Məhkəmə qərarları › İş №1(102)-651/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-651/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-651/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə xx xxxx 1965-ci ildə Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 259.2.4cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2023- cü il tarixli, 1(007)-16/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim R.Əhmədov) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 5500 (beş min beş yüz) manat miqdarında cərimə növündə cəzaya məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət itt ihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(103)409/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), H.H.Əhmədov və A.V.Tanrıverdiyev) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2023- cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Ali Məhkəmənin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 1(102)-1390/2024 nömrəli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 1(103)-1985/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli, 1(007)-16/2023 nömrəli hökmü ləğv edilmiş, X2 CM-in 259.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Məhkəmə qərarlarına əsasən o, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən məhdud istifadəli yaşıllıqlar olduğundan meşə fonduna daxil olmayan yaşıllığa aid diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla ümumilikdə 15 ədəd köküst ə yaş «Ayland» növlü ağaclar olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla xx.xx.2011-ci il tarixli nömrəli **********16-12301 reyestr nömrəsi ilə Şahid3 istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 0.4387 ha torpaq sahəsini avtomobillərin dayanacağı kimi istifadə edib gəlir əldə etmək üçün Şahid3 ilə torpaq sahəsinin icarəyə götürülməsi barədə şifahi razılığa gələrək 13 yanvar 2022-ci il tarixdə saat 13 radələrində həmin ərazidə olan 11 ədəd köküstə yaş «Ayland» növlü ağacları özünə məxsus əl mişarı vasitəsi ilə dibindən kəsdikdən sonra “Şaqman” markalı yük avtomobilinin sürücüsü Şahid4 istifadəsində olan +**********16 nömrəli mobil telefon vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu “Maşın bazarı” a dlanan ərazidə traktor sürücüsü kimi fəaliyyət göstərən Şahid1 istifadəsində olan +**********36 nömrəli mobil telefona zəng edib əlaqə saxlamaqla sonuncunu idarə eldiyi “Terex 820" markalı traktorla ünvan 4 ünvanında təmizlik işləri aparmaq adı ilə həmin əraziyə dəvət edərək guya həmin torpaq sahəsində olan ağacların kəsilməsinə dövlət orqanlarından rəsmi icazə alması barədə Şahid1 yalan məlumat verib aldadaraq əvvəlcədən onun tərəfindən mişar vasitəsi ilə kəsilən ağacların köklərini traktorla torpaqdan qoparıb çıxarmağı və köküstə yaş olan «Ayland» növlü digər 4 ədəd ağacları isə traktor vasitəsi ilə qırılaraq məhv edilməsi barədə göstəriş verməklə 13 yanvar 2022-ci il tarixdə saat 15 radələrində həmin ağacların da traktor vasitəsi ilə qırılıb, kökündən çıxarılmasına nail olmuş, ümumilikd ə isə vahid niyyətlə əhatə olunan qəsdlə tamah məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 21.020 manat olan diametri 6 sm olan 2 ədəd, 14 sm olan 1 ədəd, 20 sm olan 4 ədəd, 21 sm olan 2 ədəd, 25 sm olan 2 ədəd, 34 sm olan 2 ədəd, 40 sm olan 1 ədəd, 42 sm olan 1 ədəd olmaqla cəmi 15 ədəd köküstə yaş «Ayland» növlü ağacları qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadan qanunsuz olaraq mişarlama, qırma və kökündən çıxarma üsulu ilə qəsdən kəsərək məhv etməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 21.020 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum Azərbaycan Respublikasının CM-in 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə cəzası ilə cəzalandırılmasını xahiş etmişdir. Şikayət müəllifi hesab edir ki, məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, həmçinin məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə hökm çıxardarkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Belə ki, Məhkum əvvəl polis orqanlarında xidmət emətisini, hazırda təqaüddə olmasını, ailə vəziyyətini, cinayət nəticəsində dəymiş ziya nın ödənilməsini nəzərə almamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyə ti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin tövsifi, həmçinin ona təyin edilən cəza mübahisəndirilir və cinayət işinin apellyasiya i nstansiyası məhkəməsinin təkrar baxışına qaytarılması xahiş olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddə sinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtər əfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sü butların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı insta nsiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsub iyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və Məhkum əməlini Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun CM-nin 259.2.4-cü maddəsində göstərilən əməli törətməsi onun 20 aprel 2022-ci il tarixli ifadəsi, şahidlər Şahid1, Rəvan Teynurovun və Şahid7 ifadələri ilə təsdiqlənir. Həmçinin apellyasiya məhkəməsinin hökmündən görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 yanvar 2022-ci il tarixli aktdan görünür ki, məlumat əsasında ünvan 3 ünvanına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, “Naxçıvan maşınlarının dayanacağı” adlanan ərazidə təmizləmə və a badlıq işləri aparılır. Abadlaşma işləri aparılan zaman qeyd olunan ərazidə 15 ədəd (diametrləri 6,6, 14, 20, 20, 20, 20, 21, 21, 25, 25, 34, 34, 40 və 42 sm olan) Ayland ağacları kəsilərək kök boğazlarından traktor vasitəsi ilə qoparılaraq məhv olunmuşdur. Özünü iş icraçısı kimi təqdim edən Ayəddin adlı şəxs ağacların onun göstərişi ilə kəsildiyini bildirərək yazılı izahat verməkdən imtina etmişdir. Apellyasiya məhkəməsinin hökmündə olan yaşıllıqlara dəymiş ziyanın hesablanması barədə cədvəldən görünür ki, 15 ədəd (diametrləri 6,6, 14, 20, 20, 20, 20, 21, 21, 25, 25, 34, 34, 40 və 42 sm olan) ayland ağaclarının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 21020 manat olmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, kəsilmiş ağaclar və onların köklərinin şəkilləri çəkilmiş, ünvan 3 ünvanının peykdən əvvəlki görüntüləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 aprel 2022-ci il tarixli, 9/1901 nömrəli rəyindən görünür ki, 2 ədəd diametri 6 sm olan, 1 ədəd diametri 14 sm olan, 4 ədəd diametri 20 sm olan, 2 ədəd diametri 21 sm olan, 2 ədəd diametri 25 sm olan, 2 ədəd diametri 34 sm olan, 1 ədəd diametri 40 sm olan, 1 ədəd diametri 42 sm olan olmaqla ümumilikdə 15 ədəd köküstə yaş olan Ayland növlü ağaclarının kəsilməsi ilə təbiətə dəymiş ziyanın ümumi məbləği 21020 manat müəyyən edilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində apellyasiya məhkəməsinin məhkuma cəza təyin edən zaman onun əvvəl polis orqanlarında xidmət etməsini, hazırda təqaüddə olmasını, ailə vəziyyətini, cinayət nə ticəsində dəymiş ziyanın ödənilməsini nəzərə almadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 1(101)-675/2024 nömrəli hökmü ilə Məhkum cəza təyin edərkən zərərin qismən, yəni 8000 manat miqdarında olan hissəsinin ödənilməsini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirən hal kimi nəzərə almışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəb ul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar