Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-65/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 30 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İslam Neymanov (sədrlik edən və məruzəçi), Vüqar Əhmədov və Müşfiq Məmmədov) 1(099)-406/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1985-ci il tarixdə Neftçala rayonu, Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də satış mütəxəssisi vəzifəsində işləmiş, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi ) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəza çəkməsinin əvvəli 14 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xx.xx.2020-ci tarixli “030” saylı əmək müqaviləsi ilə işə götürülərək həmin tarixli “BT-İQ-030” saylı əmrlə "xxxx" MMC-nin Neftçala rayonu üzrə satış mütəxəssisi vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixli “030” saylı tam maddi məsul şəxs haqqında müqaviləyə və vəzifə təlimatına əsasən öz fəaliyyətini həyata keçirilməsi prosesində və yerlərdə mağazada, saxlanc anbarında, ora daxil olan və çıxan bütün mallara, onların miqdarına, sənədləşdirilməsinə, düzgün rəsmləşdirilməsinə cavabd eh olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə ona "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli 002754 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə təhvil verilmiş 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 002769 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 002787 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002788 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002793 saylı mal– material və avadanlığın yük daşınma qaim əsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002794 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002798 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 860 kisə olmaqla 43000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002805 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002807 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002808 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkid ə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002811 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002880 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002888 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002889 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram miqdarda “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002893 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 683 kisə olmaqla 34150 kiloqram çəkidə ammafos gübrəsini, xx.xx.2020-ci il tarixli 002894 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 684 kisə olmaqla 34200 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002895 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 683 kisə olmaqla 34140 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002905 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002910 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002911 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 900 kisə olmaqla 45000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002914 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002915 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 900 kisə olmaqla 45000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002916 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 900 kisə olmaqla 45000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002917 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002918 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002921 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloq ram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002930 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 683 kisə olmaqla 34150 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002932 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 685 kisə olmaqla 34250 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002934 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002935 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 666 kisə olmaqla 33300 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002937 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 600 kisə olmaqla 30000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002939 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002940 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002943 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 681 kisə olmaqla 34030 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002949 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002950 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002952 saylı mal– material və avada nlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002953 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002956 saylı mal –material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002958 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002963 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002964 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 649 kisə olmaqla 32450 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002965 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 002966 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammafos” gübrəsini,xx.xx.2020-ci il tarixli 002967 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 561 kisə olmaqla 28045 kiloqram çəkidə “ammafos” gübrəsini, xx.xx.2020-ci il tarixli 003016 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 650 kisə olmaqla 32500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003022 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini,xx.xx.2020-ci il tarixli 003023 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003024 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 670 kisə olmaqla 33500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003028 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003029 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 672 kisə olmaqla 33600 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003031 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003078 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 650 kisə olmaqla 32485 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003080 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 649 kisə olmaqla 32450 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003081 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 670 kisə olmaqla 33500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003084 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini,xx.xx.2020-ci il tarixli 003087 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020- ci il tarixli 003099 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 682 kisə olmaqla 34100 kiloqram çəkidə “ammafos” gübrəsini,xx.xx.2020-ci il tarixli 003116 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram miqdarda “ammonium nitrat” gübrəsini,xx.xx.2020-ci il tarixli 003118 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003121 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 646 kisə olmaqla 32280 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003122 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 669 kisə olmaqla 33450 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 0 03123 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 669 kisə olmaqla 33450 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003133 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 669 kisə olmaqla 33430 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003134 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 670 kisə olmaqla 33500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003137 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003138 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003139 sayl ı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini,xx.xx.2020-ci il tarixli 003140 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003141 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 651 kisə olmaqla 32550 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003142 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 670 kisə olmaqla 33500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003143 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 649 kisə olmaqla 32450 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003145 saylı mal–mater ial və avadanlığın yük daşınma qaiməsi ilə 645 kisə olmaqla 32250 kiloqram çəkidə ammonium nitrat gübrəsini,xx.xx.2020-ci il tarixli 003176 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 685 kisə olmaqla 34250 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini,xx.xx.2020-ci il tarixli 003177 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 685 kisə olmaqla 34250 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003190 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 686 kisə olmaqla 34290 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003191 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 685 kisə olmaqla 34250 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003192 saylı mal–material və avadan lığın yük daşınma qaiməsi ilə 685 kisə olmaqla 34250 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003198 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 605 kisə olmaqla 30240 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003212 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003217 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003222 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 651 kisə olmaqla 32540 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003223 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 670 kisə olmaqla 33500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003230 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003234 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003235 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 666 kisə olmaqla 33300 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003239 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 669 kisə olmaqla 33450 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003243 saylı mal–material və avadanlığın yük daşınma qa iməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003245 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini,xx.xx.2020-ci il tarixli 003247 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 669 kisə olmaqla 33450 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003248 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 670 kisə olmaqla 33500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003253 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003254 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi il ə 680 kisə olmaqla 34000 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003273 saylı mal–material və avadanlığın yük daşınma qaiməsi ilə 669 kisə olmaqla 33450 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini, xx.xx.2020-ci il tarixli 003274 saylı mal– material və avadanlığın yük daşınma qaiməsi ilə 670 kisə olmaqla 33500 kiloqram çəkidə “ammonium nitrat” gübrəsini 30 avqust 2020-ci il tarixdən 18 sentyabr 2020-ci il tarixə kimi olan müddət ərzində qaimələrə imza edib, ünvan 2 ünvanında yerləşən saxlanc anbarına təhvil alaraq həmin saxlanc anbarına qəbul etdiyi gübrələrdən 125.675 ton çəkidə 66.607.75 manat dəyərində “ammonium nitrat” gübrəsini, 35.515 ton çəkidə 33.028.95 manat dəyərində “ammofos” gübrəsini, ümümilikdə 99.636.70 manat dəyərində "xxxx" MMC-nin əmlakını öz şəxsi ehtiyaclarına xərcləməklə, vahid niyyətlə ona etibar edilmiş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəyərək talamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 1(106)130/2023 nömrəli 30 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(099)-406/2022 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 aya qədər azaldılmaqla yüngülləşdirilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 14 mart 2022-ci il tarixdən hesablanması nəzərə alınmış, hökm Məhkum vəkili Müdafiəçi3 apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, l(106)-130/2023 saylı qərarını ləğv edilməsini və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 179.3.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi nin qərarı qeyri-obyektiv, qərəzli, əsassız, qanunsuz, birtərəfli, subyektivdir, tərəflərin bərabərlik hüququnun və maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, hüquqlarını müdafiə etdiyi Məhkum barəsində ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktında cinayət hadisəsinin baş verdiyi tarix və.vaxt göstərilmədiyi halda, yəni ittiham aktının düzgün tərtib edilməməsinə baxmayaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1 və 303.3.6-cı maddələrinə istinad edib Cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmalı olduğu halda qanunsuz və əsassız olaraq cinayət işi üz rə məhkəmə baxışını davam etdirmişdir. Qeyd etdiyi bu kobud pozuntu Şirvan Apellyasiya Məhkəməsinin ilkin baxış iclasında məhkəmə kollegiyası tərəfindən də, iş üzrə dövlət ittihamını müdafiə edən prokurora bildirildikdə, ittihamçı prokuror tərəfindən qeyd olunan məsələyə münasibət bildirilməsi üçün vaxt istənildi. Amma çox təəssüf ki, məhkəmə kollegiyası bir həftədən sonra öz fikrini dəyişib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(099)- 406/2022 saylı hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 14 mart 2022-ci il tarixdən hesablanmaqla 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, "Buta Traidinq” MMC tərəfindən verilmiş mülki iddia qismən təmin olunaraq Məhkum 94.636.70 (doxsan dörd min altı yüz otuz altı manat, 70 qəpik) manat məbləğində maddi zərərin və mülki iddianın verilməsi üçün ödənilmiş 374 (üç yüz yetmiş dörd) manat dövlət rüsumunun tutularaq "Buta Traidinq” MMC-nin hesabına ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi öz hökmünü, eləcə də Şirvan Apellyasiya Məhkəməsi öz qərarını onunla əsaslandırmağa çalışmışdır ki, guya Məhkum xx.xx.2020-ci tarixli "030” saylı əmək müqaviləsi ilə işə götürülərək həmin tarixli "BT-İQ-030” saylı əmrlə "Buta Traidinq” MMC-nin Neftçala rayonu üzrə satış mütəxəssisi vəzifəsinə təyin edilməklə xx.xx.2020-ci il tarixli "030” saylı tam mad di məsul şəxs haqqında müqaviləyə və vəzifə təlimatına əsasən öz fəaliyyətini həyata keçirilməsi prosesində və yerlərdə mağazada, saxlanc anbarında, ora daxil olan və çıxan bütün mallara, onların miqdarına, sənədləşdirilməsinə, düzgün rəsmiləşdirilməsinə cavabdeh olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə ona "Buta Traidinq” MMC tərəfindən “ammonium nitrat” və “ammafos” gübrələrini 30 avqust 2020-ci il tarixdən 18 sentyabr 2020-ci il tarixə kimi olan müddət ərzində mal-material və avadanlığın yük daşınma qaimələrinə imza edib, ünvan 2 ünvanında yerləşən saxlanc anbarına təhvil alaraq həmin saxlanc anbarına qəbul etmiş və həmin gübrələrdən guya ki, 125.675 ton çəkidə 66.607.75 manat dəyərində “ammonium nitrat” gübrəsini və 35.515 ton çəkidə 33.028.95 manat dəyərində “ammofos” gübrə sini, ümümilikdə 99.636.70 manat dəyərində "xxxx" MMC-nin əmlakını öz şəxsi ehtiyaclarına xərcləməklə, vahid niyyətlə ona etibar edilmiş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib mənimsəyərək talamışdır. Halbuki, iş materiallarından görünür ki, 30 avqust 2020-ci il tarixdən 18 sentyabr 2020-ci il tarixə kimi olan müddət ərzində Məhkum təhvil verilməsi göstərilən 89 ədəd malmaterial və avadanlığın yük daşınma qaimələrindən 86-da olan imzalar Məhkum tərəfindən icra edilsə də, digər 2 qaimələridəki (xx.xx.2020-ci il tarixli 002807 saylı malmaterial və avadanlığımı yük daşınması qaiməsində “Qəbul edən:” hissəsində “Satış M. Məhkumİ” yazılarının aşağı hissəsindəki imzanın və xx.xx.2020-ci il tarixli 002880 saylı mal-material və avadanlığımı yük daşınması qaiməsində “Qəbul edən:” hissəsində “Satış M. Məhkumİ” yazılarının aşağı hissəsindəki imzanın) imzaların Məhkum tərəfindən icra olunub-olunmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş məhkəmə xətt-şünaslıq ekspertizasının 13 aprel 2022-ci il tarixli 4/435 nömrəli ekspert rəyindən görünür ki, 05 sentyabr 2020-ci il tarixli 002910 saylı mal-material və avadanlığımı yük daşınması qaiməsinin kserosurətində ”Təhvil aldım:“ yazıları qarşısındakı və “Qəbul edən:” hissəsində “Satış M. Məhkumİ” yazılarının aşağı hissəsində əks olunmuş imza Məhkum tərəfindən icra olunmuşdur. Həmin qaimənin əsli iş materiallarında olmadığı halda kserosurət üzrə ekspert rəyi verildiyi üçün həmin ekspert apellyasiya instansiyası məhkəməsində dindirilərkən ifadə verib göstərdi ki, ekspert rəyi ndə ona təqdim olunmuş qaimənin kserosurətinin üzərindəki imzanın Məhkum imzasının əksi olduğunu göstərmişdir. 05 sentyabr 2020-ci il tarixli 002910 saylı mal-material və avadanlığının yük daşınması qaiməsinin əsli ekspertizaya təqdim olunmadığı üçün həmin kserosurətin üzərindəki imzanın başqa bir sənəddən götürülüb həmin qaiməyə əlavə edilməsi və ya kserosurət qaimənin əsl qaimədən surət çıxarılması barədə heç bir söz deyə bilmədiyini, bu şübhənin aradan qaldırılması üçün sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməli olmasını bildirdi. Çox təəssüf ki, apellyasiya icraatı zamanı həmin xüsusatın dəqiqləşdirilməsi üçün sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsi üçün tərəfimizdən verilmiş vəsatət də əsassız olaraq təmin edilmədi. Halbuki, birinci instansiya məhkəməsində i fadə vermiş "xxxx" MMC-nin Salyan regionu üzrə bölgə müdiri işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, Məhkum gübrəni qaimə əsasında anbara qəbul edəndən sonra bütün qaimələrin əsillərini ona vermiş, o da öz növbəsində həmin qaimələri Baş ofisə göndərmişdir. Belə olan halda əgər Məhkum həqiqətən də, 05 sentyabr 2020-ci il tarixli 002910 saylı mal- material və avadanlığın yük daşınması qaiməsinə əsasən həmin qaimədə göstərilən malları qəbul etmiş olsaydı, həmin qaimənin də əsli digər qaimələr kimi baş ofisdə olardı. Amma qeyd olunan qaimə olmadığı üçün həmin qaimə üzrə də gübrənin Məhkum tərəfindən qəbul edilməsi şübhə doğurur və bu şübhə də təqsirsizlik prezumpsiyasına əsasən Məhkum xeyrinə həll edilməlidir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya icraatı zamanı mü lki iddiaçı "xxxx" MMC-in nümayəndəsi ərizə ilə müraciət edərək hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum qarşı qaldırılmış mülki iddiadan imtina edilməsini bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu ərizəyə münasibət bildirməmiş və ərizəyə uyğun heç bir qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin dəlillərinin başlıca dəlili Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin digər dəlili məhkumun hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəs ində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək buna uyğun ifadə vermişdir. Lakin onun Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, auditor rəyi, məhkəmə mühasibatlıq və məhkəmə xəttşünaslıq ekspertizalarının rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum əməlinin tövsifi və onun elan edilmiş ittiham üzrə təqsirli olması barədə iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmasını qeyd etmiş, bundan əlavə onun törətdiyi əməl iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəti cə ilə razılaşmışdır. Müdafiəçi Məhkum bəraət verilməsini xahiş edərkən işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizasının rəyinə əsaslanmışdır. Belə ki, qeyd edilən ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, "Buta Traidinq”MMC ilə Məhkum adından olan 02 sentyabr 2020-ci il tarixli 002807 saylı mal-material və avadanlığın yük daşınma qaiməsində” Qəbul edən: "hissəsində “Satış M. Məhkum yazılarının aşağı hissəsindəki imzanın və 04 sentyabr 2020-ci il tarixli 002880 saylı mal-material və avadanlığın yük daşıma qaiməsində “Qəbul edən” hissəsində “Satış M. Məhkumİ’’yazılarının aşağı hissəsindəki imzanın - Məhkum tərəfindən və ya başqa şəxs tərəfimdən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində gö stərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, ekspertiza rəyi həmin qaimələrin N.Məhkum tərəfindən imzalanmasını istisna etməmiş, ekspert həmin sənədlərdə olan imzalarda qrafik materialın azlığı ilə əlaqədar nə müsbət, nə mənfi nəticəyə gəlmək mümkün olmadığını qeyd etmişdir. Ekspertiza rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş 88 ədəd mal-material və avadanlığın yük daşınma qaiməsindən 86-da təhvil aldım hissəsində imza Məhkum tərəfindən icra olunması müəyyən edilmiş, 2 qaimədə isə (02 sentyabr 2020-ci il tarixli 002807 saylı və və 04 sentyabr 2020-ci il tarixli 002880 saylı) yuxarıda qeyd olunduğu kimi bunu qrafik materialın azlığından müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, həmin məsələ üzrə dindirilərkən Məhkum özü də müdafiəçi tərəfindən şübhə altında alınmış yuxarıda qeyd olunan qaimələrdə olan imzaların ona məxsus olmasını inkar etmir, sadəcə olaraq həmin imzaların onun və ya digər şəxs tərəfindən icra olunması barədə dəqiq bir söz deyə bilməyəcəyini göstərmişdir. Bununla yanaşı, Məhkum ifadələrində göstərmişdir ki, bütün gübrələr anbara onun tərəfindən qaimələr əsasında qəbul edilmiş və həmin qaimələr onun tərəfindən satış üzrə bölgə müdiri Şahid1 təqdim etmişdir. Şahid1 isə ifadəsində göstərmişdir ki, Məhkum tərəfindən təqdim edilmiş qaimələr audit yoxlamasını aparan şəxsə təqdim etmişdir. Həmçinin qeyd edilməlidir ki, cinayət işinin materiallarında görünür ki, əsas çatışmayan gübrənin növü ammonium nitrat olmuşdur (125.625 ton). 02 sentyabr 2020-ci il tarixli 002807 saylı və 04 senty abr 2020-ci il tarixli 002880 saylı mal-material və avadanlığın yük daşıma qaimələrinin hər birində N.Məhkum cəmi 3,4 ton ammofos gübrəsinin qəbul edilməsi qeyd edilmişdir. Bu isə amofos gübrəsinin çatışmayan miqdarının yeddidə bir hissəsini təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını nəzərə alıb 02 sentyabr 2020ci il tarixli 002807 saylı və 04 sentyabr 2020-ci il tarixli 002880 saylı mal-material və avadanlığın yük daşıma qaimələrində olan imzaların məhz Məhkum tərəfindən icra olunmasını ekspert rəyi ilə müəyyən etmək mümkün olmadığı səbəbindən həmin sənədlər əsasında müəyyən edilmiş halları şübhə altına almaq və məhkuma bəraət vermək üçün əsas vermir. Bu barədə kassasiya şikayətini n dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 179.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi və məhkumun təqsirliliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyin i şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üz rə qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmi ş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32- ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində 2 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, vurulmuş maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla məhkəmə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, Məhkum 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərin əldə edilməsi Məhkum ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəza çəkməsini mümkün hesab edərək həmin cəzanı yüngülləşdirərək 5 il 6 ay müddətinə endirmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-in mülki iddiası qismən təmin edilmiş təqsirləndirilən şəxs Məhkumn 94.636,7 manat məbləğində maddi zərərin və 374 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMCyə ödəməsi barədə qərar qəbul edilmişdir. İşə kassasiya qaydasında baxılarkən zərərçəkmiş şəxs "xxxx" MMC-in direktoru ərizə ilə apellyasiya instansiyası məhkəməsin ə müraciət edərək, cinayət nəticəsində "xxxx" MMC-yə vurulmuş maddi ziyanın Məhkum güzəşt olunmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, verilmiş mülki iddiadan imtina edilməsini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 186.1-cı maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinin tələblərinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxs "xxxx" MMC-in direktoru B.Ş.Quliyevin ərizəsini cinayət işinə əlavə edib tədqiq etsə də, CPM-in 186-ci maddəsinin tələblərinə riayət etməmiş, mülki iddia üzrə icraata xitam verməmişdir. Ona görə məhkəmə kollegiyası kassasiya şikayətinin mülki iddia ilə bağlı dəlili ilə razılaşaraq nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı mülki iddiaya aid olan hissədə dəyişdirilməli, "xxxx" MMC-in mülki iddiası üzrə icraata xitam verilməlidir. Cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması ilə yanaşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu za man cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.1059.1.13-cü maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olduqda və əgər cəzanı ağır laşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxslə barışaraq sonuncunun ona qarşı şikayət və tələbinin olmaması ilə əlaqədar ona təqsirli bilindiyi maddələrlə daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüqu quna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2023-cü il tarixli qərarı dəyişdirilsin. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin mülki iddiasının icraatına xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası nın müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) ilə endirilsin. Qərar qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-65/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-65/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver