Məhkəmə qərarları › İş №1(102)-651/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-651/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-651/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələşiki oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu, Məhkumun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Hacıyev, hakimlər R.Sadıxov və Ə.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.07.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnın 181.2.5, 228.4, 234.1-ci maddələri ilə təqsirli bilinib, 8 il 6 ay müddətinə azadlı qdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08.09.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluqları ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il 10 (on) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 03 (üç) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq cəzasını ciddi rejimli cəz açəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim V.Mursaqulov, hakimlər M.Abbasov və E.Rəhimovdan ibarət tərkibdə) 27 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsindəki 28 dekabr 2019-cu il tarixli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 27 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 deakabr 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2018-ci ilin sentyabr ayının 24-də, saat 02-03 radələri arası olan müddət ərzində ünvan 2 ünvanında yerləşən “Oba” marketin şüşədən olan giriş qapısını üzərində gəzdirdiyi avtomobilin mühərriki üçün nəzərdə tutulmuş şam qırıntısı ilə sındıraraq marketə qanunsuz daxil olmaqla saxlanc yerindən “Oba Reatil Chain MMC”-yə məxsus 850 manat pul və hər birinin dəyəri 83 qəpik olan, ümumilikdə 16 manat 60 qəpik dəyərində 20 ədəd «Fine Ultimate» markalı, hər birinin dəyəri 82 qəpik olan, ümumilikdə 16 manat 40 qə pik dəyərində 20 ədəd «Fine Vhite Touch» markalı, hər birinin dəyəri 2 manat 25 qəpik olan, ümumilikdə 85 manat 50 qəpik dəyərində 38 ədəd «Kent Nano 4» markalı, hər birinin dəyəri 90 qəpik olan, ümumilikdə 36 manat dəyərində 40 ədəd «NZ Nano Gold» markalı, hər birinin dəyəri 1 manat 35 qəpik olan, ümumilikdə 27 manat dəyərində 20 ədəd «Pal Mall Nano Silver» markalı, hər birinin dəyəri 2 manat 7 qəpik olan, ümumilikdə 82 manat 80 qəpik dəyərində 40 ədəd «Vinston X Stile» markalı, hər birinin dəyəri 1 manat 35 qəpik olan, ümumilikdə 40 manat 50 qəpik dəyərində 30 ədəd «Vinchester Compakt Silver» markalı, hər birinin dəyəri 1 manat 3 qəpik olan, ümumilikdə 20 manat 60 qəpik dəyərində 20 ədəd «Kent Nano Black» markalı, hər birinin dəyəri 1 manat 3 qəpik olan, ümumilikdə 20 manat 60 qəpik də yərində 20 ədəd «Kent Nano Red» markalı, hər birinin dəyəri 90 qəpik olan, ümumilikdə 18 manat dəyərində 20 ədəd «Vant Nano Silver» markalı, hər birinin dəyəri 90 qəpik olan, ümumilikdə 18 manat dəyərində 20 ədəd «Vant Nano Blue» markalı və hər birinin dəyəri 90 qəpik olan, ümumilikdə 18 manat dəyərində 20 ədəd «Vant Nano Black» markalı siqaretləri gizli talayıb “Oba Reatil Chain MMC”-nə ümumilikdə 1.250 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 oktyabr 2018-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanın qarşısında saxladığı «Toyota Land Cruiser» markalı Az-**-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının şüşəsini üzərində gəzdirdiyi avtomobilin mühərrik ş amı ilə sındırıb arxa sol qapını içəri tərəfdən açmaqla avtomobilin arxa sol oturacağının üzərindəki içərisində Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi və VÖEN şəhadətnaməsi olan 1.000 manat dəyərində «Stefano Ricci» markalı pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1.000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 noyabr 2018-ci il tarixdə, saat 20 radələrində, ünvan 4 ünvanın qarşısında saxlanmış Zərərçəkmiş şəxs3 məxsus “Toyota Rav 4” markalı, Az-**-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının şüşəsini özü ilə gətirdiyi avtomobilin mühərriki üçün nəzərdə tutulmuş şam qırıntısı ilə sındıraraq avtomobildən Zərərçəkmiş şəxs3 məxsus içərisində 30 manat dəyəri ndə idman geyimləri olan 60 manat dəyərində 1 ədəd idman çantasını, Zərərçəkmiş şəxs2 məxsus içərisində 600 manat nağd pul olan 60 manat dəyərində 1 ədəd əl çantasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 90 manat dəyərində və zərərçəkmiş Zərərçəkmiş şəxs2 660 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, qəsdən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özü tapdığı müştərilərə satıb gəliri aralarında bölmək barəsində razılığa gəlməklə, sonuncudan 27 yanvar 2019-cu il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yaşayış ərazisində külli miqdarda - 508,8 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, sonra həmin narkotik vasi təni Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsində kirayədə yaşadığı evdə çarpayının altında qanunsuz olaraq saxlamış, 28 yanvar 2019-cu il tarixdə təmiz çəkisi 508,8 qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini üzərində götürməklə, satış məqsədi ilə ünvan 5 ünvana qədər qanunsuz olaraq daşımış və həmin gün, saat 15:30 radələrində, Bakı şəhəri Nəsimi RPl-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanın qarşısında saxlanılıb Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkcənin sağ qoltuq altından bir ədəd ağ rəngli, üzərində nar meyvəsi və yarpaq şəkilli olan sellofan paketə qoyulmuş, qara rəngli sellofana bükül müş, külli miqdarda təmiz çəkisi 508,8 qram xalis çəkidə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik maddə heroin aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsindəki məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, CPM-nin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, onun üzərində olan narkotik vasitəni satmaq üçün müştəri axtarmamışdır. Birinci instansiya məhkəmə istintaqı zamanı ifadələrində göstərdiyi dəlillərə heç bir qiymət verilməmiş, işin halları kobudcasına saxtalaşdırılmış, ibtidai is tintaq zamanı zor tətbiq edilərək müdafiəçinin iştirakı olmadan və yaxud müdafiəçi yanında olsa belə, bu barədə məlumatı olmadan ifadəsi alınmışdır. Odur ki, göstərilənlərə əsasən, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirməklə əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu çıxış edərə k kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməllərinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum S.R.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyi və nəticədə sübutet məyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə n əzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsi nin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilm əsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında isə qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilm əsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə kül li miqdarda narkotik vasitəni əldə etmə və saxlama, təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədilə oğurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.4.1 v ə 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərinin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirka rın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılı q əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahısında heroinin xalis çəkisinin 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Məhkum əldə edib saxlamış və daşımış olduğu 508,8 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkumun satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, heç bir yerdə işləməməklə gəlir mənbəyi olmayan, buna görə də, özünü dolandırmaq üçün tamah məqsədilə oğurluq cinayətləri törətmiş Məhkum şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda heroin narkotik vasitəsini məhz şəxsi istifadə üçün əldə etməsi inandırıcı deyildir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan cinayət əməlini törətməsini etiraf etmiş və verilən ittihamla özünü təqsirli bildiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində qeyd etdiyi hallar özünümüdafiə x arakterli formal dəlillər kimi qiymətləndirilməlidir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməs inin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir k i, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hal lar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, cəzasını ağırlaşdıran hal (cinayətlərin təhlükəli residivi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutu lar əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağı r Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar