Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-65/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Bəraət almış şəxs X7 iştirakı ilə xx xxxxx 1955-ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.2 və 148-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 09 iyul 2021-ci il tarixli qərarından xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə (hakim F.N.Pənahov) Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında irəli sürülmüş şikayət üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə X8 bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən xüsusi ittihamçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), R.M.Cəfərov və M.Ə.Bağırov) apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Xüsusi ittihamçı X2 X8i Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə ittiham etmişdir ona görə ki, X12 02 mart 2021-ci il tarixdə öz xətti ilə X5 yazdığı məktubda onun öz həyat yoldaşının xüsusi amansızlıqla-elektrik cərəyanı ilə öldürməklə xüsusi ağır cinayət törətməkdə ittiham etmiş, onu cinayətkar adlandırmış, mənəvi hisslərinə toxunulmaqla başıboş adlandıraraq təhqir etmiş və vəfat etmiş arvadının qəbrini açdıracağı ilə hədələmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və X7 CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib cəzalandırılması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apel lyasiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, hər iki instansiya məhkəmələri X8in əməlini düzgün qiymətləndirməmiş və ona bəraət verməklə səhvə yol vermişlər. Bununla da xüsusi ittihamçının Konstitusiyada təsbit edilmiş şəxsi toxunulmazlıq hüququ pozulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs X8un çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normaları nın düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma”ya cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası C M-in 147.2-ci maddəsi isə “Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 148-ci maddəsi “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Yuxarıda istinad edilən cinayət qanunu normalarının məzmununa, təhlilinə və şərhinə əsasən böhtan cinayət əməli qəsdən törədilməli, yəni təqsirli şəxs başqa şəxsə böhtan atarkən, o cümlədən kütləvi informasiya vasitələrində yayılan məlumaiların yalan olduğunu bilməli, digər şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan sala n məlumatları yaymalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər rəsm əsərləri, kinematoqrafi ya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, X7 əməlində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinin tərkib əlamə tləri mövcud olmamışdır. İş materiallarından görünür ki, bəraət almış şəxs X12 təqsirləndirilən şəxsin xüsusi ittihamçıya qarşı belə bir qəsdi-niyyəti olmamışdır. Onun barəsində yazdığı məlumatları hər hansı digər şəxsə və ya şəxslərə bildirməmişdir və yaymamışdır. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iş üzrə gəldikləri nəticəni əsaslı və qanuni hesab edərək, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində X15 ifadəsində xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş məktubun onun tərəfindən yazıldığını etiraf etmiş, lakin ona qarşı irəli sürülən ittihamı qəbul etməmişdir. O, ifadəsində bildirmişdir ki, xüsusi ittihamçı əvvəllərdən torpaq sahəsilə əlaqədar mübahisələri vardır. Bu səbəbdən münasibətləri pisdir. O, xüsusi ittihamçı ol an X10in barəsində heç kimə, yəni başqa şəxslərə onun şərəf və ləyaqətini alçaldacaq söz deməmiş, hər hansı bir formada belə məlumatları yaymamışdır. Onların arasında olan mübahisədən sonra o, həddən artıq əsəbi olduğundan xüsusi ittihamçının yalnız özünə qapalı məktub vasitəsilə onun necə bir adam olduğunu onun özünə bildirmək istəmişdir. Əslində onun hər hansı bir orqana, şikayət etmək, məlumat vermək, onun şərəf və ləyaqətini alçaltmaq niyyəti olmamışdır. Əgər belə bir niyyəti olsa idi, yəqin ki, hər hansı bir orqana, kütləvi informasiya vasitəsinə və ya ayrıayrı şəxslərə müraciət edərdi. Lakin onun məktubundan sonra xüsusi ittihamçının özü onun məktubu barədə Sabirabad rayon Polis Şöbəsinə şikayət etmiş və onun məktubunda qeyd etdiyi sözlər barədə polis orqanına məlumat vermişdir. Məhk əmə kollegiyası qeyd edir ki, X8 xüsusi ittihamçı X4 barəsində yazdığı sözləri digər şəxslərə, kütləvi informasiya vasitələrinə, hər hansı dövlət orqanına bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin X1 hansısa konkret ağır cinayətin törədilməsində təqsirli bilib ona böhtan atmaması və təhqir etməməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X8 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı xüsusi ittihamçı X9 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-65/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-65/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver