Məhkəmə qərarları › İş №1(102)-650/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-650/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-650/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Abdullayev Samir Tofiq oğlunun iştirakları ilə xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan və yaşa yan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4 və 221.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Abdullayev Samir Tofiq oğlu, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Kərimov Siracəddin Allahverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Hafiz Kamranov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cina yətin törədilməsində təqsirli bilinərək ona 4000 manat miqdarında, CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cinayətin törədilməsində təqsirli bilinərək ona 1000 manat miqdarında cərimə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq ona 4500 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 4000 manat cərimə cəzası 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə, CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş 1000 manat cərimə cəzası 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə, yəni dələduzluq və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilm əsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibarından suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə müştərisi olduğu «X30 Olmayan Kredit Təşkilatı» MMC-nin İdarə Heyətinin sədri Zərərçəkmiş şəxs özünü uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan işgüzar bir şəxs kimi təqdim etməklə etibarını qazanıb, sonuncunu guya özünün də məşğul olduğu xaricdən bahalı avtomobillər üçün ehtiyat hissələrinin və kosmetika məhsullarının Azərbaycana idxalı və satışının təşkil olunması işinə qoşmaqla hər ay stabil şəkildə 1000 manat məbləğində pul qazandıracağını vəd verib aldadaraq, 2017-ci ilin oktyabr ayının əvvəlində MMC-nin ünvan 1 ünvanında yerləşən baş ofisindəki xidməti otağında Zərərçəkmiş şəxs, ümumilikdə, 40.000 manat məbləğində pul almış, sonradan həmin pulun 7000 manat məbləğində hissəsini qaytarsa da, qalan 33.000 manat məbləğində hissəsini qaytarmadan ələ keçirməklə Zərərçəkmiş şəxs qarşı xeyli miqdarda dələduzluq etmişdir. Bundan başqa, Məhkum xx xxxx 2018-ci il tarixdə saat 16:30 radələrində müştərisi olduğu «X27mayan Kredit Təşkilatı» MMC-nin ünvan 2 ünvanında yerləşən baş ofisinə gələrək aylıq kredit ödənişlərinin gecikdirməsinə dair həmin gün yaşadığı ünvana müvafiq bildirişi gətirmiş MMC-nin hüquqşünası X18 ilə mübahisə etmiş, daha sonra sanitar qovşağına keçmək adı ilə birinci mərtəbədəki əməkdaşları aldadıb pilləkənlə ikinci mərtəbəyə qalxaraq orada yerləşən mətbəxdəki masanın üzərindən bir ədəd təsərrüfatmə işət təyinatlı bıçağı götürüb dəhlizdən X9 sədri Zərərçəkmiş şəxs öz əməkdaşlarını borcun ödənilməsinə dair müvafiq bildiriş məktubunun çatdırılması məqsədi ilə həmin gün onun yaşadığı ünvana göndərməsini cüzi bəhanə göstərməklə heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyub gücünü nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələr ilə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib ictimai yer sayılan ofisdə MMCnin rəhbəri Zərərçəkmiş şə xs ünvanına ucadan nalayiq söyüşlər söyməklə və əlindəki bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələməklə ətrafda olan müştərilərin və işçilərin rahatlığının, ofisin iş rejiminin pozulmasına məhəl qoymadan xuliqanlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum təqsirləndirildiyi CM-nin 178.2.4 və 221.1-ci maddələri ilə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum ilə “X27mayan Kredit Təşkilatı” MMC-nin idarə heyətinin sədri Zərərçəkmiş şəxs arasında uzun müddətli borc münasibətləri olmuşdur. Belə ki, Məhkum girova qızıl-zinət əşyaları qoymaqla borca pul götürmüşdür. Ona görə də Zərərçə kmiş şəxs tələb etdiyi 40.000 manat da mülki xarakterli münasibətlər olmaqla heç bir dələduzluq cinayətinin tərkibini yaratmır. Müdafiəçi hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Müdafiəçinin fikrincə, Məhkum hərəkətlərində xuliqanlıq cinayətinin də tərkibi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən qərəzli olaraq Məhkum hərəkətləri qabardılaraq təqdim olunmuşdur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum təqsirləndirildiyi CM-nin 221.3-cü maddəsi ilə 4 il, CM-nin 178.2.4-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu il ə ona qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr əsassız olaraq Məhkum törətmiş olduğu xuliqanlıq əməlini CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmişdir. Belə ki, Məhkum mətbəxdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün onun xidməti otağına getmək istəmiş, lakin onun qarşısını kəsdiklərindən niyyətinə nail ola bilməmişdir. Şikayət müəllifləri həmçinin hesab edirlər ki, Məhkum təyin edilən cəza da onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə və məhkumun şəxsiyyətinə uyğun deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin t əmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi S.Abdullayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübut ların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və ona bəraət verilməsi xahiş olunur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum cəzasının ağırlaşdırılması və onun törətmiş olduğu xuliqanlıq əməlini CM-nin 221.3-cü maddəsinə tövsif edilməsi xahiş olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarla rının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-nin 178.2.4 və 221.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumunn qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görün ür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində təqsirli olması Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı, şahidlər X10, X5, X6, X4, X13, X18, X14, X11, X7 və X2 ifadələri, “Baxış keçirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli, 15087 nömrəli ekspert rəyi, “Götürmə haqqında” xx xxxx 2018-ci il tarixli protokol, istintaq hərəkəti protokolları, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkumun hərəkətlərinin müdafiəçinin kassasiya şikayətində qeyd edildiyi kimi mülki hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilələr üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi səbəbindən baş verməsi ilə bağlı məhkəmə koll egiyası qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilkən Zərərçəkmiş şəxs ifadəsinə əlavə etdiyi 06 (altı) ədəd «A4» formatlı vərəqdə çap olunmuş «Watsap»-internet şəbəkəsi vasitəsi ilə aparılmış telefon yazışmalarının əkslərinə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefondan «Bahar Kredit» adlı abunəçiyə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində pullarının geri qaytarılması, bunun üçün vaxt verilməsi məzmununda ümumilikdə 47 (qırx yeddi) ədəd mesaj göndərilmiş, onlardan xx.xx.2018-ci il tarixdə saat 11:27-də yazılmış mesajda Zərərçəkmiş şəxs Məhkum «5 ci gune kimi mene he uoxunu de iwimi bilim», «35000 nin hec olmasa 10 000 verin» mətnli mesaj göndərməsi, buna cavab olaraq Məhkum «ok» mesajı yazması; xx.xx.2018-ci il tarixdə saat 09:55-də yazılmış mesajda Zərərçəkmiş şəxs Məhkum «Bahar salam bu o un avin axiridir gel həm menim pulumu ver hemde gizıllari sat» mətnli mesaj göndərməsi, buna cavab olaraq Məhkum «Salam, bilirem bugun bizdede otcotdu. qurtarsin gelecem. ama gizillari satmayacam. lombarda qoyub sizin pulu verecem» mətnli mesaj yazması müəyyən olunmuşdur. (i.v. 243-250) Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqınd a” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digə r şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkə ti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıq ca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin o na bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısın ı almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət ləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Məhkum heç bir əsaslı səbəb olmadan ictimai qaydalara qarşı etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyub gücünü nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələr ilə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hər əkətlər edib ictimai yer sayılan ofisdə «X27mayan Kredit Təşkilatı» MMC-nin rəhbəri Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyməklə və əlindəki bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələməklə ətrafda olan müştərilərin və işçilərin rahatlığının, ofisin iş rejiminin pozulmasına məhəl qoymadan xuliqanlıq etməsi təqsirləndirilən şəxsin özünün qismən etirafı, Zərərçəkmiş şəxs, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi S.Kərimov tərəfindən verilmiş, Məhkum törətmiş olduğu xuliqanlıq əməlini CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1ci maddəsinə tövsif edilməsinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 221.3-c ü maddəsinin mənasına görə, xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubu q, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Hazırkı iş üzrə Məhkum xuliqanlıq cinayətini törədərkən silah qismində istifadə edilən əşya tətbiq etməsi məhkəmə istintaqı zamanı sübut olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsində şahidlər X, X1, X2, X3, X4, X5, X6 və X7 ifadə verərək Məhkum əlində mətbəx bıçağı tutaraq şirkətin idarə heyətinin sədri Zərərçəkmiş şəxs xidməti otağına keçməyə cəhd etməsini bildirsələr də, iş materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən 4 ədəd CD diskə baxış keçirilməsi zamanı Məhkum, ümumi yyətlə, şirkətin idarə heyətinin sədri Zərərçəkmiş şəxs otağına tərəf getməsi müşahidə olunmur. Həmin görüntülərdən Məhkum “xxxx” MMC-nin inzibati binasında pilləkənlərlə ikinci mərtəbəyə qalxaraq mətbəxə keçməsi və masanın üzərindən bir ədəd mətbəx bıçağını götürərək oradan çıxması və birinci mərtəbəyə enən pilləkənlərə tərəf getməsi, pilləkənlərlə aşağı düşmək istəyərkən MMC-nin əməkdaşının onun qarşısını kəsməsi, Baharın bıçaq saxladığı əlindən tutması, Baharın dartınaraq həmin şəxsin əlindən çıxaraq pilləkənlərlə aşağı enmək istəməsi, daha sonra MMC-nin digər əməkdaşlarının pilləkənlərlə yuxarı qalxaraq onlara yaxınlaşmaları və Məhkum artıq dizləri üstə yerə çökməsi zamanı bıçağı onun əlindən almaları müşahidə olunur. Məhkum da ifadəsində göstərmişdir ki, mətbəx otağından bıçaq götürüb koridora çıxarkən niyyəti Zərərçəkmiş şəxs qarşı hər hansı zorakılıq etmək olmamış, sadəcə Zərərçəkmiş şəxs qəbzin verilməsindən imtina etdiyi üçün özünə xəsarət yetirmək olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63 və CPM-nin 21-ci maddəsində göstərilmişdir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur və apelyasiya instansiya məhkəməsinin onun əməlinin CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün s eçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X15rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya m əhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik d ərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasınd a məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xa rakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hö kmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfin dən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nə zərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, gəncdir, həmçinin iş üzrə cəzanı ağırlaşdıran hallar da mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, şikayət müəllifi məhkuma təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya şikayətində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkuma təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şik ayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar