Məhkəmə qərarları › İş №1(102)-653/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-653/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-653/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 1(103)-1984/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 1(005)134/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim G.A.Əsədova) xx xxxxxxxx 1960-cı ildə Qazax rayon unda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Məhkum qarşı zərər tələbinə dair mülki iddiası üzrə icraata xitam verilməsi məyyən edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən H.Ç.Məmməd ov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət tərkibdə) 12 sentyabr 2024-cü il tarixli, 1(103)1984/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə özünü hüquq-mühafizə orqanlarında və məhkəmələrdə geniş əlaqələrə malik şəxs kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onun övladı, etibarnamə əsasında nümayəndəsi qismində təmsil etdiyi Şahid 5 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiqat idarəsində aparılan araşdırma materialı üzrə şikayətçi Şahid2 Məmmədhüseyn oğlunun ümumilikdə 27.000 manat pul tələbindən 12.000 manat hissəsini ödəyəcəyi təqdirdə, qalan maddi ziyanın 6 aydan sonra ödənilməsi şərti ilə bağlı razılığını aldığını bildirib qısa müddətə Şahid2 çatdıracağına dair yalan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında ünvan 2 ünvanında yerləşən "Nənəmin Təndiri" qeyri-yaşayış obyektinin yaxınlığında Zərərçəkmiş şəxs 12.000 manat pulunu alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 12.000 manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələ r tərəfindən onun törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, o dələduzluq əməlini törətməmiş və zərərçəkmiş şəxsi tanımamış, o sadəcə zərərçəkmiş şəxsin oğluna hüquqi yardım göstərmişdir. Məhkum öz kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əs aslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayə t təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl lənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, həmçinin təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, 13 iyun 2019-cu il tarixli AR-İ N° 806976 nömrəli etibarnamə, "xxxx" Məhdud Məsuliy yətli Cəmiyyətindən 18 oktyabr 2022-ci il tarixli 21103 nömrəli məktubla alınmış 01 ədəd CD disk və "Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən 04 aprel 2023-cü il tarixli AZF/LGL-6222/23 nömrəli məktubla alınmış 01 ədəd CD diskində olan məlumatlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Digər tərəfdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətində (apellyasiya şikayətinə əlavə) diqqət etdikdə, müraciətdə Məhkum zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödədiyini lakin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət nəfinə keçirməli pul məbləğini birinci instansiya məhkəmənin dövründə ödəyə bilmədiyini, ödəniş qəbzini məhkəməyə təqdim edəcəyi ilə bağlı hallara istinad etmişdir ki, bu öz növbəsində onun t əqsirsizliyi ilə bağlı irəli sürdüyü iddialarla təzad təşkil edir. Hər bir halda apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qə naətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını din ləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 1(103)-1984/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 1(103)-1984/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar