Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-651/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi X12, məhkumun müdafiəçisi Müdafiəçi3 və mülki iddiaçının nümayəndəsi Müdafiəçi2 Qbiliyyət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Bəkirova Sevda Həbib qızı və mülki iddiaçı X9 və nümayəndəsi vəkil Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayev) 12 aprel 2022-ci il tarixli, 1(101)-556/2022 nömrəli hökmü ilə, 1 yanvar 1988-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Nizami RPİ-nin PPXB-də polis nəfəri işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal r ayonu, Zahid Xəlilov küçəsi, 2 saylı yataqxana, mənzil 52 ünvaında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək, CM-in 120.2.3 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətinə, CM-in 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü il ə Məhkum olunmuşdur ona görə ki, o, təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, təqsirkardan asılı vəziyyətdə olan zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar odlu silahdan istifadə etməklə onu xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 29 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində istifadəsində olan 055***-**-** mobil telefon nömrəsindən qanuni nikahda olmaqla faktiki birgə yaşadığı, heç bir yerdə işləməməklə özündən maddi və ailə başçısı kimi sair cəhətdən asılı vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs ***-***-**-** mobil telefon nömrəsinə zəng edib telefonla danışan zaman sonuncuya evdən çıxar kən geyindiyi paltarlara diqqət yetirməsini, kip formada idman paltarı ilə küçəyə çıxmamasını irad olaraq bildirərək Zərərçəkmiş şəxs ilə telefonda mübahisə etdikdən sonra nahar fasiləsi olduğu üçün saat 13 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 70 saylı evin 56 saylı mənzilə qayıdıb mübahisəni davam etdirərək yaranmış ailədaxili şəxsi münasibətlər zəminində qısqanclıq motivi ilə birgə yaşadıqları mənzildə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə qəsdən vuraraq sonuncuya sol budun yuxarı 1/3-nin bayır səthinə 1 ədəd, sağ baldırın yuxarı 1/3-nin arxa- bayır səthinə 1 ədəd, sağ sağrının aşağı iç kvadratı nahiyəsinə 1 ədəd, sol əlin arxa səthinə 1 ədəd, sol budun aşağı 1/3-nin ön səthinə 2 ədəd qançır kimi sağlamlığa zərər vurm ayan olduğu üçün dərəcələri təyin olunmayan, eləcə də sol bazunun orta və aşağı 1/3-nin ön-bayır səthini əhatə edən nahiyəyə 1 ədəd hematoma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, o, Bakı şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi rəisinin 24 avqust 2009-cu il tarixli 39ŞH saylı əmri ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyündə polis nəfəri kimi işə qəbul edilməklə 30 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 25/16 ünvanında xidmətdə olarkən qanuni nikahda olmaqla faktiki birgə yaşadığı, heç bir yerdə işləməməklə özündən maddi və ailə başçısı kimi sair cəhətdən asılı vəziyyətdə ol an arvadı Zərərçəkmiş şəxs 1 gün əvvəl, yəni 29 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində yaşadıqları mənzildə döyərək sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməsi səbəbi ilə həmin gün saat 19:25-də Zərərçəkmiş şəxs bibisi Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng edib əri tərəfindən döyülməsi, fiziki şiddətə məruz qalması ilə bağlı vermiş olduğu məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində “cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabı”-nda 2845 sayla qeydiyyata alınmaqla həmin şöbənin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı Şahid1 icraatında olan HK-1 2845 saylı material üzrə araşdırma ilə bağlı izahatının alınması və təhqiqat materialının toplanması məqsədilə təhqiqat orqanının çağırışı əsasında arvadı Zərərçəkmiş şəxs 30 sentyabr 2021-ci il tarixdə saat 7:30-da azyaşlı övladları - xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2, eləcə də bibisi Şahid2 ilə birlikdə ünvan 3 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedərək 1 gün əvvəl onu döyməsi ilə bağlı cinayət haqqında məlumat verdiyini və bu əsasla da polis orqanına çağrıldığını öyrənib, habelə özünün də izahatının alınması məqsədilə təhqiqat orqanına çağrıldığından həmin gün saat 8:40-da qeyd olunan polis şöbəsinin inzibati binasına gəlib inzibatı binanın 1-ci mərtəbəsində yerləşən növbətçi hissənin qarşısından keçməklə ensiz dəhlizə daxil olduqda sağ istiqamətdə üzərində “təhqiq atçı Şahid1” yazısı olan soldan birinci xidməti otağa yaxınlaşmış, Şahid1 ona polis əməkdaşı olduğu üçün araşdırmanın aidiyyəti prokurorluq orqanlarında davam etdiriləcəyini, orada izahat verəcəyini bildirərkən o, təhqiqatçıdan yalnız uşaqlarını görüb gedəcəyini deyib icazə əsasında otağa daxil olaraq arvadı Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman sonuncuya barışması ilə bağlı təklif edərkən Zərərçəkmiş şəxs barışmaqdan imtina etdikdə, Zərərçəkmiş şəxs cəmiyyətin xeyrinə ictimai faydalı fəaliyyəti, yəni ictimai borcunu yerinə yetirərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 46.2 və 204cü maddələrinə əsasən özünə qarşı törədilmiş cinayət haqqında məlumat verib 1 gün əvvəl sağlamlığına qəsdən yüngül zərərəvurmaya aid bədən xəsarəti yetirməklə bağlı törətdiyi cinayət əməlini ifşa etdiyindən, habelə arvadının polis orqanına onun icazəsi olmadan gəldiyindən hiddətlənib, bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs qisas almaqla cəzalandırmaq qərarına gəlmiş, əməlinin ictimai təhlükəli nəticəsini qabaqcadan görərək azyaşlı doğma uşaqlarının, habelə arvadının bibisi Şahid2 gözləri qarşısında cinayətkar niyyətini həyata keçirməklə arvadını qəsdən öldürmək məqsədilə həmin gün xidmətə başlamazdan əvvəl Nizami rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan “silah və sursatların, xüsusi vasitələrin verilib alınması” kitabında qeydiyyat aparmaqla qəbul etdiyi, ona təhkim edilmiş, darağında 15 ədəd 9 mm kalibrli patronları olan və xidmətdə olduğu üçün üzərində daşıdığı odlu silah hesab edilən “ZTK Zəfər” markalı 0954 nömrəli tabel silahını çıxardaraq atəşə hazır vəziyy ətə gətirib 3,5x4,5 m ölçüdə olan xidməti otaqda odlu silahdan istifadə etməklə özündən solda olan azyaşlı doğma övladları - Vaqif Məmmədov və Yağmur Məmmədova, habelə Zərərçəkmiş şəxs qardaşının övladı olduğuna görə özünə əziz sayan, onu dəyərli insan kimi qəbul edən qohumu - bibisi Şahid2nm gözləri qarşısında onlara xüsusi əzab və iztirab verdiyini dərk edərək buna əhəmiyyət verməyib xüsusi qəddarlıq və müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirməklə özündən 2-2,5 metr kənarda masa arxasında oturacaqda üzü ona tərəf oturmuş arvadı Zərərçəkmiş şəxs, sonuncudan 1 metr solda divanda əyləşmiş Yağmur Məmmədova, Vaqif Məmmədov, Şahid2 və 1 metr sağda masa arxasında əyləşmiş Şahid1 həyat və sağlamlığı üçün real təhlükə yaratmaqla sağ əlində olan tapançanı Zərərçəkmiş şəxs istiqamətində tutaraq sonuncunun həyat üçün vacib orqanlarının yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək bədəninin müxtəlif nahiyələrini nişan alaraq ardıcıl 15 dəfə atəş açmaqla Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti üzrə Vİ-Vİİ qabırğaarası proyeksiyada döş boşluğuna keçərək sağ ağciyərin aşağı və orta paylarının, sol V-Vİİ qabırğaların zədələnməsi ilə müşayiət olunan və döş qəfəsinin arxa sol səthini dəlib keçən 2 ədəd (2 giriş, 2 çıxış olmaqla 4 güllə yarası), qarın boşluğuna keçərək qaraciyəri, diafraqmanın sağ gümbəzini zədələyib döş boşluğuna nüfuz edən, sağ İX-X qabırğaların və Vİİ fəqərənin cismini zədələyərək döş qəfəsinin arxa səthində sağ onurğanın xətt üzrə nahiyəni dəlib keçən 1 ədəd (cəmi 1 giriş, 1 çıxış dəlikləri olan 2 güllə yarası), döş qə fəsinin ön səthinin sol yarısında körpücük xətti üzrə İV-V qabırğaarası sahədən girib sol süd vəzinin bayır səthindən çıxmaqla süd vəzinin dəri və toxumalarının zədələnməsi ilə müşayiət edilən dəlib keçən 1 ədəd (1 giriş, 1 çıxışı olan 2 ədəd güllə yarası) və sol bazunun orta 1/3-in ön iç səthində dəri, yumuşaq toxumanı zədələməklə və bazu sümüyünün sınması ilə müştərək qaydada müşayiət olunan 1 ədəd (1 girişli güllə yarası) kor yara olmaqla cəmi 4 ədəd (yəni 4 atəş nəticəsində yaranmış 5 xəsarətlə müşayiət olunmaqla 5 giriş, 4 çıxışı olan güllə yarası) ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla döş və qarın boşluqlarının sağ yarısından daxilə keçən, sağ ağciyərin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan odlu silah (güllə) yaralanmalarının nəticəsində y aranmış kəskin qanitirmə ilə ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aid, habelə sol əlin İ barmağının arxa səthində falanqalararası oynaq proyeksiyasına uyğun nahiyədən girib ön səthindən çıxmaqla barmağın hər iki falanqa sümüklərinin qəlpəli sınığı ilə müşayiət olunan dəlib-keçən 1 ədəd (cəmi 1 giriş, 1 çıxış olmaqla 2 güllə yarası), sol əlin V barmağının ön səthində əsas falanqa proyeksiyasına uyğun nahiyədə 1 ədəd (toxunan) sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sağ dirsək nahiyəsinin arxa səthində dəlib-keçən 1 ədəd (1 giriş, 1 çıxışı olan 2 güllə yarası), sol baldırın orta 1/3nin arxa-iç səthindən girib arxa-bayır səthindən çıxan dəlib-keçən 1 ədəd (1 giriş, 1 çıxışı olan 2 güllə yarası) cəmi 2 ədəd sağlamlığın qısa müddətə poz ulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarının sol yarısının ön divarının sol qabırğaaltı nahiyəsində 1 ədəd, qarının sol yarısının ön divarında, qılça sümüyü tininin proyeksiyasına uyğun nahiyəsində bir ədəd, sağ bel nahiyəsində bir ədəd, sol budun yuxarı 1/3-in ön səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin ön səthində 1 ədəd, sağ qasıq nahiyəsində 1 ədəd, sağ diz nahiyəsinin ön-iç səthində 1 ədəd və sağ saidin orta 1/3-nin ön səthində 1 ədəd, cəmi 9 ədəd dərəcəsi təyin olunmayan (ümumilikdə 24 ədəd giriş, çıxış və toxunan güllə yaraları) odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlməyə xarakterik, eləcə də zərərçəkmişin odlu silahdan almış olduğu yaralardan sonra üzü üstdə taxta materialdan döşəmənin üstünə yıxılan zaman əmələ gəlməyə xarakterik alnın sağ yarısının ön səthində 1 ədəd və burun belinin sağ yarısında 1 ədəd dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, ümumi təhlükəli üsulla açılan atəşlərdən biri təhqiqatçı Şahid1 məxsus olmaqla sonuncu ilə qısa məsafədə masa üzərinə qoyulmuş Çin istehsallı, “Samsung” markalı, “İntel Core İ5” xüsusiyyətli “NP350E7C- S09RU” modelli noutbuka dəyib zədələməsi nəticəsində 250 manat dəyərində maddi ziyan yetirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-1159/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətl ər Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilmiş, mülki iddianın 200.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi 10.000 manat məbləğində qismən təmin edilmiş, mənəvi ziyana görə məhkum edilmiş şəxs Məhkum 10.000 manat məbləğində pul alınaraq ölmüş Zərərçəkmiş şəxs anası X4 ödənilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən verilmiş və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, mülki iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti mülki iddianın mənəvi ziyana dair hissəsində qismən təmin edilmişdir. Apellyasiya məhkəməsinin qəra rından Dövlət ittihamçısı3 kassasiya protesti verərək Məhkum Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022ci il tarixli qərarının ləğv olunmasını və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Bəkirova Sevda Həbib qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.3 və 120.2.4-cü maddələri ilə olan əməlinin CM-nin 122.1 maddəsinə tövsif olunması və ona CM-nin 122.1 və 128-ci maddələrinin sanksiyaları daxilində ədalətli cəza təyin olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Mülki iddiaçı X9 və onun nümayəndəsi vəkil Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mülki cavabdeh kimi tanınması, cinayət işi üzrə mülki iddianın mənəvi ziyanla bağlı hissəsi artırılaraq 200.000 (iki yüz min) manat müəyyən edilməsi, cinayət işi üzrə mülki iddianın maddi və mənəvi zərərlə bağlı pul vəsaitinin Məhkum və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müştərək qaydada tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə apellyas iya instansiyası məhkəməsinin qərarı əsassız olmaqla, istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı gəldiyi nəticəni əsaslandırmağa çalışarkən himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alması məhkəmədə tədqiq edilmiş cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyindən əsassızdır. Belə ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum xx.xx.2015-ci İl təvəllüdlü oğlu Vaqif Məmmədov və xx.xx.2017-ci tl təvəllüdlü qızı Yağmur Məmmədova adlı 2 azyaşlı uşağının olması qeyd olunsa da, həmin uşaqların onun himayəsində olmasını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmədə tədqiq edilmiş cinayət işinin materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs Məhkum öz arvadı Zərərçəkmiş şəxs 30 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinin inzibati binasında qəsdən öldürdükdən dərhal sonra həbs edilmişdir. Məhkəmədə tədqiq edilmiş mülki iddiadan da müəyyən olunur ki, uşaqlar faktiki olaraq mərhum Zərərçəkmiş şəxs anası X3 himayəsindədirlər. Belə olan təqdirdə məhkəmələrin qərarlarında təqsirləndirilən şəxs Məhkum himayəsində 2 azyaşlı uşaqlarının olmasını qeyd etməklə həmin halı ona münasibətdə yüngülləşdirici hal qismində nəzərə alması əsassızdır. Göründüyü kimi məhkəmələr faktiki olaraq iş materialları ilə müəyyən edilməmiş h ala istinad etməklə əsassız olaraq yüngülləşdirici hal kimi nəzərə almış, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, yalnız yuxarıda göstərilən iş üzrə mövcud olmayan cəzanı yüngülləşdirən halları sadalamaqla kifayətlənmiş və bu halı əsas tutaraq yüngül cəza təyin etmişdir. Bundan başqa, məhkəmələr Məhkum tərəfindən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla onun tərəfindən xüsusi qəddarlıqla törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətə görə aşırı “humanizm” nümayiş etdirməklə onun cəzanın bir hissəsini həbsxanada çəkməsi barədə qərar qəbul etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əlyazmanın mətnindən də aydın olur ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən arvadı Zərərçəkmiş şəxs mütəmadi olaraq psixoloji və fiziki iztirablar verilməsi, öz ailə üzvünə qarşı amansız rəftar etməsi iş üzrə onun şəxsiyyətini xarakterizə edən sənəd olmasına baxmayaraq, məhkəmə cəza təyin edərkən həmin halı iş üzrə Məhkum şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi S.H.Bəkirova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxs Məhkum əməli cinayət qanunu norması ilə düzgün tövsif edilməmişdir. Məhkum edilmiş şəxs Məhkum güclü ruhi həyəcan ( affekt) vəziyyətində qəsdən adam öldürmüşdür. Belə ki, iş yerində, iş yoldaşlarının yanında həyat yoldaşı tərəfindən ona edilmiş ağır təhqirlər Məhku m güclü ruhi həyəcan vəziyyətinə gətirib çıxarılmasına səbəb olmuşdur. Məhkum edilmiş şəxs Məhkum ailə münaqişəsi zəminində cinayət hadisəsi törətmiş (həyat yoldaşını qətlə yetirmişdir) və ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum edilmiş şəxs Məmmədov X1 şəhid olmuş X5 oğludur və şəhidin yeganə oğul övladıdır. Məhkum edilmiş şəxs Məhkum Xocalı faciəsini yaşamış ailənin bir üzvü olaraq uzunmüddətli həbs cəzası almışdır. Məhkum edilmiş şəxs Məhkum ailə başçısı olaraq hazırda iki azyaşlı uşağı hər iki valideyn himayəsindən məhrumdur. Məhkum edilmiş şəxs Məhkum əməlinin cinayət qanunu normasının düzgün tövsif edilməməsi ilə yanaşı, ona təyin edilmiş 18 il müddətinə həbs cəzası çox sərtdir, onun şəxsiyyətinə uyğun gəlmir. Məhkum cinayət ha disəsini zərərçəkmiş şəxsin onu affekt vəziyyətinə gətirməsi nəticəsində törətmişdir. Mülki iddiaçı X9 və onun nümayəndəsi vəkil Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələrin mülki iddianın mənəvi ziyanla bağlı hissəsi üzrə qəbul edilmiş qərar “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı qərarına və məhkəmə təcrübəsinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5356/2019 saylı qərarında əsasən ehtiyyatsızlıqdan insan ölümü ilə nəticələnmiş hadisəyə görə verilmiş iddia ərizəsi qismən təmin olunmaqla cavabdehdən 70000 (yetmiş min) manat mənəvi zərərin tutulması qərara alın mışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4106/2021 saylı qərarına əsasən əsassız məhkum edilmiş şəxsin 7 aya yaxın müddət ərzində azadlığının məhdudlaşdırılması səbəbindən verilmiş iddia qismən təmin edilməklə 7000 (yeddi min) manat mənəvi zərərin cavabdehdən tutulması qərara alınmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir... Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxım ından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmçinin kassator hesab edir ki, birinci instansiya məhkəməsi mülki cavabdehin işəgötürəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mülki cavabdeh kimi tanınması haqqında ərizəsi təmin etməmədə haqlı olmamışdır, bu prosessual pozuntu kassasiya icraatında aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadı qda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Sözü gedən prosessual pozuntu apellyasiya şikayətində göstərilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hü quq pozuntusu delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin “cavabdehlərin şəxsiyyətinin və sayının yalnız iddiaçı tərəfindən müəyyən oluna bilməsi” qaydasına zidd getmiş, bununla da Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsi ilə nəzərdə tutulmuş normanı pozmuş, Azərbaycan Respublikası DİN-i mülki cavabdeh kimi tanımaqdan əsassız imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi də bəhs edilən prosessual pozuntunu aradan qaldırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir k i, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hö km və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin başlıca dəlili Məhkum tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsifi ilə əlaqədardır. Belə ki, müdafiəçinin fikrincə məhkum cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətmiş və onun əməli Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin məhkəmələr əsassız və qanunsuz olaraq məhkumun əməlini CM-in 120.2.3 və 120.2.4-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin qeyd edilən dəlillərini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət işi üzrə toplanmış sübutlardan məhkumun cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətməsi müəyyən edilmir. Belə ki, cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə-psixiatrik və psixolojı ekspertizalarının 01 noyabr 2021-ci il tarixli və 08 sentyabr 2022-ci il tarixli rəylərindən görünür ki, Məhkum cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) vəziyyətində olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-in 122.1-ci maddəsinin dispozisiyasından görünür ki, qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyəti zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, habelə zər ərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi nəticəsində baş verməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən CM-in 122.1-ci maddəsinin dispozisiyasında qeyd edilən qanunsuz və əxlaqsız hərəkətlərin törətməsi müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin məhkumun əməlinin tövsifi ilə əlaqədar dəlili əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün ifadələri, şahidlərin ifadələri, ekspertizaların rəyləri, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Göstərilənlərə əsasən məhk əmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə düzgün tövsif etmişdir. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın tə yin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət q anununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək Məhkum himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, həmçinin məhkumun cinayəti odlu silahla törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən, həmin cinayəti təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 120.2.3 və 120.2.4 maddələrinin sanksiyası (14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası) həddində olan 17 il 6 ay müddətinə, CM-in 128-ci maddəsinin sanksiyası (min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə) həddində olan 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası na məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları tam toplamaq yolu ilə onun üzərində qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi maddələrlə ayrı-arılıqda təyin edilmiş cəzalar onun törətdiyi cinayətlərin ağırlığına, onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun gəlir, cinayətlərin məcmusu ilə cəza isə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələblərinə əsasən düzgün müəyyən edilmişdir. Məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəzanın bir hissəsinin həbsxanada çəkməsi əsassız olaraq müəyyən edilməməsi barədə kassasiya protestinin dəlilini müzakirə edərək məhkəmə kollegi yası qeyd edir ki, birinci instansiya məhkəməsi bu barədə öz qərarını kifayət qədər əsaslandırmışdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə məhkum edilmiş şəxsin himayəsində iki azyaşlı uşağının olmasını yüngülləşdirici hal qismində nəzərə almaqda tam haqlı olmuş və cinayət qanunu normasının tətbiqində heç bir səhvə yol verməmişdir. Təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.5-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “böyük ictimai təhlükə törətməyən” və “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs lər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Apellyasiya məhkəməsi apellyasiya protestinin bu barədə dəlilini əsassız hesab etməklə b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkumun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə islah olunacağını mümkün hesab etmiş və onun cəzasının müəyyən hissəsinin həbsxanada çəkilməsinə lüzum görməmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeləri əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinin tətbiqi imperativ xarakter daşımır. Məhkəmələr isə işin hallarını nəzərə alaraq əsaslı olaraq nəticəyə gəlmişlər ki, məhkumun islah olunması üçün cəzasının bir hissəsinin həbsxanada çəkilməsinin müəyyən edilməsi üçün zərurət yoxdur. Bu məsələni həll edərkən məhkəmələr tərəfindən nəzərə alındığı hallar cinayət işi üzrə toplanmış sübutlara əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmə k və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını kifayət qədər nəzərə almışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddələrində müəyyən edilmiş sanksiyaların həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən həmin cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş hallara uyğun gəlir və bu əlamətə görə h əm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesab oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəza təyin edərkən qanunvericiliyinin normalarına, həm də Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarında verilmiş tövsiyələrə düzgün əməl etmişlər. Mülki iddiaçı X9 və nümayəndəsi vəkil Müdafiəçi2 kassasiya şikayətinin ilk dəlili mülki cavabdeh Məhkum qarşı verilmiş iddianın qismən təmin edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmçinin, Cinayət Prosessual Məcəlləsinin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət- Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2 təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməllərinə görə 5.000 manat məbləğində maddi ziyan və 200.000 manat məbləğində mənəvi ziyan olmaqla mülki iddia vermiş və ölmüş Zərərçəkmiş şəxs anası X9 mülki iddiaçı qismində tanınmışdır. Apellyasiya instansiyası, birinci instansiya məhkəməsi tərəfindən mülki iddianın 200.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi 3.000 manat məbləğində qismən təmin edilməklə gəldiyi nəticəni düzgün hesab etməmiş, mənəvi ziyan ilə bağlı Məhkum 10.000 manat məbləğində pul alınaraq ölmüş Zərərçəkmiş şəxs anası X4 ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mülki iddia ilə bağ lı gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 181.2.4-cü maddəsində mənəvi ziyanın ödənilməsi üçün zərərçəkmiş şəxsin cinayət işi üzrə mülki iddianın verilməsi hüququ nəzərdə tutulur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyy ən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konv ensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asıl ı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman işin digər halları ilə yanaşı zərərvuran şəxsin əmlak vəziyyəti nəzərə alınmalıdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin mülki iddiaçı X3 mülki cavabdeh Məhkum hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi qarşılığında iddia etdiyi məbləğin qismən, yəni 10.000 manat məbləğində təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir və bu səbəbdən qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Azərbaycan Respublikası DİN-in cin ayət işi üzrə mülki cavabdəh qismində cəlb edilməsi barədə tələbi əsaslı hesab etmir. Belə ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qəsdən adam öldürmə əməlləri xidmət üzrə vəzifələrin icrası zamanı və icrası ilə əlaqədar törətməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin cinayəti xidməti silahdan istifadə edərək törətməsi faktı özözlüyündə həmin cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini onun xidmət etdiyi Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasına əsas vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlarda n istifadə etməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya protesti və kassasiya şikayətlərinin bu barədəki dəlilləri əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum haqqındakı 24 oktyabr 2022-ci il tarixli qərarının kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiya sı Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətləri münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-651/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-651/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver