Məhkəmə qərarları › İş №1(102)-654/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-654/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-654/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hö kmü ilə x1nun Azərbaycan Respublikası CM-in 131.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Rizvan Şəmmədov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən və məruzəçi), N.A.Kərimov və R.Ə.Sadıxovdan ibarət tərkibdə) x1- xx.xx.2001-ci ildə ünvan 1anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olan, ünvan 3-da yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təq sirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs x1 ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2001-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatmadığı dövrdə, yəni xx xxxx 2018-ci il tarixdə, saat 20 radələrində ünvan 3 əvvəldən tanıdığı x2 ümumi tanışları x3 barəsində təhqiramiz ifadələr işlətməsi, buna etiraz etdikdə isə ona da kobud və təhqiramiz şəkildə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində, mövcud şəraitdə x2 ağır xəsarət yetirmək niyyəti və arzusu olmadan, həmçinin öz hərəkətləri ilə ona ağır xəsarət yetirə bilməsini əvvəlcədən görmədən, lakin lazımi diqqət və ehtiyatlılıq göstərərək bu cür nəticələrin baş verməsini qabaqca dan görməli olduğu və görə biləcəyi halda bunu görməyib etinasızlıq göstərməklə x2 bel nahiyəsindən tutub idman fəndi işlətməklə onu yerə yıxmış və sonuncu yerə yıxılması və başının yerə dəyməsi nəticəsində müştərək kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, solda göz orbitasının aşağı divarının, alın cibinin hər iki səhfəsinin, almacıq sümüyünün gicgah çıxıntısının sınığı, pnevmosefaliya, sol alın, almacıq nahiyəsinin sıyrılmış yarası, sol bazu nahiyəsinin sıyrıqları kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri almış, bununla da, x1 zərərçəkmiş şəxs x2 sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurmuş, hadisədən bilavasitə sonra isə x2 evlərinə çatdırmaqla və təcili tibbi yardımın çağırılmasına nail olmaqla onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönələn hərəkətlər etmişdir. İbtidai araşdırma orqanı tərəfindən verilən ittihama əsasən təqsirləndirilən şəxs x1 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2001-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan x1 xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində ünvan 3 əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə tanıdığı x2 bel nahiyəsindən tutub idman fəndi işlətməklə qəsdən yerə çırpıb ona müştərək kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, solda göz orbitasının aşağı divarının, alın cibinin hər iki səhfəsinin, almacıq sümüyünün gicgah çıxıntısının sınığı, pnevmosefaliya, sol alın, almacıq nahiyəsinin sıyrılmış yarası, sol bazu nahiyəsinin sıyrıqları kimi həyatıüç ün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və R.M.Abdulovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Rizvan Şəmmədov kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Rizvan Şəmmədov kassasiya protestində qeyd etmişdir ki, hazırkı cinayət işi üzrə x1 Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş c inayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxslərin özünün müdafiə xarakteri daşıyan, hadisənin obyektiv səhnəsinə və sağlam məntiqə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Həm ibtidai, həm də birinci instansiya məhkəməsində aparılmış istintaq ilə müəyyən edilmiş hallardan görünür ki, x1 heç bir əsaslı səbəb olmadan, şəxsən ona qarşı hər hansı bir qanunsuz hərəkət etməyən, ona qarşı təhlükə törətməyən x2 qarşı məhz xuliqanlı q niyyəti ilə təhlükəli davranış etməklə idman fəndi işlədib onu başı üstə yerə çırpmış və x1 aktiv qanuna zidd hərəkətləri nəticəsində x2 ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. x1 idman fəndi işlədib zərərçəkmiş şəxs x2 başı üstə yerə çırpmaqla öz hərəkətlərinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini, yəni sonuncunun ağır xəsarət ala bilməsini qabaqcadan görmüş, bunları arzu etmiş və ya arzu etməsə də belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Hər bir halda x1 tərəfindən subyektiv cəhtdən cinayət təqsirin qəsd formasında törədilmiş və x1 əməlinin ehtiyatsızlıqdan törədilmiş cinayət kimi qiymətləndirmək işin faktiki hallarına uyğun deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci tarixli 899 saylı rəydən görünür ki, x2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyündəki alın cibinin hər iki səhfəsinin sınıqları, sol orbitanm aşağı divarının, sol almacıq süyüyünün gicgah çıxıntısının və gicgah-almacıq qövsünün sınıqları, alm-almacıq nahiyəsindəki, sol bazu nahiyəsindəki sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən onun Kliniki Tibbi Mərkəzə daxil olduğu və qərarda göstərilən xx.xx.2018-ci il tarixində törənmiş və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. x2 bədənində aşkar edilmiş xəsarətlər zərərçəkmişin göstərdiyi şəraitdə, yəni başqa şəxs tərəfindən o nun vurularaq yerə çırpılması zamanı başın alm- almacıq nahiyəsinin bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdilər. x2 bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir, (i.v. 17-20) İş materiallarına əlavə edilmiş Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu tarixli T60/2019 saylı rəyindən görünür ki, x2 almış olduğu xəsarətlər müştərək qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, solda göz orbitasnın aşağı divarının, alın cibinin hər iki səhfəsinin, almacıq sümüyünün gicgah çıxıntısının sınığı, pnevmosefaliya, sol alın, almacıq nahiyəsinin sıyrılmış yarası, sol bazu nahiyə sinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2018-ci ildə törənməsi inkar edilmir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Göründüyü kimi burada təqsirkar x1 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti digər motivlərlə törədilməsi istisna olunmuş, o, cinayəti məhz xuliqanlıq niyyəti ilə törətmiş, yəni niyyəti özünün üstünlüyünü nümayiş etdirmək və şəxsiyyətini zərərçəkmiş şəxsin fövqündə qoymaqla öz fiziki gücünü və idman fəndlərini göstərmək olmuşdur. Birinci instansiya məhkəməsi isə hökmündə təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmamasına qiymət verməyə çalışarkən, xuliqanlıq cinayətinin tövsifedici əlmətlərini sadala maqla bu əlamətlərin olmadığını göstərmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, x1 cinayəti ehtiyatsızlıqla deyil, əvvəlcədən zərərçəkmiş şəxsə ağır xəsarət yetirə biləcəyini əvəllcədən görməklə qəsdən törətmişdir. Belə ki, işin hallarından, cinayətin törədilmə üsulundan və təqsirkarın hadisə baş verərkən hərəkətlərinin mexanizmindən, eləcə də ekspert rəyinə əsasən zərərçəkmişin aldığı xəsarətlərin lokalizasiyasından görünür ki, x1 idman fəndi işlədərək zərərçəkmiş şəxs x2 başı üstə yerə çırpmış və xasarətləri məhz atılma trayektoriyası üzrə bədən ağırlığına görə yerə dəymə nəticəsində almışdır. Qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, zərərçəkmiş şəxsin ciddi xəsarət ala bilməsini x1 avvəlcədən görmüşdür. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sü butları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da əsassız olaraq apelyasiya protestinin x1nun təqsirli bilindiyi cinayət əməlinin hüquqi tövsifı ilə bağlı dəlillərini qəbul edilməz hesab etmiş, hökmün ləğv edilərək x1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yeni ittiham hökmünün çıxarılmasına heç bir əsas görməmişdir. Birinci instansiya məhkəməsi hökmündə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edilən obyektiv halları qanunsuz və əsassız olaraq düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmiş, iş üzrə uzun müddət davam edən araşdırmanı obyektiv qərarın qəbul edilməsi ilə nəticələndirməmiş, apellyasiya instansiyası həmin hökmü əs assız olaraq qüvvədə saxlamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmiş, apellyasiya kollegiyası isə əsassız olaraq birinci instansiya məhkəməsinin x1nun cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlməsini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli h ökmünün ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassas iya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri x1nun cinayət əməllərinin məhkəmələr tərəfindən düzgün tövsif edilməməsi, onun c inayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə tövsif edilməli olması barədədir. Azərbaycan Respublikası CM-nini 126.2.4-cü maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma, xuliqanlıq niyyətil ə törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. CM-nin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında x1 ifadəsin də göstərmişdir ki, həmyaşıdları hal-hazırda Lənkəran şəhərində hərbi xidmətdə olan x4, Gədəbəy rayonunda hərbi xidmətdə olan x5, x6, x7 və x3nu tanıyır, həmin şəxlsərlədə normal münasibəti olmuşdur. xx xxxx 2018-ci il tarixdə x2 “Whatsapp” sosial şəbəkəsində qrup yaradaraq onu, x5 və x4 həmin qrupa daxil etmişdir. Həmin günü saat 20 radələrində x2 qrupa yazaraq hamını yaşadığları evin yanında ünvan 4 yanına çağırmışdır. x2in sözü ilə bir neçə dəqiqədən sonra hamı qeyd olunan ünvana yığışmışdır. Biraz söhbət etdikdən sonra onun tanışı olan x3 barəsində söhbət düşmüş, həmin vaxtı x2 x3 barəsində xoşa gəlməz sözlər demiş, o da x3ın barəsində həqiqətə uyğun olmayan və təhqiramiz ifadələr işlətməsini x2 irad tutanda, x2 onun ünvanına da nəlayiq ifadələr işlətmişdir. Buna baxmayaraq o, x2 qulaq asmamaq üçün üzünü çevirib getmək istədikdə, x2 eyni mövzuda x5la söhbət etməyə davam etmişdir. x5 ona belə söhbətlərin aparılmasının düzgün olmadığını dediyi vaxtı, x2 yenə də x3ın və onun barəsində xoşagəlməz sözlər işlətdiyindən, o, arxadan x2i bel nahiyəsindən tutub idman fəndi işlədərək qaldırıb yerə atmışdır, x2in baş nahiyəsi yerdə dəydiyindən, o, dərhal yerdən qalxmamış və təxminən bir neçə saniyə huşsuz vəziyyətə qalmışdır. İbtidai istintaq müddətində xx.xx.2018-ci il tarixli şahid qismində ifadəsində x1 x2ın yalnız x3 haqqında nalayiq ifadələr işlətdiyinə görə onu bel nahiyyəsindən tutub fənd işlədərək yerə yıxdığını göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs x2 ifadəsində göstərdi ki, yaşadığı Biləcəri qəsəbəsində qonşuluqda qalan təxminən eyni yaşda olduğu x1, x4, x5, x6, x7 və x3nu tanıyır, həmin şəxlsərlə normal münasibətdə olmuşdur, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxx 2018-ci il tarixdə səhər işə gedən zaman avtobusda “Whatsapp” sosial şəbəkəsində qrup yaratmışdır, həmin qrupa məhəllə uşaqlarını x1, x4, x5 və x6 daxil etmişdir. Hadisədən təxminən 1 gün əvvəl x1in qohumu x7 təsədüfən evlərinin yanında olan internet klubun qarşısında görüşüb söhbət etdiyi vaxtı, x7 onun xətrini çox istədiyindən x3ın ona layiq olmadığını, çalışıb ondan uzaq durmağı demişdir. Bundan başqa xx xxxx 2018-ci il tarixdə axşam saat 19 radələrində işdən qayıdanda “Whatsapp”da yaratdığı qrupun üzvlərinə zarafatcasına “x8”in dükanının yanına söhbətə yığışmağa yazmışdır, qrupun üzvləri onun sözlərini ciddi qəbul edərək hamısı h əmin ərazinin yaxınlığına toplaşmışlar, ora gələndə x1, x4 və x5 artıq onu gözləyirdilər, onlara ciddi bir məsələ olmadığını, sadəcə qrupda zarafat edərək bir yerə topladığını dedikdə, x5 qəzəbli şəkildə ona irad tutaraq aralarında bu cür zarafatların olmadıqlarını demişlər. Bu minvalla birlikdə yaxınlıqdakı ünvan 4 yanına keçmişlər, bir neçə dəqiqədən sonra ora idmandan evə qayıdan x7 və x6 gəlib onlara yaxınlaşmışlar, orada x5la söhbət etdiyi vaxtı o, x3ın nə səhvini gördüyünü ondan soruşmuş və bu minvalla bir qədər onunla mübahisə etmiş, mübahisənin artmaması üçün x1 və x4 onları sakitləşdirməyə çalışmışlar, o, isə yenə onlara x3dan uzaq durmalarını bildirib, ondan uzaq gəzməyi söyləmişdir. x5 və digərləri isə x3 barəsində həqiqətə uyğun olmayan fikir söylədiyini ona demiş, x1lə həmin ə snada mübahisələri düşmüş və x1ə qarşı nəlayiq ifadə işlədib düz danışdığını demişdir. O, x5la söhbət etdiyi vaxtı x1 ona arxadan yaxınlaşıb fənd işlədib qaldırıb başı aşağı yerə çırpmışdır. İbtidai istintaq zamanı xx.xx.2018-ci il tarixli ifadəsində x2 göstərmişdir ki, x5 mənə x3 adlı şəxsin nə səhvini gördüyümü soruşdu. Mən isə ona x3 barəsində pis fikir formalaşdığını söylədim. O mənimlə mübahisə etdi. Həmin vaxt x1 və x4 araya girib bizi ayirdılar. Bu zaman x4 məni döyüb xəstəxanalıq edə biləcəyini dedi. Bundan sonra x1 mənim üzərimə gəldi. Mən onlar barəsində pis fikirdə olmadığımı, sadəcə x3 adlı şəxsdən uzaq durmalarını bildirdim. Daha sonra onlardan üzr istədim. Mən x5la söhbət edən zaman bir an içində arxadan x1 yaxınlaşdı, məni tutub fənd işlədərək yerə çırpdı. Həmin vaxt mənim s ifətimin sol tərəfi yerə dəydi. İbtidai istintaqdakı ifadələrindən göründüyü kimi hadisə ərəfəsində x2 x1 mübahisə etməmiş və ona qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Lakin, məhkəmələr məhkumun və zərərçəkmiş şəxsin ibtidai istintaq müddətində və məhkəmə iclasındakı bütün ifadələrini məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuş qaydada tədqiq etməmişlər. Hazırkı cinayət işi üzrə ibtidai istintaq müddətində toplanmış sübutların məcmusuna əsaslanmaqla x1 ilə onun əvvəldən tanıdığı x2 arasında baş vermiş mübahisə zamanı, sonuncunun ümumi tanışları x3 barəsində təhqiramiz ifadələr işlətməsini bəhanə edərək, cüzi səbəbdən özünü ətrafdakılara qarşı qoyub, öz üstünlüyünü nümayiş etdirərək, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surət də pozaraq x2 arxadan qolları ilə tutaraq idman fəndi işlətməklə qaldırıb başı üstə yerə çırparaq sonuncunun baş nahiyyəsinə həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən çoxsaylı xəsarətlər yetirməsi nəticəsinə gəlinməsi əsassız deyildir. Ona görə də məhkəmə iclasında bütün sübutlar, o cümlədən ibtidai istintaq müddətində toplanmış sübutlar da tam, hərtərəfli və obyektiv tədqiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 143-cu maddəsi bunu tələb edir. Bütün sübutlar tədqiq edilib qiymətləndirildikdən sonra cinayət əməlinin ehtiyyatsızlıqdan, yoxsa qəsdən törədildiyinin müəyyən edilməsi üçün aşağıdakı suallar cavab verilməlidir: x1nun x2 arxadan qolları ilə tutaraq idman fəndi işlətməklə qaldırıb başı üstə yerə yıxarkən, törətdiyi bu iradəvi hərkətlərlə öz əməlin in (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmişdirmi? x1 anlaqlı şəxsdirsə, öz hərkətlərini ölçüb-biçmək qabiliyyətindədirsə öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməməsi nəticəsinə gəlinməsi başqa hansı əsasla mümkündür? Növbəti sual x1 öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürmü? x1 öz hərəkətlərinin konkret olaraq faktiki baş vermiş nəticələrə gətirib çıxaracağını görməsə də, bu nəticələri arzu etməsə də, nəticələrinin fərqinə varmadan bu hərkətləri iradəvi olaraq bilə-bilə etmişdirsə bu hərəkətlərin ehtiyatsızlıqdan edilmiş hərkətlər kimi qiymətləndirilməyə bilməz. Burada təqsirləndirilən şəxsin hərkətlərinin zərərçəkmiş şəxsin həyatı və səhhəti üçün təhlükəli nəticələr verə biləcəyi imkanını görməsi kifayətdir ki, əməlin yanakı qəsdlə törədilməsi nəticəsinə gəlinsin. Bu zaman zərərçəkmiş şəxsin həyatı və səhhətinə hansı dərəcədə zərər yetirilməsi əməlin qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsini müəyyən edən əlamət deyildir. Yəni yanakı qəsdlə törədilmiş cinayət əməlinin hüquqi tövsifi konkret nəticəyə görə müəyyən edilməlidir. Eyni zamanda nəticələri ağırlıq dərəcəsi, xarakteri, zərərçəkmiş şəxsin aldığı xəsarətlərin çoxluğu təqsirləndirilən şəxsin öz əməlinə münasibətini (qəsd, yoxsa ehtiyyatsızlıq) müəyyən edərkən də nəzərə alınmalıdır. Belə ki, xx.xx.2001-ci il təvəllüdlü x1nun x2 bel nahiyəsindən tutub idman fəndi işlətməklə onu yerə çırpması nəticəsində müştərək kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, solda göz orbitasının aşağı divarının, alın cibinin hər iki səhfəsinin, almacı q sümüyünün gicgah çıxıntısının sınığı, pnevmosefaliya, sol alın, almacıq nahiyəsinin sıyrılmış yarası, sol bazu nahiyəsinin sıyrıqları kimi həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri alması da nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin baş nahiyyəsinə bu qədər xəsarətin yetirilməsi ehtiyyatsızlıqdan mümkündürmü? Məhkəmə-tibb ekspertizasının xx xxxx 2018-ci il tarixli 899 saylı rəyində göstərilmişdir ki, x2 bədənində aşkar edilmiş xəsarətlər zərərçəkmişin göstərdiyi şəraitdə, yəni başqa şəxs tərəfindən onun vurularaq yerə çırpılması zamanı başın alın-almacıq nahiyəsinin bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi zamanı bu hallar mütləq nəzərə alınmalı olduğu halda nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, x1nun cinayət əməlinin hüquqi tövsifi zamanı onun niyyətinin özünün üstünlüyünü nümayiş etdirmək və şəxsiyyətini zərərçəkmiş şəxsin fövqündə qoymaqla öz fiziki gücünü və idman fəndlərini göstərmək olub-olmamasına da düzgün hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.15-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilərək, qərar ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsinə əsaəsn məhkəmə törədilmiş əməlin tövsifində sə hvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilsin. x1nun Azərbaycan Respublikası CM-in 131.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar