Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-65/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İsgəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Fərəcov Salman Böyükağa oğlunun iştirakları ilə, Şirvan Şəhər Məhkəməs inin 7 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi S.B.Fərəcov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 7 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayev Ceyhun Mustafa oğlu) Məhkum, xx xxxxxxx 1988-ci il tarixdə ƏliBayramlı (hal hazırda Şirvan) şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasınını vətəndaşı, işləməyən, Salyan Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2- ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Şirvan Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2 və 67.1ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmamış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 180.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 4 (dörd) il 3 (üç) ay müddətə, CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınıb həmin cəzadan çıxılmaqla qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə, Şirvan Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 7 (yeddi) gün müddətə hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesabı ilə hesablanmaqla 11 (on bir) ay 18 (on s əkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi nəzərə alınmış, digər zərər çəkmiş şəxslərə (zərər çəkmiş şəxsin nümayəndəsinə) maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququları izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində y erləşən Şirvan İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olarkən həmin yerin yaxınlığında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Vaz 2106” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin arxa qapısını məftildən istifadə etməklə açıb, avtomobilə daxil olaraq, “qoltuqaltı”-nı güc tətbiq etməklə açaraq, həmin “qoltuqaltı”da olan 1000 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 fevral 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Şirvan” Ticarət Mərkəzinin yaxınlığında olarkən həmin yerdə avtomobil yolunda saxlanılmış Zərərçəkmiş şə xs4ə məxsus “Daewoo Nexia” markalı, **BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin açıq vəziyyətdə olan qapısından avtomobilə daxil olaraq, oturacağın üzərindəki pul qabıdan 157 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4ə 157 (yüz əlli yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 5 mart 2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq evinin yanında olan zaman həmin yerdə saxlanılmış Nümayəndə məxsus “Qaz-3110” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən taladığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid Zərərçəkmiş şəxs6 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 676 867******5909 saylı bank kartından 16 mart 2023-cü il tarixdə ünvan 2 ünvanda quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə 220 manat pulu çıxarıb, gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 aprel 2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şirvan Mərkəzi Diaqnostika Mərkəzinin qarşısında saxlanılmış zərərçəkmiş şəxs Sabirabad rayon sakini Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobildən taladığı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid Zərərçəkmiş şəxs1 məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 510307******3214 saylı bank kartından 17 aprel 2023-cü il tarixdə saat 14:35-də ünvan 2 ünvanda quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan cinayətdən xəbəri olmayan X12 vasitəsilə 150 (yüz əlli) manat pulu çıxarmaqla gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 iyun 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Şirvan» Ticarət Mərkəzinin yaxınlığında olarkən həmin yerdə avtomobil yolunda saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus “VAZ 21099” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin qapısını açmaqla daxil olaraq, avtomobilin salonunda ötürüc ü qurğunun yanında olan 3 manat miqdarında qəpikləri, ön orta tərəfində yerləşən qoltuqaltını açıb, oradan 1 ədəd 180 manat dəyərində “Samsung A52” markalı mobil telefonu, telefonun arxa üzlüyündə olan 703 manat pulu pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 886 (səkkiz yüz səksən altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 iyul 2023-cü il tarixdə saat 13 radələrində şəhərin F.Eynullayev küçəsində Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus sərnişini olduğu “Mercedes ML” markalı avtomobilin ön sağ oturacağında olan sumkanın içərəsindəki pul qabından 327 manat pulu və 1 ədəd bank kartını talayıb, avtomobildən düşən zaman Zərərçəkmiş şəxs2 və avtomobilin sahibi Şah id3 avtomobilə tərəf gəlməsini görüb, avtomobilin arxa qapısından düşərək, qanunsuz əməlini aşkar edən şəxslərin gözü qarşısında öz qanunsuz əməlini dərk edərək, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, hadisə yerindən uzaqlaşaraq qaçıb getməklə, özgə əmlakını açıq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 327 (üç yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Şirvan Şəhər Məhkəməsinin 7 mart 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə) 9 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi S.B.Fərəcov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, Məhkum elan edilmiş ittihamlar üzrə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini və ya cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bəzi maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haq qında” Konvensiyanın 6-cı maddəsinə, iş üzrə toplanmış və araşdırılmış bir sıra sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi S.B.Fərəcov həmin şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar qanuna müvafiq qaydada tədqiq edilməmiş, işin faktiki hallarına və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri sübuta yetirilməmiş, şübhələr aradan qaldırılmamış və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs təqsiri sübuta yetirilmədiyi halda qanunsuz olaraq məhkum edilmişdir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, zərər çəkmiş şəxslərin də ifadələri həqiqəti ək s etdirmir və həmin ifadələrlə onların əmlakının məhz Məhkum tərəfindən oğurlanması təsdiq olunmur. İbtidai araşdırma zamanı isə sübutlar bir sıra qanun pozuntularına yol verilməklə aparılmış, Məhkum etirafedici ifadələri ona qarşı zor tətbiq edilməklə alınmış, məhkəmələr isə bu hallara da qiymət verməmişlər. Həmçinin, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus avtomobildən əmlakının oğlurlanması ilə bağlı onun tərəfindən verilmiş ifadələrdən görünür ki, Məhkum maşına polis əməkdaşlarının təqibindən qaçmaq üçün gizlənmiş, maşından düşdükdən sonra özü geri qayıtmış, o, çıxıb getdikdən sonra ona məxsus əmlakın oğurlanmasını aşkar etmişdir. Bu ifadələr isə Məhkum qarşı soyğunçuluq cinayət əməlini törətməsinə görə ittihamın əsassız olaraq irəli sürülməsi barədə fikir yürütməyə əsas yarad ır. Müdafiəçi onu da qeyd etmişdir ki, ibtidai araşdırma zamanı buna maddi və prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmə iki dəfə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina etmiş, zərər çəkmiş şəxslərin ifadələrinin yerində yoxlanılmasında Məhkum iştirakı təmin edilməmiş, şəxsin fotoşəkillərdən tanınması istintaq hərəkəti də prosessual pozuntuya yol verilməklə aparılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi S.B.Fərəcov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslə r Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrli k edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi S.B.Fərəcovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, onun təqsirliliyi sübuta yetirilməməsinə o, əsassız və qanunsuz olaraq CM-in 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1. 2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-cı maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.B.Fərəcovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birin ci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət ve rilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əs aslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətin ə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçu luq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə mal ikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəy yənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərə k onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya müraciətinin dəlillərinə cavab verilməsi üçün qanunvericilyin tələblərindən, Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı həmin işin müəyyən olunmuş faktiki hallarına və bu halların arxasında duran bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Bundan əvvəl isə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən c inayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə qismən məhkəmə istintaqı keçirməklə araşdırılmış sübutların Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətinin məzmununa görə, müdafiəçi S.B.Fərəcov hüquqlarını müdafiə etdiyi şəxsi CM-in 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və Məhkum əsassız olaraq həmin maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə kollegiyası bu dəlilə c avab olaraq ilk növbədə qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla əsasən məhkəmələrin müəyyən etdikləri, lakin müdafiəçi tərəfindən mübahisələndirən işin faktiki halları ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən tarixlərdə və şəraitdə təkrarən özgənin əmlakını gizli olaraq talamaqla, elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama, yəni oğurluq və təkrarən özgənin əmlakını açıq talamadan ibarət cinayət əməllərini törətmişdir. Hökmün, apellyasiya instansiyası məhkəməsinin qərarının təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində hissə təsvir edilmiş halların arxasında du ran bir sıra sübutlara istinad etməyi zəruri hesab edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin yanvar ayında, təxminən 14 yanvar 2022-ci il tarixdə təxminən saat 11 radələrində o, Şirvan şəhəri İcra Hakimiyyətinin yaxınlığında "VAZ-2106” markalı avtomobili yolun kənarında görüb həmin avtomobilə yaxınlaşmış və avtomobilin içərisində heç kimin olmadığını müəyyən edərək yerdən götürdüyü məftillə həmin avtomobilin arxa sol qapısını açaraq salona daxil olmuş və orada qoltuqaltı hissəsini güc tətbiq edərək açdıqda orada bükülü vəziyyətdə pul olmasını aşkar etmiş, həmin pulu götürüb cibinə qoymuş və avtomobildən düşərək dərhal oradan uzaqlaşmışdır. Yolda gedən zaman pulu sayaraq onun məbləğinin 1000 manat pul olmasını müəyyən etmiş, həmin pulu sonradan öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 18 fevral 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhərində yerləşən "Şirvan” Ticarət Mərkəzinin yaxınlığında hərəkət edərkən "Daewoo Nexia” markalı ağ rəngli avtomobil onun diqqətini cəlb etmiş, həmin vaxt ətrafda ondan başqa adam olmamış, o, avtomobilə yaxınlaşmış, qapıları yoxlayan zaman qapıların açıq olmasını görmüş, sürücü tərəfdə yerləşən qapını açmış və avtomobilə əyləşmiş, bu vaxt yan oturacaqda qoyulmuş pulqabını görüb onu götürmüş və onun içərisinə 157 manat məbləğində pulun olmasını aşkar edərək həmin pulu da oğurlamış, pulqabını isə yerinə qoymuşdur. Bundan başqa, o, 13 aprel 2023-cü il tarixdə Şirvan şəhərinin M.Ə.Rəsu lzadə küçəsində olarkən maddi vəziyyəti ağır olduğundan yenə də oğurluq etmək qərarına gəlmiş, bunun üçün avtomobil axtarmağa başlamış, həmin vaxt Şirvan Diaqnostika Mərkəzinin qarşısından keçərkən yolun kənarında "VAZ-2107” markalı avtomobilin şüşəsinin açıq olmasını görüb ön sağ şüşədən sağ qapını açmış və avtomobilin içərisini axtarmış, həmin vaxt avtomobilin salonunda olan sol tərəfdəki günlüyü açan zaman günlüyün içərisində 1 ədəd xarici pasport və 1 ədəd bank kartı olmasını görmüş, sonra həmin bank kartını özü ilə götürmüş və oradan uzaqlaşıb getmişdir. 17 aprel 2023-cü il tarixdə şəhərin G.Şıxbalaoğlu küçəsində yerləşən "Kapitalbank” ASC-yə məxsus "ATM” aparatına yaxınlaşmış və oğurladığı kartdan istifadə etməklə həmin bankomatdan 150 manat məbləğində pul çıxartmış, bundan sonra i sə oradan uzaqlaşıb bank kartını xatırlamadığı yerdə tullamışdır. 28 iyun 2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq, oğurluq törətməkdə şübhəli olduğunu bildirmiş və onu PŞ-nə dəvət etmişlər, o da, onların təklifini qəbul edib onlarla birlikdə polis şöbəsində getmiş, orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, şəxsi axtarış zamanı üzərindən ona məxsus 2 ədəd qara rəngli pul qabı (pulqabının birinin içərisindən 1 ədəd patronla birlikdə), 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd "Texno” markalı mobil telefon, elektron nəzarət vasitəsinə aid 1 ədəd qurğu, 2 cüt açar toplusu aşkar edilmiş, bundan başqa, "Texno” markalı mobil telefonun arxasından 1 ədəd ona məxsus bank kartı, həmçinin ona məxsus pul qabının içərisində 24 manat 20 qəpik məbləğində pul, 1 ədəd "Beynəlxalq Bank”a məxsus bank kartı aşkar edilmişdir. 26 iyul 2023-cü il tarixdə saat 14 radələrində o, evdən çıxıb qardaşının yaşadığı evə gedərkən ağ rəngli avtomobilin içərisində polis əməkdaşlarının əyləşdikləri avtomobili görüb marşrut avtobusuna minərək “Aytac” şadlıq sarayının yanına, oradan isə bazara tərəf getmiş. Həmin vaxt polis əməkdaşlarının avtomaşının orada da görüb marketə girərək özü üçün 1 ədəd "GO” markalı içki almış, marketdən çıxıb dəmir yolunu keçərək yolun sol tərəfindəki küçədə "Mercedes ML” markalı avtomobilin dayanmasını görmüş və polis əməkdaşlarından gizlənmək məqsədilə arxa qapıdan, yəni baqaj hissəsindən avtomaşının salonuna daxil olmuş, polis əməkdaşlarının getmələrini görüb çölə çıxaraq oradan uzaşlaşmağa başlamışdır. Bu vaxt arxadan kiminsə onu çağırmasını eşitmiş, lakin yoluna davam etmiş, sonra geri qayıtmış və avtomobilin sahibinin yanına gəldikdə sonuncu ona avtomobilə hansı məqsədlə daxil olması barədə sual vermiş, o, isə ondan və yanında olan qadından üzr istəyərək, 2 az yaşlı uşağının olmasını nəzərə alaraq onu bağışlamalarını xahiş etmiş, lakin sonradan adının X olduğunu bildiyi şəxs onunla mübahisə edərək ona yumruq-təpik atmağa başlamış, həmin vaxt zərbələrdən bir-ikisi ona dəymiş, bundan sonra da o, həmin yerdən qaçıb getmişdir. Bundan başqa bildirmişdir ki, hadisə vaxtı o, tək olmuş, onu kənardan görən olmamış, Nümayəndə məxsus avtomobildən oğurluq etməmiş, bu barədə bir söz deyə bilməmişdir. İş materiallarından görünür ki, Məhkum həmin qismən etirafedici ifadələri, zərər çəkmi ş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə, şahidlər Şahid2, Şahid3 Mustafa oğlunun ifadələri ilə, 28 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla, məhkəmə-trasoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli 3/1214 saylı və 30 avqust 2023-cü il tarixli 3/1259 saylı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 7 oktyabr 2023-cü il tarixli 9/7146 saylı rəyləri ilə, həmçinin cinayət işinə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, məhkəmələr tərəfindən isə məhkəmə iclaslarında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkumun müdafiəçisi S.B.Fərəcovun kassasiya şikayətinin Məhkum döyülərək ondan etirafedici ifadələrin alı nması və bu halları sübut edən fotoşəkillərin cinayət işinin materiallarına əlavə edilməsi ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, bu barədə tədim edilmiş fotoşəkillərin məhz həmin dövrə aid olması, eləcə də məhz polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində əmələ gəlməsi toplanmış sübutlarla müəyyən olunmamışdır. Həmçinin, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli, 364 saylı rəyinə əsasən, Məhkum bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarından görünür ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinə dəlalət edən və işin müəyyən olunmuş faktiki hallarının arxasında duran digər sübutların topla nması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri qanuna müvafiq qaydada tərtib edilmiş müvafiq protokollarda öz əksini tapmış və həmin sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuşdur. Həmçinin, apellyasiya instansiyası məhkəməsi Məhkum ona istinad olunan oğurluq və soyğunçuluq cinayətlərini törətməkdə təqsirli olması barədə nəticəyə gələrkən yekun qərarın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandığı sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələbinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şə xsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd etməyi zəruri bilir ki, yuxarıda istinad olunmuş prosessual qanunvericiliyinin normalarında (CPM-in 144-146-cı maddələri) hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Cinayət işinin materiallarının təhlili göstərir ki, hazırki iş üzrə, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxılmasını məqsədə uyğun hesab etmiş, qəbul etdiyi qərarı və apellyasiya şikayətinin dəlillərinə cavablarını isə əsasən birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların üzərində quran apellyasiya instansiyası məhkəməsi əvvəla hər bir sübuta və onların məcmusuna məhz yuxarıda tələb olunduğu şəkildə qiymət vermiş, işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəz siz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-in 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum etdiyi hərəkətlər onun məhz oğurluq və soyğunçuluq cinayət əməllərini törətməsinə dəlalət edir və bu haqda məhkəmə kollegiyasının da razılaşdığı həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticə istər hüquq nəzəriyyəsində oğurluq və soyğunçuluq cinayət əməllərinə verilmiş təfsirə, istər mövcud məhkəmə təcrübəsinə, istə rsə də belə cinayətlərə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 3 mart 2005-ci il tarixdə qəbul edilmiş və Plenumun 30 aprel 2021-ci il tarixli Qərarı ilə müvafiq əlavələr və dəyişikliklər edilmiş “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, həmin Qərarın 1 və 2-ci bəndlərində məhkəmələrə oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almaları tövsiyə edilmişdir ki, qanuna görə, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sa hibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 3 və 4-cü bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülm əməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-in 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Daha sonra həmin Qərarın 17-ci bəndində məhkəmələr izah edilmişdir ki, Cinayət Məcəlləsinin 177-c i maddəsinin ”Qeyd” hissəsinin 3-cü bəndinə görə, müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Yuxarıda təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın üzrə cinayət əməllərini CM-in 177.2.2 (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə), 177.2.3-1 (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 180.2.2-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə) maddələri ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir və həmin əməlin başqa cür tövsif edilməsi, yaxud da bu epizod üzrə apellyasiya instansiyası məhkəməsinin qərarırın ləğv edilərək həmin hissədə cinayət işinin icraatına CPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsi, bununla da kassasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası onu da vurğulayır ki, kassasiya şikayətinin dəlillərinin ək sinə olaraq, Məhkum təqsirli bilindiyi cinayətləri törətməsinə dair məhkəmələrin gəldikləri nəticənin əsasına qoyulmuş sübutların toplanması və araşdırılması zamanı CPM-in 125.2ci maddəsində göstərilən pozuntulara yol verilməsi, yəni həmin sübutların yolverilməz olduğunu təsdiq edən heç bir hal cinayət işinin materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nəticəyə gələrkən məhkəmələr maddi hüquq normaları ilə yanaşı, həmçinin prosessual qanunvericiliyinin aşağıdakı normalarına da tam əməl etmişlər. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymət ləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və aza dlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli ü çün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədil məsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplan mış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü mad dəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, süb utlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyi n yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət iş i üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını n şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində mübahisələndirilməsə də, məhkəmələr tərəfindən Məhkum barəsində cəza tə dbirinin seçilməsi məsələsi həll olunarkən CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə də əməl edilmiş, onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən hallar, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar kifayət qədər nəzərə alınmış və bütün bu halların məcmusuna əsasən ona qanuni və ədalətli cəza təyin edilmişdir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu şikayətin təmin edilməsi haqda Məhkum və onun müdafiəçisi S.B.Fərəcovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiy a şikayəti təmin edilməməli və Məhkum CM-in 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə
Məhkəmə qərarları › İş №1(102)-65/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-65/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver