Məhkəmə qərarları › İş №1(102)-653/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-653/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-653/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1, 128 və 144.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Müstəcəb Əliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və R.Ə.Sadıxovdan ibarət tərkibdə) Məhkum- xx xxxxxxx 1976-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul ol an, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci, 128 və 144.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 29,120.1-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 144.3cü maddəsi ilə 10 (on) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq, 12 ( on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın çəkilməsinin əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İş in halları: Məhkum xx xxxxxxx 2018-ci il tarixdə qeyri-rəsmi ailə münasibətində olduğu Zərərçəkmiş şəxs1 ondan icazəsiz rəfiqəsi Zərərçəkmiş şəxs2 evinə qonaq getməsi səbəbindən onunla mübahisə edib, sonradan Zərərçəkmiş şəxs1 Valeryevnanı özünün yaşadığı ünvan 3 ünvanına gətizdirmək üçün sonuncunun keçmiş ərindən olan yetkinlik yaşına çatmayan oğlu, xx xxxxxxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 ünvan 2 ünvandan oğurlayıb onu ünvan 4 gətirib orada saxlayıb, mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 onun yanında olduğunu bildirib ondan onun yaşadığı ünvana gəlməsini tələb edib saat 24:00 radələrində Zərərçəkmiş şəxs1 rəfiqəsi Zərərçəkmiş şəxs2 və sonuncunun əri X7 birlikdə gəldiyini görüb onları yaşadığı mənzilin yerləşdiyi blokunda qarşılayıb Zərərçəkmiş şəxs1nay a tək onun yaşadığı mənzilə gəlməyi təklif etdikdə, X8 söhbətə müdaxilə edib Zərərçəkmiş şəxs1 mənzilə tək gəlməyəcəyini bildirməsindən sonra, Zərərçəkmiş şəxs1 da mənzilə gəlməyib geri qayıtdığını, Zərərçəkmiş şəxs2 Əliəddin qızınının da mübahisəyə müdaxilə edib onun ünvanına iradlar bildirməsi səbəbindən mənzilə daxil olub oradan mətbəx bıçağını götürüb bloka çıxıb Zərərçəkmiş şəxs2 ayaq nayihəsindən bir dəfə vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmağa aid olan sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən xəsarət yetirib Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlib bu məqsədlə də onun arxası ilə qaçıb blokun 3-cü və 2-ci mərtəbələri arasında ona hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli və sağlamlığa ağır zərərvurmaya aid olan qarının ön divarını n kor bağırsağın zədələnməsi ilə müşayiət olunan daxilə keçən bir, döş qəfəsinin sol yarısının diafraqmanın, nazik bağırsağın, köndələnçəmbər bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayiət olunan daxilə keçən torokobdominal bir, cəmi iki ədəd deşilmişkəsilmiş yaralar, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol budun, sol saidin, sol bazunun, sol süd vəzinin, sağ saidin, sağ əlin, sağ əlin İ-İİ barmaqarası nayihəsinin, qarının, bel nayihəsinin, sol kürək nayihəsinin, döş qəfəsinin sol yan səthinin cəmi 16 ədəd deşilmiş-kəsilmiş yaralar, dərəcəsi təyin edilməyən sol dirsək oynağının qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirib Zərərçəkmiş şəxs1 hərəkətsiz qalıb özünü öldüyü görüntüsü yaratdığından onun öldüyü qənaətinə gəlib oradan öz mənzilinə qayıdıb Zərərçəkmiş şəxs3 mobil telefonunu qaytararaq onu azad etmiş, lakin Zərərçəkmiş şəxs1 da Məhkum Valeryeviçin ondan uzaqlaşdığını görüb oradan getmiş və ona edilən tibbi yardım nəticəsində ölmədiyindən xilas olunduğundan da Məhkum Valeryeviç Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətləri və apelyasiya protesti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Müstəcəb Əliyev kassasiya protesti verərək, qərarın ləğv edilməsini və cinayət işinin həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Müstəcəb Əliyev kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallar işin faktiki hallarına, həmin hallara verilmiş qiymət isə qanunvericilik normalarına uyğun olmadığından məhkəmə tərəfindən işin faktiki və hüquqi tərəfləri üzrə yanlış nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı dövlət ittihamçısının apellyasiya protestinin dəlillərini araşdırmadan, yalnız təqsirləndirilən şəxsin özün ü müdafiə xarakterli və qısa məzmunlu çıxışını dinləyərək hökmün dəyişdirilmədən saxlanılması barədə məhkəmə hökmünü təkrarlamaqla, heç bir əsaslandırma aparmadan yekun qərar qəbul etmişdir. Məhkəmə hökmündə Məhkum yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 oğurlaması təsdiq edilsə də, hökmdə məhkəmənin müəyyən etdiyi hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyət yaranmışdır. Belə ki, məhkəmə tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri Zərərçəkmiş şəxs3 Məhkum tərəfindən oğurlanması hissəsində həqiqi qəbul edilmiş, Məhkum adam oğurluğu cinayətini törədən zaman “Zərərçəkmiş şəxs3 öldürəcəyi ilə hədələməsi, onu mənzilinə qaldırdıqdan sonra ona hədə-qorxu gəlməsi, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 öldürəcəyini bildirmə si” xüsusatına isə “tənqidi” yanaşılaraq həmin halların öz təsdiqini tapmadığı qənaətinə gəlinmişdir. Eləcə də, təqsirləndirilən şəxs Məhkum ifadəsində onun Zərərçəkmiş şəxs1 öldürmək niyyətidə olmaması, adam oğurluğu törətməməsi hissəsinə tənqidi yanaşıldığı halda digər xüsusatlar həqiqət kimi qəbul edilmişdir. Bu isə məhkəmə hökmündə sübutlara verilmiş qiymətin obyektiv olmamasını təsdiq edir. Belə ki, Zərərçəkmiş şəxs3 Məhkum tərəfindən hədələnmədiyi halda onun oğurlanması və iradəsi ziddinə başqa mənzilə aparılması və orada saxlanılması məntiqi görünmür. Zərərçəkmiş şəxs3 Məhkum tərəfindən hədələnməsi xüsusatı Zərərçəkmiş şəxs3 ifadəsində də təsbit edilmişdir. Eləcə də, Məhkum Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 öldürəcəyini bildirmədiyi halda onun gecə saatlarında rəfiqəsi Zərərçəkmiş şəxs2 və sonuncunun əri x8 ilə təlaş içində qısa zaman ərzində şəhərin bir ucqar yerindən digər ucqar nöqtəsinə gəlməzdilər. Əks təqdirdə “faktiki olaraq ailə münasibətlərində olub, həyat yoldaşı kimi Zərərçəkmiş şəxs1 qayğısına qalıb onunla birgə yaşayıb birgə təsərüfatla məşğul olan Məhkum Zərərçəkmiş şəxs1 zəng edib onun oğlu Zərərçəkmiş şəxs3 yanında olduğunu bildirib onu da ora çağırması” adi məişət məzmunlu çağırış kimi qiymətləndirilə, ya həmin ünvana Zərərçəkmiş şəxs1 tərəfindən tək gedilməli, ya ümumiyyətlə həmin dəvətdən imtina olunmalı ya da başqa vaxta təxirə salınmalı idi. Buna baxmayaraq, Zərərçəkmiş şəxs1 oğlunu öldürməklə hədələndiyindən bir neçə şəxslə təlaş içində ən qısa zaman kəsiyində həmin yerə getmişdir. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkm iş şəxs1 və Zərərçəkmiş şəxs2 və şahid x4 ifadələrində ən əhəmiyyətli xüsusat olan “adam oğurluğu” cinayətinin baş verməsi haqqında onların həqiqi məlumat verməsi, lakin əməlin tövsifinə təsir göstərməyən xüsusat - Məhkum Zərərçəkmiş şəxs3 ölümlə hədələməsi və bu barədə Zərərçəkmiş şəxs1 məlumat verməsi barədə isə həqiqətə uyğun olmayan ifadələr verməsi ağlabatan hesab edilmir. Eləcə də, hökmdə təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinin hansı hissəsinin həqiqətə uyğun, hansı hissəsinin isə uyğun olmadığı məhz hansı meyarlar və işin hansı halları ilə ziddiyyət təşkil etdiyi də göstərilməmişdir. Odur ki, məhkəmə öz hökmündə bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin səbəbini göstərmədiyindən və gə ldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından Məhkum Zərərçəkmiş şəxs3 öldürəcəyi ilə hədələməsi, onu mənzilinə qaldırdıqdan sonra ona hədə-qorxu gəlməsi, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 öldürəcəyini bildirməsinin təsdiq edilməməsi nəticəsinə gəlməkdə haqlı olmamışdır. Məhkəmənin qənaətinə görə Məhkum törətdiyi əməlləri cüzi səbəbdən xuliqanlıq niyyətilə törətməsi kimi qiymətləndirmək üçün əsaslar olmamışdır. Məhkəmələrin bu nəticəyə gəlməsi də əsassız olmaqla cinayət işi materiallarına da ziddir. Belə ki, Zərərçəkmiş şəxs2 və x4 ifadələrindən də göründüyü kimi Məhkum ilə telefonda danışdıqda sonuncu Zərərçəkmiş şəxs1 “Məmməd yanımdadır, mən elə bir şey edəcəm ki, sən ömür boyu onun altını çəkəcəksən” demiş, onlar bu sözdən təşvişə düşərək taksi ilə əvvəlcə Zərərçəkmiş şəxs1 övladları ilə birgə yaşadığı ünvana, daha sonra isə hadisə yerinə gəlmişlər. İşin bütün faktiki halları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 və əri x8 vətəndaşlıq borclarını yerinə yetirərək törədilmiş xüsusilə ağır cinayətin davam etməsinin qarşısını almaq, oğurlanmış yetkinlik yaşma çatmayan şəxsin xilas edilməsi, eləcə də daha ağır cinayətlərin qarşısının alınması məqsədilə hadisəyə müdaxilə etmişlər. Belə ki, iş materiallarından da göründüyü kimi, Məhkum pəncərədən “Onsuz da x6 kəsmişəm” deməsindən sonra təşvişə düşən x9 Zərərçəkmiş şəxs1 polisə zəng etməyi tapşıraraq özü və arvadı Zərərçəkmiş şəxs2 kömək üçün qonşuluqda yaşayan Vitaliy Potopovun evinə qalxmış, bu zaman isə Məhkum icimai və vətəndaşlıq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 xəsarət yetirmişdir. Qeyd olunanlar da Məhkum məhz heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə hərəkət etdiyini təsdiq edir. İş materiallarından da göründüyü kimi, xuliqanlıq hadisəsinin təşəbbüskarı təqsirləndirilən şəxs Məhkum olmuşdur. Belə ki, o xüsusilə ağır cinayət olan yektinlik yaşına çatmayanı oğurlamaqla bundan sonra baş verəcək hadisələri “ailə-məişət” hüdudlarından kənara çıxartmış, bütün digər hadisələr isə məhz adam oğurluğu cinayəti ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, Məhkumla Zərərçəkmiş şəxs1 arasında əvvəllər də mübahisə və münaqişələr olmuş, onların heç birində Zərərçəkmiş şəxs2 və onun əri x9 iştirak etməmişdir. Təqsirləndirilən şəxs Məhkum özünü ictimai qaydaya qarşı qoyub öz gücünü, eqoizmini nümayiş etdirmək üçün şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq öz qəzəb və kin ini azğın formada ifadə edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vurmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə vurması öz təsdiqini tapmışdır. Bundan başqa hökmlə məhkəmə Məhkum əməlində CM-in 221.3-cü maddəsinin tərkibi olmaması qənaətinə gələrək həmin əməli CM-in 128-ci maddəsinə tövsif etməklə yanaşı həm də, CM-in 221.3-cü maddəsinin ittihamdan xaric olunması kimi bir-birinə zidd qənaətlərə gəlir. Bundan əlavə, məhkəmənin qənaətinə görə, istintaq orqanı tərəfindən Məhkum Zərərçəkmiş şəxs1 öldürmək qəsdini xüsusi amansızlıqla yetirilən əməl kimi qiymətləndirmək üçün əsas olmamışdır. Çünki istintaq zamanı bunu təsdiq edən sübut olmamışdır. Qanunun tələbinə görə cinayətin subyektinin əməlində xüsusi amansızlığın olması baş verm iş faktiki halların amansızlıq olmasını subyektin qabaqcadan bilməsi, bunu arzu etməsi və amansızlıq etməsi başa düşlür. Hazırkı halda Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 amansız rəftar etmək niyyətində olması və bunu arzu etməsini təsdiq edən sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 çoxsaylı xəsarətlərin yetirməsini xüsusi amansızlıq kimi qiymətləndirilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Məhkəmənin bu nəticəsi əsassız olmaqla qanunvericiliyin tələblərinə, işin hallarına və vahid məhkəmə təcrübəsinə ziddir. Belə ki, CM-in 120.2.4-cü maddəsində xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə tövsifedici əlamət kimi nəzərdə tutulmuşdur. İstər məhkəmə hökmündə istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında işin digər fa ktiki hallarına uyğun olmayan və heç bir sübut növü ilə təsdiq olunmayan təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməsi əsaslandırılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə toplanmış sübutlara obyektiv qiymət verməyərək, əməlin tövsifındə səhvə yol verməklə yanaşı, işin faktiki hallarını nəzərə almadan ədalət prinsipini pozaraq əsassız qərar qəbul etmişdir. Odur ki, yuxarıda qeyd olunanlar hazırki qərar qəbul edilərkən Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.2-ci maddəsinə əsasən həmin Məcəllənin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilməməsi və CPM-in 416.0.15-ci maddəsinə əsasən törədilmiş əməlin tövsifmdə səhvə yol verildiyi kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansi yası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə g əlmişdir. Kassasiya protestində göstərilir ki, məhkəmə tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrini Zərərçəkmiş şəxs3 Məhkum tərəfindən oğurlanması hissəsində həqiqi qəbul etsə də, Məhkum adam oğurluğu cinayətini törədən zaman “Zərərçəkmiş şəxs3 öldürəcəyi ilə hədələməsi, onu mənzilinə qaldırdıqdan sonra ona hədə-qorxu gəlməsi, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 öldürəcəyini bildirməsi” xüsusatına isə “tənqidi” yanaşılaraq həmin halların öz təsdiqini tapmadığı qənaətinə gəlinmişdir. Eləcə də, təqsirləndirilən şəxs Məhkum ifadəsində onun Zərərçəkmiş şəxs1 öldürmək niyyətidə olmaması, adam oğurluğu törətməməsi hissəsinə tənqidi yanaşıldığı halda digər xüsusatlar həqiqət kimi qəbul edilmişdir. Məhkum Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 öldürəcəyini bildirmədiyi halda onun gecə saatlarında rəfiqəsi Zərərçəkmiş şəxs2 və sonuncunun əri x8 ilə təlaş içində qısa zaman ərzində şəhərin bir ucqar yerindən digər ucqar nöqtəsinə gəlməzdilər. Əks təqdirdə “faktiki olaraq ailə münasibətlərində olub, həyat yoldaşı kimi Zərərçəkmiş şəxs1 qayğısına qalıb onunla birgə yaşayıb birgə təsərüfatla məşğul olan Məhkum Zərərçəkmiş şəxs1 zəng edib onun oğlu Zərərçəkmiş şəxs3 yanında olduğunu bildirib onu da ora çağırması” adi məişət məzmunlu çağırış kimi qiymətləndirilə, ya həmin ünvana Zərərçəkmiş şəxs1 tərəfindən tək gedilməli, ya ümumiyyətlə həmin dəvətdən imtina olunmalı ya da başqa vaxta təxirə salınmalı idi. Buna baxmayaraq, Zərərçəkmiş şəxs1 oğlunu öldürməklə hədələndiyindən bir neçə şəxslə təlaş içində ən qısa zaman kəsiyində həmin yerə getmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə təxminən saat 21-00 radələrində Məhkum bacısı x10 zəng edərək ondan harada olduğunu soruşdu. O da x4 olduğunu demişdir. x10 x7 onu axtardığını, lakin telefonuna zəng çatmadığını dedikdə o, telefonunun sönülü olmadığını x10 bildirib telefonuna baxdıqda x7 ona çoxlu hədə-qorxu məzmunlu mesajlar yazdığını görmüşdür. x7 ondan harada olduğunu soruşmuş, o da x4 olduğunu demişdir. x7 bundan sonra ona bir neçə dəfə zəng edib, evə getməyi deyib, əks halda onun üçün pis olacağını deyib onunla mübahisə etmişdir. Bundan sonra x7i x4 olmasına inanadırmaq üçün telefonu sonuncuya vermişdir. x7 telefonda x9 ilə acıqlı danışdığı üçün x7 telefonu götürdü. x7 x7 ilə danışığından sonuncu ilə də mübahisə etdiyini başa düşmü şdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadələrində göstərmişdir ki, x7 onun qolundan tutaraq onu özünə tərəf dartıb onunla getməyi tələb etdi. O, etiraz etmək istədikdə x7 “səsini çıxartsan səni öldürərəm” deyib onu liftə mindirmişdir. Həmin vaxt x7 əlində bıçaq və ya başqa silah yox idi. x7 onu taksiyə mindirməmişdən əvvəl onun anası x10 ilə danışıb sonuncuya “oğlun x5 yanımdadır, mən ona elə bir şey edəcəm ki, sən ömür boyu onun altını çəkəcəksən” dedi. x7 yaşadığı evə daxil olduqda həmin vaxt orada x7 qardaşı x8, onun arvadı x9 və oğulu x6 var idilər. Onlar onu görmüş, lakin heç biri ondan heç bir söz soruşmamışlar. x7 x9ya “x10 da gələcək x6 ona görə gətirmişəm” dedi. O, təxminən bir saat evdə qalmışdır. Həmin müddət ərzində o, x7 yaşadığı otaqda t ək olmuş, moruq mürəbbəsi ilə çay içib televizora baxmışdır. Çayı da x7 vermişdir. O, x7ə qızdırması olduğunu demişdir. O da x10nın onu xəstə vəziyyyətdə qoyub niyə getdiyini deyib ona moruq mürəbbəsi ilə çay vermişdir. Onun olduğu otağın qapısı kilidli deyildi. O, Məhkum qoxduğundan qaçmağa və ya qışqıraraq kimisə köməyə çağırmağa qorxmuşdur. Məhkum onun telefonunu əlindən aldığından o, kiməsə zəng edə bilməmişdir. Təxminən bir saat sonra o, binanın blokunda Zərərçəkmiş şəxs2 qışqırıq səslərini eşitmiş, lakin evdən çıxmadığı üçün nə baş verdiyini görməmişdir. Bir qədər sonra x7 onun oturduğu otağa gəlib onun mobil telefonunu özünə verib get demişdir. O, evdən çıxdıqda anasını çağırmış, lakin sonuncu ona cavab verməmiş, bundan sonra o, x8 yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs3 ifadəsind ə x7 x9ya “x10 da gələcək x6 ona görə gətirmişəm” deməsini göstərməsi onu təsdiq edir ki, Məhkum niyyəti və etdiyi hərkətlər yalnız qeyrirəsmi ər-arvad kimi yaşadığı x10nı öz evinə qaytarmağa, ailə münasibətlərini nizamlamağa yönəlmişdir. Məhkum Zərərçəkmiş şəxs3 “səsini çıxartsan səni öldürərəm”, Zərərçəkmiş şəxs1 “oğlun x5 yanımdadır, mən ona elə bir şey edəcəm ki, sən ömür boyu onun altını çəkəcəksən” ifadələr işlətsə də, lakin, Zərərçəkmiş şəxs3 evinə gətirdikdən sonra ona qarşı qayğı ilə yanaşması, həmin ifadələri işlədərkən əlində bıçaq və ya başqa silah olmaması ona dəlalət edir ki, bu hədələr real olmadığı kimi yalnız Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ayiraraq öz ailəsinə qaytarmağa yönəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs3 münasibətdə, sonuncunun iradəsi ziddinə olaraq yaşadığı evdən götürərək öz yaşadığı evə aparması hərəkətlərində adam oğurluğu cinayət əməlinin əlamətləri olmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, şəxsin ailə həyatı toxunulmazdır. Hazırkı cinayət işində X2 və onun həyat yoldaşı X15 x7 ailə işlərinə müdaxilə etməkdə haqlı olmamışlar. Çünki onların müdaxiləsinə qədər Məhkum etdiyi hərəkətlər onlara məlum olmamışdır və Zərərçəkmiş şəxs2 hərəkətləri Zərərçəkmiş şəxs3 azad etmək üçün deyil, Zərərçəkmiş şəxs1 Məhkum ilə münasibətdə tutduğu mövqeyini müdafiə etmək olmuşdur. Buna görə də məhkəmənin qənaətinə görə Məhkum törətdiyi əməlləri cüzi səbəbdən xuliqanlıq niyyəti ilə törətməsi kimi qiymətləndirmək üçün əsaslar olmamışdır. Göstərilənlərə əsasən Ali Məhkəmənin Cinayət Kollegi yası hesab edir ki, Məhkum hərkətlərində xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd cinayət əməlinin əlamətlərinin olmaması barədə birinci instansiya məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun olduğundan bu barədə kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya protestində qeyd edilmişdir ki, xuliqanlıq hadisəsinin təşəbbüskarı təqsirləndirilən şəxs Məhkum olmuşdur. Belə ki, o xüsusilə ağır cinayət olan yektinlik yaşına çatmayanı oğurlamaqla bundan sonra baş verəcək hadisələri “ailə-məişət” hüdudlarından kənara çıxartmış, bütün digər hadisələr isə məhz adam oğurluğu cinayəti ilə bağlı olmuşdur. Təsadüfi deyil ki, Məhkumla Zərərçəkmiş şəxs1 arasında əvvəllər də mübahisə və münaqişələr olmuş, onların heç birində Z ərərçəkmiş şəxs2 və onun əri x9 iştirak etməmişdir. Təqsirləndirilən şəxs Məhkum özünü ictimai qaydaya qarşı qoyub öz gücünü, eqoizmini nümayiş etdirmək üçün şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq öz qəzəb və kinini azğın formada ifadə edərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vurmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə vurması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nini 221.1-ci maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət tərkibi, Məcəllənini 221.3-cü maddəsində isə bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarında şərh edilmişdi ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai q aydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında şərh edilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə m üşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, x10nın x9 və x8 ilə birlikdə gəlib bloka girdiklərini görüb mənzilin qapısı qarşısına çıxmışdır. x10 dördüncü mərtəbədə mənzilin qarşısında, x9 və x8 isə 3-cü mərtəbə ilə 4-cü mərtəbə arasında dayandılar. O, x10ya “tək qalx x9 və x8 mənim evimə girməsinlər” demişdir. x8 də heç kimin evə qalxmayacağını dedi. Bundan sonra da x10 da geri qayıtdı. Bu zaman x9 ona qarşı yersiz sözlər dedi. x8 də bıçaq çıxartdı. O da qorxub evə girib qapını bağlamış, bir qədər sonra x9 onun evinin qapısını döyüb söyüş söydü yünü eşidib x9nın söyüşlər söyməsinə və onun məişət məsələsinə müdaxilə etdiyindən əsəbiləşib mətbəxdən yağ kəsən bıçağı götürüb qapını açaraq mənzildən çölə çıxaraq x9nı özündən uzaqlaşdırmaq məqsədi ilə bıçaqla bir dəfə x9nın ayağına vurmuşdur. Birinci instansiya məhkəməsi iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, Onlar taksidən düşəndə x7 pəncərədən onlara yuxarı qalxmağı işarə edib pilləkanları qalxarkən blokda, 4-cü mərtəbəyə qalxan pilləkənin aşağısında olarkən x7 öz mənzilindən çıxdı. Həmin vaxt onun əlində bıçaq var idi. x7 x10ya “sən tək gəl” dedi. x7 “heç kim oraya gəlməyəcək, sən aşağıya düş, söhbət edək” dedi. x7 isə “onsuz da x5i kəsmişəm” dedi. Onlar bu sözü eşidib şok olmuşlar, bundan sonra x7 x7ə polisə zəng edəcəyini deyib x10ya polisə zəng etmək üçün x7 anasının yaşadığı ikinci mərtəbəyə düşməsini dedi. x7 bunu eşitdikdə öz mənzilinə girib qapını bağladı. x10 aşağı düşdü. O isə x7 ilə birlikdə sonuncunun həmin blokun 5-ci mərtəbəsində yaşayan xalasıoğlu x9 mənzilinə getmək üçün x8 qabaqda o, isə arxada 4cü mərtəbədən bir iki pilləkan 5-ci mərtəbəyə doğru qalxan zaman, x7 mənzilinin qapısını açıb bıçaqla bir dəfə onun sol ayağının yuxarı nahiyəsinə vurdu. Birinci instansiya məhkəməsi iclasnda Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, saat təxminən 24:00 radələrində x9 və x8 ilə birlikdə pilləkənləri qalxmış, 3-cü mərtəbə ilə 4-cü mərtəbə arasında olarkən Məhkum əlində bıçaq mənzilin qarşısında dayandığını görmüşdür. x7 ona “sən tək gəl”, onların mənim evimdə işi yoxdur dedi. x8 də x7ə “x10 tək gəlməyəcək, uşağı burax, s onra söhbət edərik” dedi. x7 isə “onsuz da x6 kəsmişəm, doğramışam” dedi. O, bu sözü eşitdikdə şok olmuş, x7 ona “tez get polisi və təcili tibbi yardımı çağır” dedi. O da aşağı düşüb ikinci mərtəbəyə çatanda x9nın qışqırıq səsini eşidib yuxarı qalxmış, yuxarı qalxanda x7 qapını bağladığını görmüş, qapı tam bağlanmamış x6 onun yuxarı qalxdığını görüb arxasınca düşmüş, o, sonuncunun əlində bıçaq gördüyü üçün aşağı qaçmış, 3-cü mərtəbə ilə 2-ci mərtəbə arasında olan zaman x7 arxadan ona bıçaq zərbəsi vurmuş, Birinci instansiya məhkəməsi iclasında şahid X13 ifadələrində göstərdi ki, x9 və x10 ilə birlikdə x7 yaşadığı ünvan 2 ünvanına getmişlər. Taksidən düşəndə x7 pəncərədən onlara yuxarı qalxmalarını dedi. Onlar blokda, 4-cü mərtəbəyə qalxan pilləkənin aşağısında olarkən x7 əlində bıçaqla öz mənzilindən çıxıb x10ya “sən tək gəl” dedi. O, x7ə “heç kim oraya gəlməyəcək, sən aşağıya düş, söhbət edək” demişdir. x7 isə “onsuz da x6 kəsmişəm” dedi. Bu sözü eşitdikdə şok olmuşlar, o, polisə zəng edəcəyini demiş və x10ya “düş aşağı polisə zəng et” demişdir. x10 da aşağı düşdü, x7 isə özünün yaşadığı mənzilə girib qapını bağladı. O və x9 həmin binada 5-ci mərtəbədə yaşayan xalasıoğlu X4 yaşadığı mənzilə sonuncudan kömək istəmək üçün getmişlər. O qabaqda gedib x8 yaşadığı evin qapısının qarşısında, x9 4-cü mərtəbədən yuxarı qalxarkən x7 mənzildən çıxıb aşağı düşdükdə x9nı bıçaqla sol ayağının arxa hissəsindən vurduğunu görmüşdür. Bu ifadələrdən göründüyü kimi Məhkum hərkətləri qeyri-rəsmi yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs1 ailə münasibətlərində onu qane etməyən hərkətlərinin qarşı sını almağa, onun davranışını özünün istədiyi istiqamətə yönəltməyə, xoşuna gəlməyən hərkətlərinə görə onu cəzalandırmağa yönəlsə də ictimai qaydanı pozmağa yönəlməmişdir. Zərərçəkmiş şəxs1 onun sözlərini eşitmədikdə və onun tanışları Zərərçəkmiş şəxs2 və X13 də onun bu hərkətlərini dəstəkləyərək x7 sözünə baxmamağa təhrik edərək onların ailə-məişət münasibətlərinə müdaxilə etdiklərindən mübahisə münaqişəyə çevrilmişdir. Beləliklə Zərərçəkmiş şəxs2 və X9 Məhkumla Zərərçəkmiş şəxs1 arasındakı ailə-məişət münasibətlərinə müdaxilə etməkdə ifadə olunan qarşılıqlı birgəyaşayış qaydalarını pozması münaqişənin qızışmasına səbəb olmuşdur. Ona görə də Məhkum hərkətləri ictimai qaydanın pozulmasına yönəlmiş xuliqanlıq kimi qiymətləndirilməməlidir və bu barədə kassasiya protestinin dəlilləri də əsass ız hesab edilir. Kassasiya protestində Məhkum hərkətlərində xüsusi amansızlıqla adam öldürmə əmlinin olmaması barədə məhkəmənin gəldiyi nəticə də mübahisəndirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə istintaq orqanı tərəfindən Məhkum Zərərçəkmiş şəxs1 öldürmək qəsdini xüsusi amansızlıqla yetirilən əməl kimi qiymətləndirmək üçün əsası olmamışdır. Çünki istintaq zamanı bunu təsdiq edən sübut olmamışdır. Qanunun tələbinə görə cinayətin subyektinin əməlində xüsusi amansızlığın olması baş vermiş faktiki halların amansızlıq olmasını subyektin qabaqcadan bilməsi, bunu arzu etməsi və amansızlıq etməsi başa düşlür. Hazırkı halda Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 qarşı amansız rəftar etmək niyyətində olması və bunu arzu etməsini təsdiq edən sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 çoxsaylı xəsarətlərin yetirməsini xüsusi amansızlıq kimi qiymətləndirilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinin məhkəmə iclasındakə ifadəsində göstərmişdir ki, x7 əvvəlcə onun sol böyrünə və sol döşünün alt hissəsinə bıçaq zərbələri vurmağa başlamış, daha sonra bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurmuş, o, x7ə niyə onu bıçaqla vurduğunu demiş, sonuncunun ona verdiyi cavabı xatırlamamış, bundan başqa o, x7ə heç bir söz deməmiş, həmin vaxtı Dimitrinin yuxarı mərtəbədə nə isə danışıq səsinə x7 reaksiya verərək ona vurduğu bıçaq zərbələrini dayandırıb x7in nə danışdığını eşitməyə çalışmış, bir iki pilləkən aşağı düşüb yuxarı baxmış, daha sonra yenidən ona bir neçə bıçaq zərbəsi vurmu şdur. O, x7 onu bıçaqla vurmaqda davam etməsinə görə özünü hərəkətsiz vəziyyətdə göstərərək x7ə ölmüş olduğunu və ondan əl çəkməsinə nail olmağa çalışmış, x7 onun hərəkətsiz olduğunu görüb onu vurmağı dayandırmış və yuxarı mərtəbəyə qalxmışdır. Bu ifadədən də görünür ki, x7 hərkətləri zərərçəkmiş şəxsi öldürməyə yönəldiyindən onu ölmüş bilənədək ona bıçaq zərbələri vurmaqda davam etmiş, onun hərəkətsiz olduğunu görüb onu vurmağı dayandırmışdır. X5 hərkətlərində xüsusi amansızlıqla adam öldürməyə cəhd əməlinin əlamətlərinin olması öz təsdiqini tapmamışdır və bu barədə də kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız hesab edilir və ona görə də cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət K ollegiyasının xx xxxxxx 2020ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1, 128 və 144.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar