Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-652/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum oğlunun iştirakları ilə, Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in ) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(103)-1944/2024 nömrəli qərarından Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum oğlu 2 fevral 1991-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin üvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanının mövqeyinə görə Məhkum satış məqsədi i lə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Nərgiz” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Nərgiz” adlı şəxs və qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində gizlətməklə saxladıqları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in l siyahısına daxil olan külli miqdarda 5010,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 2 ünvanının yaxınlığ ına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 22:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada 11 iyun 2023-cü il tarixdə saat 00:41-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Məhkum sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı təmiz çəkisi külli miqdarda 5.010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X6 və X3 ibarət məhkəmə tərkibində) 3 iyun 2024-cü il tarixli, 1(101)-1076/2024 nömrəli hökmü ilə Məhkum oğlunun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum oğlunun cəzaçəkmə müddətinin başlanğıcının 10 iyun 2023-cü il tarixdən hesablanması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən, Məhkum oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmç inin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum oğlu tərəfindən apellyasiya şikayəti və müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilərək, barəsində bəraət hökmü çıxarılması xahiş edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət məhkəmə tərkibində) 3 oktyabr 2024-cü il tarixli, 1(103)1944/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1076/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli hökmünün məhkum edilmiş Məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(103)-1944/2024 nömrəli qərarından Məhkum oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum oğlu kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, heç bir araşdırma aparmadan onun barəsində formal olaraq yekun qərar qəbul etmişdir.
8. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(103)-1944/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinə qanuni və ədalətli baxılmasını xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum, tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhk əməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbi ndən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum oğl u, onun təqsirli bilindiyi AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(103)-1944/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
20. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilmə sində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
21. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
22. Məhkəmə kollegiyası Məhkum oğlunun barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsin in müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
26. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum oğlunun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum oğlunun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 1(101)-1076/2024 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.
27. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək hesa b etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum oğlunun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
28. Bunu nla yanaşı məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.
29. Məhkum oğlu kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(103)-1944/2024 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.
30. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində, müdafiəçisinin apellyasiya şikayətinə əlavədə irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum oğlunun cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
31. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzak irə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum oğlunun törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
32. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(103)-1944/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 oktyabr 2024-cü il tarixli, 1(103)-1944/2024 nömrəli qərarı Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.