Məhkəmə qərarları › İş №1(102)-65/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-65/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-65/2023 16.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, məhkumun müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-62/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Mü dafiəçi1 tərəfindən birgə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 29 iyun 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 iyul 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 noyabr 2020-ci il tarixdə birgə yaşadığı qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evində heç kimin olmadığı vaxtda evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabın siyirməsindən baldızı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 300 manat dəyərində dörd qram kütləli şnur toxunuşlu qulaqcığında “MİDAS 14K” damğası olan qızıl boyunbağını, oğurluq əməlini davam etdirərək 20 noyabr 2020-ci il tarixdə həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabın siyirməsindən baldızı Zərərçəkmiş şəx s2 məxsus 990 manat dəyərində 13,20 qram kütləli 585 əyarlı üzərində şəffaf qaşları olan bir dəst qızıl sırğa-üzüyünü gizli olaraq talayıb vahid niyyətlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1290 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixədək olan müddət ərzində birgə yaşadıqları qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evdə heç kimin olmadığı vaxtlarda sonuncunun hissə-hissə olmaqla evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının altındaki ayaqqabı qutusunun içərisindən vahid niyyətlə ümumilikdə 25500 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdi r. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 yanvar 2021-ci il tarixdə saat 15 radələrində birgə yaşadıqları qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evdə heç kimin olmadığı vaxtda evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabın siyirməsindən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 387 manat dəyərində 5,17 qram kütləli 585 əyarlı üzərində qara rəngli və rəngsiz şəffaf qaşları və qulaqcığında “1/4” və “KOÇAK” damğası olan sarı rəngli kulonlu qızıl boyunbağını, 1 cüt 472 manat dəyərində 3,37 qram kütləli gümüşü rəngli hissələri 750 əyara uyğun gələn sarı rəngli hissələri 750 əyara uyğun gələn üzərində 0.093 karatlı şəffaf rəngli brilliant qaşları və kilidində “M*750” “4 MЮ” “43” damğaları olan qızıl sırğa c ütünü, 791 manat dəyərində bir ədəd 8,33 qram kütləli 750 əyarlı qızıldan ulduz formalı elementləri olan üzərində “İL GEOİELLO” yazısı olan qızıl sırğa cütünü, bir ədəd 130 manat dəyərində 1,74 kütləli 585 əyarlı üzərində ərəb və fars mənşəli yazılar olan qızıl qolbağı, 1 ədəd 183 manat dəyərində 2,44 qram kütləli 585 əyarlı üzərində ərəb və fars mənşəli yazılar olan kulonlu qızıl boyunbağını gizli talayıb vahid niyyətlə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1963 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 fevral 2021-ci il tarixdə birgə yaşadıqları qaynanası Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evdə heç kimin olmadığı vaxtda evin birinci mərtəbəsində yerləşən yataq otağınd a olan güzgülü dolabın siyirməsindən sonuncunun 1 ədəd 1929 manat dəyərində 25,72 qram kütləli 585 əyarlı, bismark toxunuşlu, qulaqcığında “МЯЦ” və “Я” sağ tərəfə baxan qadının baş hissəsinin təsviri əks olunmuş damğası olan qızıl boyunbağını, evin birinci mərtəbəsində yerləşən yataq otağında olan güzgülü dolabın siyirməsindən 1 ədəd 800 manat dəyərində 8,68 qram kütləli diametri 2,25 mm ölçüdə üzərində “10 РУБЛЕЙ 1899 Г” yazıları olan qulplu qızıl onluq klonunu gizli talayıb vahid niyyətlə Zərərçəkmiş şəxs1 2729 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 1(012)-433/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmiş, tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən həmin cəzanın çəkilməsinin Məhkum azyaşlı uşağı - 01 may 2014-cü il təvəllüdlü X1 on dörd yaşına çatanadək, yəni 01 may 2028-ci il tarixədək təxirə salınmış, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Məhkum qarşı 25500 manat məbləğində pul tələbinə dair mülki iddiasının təmin edilmiş, hökmlə digər məsələlər də həllini tapmışdır.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, himayəsində azyaşlı uşağı olmadığından, hökmün Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsi haqda hissəsinin ləğv edilməsi, təqsirli bilindiyi Günay 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Zərərçəkmiş şəxs2 mülki iddiasının təmin olunaraq, Məhkum 7000 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi Məhkum 2 ( iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərək və həmin cəzanın Azərbaycan Respublikası CM-nin 79-cu mad dəsinə əsasən həmin cəzanın Məhkum azyaşlı uşağının on dörd yaşına çatanadək təxirə salınması barədə hökm qəbul edərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə riayət etməmiş, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasının yüngülləşdirən halların olmamasını, azyaşlı uşağın atası Şahid2 himayəsində olmasını nəzərə almamışdır. Birgə nikahdan olan uşaqların anasının himayəsinə verilməsi barədə Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi qanuni qüvvəyə minməmi, həmin qətnamədən apellyasiya şikayəti verildiyi halda Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsi haqda qərar yanlış nəticə kimi qiymətləndirilməlidir.

7. Hökmdən təq sirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 birgə apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, Məhkum bəraət verilməsini xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin tam reallığını əks etdirdiyi halda məhkəmə onun ifadəsinə qeyri-səmimi yanaşaraq məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə uzlaşmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməli törətməsini təsdiq edəcək hər hansı bir sübut olmadığı halda, məhkəmə sübutların məcmusu ilə təqsirləndirilən şəxsin ifadəsinin təsdiq olunmadığını qeyd etmiş, bu məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmadığını sübut edir. Bundan başqa zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə və ibtidai istintaq zamanı 25500 manat pulun ona məxsus olduğunu bildirsə də, pulların onda olduğunu təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazısından göründüyü kimi, pullar həqiqətən də təqsirləndirilən şəxsin ailə büdcəsi olmuş və onların istifadəsində olmuşdur. Turac və digər şəxslər bilərəkdən və məqsədyönlü şəkildə Məhkum cəzalandırmaq niyyəti ilə təqsirləndirilən şəxsə çevirmişlər. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı bildirmişdir ki, Məhkum qızılzinət əşyalarını götürən zaman götürməsi barədə ona məlumat vermişdir. Bunun özü gizli olaraq talama cinayətinin olmadığını təsdiq edir. Məhkum Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.4-cü maddələri ilə ittiham olunmasını təsdiq edəcək heç bir mö təbər və əsaslı sübut yoxdur, bu səbəbdən onun barəsində ittiham deyil, əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət hökmü çıxarılmalıdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-62/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 1(012)-433/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Məhkum və onun müdafiəçisi Müdafiəçi1 birgə verdikləri kassasiya şikayətini n dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, kassatorlar onları təkrarlayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-62/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

11. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə verdikləri kassasiya şikayətinin dəlilləri də apellyasiya şikayətinin dəlilləri ilə eynidir, kassatorlar onları təkrarlamaqla yanaşı əlavə olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)379/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə Məhkum azyaşlı uşağı olan 01 may 2014-cü il təvəllüdlü X2 atası Şahid2 himayəsində saxlanmasının qət edildiyini qeyd edib, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin t ətbiq olunmasının ləğv edilməsini və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

12. Kassasiya müraciətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübut lar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Zərərçəkmiş şəxslər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutları düzgün qiymətləndirmədiyini və Məhkum qanunazidd cəza təyin edildiyini iddia etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21- ci maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsaslarla əlaqələndirmişdir.

18. Məhkum və onun müdafiəçisi kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd edərək məhkuma bəraət verilməsini xahiş etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticə ləri olaraq aşağıdakıları qeyd edir.

20. Məhkəmə kollegiyası ilk növbədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkum edilmiş şəxsin hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

21. Məhkum yuxarıda təsvir edilən əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) apellyasiya müraciətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi məhkumun ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, hökmdə Məhkum cinayət törətməsi halları ətraflı tədqiq və təhlil edilmiş, işdəki sübutlara düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə müdafiəçinin apellyasiya şikayətinin dəlillərində və həmçinin apellyasiya baxışı zamanı məhkumun müdafiəçisinin çıxışında qeyd etdiyi Məhkum özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməməsinə dair dəlillərini əsaslı saymayaraq, bu nu təqsirləndirilən şəxsi məsuliyyətdən kənarda qoymaq cəhdi kimi qiymətləndirmişdir.

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4cü maddələri ilə tövsif edilməsi və on un bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

25. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq olunmaqla, təyin edilmiş cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması hissəsində əsassız olduğundan ləğv edilməsi, Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə də lillərini qismən əsaslı hesab edir.

26. Belə ki, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

27. Bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub s axlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir.

28. Qeyd olunan məqsədlər, xüsusilə uşağın hüquqlarının təmin edilməsinə olan ictimai maraq Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilən təqsirkar şəxsin nə dərəcədə buna hazır olduğu, o cümlədən şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, təqsirli bilindiyi cinayətin törədilmə halları da nəzərdən qaçırılmamalıdır.

29. Onu da nəzərə almaq lazımdır ki, cinayət və cinayət-prosessual qanunvericiliyi cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzanın təyin edilməsini istisna edən əsaslar olmadığı halda Azərbaycan Respublikası CM-nin müvafiq normalarının, o cümlədən 8, 58.3-cü madd ələrinin tələbləri gözlənilməklə cəzalandırılmalı olmalarını təsbit edir (cinayət-mühakimə icraatının vəzifələrindən biri kimi göstərir). Bununla yanaşı Cinayət Məcəlləsinin 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınadək təxirə salınması imkanının nəzərdə tutulması və Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin dispozitiv xarakter daşımayıb bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz səlahiyyətini müəyyənləşdirməsi onu göstərir ki, sözügedən institut (cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması) işin həqiqi hallarından törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Zərurət olmadıqda və yaxud zəruriliyin mövcudluğu lazımınca əsaslandırılmadıqda isə təqsirkar şəxsin ittiham hökmünün qüvvəyə minməsindən sonra cəzaya məruz qalmamasına bəraət qazandırmaq, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair məhkəmə qərarını əsaslı və inandırıcı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.

30. Belə təfsirlə müqayisədə apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş birinci instansiya məhkəməsinin Məhkum barəsində Azərbaycan Respublikası CMnin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair qərarına baxdıqda aydın olur ki, məhkəmə nə bu institutun tətbiq edilməsinin zəruriliyini, nə də ki, Məhkum azyaşlı uşağın hüquqlarını təmin etməyə hazır olubolmamasını lazımınca araşdırmamışdır.

31. Belə ki, Məhkum cinayət əməlini müşayiət edən və işin digər hallarından görünür ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ayrı-ayrı vaxtlarda vahid niyyətlə Zərərçəkmiş şəxs2 bir epizodda 1290 manat, digərində isə 1963 manat məbləğində, Zərərçəkmiş şəxs1 bir epizodda xeyli miqdarda 25500 manat, digərində isə 2729 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq cinayətini törətmişdir. Məhkum həmin cinayətləri törədərkən ailəli olmuş və cinayəti bir evdə yaşadığı qayınanasına və baldızına qarşı törətmişdir. Qeyd edilən cinayət hadisəsindən sonra, onun əri Şahid2 Məhkum qarşı nikahın pozulması və uşağın onun himayəsində saxlanılması tələbi ilə məhkəmə müraciət etmişdir.

32. Hazırki cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılan zaman uşağın valideynlərdən hansının himayəsinə verilməsinə dair mülki icraat qaydasında mübahisə mövcud olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 28 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən 01 may 2014-cü il təvəllüdlü X5 boşanmadan sonra anasının deyil, atası Şahid2 himayəsinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2023cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir.

33. Lakin apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə bu istiqamətdə heç bir araşdırma aparmadan, Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsini tətbiq edib, təyin olunmuş cəzanı 01 yanvar 2021-ci il tarixdə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salması barədə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxlamışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qü vvəyə minmiş məhkəmə qərarı ilə 01 may 2014-cü il təvəllüdlü X5 boşanmadan sonra atası Şahid2 himayəsinə verildiyinə görə artıq məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsinin əsasları mövcud deyildir.

35. Belə olan halda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanuni və əsaslı nəticə kimi qiymətləndirilə bilməz.

36. Bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini, zərərçəkmiş şəxslərin kassasiya şikayətinin qismən əsaslı olduğunu göstərir.

37. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməmli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-62/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-62/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar