Məhkəmə qərarları › İş №1(102)-650/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-650/2019

07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-650/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Ənvər Əhməd oğlu Şadıyev və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-c i il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə) 15 dekabr 2017-ci il tarixli hökmü ilə 27 yanvar 1967-ci il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Quba rayonu, Cimi kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 1 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 08 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək, onların hissələrini toplamaqla kultivasiya etmiş, topladığı hissələri qurudaraq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əld ə edib saxlamışdır. Belə ki, o, 2017-ci ilin aprel ayının ortalarında yaşadığı və qeydiyyatda olduğu Quba rayonu, Cimi kəndindəki evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin içərisində 24 (iyirmi dörd) ədəd dibçəkdə, 01 (bir) ədəd isə yardımçı tikilinin yaxınlığındakı torpaq sahəsində, cəmi 25 ədəd külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkərək, onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək, 2017-ci ilin avqust ayında onlardan 8 ədədinin yarpaqlarını yığıb toplamaqla kultivasiya etmiş, topladığı çətənə yarpaqlarını qurudaraq, satış məqsədilə qanunsuz olaraq 1120,0 qram çəkidə, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qur udulmuş marixuana əldə edib yaşadığı evdə saxlamış və 01 sentyabr 2017-ci il tarixdə Quba rayon polis şöbəsinin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum razılığı ilə onun yaşadığı Quba rayonu, Cimi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə və evinə baxış keçirilərkən, həyətyanı sahədəki yardımçı tikilinin içərisində olan 16 (on altı) ədəd dibçəkdə 16 (on altı) ədəd, yardımçı tikilinin yaxınlığındakı torpaq sahəsində 1 (bir) ədəd olmaqla, onlardan 5 (beş) ədədi yaş vəziyyətdə olan və ümumi təmiz çəkisi 1900,0 qram təşkil edən, 12 (on iki) ədədi quru vəziyyətdə olan və ümumi təmiz çəkisi 670,0 qram təşkil edən, cəmi 17 (on yeddi) ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkil əri, habelə yaşadığı evin ikinci mərtəbəsində eyvanda bir ədəd dibçəyin, bir ədəd dəmir qabın, iki ədəd sellofan torbanın içərisində, evin birinci otağında yerdə doqquz ədəd qabın içərisində, evin ikinci otağında qırmızı rəngli sellofan torbanın içərisində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan, cəmi 1120,0 qram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) 04 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkuma CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlı qdan məhrumetmə cəzası 3 (üç) ilə endirilmiş, CM-in 234.4.3-cü maddəsi CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər G.L.Rzayeva (sədrlik edən və məruzəçi), F.K.Əliyev və İ.M.Nəsirovdan ibarət tərkibdə) 10 iyul 2 018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmiş, Məhkum kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər V.C.Cəfərov (sədrlik edən və məruzəçi) F.G.Zeynallı və N.M.Nəsibovdan ibarət tərkibdə) 20 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadliqdan məhrumetmə cəzası 3 (üç) ilə endirilmiş, CM-in 234.4.3-cü maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası 5 (beş) ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apelyasiya şikayəti qismən təmin edilmişdir Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona daha yüngül cəza təyin olunması barədə qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən üç övlad atası olduğunu, həyat yoldaşının dünyasını dəyişdiyini, əvvəllər məhkum olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə maddi cəhə tdən köməklik edən heç bir kəsin olmadığını, ailəsinin maddi gəlir gətirəni yeganə özü olduğunu, xəstə, şikəst, 2-ci qrup əlil olan bir bacısının onun himayəsində olduğunu, özünün ağ ciyər xərçəngi olduğunu və 3-cü dəfə bağırsaqlarından ağır cərrahiyə əməliyyat keçirərkən nəcis kanalının qarın nahiyyəsində yerləşdirildiyini, yaşının 50-dən yuxarı olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üz rə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum oğlunun əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların mə cmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum oğlunun əməlləri Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirl ər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırl aşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarı n şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum onkoloji xəstəlikdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdirib, məhkuma təyin olunmuş cəzanı endirərkən, onun törətdiyi əməli səmimi etiraf edib peşmançılıq çəkməsini, onkoloji xəstəlikdən əziyyət çəkməsini, vəziyyətinin aşkar surətdə ağır olmasını nəzərə almışdır. Nəzərə alınsa ki, Məhkum təqsirli bilindiyi CM-in 237.2.3-cü maddənin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 234.4.3-cü maddənin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və apellyasiya instansiyası məhkəməsi də ona həmin maddələrin ən aşağı hədlərində cəza təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qə rarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin materiallarında Məhkum təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictim ai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqay ıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar