Məhkəmə qərarları › İş №1(102)-652/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-652/2019

20.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-652/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Ənvər Əhməd oğlu Şadiyev və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, zərərçəkmiş “xxxx” ASC-nin ləğv edici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10, Məhkum mü dafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş “xxxx” ASC-nin ləğv edici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.A.Qəribov (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 05 iyul 2018-ci il tarixli hökmü ilə 30 yanvar 1950-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, ailəli, “xxxx” ASC-nin idarə heyətinin sədri işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan; Məhkum Azərba ycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş əsas cəza şərti hesab edilmiş, ona CM-in 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum məhklum olunmuşdur ona görə ki, o, 29 iyul 1992-ci ildən 16 avqust 2016-cı ilədək «xxxx» ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası i lə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, «Banklar haqqında» Azərbaycan Respublikasının 16.01.2004-cü il tarixli Qanununa, Bankın 03.02.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxsin dövlət qeydiyyat idarəsində dövlət qeydiyyatına alınmış Nizamnaməsinə, eləcə də həmin bankın Əsasnaməsinə əsasən, Bankın cari fəaliyyətinə rəhbərlik etmək və qərarlar qəbul etmək, öz səlahiyətləri daxilində sərəncam və əmrlər vermək, Bankın daşınar və daşınmaz əmlakının qiymətləndirilməsi üzrə qərarlar qəbul etmək, onun strategiyasının hazırlanmasında iştirak etmək, kredit və zəmanətlərə görə girov götürülmüş əsas vəsaitləri balansa götürmək, onlardan istifadə prinsiplərini müəyyənləşdirmək, Bankı geniş ictimaiyyət və üçüncü tərəflər qarşısı nda təmsil etmək, kapitalın artırılmasının zəruriliyi barədə tövsiyələr hazırlamaq, Bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşımaq, vəsaitlərin xərclənməsinə nəzarət etmək, kreditlər üzrə öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və s. səlahiyyətlərə malik məsul vəzifəli şəxs kimi qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası X38 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25.07.2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapi talının artırılması üçün tələb olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azərbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X38 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 №-li protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq, yəni kreditin məqsədini, ödənişlərin mənbəyini, borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsini, kreditin, habelə onun müqabilində təklif edilən təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığını, kreditləri üzrə fəaliyyət sahəsində borcalanın təcrübə və biliklərini, borcalana k redit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və ödəniş qabiliyyətini nəzərə almayaraq, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələrin adlarına, o cümlədən “xxxx” MMC-nin direktoru X14 21.11.2014-cü il tarixli kredit müqaviləsi ilə 21.11.2017-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 3.500.000 (üç milyon beş yüz min) manat, “Günel-R” firmasının direktoru X3 21.01.2016-cı il tarixli kredit müqaviləsi ilə 21.01.2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 (bir milyon) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 (bir milyon altı yüz iki min səkkiz yüz) manat, “Bəyaz” firmasının direktoru X5 21.01.2016-cı il tarixli kredit müqaviləsi ilə 21.01.2 018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 (bir milyon altı yüz iki min səkkiz yüz) manat, eyni zamanda, yaxın münasibətlərindən istifadə edərək hüquqi şəxsin adına rəsmiləşdirməklə, yəni «xxxx» MMC-nin direktoru X19 21.11.2014-cü il tarixli kredit müqaviləsi ilə 16.11.2015-ci il tarixədək illik 5,5 faiz olmaqla 3.000.000 (üç milyon) manat kreditin ayrılmasını təmin edib, həmin vəsaitin 1.500.000 (bir milyon beş yüz min) manat hissəsini borc olaraq alıb onun 1.362.750 manatını 25.11.2014-cü il tarixdə özünə məxsus AZ80ATRA 410100 **********0005 saylı cari, 26.11.2014-cü il tarixdə isə həmin hesabdan 490100**********0002 saylı subordinasiya depoziti hesabına köçürüb, həmin vəsaiti Nizamnamə kapitalının formalaşmasına yönəltmək lə, sonradan sonuncu tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, həmin tələb olunan vəsaiti ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən “xxxx” MTK-nın sədri X20 adına 25.11.2015-ci il tarixli 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 255.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267.979,50 (iki yüz altmış yeddi min doqquz yüz yetmiş doqquz manat əlli qəpik) manat, X8 adına 21.07.2015-ci il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 (altı yüz min) ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 629.940 (altı yüz iyirmi doqquz min doqquz yüz qırx) manat və “xxxx” ASCnin direktoru X21 adına 08.10.2015-ci il tarixli 500.000 (be ş yüz min) ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 396.436 (üç yüz doxsan altı min dörd yüz otuz altı) ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 415.464,92 manat, ümumilikdə isə 8.018.984,12 (səkkiz milyon on səkkiz min doqquz yüz səksən dörd) manat olmaqla, qanunsuz kreditlərin rəsmiləşdirilməsi ilə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq, faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından, gələcəkdə müştəriləri qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, yekun olaraq bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə, Ləğvetmədə olan “xxxx” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük qazanmaq məqsədilə qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib rəhbəri olduğu bankdan kreditə pul götürmək üçün ona müraciət etmiş X22 qarşısında saxta nüfuz qazanmaq, eləcə də müştərinin gələcəkdə depozit kimi qoyacağı pul vəsaitindən mənfəət gəlir əldə etməkdən ötrü bankın ünvan 1 ünvanda yerləşən “xxxx” filialında özünəməxsus **********0 ********* saylı hesabda olan, götürülən kreditə və faizə uyğun vəsaiti girov qoyub zamin olmaqla X15 29.04.2015ci il tarixli 06 nömrəli kredit müqaviləsi ilə 24 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 300.000 (üç yüz min) manat və 03.07.2015-ci il tarixli 07 nömrəli kredit müqaviləsi ilə 24 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 86.000 (səksən altı min) manat olmaqla ümumilikdə 386.000 (üç yüz səksən altı min) manat məbləğində kreditin ayrılmasını təmin etsə də, sonradan həmin kredit üzrə əsas və faiz borclar üzrə heç bir ödəniş aparılmadığından bununla da kredit sahəsində işin düzgün qurulmaması nəticəsində bank aktivlərini təhlükə altına qoymaqla bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə Ləğv etmədə olan “xxxx” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və R.M.Abdulovdan ibarət tərkibdə) 1(103)-1337/2018 nömrəli 27 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfinıdn verilmiş apellyasiya protesti və zərərçəkmiş “xxxx” ASC-nin ləğv edici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişd ir. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı X23 tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş “xxxx” ASC-nin ləğv edici Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətində xahiş edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum əsassız olaraq CM-in 179.3.2-ci maddəsi ilə bəraət verilmiş və cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmişdir. Məhkəmənin hökm ünə dair irəli sürülən ümumi tələblərə əsasən, məhkəmənin hökmü (o cümlədən bəraət hökmü) qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab edilir. Məhkəmələr Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin təqsirləndirilməsinə dair Məhkum ifadəsi işin faktiki halları, şahid ifadələri ilə və digər sübutlarla ilə təkzib olunmuşdur. Məhkum Bankın əsas səhmdarı və təsisçisi olsa da, həmin əmlak üzərində qeyd edilən hüquqlara mali k olmamışdır. Əks halda o, hər hansı qanun və digər aktların tələblərini pozmadan, vəsaiti qanunsuz olaraq kredit kimi ayrı-ayrı şəxslərin adına rəsmiləşdirmədən, başqa şəxslərin iradəsindən asılı olmadan götürə və bununla bağlı sərəncam verə bilərdi. Göründüyü kimi, Bankda olan əmlak və pul vəsaiti yalnız səhmdarla bağlı deyil və həmin mənbələr Bankın kreditorları olmaqla gələcəkdə tələb hüququ yaradır. Yəni, mənbələrdən pul vəsaiti daxil olmaqla Bank fəaliyyət göstərir və nəticədə vəsaitlər geri qaytarılmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin 25.07.2012-ci il tarixli qərarında banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsinə baxmayaraq, istintaq materialları və öz etirafedici ifadəsi ilə də təsdiq olunur ki, əsas səhmdar olan Məhkum həmin məbləğdə vəsaiti olmamış və o, formal olaraq rəsmiləşdirmələr aparmaqla nizamnamə kapitalını həmin səviyyəyə çatdırmışdır. Bundan əlavə, Bankın nizamnamə kapitalı şişirdilmiş olduğundan Məhkum bu əməliyyatları yerinə yetirən şəxs kimi həmin məlumatlar aşkar edildiyi təqdirdə Bankın lisenziyasının ləğv ediləcəyini də əvvəlcədən bilmişdir. Bu halda isə Bankın bütün öhdəlikləri yerinə yetirilməli və əgər bundan sonra hər hansı vəsait qalarsa, həmin vəsait səhmdarın mülkiyyəti hesab oluna bilərdi. Buna görə də Bankın fəaliyyəti müxtəlif mənbələrdən formalaşdığından, həmin mənbələrlə bağlı tələblər kreditlər rəsmiləşdirilməklə pul vəsaiti mənimsənildiyi dövrdə qüvvədə olduğundan, Bankın yarana biləcək öhdəliklərini əvvəlcədən yerinə yetirə bilməyəcəyini bildiyindən, k reditlər qanunsuz olaraq rəsmiləşdirildiyindən, Bankın əmlakı lisenziya ləğv edildikdən və bütün tələblər yerinə yetirildikdən sonra səhmdara məxsus olması mümkün olduğundan, yəni həmin dövrdə səhmdarın mülkiyyəti hesab edilmədiyindən mənimsənilmiş vəsait istintaq orqanı tərəfindən əsaslı olaraq Məhkum məxsus əmlak kimi qiymətləndirilməmişdir. Qeyd edilən hallar əsas götürülməklə Məhkum CM-nin 179.3.2 və 308.2- ci maddələri ilə ittiham elan edilmiş və göstərilən mənbələrin tələbləri Banka yönəldiyindən, yəni həmin tələblərə görə cavabdehlik daşıdığından “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu zərərçəkmiş şəxs kimi tanınmaqla talanmış əmlak özgə əmlakı kimi göstərilmişdir. Məhkəmələr isə qeyd edilən halları diqqətdən qaçıraraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməyərək, cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə almayaraq hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Protestdə şərh olunan dəlillərə əsasən, məhkəmələrin zərərçəkmiş şəxsin statusuna xitam verilməsinə dair mövqeləri də əsaslı hesab edilə bilməz. Məhkum mənimsəmə cinayətində təqsirləndirildiyi epizodlar üzrə əsassız olaraq bəraət verən məhkəmələr bununla kifayətlənməyib, törətdiyi vəzifə səlahiyyətlərindən suiistifadə cinayətlərinə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməli olması qənaətinə gələrək, barəsində CM-nin 70-ci maddəsini tətbiq etmişlər. Məhkəmələr tərəfindən məhkum edilmiş şəxs Məhkum barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə d ə Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarındakı tövsiyələrə əməl edilməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları nəzərə alınmamış, cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmişdir. Diqqəti cəlb edən əsas məqamlardan biri odur ki, apellyasiya instansiya məhkəməsi məhkumun barəsində şərti məhkum etmə institunun tətbiqi ilə bağlı gəlmiş olduğu qənaəti yekun qərarında əsaslandırmamış, məsuliyyəti yüngülləşdirən hallar sübutlara əsasən müəyyən edilməli olduğu halda qanunun bu tələbindən çıxış etməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına münasibət bildirməmiş və sadəcə olaraq hesab etmişdir ki, “Məhkum ona Cinayət Məcəlləsinin 308.2-ci maddəs i ilə təyin edilmiş əsas cəzanı real olaraq çəkmədən də islah olunması mümkündür.” Məhkum tərəfindən törədilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri korrupsiya və qulluq mənafeyi əleyhinə olmaqla başa çatmış cinayətlər olub az ağır cinayətlər kateqoriyasına aiddir. O öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığınm və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayətlərin obyektini dövlət orqanlarının normal fəaliyyəti təşkil edir. Məhkum istinad olunan vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini n törədilmə halları isə yuxarıda şərh olunmuşdur. Hesab edirəm ki, məhkəmələrin özlərinin gəlmiş olduqları bu qənaət Məhkum barəsində şərti məhkum etmə institutunun tətbiqini istisna etməli idi. Məhkəmələr Məhkum 43 il bank sistemində fasiləsiz işləməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamışlar. Belə ki, Məhkum məhz bank sistemində işləməsi və bu qurumlardan birinə rəhbərlik etməsi onun tərəfindən mənimsəmə və korrupsiya cinayətləri törədilməsinə münbit şərait yaratmışdır. Bundan başqa, Məhkum əvvəllər məhkum olunmamasının məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hal hesab edilməsi də əsaslı olmamışdır. Göstərilən halın mövcudluğu məhkəmələrin həmin nəticəyə gəlməsi üçün zəruri əsas ola bilməz. Belə ki, CM-nin 59.1.1-ci maddəsinə əsasən, “hadisələrin təs adüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi” cəzanı yüngülləşdirən hal hesab edilir. Lakin, işin müəyyən edilmiş hallarından göründüyü kimi, Məhkum cinayət əməllərini qabaqcadan planlaşdırmışdır. Belə olan halda, təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmiş olsa da, hadisələrin təsadüfi axarı zəmini olmadığından, həmin hal cəzanı yüngülləşdirən hal kimi nəzərə alma bilməzdi. Odur ki, apellyasiya instansiyası məhkəməsinin cəzanın şərti tətbiqi ilə bağlı yekun qərarında gətirdiyi əsaslandırma CM-nin cəza, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirlər təyin etmənin ümumi əsaslarını müəyyən edən normaları, cəzanın şərti olaraq tətbiq edilməsinin şərtlərini və qaydalarını təsbitləyən CM-nin 70-ci maddəsinin tələbləri, Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarımdakı təfsirlərin məcburiliyi, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarındakı tövsiyələri baxımından əsaslı sayıla bilməz. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən zərərçəkmiş şəxsin apellyasiya şikayətində qeyd etdiyi faktlara lazımi qiymət verməmiş, maddi və prosessual normalarının pozuntusuna yol vermişdir. Belə ki, məhkəməyə mümkün olan bütün faktlar təqdim edilməsinə baxmayaraq, məhkəmə heç bir əsas olmadan, həmçinin, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə düzgün tövsif edilməsinə və onun əməlinin iş materialları ilə tam sübuta yetirilməsinə baxmayaraq, məhk əmə onun öz qulluq mövqeyindən istifadə edərək etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməsinə, külli miqdarda təkrarən törədilməklə talamasına, həmçinin, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərin, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına göz yummuş, əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirsiz hesab edərək, əməlində həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi olmaması əsası ilə ona həmin maddə ilə bəraət vermişdir. Məhkəmə iş üzrə bütün maddi sübutların əksini təsdiq etməsinə baxmayaraq, yalnız təqsirləndirilən şəxsin və X10nin ifadəsini əsas gətirərək, həmin epizod üzrə onu təqsirsiz bilmişdir. Məhkum 308.2-ci-maddə ilə təqsirləndirilərək cəzasını şərti olaraq çəkməsi hissəsində isə məhkəmə şəxsin ahıl olmasını və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəldiyini bildirsə də, təqsirləndirilən şəxs hazırda 68 yaşındadır və “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar. Yəni qeyd edilən əsasla şəxsin cəzasının şərti olaraq tətbiq edilməsi yolverilməzdir və bu hal cəmiyyətdə törədilmiş cinayətə görə cəzasızlıq təəssüratı yarada bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamç ısı S.Əkbərovun və zərərçəkmişin nümayəndəsi R.Tanrıverdinin protestin və şikayətin təmin edilməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin və kassasiya şikayətinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmaması, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və təqsirləndirilən şəxsə həmin maddə ilə bəraət verilməsinin əsassız və qanunsuz olmasıdır. İşdən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, öz qulluq möv qeyindən istifadə edərək etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmiş, külli miqdarda və təkrarən törədilməklə talamışdır. Belə ki, o, 29 iyul 1992-ci ildən 16 avqust 2016-cı ilədək «xxxx» ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləyərkən, «Banklar haqqında» Azərbaycan Respublikasının 16.01.2004-cü il tarixli Qanununa, Bankın 03.02.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxsin dövlət qeydiyyat idarəsində dövlət qeydiyyatına alınmış Nizamnaməsinə, eləcə də həmin bankın Əsasnaməsinə əsasən, Bankın cari fəaliyyətinə rəhbərlik etmək və qərarlar qəbul etmək, öz səlahiyətləri daxilində sərəncam və əmrlər vermək, Bankın daşınar və daşınmaz əmlakının qiymətləndirilməsi üzrə qərarlar qəbul etmək, onun strategiyasının hazırlanmasında iştirak etmək, kred it və zəmanətlərə görə girov götürülmüş əsas vəsaitləri balansa götürmək, onlardan istifadə prinsiplərini müəyyənləşdirmək, Bankı geniş ictimaiyyət və üçüncü tərəflər qarşısında təmsil etmək, kapitalın artırılmasının zəruriliyi barədə tövsiyələr hazırlamaq, Bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşımaq, vəsaitlərin xərclənməsinə nəzarət etmək, kreditlər üzrə öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və s. səlahiyyətlərə malik məsul vəzifəli şəxs kimi, özqulluqmövqeyindənistifadəedərəkona etibar olunmuş və öhdəsində olan əmlakı – pul vəsaitini talama məqsədi ilə tanışı X4 adına təminatsız olaraq “xxxx” ASC-nin Baş ofisində 17.03.2011-ci il tarixli 04 nömrəli istehlak krediti müqaviləsi ilə 6 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 254939,45 ABŞ d olları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 202.218 (iki yüz iki min iki yüz on səkkiz) manat məbləğində kredit ayrılmasını rəsmiləşdirib, yaxın münasibətlərindən istifadə edərək sonuncuya həmin məbləği özünün ödəyəcəyini bildirib, bununla bağlı rəsmi sənədlərə imza etdirdikdən sonra, X10nin müvafiq mühasibat sənədləri əsasında xəzinədən nağd qaydada götürdüyü qeyd olunan məbləği ondan qeyd olunan tarixdə ünvan 2 ünvanında yerləşən bankın inzibati binasındakı xidməti otağında alıb, həmin kredit vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, sonradan kreditə görə əsas və faiz üzrə heç bir ödəniş aparmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə təkrarən eyni niyyətlə, rəhbərlik etdiyi bankın ünvan 1 ünvanda yerləşən “xxxx” filialında özünün zaminliyi ilə 23.09.2011-ci il tarixli 02 nömrəli kredit müqaviləsi ilə X16 adına 24 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 325.500 (üç yüz iyirmi beş min beş yüz) manat, eləcə də 24.09.2013-cü il tarixli 07 nömrəli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 281.400 (iki yüz səksən bir min dörd yüz) manat olmaqla, sonuncunun qeyd olunan tarixlərdə bankın göstərilən filialının xəzinəsindən şəxsən götürdüyü ümumilikdə 606900 (altı yüz altı min doqquz yüz) manat məbləğində kredit vəsaitini ondan alıb, sonradan həmin vəsaiti özünün şəxsi, yəni gələcəkdə mənfəət əldə etmək üçün səhmlərin alınmasına və digər ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş və öhdəsində olan külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə təkrarən talamışdır. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə bəraət verərkən bütün sübutları hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutların qiymətləndirilməsini CPM-in normalarına uyğun həyata keçirməmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. İşdən görünür ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələri arasında, həmçinin iş üzrə əsas şahidlər olan X4 və X16 ifadələrinin özlərin, eləcə də onların ifadələri ilə Məhkum ifadələri arasında kəskin ziddiyyətlər mövcuddur. Belə ki, Məhkum birinci instansiya məhkəməsi zamanı tədqiq edilmiş, hökmdə eləcə də, apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunan ifadəsindən görünür ki, X4 adına rəsmiləşdirilmiş 17.03.2011-ci il tarixli KM 04 saylı kredit müqaviləsi üzrə 254.939,45 ABŞ dolları məbləğində krediti Mixail götürüb ona vermiş və o, həmin pulu banka əsas vəsaitlərin alınması məqsədilə istifadə etmişdir. Bankın nizamnamə kapitalının artırılmasına pul lazım olduğundan və onda da kifayət qədər vəsait olmadığından dostu Mixaildən götürdüyü pulu tez qaytarmasını xahiş etmiş, sonuncu bu məbləği qaytaranda həmin pulu k reditin bağlanmasına deyil, ifadəsində göstərdiyi formada, yəni bank üçün bina almaqla kapitalın artırılmasına yönəltmişdir. Məhkum göstərdiyi bu məlumatı, yəni 17.03.2011-ci il tarixli KM 04 saylı kredit müqaviləsi üzrə götürdüyü 254.939,45 ABŞ dolları məbləğində krediti bankın nizamnamə kapitalının artırılması üçün Məhkum verməsini X11 də məhkəməyədək icraat zamanı verdiyi ifadəsində təsdiq etmişdir. Məhkum ifadəsində, X10nin kredit götürərək ona verdiyi 254.939,45 ABŞ dollarından da istifadə etməklə bank üçün yeni inzibati binanın alınmasını göstərsə də, bu xüsusat işin faktiki halları ilə təkzib olunmuşdur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş SN 183946/6584365 seriya nömrəli xəzinə məxaric orderinə əsasən, əsas vəsaitin alınması üçün 10 500 000.00 manat məbləğində vəsa it bankın kassasından 25.12.2013-cü il tarixdə məxaric olunmuş və daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Nərimanov rayonu, X31 prospektində yerləşən ümumi sahəsi 1157,7 kv.m. olan yaşayış sahəsi “xxxx” ASC tərəfindən həmin tarixdə, yəni X10 ilə 17.03.2011-ci il tarixli bağlanmış istehlak krediti müqaviləsi üzrə kreditin ödəmə müddəti bitdikdən uzun müddət sonra alınmış, bundan əlavə binanın alınması ilə əlaqədar əlavə pul xərclənməmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarına əsasən X4 adına sənədləşdirilmiş 254.939,54 ABŞ dolları məbləğində kreditlə bağlı əsas və faiz borclar üzrə ödəniş olmamışdır. Məhkəmələr isə, bu epizod üzrə gəldikləri qənaəti, 17.03.2011-ci il tarixli 04 nömrəli istehlak krediti müqaviləsi ilə adına rəsmiləşdirilmiş 254.939,45 ABŞ dolları məbləği ndə krediti Məhkum vermək üçün yox, öz işləri üçün götürməsi, Məhkum isə 200.000 manat pulu borc olaraq təxminən üç il sonra 2014-cü ildə verməsi barədə X10nin, həmçinin bankın alınan binası üçün 460.000 manat vergi ödəmək lazım olduğundan X10dən borca 200.000 manat pul alıb vergiyə keçirməsi ilə bağlı Məhkum məhkəmədə verdikləri ifadələri ilə əsaslandırmış və bu halda qanunvericiliyin tələbindən çıxış edib onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrini araşdırmamış və hansı səbəbdən onların həmin ifadələrini deyil, məhz sonradan məhkəmədə verdikləri ifadələrini sübut kimi qəbul etmələrini əsaslandırmamışlar. Belə ki, cinayət prosessual qanunvericiliyin tələbinə əsasən, məhkəmə yekun qərarında nəticəyə gəlməsi üçün əsaslandığı sübutlarla bərabər, onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərini də göstərməlidir. Bu epizodla bağlı, apellyasiya instansiyası məhkəməsinin qərarında istinad etdiyi dəlillərdən biri də, şahid X12 ifadəsidir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, 200.000 manat pul X10 tərəfindən borc olaraq Məhkum 2014-cü ildə verilmiş və bu halın mövcudluğu X8in məhkəmədə verdiyi ifadəsi ilə də təsdiq olunur. X37 məhkəmənin özünün şərh etdiyi ifadəsindən göründüyü kimi, sonuncu həmin ifadəsində, daşınmaz əmlakı “xxxx” ASC-yə 25 dekabr 2013-cü ildə satmasını və buna görə faizlərlə birgə hesablanan 485.412,64 manat vergini Məhkumlə yarıbayarı ödəməsini, bu məqsədlə Məhkum ona 242.000 manat verməsini göstərmiş, daşınmaz əmlakın satılması və ya bununla bağlı verginin ödənilməsi üçün almış olduğu pul vəsaitinin mənbəyi barədə isə heç bir məlumat verməmişdir. Bundan başqa, məhkəmə kollegiyası bu epizodla bağlı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması fondunun cavabdeh X1rşı kredit tələbi (o cümlədən 17.03.2011-ci il tarixli İKM 04 saylı kredit müqaviləsi üzrə) ilə məhkəməyə müraciət etməsinə və bununla bağlı Nərimanov rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsinə də istinad etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə iddia müddəti keçdiyindən 17.03.2011-ci il tarixli İKM 04 saylı kredit müqaviləsi üzrə iddia tələbi təmin edilməmişdir. Bu halda diqqəti cəlb edən məqam odur ki, hər iki məhkəmə instansiyası X10nin məhz 17.03.2011-ci il tarixli İKM 04 saylı kredit müqaviləsi üzrə ona qarşı olan iddia tələbinin Nərimanov rayon məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmədikdən son ra hazırkı iş üzrə məhkəmə baxışı zamanı ibtidai istintaqdakı ifadəsindən fərqli məlumatlar verməsini diqqətdən kənar qoymişlar. Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Məhkum elan edilmiş birinci epizod üzrə məhkəmələrin gəldiyi nəticəyə və istinad etdikləri dəlillərə münasibətdə qeyd edilməlidir, məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkum “xxxx” ASC-də olan hesablaşma hesabına pul vəsaitinin daxil olması, həmin vəsaitin bankda hərəkətinin, X4 və X16 adına rəsmiləşdirilmiş kreditlərin verilməsinin araşdırılmasına dair 23.02.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X7 illik faiz dərəcəsi 20 % olmaqla 6 ay müddətinə fəaliyyətin genişləndirilməsi məqsədilə verilmiş 254 939.0 (iki yüz əlli dörd min doqquz yüz otuz doqquz) ABŞ dollar ı məbləğində kredit vəsaiti manat ekvivalentində konvertasiya edilməklə 17.03.2011-ci il tarixdə “xxxx” ASC-nin ssuda hesabından X7 məxsus cari hesaba köçürülmüşdür. Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Məhkum elan edilmiş ikinci epizod üzrə müəyyən olunur ki, X27 ilə “xxxx” ASC arasında bağlanmış 23.09.2011-ci il tarixli KM 02 saylı kredit müqaviləsinə əsasən sonuncunun adına kassa hesabından illik faiz dərəcəsi 6 % olmaqla 24 ay müddətinə 325.500 manat və 24.09.2013-cü il tarixli KM 07 saylı kredit müqaviləsinə əsasən onun adına kassa hesabından illik faiz dərəcəsi 6 % olmaqla 12 ay müddətinə 281.400 manat məbləğində kredit vəsaiti məxaric edilmişdir. Bu epizodla bağlı Məhkum ifadələrində göstərmişdir ki, bankın səhmdarlarından olan X5 səhmlərini satarkən həmin səhmləri kənar adam ın almaması üçün X4ə onun adına kredit götürüb səhmləri almaq istəməsini bildirmiş sonuncu da onunla razılaşmışdır. X4ə verilən kredit isə təminatlı olmuşdur. X4 də ifadəsində göstərmişdir ki, Məhkum xahişi ilə bankın nizamnamə kapitalını artırmaq üçün kredit götürüb ona vermişdir. Faizləri X6 ona vermiş o da ödəmişdir. Həmin kreditlər təminatlı olub, ona zaminlik müqaviləsi verilib. X13 ifadəsində göstrərmişdir ki, “xxxx” ASC-də səhmləri olmuş, bankın nizamnamə kapitalına 1.000.000 manatdan artıq pul vəsaiti qoymuşdur. Bəzi vaxtlarda hissə-hissə səhmlərini X6a sataraq pulu almışdır. 2011-ci ilin sentyabr ayında Məhkum nizamnamə kapitalında olan payından təxminən 300.000 manatdan artıq pul almışdır. Bundan başqa, 2013-cü ilin sentyabr ayında nizamnamə kapitalında olan payından Məhkum ona t əxmini olaraq 280.000 manat pul vermişdir. X6 pulu verəndən sonra, bildiyinə görə, onun adına olan səhmləri öz adına əvəzləşdirmiş, sonuncunun bunu necə və hansı qaydada etməsini bilmir. 23.02.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X16 adına 23.09.2011-cü il tarixli KM 02 saylı kredit müqaviləsinə əsasən kredit məbləği məxaric edildiyi eyni tarixdə yəni, 23.09.2011-cü ildə Məhkum oğlu X9 1.893.171,84 manat məbləğində olan səhmləri **********79 saylı hesaba 84.000 manat mədaxil olunaraq 1.977.171,84 (bir milyon doqquz yüz yetmiş yeddi min yüz yetmiş bir) manat, Məhkum həyat yoldaşı X6 4.788.426,80 manat məbləğində olan səhmləri **********79 saylı hesaba 54.000 manat, **********69 saylı hesaba 206.800 manat mədaxil olunaraq 5.049.226,80 (beş milyon qırx doqquz min iki yüz iyirm i altı) manat təşkil etmişdir. Bundan başqa, müəyyən olunur ki, X27 ilə “xxxx” ASC-nin Nəsimi filialı arasında bağlanmış 23.09.2011-cü il tarixli KM 02 saylı kredit üzrə 25.430 AZN əsas, 42.192 AZN faiz, cəmi 67.622 AZN, 24.09.2013-cü il tarixli KM 07 saylı kredit üzrə 124 AZN əsas, 18.315 AZN faiz, cəmi 18.439 AZN məbləğində ödəniş olmuşdur. Beləliklə hazırkı epizod üzrə X4in adına 325.000 manat məbləğində kreditin götürülməsi ilə eyni tarixdə Məhkum oğlu X7 və arvadı X8in səhmlərinin artırılması müəyyən olunmuş, maliyyə sənədlərində isə səhmlərin əvəzləşdirilməsi öz əksini tapmamışdır. Bundan başqa, Məhkum ifadələrində 281.400 manat məbləğində pulun ayrı-ayrı kreditlərin bağlanması üçün istifadə edildiyini göstərsə də, 24.09.2013-cü il tarixli KM 07 saylı kredit müqaviləsinə əsasən X16 a dına kassa hesabından məxaric edilmiş 281.400 manat məbləğində kredit vəsaitinin kapitala yönəlməsi təkzib olunmuş, yəni bankda bununla əlaqədar əməliyyatın aparılması aşkarlanmamışdır. Məhkum CM-nin 179.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə öz müdafiəsi üçün dəlil gətirərək Bankın əsas səhmdarı (özü və ailə üzvlərinin səhmləri 96 faizdir) və təsisçisi olduğundan, yəni Bank və onun əmlakı, o cümlədən nağd pul vəsaiti özünə məxsus olduğundan həmin vəsaitin özgə əmlakı kimi qiymətləndirilə bilinməməsi, kreditləri səhmlərin əvəzləşdirilməsi üçün istifadə etməsi və bu səbəblərdən də mənimsəmə cinayəti törətmədiyini göstərmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, özünə məxsus əmlak dedikdə mülkiyyət hüququ əsasında şəxsə məxsus olan əmlak nəzərdə tutulur və şəxsin başqa şəxslərin iradəsindən asılı olmayaraq, həmin əmlaka sərbəst şəkildə sahiblik etmək, ondan istifadə etmək, bununla bağlı sərəncam vermək hüquqlarını özündə ehtiva edir. Göründüyü kimi, Məhkum Bankın əsas səhmdarı və təsisçisi olsa da, həmin əmlak üzərində qeyd edilən hüquqlara malik olmamışdır. Əks halda o, hər hansı qanun və digər aktların tələblərini pozmadan, vəsaiti qanunsuz olaraq kredit kimi ayrı-ayrı şəxslərin adına rəsmiləşdirmədən, başqa şəxslərin iradəsindən asılı olmadan götürə və bununla bağlı sərəncam verə bilərdi. Bundan başqa, Bank elə bir qurumdur ki, o, yalnız səhmdarların vəsaiti hesabına fəaliyyət göstərmir və ya səhmdarların Nizamnamə kapitalındakı payı yalnız nağd pul şəklində olmur, yaxud da səhmdarlar Bankın əmlakı və nağd pul vəsaiti ilə əlaqəli qərarları sərbəst şəkildə verə bilmir. Belə ki, Bankın fəaliyyət göstərməsi üçün səhmdarların səhmləri ilə yanaşı aşağıdakı mənbələrdən da vəsaitlər cəlb edilir: ayrı-ayrı qurumlardan, o cümlədən Mərkəzi Bank, Sahibkarlığa Kömək Milli Fondu və digər kredit təşkilatlarından güzəştli şərtlərlə alınmış kreditlər; ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilmiş depozitlər; digər mənbələrdən formalaşan vəsaitlər. Göründüyü kimi, Bankda olan əmlak və pul vəsaiti yalnız səhmdarla bağlı deyil və həmin mənbələr Bankın kreditorları olmaqla gələcəkdə tələb hüququ yaradır. Yəni, mənbələrdən pul vəsaiti daxil olmaqla Bank fəaliyyət göstərir və nəticədə vəsaitlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət tə qibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmələr isə qeyd edilən halları diqqətdən qaçıraraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməyərək, cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə almamışlar. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmə lərdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. D övlət ittihamçısının birinci instansiyası məhkəməsinin hökmündən verdiyi apellyasiya protestindən görünür ki, protestdə Məhkum barəsindəki bəraət hökmün əsassız və qeyri-qanuni olması bildirilməklə ləğv olunması, onun əməlində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin tərkib hissələrinin olması və təqsirləndirilən şəxsin həmin maddə ilə də təqsirli bilinib məhkum olunması xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiy a instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə apellyasiya protestinin dəlillərini araşdırmamış, onlara hüquqi qiymət verməmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri ha lları araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin apellyasiya protestinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslən məsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarl a mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyin ə və ictimai nüfuzuna ciddi təsir edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayəti üzrə işə baxaraq qərar qəbul edərkən qanunla üzərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirməmişdir. Bu da həmin qərarın kassasiya qaydasında ləğvi üçün əsaslardan biridir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsi nə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yeni apellyasiya baxışı zamanı işin hərt ərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında nəticəyə gəldiyindən kassasiya protestinin və kassasiya şikayətinin digər dəlili olan Məhkum barəsində şərti məhkum etmənin əsassız olması haqqında dəlilinə münasi bət bildirilməsinə zərurət görmür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2, və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2018-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar