaxud ittihama görə ölümə cəhdlə əlaqədar hadisə yerində ol an şahidlərdə dindirilməmişdir.Birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxsin xeyrinə ifadə verən şahidləri belə dindirməkdən imtina etdiyi halda Zərərçəkmiş şəxs1 hadisə yerində olmayan özgənin sözlərinə əsasən ifadə verən qohumlarndan və tabeçiliyində olub ondan asılı olan şahidlərin hər birinin ən azı məhkəməyə gəlməsini təmin etmişdir. Bütün sadalananlarla təsdiq olunur ki, istintaq orqanı və birinci instansiya məhkəməsi öz Qərarları ilə müdafiə tərəfin üzərinə götürdüyü ittihamdan müdafiə hüququnun həyata keçirilməsini qanunsuz olaraq məhdudlaşdırmışlar. CPM-nin 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan tərəfindən təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidlərin dindirmək hüququnun təmin olunmsı imperativ xarakterlidir. Lakin, məhkəmə Məh kum məhkəmə iclasından çıxarıldıqdan sonra 13 nəfər şahidi onun iştirakı olmadan dindirmişdir. Tələbimizə və vəsatətimizə baxmayaraq növbəti məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə təqsirləndirilən şəxs tanış edilməmiş və məhkəmə iclası davam etdirilmişdir. Tələbimizə və verdiyimiz vəsatətlərimizə baxmayaraq ibtidai istintaq orqanı öz vəzifə səlahiyyətləri daxilində aşkar cinayət törətmiş şəxslər barəsində heç bir tədbir görməməklə CPM-nin 310.5-ci və qanun qarşısında bərabərlik prinsipini pozmaqla isə CPM-nin 8.0.4-cü və 11-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi isə sadalananlar və məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin, yəni CPM-nin 355.1-ci, 355.1.1-ci və 355.1.2-ci maddələrinin tələblərinin pozulmasına dair xüsusi qərar qəbul et məmişdir. Məhkəmələr əsassız və qanunsuz olaraq Zərərçəkmiş şəxs1 maddi zərər dəymədiyi halda onu iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır, bu isə CPM-ni 87.1-ci maddəsinin tələblərinə tam ziddir. Hər iki məhkəmə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirini təqsirsizlik prezumpiyasını rəhbər tutmaqla ibtidai istintaqın nəticələrinə əsaslanmaqla ibtidai istintaqda tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmaqla və Məhkum təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etməməklə onun təqsirini qərəzli olaraq sübuta yetirilmiş hesab etmişdir. Bu zaman digər təqsirləndirilən şəxslərdən hədə-qorxu və zorakılıqla alınmış ifadələrindən hüquqlarını müdafiə etdiyimiz şəxsin əleyhinə istifadə etmişdir. Hüquqlarını müdafiə etdiyimiz şəxs göstərmişdir ki, onlardan ibtidai istintaq zamanı ifadələr aldatma tətbiq edilməklə alınmışdır. Belə olan halda həmin ifadələrdən cinayət işi üzrə sübut kimi istifadə olunması yolverilməz olmasına baxmayaraq istintaq orqanı bu sübutlardan istifadə etmişdir.. Bundan başqa şahidlər X36, X90, X80, X106 məhkəmədə ifadə verərkən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 200.000, 1.800.000, 200.000, 3.500.000 manat pul vəsaiti verdiklərini bildirmişlər. Ona görədə tərəfimizdən şahidlər X11 X62 X48 və X49 ifadələrindəki məlumatların həqiqiliyinin yoxlanılması məqsədi ilə onların 2013-2017-ci illərdə gəlirləri barədə maliyyə sənədlərinin əldə edilməsi barədə sorğu verilməsi barədə vəsatətlərimiz əsaslandırılmadan təmin edilməmişdir. Halbuki, onlar Zərərçəkmiş şəxs1 yaxın qohumları olmaqla, i şin nəticəsi ilə maraqlı şəxslərdir və hətta məhkəmə iclasında Məhkumla qarşı qərəzli olduqlarını gizlətməmişlər və açıq məhkəmə iclasında onu hədələməkdən və təhqir etməkdən belə çəkinməmişlər. İfadələrində göstərmişlər ki, guya Zərərçəkmiş şəxs1 4.400.000 manatdan çox pul vermişlər. Lakin onlar verdikləri pulların mənbəyini göstərə bilməyərək, hətta maliyyə sənədlərini məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə işin nəticəsi ilə maraqlı olan həmin şahidlərin ifadələrinin mötəbərliyi araşdırılmamış qalsada birinci instansiya məhkəməsi bu şübhəli qərəzli ifadələrdən Məhkumun əleyhinə istifadə etmişdir. Daha sonra işdə olan sübutlarla tam müəyyən olunur ki, CM-nin 228.3-cü maddəsi ilə verilmiş ittiham epizodu üzrə aparılmış əməliyyat nəticəsində əldə edilmiş sübutlar kobud qanun pozuntusi ilə əldə edildiyindən mötəbər sübut kimi istifadə oluna bilməz. Belə ki, Məhkum ifadəsindən görünür ki, X59 xx xxxxxx 2017-ci il tarixdə Mədrəsəyə özü gəlmiş və həmin gecə onlarda qalmışdır.Səhəri 14 yanvarda Şamaxı şəhərinə öz Nivası ilə getmək istəyərkən yarı zorla onu və Qoçəlini Prado maşınına minməyə vadar etmiş və maşını Müsabi sürmüş və onlar birlikdə Şamaxı yanacaq doldurma məntəqəsində polis onları saxlamış və avtomaşında silah olduğu aşkar edilmişdir.Onun Müsabinin sahibliyində olan avtomaşında silah olmasından xəbərsiz olmuşdur. Hər üçü polis idarəsinə aparıldıqdan sonra X59 azdlığa buraxılmış və onlar həbsdə saxlanılmışdır. Bu hadisədən sonra tam başa düşmüşdür ki, bu iş Müsabinin və Zərərçəkmiş şəxs1 quraması olmuşdur. Silahlar və avtomaşını idarə edən Müsabi olduğu halda sə rnişinlər həbsə atılır və onlardan öz əleyhlərinə işgəncə verilməklə və hədə qorxu aldadılmaqla ifadələr alınmışdır. Əvvəlki ifadələrdə avtomaşının Müsabi idarə edilməsi göstərilsədə sonralar bu ifadələri dəyişdirilmiş guya maşının onun tərəfindən idarə edilməsi göstərilmişdir. Məhkəmədə ifadə verən A2 14 yanvarda həbs edilərkən avtomaçının onun tərəfindən idarə olunmasını etiraf etmişdir. Müdafiə tərəf hüquqlarını müdafiə etdiyimiz şəxsin və A2 məhkəmədə verdiyi ifadəsinə istinad edərək hesab edir ki, bütün hallarda X59un əməlində CM-nin 228-ci maddəsinin tərkib əlamətləri olduğu halda əməkdaşlığa görə həmin şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb olunmamamışdır. Təqsirləndirilən şəxs isə göstərmişdir ki, X59 polisin agenti kimi əməkdaşlıq müqabilində məsuliyyətdən kənarda qalmışdır. Bütün hallarda A2 qanunsuz olaraq odlu silahları saxlamaqda və daşımaqda təqsirkardır. Belə olmasaydı avtomaşın və silahlar A2 məxsus olduğu halda oda cinayət məsuliyyətinə alınardı. İstintaq orqanı A2 cinayət məsuliyyətinə almamaqla ondan Məhkum əleyhinə uydurma yalan ifadələr almışlar. Müdafiə tərəf hesab edir ki, bu cür ifadə almaq prosessual qanunvericiliyin tələblərinə tam ziddir və qanunu yolla əldə edilmiş sübutlar kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs-Məhkum göstərdiyinə görə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər-X12, X9 və işgəncə verilməklə, X79 ilə əməkdaşlıq etməklə onun əleyhinə yalan ifadələr alınmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər- X39 və X37 ifadə verərkən onlardan işgəncə verilməklə Məhkum əleyhinə ifadə alındığını təsdiq etmişlər. Daha sonra cinayət təqibi gedişatında polis əməkdaşları tərəfindən ona və digər təqsirləndirilən - X21, X17 qarşı onların ləyaqətini alçaldan, təhqir edən, habelə fiziki zor göstərməklə və onları aldatmaqla ifadələr alınmışdır. İfadələri arasında kəskin ziddiyyətlər olmasına baxmayaraq hüquqlarını müdafiə etdiyimiz şəxslə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 oğlunun aralarında ibtida istintaqda üzləşmə, birinci instansiya məhkəməsində isə çarpaz dindirilmə aparılmamışdır. Nəticədə birinci instansiya məhkəməsi və istintaq orqanı faktiki olaraq işin həqiqi hallarının müəyyən edilməsinə qarşı çıxmış və ifadələri arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə üzləşdirmə barədə verilmiş vəsatəti təmin etməməklə Məhkum müdafiə hüququnu pozmuş və istintaqın onu törətməd iyi cinayətlərə görə təqsirli bilmiş və cinayət tərkibi əlamətləri olmayan hərəkətlərini CM-nin ağır maddələrinə tövsüf etmişdir. Eyni zamanda məhkəmə hökmündə göstərmişdir ki, guya Məhkum X4Niva avtomaşını alıb ona pul verməklə Zərərçəkmiş şəxs1un avtomaşınını dağdan aşırtdırmaqla onun həyatına sui-qəsd etmək istəmişdir. İstintaqın gəldiyi bu nəticə uydurma və reallığı əks etdirməyən ehtimallardır. Ona görə ki, qəzaya düşüb dağdan aşan Zərərçəkmiş şəxs1un avtomaşını olmamışdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə bir avtomaşında olmuşlar. Həmin avtomaşına və maşındakı şəxslərə isə xəta yetirilməmişdir. Zərərçəkmiş şəxs1 avtomaçını isə qəzaya uğramamışdır. Dağdan aşan Zöhrabın avtomaşını olmuşdur. Bu ehtiyatsızlıqdan baş vermiş avto qəza hadisəsindən başqa bir şey deyildir. Hadisədən 2-3 ay sonra düzülüb qoşulmuş süni şübhəli sübutdur. Bütün bunlar işin faktiki hallarıdır ki, istintaq təkzib edə bilməmişdir. Lakin, buna baxmayaraq hüquqlarını müdafiə etdiyimiz şəxsə bu epizod üzrə 29, 120-ci maddəsi ilə belə bir qərəzli ittiham verilmişdir. Daha sonra müdafiə tərəf hesab edir ki, hüquqlarını müdafiə etdiyimiz şəxs Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etməmişdir və Məhkum təqsirliliyi mötəbər sübutlarla təsdiq olunmamışdır və hökmün əsasını ehtimallar təşkil edir. Eyni zamanda məhkəmənin ehtimallar üzərində yazılmış hökmü ilə razılaşsaq belə görəcəyik ki, məhkəmə Məhkum bu maddələrlə təqsirli bilərkən hətta CM-nin 29-cu maddəsinin tələblərinə belə əməl etməmiş və bu halda cinayətin tərkib əlaməti olan cinayətin obyektiv əlaməti mövcud deyildir. Belə ki, birinci və apelya siya instansiya məhkəmələri bütün proses ərzində cinayət qanunun qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərini kobud şəkildə pozaraq qərəzli mövqeyini ortaya qoyaraq şəxsi kriminallaşdıraraq Məhkum nəyin bahasına olursa olsun təqsirli bilmişdir. Zərərçəkmiş şəxs1 isə sosial prioritet statusuna malik olması birinci instansiya məhkəməsini çaşdırmış və Məhkum barəsində cinayət törətmədiyi halda ona 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkum dostu Həsrət Pirməmmədovun xahişi ilə mağazadan vedrə, əlcək, kəndir, balta alıb onun ot tayasının üstünə çadır çəkmək istəyir. Məhkəmə H.Pirməmmədovu şahid kimi dindirib, həqiqətən sabiq prokurorun Məhkum hadisə günü belə bir xahişinin olub olmamasını araşdırmadan onu “sən bunu nla 3 nəfəri öldürüb sonra doğramaq istəyirdin” nəticəsinə gəlib onu ağır cəzaya məhkum etmişdir. Halbuki, sadalananlar tikintidə istifadə olunan əşyalardır, evində tikinti gedən adamın bunları almağı normaldır. Şücayət ifadəsində göstərmişdir ki, o bu tikinti materiallarını Həsrət Pirməmmədovun xahişinə əsasən onun təsərrüfatındakı ot tayasını yağıçdan qorumaq məqsədi ilə almışdı və həmin təsərrüfata gedirdilər.Lakin həbs edildiklərindən Həsrətin təsərrüfatına gedə bilməmişlər. İstintaq orqanı da Məhkumun bu dəlilinin həqiqiliyini yoxlamaq məqsədi ilə öz həmkarları olan Həsrət Pirməmmədovu belə bu fakt üzrə şahid kimi dindirməmişdir. Birinci instansiya məhkəməsi Məhkum CM-nin 178-ci maddəsi ilə cinayət törətdiyini sübut etməyə çalışsada, məhkəmədə şahid qismində dindirilmiş torpaq sahiblə rinin heç biri Məhkumdun onlara qarşı dələduzluq etmələrini təsdiq etməmişlər. Əksinə göstərmişlər ki, alqı-satqını Zərərçəkmiş şəxs2lə aparmışlar və puluda notariusun bank hesabından götürmüşlər. Buna baxmayaraq birinci instansiya məhkəməsi hökmündə şahidlərin ifadələrini təhrif edərək qərəzli nəticəyə gələrək.Məhkəmə Məhkumun makler fəaliyyəini cinayət əməli kimi qiymətləndirmişdir. Hüquqlarını müdafiə etdiyim şəxsin rəsmi vəsatətlərinə baxmayaraq İstintaq orqanı və birinci instansiya məhkəməsi cinayət işi üzrə materiallarla tanış olmaq üçün təqsirləndirilən şəxsə latın qrafikafı ilə oxuyub bacaran onun inandığı bir şəxsi tərcüməçi qismində verməmiş və ona görədə Məhkum iş matarialları ilə tanış ola bilməmişdir.O nədə ittiham olunduğunu bilmədiyi halda öz müdafiəsini qura bilməmişdir. T ərəfimizdən cari cinayət işi üzrə məhkəmə hazırlıq iclasında “Cinayət işinin baxılmasına xitam verilməsinə və işin prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasına” dair vəsatət verilmişdir. Vəsatətdə cinayət işi üzrə istintaqın prosessual və maddi hüquq normalarının pozulması ilə aparılması və pozuntuların cinayət işinə əlavə edilmiş materiallarda öz təsdiqini tapmasına baxmyaraq məhkəmə tərkibi kobud prosessual pozuntu ilə aparılmış cinayət işi üzrə istintaq hərəkətlərini qanuni hesab edərək,vəsatətimizin təmin edilməməsi barədə əsaslandırılmamış qərar çıxararaq cinayət işini məhkəmə baxışına təyin etmişlər. İbtidai istintaq orqanı qərəzli şəkildə cinayət təqibi ilə bağlı olan bütün halların lazımı hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv tədqiq edilməsi ü çün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırdığımız 40 -dan çox vəsatətlərimizi CPM-nin tələblərini pozmaqla təmin etməmişlər. Ölümünə sui-qəsd edilmiş və dələduzluqla küllü məbləğdə pulu ələ keçirilmiş şəxs məhkəmə istintaqında dindirilməkdən və hüquqlarını müdafiə etdiyimiz şəxslə üzləşməkdən, başqa sözlə çarpaz dindirilmədən imtina edir və məhkəmənin rəsmi çağırışlarına əhəmiyyət vermir və hesab edir ki, məhkəmədə nümayəndə ilə təmsil olunması kifayətdir. Məhkəmə isə gəlməyən şahidlərin məcburi gətirilməsi üçün qərar şıxartdığı halda, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakı üçün heç bir tədbir görməmiş, onun ibtidai istintaqda verdiyi ifadəsi ilə kifayətlənmiş, dövlət ittihamçısı isə ittiham nitqinddə zərərçəkmişin ibtidai istintaqında verdiyi ifadəsinə ist inad etmişdir.Zərərçəkmiş şəxs1 ifadəsi digər sübutlarla müqayisə və təhlil edilmədən, yəni mötəbərliyi müəyyənləşdirilmədən Məhkum təqsirli bilinməsində istifadə olunmuşdur. Daha sonra ibtidai orqanı “ kobud qanun pozğunluğu ilə əldə edilmiş sübutların siyahıdan xaric edilməsi “ barədə olan vəsatətilərimizi də əsassız və qanunsuz olaraq təmin etməmişdir. Halbuki, ehtimal edilən cinayətdə qanunsuz yolla odlu silahları əldə edib saxlayan X59u cinayət məsuliyyətindən azad olunması müqabilində ondan təzyiq və təsir altında, eləcədə Zərərçəkmiş şəxs1 vəzifəcə və maddi cəhətdən asılı olan şəxslər olan-X1 və X5, eyni zamanda Məhkum yaxın qohumlarından isə Konstitusiyanın 66-cı maddəsinin tələblərini pozmaqla hədə-qorxu təsiri altında ifadələr alınmış hüquqlarını müdafiə etdiyimiz şəxsin əleyhinə mötəbər sübut kimi istifadə olunmuşdur. Tərəfimizdən təqsirləndirilən şəxs Şücaət Məhkum CM-nın 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə texniki ekspertizasının və daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi haqqında məhkəmə əmtəşunaslıq ekspertizasının və məhkəmə texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir. Məhkəmə tərkibi verilmiş vəsatəti müzakirə etmədən baxılmamış saxlanıldığını elan etmişdir. Halbuki, bu ekspertizanın keçirilməsi hüquqlarını müdafiə etdiyimiz şəxsin təqsirsizliyini, başqa sözlə tam, hərtərəfli və obyektiv tədqiq edilməsindən və Ali Məhkəmənin Plenum Qərarının tələblərindən irəli gəlirdi. Tərəfimizdən birinci instansiya məhkəməsinə zərərçəkmiş şəxslərin şahidlərin dindirilməsindən və digər sübutların tədqiq edilməsindən əvvəl dindiri lməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə qeyd olunan maddənin tələblərini pozmaqla zərərçəkmiş şəxsləri dindirilib qutarılmadan şahidlərin dindirilməsini aparmışdır. Daha sonra tərəfimizdən zərərçəkmiş Zərərçəkmiş şəxs1 2013-2017-ci illər ərzində bütün növ gəlirlərinin həcminin müəyyən edilməsi məqsədi ilə məhkəmə sorğusu verilməsi üçün vəsatət verilmişdir. Lakin, məhkəmə bu haldada işin həqiqi halının müəyyənləşdirilməsi məqsədi ilə verdiyimiz vəsatətimizi də əsaslandırmadan təmin etməmişdir. Tərəfimizdən ibtidai istintaq orqanına və birinci instansiya məhkəməsinə təqsirləndirilən şəxs- Məhkum həbsdə olarkən ondan daşınmaz əmlakının Səlimə Sadıqovanın adına alınsada, sonradan bu etibarnamənin Zərərçəkmiş şəxs1 işçisi Camal Nəbiyevin adına hansı şəraidə alınmasını və eyni zamanda Mə hkumun qohumları Ayselin və Fazilin mülküyyətlərində olan əmlakın zərərçəkmiş Zərərçəkmiş şəxs1 əvəzsiz verilmə səbəblərinin və satışdan əldə edilən pulların ehtimal edilən zərərin ödənilməməsinə yönəlmə səbəblərinin müəyyən edilməsi məqsədi ilə vəsatət verilmişdir. Daha sonra tərəfimizdən ehtimal edilən cinayət işinin yekunlaşmadığı halda Məhkum keçmiş arvadının və yaxın qohumlarının daşınar və daşınmaz əmlaklarının cinayət yolu ilə əldə edilib edilməməsi müəyyən edilmədən bu əmlakların qanunvericiliyə uyğun olaraq maddi sübut kimi tanınmadan əvəzsiz olaraq Zərərçəkmiş şəxs1 qızının və bacısı qızının mülküyyətinə verilməsinin səbəblərini müəyyən edilməsi məqsədi ilə həmin əmlakların mülküyyətçilərinin dindirilməsi barədə verdiyimiz vəsatətlərimizdə müzakirə edilmədən baxılmamış saxlanılmı şdır. Daha sonra müdafiə tərəf hüquqlarını müdafiə etdiyim Məhkum təqsirsizliyini sübuta yetirmək məqsədi ilə yeni sübutlardan istifadə etmək məqsədi ilə əlavə məhkəmə tədqiqinə ehtiyac olduğunu əsas gətirməklə məhkəmə istintaqının təzələnməsi barədə vəsatətdə vermişdir. Vəsatətimizdə verilmiş ittihamın tam, hərtərəfli və obyektiv tədqiq olunması üçün yeni sübutların zəruriliyini əsaslandırmışdıq. Lakin, vəsatətimiz əsaslandırılmadan təmin edilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsləri üzləşdirərkən onların üzləşmələrini video çəkiliş aparmışlar. Video çəkiliş aparılarkən CPM-nin 235.4-cü, 235.8.6-cı və 235.9cu maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə istintaqında isə bu video görüntülər CPM-nin 327.2-ci, 327.1.1-ci və 327.1.2-ci maddələrinin tələbləri pozulmaqla nüma yış etdirilmiş məhkəmə isə yekun qərarında bu video görüntülərə bir mötəbər sübut kimi istinad etmişlər. Müdafiə tərəf isə hesab edir ki, video görüntülər məhkəmə iclasında nümayiş etdirilərkən CPM-nin 327.2-ci, 327.1.1-ci və 327.1.2-ci maddələrinin tələbləri pozulduğundan məhkəmə yekun qərarı çıxararkən bu sübutlara istinad edə bilməzdi. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, istintaq orqanı cinayət törətməmiş şəxsi təqsirli bilərək məhkəməyə vermişdir. Birinci və apelyasiya instansiya məhkəmələri isə Məhkum verilmiş ittihamın sübuta yetirilmədiyini və onun əməllərində ittiham olunduğu maddələrin tərkib əlamətləri olmadığını və ittihamın ehtimallarla verildiyini nəzərə almamışdır. Sədrlik edən şahidlər dindirilərkən onların sərbəst ifadə vermələrinə imkan verməmiş, qanunvericili yin tələblərinə zidd olaraq birinci olaraq özü ittiham mövqeyini müdafiə edən yönəldici suallar vermiş, istədiyi cavabı aldıqdan sonra isə müdafiə tərəf sual verərkən isə “ sual çıxarılır, artıq bu sual verilmişdir “ deyə arbitirdən çox ittihamçı kimi iclası idarə etmişdir.Təqsirləndirilən şəxsin müdafiə hüququnun həyata keçirilməsinə maneçilik törətmiş, sədrlik edənin hərəkətlərinə qarşı verdiyimiz etirazlara isə əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual qanunları kobud şəkildə pozmaqla ittiham hökmü çıxarmış, apelyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz hökmü qərəzli şəkildə qüvəsində saxlamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-38/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qərarını ləğv edib, cinayət işini apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin etmək barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumuin və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndələrinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aş ağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında kassasiya şikayətinə məhkəmə baxışının istintaq aparılmaqla keçirilməsi barədə vəsatətin təmin edilməməsi, əlavə şahidlərin dindirilməməsi göstərilmişdir. Bu dəlillərin əsaslılığının yoxlanması üçün Azərbaycan Respublikası CPM-nin Apelyasiya şikayətinə və ya apelyasiya protestinə dair tələblər adlanan 387-ci maddəsi və apelyasiya şikayətinə və ya apelyasiya protestinə baxılması hüdudları adlanan 397-ci maddəsi ilə müəyyən edilmiş hədlərə əməl edilib edilməməsi yoxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 387.5-ci madddəsinə əsasən apelyasiya şikayətində və ya apelyasiya protestində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlara istinad edilməsinə yalnız həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünün və ya onların həmin məhkəmə tərəfindən qəbul edilməməsinin əsaslandırıldığı halda yol verilir. Həmin Məcəllənin 397.3-cü maddəsinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apelyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: 397.3.1. cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; 397.3.2. birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə. Məcəllənin 397.4-cü maddəsinə əasən apelyasiya instansiyası məhkəməsi yeni sübutların tədqiqini apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının uzadılması cəhdi kimi qiymətləndirdikdə, həmin sübutların tədqiq edilməsi haqqında vəsatəti rədd etmək hüququna malikdir. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında əlavə sübutların tədqiqi və apelyasiya şikayətinə məhkəmə istintaqı keçirilməklə baxılması barədə vəsatətlər həll edilərkən Azərbaycan Respublikası CPM-nin 397.3-cü maddəsinin müəyyən etdiyi hüdudlar nəzərə alınmaqla qərar qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə göstərilən prosessual normaların tələbinə uyğun olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasına hansı yeni sübutların tədqiq edilməli olması, onların birinci instansiya məhkəməsinə tədqiq edilməməsinin səbəbləri və ya birinci instansiya məhkəməsinin həmin sübutları tədqiq etməkdən əsassız imtina etməsi barədə dəlillər göstərilməmişdir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlili də əsassız hesab edilib təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, şahidlər X36, X90, X80, X106 məhkəmədə ifadə verərkən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 200.000, 1.800.000, 200.000, 3.500.000 manat pul vəsaiti verdiklərini bildirmişlər. Ona görədə tərəfimizdən şahidlər X11, X62, X48 və X49 ifadələrindəki məlumatların həqiqiliyinin yoxlanılması məqsədi ilə onların 2013-2017-ci illərdə gəlirləri barədə maliyyə sənədlərinin əldə edilməsi barədə sorğu verilməsi barədə vəsatətlərimiz əsaslandırılmadan təmin edilməmişdir. Halbuki, onlar Zərərçəkmiş şəxs1 yaxın qohumları olmaqla, işin nəticəsi ilə maraqlı şəxslərdir və hətta məhkəmə iclasında Məhkumla qarşı qərəzli olduqlarını gizlətməmişlər və açıq məhkəmə iclasında onu hədələməkdən və təhqir etməkdən belə çəkinməmişlər. İfadələrində göstərmişlər ki, guya Zərərçəkmiş şəxs1 4.400.000 manatdan çox pul vermişlər. Lakin onlar verdikləri pulların mənbəyini göstərə bilməyərək, hətta maliyyə sənədlərini məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə işin nəticəsi ilə maraqlı olan həmin şahidlərin ifadələrinin mötəbərliyi araşdırılmamış qalsada birinci instansiya məhkəməsi bu şübhəli qərəzli ifadələrdən Məhkumun əleyhinə istifadə etmişdir. Göstərilən şahidlər və Zərərçəkmiş şəxs1 özü ona həm qohumları tərəfindən verilmiş, həm də özündə olmuş və dələduzluq yolu ilə ələ keçirilmiş pul məbləğlərinin mənbəyini, məhkəmə iclasındakı ifadələrində göstərmişər. Şahidlər ifadələrində göstərmişlər ki, hər biri həmin pul məbləğlərini tamamilə Zərərçəkmiş şəxs1 vermişlər ki, o tarpaq sahələri alıb kənd təsərrüfatı məhsullarının istehsalını təşkil etsin. Zərərçəkmiş şəxs1 verilmiş pul məbləğləri ilə bağlı onun özünün və qohumlarının ifadələri üst-üstə düşmüşdür. Pulun məbləği, mənbəyi ilə bağlı onlarla Zərərçəkmiş şəxs1 arasında hər hansı narazılıq və mübahisə olmamışdır. Şahidlərin çağırılması və məhkəmə iclasında dindirilməsi üzrə qanunvericiliyin müəyyən etdiyi qaydaların pozulması halları müəyyən edilməmişdir. Ona görə bu barədə də kassasiya şikayətinin dəlilləri də əsassızdır. Kassasiya şikayətində göstərilmişdir ki, ibtidai istintaq orqanı, birinci və apelyasiya instansiya məhkəmələri sübut kimi ancaq zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs1 və onun yaxın qohumlarının və işi n nəticəsi ilə maraqlı olan vəzifəcə ondan asılı olub onun tabeçiliyində işləyən işçilərin verdikləri qərəzli, uydurma ifadələrinə istinad etmişdir. Həmin şəxslərin ifadələrindəki məlumatların həqiqiliyinin-mötəbərliyinin yoxlanılması, müqayisə edilməsi və təhlil olunması üçün vəsatətlərə baxmayaraq vəsatətləri təmin edilməmişdir. Sadəcə olaraq Zərərçəkmiş şəxs1 ifadəsindəki məlumatlar cüzi dəyişdirilməklə şahidlərin ifadəsindəki məlumatlar kimi şahidi dindirmə protokollarına köçürülmüşdür. Açıq məhkəmə iclasında ittiham tərəfin şahidlərinin heç biri müdafiə tərəfinin “ ibtidai istintaq zamanı verdiyiniz ifadənizdəki məlumatları təkrar edə bilərsinizmi “ sualına cavab kimi 2-3 ay əvvəl verdikləri ifadələrindəki məlumatları təkrarlaya bilməmişlər. Lakin, şahidlər məhkəmədə sərbəst ifadə ver mədikləri və ibtidai istintaqda verdikləri ifadələrindəki məlumatları məhkəmədə təkrar etmədikləri, eləcədə bu ifadələrin məzmunundan xəbərsiz olduqları halda ifadələrini təsdiq etdiklərini göstərmişlər və sədrlik edən də onların ibtidai istintaqda verdikləri ifadələrini elan etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası CPM-nin 327 və 329-cu maddələrinə əsasən təqsirləndirilən şəxsin və şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür). Şahidlərin əvvəlki, o cümlədədn ibtidai istintaqın gedişində verdikləri ifadələri xatırlamamaları hər hansı pozuntu və ya neqativ h al kimi qiymələndirilməməlidir. şahidlərin ona elan edilmiş əvvəlki ifadəsinin doğruluğunu təsdiq etməsi də onların ifadələrinin həqiqiliyini şübhə altına alan hal kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində təqsirləndirilən şəxsin rəsmi vəsatətlərinə baxmayaraq İstintaq orqanı və birinci instansiya məhkəməsi cinayət işi üzrə materiallarla tanış olmaq üçün təqsirləndirilən şəxsə latın qrafikafı ilə oxuyub bacaran onun inandığı bir şəxsi tərcüməçi qismində verməmiş və ona görədə Məhkum iş matarialları ilə tanış ola bilməmişdir. O nədə ittiham olunduğunu bilmədiyi halda öz müdafiəsini qura bilməmişdir. Cinayət işinin 17-ci cildinin 359-360-cı vərəqində olan xx xxxxxx 2018-ci il tarixli cinayət işinin materialları ilə tanış etmə protokolundan müəyyən edilir ki, Məhkum müdafiəçisi X22 iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuşlar, lakin, Məhkum bu barədə protokolu imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair xx xxxx 2011-ci il tarixli qərarının 2-ci bəndində şərh edilmişdir ki, cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. Göründüyü kimi Məhkum müdafiəçisi X22 iştirakı ilə cinayət işinin materialları ilə tanış olduğundan hər hansı qanun pozuntusuna yol verilməmiş və onun müdafiə hüququ pozulmamışdır. Ona görə də bu barədə kassasi ya şikayətinin dəlili də əsassız hesb edilməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, ölümünə sui-qəsd edilmiş və dələduzluqla küllü məbləğdə pulu ələ keçirilmiş şəxs məhkəmə istintaqında dindirilməkdən və hüquqlarını müdafiə etdiyimiz şəxslə üzləşməkdən, başqa sözlə çarpaz dindirilmədən imtina edir və məhkəmənin rəsmi çağırışlarına əhəmiyyət vermir və hesab edir ki, məhkəmədə nümayəndə ilə təmsil olunması kifayətdir. Məhkəmə isə gəlməyən şahidlərin məcburi gətirilməsi üçün qərar şıxartdığı halda, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirakı üçün heç bir tədbir görməmiş, onun ibtidai istintaqda verdiyi ifadəsi ilə kifayətlənmiş, dövlət ittihamçısı isə ittiham nitqinddə zərərçəkmişin ibtidai istintaqında verdiyi ifadəsinə istinad etmişdir.Zərərçəkmiş şəxs1 ifadəsi digər sübutlarla m üqayisə və təhlil edilmədən, yəni mötəbərliyi müəyyənləşdirilmədən Məhkum təqsirli bilinməsində istifadə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci madddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.5. onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3(d) bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağ ırmaq və dindirməyə nail olmaq; Cinayət işinin materiallarından və məhkəmə iclas protokollarında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etməmiş və ifadə verməmişlər, məhkəmə iclasında onlar nümayəndələri vasitəsilə təmsil edilmişlər, cinayət işinə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsi hökmdə həmin zərərçəkmiş şəxslərin ibtidai istintaqdakı ifadələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında da həmin zərərçəkmiş şəxslər iştirak etməmişlər. Göstərilən zərərçəkmiş şəxslərin məhkəmə iclasında iştiraklarının təmin edilməməsi nəticəsində təqsirləndirilən şəxslərin, o cümlədən Məhkum onları dindirmək hüququ təmin edilməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri əsaslı hesab edi lərək təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.18-ci maddələrinə əsəsn məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və bu Məcəllənin müddəalarına müvafiq olaraq dövlət ittihamçısının, xüsusi ittihamçının, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin və ya tərcüməçinin iştirakı məcburi olduğu halda cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə həmin şəxslərin iştirakı olmadan baxdıqda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə d ə cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştiraklarını, təqsirləndirilən şəxslərin onları dindirmək hüququnu təmin etməməsi əsası ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Həmin şəxslərin apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında iştirakı təmin edilmədən, məhkumlara elan edilmiş ittihamlar üzrə onların məhkəmə iclasında dindirilməsi, o cümlədən təqsirləndirilən Məhkum tərəfindən dindirilməsi təmin edilmədən gəlinmiş nəticələr qanuni və əsaslı hesab edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğund an və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.1ci və 416.1.18-ci maddələrində nəzərdə tutulmuş əsasa uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Həsənov İmamqulu Vəliqulu oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.1, 228.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-65/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-65/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver