Məhkəmə qərarları › İş №1(102)-650/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-650/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-650/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1983/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, X1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 29 may 2024-cü il tarixli ittiham aktı ilə Məhkuma qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 11 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki ha llarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd odlu silah hesab edilən tapança, onun komplekt hissəsi olan 01 ədəd daraq və 02 ədəd döyüş sursatı hesab olunan patronu qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirməklə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Massiv 4 küçəsində yerləşən “Qaradağ Metal Konstruksiyalar” Zavodunun yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 15 mart 2024-cü il tarixdə, saat 17:25-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Müb arizə İdarəsinə gətirilməklə həmin tarixdə, saat 19:23-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı bel nahiyəsindən A84834W nömrəli, İtaliya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 7,65 mm kalibrli, Pietro Beretta 70 modelli, odlu yivli silah hesab edilən 01 ədəd tapança, həmin tapançanın içərisindən zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, eyni kalibrli Pietro Beretta 70 modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq və əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən 02 ədəd patron aşkar edilərək götürülmüşdür.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-313/2024 nömrəli, 01 avqust 2 024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Zeynalov Emin Mail oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və Məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.

7. Cinayət işinə apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılan dövrdə təqsirl əndirilən şəxsin müdafiəçisi Zeynalov Emin Mail oğlu məhkəməyə ərizə ilə müraciət edərək tərəfindən verilmiş apellyasiya şikayətini təqsirləndirilən şəxsin tələbi ilə geri götürdüyünü bildirib bunun nəzərə alınmasını xahiş etmiş, təqsirləndirilən şəxs Məhkum isə müdafiəçinin ərizəsini oxuyub razılaşdığını qeyd etməklə doğruluğunu imzası ilə təsdiq etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1983/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-313/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Zeynalov Emin Mail oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlə t ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya protestində qeyd edilir ki, baxılan cinayət işində məhkum Məhkum apellyasiya şikayətinin geri götürülməsi haqqında ərizəsini verdikdən sonra məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 396-cı maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalı olduğu halda, hüququn tətbiqində səhvə yol verib cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmayan apellyasiya şikayətinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1983/2024 nömrəli, 16 oktyabr 20 24-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş edilir.

11. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instans iyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubli kası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tətbiqində səhvə yol verildiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətinə aid olan müraciət kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1983/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb araşdırmanın nəticəsi olaraq hesab edir ki, protest əsaslı olduğundan təmin edilməlidir.

18. Kassasiya protestinin dəlilləri ilə ümumilikdə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 390.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək hüququna malikdir.

19. Eyni Məcəllənin 390.4-cü maddəsində isə təsbit edilir ki, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar (həmin hallar digər şəxsin verdiyi apellyasiya şikayətinin geri götürülməsi, ona əlavə və dəyişikliklərin edilməsi barədədir) istisna olmaqla, apelyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini götürmək hüququna malikdir.

20. İstinad edilən qanunvericilik normalarından müəyyən olunur ki, apellyasiya müraciətinin müəllifi olan proses iştirakçısı özünün verdiyi müraciətindən iki mərhələdə, yəni həm işə baxılmamışdan əvvəl, həm də yekun qərar çıxarılanadək imtina edə bilər.

21. Digər tərəfdən, Azərbaycan Respublikası CPM-nin 398-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində yalnız aşağıda qeyd edilən qərarların qəbul edilməsi imkanını nəzərdə tutur: 398.1.1. birinci instansiya məhkəməsinin hökm və y a qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək; 398.1.2. birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq; 398.1.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək; 398.1.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək.

22. Qanunverici belə qərarların konkret olaraq apellyasiya müraciətinin mahiyyətinin araşdırılması və qiymətləndirilməsinin nəticəsində qəbul edilməsini şərtləndirmiş, apellyasiya instansiyası məhkəməsində baxış mərhələsinin nəticəsi nə dair başqa qərar qəbul etmək imkanları nəzərdə tutulmur.

23. Apellyasiya şikayətinin və apellyasiya protestinin geri götürülməsi barədə ərizənin verilməsi nəticəsində işə baxan məhkəmənin etməli olduğu hərəkətlərin təsvirini verən müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 391.11 və 396-cı maddələrində əksini tapmış eyni məzmunlu norma müəyyən edir ki, istər işə ilkin baxış mərhələsində, istərsə də məhkəmənin yekun qərarının çıxarılmasından əvvəl olan mərhələdə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarma lıdır.

24. Azərbaycan Respublikası CPM-nin 391.11-ci maddəsində həmçinin göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir.

25. O da qeyd edilməlidir ki, apellyasiya mərhələsində şikayət və ya protestin geri götürülməsi ilə bağlı münasibətləri tənzimləyən hər hansı digər prosessual cinayəthüquqi norma mövcud deyil.

26. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi apellyasiya müraciətinin geri götürülməsi barədə ərizəni vermiş şəxsi həmin müraciətdən imtina etmiş proses iştirakçısı kimi qəbul edir və belə bir prosessual addımın atılmasının yalnız apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərarın qəbul edilm əsi ilə nəticələndiyini imperativ norma kimi nəzərdə tutur.

27. Odur ki, məhkəmə kollegiyası protestinin dəlilləri ilə ümumilikdə razılaşaraq hesab edir ki, məhkum Məhkum apellyasiya şikayətinin geri götürülməsi haqqında ərizəsini verdikdən sonra apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqində səhvə yol verib Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərarın əvəzinə cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmayan apellyasiya şikayətinin geri qaytarılması haqqında qərar qəbul etmişdir.

28. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində daha bir dəlil kimi qeyd edilənin əksinə olaraq, apellyasiya müraciətinin geri götürülməsi barədə ərizənin verilməsi heç də bun u etmiş şəxsi avtomatik olaraq “apellyasiya şikayətini geri götürmüş şəxs şikayətdəki tələbindən imtina etmiş şəxs sayılır və bununla onun özü də tələblərini artıq müdafiə etmədiyini, şikayətinə baxılmayacağını, onu sonlandırdığını dərk edərək, könüllü surətdə həmin iradəsini arzu və ifadə edir” prosessual vəziyyətinə gətirib çıxarmır.

29. Protestdə irəli sürülən bu dəlilə münasibətdə məhkəmə kollegiyasının fikrincə, apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərarı qəbul edən məhkəmə nəzərdən qaçırmamalıdır ki, Azərbaycan Respublikası CPM-nin 122.8-ci maddəsində qeyd edilən imperativ normaya görə, şikayətin geri götürülməsi yalnız bu Məcəllədə nəzərdə tutulmayan başqa hallarda müəyyən edilmiş müddətlər keçməmiş onun təkrar verilməsinə yol verir.

30. Nəzərə alındıqda ki, Azərbaycan Respublikası CPM-nin 391.11-ci maddəsinin tələbinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir, belə bir hal yarana bilər ki, hüquqi savadı olmayan apellyasiya şikayətini verən proses iştirakçısı apellyasiya müraciətini geri götürməsi haqda ərizə verib şikayətin vermə müddətinin qalıq hissəsində yenidən məhkəməyə müraciət etmək hüququnun qaldığını güman edir, lakin Azərbaycan Respublikası CPM-nin 391.11 və 396-cı maddələrinə əsasən qəbul edilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi haqqında qərar artıq məhkəməyə təkrar müraciət etmənin qarşısını alaraq, bunu mümkünsüz edir. Bu isə belə vəziyyətə gətirib çıxara bilər ki, fərdi anlamda b arəsində aparılan məhkəmə araşdırmasının bitməsini istəmədiyinə, yəni məhkəməyə əlçatanlıq hüququndan imtina etmədiyinə baxmayaraq, atdığı prosessual addımın nəticəsini dərk edib əvvəlcədən bilmədiyinə görə şəxs bunu arzu etmədiyi halda hüququndan məhrum olur.

31. Bu məqamda məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda müəyyən edilən fundamental prinsiplərdən birinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin nə mətni, nə də ki, ruhu hər kəsin öz iradəsi ilə aşkar surətdə və ya susaraq ədalətli məhkəmə araşdırması təminatlarından imtina etməsinə mane olmur. Bununla belə, Konvensiya məqsədləri üçün effektiv olması üçün belə bir imtina birmənalı şəki ldə bildirilməli və əhəmiyyətinə uyğun minimum təminatlarla müşahidə edilməlidir. Belə imtinanın aşkar formada edilməsinə zərurət yoxdur, lakin hüquqdan imtinanın könüllü, eləcə də bilərəkdən və düşünülmüş şəkildə edilməsi aydın görsənilməlidir. Təqsirləndirilən şəxsin davranışının dolayısı ilə onun 6-cı maddədə nəzərdə tutulan mühüm hüquqdan imtina etdiyini təsdiqlədiyi haqda nəticəyə gəlməzdən əvvəl müəyyən edilməlidir ki, o, belə davranışın nə ilə nəticələnə biləcəyini qabaqcadan qavrayıb görə bilərdi (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 52, 14 yanvar 2021-ci il).

32. Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun cinayət mühaki məsi icraatında olduqca vacib rol daşıdığını vurğulayan məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə gələcəkdə hər hansı qeyri-müəyyənlik, anlaşılmazlıq və ya şübhənin yarana bilinməsinin qarşısını tam almaq üçün, apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi barədə ərizəni aldıqda, apellyasiya müraciətinin baxılmasına xitam verilməsi haqqında qərarını qəbul etməzdən əvvəl mütləq ərizəni vermiş şəxsin nəzərinə Azərbaycan Respublikası CPM-nin 391.11-ci maddəsinin tələbini çatdırmalı, apellyasiya müraciətinin geri götürülməsi ilə onun təkrar verilməsinin istisna olunduğunu izah etməli və belə xəbərdarlığın bildirilməsinin məhkəmə iclas protokolunda əks etdirilməsini təmin etməlidir.

33. Yekunlaşaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CP M-nin 416.1.22 və 416.2-ci maddələrinin ümumi məzmununa görə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yaradır. İstinad edilən bu prosessual cinayəthüquqi normanın tələbinə əsaslanaraq məhkəmə hesab edir ki, hüququn tətbiqində səhvə yol verildiyinə görə mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini baxılan cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb və dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verildiyinə görə (CPM 416.1.22) kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(103)-1983/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət iş yeni apellyasiya baxışına təyin edilməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D I: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1983/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar