Məhkəmə qərarları › İş №1(102)-653/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-653/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-653/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli h ökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmü ilə (hakimlər: Cavid İbadulla oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1974-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 26 aprel 2018-ci il tarixdə tutulmuş, 28 aprel 2018-ci il tarixdə bar əsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəlinin 26 aprel 2018-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını ələ keçirmək məqsədilə onun etibarından sui-istifadə edərək aldatma yolu ilə guya Rusiya Federasiyasının ərazisində şirkət yaradıb, birgə iş birliyi qurub qazanc əldə etməyə, həmçinin Rusiya Federasiyası ərazisində fəaliyyət göstərəcək həmin şirkətə Zərərçəkmiş şəxs1 oğlu X12 rəhbər təyin edəcəyinə dair yalan vədlər verib qeyd olunan işin qurulması adı altında 07 oktyabr 2013-cü il tarixdə atası X3 vasitəsi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Ünvan 2 65.000 (altmış beş min) manat, 14 noyabr 2013-cü il tarixdə Ünvan3 evin qarşısında 50.000 (əlli min) manat, 01 iyul 2014-cü il tarixdə Ünvan3 evin qarşısında 10.000 (on min) manat, 13 noyabr 2014-cü il tarixdə Ünvan3 evin qarşısında həmin dövrün məzənnəsi ilə 17.254 (on yeddi min iki yüz əlli dörd) manat 60 (altmış) qəpik təşkil edən 22.000 (iyirmi iki min) ABŞ dolları, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 142.254,60 (yüz qırx iki min iki yüz əlli dörd manat, 60 qəpik) manat nağd pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə onun etibarından suiistifadə edərək aldatma yolu ilə Rusiya Federasiyasından dəmir yol nəqliyyatı vasitəsi ilə taxta-şalban tikinti materialı göndərəcəyinə dair yalan vəd verib 05 noyabr 2014-cü il tarixdə tanışı X7 vasitəsi ilə ünvan 2 ünvanda yerləşən “Q.Qarayev” metrostansiyasının yaxınlığında həmin dövrün məzənnəsi ilə 12.550,40 (on iki min beş yüz əlli manat 40 qəpik) manat təşkil edən 16.000 (on altı min) ABŞ dolları, 15 may 2015-ci il tarixdə isə tanışı - şəxsiyyəti X olaraq müəyyənləşdirilmiş şəxsin vasitəsilə Rusiya Fedrasiyasının Moskva şəhərində həmin dövrün məzənnəsi ilə 9.529,52 (doqquz min beş yüz iyirmi doqquz) manat 52 qəpik) manat təşkil edən 9.10 0 (doqquz min yüz) ABŞ dolları, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 22.079,92 (iyirmi iki min yetmiş doqquz manat 92 qəpik) manat nağd pulunu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Eldar Elman oğlu Rəhimov (sədrlik edən və məruzəçi), Mirzəli Əbdüləli oğlu Abbasov və Vaqif Ənvər oğlu Mursaqulovdan ibarət tərkibdə) 20 may 2019cu il tarixli qərarı ilə apelyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2019-cu il tarixli qərarından zərərmçəkmi ş şəxs Zərərçəkmiş şəxs1 kassasiya şikayəti verərək qərarın ləğv edilib cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ifadəsində Məhkum atası X4 verdiyim 65000 manat pulu X1 özünə götürmüşdür. Bu səbəbdən də həmin məbləğ pul sonuncunun vəziyyətinin yüngülləşdirilməsi üçün guya X3 tərəfindən alındıqdan sonra oğlu Məhkumyə verilməsi obyektiv həqiqətə uyğun deyil. Bundan başqa Məhkum məndən aldığı 22000 ABŞ dolları pulun ondan dollar şəklində alınmasını tələb etsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında 2200 dollar 17254,6 manat kimi qiymətləndirilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin ed ilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəlləni n 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs1 kassasiya şikayətində göstərmişdir ki, ifadələrində Məhkum atası X4 verdiyi 65000 manat pulu X1 özünə götürmüşdür. Bu səbəbdən də həmin məbləğ pul sonuncunun vəziyyətinin yüngülləşdirilməsi üçü n guya X3 tərəfindən alındıqdan sonra oğlu Mirəliyə verilməsi obyektiv həqiqətə uyğun deyil. Bundan başqa Məhkum məndən aldığı 22000 ABŞ dolları pulun ondan dollar şəklində alınmasını tələb etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında 2200 dollar 17254,6 manat kimi qiymətləndirilmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha y üngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, X4 Zərərçəkmiş şəxs1 65000 manat pulunu ələ keçirməsi barədə ittiham verilməmişdir. Cinayət işinin materiallarından da bu halı təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 Məhkum elan edilmiş ittiham üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2019-cu il tarixli hökmündən yalnız məhkuma təyin edilmiş cəzanın yüngüllüyündən şikayətlənmiş, məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir, cinayət əməllərinin hüquqi tövsifi ilə bağlı hər hansı şikayət verməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlili əsassız olduğundan təmin edilməməlidir. Kassasiya şikayətinin digər dəlilinə gəldikdə cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 iddia ərizəsindən müəyyən edilmişdir ki, o təqsirləndirilən şəxs X2 142.254 manat 60 qəpik maddi zərərin və 100000 manat mənəvi ziyanın tutulması barədə mülki iddia vermişdir. Məhkum elan edilmiş ittihamın həcmi də 142.254 manat 60 qəpik olmuşdur. Məhkəmə də mülki iddianın maddi zərərlə bağlı hissəsini iddia ərizəsində göstərilən məbləğdə təmin etmişdir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxan məhkəmə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın maddi ziyanla bağlı hissəsini tam həcmdə təmin etmişdir. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan və Cinayət işinin digər materiallarından zərərçəkmiş şəxs tərəfindən mülki iddiaya əlavələr və dəyişikliklər etməsi müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar