Məhkəmə qərarları › İş №1(102)-652/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-652/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-652/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, Məhkum X4 iştirakları ilə xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilm iş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2018-ci i l tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum və zərərçəkmiş şəxs A.Afsari tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və E.E.Rəhimov) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla, t əkrarən, dələduzluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirərək, ona və arvadı X2 xəstəlikləri ilə əlaqədar pensiya almaları üçün əlillik dərəcəsi düzəldib güzəştli şərtlərlə 3 otaqlı mənzil almalarına köməklik göstərəcəyi adı ilə aldadaraq 2012-ci ilin sentyabr ayında ünvan 2 iki dəfəyə 1200 manat, 2013-cü ilin fevral ayından həmin ilin dekabr ayınadək olan müddətdə həmin ünvanda hissə-hissə 20000 manat, 2014-cü ilin mart ayından həmin ilin sentyabr ayınadək ünvan 3 ünvanda hissəhissə 8000 manat, 2015-ci ilin yanvar-mart ayları ərzində ünvan 2 həmin cinayətə aidiyyəti olmayan oğlu X6 vasitəsi ilə hissə-hissə 1500 manat, 2015-ci ilin iyul ayından 201 6-cı ilin dekabr ayınadək ünvan 3 ünvanda hissə-hissə 3750 manat, 2017-ci ilin iyul ayında ünvan 4 ünvanda 550 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 35.000 pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 35.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib yalandan olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 işlədiyini bildirərək, onun atası X14 və anası Musayeva Samirə İsa qızına sosial evlərdən güzəştli şərtlərlə hər birinə 3 otaqlı mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2014-cü ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində 5000 ma nat, 2015-ci ilin mart ayında həmin ünvanda 5000 manat, 2015-ci ilin may ayından həmin ilin dekabr ayınadək həmin ünvanda beş dəfəyə 20.000 manat, 2016-cı ilin fevral ayından həmin ilin noyabr ayınadək ünvan 3 ünvanda dörd dəfəyə 20.000 manat, 2017-ci ilin fevral ayında ünvan 5 ünvanda 5000 manat, 2017-ci ilin oktyabr ayında Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində 5000 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 60.000 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 60.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası vətəndaşı X 6nı n etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirərək, Azərbaycan Respublikasının vətəndaşlıq sənədini düzəldib 3 otaqlı mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2016-cı ilin avqust ayından həmin ilin oktyabr ayınadək Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Koroğlu” parkında hissə-hissə 15.560 manat, 400manat dəyərində bir ədəd qızıl üzük və 100 manat dəyərində bir ədəd uşaq üçün qızıl boyunbağını, 2016-cı ilin oktyabr-noyabr aylarında Bakı şəhəri Nəsimi rayonu Hənifə Ələsgərov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Adore” marketin qarşısında hissə-hissə 3790 manat, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirəli Qaşqay kü çəsinin kəsişməsində yerləşən “Koroğlu” parkında oğlu X9 vasitəsilə 2000 manat, 2016-cı ilin noyabr ayının axırlarında Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Koroğlu” parkında X 6nın arvadı Hassannezhadi Fariba vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 15.587 manat təşkil edən 9000 ABŞ dollarını, 2016-cı ilin dekabr ayında X 6nın işlədiyi ünvan 4-də hissə-hissə 28.450 manat, 2016-cı ilin dekabr ayının axırlarında ünvan5-də oğlu X9 vasitəsilə 400 manat və Bakı şəhəri Nəsimi rayonu Hənifə Ələsgərov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Adore” marketin qarşısında 300 manat, 2017-ci ilin mart-may ayları ərzində Bakı şəhəri Nəsimi rayonu Hənifə Ələsgərov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Adore” m arketin qarşısında hissə-hissə 14.500 manat, 2017-ci ilin sentyabr ayında X 6nın işlədiyi ünvan 4-də oğlu X9 vasitəsilə iki dəfəyə 850 manat, 2018-ci ilin aprel ayında ünvan 6 üç dəfəyə 1320 manat olmaqla, ümumilikdə X 6nın 67.670 manat və həmin dövrün məzənnəsi ilə 15587 manat təşkil edən 9000 ABŞ dollar pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs X 6ya 83.257 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ona güzəştli kreditlə mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin avqust ayının ortalarında ünvan 7 ünvanda 5000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs4 5000 manat maddi ziyan vurmaqla dələduzlu q etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirib, ona pensiya alması üçün əlillik dərəcəsi almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 15 avqust 2017-ci il tarixdə ünvan 7 ünvanda 3000 manat, 29 oktyabr 2017-ci il tarixdə ünvan7-də 250 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs5 3250 manat pulunu vahid niyyətilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs5 3250 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirib, ona pensiya alması üçün əlillik dər əcəsi düzəldib güzəştli kreditlə mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin avqust ayının axırlarında ünvan 7 ünvanda 7000 manat, iki gün sonra ünvan 3 ünvanda 250 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs6 7250 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs6 7250 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib ona pensiya alması üçün əlillik dərəcəsi almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs7 bacısı Zərərçəkmiş şəxs9 nın vasitəsi ilə ünvan 7 ünvanda 3000 manat, bir həftə sonra ünvan 3 ünvanda 500 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs7 3500 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs7 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirib, ona əmək pensiyasının artırılması üçün 2-ci qrup əlillik dərəcəsindən 1-ci qrup əlillik dərəcəsinə keçirib güzəştli şərtlərlə bir otaqlı mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin sentyabr ayının ortalarında ünvan 7 ünvanda üç dəfəyə 5700 manat, ünvan 9 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs8 6550 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs8 6550 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzl uq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirib, onun oğlu X10 xəstəliyi ilə əlaqədar pensiya alması üçün əlillik dərəcəsi düzəldib güzəştli şərtlərlə bir otaqlı mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin sentyabr ayının ortalarında ünvan 7 ünvanda 2000 manat, ünvan 10zasının qarşısında 4000 manat, ünvan 7 ünvanda iki dəfəyə 1150 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs8 7150 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs8 7150 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 9 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirib, ona pensiya alması üçün əlillik dərəcəsi düzəldib güzəştli şərtlərlə mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin sentyabr ayının axırlarında ünvan 7 ünvanda iki dəfəyə 7500 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs9 7500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu 2000 manat müqabilində Dövlət Gömrük Komitəsinə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin sentyabr ayının axırlarında ünvan 7 ünvanda işə düzəldəcəyi ilə əlaqədar verməli olduğu 2000 manat pulun əvəz ində məişət əşyalarının verilməsinə razılığa gəlib Zərərçəkmiş şəxs4 qaynanası Zərərçəkmiş şəxs5 vasitəsilə 500 manat dəyərində geyim əşyalarını və 1500 manat dəyərində «Panasonik» markalı kondisioneri vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirib, pensiya məbləğinin artırılması üçün 2-ci qrup əlillik dərəcəsindən 1-ci qrup əlillik dərəcəsinə keçirib güzəştli şərtlərlə mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin sentyabr ayının axırlarında və həmin ilin oktyabr ayının əvvəllərində ünvan 7 ünvanda iki dəfə yə 6800 manat, 2017-ci ilin noyabr ayının əvvəllərində ünvan 3 ünvanda 200 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs10 7000 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs10 7000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib yalandan olaraq Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirərək, ona güzəştli kreditlə mənzil almasına köməklik göstərəcəyi adı ilə aldadaraq 20 oktyabr 2017-ci il tarixdə ünvan 11 ünvanda yerləşən 54 saylı notariat kontorunda 4000 manat, 2017-ci ilin oktyabr ayının axırlarında ünvan 12 ünvanda 450 manat, 2017-ci ilin noyabr ayının axırlarında Zərərçəkmiş şəxs11 anası Zərərçəkmiş şəxs9 vasitəs i ilə ünvan 3 ünvanda 500 manat və 16 dekabr 2017-ci il tarixdə ünvan 13 ünvanda 300 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs11 5250 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs11 5250 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib onun qayınanası X3 pensiya alması üçün əlillik dərəcəsi düzəldəcəyinə köməklik göstərəcəyi adı ilə aldadaraq 23 oktyabr 2017-ci ildə ünvan 3 ünvanda Zərərçəkmiş şəxs12 anası Zərərçəkmiş şəxs9 vasitəsilə 1000 manat, 05 noyabr 2017-ci il tarixdə həmin ünvanda 1500 manat və 10 noyabr 2017-ci il tarixdə ünvan 14 ünvanda1000 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs12 3500 manat pulunu vahid n iyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs12 3500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib yalandan olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işlədiyini bildirərək ona xəstəliyi ilə əlaqədar pensiya alması üçün əlillik dərəcəsi düzəldəcəyinə köməklik göstərəcəyi adı ilə aldadaraq 2017-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Koroğlu” parkında 300 manat, 2017-ci ilin dekabr ayının axırlarında ünvan7-də 250 manat və 08 fevral 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirəli Qaşqay küçəsini n kəsişməsində yerləşən “Koroğlu” parkında 300 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs13 850 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs13 850 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib onu uşaq bağçasına müəllimə kimi işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 15 dekabr 2017-ci il tarixdə ünvan 15 ünvanda yerləşən “Kapital bank” ın “Qara Qarayev” filialında 500 manat, 22 dekabr 2017- ci il tarixdə həmin bankın filialından 100 manat, 10 fevral 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Koroğlu” parkında 350 manat olmaqla, ümumilikdə Zərərçəkm iş şəxs14 950 manat pulunu vahid niyyəti ilə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs14 950 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, ali təhsillidir, himayəsində 2 övladı vardır, törətdiyi əməldən peşmandır. Ona görə də həmin yüngülləşdirici halları nəzərə alıb cəzasının yüngülləşdirilməsini və qanunda nəzərdə tutulan minimal həddə cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli ş əkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansi ya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və c inayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunması nı zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmi ş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şə xsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə kollegiyası kassasiy a şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi nəticəsinə gəlinərək birinci instansiya məh kəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbayca n Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar