Məhkəmə qərarları › İş №1(102)-651/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-651/2019

22.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-651/2019 22.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) –651/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "22" may 2019-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1nun iştirakı ilə, X1nun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında material üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli ilkin baxış qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə Abşeron rayon Məhkəməsinə müraciət edərək X1nun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Səfiyeva Cəmilə İbrahim qızı) X2 hərəkətlərindən şikayət edilən X1 barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məsuliyyətə cəlb edilməsinə dair” şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərar a alınmışdır. Qərardan xüsusi ittihamçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əsgərova Ruhiyyə Orucəli qızı, hakimlər Mövsümov Nazim Rasim oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 28 dekabr 2018-ci il tarixli ilkin baxış qərarı ilə Abşeron rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, X2 xüsusi ittiham qaydasında şikayəti hazırlıq iclasında yenidən baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmiş, apellyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli ilkin baxış qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 kassasiya şikayəti verərək həmin qərarı ləğv et məklə, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edərkən Azərbaycan Respublikası CPM-nin 301.3-cti, 302-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 301.3-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda bu Məcəllənin 301.2.1-301.2.4, 301.2.6-301.2.12-ci maddələrində göstərilən müvafiq müddəalar əks etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsi ilə xüsu si ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi əsasları müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə görə şikayət həmin məhkəməyə aid olmadıqda, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, şika yəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 67.4-cü maddəsinə görə hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Azərbaycan Respublikası CPM-nin 74.1 -ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası CPM-nin 74.2-ci maddəsinə görə uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət iş lərinin məhkəmə aidiyyəti uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikası CPM-nin 74.8-ci maddəsinə görə eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə. həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir etmə cinayəti hesab edilmişd ir. Təhqir etmə cinayət tərkibinin yaranması üçün onun yalnız şəxs tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldıqda cinayət əməli hesab oluna bilər. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməldə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin internet informasiya ehtiyatlarının hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Şikayət verən şəxs X2 barəsində şikayət verdiyi şəxs X1 tərəfindən təhqir edilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, “Facebook” sosial internet şəbəkəsində “X1” adlı profilin mənə məxsus olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 “Facebook" sosial internet şəbəkəsində "X1” adlı profildə yerləşdirilmiş və cinayət hesab etdiyi əməlin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsini düzgün müəyyən etmədən, internet informasiya ehtiyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən etdiyi ünvanı dəqiqləşdirilməlidir. Ona görə də müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, xüsusi ittiham qaydasında şikayət üzrə i craata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1nun kassasiya şikayətinin təmin olunması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq qərarın qanuniliyini yoxlayaraq qeyd edir ki, apellyasiya məhkəməsi heç bir qanun pozuntusuna yol verməmiş, qərar qanunun tələblərinə riayət edilməklə çıxarılmış, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini (birinci instansiya məhkəməsinin qərarının ləğv edilməli olduğuna dair nəticəni) qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Birinci instansiya məhkəməsi şikayətin icraata qəbul edilməsindən imtina edilməsini şikayət verən şəxsin informasiya ehtiyatlarında yerləşdirilmiş və cinayət hesab etdiyi əməlin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsini düzgün müəyyən etmədən, internet informasiya ehtiyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən etdiyi ünvanı dəqiqləşdirmədən, bu barədə işdə rəsmi əldə etmədən birbaşa Abşeron Rayon Məhkəməsinə müraciət etməsi, habelə həmin əməlin şikayət verilən şəxs tərəfindən törədilməsini təsdiq edən kifayət edən yetərli sübut olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi X2un xüsusi ittiham qaydasında şikayətinin Abşeron Rayon Məhkəməsinə aid olmadığı səbəbindən öz icraatına qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 299.3.1, 300.1.2 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclası zamanı məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması məsələsi müzakirə edilməli və nəticəsindən asılı olaraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.1 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin ba xılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul etməklə məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət prosessual qanunvericiliyinə əsasən aidiyyət məsələsinə görə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndində qeyd edimişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xararkterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiy atlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyatda alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə kollegiyası qanunun yuxarıda qeyd edilən normalarını nəzərə alıb belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarın qəbul edilməsi Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.7-ci maddələrinin tələblərinə zidd olduğundan və Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014-cü il tarixli qərarında məhkəmələrə verilmiş izahlara uyğun gəlmədiyindən əsaslı və qanuni hesab edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2un məhkəməyə ünvanladığı şikayət ərizəsinə, tələbini əsaslandıran şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatlar əks olunan “Facebook” sosial şəbəkəsində dərc olunmuş yazılar əks etdirən sənədlər əlavə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən mövcud sübutlar araşdırılmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərarın qəbul edilməsi Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.7-ci maddələrinin tələblərinə zidd olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014-cü il tarixli qərarında məhkəmələrə verilmiş izahlara uyğun gəlmədiyindən əsaslı və qanuni hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 1(012)435/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və şikayət əlavə edilmiş materiallarla birlikdə hazırlıq iclasında yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Cinayət Prosessual Məcələsinin 391.9.2-ci maddəsinə əsasən Bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Pl enumunun qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticə şikayət üzrə (xüsusi ittiham qaydasında verilmiş) materiallara, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətində elə bir dəlil göstərilməmişdir ki, həmin nəticəni təkzib etsin, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas versin. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Azərbaycan Respublikası CPM-nin 301.3 və 302-ci maddələrinin tələblərinə istinad edilərək birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni olduğu, apellyasiya məhkəməsinin həmin normaların tələbləri ni nəzərə almadığı iddia edilir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə kassasiya şikayətində qeyd olunan normaların tələblərini də nəzərə almış, material üzrə nəticəyə gələrək onlara da istinad etmişdir. Kassasiya şikayətində istinad edilmiş Azərbaycan Respublikası CPM-nin 302.1.1 və 302.2.1ci maddələrinin həm məzmununa, həm də mənasına görə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə şikayətin baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarmaqla məhkəmə baxışının keçirilməsindən imtina edir. Materialın ona aid olmadığı (cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan məhkəmənin düzgün müəyyən edilmədiyi) nəticəsinə gələn və yuxarıda göstərilən normalara istinad edən birinci instansiya məhkəməsini n qərarının gəldiyi nəticə hissəsində isə məhkəmə baxışının keçirilməsindən deyil, şikayətin icraata qəbul edilməsindən imtina edildiyi göstərilmiş və şikayətin baxılması üçün aidiyyəti üzrə (aidiyyəti məhkəməyə) göndərilməsi məsələsi həll edilməmişdir. Bununla həm də Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinin tələbləri də pozulmuşdur (Azərbaycan Respublikası CPM-nin 300-cü maddəsi məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarların növləri məsələsini tənzimləyir). Həmin normada digər qərarlarla yanaşı müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarın çıxarılması da göstərilmişdir (bu normanın həm məzmunundan, həm də mənasından irəli gəlir ki, belə qərar xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olmadığı müəyyən edildikdə qəbul edilir). Mübahisəsizdir ki, belə çatışmamazlıqlarla çıxarılmış birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab oluna bilməz. Odur ki, apellyasiya məhkəməsi qanuna, o cümlədən yuxarıda göstərilən normaların tələblərinə uyğun qərar qəbul etmiş, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının izahlarını da nəzərə alır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1nun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında material üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikay əti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar