Məhkəmə qərarları › İş №1(102)-652/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-652/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-652/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs və Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı ilə isə cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi O.H.Yusubov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri nin tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 9,105 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin B aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 16:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi O.H.Yusubov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu oğlu (sədrlik e dən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 15 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum ittiham olunduğu əməli satış məqsədilə törətməsi sübuta yetirilmədiyindən onun psixotrop maddənin qanunsuz dövriyəsi ilə bağlı həmin əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və ona bu maddə əsasında 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apell yasiya baxışına təyin edilməsi, Məhkum müdafiəçisi O.H.Yusubov isə kassasiya şikayəti verərək göstərilən qərarın ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci ii tarixli Qərarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 04 mart 2011-ci il tarixli və 21 dekabr 2021-ci il tarixli Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutların bir hissəsinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarını və həmin məhkəmənin gəldiyi nəticəni mübahisələndirən dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə qanunun tələblərini pozaraq iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə Məhkum əməlinin yüngül maddəyə - CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə əsassız qərar qəbul etmişdir. Dövlət ittihamçısı öz kassasiya şikayətində bildirir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habe lə külli miqdarına görə Siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-cı il tarixli Qanununa və bu qanunla təsdiq edilmiş 2-ci Siyahıya əsasən psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı psixotrop maddə metamfetamini bölərək 2 ədəd olmaqla bağlamalara bükdüyü və onun üzərindən aşkar edilərək götürülmüş metamfetaminin şəxsi istehlak miqdarından təxminən 61 dəfə, külli miqdardan isə təxminən 5 dəfəyə yaxın olmuş, bu hal da onun həmin maddəni məhz satış məqsədi ilə əldə etdyini bir daha təsdiq edir. 04 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Məhkum əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd ayrı-ayrı sellofan bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülərkən o, şifahi sorğu zamanı bildirmişdir ki, həmin maddəni 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Rövşən” adlı şəxsdən 200 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb daşımışdır. Eyni zamanda Məhkum psixotrop maddənin satışı ilə məşğul olması və üzərində aşkar edilərək götürülmüş həmin maddəni məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması, yəni CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməs i şahidlərin ifadələri ilə, baxış və maddi sübutun götürülməsi haqqında protokolla, aşkar edilmiş metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyi və sair istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Kassasiya protestində irəli sürdüyü dəlillərə əsaslanarqa dövlət ittihamçısı N.Q.Əliyev həmin protestin təmin edilməsini xahiş edir. CPM-nin bir çox maddələrinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edən Məhkum müdafiəçisi O.H.Yusubov kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun barəsindəki cinayət işinə düzgün baxmamış və nəticədə Məhkum barəsind ə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, müdafiəçi O.H.Yusubov öz kassasiya şikayətində bildirir ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Məhkum hüquqları kobud şəkildə pozulmuş, sonuncu şübhəli şəxs qismində 04 sentyabr 2021-ci il tarixdə tutulsa da, onun şübhəli şəxs qismində hüquq və vəzifələri barədə yazılı bildiriş ona yalnız bir gün sonra - 05 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Cinayət işin materialları ilə isə Məhkum barəsində daxil olan əməliyyat məlumatları və yaxud barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyatqeydiyyat işin başlanması müəyyən edilmir, ümumiyyətlə hallandırılmır və istinad olunmur. Bununla da əməliyyat müvəkkili Şahid1 məlumat verdiyi mənbənin Məhkum barəsində ötürülən məlumatların etimad doğurmasına tam əsaslı olaraq ciddi şübhələr yaranmışdır. Cinayət işin materiallarında olan «Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında» protokolundan göründüyü kimi, Məhkum istifadəsində olan 099 - ***-**-** mobil telefon nömrəsindən 01 yanvar 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahiblərinə dair məlumatlara ("xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskdəki telefon nömrəsi ilə ötürülən məlumatlarına) keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 099 - ***-**-** nömrədən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları olmamışdır. Həmçinin müdafiəçi bildirir ki, polis əməkdaşları həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı Məhkum polis idarəsinə zor tətbiq etməklə gətirmədiklərini, guya yalnız dəvət etdiklərini göstərsələr də, onun 04 sentyabr 2021-ci il tarixdə zor tətbiq edilməklə polis idarəsinə aparılmasını əlavə şahid qismində dindirilmiş X29 və X14 öz ifadələrində təsdiq etmiş, həm əməliyyat-axtarış tədbiri həyata keçirilərkən, həm də ilkin istintaq hərəkətləri aparılarkən kifayət qədər qanun pozuntularına yol verilmişdir. Bundan başqa, Məhkum heç vaxt narkotik vasitələrdən və psixotrop maddərdən istifadə eməsinin araşdırılmış sübutlarla təkzib edildiyi halda onun narkomaniya xəstəliyindən əzab çəkməsi haqqında ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyinin mötəbərliyinə əsaslı ciddi şüb hələri yaratmışdır. Bundan başqa, məhkəmələr Məhkum tutularkən zorakılığa məruz qalması üzrə də heç bir araşdırma aparmamış, halbuki bu hal da həm şahidlərin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təsdiq edilmişdir. Bütün bunlar isə, ilkin və ibtidai araşdırma zamanı sübutların CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsinə, yəni məhkəmələrin əsaslandıqları sübutların yolverilməz olmasına baxmayaraq, məhkəmələr buna diqqət yetirməmiş, müdafiə tərəfinin qaldırdığı bir çox vəsatətlər məhkəmələr tərəfindən təmin olunmamış və nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda qanunsuz olaraq onun barəsində ittiham edici yekun məhkəmə aktları qəbul etmişlər. Bundan əlavə, Məhkum zorakılığa məruz qalması ilə bağlı araşdırmanın nəticələrinə dair cinayət i şinin başlanmasının rədd edilməsi haqqında Nərimanov Rayon Prokurorluğunun qərarının surəti müdafiə tərəfinə yalnız 16 mart 2022-ci il tarixdə rəsmi təqdim edilmiş, 23 mart 2022-ci il tarixdə isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna şikayət verilmiş, həmin şikayətin həlli ilə bağlı hər hansı prosessual qərarın surəti göndərilməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi O.H.Yusubov Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı həmçinin Məhkum da qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məh kəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı N.Q.Əliyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edlmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi O.H.Yusubovun kassasiya şikayətinin məzmunundan isə görünür ki, həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkumun ona ittiham ol unmuş cinayət əməlini törətməsi, yəni ona ittiham olunmuş psixotrop maddə olan metamfetamini əldə etməsi və üstündə gəzdirməsi sübuta yetirilməmiş, buna baxmayaraq o, heç bir cinayət törətmədiyi halda qanusuz və əsassız olaraq məhkum olunmuş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina etməklə iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş və onların qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi O.H.Yusubov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması barədə tələbini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinin tələblərin ə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə.; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifind ə səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı N.Q.Əliyevin protestini və Məhkum müdafiəçisi O.H.Yusubovun şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilm iş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası q aydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını ka ssasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətənd aş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarını n yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdı rmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məq sədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin ə lamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 1 0.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146 -cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və y a onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsu liyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, müm künlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hök mü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü y oxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təq sirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi z əruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, tə qsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Müdafiəçi Məhkum təqsirsiz olduğunu iddia edərkən ona istinad etmişdir ki: - İbtidai istintaq kobud qanun pozuntuları ilə aparılmış; - Məhkum şübhəli şəxs qismində tutulduqdan dərhal sonra onun hüquqları ona izah edilməmiş, o, cinayət təqibinin ilkin mərhələsində işgəncələrə məruz qalmışdır; - məhkəmələr tərəfindən iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə qaldırılmış əhəmiyyətli vəsatətlər təmin edilməmişdir. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəs i ittihamın irəli sürülməsinə, sonradan isə onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalarına əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı onların müdafiə, azadlıq, ədalətli məhkəmə araşdırmasına nail olmaq və digər hüquqlarının pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmamış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Belə ki, kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlı cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 raportla həmin idarəsinin rəisinə müraciət edərə k daxil olmuş əməliyyat məlumatında Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirir, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün Məhkum yaxalanmasını, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini eyni raportla xahiş edir. Bundan sonra, 04 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən həmin tarixli digər qərarla yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən Məhkum, bütün prosessual sənədlərdə göstərildiyi kimi, həmin tarixdə saat 16:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və onun üzərində müdafiəçisi Ə.B.İskəndərovun iştirakı ilə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əvvəla, qeyd olunmalıdır ki, cinayət işinin maiteriallarına əsasən, Məhkum şübhəli şəxs qismində 04 sentyabr 2021-ci il tarixdə tutulsa da, onun şübhəli şəxs qismində hüquq və vəzifələri barədə yazılı bildiriş təhqiqatçı tərəfindən həmin tarixdə tərtib edilmiş, lakin bildirişin Məhkum verilməsi, yəni faktiki olaraq ona hüquq və vəzifələinin qeyd olun an tarixdə izah edilməsi bu bildirişlə müəyyən edilmir və belə bildiriş yalnız müstəntiq tərəfindən bir gün sonra - 05 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir. CPM-nin 90.7.2-ci maddəsinin tələbinə görə isə, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. CPM-nin 125.2.4-cü maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, tərtib edilmiş 04 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərara və protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə (bu sənədlərin heç biri qanuna müvafiq qaydada qeydiyyatdan keçirilməmişdir və şəxsi axtarış və götürmə aparılması haqqında protokol istisna olmaqla, onların həqiqətən 04 sentyabr 2021-ci il tarixdə tərtib edilməsi şübhə doğurur), Məhkum faktiki olaraq həmin gün saat 16:15-də tutulsa da, onun üzərində axtarış 18.29-dan başlanılıb, protokolda göstərildiyi kimi, 18.22-də qurtarmış, yəni bu istintaq hərəkətinin aparılması vaxtı heç düzgün göstərilməməklə yanaşı o, üzərində şəxsi axtarış aparılana qədər iki saatdan artıq, tutulduğu saat 17.29-dan sonra isə bir saat müddətind ə polis əməkdaşlarının nəzarətində olmuş və həmin müddət ərzində, ona elan olunmuş ittihama əsasən, üzərində saxladığı və daşıdığı psixotrop maddənin aşkar edilərək götürülməsi üçün heç bir tədbir görülməmişdir. Hərçənd, CPM-nin 90.11.2-ci maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsini daşımışdır və hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və X6, hər birisi ayrı-ayrılıqda Məhkum saxlanıldığı yerdə üzərində dərhal şəxsi axtarışın aparılması üçün şəraitin olmamasını bildirsələr də bunun üçün maneələrin nədən ibarət olması nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Hazırki işin materiallarından Məhkum saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şəxsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə 04 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar eyni tarixli məktublarla CPM-nin 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Nərimanov və Səbail Rayon Məhkəmələr inə göndərilmiş, lakin istər bu qərarın qəbul edilməsinə əsas olmuş məlumatları, istərsə də göstərilən qərar əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən müvafiq prosessual və qeyri-prosessual sənədlər qərara əlavə olunmamış, yəni məhkəmələrə təqdim edilməmiş, məhkəmələr isə heç bir araşdırma aparmadan qərarın qanuna uyğun olması barədə 09 sentyabr 2021-ci il tarixli qərarlar qəbul etmişlər. Halbuki, məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmənin qərarı olmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərara sadəcə prosessul sənəd kimi baxmaq, heç bir araşdırma aparmadan onun qanuna uyğun olması və aparılmış tədbirlər nəticəsində əldə edilmiş sübutların qanunuliyi barədə nəticəyə gəlmək həm Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, həm də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat- axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra həmin Qərarda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həm in tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqı nda” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərli yi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçi rən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. CPM-nin 137-ci maddəsinə əsasən isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axta rış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təhqiqat zamanı üzərinə şəxsi axtarış və götürmə aparılarkən 04 sentyabr 2021-ci il tarixdə verdiyi izahatında, ibtidai istintaq zamanı müdafiəçisi X2 iştirakı ilə 05 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində və 06 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsini qismən etiraf edərək üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni məhz özünün şəxsi istifadəsi üçün 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bak ı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi "Rövşən” adlı şəxsdən 200 manat pul müqabilində aldığını bildirsə də, həm Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi, həm də digər müdafiəçisi Yusubov Orxan Hümbət oğlunun iştirakı ilə 06 noyabr 2021-ci il tarixdə təkrarən təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmiş, 23 noyabr 2021-ci il tarixdə təkrarən təqsirləndirilən şəxs qismində dindirilərkən də eyni ifadələr verərək həmçinin göstəmişdir ki, o, heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş və narkomaniya xəstəliyindən əzab çəkmir. Eyni ilə, həm birinci, h əm də apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək analoji ifadələr vermiş və həmçinin göstərmişdir ki, o, o, 04 sentyabr 2021-ci il tarixdə tanışları X8la, X23la və X15 ilə birlikdə çay evinə getmiş və orada 3-cü kabinetdə oturub çay içərkən 7-8 nəfər içəri daxil olub, onun əlinə qandal vurub demişlər ki, onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməlidir. Həmin vaxt polis əməkdaşları özləri ilə onunla birlikdə çay evində olan dostları X8ni və X15ni də aparmış və bu halı, yəni onların əlləri qandalla bağlanmış vəziyyətdə çay evindən çıxarılıb döyülərək avtomaşına əyləşdirilməsini yaxınlıqda dayanmış taksi sürücüləri də görmüşlər. Sonra polis əməkhdlaşları onun cibinə psixotrop madd ə qoyub "bu bizdən sənə hədiyyədir” deyərək ona bu maddənin ona məxsus olması və eyni zamanda həmin maddəni "Rövşən adlı şəxsdən Bayıl ərazisində alması barədə ifadə verməyi tələb etmişlər, o, da işgəncələrə məruz qaldığı üçün ilkin izahatında və ifadələrində bunu demiş, lakin məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən işgəncəyə və fiziki təzyiqə məruz qaldığını, buna görə polis əməkdaşlarının dedikləri ilə razılaşmasını və ilkin sənədləri də bu səbəbdən imzalamasını hakimə bildirrmişdir. Məhkumla yanaşı 04 sentyabr 2021-ci il tarixdə daha iki nəfər yetkinlik yaşına çatmamış şəxslərin – X8 və X15 saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması halını həmçinin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əmə kdaşları Şahid1, Şahid2 və X6 də ayrı-ayrılıqda verdikləri ifadələrində təsdiq etmiş, lakin onların məhz harada (kafedə və ya küçədə) saxlanılması nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr tərəfindən sonacən araşdırılmamış, bu halla bağlı məhkum olunmuş şəxsin və şahidlərin verdikləri ifadədərdə mövcud olan ziddiyyətlər isə aradlan qaldırılmamışdır. Belə ki, ibtidai araşdırma zamanı dindirilmiş yetkinlik yaşına çatmamış (13 sentyabr 2004-cü il təvəllüdlü) X26 ibtidai araşdırma zamanı dindirilərkən onun, Məhkum və X8nin həqiqətən 04 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində “Dünya Marketin” qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmalarını, bu zaman onlara heç bir təsir və təzyiq göstərilməməsini, İdarə də Məhkum tutulmasını, onun və İmranın isə buraxılmasını göstərsə də, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X8 onların 04 sentyabr 2021-ci il tarixdə saxlanılması halı haqqında tamamilə fərqli ifadələr vermişdir. Belə şahid X8 birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, 04 sentyabr 2021-ci il taixdə saat 15.30 radələrində o, Məhkum, X15 və X23 əvvəlcədən razılaşdıqları kimi görüşüb “Dünya Marketin” ikinci mərtəbəsində yerləşən çayxanada olarkən Fərid onlardan ayrılıb internetin parolunu öyrənmək və yemək sifariş vermək üçün getmiş və bu vaxt təxminən 7-8 nəfər çayxanaya daxil olaraq, özlərini təqdim etmədən onların özləri ilə getmələrini tələb etmişlər. Həmin şəxslərin polis əməkdaşları olmalarını başa düşüb onlar, yəni o, Məhkum və X15 buna etiraz etməmi ş və Məhkumın qollarına qandal bağlayıb həm də onların qollarını qandallamaq istədikdə Məhkum polis əmkdaşlarına X15nin və onun yetkinlik yaşna çatmamalarını bildirərək bunu etməməməlirini xahiş etmiş, polis əməkdaşları da bununla razılaşmış, lakin onların üçü də iki avtomaşında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. Yolda onunla Məhkumın olduqları avtomaşının sürücüsü sonuncudan silah olub-olmamasını soruşmuş, o, da həmin şəxsə onda silah olmadığını bildirdikdə onun yanında oturan şəxs əlini Məhkum cibinə salaraq “bu da sənə bizdən hədiyyə” demişdir. İdarədə isə polis əməkdaşları onlara qarşı fiziki zor tətbiq etmiş, sonra isə bilmədiyi sənədlərə imza etdirib onu və X15ni buraxmış, Sübhanı isə İdarədə saxlamışlar. İki gündən sonra ona Məhkum valideynlərinin dedikl ərindən məlum olmuşdur ki, İdarədə onun üzərindən narkoik vasiə aşkar edilərək götürülmüşdür. Halbuki, Məhkum heç siqarət çəkmir və onun narkotik vasitələrdən və psixotrop maddədən istifadə etdiyini o, yəni X8 heç vaxt görməmişdir. Göründüyü kimi, şahidlər X15nin və X8nin eyni hadisə barəsində verdikləri ziddiyyətli ifadələrin fonunda məhkəmələr həmin ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, həmin ifadələrdə müxtəlif şəkildə təsvir edilmiş hallarla bağlı həm X15, həm də 04 sentyabr 2021-ci il tarixdə Məhkumla birlikdə olmuş X23 məhkəmədə dindirilməmişlər, baxmayaraq ki, müdafiəçilər həmin şəxslərin dindirilmələri barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında dəfələrlə vəsatətlər qaldırmış, bunun zəruriliyini kifayət qədər yazı lı vəsatətlərində əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarı ilə bu vəsatət təmin elilsə də həmin qərar icra edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetirməyərək iş üzrə həqiqətin müəyyən edilməsi məsələsində eyni çatışmazlığa yol verminşdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi sanki bu vəsatətlərin təmin edilməsi istiqamətində hərəkət edərək hökmdən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul etsə də, yalnız Məhkum dindirilməsi və onun şəxsi işinin istintaq təcridxanasından tələb edilərək tədqiq olunması ilə kifayətlənmişdir. Bundan başqa, iş materiallarından görünür ki, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında Məhkum müdafiəçiləri 04 sentyabr 2021-ci il tarixdə sonunc unun və onun dostlarının “Dünya Marketin” ikinci mərtəbəsində yerləşən kafedə saxlanılarkən polis əmkdaşları tərəfindən həmin kafedə quraşdırılmış nəzarət kameralarının sökülərələrək özləri ilə aparılmasını iddia edib bunu təsdiq edən audioyazını məhkəməyə təqdim etsələr də, məhkəmələr bu məsələnin də araşdırılması barədə qaldırılmış vəsatəti təmin etməmiş, bu halla bağlı ibtidai araşdırma zamanı kafenin cəmisi bir işçisi – X11 dindirilməsini nəzərə alıb bununla kifayətlənmişlər. Məhkəmə kollegiyası hesab edir ki, X15nin və X23un məhkəmə iclasında dindirilmələri, kafedə quraşdırılmış nəzarət kameralarının həqiqətən sökülərək aparılıbaparılmamasının müəyyən edilməsi üçün adı çəkilən kafenin digər işçilərinin də dindirilmələri zəruri olmuşdur ona görə, bu istintaq hərəkətinin aparılması nəti cəsində ilk növbədə Məhkum və onun dostllarının polis əməkdaşları tərəfindən saxlanılmalarının dəqiq yeri, onların fiziki zorakılığa məruz qalıb-qalmamaları kimi iş üçün əhəmiyyətli hallar müəyyən edilə bilər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin mateiallarına əsasən, həmin işə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiə tərəfi Məhkum təhqiqat və ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici izahatının və ifadələrinin ona qarşı fiziki zor tətbiq edilməklə alındığını iddia edərək bu barədə müvafiq sübutları məhkəmələrin diqqətinə çatdırmış, həmin izahat və ifadələrin sübutlar siyahısından çıxarılmasını xahiş etmiş, lakin məhkəmələr bu xüsusatın da aydınlaşdırılması məqsədi ilə faktiki heç bir tədbir görməmiş və həmin məsələ ilə bağlı Nərimanov rayon prokurorluğunun müstənitiqi X16 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli qərarın qəbul edilməsini edilməsini nəzərə alaraq bununla kifayətlənmişlər. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Anatomiya birliyi Publik hüquqi şəxsin 307/MEŞ saylı, 07 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Məhkum bədən səthində aşkar olunmuş xəsarətlər - sol bazunun, sağ dirsək oynağı nahiyyəsinin, sağ mil-bilək oynağı nahiyyəsinin, hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdir. Müxtəlif şəraitdə yetirilə bilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildik lərindən dərəcələri təyin edilmir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 oktyabr 2021-ci il tarixli qərara əsasən, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə həmin idarənin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhlil edilən qərardan göründüyü kimi, araşdırma yalnız Məhkum ona işgəncə verdiyiklərini iddia etdiyi polis əməkdaşları X3 və Şahid2 izahatlarının alınmasından və 07 sent yabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə-tibbi müayinənin nəticələrinə dair tərtib edlilmiş 04 oktyabr 2021-ci il tarixli rəyin təsvirindən ibarət olmuşdur. Həmin rəydə Məhkum bədəninin müxtəlif navhiyələrində aşkar olunmuş xəsarətlərin müayinədən 4-5 gün əvvəl yetirilməsi mümkünlüyünə istinad edən müstəntiq bu xəsarətlərin 03 sentyabr 2021-ci il tarixdə yetirilməsi, yəni Məhkum saxlanılarkən və bundan sonra qarşı işgəncəyə, qəddar, qeyri-insani rəftara yol verilməməmsi barədə nəticəyə gəlmişdir. Halbuki, elə polis əməkdaşları Şahid1 və Şahid2 özləri birinci instansiya məhkəməsinin məhkəmə iclasında ayrı-ayrılıqda dindirilərkən göstərmişlər ki, Məhkum 04 sentyabr 2021-ci il tarixdə tutularkən onun bədəni üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, belə bir ziddiyyətlərin fövqündə Məhkum əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və iş üzrə təhqiqatın aparılması zamanı fiziki zorakılığa, işgəncələrə və şərəf və ləyaqətini alçaldan rəftara məruz qalıb qalmamasını yoxlanılması labüd olmuşdur, lakin məhkəmələr müdafiə tərəfinin bu barədə iddiası üzrə heç bir araşdırma aparmamış, faktla bağlı məlumatlı şəxslər müəyyən edilib dindirməmiş, onun saxlanılarkən və bundan əvvəl sağlamlıq vəziyyəti müqayisə edilməmişdir.,Apellyasiya instansiyası məhkəməsi də yalnız məhkumun şəxsin işini və tibb kitabçasını əldə edərək həmin sənədlərə baxış keçirməklə kifayətlənmiş, bu sənədlərdə isə, Məhkum istintaq təcridxanasına qəbul edilərkən onda hər hansı xəsarətin olmaması barədə qeydlər aparılmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də iş üzrə qəbul etdiyi yekun məhkəmə aktında Məhkum təqsirliliyi məsələsini həll edərkən müstəsna olaraq onun ilkin araşdırma zamanı verdiyi etirafedici ifadələrini şərh edərək yalnız bu ifadələrə əsaslanmış, lakin təhlil edilən məsələ üzrə şübhələr ortada olduğu vəziyyətdə, həmin etirafedici ifadələri mümkün sübutlar kimi qiymətləndirib, onlardan ittihamın əsaslandırılmasında istifadə etmiş, yəni sübutun yolverilənliyi məsələsi üzrə şübhəni məhkum olunmuş şəxsin xeyrinə deyil, ziyanına şərh etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə bir araşdırmanın aparılması zərurəti ondan irəli gəlmişdir ki, Məhkum işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmamasının müəyyən edilməsi bu zaman əldə edilmiş sübutların da qiymətləndirilməsində xüs usi əhəmiyyət kəsb edir, digər tərəfdən isə hər hansı şəxsin bu kimi rəftara məruz qalmamaq hüququ, bu hüququn pozulması hallarının səmərəli şəkildə araşdırılması məcburiliyi qanunvericiliyin aşağıdakı tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində i nsanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya lə yaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3- cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsm tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgənc əyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bil dirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir...Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokuroroluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar pr okururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, hazırki cinayət işinin materiallarına görə, məhkumun müdafiəçiləri həm birinci instansiya məhkəməsinin hazırlıq iclasında, həm də işə mahiyyəti üzrə məhkəmələrdə baxılarkən Məhkum narkomaniya xəstəliyinə düçar olub-olmamasını, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin yoxlanılması üçün iş üzrə təkrar məhkəmənarkoloji ekspertizasının təyin edilib keçirilməsi, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması üçün ifadələri mühüm əhəmiyyətə malik olan əlavə şahidlərin dindirilmələri, məhkumun anasının “102” qaynar xidmətə zənqlərin etməsi barədə müvafiq idarələrə sorğuların göndərilməsi haqda yazılı şəkildə vəsatətlər qaldırsalar da məhkəmələr həmin vəsatətlərin bir qismini ə saslandırılmış qərar qəbul etmədən sadəcə rədd etmiş, bir qisminə isə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı zamanı vəsatətlər və xahişlər cinayət prosesi iştirakçılarının, habelə cinayət prosesində iştirak edən digər şəxslərin hüquq və vəzifələrinin həyata keçirilməsinin ən mühüm vasitələrindən biridir. CPM-nin 121-ci maddəsinin tələbinə əsasən vəsatət və ya xahişlərə onların verilməsindən bilavasitə sonra baxılmalı və onun təmin və ya rədd edilməsi barədə qərar qəbul edilməlidir. CPM-nin 121.2-ci maddəsində təsbit edilmişdir ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün h alların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 323.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. CPM-nin 323.6-cı maddəsinə görə isə, vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-nin 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi Qərarında qeyd etmişdir ki, əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər. Beləliklə, göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın əsaslandırılması milli qanunvericiliklə yanaşı Avropa Məhkəməsinin qərarlarında da əks etdirilmişdir. Oxşar yanaşma Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilibedilməməsinə diqqət yetirilməlidir (“Ayatulla Ay Türkiyəyə” qarşı iş üzrə 27 oktyabr 2020-ci il tarixli Qərar, § 126). Məhkəmənin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə baxışı haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (“Regner Çex Respublikasına qarşı” iş üzrə 19 sen tyabr 2017-ci il tarixli Qərar, § 146) Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (“Fərzəliyev Azərbaycana qarşı” iş üzrə 25 may 2020-ci il tarixli Qərarı, § 35). İş materiallarıdan görünür ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu dövrdə də məhkəmə müdafiə tərəfinin qaldrdığı vəsatətlər üzrə ətraflı məhkəmə araşdırmasının həyata keçirilməsindən imtina etmiş, yuxarıda göstərilən qanun pozuntularına isə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, CPM-in 397.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfi ndən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı" iş üzrə 09 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hü quqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv" anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli" olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına ma lik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Apardığı təhlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sə nədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum hətta C M-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlməzdən əvvəl, buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı araşdırmadığından, bununla bağlı müdafiə tərəfinin qaldırdığı vəsatətlər üzrə müvafiq qərarlar qəbul edərkən həmin qərarları lazımi şəkildə əsaslandırmadığından, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, ibtidai araşdırma zamanı məhkum olunmuş hüqüqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına diqqət yetirmədiyindən (Məhkum müdafiəçi Ə.B.İskəndərovun xidmətindən 06 noyabr 2021-ci il tarixdə imtina etdiyi təqdirdə həmin müdafiəçi hələ 06 sentyabr 2021ci il tarixdə heç bir əsas göstərilmədən başqa müdafiəçi ilə - X9 ilə əvəz edilmişdi r), bütün bünlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 15 noyabr 2021-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işi üzr icraata hər hansı əsasla xitam verilməsi barədə qərarın qəbul edilməsi mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası dövlət ittihamçısı N.Q.Əliyevin kassasiya protestinin dəlillərinə cavab olaraq qeyd edir k i, hazırki iş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Buna baxmayaraq, yalnız törədilmiş əməlin predmeti olan psixotrop maddənin külli miqdarda olması və onun ayrı-ayrılıqda iki bükümə yerləşdirilməsi əsası ilə Məhkum qarşı CM-nin 234.4.3-cü maddə ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CMnin 234.4.3-cü maddəsi ilə tə qsirlli bilinməsi üçün sübut kimi sonuncunun ilkin ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə ittihamın təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq yalnız təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən ya naşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək belə qənaətə gəlir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi, üzərində saxlaması və daşıması mötəbər və mümkün sübutlarla təsdiq olunmamış və ona törətməsi istinad olunan əməlinin CM-nin 234.4.3-cü maddəsi tövsif edilməsi üçün heç bir əsas olmamışdır. Məhkəmə kollegiyası müdafiəçi O.H.Yusubovun kassasiya şikayətinin dəlilləri ilə bağlı hazırki qərarın “Hüquqi məsələlər” hissəsində göstərdiyi hallara, bu hallarla bağlı səgilədiyi mövqeyə və onun əsasında gəldiyi nəticəyə əsaslanaraq, apellyasiya instansiyası məhkəməsi tərəfin dən isə iş üzrə natamamam araşdırma aparılmasını nəzərə alaraq kassasiya protestinin dəlilləri üzrə daha ətraflı təhlil aparılmasına zərurət görmür, lakin eyni zamanda qeyd etməyi lazım bilir ki, Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı həmin dəlillər yalnız ehtimallara əsaslanmış və heç bir sübutla təsdiq olunmur. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və həmin protestin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə müdafiəçi O.H.Yusubovun, həmin şikayətin təmin olunmaması və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmr anovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, kassasiya şikayəti isə qismən təmin edilməklə Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qa ydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasi ya protestinin təmin edilməsin. Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar