Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-653/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X11, Məhkum – X2, Tərcüməçi – X12 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmünə əsasən X1 Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarından məhkum A.X.Maqomedqadzhiyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X16 və X10 ibarət tərkibdə) 1(099)-652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1978-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, RF vətəndaşı, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Dağıstan Respublikasının Levoşinsk rayonu, Ulluaya kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda müvəqqəti yaşayan, X6 Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 206.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi 3 il 6 ay, 240.3.2-ci maddəsi ilə isə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 2 gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 01 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində həbs qətimkan tədbiri seçilməkl ə məhkəmə iclas zalında həbs edilməsi, habelə CM-in 52.1 və 52.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması və onun Azərbaycan Respublikasına gəlmək hüququ hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması qərara alınmş, həmçinin iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X13 və X7 ibarət tərkibdə) 1(106)-143/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs A.X.Maqomedqadzhiyevin müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(0 99)-652/2022 nömrəli hökmü X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 1(099)-652/2022 nömrəli hökmü X2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə aid hissədə dəyişdirilmiş, Həmin hökmlə X4 Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 aya endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. İşin halları: Məhkəmənin hökmünə görə Rusiya Federasiyasının vətəndaşı X6 2022-ci ilin iyun ayının sonlarında İran İslam Respublikasında olarkən məlum olmayan mənbədən qəsdən, tamah və satış məqsədilə qanunsuz əldə etdiyi külli miqdar 40,2 qram cəkidə cəmi 268 həbi, 3 karton qutuda hər qutuda 3 konvolyut, hər konvolutda 10 həb olmaqla narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibindəki preqabalin güclü təsir edən maddəsinin üzərində “Pregabin 150” yazısı olan 90 həbi 1 ədəd sellofan paketdə saxlamış, həmçinin üzərində heç bir markalanma göstəricisi olma yan narıncı-göy rəngli preqabalin tərkibli 178 həbi isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı “e458cx53/ae803905” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında olan əvvəlcədən yan ciblərini içəridən sökdüyü tünd göy rəngli gödəkçənin astar hissəsində gizlədərək qanunsuz saxlayıb İİR-dən Azərbaycan Respublikasına daşımış, 29 iyun 2022-ci il tarixdə saat 11 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” gömrük postunda üzərində “Pregabin 150” yazısı olan həmin 90 həbi gömrük orqanına yazılı bəyan etməməklə, üzərində heç bir markalanma göstəricisi olmayan preqabalin tərkibli 178 həbi isə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yol u ilə qəsdən keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, onun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməlidir. Bu mümkün olmadıqda isə cəzasının yüngülləşdirilərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməli və CM-in 52.1 və 52.1-1-ci maddələrinin hökmdən xaric edilməlidir. O, 10 ildən coxdur ki, yük maşını sürücüsü kimi Rusiya federasiyası ilə İİR arasında yük daşımaqla məşgul olur, həmin maeşrut Azərbaycan Respublikasının ərazisindən keçir, CM-in 52.1 və 52.1-1-ci maddələrinin tətbiq edilməsi onun ölkə ərazisinə girişinə qadağa qoyur və o, həmin işlə məşğul ola bilməyəcək. Böyük ailə üzvləri var, biri 10 aylıq olmaqla 4 azyaşlı övladı var, 90 yaşlı xəstə anası var, özü və həyat yoldaşı 2-ci qrup əlildir. Evin y eganə qazanc gətirənidir. İşlədiyi şirkətdə işinə davam edə bilməsi üçün barəsində tətbiq edilmiş CM-in 52.1 və 52.1-1-ci maddələrinin hökmdən xaric edilməlidir xahiş edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilərək yüngül cəza verilməsini və CM-in 52.1 və 52.1-1-ci maddələrinin hökmdən xaric edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum A.X.Maqomedqadzhiyevin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual q anun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsi ndə məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətin i bildirir. Məhkəmə kollegiyası məhkum verdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər b ir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsi f edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıd ır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-q iymətləndirilmədiyi və X1 Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə əsassız məhkum edilməsi və ağır cəza təyin edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi X1 Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, v özünü dərman preparatlarını gömrük bəyannaməsi tərtib etmədən qaçaqmalçılıq yolu ilə keçirməkdə qismən təqsirli bilərək ifadəsində gös tərmişdir ki, İranın Astara şəhərində olarkən həmyerlisi Aslan Dağıstandan ona zəng edərək İrandan bəzi dərmanların ucuz olduğundan həmin dərmanları alıb gətirməsini xahiş etmişdir. Aslan ona bildirmişdir ki, hazırda müharibə şəraiti olduğundan həmin dərmanlar Dağıstanda tapılmır. Aslanın ona dediyi dərmanları İranın Astara şəhərində yerləşən tanımadığı apteklərin birindən almışdır. Aptekə getmiş, dərmanları tanımadığından aptekdə çalışan əczaçı ilə Aslanı mobil telefonda danışdırmış, Aslan həmin dərmanların adını əczaçıya demişdir. Tanımadığı əczaçı Aslanın dediyi dərmanları sellofan paketdə qoymuş və onları alaraq paketi idarə etdiyi Volvo markalı yük maşının sürücü tərəfində oturacağın üzərinə qoymuşdur. Aslan ona yenidən zəng edərək söhbət əsnasında preqabalin dərmanlarının az olduğunu, bir qədər də almasını tapşırmışdır. Tanımadığı aptekdən preqabalin tabletkalarını almış və həmin gün hava yağışlı olduğundan tabletkaları gödəkçəsinin astarına gizlətmişdir. xx.xx.2022-ci il tarixdə İranın Astara şəhərindən sərhədi keçib Azərbaycan Respublikasının Astara şəhərinə gəlmişdir. “Astara” gömrük postunda bir qədər növbədə gözlədikdən sonra saat 11 radələrində idarə etdiyi “Volvo” markalı nəqliyyat vasitəsi ilə yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə daxil olmuşdur. Gömrük əməkdaşları onu saxlamış və maşına baxış keçirərkən hər hansı bir qadağan olunmuş əşyanını olubolmamasını soruşmuşlar. Onlara içərisində “Vitamin D”, “Omeqa 3”, “Voltadec 100” və digər yazısı olan dərmanları təqdim etmişdir. Daha sonra baxış zamanı həmin dərmanlarla birgə paketdə preqabalin tablet kaları aşkar olunmuşdur. Bundan sonra gömrük əməkdaşları maşının kabinasına baxış keçirən zaman istirahət üçün nəzərdə tutulmuş hissədə onun gödəkçəsini və gödəkçənin astar hissəsində olan preqabalin tabletkalarını aşkar etmişlər. O, dərmanları gödəkçəsinə qoyarkən gizlətmək niyyətinin olmadığını bildirmişdir. Preqabalin dərmanının qanunsuz olmasından xəbəri olmamışdır. Maşında aşkar olunan digər dərmanları və vitaminləri İrandan ucuz qiymətə xəstə olan arvadına almışdır. Tabletkaların Preqabalin olduğunu bilmiş, lakin həmin tabletkanın Azərbaycan Respublikasında dövriyyəsinin qadağan olmasından məlumatı olmamışdır. Özü heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. İş materiallarında olan “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Akhmed Maqomedqadzhiyev idarə etdiyi nəqliyyat vasitəsində dərman preparatlarının olduğunu bildirərək 1 ədəd sellofan paketdə olan dərman preparatlarını təqdim etmiş, həmin dərman preparatlarına baxış zamanı dərmanların 1 ədəd karton qutuda olmaqla, 3 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 30 kapsul üzərində “Omega-3” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 1000 İU” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 9 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 90 kapsul üzərində “Voltadec 100” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, 5 konvolut, hər konvolutda 20 kapsula, ümumilikdə 100 kapsul üzərində “Omega 3 plus” yazısı olan dərman preparatı, 1 ədəd p lastik qabda olmaqla, 90 həb üzərində “Calci Pover” yazısı olan dərman preparatı, 1 ədəd karton qutuda olmaqla, ümumilikdə 30 həb üzərində “Vitamin D3 2000 İU” yazısı olan dərman preparatı və mütləq şəkildə yazılı formada bəyan edilməli olan güclü təsiredici maddələrin siyahısına daxil olan preqabalin tərkibli, üzərində “Pregabin 150” yazısı olan 3 ədəd karton qutuda olmaqla, hər qutuda 3 konvolut, hər konvolutda 10 kapsula, ümumilikdə 9 konvolutda 90 kapsula dərman preparatı olduğu məlum olmuşdur. Daha sonra yoxlama zamanı kabinada olan tünd göy rəngli gödəkçənin əvvəlcədən yan cibləri içəridən sökülərək astar hissəsində gizlədilmiş dərman preparatlarını aşkar edilmiş, həmin dərman preparatları oradan çıxarılaraq baxılmış, sayılmış və üzərində heç bir markalanma göstəricisi olmayan 178 ka psula dərman preparatı olduğu məlum olmuşdur. Həmçinin, işdə olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Akhmed Magomedgadzhiyevin idarə etdiyi “Volvo” markalı “E458CX53/AE803905” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan və əvvəlcədən yan cibləri içəridən sökülərək astar hissəsində gömrük nəzarətindən gizlədilmiş 178 ədəd kapsulun aşkar edildiyi tünd göy rəngli gödəkçə ona təqdim edilmiş və o, həmin gödəkçənin ona məxsus olduğunu bildirmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq X1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olması, o nun tərəfindən həmin cinayətin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya b əxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman n əzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdi kdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, məhkum edilmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək haqlı olaraq X5 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Həmçinin, X5 özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət ver ərək, onun ifadələrinin iş üzrə mötəbər sübutlarla təkzib olunduğu və həmin ifadələrin özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmədiyi barədə qənaəti qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kolleg iyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının ci nayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüq uqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yeku nunda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, X1 Cinayət Məcəlləsinin 206.2-ci maddəsi bəraət verilməsi üçün c inayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. X1 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddindəndə aşağı həddə cəza təyin etmişdir. Apellyasiya məhkəməsi X1 böyük ailənin olmasını, biri 4 azyaşlı övladının olmasını, 90 yaşlı xəstə anasının olmasını, özü və həyat yoldaşının 2-ci qrup əlilolmasını. ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun o lmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya d igər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi tö rədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası X3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək X3 təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, X1 müdafiə və ədalətli məhkə mə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X1 Azərbay can Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-653/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-653/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver